QADIN FATIMƏ FATIMƏDIR

: 3063 ()

And olsun anamın ruhuna, Zəhra təvazö, şəfqət, paklıq güzgüsüdür. Bütün həyatım onun üçün əziyyət və bütün vücudu mənim üçün məhəbbət oldu!

Hz.Əli (ə)


Ailə ilə söhbət

Oxuduqlarınız bir hüseyniyyədəki çıxışımdır. Əvvəlcə, professor Lui Masinyonun həzrət Fatimə (ə) haqqındakı təhqiqatları, xüsusi ilə onun İslam cəmiyyəti və tarixindəki hadisələrlə bağlı xatirələrindən ibarət bir əsəri haqqında danışmaq istəyirəm.

Məclisə daxil olduqda anladım ki, burada tələbələrdən əlavə başqa şəxslər də var və bu məclis daha çox diqqət tələb edir. Qərara gəldim ki, qadın cəmiyyətlərində çox aktual olan necə olmalı sualına cavab verəm.

Qədim adət-ənənəyə sadiq qadınlar üçün problem yoxdur. Eləcə də, müasirliyi qəbul etmiş qadınlarda da narahatlıq görünmür. Lakin özünü hər hansı qəlibə salmış bu iki qadın qrupları arasında nə qədim qaydalara dözən, nə də müasir yad görüşlərə, formalara təslim olmaq istəyən bir qrup vardır. Bu qadınlar nə etməlidirlər? Onlar özlərini seçmək, özlərini düzəltmək, ideal tapmaq istəyirlər. Bu qadınlar üçün ən mühüm sual necə olmaqdır. Böyük inamla bəyan edirik: bu sualın cavabı Həzrət Fatimənin (ə) varlığıdır!

Əvvəlcə, həzrət Fatimənin (ə) şəxsiyyətini təhlil etməklə kifayətlənmək istədim. Lakin ziyalılarımızın bu şəxsiyyətdən xəbərsizliyi, hətta dindarların nalədən başqa bir şey bilməməsi məni vadar etdi ki, qüvvəm daxilində bu boşluğu doldurmağa çalışım. Ona görə də qarşınızdakı kitabda layiqincə tanınmamış bu xanımın şəxsiyyəti sənədli olaraq, geniş şəkildə izah olunmuşdur.

Bu şərhlərdə qədim tarixi sənədlər ilkin istinadgahdır. Şiə etiqadına aid məsələlərin bəyanında isə sünni mənbələri əsas götürülmüşdür. Bu üsul bir çox iradları aradan qaldırır. Uyğun mənbələrdə həzrət Fatimənin (ə) məzlumiyyətinin, etirazlarının qəbulu bir çox həqiqətlərin üzərindən şübhə pərdəsini qaldırır.

Oxuyacaqlarınız sadəcə bir çıxışın mətnidir və bu çıxış bir qrup şəxsin hüzurunda hazırlıqsız həyata keçib. Bu çıxışlardakı qeydlər isə bir gecə ərzində hazırlanıb. Ona görə də iddia edə bilmərəm ki, hər hansı tənqid yersizdir. Əksinə, söz sahiblərindən tənqid intizarındayam. Əlbəttə ki, həqiqət xidmətçilərinin zəhmətindən zövq alan söz sahiblərinin!

Əli Şəriəti


Söhbətin istiqaməti

Belə bir müqəddəs gecədə çıxış etmək fikrim yox idi. Amma böyük islamşünas Lui Masinyonun həzrəti Fatimə (ə) haqqındakı araşdırmaları, xüsusi ilə həzrət Fatimənin (ə) həyatı və şəxsiyyəti adlı əsəri ilə tanışlığım məni bu söhbətə vadar etdi. O böyük xanımın - hətta ölümündən sonrakı - bərəkətli şəxsiyyəti, İslam tarixində ədalət ruhunun dirçəlişində rolu, zülmlə mübarizəsi İslam peyğəmbərliyinin bariz nümunələrindəndir. Təəssüflər olsun ki, bütün bu gerçəkliklər bəd niyyətli daxili və xarici əllər tərəfindən təhrif olunmuşdur. Lui Masinyonun bu əzəmətli işində bir şagird qədər çalışmağımdan fəxr duyuram. Xüsusi ilə, müxtəlif məhəlli ləhcələrdə yazılmış tarixi sənədləri araşdırmaq, kiçik də olsa, bir iş idi.

Bu gecə həmin qiymətli əsərlərdən danışmağım istənildi. Həmin əsər hələ ki çap olunmadığından və müəllif dünyasını dəyişdiyindən, əksər islamşünas Avropa alimləri və bizim alimlər bu əsərdən xəbərsiz olduqlarından mən bu dəvəti qəbul etdim. Qərara gəldim ki, tələbələr üçün Tarix və dinşünaslıq, Dini sosiologiya, İslamşünaslıq mövzularında həmin alimin araşdırmalarını tənzimləyim. Amma indi görürəm ki, düşdüyüm məclis sinif otağından fərqlənir. Bu məclis moizə üçün də münasib deyil. Bu yığıncaqdakı ziyalılar müasir düşüncəli gənclərdir. Onlar bu məclisə ağlayıb savab aparmaq üçün gəlməmişlər. Onları quru tarixi salnamələr də maraqlandırmır. Burada iştirak edənləri daha həyati və taleyüklü bir məsələ maraqlandırır.


Necə olmalı?

Bizim cəmiyyətdə qadın çox sürətlə dəyişir. Dövrün təsirləri onu tarixi xüsusiyyətlərindən məhrum edir, qadını öz istədiyi formaya salır. Ona görə də agah qadın üçün bu əsrdə ən ciddi sual necə olmaq?dır.

Qadın anlayır ki, mühitin təsirləri altında olduğu kimi qala bilməz. Şəxsiyyətli qadın dövrün maskasını taxıb dəyişmək istəmir. O, özü üçün yeni simanı özü seçmək istəyir. Amma necə? Onun üçün həm keçmişdən irs qalmış qiyafə, həm də bərbəzəkli müasir maskalar darıxdırıcıdır.

İkinci bir sual yaranır: Biz müsəlmanıq. Azadlıq eşqində yanan bizim qadın böyük bir mədəniyyətə bağlıdır. Bu mədəniyyət öz sərmayəsini İslamdan götürür. Uyğun mühitdə şəxsiyyətcə azad olmaq istəyən, həm qədim mövhumatlardan və həm də müasir şeytənətlərə təqlidçilikdən qaçan qadın İslama biganə qala bilməz.

Bu qism qadınlar təbii olaraq düşünürlər: bizim camaat daim Fatimədən (ə) dəm vurur; onun üçün göz yaşları axıdır. İluzunu həzrət Fatimənin (ə) xatirəsinə həsr olunmuş yüzlərcə tədbirlər keçirilir. Bu xanım haqqında mədhiyyələr oxunur, onu incidənlərə lənət yağdırılır. Bütün bunlara baxmayaraq, Fatimə (ə) şəxsiyyəti hələ də açıqlanmamış qalır. Onun haqqında bildiklərimiz isə nəsildən-nəsilə ötürülmüş, demək olar ki, eyni ifadələrdir. Məsələn: Cəbrayıl (ə) həzrət Peyğəmbərə (s) zahir olub dedi: Allah sənə salam yetirir və buyurur ki, Xədicəyə (s.ə) yaxınlaşmayasan. Qırx gün sonra Cəbrayıl Behiştdən təam gətirib, Xədicə ilə yaxınlığa göstəriş verir.

Xədicə nəql edir: Bu qırx günü göz yaşları içində keçirdim. Nəhayət, həzrət Peyğəmbər (s) Xədicənin otağına daxil olur... Xədicə onları belə xatırlayır: Mən həmin gecə bətnimdə Fatimənin nurunu hiss etdim. Elə o vaxtdan da Fatimə mənimlə danışardı, tənhalıq hiss etməzdim.

Diqqət edin! Fatimənin (ə) doğumundan ölümünədək onun haqqında heç bir məlumat yoxdur! Atası Peyğəmbərin (s) vəfatından sonra Əbu Bəkr Fədək bağını Fatimədən (ə) zorla alır, Ömər öz dəstəsi ilə hücum edib o həzrəti döyür. Bu hadisə zamanı həzrət Fatimə (ə) altı aylıq körpəsini salır. Xanım öz körpələrinin əlindən tutaraq Beytül-Əhzan xarabalığına gəlir. Oturub ağlayır, ona zülm edənləri lənətləyir. Öz qalan qısa ömrünü göz yaşları içində keçirən həzrət Fatimə (ə) vəsiyyət edir ki, Əbu Bəkr və Ömərin pisliyindən qorunmaq üçün onu gecə və məxfi bir yerdə dəfn etsinlər.

Amma Fatimə şəxsiyyətinin bəşər həyatı üçün ö ək olası nöqtələri lazımınca araşdırılmamışdır. Əksər rəvayətlər bu xanımın Qiyamət günü möminlərə yardım olacaq şəfaətindən bəhs edir: Ərşdən nida olunar ki: Gözlərinizi yumun! Həzrət Fatimə (ə) öz qəsrinə gedir. İki yaşıl örtüyə bürünmüş xanımı 70 min huri müşayət edər. Allah-təala buyurur: Sənin müsibətinə görə sən, sənin övladların, şiələr və səni sevən qeyri-şiələr Behiştə daxil olanacan bəndələrimi sorğuya çəkməyəcəm. Beləcə, Allah-təala yalnız bu insanları Behiştə daxil etdikdən sonra bəndələrini sorğuya çəkər (Həqqül-yəqin).

Bəli, bu əzəmətli şəxsiyyət haqqında bundan artıq məlumat nəzərə çarpmır. Hansı ki, bir qadını mərifət nümunəsi seçmiş millətlər üçün bu çox azdır!


İstedad və həqiqətpərəstlik

Zənnimcə, bizim millət üçün ən böyük iftixar onun həqiqətpərəstliyi, istedadı, agahlığı, zülmü tanıması, onun qarşısında müqaviməti və üsyanı olmuşdur. Bu milləti, istibdad rejimlərə xidmət edən ruhanilər, yanlış təbliğatlar heç zaman aldada bilməmişlər. Ona görə də, bu xalq tarixin ən sərt dönəmlərində həzrət Əlini (ə) rəhbər seçmişdir.

Bu millət özü xilafətin vasitəsi ilə İslama gəlmişdir. O, xilafət libası geymiş xəlifələri, bəni-abbasiləri, bəni-üməyyələri, xanları, sultanları İslam təmsilçisi kimi görmüşdür. Bu millət İslamı, bütün dini bilikləri xilafətdən, mehrablar və minbərlərdən, məscid və mədrəsələrdən öyrənmişdir. Hansı ki, bütün bu mərkəzlər xəlifənin hakimiyyəti kölgəsində idi. Demək, insanları azadlığa çağıran İslam dini mövcud rejimin əlində alətə çevrilib, əksinə, azad insanları əsarətə sürükləyirdi.

Millətlər anlayırdılar ki, İslam dini zalım hakim üçün bir vasitədir və bütün iddialar yalandır. Əsl din xadimi, əsl rəhbər isə Peyğəmbər (s) məscidinin bir guşəsindəki otaqda, öz qövmünün cəhalətinə dustaq olub oturmuşdu. Həqiqət nə Dəməşqin yaşıl saraylarında, nə də Min bir gecə nağıllı Bağdad qəsrlərində idi. Həqiqəti həzrəti Fatimənin (ə) uçuq, gil daxmasında axtarmalı oluruq.

Mədinə xalqının, müasir ərəblərin, böyük əshabların görə bilmədiyi və ya görmək istəmədiyi, böyük Dəməşq və Bağdad təhsil ocaqlarının tanımadığı və tanımaq istəmədiyi həqiqətləri xəlifənin qılıncına təslim olmuş saray alimləri yaxşı görürdü. Tarixin ziddinə, zalım xilafət hökumətinə qarşı qaldırılan hər bir qiyam bu millətin fövqəladə istedadından və azadlıq eşqindən danışırdı. Bu qiyamlar dünya qovğalarından qulağı kar olmuş tarixi səksəndirirdi. Bu həqiqətsevərlik eşqi Mədinə kənarında xurma bağlarının dərinliyindəki müqəddəs insanı soraqlayırdı. Bu insan zalım rejimin tezliklə təqva, insanlıq libası geyərək növbəti yalanlara qədəm qoyacağını anlayırdı. Bu yolla çoxları aldadılacaq və çox qanlar axıdılacaqdı. Növbəti qurbanlar - xalq, həmin Həzrət (ə) və onun həyat yoldaşı (ə) olasıdır. Əlbəttə ki, nəsil-nəsil süzülən bu qan bir gün onların övladlarını da ağuşuna alasıdır.

Şəksiz ki, tarixin çətin dönəmlərində belə bir qərara gəlmək millətimiz üçün asan olmayıb. Çoxqövmlü millətin bu sayaq ayıqlığı, insani gözəlliklərlə tanışlığı, tufanlar içində həqiqətə çatması olduqca çətindir.

Bu da var ki, iman təkcə istedad və düşüncədən yox, eləcə də azadlıq yolunda axıdılmış qanlardan ibarətdir. Bu yol qurban, həqiqi isar, şücaət, əzab, xalislik, dözüm, böhtan və şallaq qarşısında səbr və s. tələb edir.

Şiəliyin əsl ünsürləri bunlardır. Əlbəttə ki, söhbət əsl şiəlikdən gedir. Belə bir şiəlik zülmü lərzəyə gətirir. Zülmə arxalanmayan, firqəçilikdən, didişmələrdən, kin-küdurətdən uzaq olan məzhəb əsl şiəlikdir. Məhz, bu ələvi vilayət, yəni şiəlik öz şiəsini zülmə itaətdən, nadanlıqdan xilas edir. Bu əqidə nə Allah, nə də bəndə üçün xidmət etməyən sufilik deyil.

Şiəlik İslamın özüdür. İslamda başqa şeylər də var deyimi yanlışdır. Əsl İslam şiəlikdir!

Ədalət və imamət inanclarını İslam dininin əsaslarına şiələr əlavə etməmişlər. Din məsihilikdə, nəsranilikdə, zərdüştilikdə də vardı. Hökumət, soy və milləti dinə əlavə edən cahillik olub. Şiə və sünnilər arasındakı savaşların əsasında imamət və ədl inancları dururdu. Hansı ki, Əli Məhəmmədə əlavə olunmayıb. Əlini qəbul etmişik ki, Məhəmmədi itirməyək. İşə bax ki, Müaviyə, Mərvan, Mütəvəkkil, Harun, Əbu Cəhl və Əbu Süfyanın varisi olan bu zalımlar da dindən danışırlar.

Biz Əlini və onun ailəsini Peyğəmbər (s) sünnətinə canişin təyin etməmişik. Bu ailə Peyğəmbərin (s) öz ailəsidir. Biz də Həzrət haqqında bu ailədən soruşmağı özümüzə borc bilmişik.

Bəzi dost və düşmənlərin gümanına zidd olaraq, şiəlik İslamda sünniliyə ən yaxın olan məzhəbdir. Əsas ziddiyyət sünnilər tərəfindən yol verilmiş bidətlərə (yeniliklərə) qarşı çıxmaqla, Həzrət Əlinin (ə) və həqiqi şiələrin müqavimət göstərməsidir.

Bütün dəyərlərin dolaşıq salındığı göz qabağındadır. Xilafətin dünyaya hakimlik etdiyi dövrdə ədl və imamətin də öz qanına qəltan edildiyi gerçəklikdir. Həqiqi din alimlərinin həmin dövrdə çəkdiyi müsibətlərə Bəni-Üməyyə, Bəni-Əbbas, türk və monqol istilaçıları canlı şahiddirlər.

İslam tarixində həzrət Əli (ə) və Fatimə (ə) haqqında xoş söz demək asan olmayıb. Bu ailəyə sadiq mübariz şair Kumeyt deyir: Əlli ildir ki, dar ağacımı çiynimdə gəzdirirəm. Bu aqibət şiə məzhəbini yaşatmış bütün insanların intizarında olmuşdur. Bu tarixin hər bir sətri şəhid qanları ilə yazılmışdır! Həmin cəsur şiə mücahidləri üçün son dövrlərdə ortaya çıxmış səbir et, özü gəlib bütün işləri islah edəcək fəlsəfəsi məqbul sayılmamışdır!

İbn Sikkit böyük ədib olmuşdur. O, əsgər yox, ədib idi. Mütəvəkkil Abbasi öz övladlarının təlim-tərbiyəsi üçün İbn Sikkiti dəvət edir. Bir müddət sonra hiss edir ki, övladlarında Əli (ə) və onun ailəsinə məhəbbət yaranıb. Xəbər verilir ki, bu müəllimin təsiridir.

Bir gün xəlifə dərs otağına daxil olur. İbn Sikkitə nəvaziş göstərib deyir: Övladlarım necə oxuyur? İbn Sikkit uşaqları çox tərifləyir. Xəlifə qəfildən belə bir sual verir: Ey İbn Sikkit, sənə mənim övladlarım əzizdir, yoxsa Əlinin övladları Həsən və Hüseyn?.

İbn Sikkit düşünür ki, bu yerdə həqiqəti gizləmək təqiyyə yox, xəyanətdir. İbn Sikkit gözəl bilir ki, təqiyyə mömini yox, imanı qorumaq üçündür. O, tərəddüd etmədən deyir: Əlinin nökəri Qənbər də səndən və sənin övladlarından qiymətlidir!!. Mütəvəkkil əmr edir ki, İbn Sikkitin dilini boynunun ardından çıxarsınlar!

Həqiqəti bəyan edərək böyük şücaətlə zalımları qamçılayan dillər olmuşdur. Bu bəyanlar zalımları məğlub edə bilməsələr də, onların iç üzünü açaraq, rüsvay etmişlər. Bu səbəbdən də azadlıq, bərabərlik, ədalət hissi xalqın yaddaşından silinməmiş, tarixdə öz ləyaqətli qiymətini almışdır.


Biz və xalq

Bu ağır və təhlükəli məsuliyyəti iki qrup daşıyır: bu qruplardan biri imaməti nübüvvətin davamı bilən mücahid şiə alimləridir. İkinci qrup isə səmimi və pak etiqadlı insanlardır. Onların sükutu xaqanları özündən çıxarır, hökumətin şallağı belə mücahidlərin səbrindən qan ağlayır.


Əql və eşq

Hər bir məzhəb, məktəb, hərəkat və inqilab iki ünsürdən ibarətdir: biri işıqlıq, digəri hərəkətdir. Birinci dəstənin nümayəndələri xalqın düşüncəsini işıqlandırır, ikinci dəstə isə onları ali məqsədlərə doğru hərəkətə qaldırır. Aleksis Karl deyir: Əql-avtomobilin qarşıda yolu göstərən çırağıdır, eşq isə bu maşını hərəkətə gətirən mühərrikdir. Biri olmasa, o birisi faydasızdır. İşıqsız mühərrikli maşın kor aşiq kimi uçurumdan aşasıdır.

Cəmiyyətdə, hər hansı hərəkatda alimin işi yol göstərməkdir. Xalq isə hərəkət mənbəyidir. İstənilən bir hərəkatın beyni alimlərin fəaliyyəti ilə hərəkətə gəlir, xalq isə eşqini izhar edir. Əgər cəmiyyətdə iman, eşq, fədakarlıq azdırsa, bu xalqın günahıdır. Yox, əgər xalq doğru yolu tapa bilmirsə, alimlər müqəssirdirlər. Xüsusi ilə din və məzhəbdə bu iki şərt mühümdür. Bir sözlə, əql və hisslər qarşılıqlı şəkildə bir-birini tamamlamalıdır.

İslam dini bütün məzhəblərdən daha çox kitab və cihad dinidir. Quranda düşüncə (alim) və eşqin (cihad) sərhədlərini seçmək çətindir. Şəhadət həyat hesab olunur, qələmə and içilir. Həzrət Peyğəmbərin (s) tərəfdarları arasında abidlər mücahidlərdən, mübəlliğlər başqalarından seçilmirlər.

Şiə tarixində eşq və şəhadət səhifələri genişdir. İslam eşqi cuşa gəlmiş aşiqlər, təfəkkür və mərifət, elm və hərəkət mərkəzidir. Eşq və pərəstişsiz həqiqət elm, həqiqətdən uzaq pərəstiş isə bütpərəstlikdir!


Şəhadət eşqi - göz yaşı!

Şiəlik belə doğulmuş və belə yaşamışdır. Onun mütəfəkkir və müctehidləri ictihada, elmi araşdırmalara, məntiqə, etiqad və əməli bəhslərə, həqiqi İslamın hifz edilməsinə, yunandangəlmə fəlsəfə və digər başgicəlləndirən elmlərdən qorunmağa həvəsləndirilmişlər.

Xalq kütlələri ixlas və eşqlə Əli (ə) və onun ardıcıllarına tabe olmuş, şiəliyin təqib olunduğu dövrlərdə Peyğəmbər, Əli kəlmələrinə görə olmazın əzabına düçar edilmişlər. Bu gün də insanlar Əhli-beyti (ə) sevir, onlara vəfadarlıq nümayiş etdirirlər. Hələ də, əsrlər ötdükdən sonra, müxtəlif çətinliklərdən keçmiş insanlar Əhli-beyt (ə) yolu ilə daxil olduqları tövhid qəsrinə arxa çevirmirlər. Hələ də hüznlü başları Fatimə (ə) divarına dayanmış görürük. Bu göz yaşlarının hər bir damlası Əhli-beyt (ə) xanədanına sədaqətin bəyanıdır. Göz yaşından səmimi bir etiraf, eşq varmı?! Məgər göz yaşı sədaqətdən danışmırmı?! Ən ülvi eşq nümunəsi olan bu göz yaşları, aşiqlərin məhəbbət dəryasında fəna olması deyilmi?!

Hələ də ardıcıllarımızın öz sözlərini gözəl şəkildə bəyan etdiyini görürük. Mənim göz yaşını yüksək dəyərləndirməyim sizi təəccübləndirir?! Təəccüblənməyin, bu ən ülvi eşqin rəmzidir!

Diqqətli olun ki, iki fikri bir-biri ilə qarışdırmayasınız. Vəzifə olaraq ali hədəfə çatmaq üçün ağlamaq bir başqa həqiqətdir. Amma ağlamaq, həm də təbii bir hissin təcəllasıdır. Eşq acısından doğan göz yaşlarında riya axtarmayın.

Hazırda Latın Amerikasında yaşayan məşhur fransız inqilabçısı yazır: Heç vaxt ağlamayan, göz yaşlarını tanımayan insanlar insanlıq hissini itirmişlər. Bəli, belə bir qəlb daş, quru və vəhşi bir varlıqdır.

Bizim eşq pirimiz özünü danlayaraq deyir: Ey qəlbim, bilirsənmi ağlamaqda necə faydalar var? Ey qürur, hətta göylər, səhra canavarları da ağlayırlar!.

Elə ki, gözdən yaş damdı, sızıltı qopdu, göz yaşları damla-damla qəlbə axdı, qəfildən nəfəs yolunu bağlayır; hıçqırtı qopur. Bu, insanın həqiqi eşqinin bəyanıdır!

Hansısa bir zəruri məsələyə görə proqraməsasında göz yaşları axıdılırsa, nəzərdə tutulmuş məqsədə çatmaq olar, amma bu eşq deyil!

Məşuqundan uzaq düşmüş aşiq, əzizini itirmiş şəxs məqsədli, fayda güdərək ağlamır. Bu göz yaşları imanın lətif nişanələrindəndir.

Amma gün uzunu min bir hoqqadan çıxıb, cib soyub, qulaq kəsib, günorta şaqqanaq çəkərək ailəsi ilə kabab yeyib, axşama yaxın özünü məscidə verən gözüyaşlını səmimi hesab etmək olmaz! Proqram əsasında ağlamaq, qəmlənmək aşiq işi deyil. Proqramla qəmlənənlər, adətən, bu proqram başa çatanacan qəhvə, qəlyan sifariş verir, böyük bir xeyirxahlıq etmiş kimi mütəkkələr ağuşunda yırğalanırlar. Beləsinə siz necə baxırsınız? Mən də elə baxıram! Məhbubu tanımayan aşiq öz göz yaşları ilə ancaq gözlərinin tozunu təmizləyə bilər.

Unutmayaq ki, həzrət Hüseynin (ə) vaqeəsinə ilk ağlayan Ömər ibn Səd oldu. Bu göz yaşlarını müttəhim edən isə həzrət Zeynəb idi! Bu da maraqlıdır ki, həzrət Hüseynə (ə) ilk əzadarlıq məclisi Yəzidin sarayında quruldu.

Aşiqanə ağlayan isə xalq idi. Bu xalqın sözü göz yaşı idi. Onlar nə alim, nə də filosof idilər. Onları ağladan iman və eşq idi.

Heç bir məzhəbin belə bir pak ailə nümunəsi olmamışdır. Bu ailədə ataƏli (ə), anaFatimə (ə), oğulHüseyn (ə), qızZeynəbdir (ə). Heç bir xalq hansısa bir ailəyə bu qədər eşq, ixlas, iman, fədakarlıq izhar etməmişdir.

Hazırda Fatimə (ə) ocağında yeni bir mədəniyyət yaranmışdır. Tarix bu evin fəzilətləri ilə zənginləşmişdir. Bu eşq indi də həqiqət aşiqlərinin damarlarında cərəyan etməkdədir. Bu ailə bəşər nəsli içində əbədi əzadarlıq imtiyazı qazanmış yeganə ailədir. Amma aşiq, könüllü fədakarların gözlərindən sellənən bu yaşlar hələ də şoranlıqları cücərdə bilməmişdir. Bu ağrılar, bu nalələr hədər gedirsə, kimdir günahkar? Alimlər! Xalqa istiqamət, agahlıq verməyə borclu olan alimlər!

Əsrlər boyu istedadını fəlsəfə, kəlam, təsəvvüf, fiqh, üsul, ədəbiyyat, bəyan, məani, bədi, sərf-nəhvə sərf edən alimlər hələ ki, xalqa əməl risaləsindən başqa bir şey təqdim edə bilməmişlər. Hansı ki, xalqa əsl həqiqətləri, kamillik yolunu, Kərbəla fəlsəfəsini, Əhli-beyt ideallarını çatdıra biləcək şəxslər müctehid tituluna layiq bilinmədiklərindən kölgədə qalmışlar. Ona görə də, bu sayaq həyati əhəmiyyətli mövzular, sadəcə mədrəsə proqramlarında yer almışdır. Beləcə, gənclər, adətən, fiqh öyrənmək üçün mədrəsələrə daxil olur, min bir zəhmət hesabına fəqih olub, xalqdan kənarda qalırlar. Fəqihlik istedadı olmayan bir qrup isə sırf çarəsizlikdən dini təbliğat üçün xalqa üz tutur. Üçüncü bir dəstə də var. Əlindən heç bir iş gəlməyən bu üçüncü dəstə, az qalır həm müctehid, həm də təbliğçidən irəli keçə!

Bütün bu pərakəndəlikdə xalqın və məzhəbin halı necə olmalıdır?

Beləcə, iman və eşqi, Quran və Nəhcül-bəlağəsi, Əli və Fatiməsi, Hüseyn və Zeynəbi, isar etdiyi qan dəryası olan millət qara günə qalır.

İşə bax ki, Janna dArk kimi yuxupərəst bir qadın fransız xalqının azadlıq simvoluna çevrilir və fransız xalqı bu çılğın qızdan ilham alır; Hüseyndən (ə) ağır risalət yükü daşıyan Zeynəb (ə) kölgədə qalır?! Hansı ki, Kərbəla vaqeəsinin davamı, açılışı, cinayətkarların ittihamı Əli qızı (ə) Zeynəbin (ə) çiynindədir. Fədakarlıq simvolu olan mücahid Zeynəb növhəçi kimi tanıtdırılır və həqiqətlər amansızlıqla susdurulur.

Mən məzəmmət dolu, kinli bir fəryad eşidirəm. Bu fəryad xalqın imanına, İslama, Peyğəmbər və Əli şiələrinə məsul alimlərə yönəlib. Bəlkə də, bu fəryad elə Əlinin (ə) öz səsidir! Sanki Əli (ə) deyir: Nə işlə məşğulsunuz?! Nədən danışırsınız?! Nə üçün susursunuz?! Əsrlər boyu Quranı xalqa çatdıracaq qənaətbəxş bir kitab yazılıbmı?! Mənə həsr olunmuş mədhiyyələrlə dolu cildlərlə kitablar nə verir?! Bir fars, bir türk mənim dilimi anlamır. Lamartininin bütün sevgi dastanları dilinizə çevrildiyi halda, müsəlman mücahid mənim haraylarımdan xəbərsiz qalıb!

Qısa ömrü Bitlza sərf edənlər dünyadan Əli xəbərlərini eşitmədən gedəcək, heyf!

İmamların həyat və fəaliyyətlərini yığcam və dəqiq əks etdirən bir risalə yazılıbmı? Mövlud və vəfat günləri göz yaşları axıdırsınız, amma hələ də dünya Əhli-beyt (ə) məqamından xəbərsiz qalıb.

Bizim millətlər bütün ömrünü Əhli-beytə (ə) eşq içində keçirib, əzadarlıqlar qurub, göz yaşları axıdıb, ehsanlar paylayıb. Amma imamlar kimi yaşamaq, onlar kimi danışmaq, onlar kimi oturmaq, onlar kimi susmaq, onlar kimi əsarətə boyun əyməmək, şəhadətə qucaq açmaq bir o qədər də önəmli olmayıb. Hansı ki, əsl aşiq qədəmini məşuqun qədəm yerinə qoymaqdan ləzzət alır.

Əgər bir şəxs sevgi dolu ürəklə başını yarıb qanını yerə tökürsə və eyni zamanda Kərbəla vaqeəsini anlamırsa, günahkar kimdir? Əgər bir xanım Zeynəb (ə) eşqi ilə köz üstə çıxırsa, amma Zeynəb (ə) ideallarından xəbərsizdirsə, günahkar kimdir? Belə insanlar üçün Hüseyn, Zeynəb Aşura gününün səhərindən Aşura günortasınadək mövcuddur?! Əzadarlıq dövrü sovuşan kimi, bütün amallar yaddan çıxarılır!

Təsəvvür edin ki, gözünü açıb ata-ananı Hüseynə, Zeynəbə, Kərbəla şəhidlərinə ağlayan görən gənc kənar bir ölkədə ali təhsil alıb vətənə qayıdır. Bu əvvəlki övlad deyil. Onun ciddi sualları var. Onun din yalnız ağlamaqdan ibarətdirmi? sualına kim cavab verməlidir? Axı, bütün ömrünü dinə sədaqətlə sərf etmiş savadsız ana öz hisslərini izhar etməkdə acizdir! Bəs müqəssir kimdir?

Əgər azad düşüncəli bir ziyalı öz xalqının geri qalmasından əziyyət çəkirsə və onları oyatmaq üçün çalışırsa, həm cəmiyyətini tanımalı, həm də tarixini bilməlidir. Bu ziyalı öz məzhəbini Mədinə, Fatimə ocağı, Hüseyn şəhadətgahı, Zeynəb karvanı prizmasından yox, İsfahan və Qum fatimiyyə və hüseyniyyələrindən öyrənərək fəryad qoparsa ki agahlıq və şəxsiyyət istəyən qadınımız uzaq keçmişdə qalmış ənənələrdən faydalana bilməz, hələ zülmü tanımamışdır. Bu ziyalı, cəmiyyətin buxovunu öz boynunda hiss etmir. Dünyagörüşü məhdud insan, hadisələri yalnız öz pəncərəsindən seyr edərək, zülmə qarşı qiyam üçün əlinə şəmşir götürür və bu şəmşiri öz başına endirərək dünyasını dəyişir. Bu məzhəbi əməl onun dəryalarca günahını yuyur və o, anadan yenicə doğulmuş körpə tək pak halda Allah hüzuruna gedir... Bəli, alimlərin günahı budur ki, insanları yaxşıya əmr edib, pisdən çəkindirmək, həqiqət yolunda cihad və şəhadət əvəzinə, xalqı əzadarlıq, göz yaşı, təqiyyə, yersiz şəfaətə çağırırlar. Xalqın zülm qarşısında itaətə, səbrə dəvət edilməsi islami prinsiplərdən kənardır!

Əgər xalq inanıbsa ki, Əli məhəbbətində kimyəvi bir təsir var və bu məhəbbət günahı savaba çevirir, bir ömür zülm etmiş insan bu məhəbbət səbəbindən axirətdə xoşbəxtliyə qovuşur, müqəssir kimdir?

Əgər atalarını əməldə Əhli-beyt (ə) göstərişlərinə bağlı görməyən oğullar bu məzhəblə əlaqəni kəsirlərsə, kimdir günahkar?

Əgər bizim ziyalılarımız iddia edirlər ki, bizim cəmiyyət məzhəbi, Əhli-beyt (ə) aşiqi, Əli (ə) vurğunu olmasına baxmayaraq, bəzi qeyri-müsəlman və ya qeyri-şiə cəmiyyətlərdən mədəniyyət baxımından geri qalır, kimdir müqəssir?


Əli (ə) ailəsi, ziyalı, yoxsa xalq?

Doğrudanmı, Əli xanədanı cəmiyyətin tərəqqisində təsirsizdir? Yoxsa, ziyalıların araşdırmaları əsassızdır? Bəlkə, dindar xalq özü süstlük göstərir?

Əlinin (ə) müqayisəsiz həqiqət, mütərəqqi məktəb olmasına heç bir şübhə yoxdur. Əli (ə) əfsanəvi həqiqətdir. İnsan necə olmalıdırsa, Əli (ə) elədir!

Onun həyat yoldaşı Fatimə ideal qadın nümunəsi olaraq, heç bir zaman və məkanda öz aktuallığını itirmir. Övladları Hüseyn və Zeynəb öz inqilabları ilə istibdadı bəşər tarixində əbədi rüsvay edənlərdir.

Fatimə evi, İbrahimin öz varisləri ilə məskunlaşdığı Kəbədir. Əlbəttə ki, burada Kəbə bir işarədir. O Kəbə daşlardan qurulmuşdusa, bu Kəbə insanlardan ucalmışdır. O Kəbə yalnız müsəlmanlar üçün idisə, bu Kəbə bütün məzlum aşiqlərin sığınacağıdır.

Digər bir tərəfdən tarix həmişə şahları və sarayları din, mədəniyyət, elm və bilik mərkəzi kimi tanıtdırmışsa da, agah insanlar bu göyçək sözlərə inanmamış, əsl mərifət ocağını özləri təyin etmişlər. Bu gün də səmimi ürəklər Fatimə evinə məhəbbətlə doludur. Onlar Əhli-beyt (ə) müsibətlərinə ağlayır, ilahi həqiqətlər yolunda canlarından keçirlər. Bu vəqfləri, nəzirləri, ehsanları hesablayın. Bu gün maddiyyat önə çıxıb məzhəb zəifləsə də, həqiqi aşiqlər bir tikə çörəyə möhtac olduqları halda belə imanlarına sədaqət göstərir, Məsumların (ə) xatirəsinə milyonlarla məclislər qururlar. Bu məclislərdə 150 minədək alim və vaiz, yetmiş min rövzəxan iştirak edir. Hüseyniyyələrin inşasına, heyətlərin təşkilinə xərclənən pulları, imanlı müsəlmanların ödədikləri xüms və zəkatı hesablayıb qurtarmaq mümkün deyil. Onu da nəzərə alın ki, bütün bu işlər iqtisadi cəhətdən geri qalmış, əsas sərmayəsi bir neçə min kapitalistin əlində toplanmış ölkələrdə baş verir. Bu yeni təbəqə qərb havasında mədəniyyətbazlıq edir və həqiqi məzhəbi tanımaq istəmir. Bu burjua təbəqəsi arasında üç-beş nəfər özünü dindar göstərən varsa da, bu dindarlıq formal xarakter daşıyır. Seyyid Qütb demişkən, belələri yalnız amerikan islamını bəyənirlər. Bu dindarların övladları vaxtını Avropa otellərində, çimərliklərdə keçirir, atalarının səxavəti hesabına rəqqasələrin başına pul səpir, arabir də aclıq çəkən ölkələrə qəpik-quruş humanitar yardım göstərirlər. Bir növ sağılıb qurtardıqdan sonra, öz millətlərini sağmaq üçün geri qayıdırlar. Belələri nəinki öz çirkin əməllərindən xəcalət çəkmir, hətta özlərini mədəniyyət fədailəri hesab edirlər.

Eyni vaxtda müqəddəs Kərbəla, müqəddəs Kəbə evinin ziyarəti eşqi ilə yaşayan, əqidəsini, dünyagörüşünü artırmaq istəyən, dini vəzifələrini yerinə yetirmək arzusunda olan bir müsəlman cəmi 50 min tümən pul götürüb, Bismillah deyərək yola çıxır. (İlahi, nələr deyirlər bu adam haqqında! Millətə, mədəniyyətə xərclənəsi pullar havaya sovruldu! Daha deyən yoxdur ki, adı müsəlman olan bir kapitalistin ərköyün oğlu öz aşnaları ilə Paris otellərində bircə gecədə on qat bundan artıq pulu havaya sovurur! Özü də xalqın damarından sorulmuş pulu!)

Bunu da qeyd etməliyik ki, özünü əksəriyyət təşkil edən təbəqədən ayırıb mode  göstərən yalnız bir hissə varlı tacirdir. Varlıların böyük bir hissəsi mədəni, məzhəbi cəhətdən kasıb xalqla çox yaxındır. Onlar din və məzhəb yolunda elə böyük pullar xərcləyirlər ki, bu səxavət yalnız imandan doğa bilər.

Burada bir sual yaranır: Bir tərəfdən İslam bizim dinimizdir. Eləcə də, İslam bəşər tarixinin son dinidir. Ən təkmil olan bu din insanlara yaşamağı, şəxsiyyətli olmağı, mədəniyyət və qanunçuluğu, ilahi və ictimai tövhidi və hər fərdə şəhadətə hazır cəmiyyət qurmağı öyrədir.

Digər tərəfdən, şiə məzhəbi imamət və ədalət məzhəbidir. Şiələr Əli (ə) və onun övladlarının (ə) ardıcıllarıdır. Tarix bu şəxslərin cihad, müqavimət, azadlıq mübarizəsinə, zülm önündə boyun əyməməsinə şahiddir. Onlar hər zaman zalım və ya istismarçı və müstəmləkəçilərlə yaxınlıqdan kənar olmuşlar.

Əli, Hüseyn və Zeynəbə inam, məsum rəhbərə itaət, elmi ictihad və əməli cihad, şəhadət və hazırlıq, sonuncu İmamın (ə) zühurunun intizarı kimi həqiqətlər hər an diridir.

Bizim xalq eşq əhli olaraq bu ailədən ilham alır. Müqəddəs adlar insanlara ruh verir, onların zikri qanları cuşa gətirir.

Bu xalq həmin müqəddəslər yolunda qanından keçməyə hazırdır. Bu xalq nalə çəkir, qəm içində üzülür, hər il o qanlı hadisəni xatırlayaraq, əzadarlıq edir və hətta eşqin şiddətindən özlərini qana bulayırlar.

Digər bir tərəfdən, bizim ziyalılar, dünyadan xəbərdar və agah gənc nəsil imana möhtac olduğu halda, azadlıq və inqilablar haqqında düşünür, öz xalqının bərabərliyi və ayıqlığı üçün çalışır. Bu günkü ziyalı qərbə uyub, öz xalqına biganə qalan ziyalı deyil. Maraqlıdır ki, o, artıq öz ana dilini unutmur. O, öz adət-ənənəsinə sadiq milləti ilə fəxr edir. Bir vaxt framasonların saç ayırıcımızdan ayaq dı ağımızadək mədəni olmalıyıq şüarı şərqdə əkildi və qanla, neftlə suvarılıb cücərdildi. İstismarçılar üçün gözəl otlaq yaradıldı. Bu gün artıq İslam mədəniyyətinin yox, qərbpərəstliyin cəmiyyətdən rədd edilməsi haqqında danışılır. Artıq bizim ziyalı öz ictimai məsuliyyətini gözəl dərk edir.

Bəs nə üçün İslama uyğun dəyişikliklər səmərə vermir? Hər yerdə din də var, məzhəb də, ziyalı da, xalq da. Amma islami dirçəliş yoxdur! Nə üçün dini dəyərlər yolunda göz yaşı axıdan mömin bir millət özünə qayıda bilmir? Din qurtuluş, məzhəbədalət, ziyalıməsul, xalqmömindirsə, günahkar kimdir? Bu sualın bir cavabı var: alim!

Çünki millətin sevdiyi dini şüurlu şəkildə qəbul edə bilməməsinin səbəbi əsl dini tanımamasıdır. Məhəbbət var, amma mərifət yox! Əgər insanlara həyat vermək üçün gəlmiş bir dində həyat tapa bilmiriksə, demək, bu dini yetərincə tanımırıq. Bəs, bütün bu incəlikləri xalqa kim öyrətməlidir? Əlbəttə ki, alim!

Xalqa Əli şəxsiyyətini alimlər tanıtdırmalıdır. Alim anbar dolu biliyi olan deyil. Bu elm nə vergidir, nə də fizika, kimya. Məlumat ayrı məfhumdur həyat yolunu işıqlandıran məfhum. Allahın elmi nurdur, qaranlıqları işıqlandıran nur! Elm coğrafiya, tarix deyil, iman və əqidədir! Quranda bu elm fiqh adlandırılmışdır. Bu gün isə həmin elm şəri əhkam, fəri adlandırılır. Alim qaranlıqda və qaranlıqla işləmir. O, qaranlığı yarıb, doğru yol göstərir. O, sadəcə həkim, ustad deyil, xalqın müəllimidir. Onun elmi Əflatun nəzəriyyəsi yox, risalət elmidir. Məhz belə alimlər peyğəmbər varisləri hesab olunmuşlar. Bu elmlər hidayət nurudur. Hidayət nur aləmi, alim isə ziyalıdır. Bu ziyalı əqidəsi və xalqı qarşısında cavabdehdir.

Şiə aliminin məsuliyyəti daha aydındır. O, naebi-imam, yəni imamın xidmətçisidir. Bu alimlər imamət məsuliyyətini öhdələrinə götürmüşlər. İmamət isə peyğəmbərlik məsuliyyətidir. Şiə alimi imamın vəzifəsini icra edir və onun haqqını, payını alır. O, ən azı xalqa imamı tanıtdırmalıdır. Xalq bilməlidir ki, imamlar kim olub, nə düşünüblər, nə danışıblar, nə ediblər? Alimlər imamların həyatını, tarixdə rolunu, əqidəsini, mövqeyini, mübarizəsini bəyan etməlidirlər. Xalq imamət qarşısında hansı vəzifə daşıdığını bilməlidir. Əgər kitab mağazalarında avropalı bir müğənnini təbliğ edən kitab olduğu halda, şiə alimlərini tanıtdıran kitab yoxdursa, demək, alim müqəssirdir. Əgər təhsilli bir gənc öz ana dilində əxlaqsız lent yazıları əldə edib Nəhcül-bəlağəni tapa bilmirsə, müqəssir alimdir. Əgər xalq yalnız imamların doğum və vəfat günlərindən xəbər tutursa, yenə də alim günahkardır.

Əli (ə) azadlıq carçısıdır, xalq isə ona aşiqdir. Xalq əsirdirsə, demək Əlini (ə) yaxşı tanımamışdır.

Əsl dəyər tanımaqdır. Tanımadan sevmək dəyərsiz bir bağlılıqdır. Oxunmayan və ya oxunduqda başa düşülməyən Quranla adi kitablar, ağ dəftər arasında heç bir fərq yoxdur. Hətta insanları Qurandan çəkindirmək üçün Quranın yetmiş batini var deyir, insanları həvəsdən salırlar. Hətta iddia edirlər ki, Quranı tərcümə, təfsir etdirmək haramdır.

Amma bu qəbil düşmənlərə cavab olaraq Qurani-kərimdə buyurulur: Quranın ayələrini düşünün.... Bəziləri Quranın çətin anlaşıldığını iddia edirlər. Allah-təala isə Biz Quranı asan göndərdik buyurur.

Əli (ə) öz ardıcıllarını əsarətdən yalnız o zaman azad edəcək ki, onu tanısınlar. Əgər Əli (ə) haqqında bu günə qədər bircə dənə də olsa yetərli bir kitab yoxdursa, yerə-göyə sığmayan təriflərin səmərəsi nədir?!

İnsan yalnız tanıdıqdan sonra, həqiqətən, sevə bilər. Bu sözlər Fatimə (ə) haqqında da deyilə bilər. Bu əzəmətli qadının ilahi şəxsiyyəti hələ də göz yaşları arxasında açıqlanmamış qalır.


Qadının üç forması

Müsəlman cəmiyyətində üç növ qadınla rastlaşırıq: müqəddəsnüma dindar qadın; son dövr artmaqda olan Avropa görünüşlü dindar qadın; bir də Fatimə görünüşlü, Fatimə xislətli qadınlar! Nə birinci, nə də ikinci qrup qadınlarla Fatimə arasında heç bir oxşarlıq yoxdur.

Bu günkü dünyada, xüsusi ilə də şərqdə, fərdi və ictimai təbəddülatlar nəticəsində cəmiyyətdə demək olar ki, qarşı-qarşıya dayanmış ziyalı-müasir və mühafizəkar-dindar təbəqələri formalaşmışdır. Bu ziddiyyətin qarşısını almaq imkansızdır. Cəmiyyət dəyişdikcə kişi geyimləri, paralel olaraq qadın geyimləri, ümumiyyətlə həyat tərzi dəyişilir. İnsan əbədi bir qəlibdə qala bilməz.

Qədim zamanlar oğul hökmən atanın formasına sədaqətli qalardı. Atanın ağlına da gəlməzdi ki, başqa cür ola bilər. Amma sonra elə bir vəziyyət yarandı ki, ata və oğul arasında heç bir oxşarlıq qalmadı. Ata və oğul bircə dəqiqə həmsöhbət olduqları vaxt mübahisə, ixtilaf yarandı. Bəli, əsrimiz belədir. İstər şərqdə, istərsə də qərbdə bu iki nəsil arasında böyük bir fasilə, fərq ortaya çıxmışdır. Təqvim nöqteyi-nəzərindən 30 il fərq, ictimai baxımdan 3 əsr görünür.

Nə vaxtsa cəmiyyət sabit idi. İctimai dəyərlər, xüsusiyyətlər demək olar ki, dəyişməz idi. Təqribən 300 il ərzində heç bir dəyişiklik baş verməmişdi. Babalardan nəvələrədək olan zaman fasiləsində ictimai əsaslar, istehsal, istehlak, hökumət, din və dini təbliğat, dini mərasimlər, ədəbiyyat, dil - bir sözlə, hər şey dəyişilməz qalmışdı.


Əhl və naəhl

Sabit, dəyişməz ictimai zamanın dayandığı bir mühitdə həm kişi, həm qadın sabit bir tip olur. Belə mühitdə sözsüz ki, qız ananın surəti olmalıdır. Belə mühitdə ana və qız çox əhəmiyyətsiz məsələlər barəsində mübahisə edə bilərlər. Dəyişməz cəmiyyətlərdə dəyərlərə qarşı yekdil münasibət olur. İki insan qrupu arasında yalnız məişət zəminində mübahisə yaranır.

Amma bu gün əxlaqlı qız öz əxlaqlı anasından uzaq düşmüşdür və onlarda bir-birinə qarşı biganəlik var. Cəmi 20-25 yaş bir-birindən fərqlənən bu insanları, eyni bir cəmiyyətdə yaşamalarına baxmayaraq, yalnız şəxsiyyət vəsiqəsi bağlayır.

Tiplər arasındakı fərqə addımbaşı təsadüf etmək olur. Mağazada pasterizə süd olduğu halda Tehranın küçələrində çoban öz qoyunlarını sağıb südünü asfaltın ortasındaca sata bilir. Bir də görürsən ki, avtosənayenin fəxri hesab olunan Yaquarın arxasında bir dəvə dayanıb. İnanın ki, çiyin-çiyinə addımlayan, biri dondurma yeyən, o birisi isə xoruz soran qız və ana arasında daha heyrətləndirici fərqlər yaranmışdır.


Məzhəb və adət-ənənə (sünnət)

Bu ziddiyyətlər təbii və həmişəlik deyildir. Həmin iki tipdən biri, yəni ana artıq ömrünün son günlərinə yaxınlaşır. O, özünü zorla, ya da həya-abıra görə qorumuşdur. Amma bu qarının hələ gənc qızı öz dövrünü yaşayır. Sabah o da ana olasıdır. Bu vaxt onların zaman fasiləsi eyniləşir. Artıq ana olmuş qız öz anası - yəni nənə üçün əhl uşaqdır. Bu vaxt sünnəti, yəni mühafizəkar ananın yeni tipə çevrilməsi labüddür. Qədim adətləri tapdalayan nəsilə qarşı hər hansı formada zor əbəsdir. Yersiz müqavimət yalnız və yalnız müqaviməti artırır.

Quranın təbirincə, sünnətul-əvvəlin, əsatirul-əvvəlin ifadələrini önə çəkən böyüklər, adət-ənənələri qorumağa çalışan insanlar adət-ənənə ilə din və məzhəbi qarışdırmamalıdır. İstənilən bir dəyişikliyi (hətta geyim, saç düzümü) küfr adlandırmaq yanlışdır. Çox vaxt mühafizəkarlıq, köhnəpərəstlik dinlə səhv salınır.

Bu yanaşma qadına münasibətdə daha aşkar görünür. Qadından tələb olunur ki, o qədimdə necə idisə, elə də qalmalıdır. İddia edirlər ki, qadın üçün bu qəlibi İslam bəyənmişdir və dünyanın sonunadək qadın belə qalmalıdır. Dünya dəyişir, hər şey dəyişir, ata, ər, oğul dəyişir, amma qadın sabit qalmalıdır?! Guya Peyğəmbər (s) bu qəlibi seçmiş və bu beləcə də qalmalıdır. Nə böyük nadanlıq!

Bu insanlar anlamırlar ki, dəyişikliklərin qarşısını almaq imkansızdır. Onsuz da bu yersiz tələblərə əhəmiyyət verən yoxdur. Bəli, dövr dəyişir, cəmiyyət yeniləşir, adət-ənənələr, qayda-qanunlar yeni forma alır. Həqiqət isə sabitdir. Dövrün karvanı bütün maneələri ayaqları altında əzəsidir.

Bəzən köhnəliyi qoruyub saxlamaq üçün dindən istifadə edirlər. Hansı ki, ölmüş, çürümüş köhnəliyi dinin köməyi ilə yaşatmaq mümkün deyil.

Köhnə adətlərlə nadancasına yüklənmiş din özü haldan düşür. Hətta elə olur ki, din köhnəliyin ağırlığına tab gətirmir.

Dinin adət-ənənə ilə bir tutulması nəticəsində, qəlbi yenilik eşqi ilə dolu olan hərəkatlar dini də köhnəliyə qatıb səhnədən çıxarmaq istəyirlər.

Diqqətli olun! Dini, İslamı köhnəliklərə qarışdırmayın! Məsələn, qaynatası ilə qəfil rastlaşan gəlin, guya hörmət üçün qucağındakı körpəni daş döşəməyə atırsa, bu din yox, köhnəlikdir!


İslam peyğəmbərinin qaydaları

Peyğəmbər sünnəti, yəni peyğəmbər qaydaları İslam dinində əhəmiyyətli bir bölmədir. Bu qaydalara Həzrətin buyurduğu (hədislər), qəbul etdiyi, etiraz göstərmədiyi, eləcə də kimsəyə demədən yerinə yetirdiyi işlər daxildir. Demək, sünnət dedikdə Peyğəmbərin (s) buyurduğu və əməli nəzərdə tutulur. Nəticədə, İslam əhkamı iki hissəyə bölünür:

1. İslamdan qabaq olmuş və həzrət Peyğəmbərin (s) qəbul etdiyi qaydalar (əhkami - imzai);

2. İslamdan əvvəl heç bir əsası olmayan təsisi əhkam (əhkami - təsisi) .

Amma, zənnimcə, həzrət Peyğəmbərin (s) metodları, taktika və strategiyası əvvəlki bölmələrdən az əhəmiyyət daşımır.


Peyğəmbərin (s) xüsusi rəftarları

Peyğəmbər (s) bir ictimai hadisə ilə qarşılaşdığı zaman elə üsul və metodlarla hərəkət etmişdir ki, bu metodlar bizim üçün bir məktəbdir. Uyğun bir dövrdən uzun bir zaman fasiləsi keçməsinə baxmayaraq, Peyğəmbərin (s) yanaşmaları aktualdır.


Üç tanınmış üsul

İslahatda ictimai mübarizənin bir sıra yolları vardır:

1. Mühafizəkarlıq ( tradisionalizm, konservatizm)

Bu üsula görə mühafizəkar başçı tam xurafat olmasına baxmayaraq, adət-ənənəni qoruyur;

2. İnqilabçılıq (revolyusionizm)

Bu zaman inqilab rəhbəri köhnəlmiş, çürük adət-ənənələri qəfil zərbə ilə aradan qaldırır.

3. İslahat və dəyişiklik (evolyusionizm, reformizm).

İslahatçı rəhbər çalışır ki, heç olmasa, bir ənənəni tədricən aradan qaldırıb, islahat apara bilsin.

Amma İslam Peyğəmbəri (s) dördüncü tədbirə əl atır. O, nəsillərdən nəsillərə ötürülmüş adət-ənənənin formasını saxlayıb, onun mahiyyətini dəyişir.

Mühafizəkarlar belə bir məntiqi dəlillə çıxış edirlər ki, əgər adət-ənənələr dəyişərsə, ictimai bağlar qırılar və cəmiyyət parçalanaraq təhlükəyə düşər. Onlar hər bir inqilabdan sonra yaranan hərc-mərcliyi bununla əlaqələndirirlər.

İnqilabçılar isə belə fikirləşirlər ki, qədim adət-ənənələr, üsul-idarələr cəmiyyəti tənəzzülə aparır. İnqilab istedadların, düşüncələrin salındığı qəlibləri sındıraraq, guya daha mütərəqqi ictimai durum əldə edir.

İslahatçılar, yəni reformistlər bütün planlarını addım-addım həyata keçirməyə çalışır, nə mühafizəkarları, nə də inqilabçıları dəstəkləmirlər. Onlar hər atılan addıma cəmiyyətin uyğunlaşmasını gözləyirlər. Amma bu metod uzun müddətli olduğu üçün düşmənlər, adətən, onu əsl istiqamətindən kənarlaşdırırlar. Məsələn, gənclərin əxlaqını tədricən islah etmək istəsək, bizi çox asanlıqla meydandan çıxararlar. İslahatçılar öz qüvvələrini dəqiq hesabladıqları halda, düşmənin qüvvəsini lazımınca qiymətləndirməyi unudurlar.

Amma İslam Peyğəmbərinin (s) mübarizə metodu tamam başqadır. O, ən optimal variantı seçir: ənənələri formaca saxlayıb, onların mahiyyətini dəyişmək! Bu mahiyyət dəyişikliyi inqilabi şəkildə həyata keçirilir.

Məsələn, cahil ərəblərdə qüsl adlı xurafi, cadugəranə bir ayin vardı. Ərəblər inanırdılar ki, cünub olmuş, yəni məsələn, cinsi yaxınlıqda olmuş adama cin-şeytan daxil olur, bu adamın ruhu çirkinləşir. Demək, ərəb ona görə suya daxil olurdu ki, şeytanı özündən uzaqlaşdırsın və bu iş ənənə şəklini almışdı.

İnqilabçı bu ənənəyə qarşı çıxıb, onun məhvinə çalışır. İslahatçı ictimai fikri tədricən dəyişməklə, bu ənənəni aradan qaldırmaq istəyir. Amma Peyğəmbər (s) həmin ənənənin əsl zərərli cəhətini - xurafi mahiyyətini aradan qaldırmaqla, yeni və gigiyenik bir ənənə yaradır.

Həzrət İbrahimdən (ə) sonra İslama qədər olan dövrdə Həcc mərasimi dini mahiyyətini itirmiş, xurafat dolu ərəb adətinə çevrilmişdi. Qeyri-dini təmənnalar səbəbindən müqəddəs tövhid evi bütlərlə doldurulmuşdu. Hamı bilirdi ki, Kəbəni həzrət İbrahim (ə) tikmişdir. Kəbə ətrafda böyük nüfuza sahib idi. İslam Peyğəmbəri (s) Kəbəyə qarşı yox, onun həmin dövrdəki bütpərəst mahiyyətinə qarşı qiyam qaldırdı. Beləcə, bir qrup Qüreyş başçısının qazanc mənbəyinə çevrilmiş Kəbə öz tövhid simasına qayıtdı, bəşəriyyət üçün birlik simvolu oldu.

Peyğəmbər (s) irqçi qəbilələrin bütpərəstlik adətini inqilabi yolla mütərəqqi ənənəyə çevirdi. Bütün bu proseslər zamanı aradan qaldırılmış xurafi adətlər ərəbləri pərişan etmədi. Əksinə, insanlar özlərini əqidələrində daha da paklaşmış və ülviləşmiş hiss etdilər. Hansı ki, bu insanlar neçə yüz illər bütpərəst olmuşdular. Peyğəmbərin (s) ildırım sürətli mədəni inqilabı nəticəsində demək olar ki, itkilər hiss olunmadı. Peyğəmbər (s) bu metodunu adətlərin formasını saxlamaqla mahiyyət inqilabı adlandırmaq olar.

Mənim qüsl və Həcc məsələsindəki izahatlarımla razılaşmayan ilahiyyatçıların nəzərinə çatdırmaq istəyirəm ki, mən bu məsələləri kəlam yox, ictimai baxımdan araşdırmışam. Mən demək istəmirəm ki, Peyğəmbərdən (s) qabaq qüsl də var idi, Həcc də var idi. Əsl qüsl və əsl Həcc ilahi göstərişdir. Xurafat dolu əməlləri İslam dini üçün baza hesab etmirəm. Sadəcə, Peyğəmbərin (s) mübarizə metodunu açıqlamaq istəyirəm.

Mühafizəkar bütün imkanlarından istifadə edir ki, köhnəliyi qorusun. İnqilabçı bir dəfəyə hər şeyi alt-üst etmək istəyir. Əlbəttə ki, belə bir məqsədə diktaturasız çatmaq qeyri-mümkün olur. İslahatçı isə öz ləng hərəkəti ilə düşmənə yeni fürsətlər yaradır.

Amma Peyğəmbərin (s) iş metodu tamam başqadır. Əgər bu metodlara lazımınca diqqət yetirsək, dəyərli göstərişlər əldə edərik. Xurafi adətlərə, yanlış məzhəblərə qarşı mübarizədə yalnız bu metodla müvəffəq olmaq mümkündür. Əks təqdirdə, xalqın heysiyyətinə toxunmaqla düşmən qazanmaq olar.


İdealizmə xidmətdə realizm vasitəsi

İslamın xüsusiyyətlərindən biri cəmiyyətdəki gerçəklikləri qəbul etməsidir. Bu məsələyə İslam dini xüsusi diqqətlə yanaşır. İdealist cərəyanlarda yalnız mütləq ideallar əsas götürülür. Bu ideallarla uyğun gəlməyən istənilən gerçəklik rədd edilir. Əslində isə qəzəb, intiqam, cinsi istəklər, dünya məhəbbəti inkarolunmaz həqiqətlərdir. Əxlaqi idealizm (zahidlik) və ya məzhəbi idealizm (xristianlıq) bu həqiqətləri inkar edir. Əksinə, realizm cərəyanı bütün gerçəklikləri qəbul edir. Məsələn, İngiltərədə homoseksualizm qəbul edilir. Kilsə ailənin müqəddəsliyini əsas gətirərək, boşanmanı qadağan edir. Hansı ki, belə bir şüarla ailəni qorumaq mümkün deyil. Bu səbəbdən Avropada heç bir bağlılığı olmayan ailələr mövcuddur. Sadəcə, ona görə ki, boşanmaq olmaz! Boşanmağın qadağan edilməsi nəticəsində xəyanət yaranır. Boşanmaq hüququndan məhrum edilmiş ər-ərvad az qala açıq-aşkar bir-birinə xəyanət edirlər.


Fransız siğəsi (KonSobinaCe)

Qapıdan buraxılmayan insanın pəncərədən qaçması ictimai gerçəklikdir. Diqqət edin:

Fransada rəsmi arvadı ilə yaşamaq istəməyən kişi öz qadınından ayrılır. Qadın da ər kimi hərəkət edir. Həm ər, həm arvad rəsmən nigahda olduqları halda, başqa insanlarla cinsi həyat keçirirlər. Avropa və Amerikada qeyri-rəsmi doğulan uşaqların sayı baş gicəlləndirir. Axı xasiyyətləri uyuşmayan, hətta qonşuluğa dözümsüz olan insanları zorla bir ailədə birləşdirmək olmaz!

İnsanda mövcud olan cinsi ehtiras, sevgi meyli ona qadağan edilə bilməz. İnsana əmr oluna bilməz ki, sən hökmən bu qadını sevməli və onunla yaşamalısan. Bəli, bu gün boşanmanı qadağan edən kilsə homoseksualizm, lesbiyanizm kimi gerçəkliklərlə üzləşir. Kilsə dediyini deyir və guya bu həqiqətləri görmür. Demək, qanun təbiətlə zidd olur və fəsadlar törənir. Əslində, mövcud olmayan bir şey ailə adı altında qanuniləşdirilir. Təbii ailə isə qanundan kənar fəaliyyət göstərir. Hətta belə ailəyə ad da verilir: Konsobinace !

Belə ailələrdə doğulan uşaqlar cəmiyyətdə normal qəbul edilmir. Bu uşaqlar həm ailə, həm də cəmiyyətin sevgisindən məhrum olurlar. Təbii ki, məhəbbətdən məhrum edilmiş insan cinayətə meyilli olur.

Bilirsinizmi, Avropada və xüsusi ilə də Amerikada nə qədər cinayətlər baş verir? Hətta ən geri qalmış, mədəniyyətdən xəbərsiz ölkələrdə də belə statistika qeydə alınmayıb. Çünki mədəniyyət və azadlıqdan dəm vuran bu super dövlətlərdə cəmiyyətdən intiqam almaq üçün məqam gözləyən qeyri-qanuni doğulmuşlar ordusu mövcuddur.

Bu gün Avropada əksər cinayətlərin üstü açılmır. Çünki cinayəti törədən şəxsin qətlə yetirdiyi şəxslə heç bir əlaqəsi yoxdur. Axtarış zamanı, adətən, qətlə yetirilmiş şəxslə əlaqəsi olanlar araşdırılır. Bu metod bu gün Avropa və Amerika kriminalistikasında özünü doğrultmur. Cinayətkar öz qurbanını tanımır. O, cəmiyyətdən intiqam alır. Ona görə də qarşısına çıxan ilk bədbəxti qanına qəltan edir.

Xristian dünyasındakı bu gerçəkliyə qəmlənərək, fəxrlə deyə bilərik ki, müsəlman aləmində belə bədbinliklərə az təsadüf olunur. İslamda təlaq, yəni boşanma olduğu üçün qanunsuz nigahlar, formal ailələr də azdır.

Təsəvvür edin ki, körpə uşaq gözlərini yumaraq qarşısındakı samovar, çaynik kimi maneələrdən keçmək istəyir. İdealizm maneələri görmək istəməyən uşaq kimidir. O, elə zənn edir ki, görmədiyi şeylər mövcud deyildir.

Realistlər isə idealistlərin tam ziddinə hərəkət edirlər. Onlar varlığı dəlil götürərək hər şeyi, hətta ən çirkin şeyləri qəbul edirlər. Onlar hiss üzvləri ilə varlığı sübuta yetməyən gözəllikləri isə inkar edirlər.

Dialektik materializmə bağlı tələbələrimdən biri mənim bütün sözlərimə yalnız bir prizmadan yanaşırdı. Məni məzhəbi, dindar tanıdığı üçün bütün dediklərimi rədd edirdi. Hətta marksizmdən iqtibas etdiyim tezisləri də inkar edirdi.

Bir gün Bəni-Üməyyənin cinayətindən danışırdım. Mövzu Bəni-Üməyyə sülaləsinin cəbri əqidəsini yaymaqla, öz hakimiyyətini qorumaq istəyi idi. Söhbətin ikinci sualı bu cinayətə qarşı çıxanlar haqqında idi.

Söhbət əsnasında həmin tələbənin həyəcanlı, narahat olduğunu hiss etdim. Mən bu işdə həzrət Fatimə (ə), həzrət Əli (ə), Hacər, Əbuzər və Hüseynin (ə) ədalətli mübarizəsindən danışıram, o isə narahat olur. Mən dindən yox, ədalətsiz hakimin zülmündən və bu zülmə etiraz səsini ucaldanlardan danışıram, o isə həyəcan keçirir. Tələbə Bəni-Üməyyəni müdafiə edərək dedi: Ağa, cəbrilik (hər şeyin Allahın iradəsinə bağlılığı) tarixdir. Tarixi şərait insanı məcbur edir.

Əslində, belə deyil. Əli və Hüseyn (ə) materialist yox, idealist idilər. Onlar tarixin zoruna (cəbrinə) qarşı çıxırdılar.

Ümumiyyətlə, hər hansı bir cəmiyyətdə ictimai əqidə, dünya görüşü əvəzlənərsə, dindarla dinsiz, alimlə cahil arasında elə bir fərq qalmaz. Tarixi proseslərin əzəməti qarşısında çoxları özünü itirərək, Bu Allahın, talehin, nə bilim, tarixin işidir deyərlər.

Bəni-Üməyyə cinayətlərini də bu üsulla ört-basdır etmək istəyənlər var. Bəni-Üməyyə öz çirkin əməllərini Allahın iradəsinə sırıyaraq, Nə edirsə, Allah edir- deyir, bununla da cəbri məzhəbini yayırdı. Qeyd etdim ki, bu tarixi zərurət deyil, qılınc zərurətidir.

Yarımziyalıların çoxu zor ilə cəbri səhv salır. Realistlər mövcud olan şeyi var bilirlər. Əgər bir şəxs desə ki, elə yox, belə olmalıdır, onu idealist adlandırırlar. İngiltərədə homoseksualizmi qanuniləşdirib, onlara hüquq vermək istəyənlərin dəlillərinə baxın: Bu gerçək bir həqiqətdir. Cəmiyyətdə homoseksualistlər varsa, demək, bu qanuni şəklə salınmalıdır. Əgər bir şəxs bu fikrə qarşı etiraz edib, bu əxlaqsızlıqdır, bununla mübarizə aparmaq lazımdır desə, həmin şəxsi idealist, başqa sözlə, xəyalpərvər adlandırarlar.

Özünü realist siyasətçi adlandıranların iddiasına baxın: İsrail bir gerçəklikdir. Bəli, Fələstin işğal olunub və istiqlaliyyətini itirib. Amma bu gerçəklik qəbul olunmalı və İsrail tanınmalıdır. Qarabağ məsələsində də qərb siyasətçilərinin mövqeyi oxşardır. Bəli, Qarabağ işğal olunub. Amma bu gerçəkliyi qəbul edib, Qarabağın müstəqilliyini tanımaq zəruridir!

Gerçəklik, gerçəklik, gerçəklik! Əgər cəmiyyətdə fahişəlik varsa, bu gerçəklikdir və qanuniləşdirilməlidir?! Bu ehtiyacı ödəmək üçün fahişəxanalar açılmalı, televiziyada prezervativ rolikləri fırladılmalı, po oqrafik filmlər nümayiş etdirilməli, qəzet və ju allar dərc olunmalıdır?! Əgər siz bütün bu iyrəncliklərə etiraz etsəniz, demək, idealistsiniz, gerçəkliklə barışmaq istəmirsiniz.

Bir fransız qəzeti yazır: Evə qəfil qayıtmış M. P. öz arvadını yad kişi ilə bir yataqda tutur. Özünü itirmiş qadın duruxmuş ərindən əzizim P.sən nə düşünürsən? soruşur. M.P. bu gerçəklikdir - deyib, otağı tərk edir!

Ciddi və nüfuzlu qəzetlərdən birinin ilk səhifəsində özünü dindar tanıtdırmış məşhur bir yazıçının qadınlara tövsiyəsi dərc olunmuşdu: Öz bədən quruluşundan narahat olan, artıq piylənmədən yaxa qurtarmaq istəyən xanımlar bir qədər gəzsələr faydalıdır.

Bu məsləhətlərin arxasında həmin bütləşdirilmiş gerçəklik durur. Yəqin ki, uyğun məsləhəti verən yazıçı bu işi təcrübədən keçirib. Onlar bir işi faydalı bilirlərsə, bu işə maneə törədə biləcək hər şey, hətta din də xülyadır.

Onlar istismarçılığı da gerçəklik sayırlar. Qoy bu istismar zülmə, zora, işkəncələrə, bütöv millətlərin məhvinə səbəb olsun! Təki gerçəkliyə xəyanət edilməsin!

Bəs idealistlər, yüksək amallar uğrunda mübarizə aparanlar nə üçün müvəffəq ola bilmirlər? Çünki, bu cərəyanın tərəfdarları gerçək maneələrə göz yumur, öz hədəflərinə doğru sanki uçurlar. Həyat və nəzərdə tutulmuş hədəflər isə yerdədir. Hərəkət nöqtəsi ilə hədəf arasında maneələr mövcuddur. Müqəddəs ideallara xəyalən qovuşmaq olar. Amma gerçəkliyi nəzərə almadan hədəfə çatmaq mümkün deyil. Demək, idealist insan fikir və düşüncədə hamıdan irəlidir.

İnqilabçı isə nəzərdə tutduğu amallar naminə hər şeyi viran qoyur, amma tikə bilmir. O, hamıdan çox danışır, amma bir iş görə bilmir. Budur Əflatun quruculuğunun Məhəmməd (s) quruculuğundan üstünlüyü! Amma yerdə yox, səmada! Həqiqətdə yox, təxəyyüldə!

Beləcə, bir daha qeyd edək ki, realizm insanın ülvi arzu-istəklərini puça çıxarır. O, insanın bütün ideallarını bu gün yoxdur deyə iflic vəziyyətinə gətirir. Realizm gerçəklik qarşısında təslimçiliyə, olanı qəbul etməyə çağırır. Bir sözlə, realizm ac varlığı zəhərləyir, idealizm isə acından ölür!


Nə idealizm, nə də realizm!

Amma İslam nə şərqə, nə də qərbə aid olmayan bir çıraqdır. O, kökü yerdə, budaqları səmada olan pak bir ağac kimidir. O, idealizmin ziddinə olaraq bütün fərdi, ictimai və tarixi gerçəklikləri görür və nəzərə alır. O, gerçəklikləri realizm kimi qəbul edir, amma saf-çürük etmədən təsdiqləmir. İslam faydasız və zərərli gerçəkliklərin mahiyyətini dəyişir. O, öz ideallarına doğru can atır. O, realizm tək mənfi gerçəkliklərə təslim olmur. İslam eybəcər gerçəklikdən qaçmır, ona doğru gedir. İslam realizmin cilovsuz, gerçək atlarını cəmiyyətin faydası üçün cilovlayır, yəhərləyir.

Məsələn, bütün Avropa və Amerikanı bürümüş qanunsuz nigahlar qarşısında İslam sədd çəkir. İslam birlikdə yaşamaq istəməyən ər-arvada boşanmaq olmaz demir. Əksinə, onları yeni və sevgi ilə dolu bir həyata çağırır.

Avropa qanunsuz nigahı mənfur hesab etsə də, onunla barışır, onun nəticələrinə göz yumur. Hansı ki, dini cəmiyyətlərdə, eləcə də, İslam qaydalarının icra edildiyi cəmiyyətlərdə uyğun hal təlaq, nigah, istisna hallarda siğə vasitəsi ilə aradan qaldırılır. Qanunsuz nigahın gerçəklik kimi qəbul edildiyi cəmiyyətlərdə belə bir nigahda yaşayan qadın və kişi Allah və vicdan qarşısında özünü bir o qədər də günahkar hiss etmir. Çünki insanlar qanun və ictimai rəylə hesablaşırlar. Əgər qanun susursa, ictimai rəy tərəddüd göstərirsə, günahkar insan öz günahını mühitlə bölüşmək hissini yaşayır.

İslam isə bu halları qəbul etməklə yanaşı, onlarla mübarizə aparır. Gerçəkliyi etiraf etmək azdır. Mənfi gerçəkliyi isə islah etmək zəruridir. Realistlər gerçəkliyi mənfi və ya müsbət olmasından asılı olmayaraq qəbul edir, bir növ gerçəkliyə əsir olurlar. İdealistlər isə mənfi halları görmədiklərindən daha az zərər çəkirlər. Bununla belə, hər bir idealist mənfi gerçəklik qarşısında diz çökmək məcburiyyətindədir.

Amma istər idealist, istər müqəddəs və məzhəbi ailələrdən çıxan gənclər mühit okeanında qısa bir müddətdə gerçəkliyin qurbanı olurlar. Ən fərasətli idealist və ya dindar belə öz övladını gerçəkliyin əsarətindən qurtarmaqda acizdir. Bu gənclər üçün ideal, müqəddəslik, adət-ənənə gülünc görünür. Çünki, bütün gerçəkliklər heyvani bir həyat təbliğ edir.

Yeni mədəniyyət bütün çərçivələri qırmışdır. İntibah, ziyalılıq hərəkatı, böyük Fransa inqilabı, texniki tərəqqi əsrində insanın diqqətini özünə yönəltmək çox çətindir. Demokratiyagözləniləsi sonluq idi. Mode ləşməyə maraq və bu marağın ardınca ideoloji sferanı ələ keçirmiş mode izm!

Təəssüf ki, xalqların taleyinə cavabdeh olan şəxslər və qurumlar mənfi gerçəkliklərə göz yummaqdadırlar. Onlar hansısa səviyyədə idealları qorumaqla, avtomobillə yanaşı arabanı saxlamaqla işlərini bitmiş hesab edirlər. Cəmiyyət öz idealını necə qoruyur? Elektrik çıraqları ilə yanaşı şamlar, neft çıraqları yandırılır. Yoxsa, sən çırağı məsxərəyə qoyursan? Həmin çırağın işığında küleynilər, şeyx tusilər, əllamə məclisilər yarandı!

Bəs bu gözüqanlı fatehlərin qarşısı necə alınmalıdır? Yoxsa, gözləri bağlayıb lənət oxumaq kifayətdir?!

Avtomobil asfalt yollarla, çox rahat şəkildə qərbin mədəniyyət, qüdrət və siyasət qülləsindən işıq sürəti ilə şütüyüb yatdığımız yerdə qapımızı kəsdi. Keşikçilərimiz lay-lay deməkdə davam etdilər, əsrin avtomobilinin qarşısında durub, xalqa geri çəkilin, dininizdən yapışın dedilər. Amma bu avtomobil bütün dəyərləri təkərləri altına alaraq irəli şığıdı. Bir də onda ayıldıq ki, biz də qərbdən gəlmiş bu sürətin yedəyindəyik.

Çoxları anlayırdılar ki, bu gerçəklik (qərb havası) tezliklə bütün dini və əxlaqi dəyərləri aradan qaldırıb, beyinlərdə öz imzasını atacaq. Bəs bunun qarşısını almaq üçün nə etdilər? Əmr edildi: Haramdır! Radio almayın! Filmlərə baxmayın! İnstitut, universitetlərə ayaq basmayın! Qəzet oxumayın! Cəmiyyət qurmayın! Bir sözlə, bildiklərimiz bizə yetər, yenisinə ehtiyac yoxdur! Qadının adını çəkməyin!.

Bizim mənəviyyat keşikçilərimiz eskimosa soyuducu satan kapitalizm qarşısında, sadəcə olmaz deməklə kifayətləndilər. Daha doğrusu, xalqın qulağına iki söz sırğa edildi: haram və olmaz!

Nəticə nə oldu? Nəticə gördüyümüz kimi oldu. Avropa gerçəklikləri, qərb kapitalizmi, hiyləgər tülkülər və yırtıcı goreşənlər bir növ müdafiəsiz qalmış sadəlövh ümmətlərin mənəviyyatını və təbii xəzinələrini viran qoydular. Gəldilər, qırdılar, apardılar, amma bir buxaralı kişinin Çingiz qoşunu haqqında dediyi kimi - çıxıb getmədilər!

Nə üçün? Çünki onları görən olmamışdı. Çünki, bu gəlmələrə nifrət edən keşikçilərimiz üzlərini yana tutmuşdular. Gətirilmiş yenilikləri xalqın boyuna islah etmək belə kimsənin yadına düşməmişdi.

Kiçik bir misal. Qadınımız örtüklüdür. Bu örtüklü xanım hamilədirsə, doğuşu kim qəbul etməlidir? Əlbəttə ki, qadın oxuyub təhsil ala bilməzsə, uşağı kişi həkim tutmalıdır. Bəs nə üçün qadın həkim olmamalıdır? Hicablı qadına kişinin mamalıq etməsi hansı çərçivəyə sığışır?

Demək, istəsək də, istəməsək də, texniki tərəqqinin ağuşuna düşdük. Xaricdən gəlmiş, mənəvi kodekslərlə nizamlanmamış gerçəkliklər özünə lazımi yer aldı. Biz dedik radio-televiziya haramdır. Amma alıb evimizə qoyduq. Biz institut-universitetə qarşı çıxdıq, amma gənc nəsli həmin ocaqlara yönəltdik. İndi fəryad çəkirik: Bu necə institutdur ki, allahsızlığı təbliğ edir, bu necə radio-televiziyadır ki, əxlaqsızlıq yayır?! Bəs necə olmalı idi?! Vaxtında haramdır deyib kənara çəkilməsəydin, istənilən yeniliyə öz milli-dini rəngini vursaydın, bu gün özünü bir vaxt iyrəndiyin qərbli simasında görməzdin.

Alim zaman və məkandançıxarılan İslama məsuldur. Əgər xalq bəlalar qoynunda, iman oyunçularının çəngində tənha buraxılırsa, alim cavabdehdir. Alimin belə bir həssas zamanda kənara çəkilib rindanə ibadətə məşğul olması düzgün deyil. İslam qarşısında məsuliyyətini bu sayaq biganə yerinə yetirən alim istismara, dinsizliyə yol açır və saray alimlərinin meydana çıxmasına şərait yaradır. Beləcə, sükan, əslində, framasonluğa rəvac verən Eynüddövlə və Müzəffərəddin şahların əlinə keçir. Əlbəttə ki, Mirzə Mülkümxan kimi qərb təbliğatçıları o zaman meydana atıla bilirlər ki, əsl alimlər kənara çəkilib, özünü aciz bilir. Bunu da qeyd etməliyik ki, bəzən həqiqi mücahid alimlər köməksiz qalır. Xalq bu müqəddəs şəxslərə sığınmaq əvəzinə, onlara yağdırılan böhtanları cəmiyyətdə yaymaqla məşğul olurlar. Cəmiyyətdəki bu planlaşdırılmış pozucu fəaliyyətlərin qarşısını almaq üçün böyük fədakarlıq tələb olunur.

Belə cəmiyyətlərdə ideoloji təxribatçıların əsas iş istiqamətlərindən biri də xalqı sakitləşdirmək, yenilikləri şirin dillə qəbul etdirmək, insanları zərərin xeyrinə inandırmaqdır.

Cəmiyyəti və insanı inkişafda görmək istəyənlərin heç də hamısı meydana girib həqiqi islahat aparmaq iqtidarında deyillər. Onlar anlamışlar ki, zaman hərəkətdədir, adət-ənənələr aradan gedir və ən əsası, dünya nəhəngləri bizi udmaq istəyir. Bu prosesləri oturub kənardan izləmək üçün dərdsiz, alətə çevrilməmək üçün həyalı, sel gəldiyi vaxt özünü və ailəni qorumaq üçün ağıllı olmalısan. Amma cəmiyyət mode izmə yoluxduğu vaxt əxlaqlı ailə öz qızını bağlı qapı arxasında saxlamaqla qoruya bilmir. Çünki bu bağlı qapı arxasında bütün dünyanı həmin əxlaqlı qıza əxlaqsızcasına göstərən ekran var!


İnsanlığın iki qəlibi

Bizim cəmiyyətimizdə iki gerçəklik, iki nümunə, iki göstəriş var. Bunlardan biri təəssübkeşliklə qədim adət-ənənənin din və əxlaq adıyla sırınmasıdır. Bu tip anlayır ki, öz istəklərini, hətta zorla, həyata keçirə bilməz.

İkinci tip zahirən özünü ziyalı göstərib azadlıq istəyir. Bunlara qatılaraq əxlaqlı olmaq istəsən, səni dindarlıqda ittiham edərlər. Onlar istəyinin ardınca qaçan övladı nazlamaqla ziyalı adına sahib durmaq istəyirlər. Lakin bu nazlamanın səbəbi nə ziyalılıq, nə də hər hansı əqidədir. Onlar anlayırlar ki, övladla razılaşmasalar, hörmət pərdəsi yırtılar.

Bəli, bu bizim cəmiyyətimizdə mövcud olan iki tipdir. Onlardan biri mümkün olmayan iş üçün çalışır, ikincisi kövrək bir budağa çıxmağa səsləyir. Onlardan biri qollarını açıb dəhşətli seli saxlamaq istəyir, digəri seldən kənarda dirsəklənib, seldə batanlara papacan, mamacan deməklə qərb kompaniyalarının cibinə işləyir. Hər iki tip, selin hərəkətinə müdaxilə edə bilmir və bu sel həm o iki nəfəri, həm də bütün başqalarını qoynuna alıb aparır.

Bizim qadının bu gün düşdüyü vəziyyətə Avropa qadını neçə əsr əvvəl düşüb. Bizdəki qərbpərəst qadın qərbdəki qadının eyni deyil. Radio və televiziyada bizə avropalı kimi tanıtdırılan qadınlar, əslində, öz ölkəmizin istehsalıdır. Başqa sözlə, milli montajdır. Əlbəttə ki, Avropada da açıq-saçıq şəkildə ju alın ilk və son səhifələrində vurulan qadınlar var. Amma, adətən, belələri gecə qadınları olur! Bizdə isə belə deyil.

Bizə Avropa qadınını po oqrafik filmlər, qəzet və ju allar tanıtdırır. Əslində isə, bütün həyatını elmə sərf edib, 16-17 yaşlarından Afrika cəngəlliklərində müşahidələr aparan Avropa qadınları var. Bu qadınları yalnız avropalı olduqları üçün əxlaqsız hesab edə bilmərik. Məgər kvant mexanikasında böyük nailiyyətlər əldə etmiş xanım Küri avropalı deyildimi? Hansı İslam alimi həzrət Əlinin (ə) həyat və fəaliyyətini xanım Rezas qədər araşdırmışdır? Bu xanım İslam mədəniyyəti qoynunda doğulmadığı halda gənclik dövründən başlayaraq olduqca sirli məqamlara malik bir şəxsiyyətin həyatını tədqiq etmişdir. O, həzrət Əli (ə) xarakterindəki ən zərif cizgiləri qeyd etməyə nail olmuşdur. O, Əlinin (ə) Ühüd, Bədr, Hüneyn cəngavəri kimi təsvir etməklə kifayətlənməmiş, onun mənəvi dünyasına yol tapmışdır.

Nəhcül-bəlağə istər sünnilər, istərsə də şiələr tərəfindən tam tərtib olunmamışdır. Yalnız bu qeyri-müsəlman qadın Nəhcül-bəlağənin ən əhatəli tərtibinə nail olmuşdur.

Bizim ixtiyarımız yoxdur ki, Parisi hitlerçilərdən müdafiə edərkən misilsiz qəhrəmanlıqlar göstərmiş və həlak olmuş gənc fransız qızı İmieni, fələstinli fədailərlə çiyin-çiyinə dayanıb sionizmlə vuruşan yəhudi qadınını əxlaqsız qadın tipinə aid edək! Əlcəzairli vətənpərvərlərlə bir səngərdə dayanıb, şəhvət və şərab Parisinə qarşı vuruşan fransız qızlarını ittiham etmək olarmı?! Mübariz amerikan qızı Anjelanı yadda saxlayıb əxlaqsız qərb qadını provokasiyalarına uymamağımız gərəkdir.

Qansız kapitalizm dünyası bütün qərb və amerikan qadınlarını dünyaya əxlaqsız təqdim etməklə təbliğat məqsədi güdür. Bir vaxt əxlaqa malik olmuş bəzi ölkələrdə həmin təbliğatın nəticəsində hazırkı vəziyyət Amerikadakından qat-qat pisdir.

Əlbəttə, hər şeyi pula satan Jaklin kimiləri də gerçəklikdir. Amma bir dəfə olsun belə Kembric, Sorbon, Harvard universitetlərinin qadına belə əmtəə münasibəti təbliğ edən bukletləri ilə rastlaşmadıq. Çünki bu qadınlar müasir Avropa qadını tipinə uyğun deyil. Onlar elm və bilik olimpinə üz tutduqlarından, burjua təbliğatına sərf etmir və qətiyyən işıqlandırılmırlar. Bizə təbliğ edilən yalnız əxlaqsız müğənnilər, manekenlər, aktrisalardır. Hansı ki, bu günkü Avropada gecələr yuxusuz qalıb, 2000 -2500 il tarixə malik yazılar, əsərlər üzərində tər tökən ideal qadınlar var. Bütün qərb qadınlarının bir kofe ilə ovlandığını iddia edən bizimkilər ziyalı yox, xəyanətkardırlar. Onlar bu sözlərlə bizim qadınlara mesaj göndərirlər ki, ziyalı qadın belə olmalıdır. Bütün həyatını elmə sərf edən qərb qadınları isə görməməzliyə vurulur.

Qərb kapitalizmi şərq qadınının tərəqqisini, ictimai həyatda fəal iştirakını qətiyyən arzulamır. Ona görə də qadının diqqətini müasir, savadlı, eləcə də əxlaqlı qərb qadınından yayındırıb gözəllik müsabiqələrinə, bədən nümayişinə yönəldir. Bu yola düşən qadın təkcə özünü məhv etmir, eləcə də cəmiyyəti ardınca sürükləyir. Qadınlar ayıq olmalı, əsrin əmtəəsinə yox, aparıcı qüvvəsinə çevrilməlidirlər.

Amma bizim qadın üçün İmien və Anjela kimi fədailər də ideal ola bilməz. Çünki bu qadınlar amansız kapitalist cəmiyyətində çox az imkana malik olmuşlar. Dindarlıq - evdarlıq, müasirlik isə - açıq-saçıqlıq kimi başa düşülməməlidir.


İrtica və istismar əl-ələ

Səadətimizə qarşı uzanmış əl həm iti, həm də məxfidir. Onların bütün planları dünya əhalisini ova çevirməkdir. Maneken qadın artıq tələyə düşmüş ovdur. Onun nə keçmişi, nə bu günü, nə də gələcəyi var. Onlar nə ərli, nə də dul qadınlardır. Onlar yalnız və yalnız dünya burjuaziasının oyuncağıdırlar. Belə qadın nə övlad, nə qohum-əqrəba, nə də cəmiyyət qarşısında heç bir məsuliyyət daşımır. Onunla vitrin kuklası arasında fərq tapa bilməzsiniz. Vitrin kuklasını çılpaq da saxlasalar, onun üçün fərqi yoxdur. Əsrimizin mədəni manekeni də bu kukladan fərqlənmir. Ona göbəyini aç deyirlər açır, döşlərini aç deyirlər açır. Çünki o, artıq şəxsiyyətli insan yox, quldur! Sivil bir qur! Onlar dəvəquşuya bənzəyir. Nə quş kimi uçur, nə dəvə kimi yük daşıyır! Bütün bu tiplər qərb qadınının saxta nümunələridir. Bu gecə kəpənəklərini, lüks manekenləri xalqın şəxsiyyət və qanından qəsrlər ucaldan ağalar xənnas iksiri ilə hazırlayır. Onlar avam kütləni ya əxlaq və din, ya da azadlıq və şəxsiyyət seçimi qarşısında qoyurlar.

İstismar üçün hazırlanan qadın elə bir sıxıntılı vəziyyətə çatdırılır ki, yeganə çıxış yolunu özünü silindirli şişman ağanın qucağına atmaqda görür. Bizim bu gün tanıdığımız açıq-saçıq qərbli qadın bir zaman keşişlərin həyatdan ayırıb monastırlarda çürütdüyü qadındır. Ailə qurmağ, ana olmağ hüququ əlindən alınmış qadın azadlığa çıxdıqda və bu azadlıqda əxlaqsızlıqdan asan yol tapmadıqda nə etməlidir?

Orta əsrlərdə keşişlər deyirdilər: Naməhrəm (yad) kişi olan otağa qadın daxil ola bilməz. Bu kişi həmin qadını görməsə də, günaha batır. Keşiş Sen Tomas deyir: Allahdan başqasına eşq olmaz. Hətta ərin də arvadına sevgisi günah hesab olunur. İsa ailə qurmayıb və həqiqi xristianlar da belə etməlidirlər. Demək, qadınla kişinin izdivacı Allahı qəzəbləndirən bir iş imiş?! Demək, ailə quran insan pak xristian hesab edilə bilməz!

Xristianlıqda ilkin günah qadına aid edilir. Həvva Adəmin qanuni arvadı olduğu halda Adəmlə yaxınlığı günah hesab edilir. Belə qərara gəlinir ki, Adəmi və onun günahını yaddan çıxaracaq işlər görülsün.

Öz mülkü ilə birlikdə ər evinə daxil olan qadın mülkiyyətdən məhrum olur. Çünki qadın şəxsiyyətə malik deyil. Bu münasibət bu gün də Avropada yaşamaqdadır. Bizdə hələ dindən qabaqkı adət-ənənələrlə qadın irsə malik olub. İndi isə qadının mülkiyyət hüququ tam qorunur.

Ərə gedən qadının öz familyasını dəyişməsi də onun şəxsiyyətcə alçaldılmasıdır. Axı qadının da əsil-nəsli, ailəsi, kökü var! Bu qaydalar qərbdən gəlib. Bu yeniləşmələrdə Mark Frenki kimilərə təqlid olunmuşdur.

İstənilən müqəllid şüur, iradə və seçimdən məhrumdur. Bu prosesdə əsas şüar sultanın bəyəndiyi eyb hünərdir fikridir.

Əgər o gündüzə deyirsə gecə,

Boyun əyməlisən sən də sadəcə!

Qız ata familyasını daşıyır. Əgər o ərə gedərkən ər familyasını qəbul edirsə, demək, həmin evin mülkiyyətinə çevrilir və öz üzərində sahiblik ixtiyarını itirir?!

Əlbəttə ki, avropalının istənilən bir əməlini mahiyyətinə varmadan təkrarlamaq şüursuzluqdur. Özünü avropalıya oxşadan bu tiplər Avropada bizdəkindən də qəribə görünürlər.

Hazırda, ərindən ayrılmış fransız qadınının öz övladları üzərində heç bir haqqı yoxdur. Amma əsl İslamda qadın o qədər azaddır ki, hətta öz övladına verdiyi süd üçün ərindən haqq tələb edə bilər. Müsəlman qadın ərinin razılığı olmadan ticarətə başlayıb, öz iqtisadi sektorunu qura bilər.

Qurama dində qadına qarşı olan təzyiqlər bu gün Avropada etirazlara səbəb olub. Bu etirazı doğuran, əslində, qədim dindar qadın obrazıdır. Dindarlığın qismən güclü olduğu İtaliya və İspaniyada demokratiya, şəxsiyyət azadlığı oyunlarına nə qədər geniş meydan verilsə də, qadınlar bir çox hüquqlardan məhrumdurlar.

Bəs nə üçün istismar olunan, nefti, qızılı, almazı, qiymətli hər nəyi varsa Avropa və Amerikaya daşınan ölkələrdə cinsi azadlıq şüarları daha güclü səslənir? Yoxsa istismarçılar bu zəif, həqiqi milli rəhbərdən məhrum ölkələrə neft əvəzindədemokratiya verməyi özlərinə borc bilirlər?! Təəssüf ki, yox! Hər bir xalqın ən qeyrətli, vətənpərvər hissəsi gənclərdir. Ağlı başında olan gənclik nə vətəninin bir qarışını, nə neft və sair təbii ehtiyatlarını demokratiya gəlinciyinə dəyişməz! Bu gəncləri yalnız bir yolla susdurmaq olar - cinsi azadlıq, şəhvət demokratiyası! Boynuna 1 metr zəncir asıb diskotekada göbəyini oynadan sərxoş gənc üçün Vətən adlı bir anlam yoxdur. Artıq bu gənclər bir saat demokratik əyləncəyə hər şeyi qurban verməyə hazırdırlar. Bəli, bütün dünyada, ən əsası ikinci sort ölkələrdə cinsi feyerverk qoparan qərb əhrimənini tanıtmaq lazım gəlir. Onlar üçün Fələstində (Qarabağda) qazmağa doğulan körpələrin yox, ictimai ayıqlığı təhlükə doğuran gənc nəslin cinsi hüquqları maraqlandırır!

Onlar öz çirkin ideyaları ilə hətta düşüncəli gəncləri ovlamaq üçün nəzəriyyə hazırlamağı da unutmurlar. Onlar fırıldaqçı Freydin çürük ideyalarını az qala din səviyyəsində təqdim edirlər. Bu gün iizmlərə bir iizm də qoşulub - freydizm! Unutmayaq ki, bütün bu oyunların ilkin qurbanları qadınlardır.


Hazırda qadının mədəni və ictimai rolu

XV-XVI əsrlər renesans (intibah) dövründə Dekart düşüncəsi qədim adət-ənənələri və dini ritualları səhnədən çıxarmağa başladı. Fərdiyyətçilik (individualizm) meylləri gücləndi. İctimai azadlıq idealları fərdi azadlıq ideyalarının kölgəsində qaldı. Bu cərəyan sosializmi, realizmi, bütün digər idealları arxa plana keçirdi. Frensis Bekonun təbirincə, qüdrət həqiqətin yerini tutdu. Bu cərəyan ictimai həyatın bütün sahələrini əhatə edirdi: cəmiyyət, ailə, fərd, sənət, incəsənət, elm, din və s. Dekart məntiqinin təsiri altında tarixən toxunulmaz hesab edilmiş dini müqəddəsliklər belə adi şeyə çevrildi. Hər şeyin dəyərini pulla ölçənlər üçün həm qadın, həm sevgi əmtəədən başqa bir şey deyildi. Bu proseslərdə insanı ruhsuz leş hesab edən Karl Be ardın, ruhu xəstə donuza bənzədən Freydin müstəsna xidmətləri vardır. Bütün bu sarsaq düşüncələrin başında isə əlində kisə-kisə qızıl pul tutmuş burjuaziya dururdu. Keşişlər və kilsələr isə bu cərəyanlarla mübarizədə yalnız lənət yağdıra bildilər. Onların əlində artıq heç kəsin məhəl qoymadığı çomaqdan başqa bir şey yox idi. Artıq, ailədə fərdi azadlığını hiss edib işləmək üçün kənara çıxan qadını Cəhənnəm əzabı ilə qorxutmaq əbəs idi.

İqtisadi cəhətdən azadlıq qazanmış qadın ailədə özünü daha sərbəst hiss edirdi. Hətta məşuqla görüşə şərait yaradan yeni münasibətlər heç bir insani, fitri ehtiyaclara əsaslanmırdı. Bütün bu proseslər mənafe güdən bir təbəqənin planlı oyunu idi. Hər şey daha çox ləzzət almaq üçün şüarı qadın şəxsiyyətini bütün müqəddəsliklərdən uzaqlaşdırmışdı.

Nəzəriyyəçilər sübut etməyə çalışırdılar ki, qədimdə ictimai ruh güclü olub. Amma düşüncələr, iqtisadiyyat, fərdiyyət inkişaf etdiyindən, insanlar arasında ictimai əlaqələr zəifləmişdir. Bu müstəqillik onlara çox şey vermişdir. Məsələn, 17-18 yaşlı bir qız çox sadəliklə otaq kirayələyib, azad yaşaya bilir. Eləcə də iqtisadi müstəqilliyi olan hər bir qadın evdə çox sərbəst davranır. O, bir anda ailəsini dəyişə bilər. Onun yeganə həyat prinsipi ağıl olduğundan, başqasına görə əziyyətə dözməyə dəyməz. Belə tip qadın üçün vəfa, isar, fədakarlıq, əhd-peyman kimi dəyərlər, əxlaq və həqiqi sevgi mənasız məfhumlardır. İqtisadi müstəqilliyə və tam azadlığa malik olan belə qadınlar üçün hansısa ideal yolunda özünü qurban vermək məntiqi deyil. Əgər ər zəif və xəstədirsə və sağlam bir kişi ilə yaşamaq mümkündürsə, bu tip qadınlar tərəddüd etmədən öz ərini tərk edir.

Sartr belə bəyan edir: Ər qadın üçün maraqlı deyil. Amma başqa cazibədar kişi bu qadını sevir. Bu mühakimədə əqlin göstərişi tam aydındır: hər iki kişi bu qadına ehtiyaclıdır. Amma qadın yalnız ikinci kişiyə ehtiyac duyur. Qadının qərarı qətidir. O, öz əqlinə əsaslanır. İki ehtiyacı bir ehtiyaca qurban vermək olmaz. Qadın əqlə əsaslanır və məntiqi hərəkət edir. Bir ehtiyaca iki ehtiyacın qurban verilməsini nə Dekart qəbul edir, nə də Freyd!

Dünyaya körpə gəlir. Körpə ərlə arvadın azadlığına mane olmağa başlayır. əql qəbul etmir ki, bir nəfərin (körpənin) rahatlığına görə iki nəfər (ata-ana) öz rahatlığını əldən versin. Ona görə də qərbdə azad qadın ya doğmur, ya da doğduğu körpəni uşaq evinə verir. Bütün bu əqli, məntiqi analizlər, fərdin rahatçılığı qadından müqəddəs analıq hissini, ailədəki müqəddəs fədakarlığı, cəmiyyətdəki bağlılıqları viran qoyur. Belə bir cəmiyyətdə ictimai ruhdan danışmağa dəyməz. Çünki hamı fərdiləşib, hisslərini - ilahi hisslərini - bir kənara qoyub, özü üçün yaşayır. Bu azad insan, əslində, tənhadır. Onu yaşadan malik olduğu iqtisadi qüvvədir. Bu qüvvə yox olduğu vaxt, o da yoxdur!


Tənhalıq

Tənhalıq əsrin ən böyük faciəsidir. Qərbdə bu günədək intihar mövzusunda bir çox kitablar yazılmış və yazılmaqdadır.

Şərqdə intihar, yəni özünə qəsd istisna haldır. Qərbdə isə intihar ictimai bəla səviyyəsinə gəlib çatmışdır. İqtisadi cəhətdən tərəqqidə olan qərbdə bu gerçəkliyin səbəbi nədir? Məsələn, qismən iqtisadi gerilikdə olan İspaniyada bu hal nisbətən azdır.

Dağlar çətinliklə daşıyır qəmi,

Çünki tənhadırlar insanlar kimi.

Din insanları birləşdirdi və öz ardıcıllarında ruh yaratdı. Nə zamansa insanlar ictimai cəhətdən o qədər bağlı idilər ki, bu birlik onları bir çox problemlərdən azad edirdi.

Həqiqi cəmiyyətdə vətəndaş, cəmiyyət tərəfindən müdafiə olunduğunu hiss edir. Ailə, cəmiyyət öz üzvünü müdafiə etdiyi kimi, onun üçün çərçivə yaradırdı. İnsan azad olmaq istədi. Amma bu azadlıq yalnız bütün ictimai bağlılıqların qırılması hesabına əldə edildi. Başqalarından asılı olmaq istəməyən insan, əslində, tənhalığı seçmişdi. Daim azad bir ada axtaran insan bu adanı tapdı, amma o adada tənha qaldı! Əlbəttə ki, ada bir misaldır. İndi qərbdə milyonlarla azad və tənhalaşmış insanlarda ada əhval-ruhiyyəsi hökm sürür. Sevməyə, sevilməyə, əl tutmağa, kimdənsə kömək almağa, ailə qurmağa, övlad böyütməyə olan ruhi maraqlar öldükcə, insan da ölür və onun üçün yeganə yol intihardır!

Avropada çoxları elə güman edir ki, cinsi yaxınlıqda olmaq üçün bu istək kifayətdir. Bir şərtlə ki, pul olsun! Pul varsa, cinsi zəifliyi də aradan qaldırmaq olar, Amerikanın birinci ledisinin də yatağına girmək olar. Yaş mühüm deyil. İstəyirsən Don Juan ol, istəyirsən Onasis! Demək, nə qərb, nə də Amerikada cinsi yaxınlıq üçün məhdudiyyətlər yoxdur. Təsəvvür edin ki, rahat asfalt yolda heç bir məhdudiyyət yoxdursa, altında Ferrari olan gəncin aqibəti necə ola bilər?! Cinsi həyat tənzimlənmirsə, nəticələr daha acı olur. Məsələn: homoseksualizm.


Ailə təşkili

Qadın öz təravətli dövrünü azad cəmiyyətin restoranlarında, parklarında, kazinolarında xərcləyir və bir də onda ayılır ki, ətrafda kimsə yoxdur. Onu yalnız keçmiş xatirələrdən ləzzət almaq üçün yada salırlar.

Kişi də eyni həyat tərzini yaşayır. Hər bağçadan bir gül dərib, cinsi qüvvəsini sağa-sola xərcləyir. Bir müddət sonra azad kişidə ümumiyyətlə, qadın cinsinə maraq qalmır. Cinsi istəyini dünya sərvətinə maraq, əyləncələr əvəz edir.

Amma bir vaxt gəlir ki, azadlıqdan yorulmuş kişi və qadın tənhalıq hissindən yaxa qurtarmaq üçün ailə qurmaq qərarına gəlirlər. Ailə qurulur. Amma bu ailənin əsasını nə gənclik eşqi, nə də hansısa ali məqsəd təşkil etmir. Bu ailədə hansısa müqəddəslikdən söhbət belə gedə bilməz. Onlar nə üçün həyat qurduqlarını özləri daha yaxşı bilirlər.

İzdivac mərasimləri istər meriya, istərsə də kilsədə çox təmtəraqlı keçirilir. Maraqlıdır ki, 200-300 gəlindən təqribən 10 %-i gəlinlik paltarı geyir. Onlar etiraf edirlər ki, bu yaşda gəlinlik paltarı geyinmək münasib deyil.

Demək olar ki, toy mərasiminin səhəri hərə öz işinin ardınca gedir. Çünki yeni ər-arvadı bir yerdə saxlayası elə bir səbəb yoxdur. Hər şey artıq çoxdan xərclənmişdir.

Bəzən də toy mərasiminin qurulmasına yenicə doğulmuş körpə səbəb olur. Qanun izdivac tələb edir!

Qətiyyətlə deyə bilərik ki, qərbdə və okeanın o tayında ailə əsasları çox kövrəkdir. Ailədə doğulan körpələr azad ata-ananın diqqət mərkəzində olmur. Çox vaxt qurulmuş ailə çox tez bir zamanda iki ünvanda yaşamağa başlayır, yəni ər - ayrı, arvad - ayrı! Axı min bir ağuş görmüş insanları hansı sevgi, hansı ehtiras şərqdəki kimi birləşdirə bilər?!


İqtisadiyyatda qadının rolu

İstehsal və istehlak bünövrəsi üzərində qurulmuş cəmiyyətlərdə düşüncələr də bir növ iqtisadidir, yəni iqtisadiyyatı bilənlər ağıllı hesab olunurlar. Belə bir cəmiyyətdə qadın əmtəə rolunu oynayır, çünki onun seksual manevrləri iqtisadiyyatın tempinə təsir göstərir.

Kapitalizmin formalaşdırdığı qadın iki iş üçün faydalıdır. Qadın seksoloji qıcıqlandırmalara malik yeganə vasitədir. Onun bu xüsusiyyəti kimsədə bu nə cəmiyyətdir etirazı üçün boş vaxt, fürsət qoymur. Burjuaziya, cəmiyyəti öz istirahət vaxtını sekslə keçirməyə vadar etmişdir. Freydbazlıq, seksbazlıq bir fəlsəfi baxış kimi sırınsa da, əsl həqiqət göz qabağındadır. Baxın! Bütün rəsm sərgiləri, ədəbiyyat, kino, teatr sekslə yaşayır. İnsanların beyninə yeridilir ki, sekssiz yaradıcılıq şablondur.

İkinci bir tərəfdən, cəmiyyəti əsarət altında saxlamaq üçün onların cüzi kapitallarını böyük banklarda oturtmaq, müştərilər yığmaq lazımdır. Kapitalistlər öz təbliğat kompaniyalarında qadınlardan çox geniş istifadə edirlər. Təsəvvür edin ki, bank üçün müştəri toplayan seksual görkəmli xanım 100 kişinin görə bilmədiyi işi görür. O, öz görkəmi ilə istənilən axmaq qocanın son sentinə qəbz yazır.

Bəli, müqəddəs eşq taxtına seks oturub!

Orta əsrlərin sevgili əsri müasir dövrün azad əsrinə çevrilib. Bütün tarixi dönəmlərdə istedadına yer verilməyən qadınlar kapitalistlərə gəlir gətirən şablon gözəllik vasitəsinə çevrilmişlər. Əlbəttə ki, onların ucuz işçi qüvvəsi kimi istifadə olunması da faktdır.


Bəs şərqdə necədir?

Qeyd edək ki, əksər qərb ölkələrində, eləcə də İsveçdə, Norveçdə, hətta Fransa və Almaniyada kişilərdə cinsi yetkinlik daha gec formalaşır. Məsələn, 17-18 yaşlı oğlanlarda demək olar ki, qadına cinsi maraq olmur. Ona görə də oğlanlara nisbətən, qızlar cinsi nöqteyi-nəzərdən daha aqressiv olurlar. Bu aqressivlik Avropa kişisini süstləşdirir. Ona görə də Avropa sosioloqları qərb kişisinin ehtiraslarını oyatmaq üçün müxtəlif proqramlar hazırlayırlar.

Şərqdə belə bir problem yoxdur. Şərqli oğlan çox tez cinsi yetkinlik dövrünə çatır. Əksinə, şərqli sosioloqlar bu problemi qaydaya salmaq haqqında düşünürlər. Mübahisələr yaranır. Kimi iffətli müsəlman qadını ideal götürür, kimi qərbli qadını.

Avropalılar şərq cəmiyyətini dəyişmək istəyirlər. Məqsəd, iqtisadiyyat və mənəviyyata hakim olmaqdır. Həm ağzımızın tikəsini alır, həm də insani dəyərlərimizə təcavüz edirlər. Amma mənəviyyatı puça çıxarmadan, iqtisadiyyatı ələ keçirmək olmur. Onların fikrincə, biz əvvəlcə keçmişimizdən, dinimizdən üz döndərməli, bir növ boşalmalıyıq. Dinini xurafat, adət-ənənəsini köhnəlmiş hesab edib bu dəyərlərə arxa çevirən şərqli boş tuluğu xatırladır. Bu boş tuluğ sahibi susadığı vaxt, boşluqdan darıxdığı vaxt ona yeni dəyərlər təqdim olunur. Demək, şərqi özündən ayırmadan ona sahib durmaq olmaz. Onlar türkü, ərəbi, farsı eyni bir qəlibə salmaq fikrindədirlər. Bu millətlər dini də, mədəniyyəti də, iqtisadiyyatı da qərbdən öyrənməlidirlər. Bir sözlə, onların düşünmək haqqı yoxdur!

Amma adət-ənənələr, dinlər şərqi qorudu və qərbin qarşısında böyük maneəyə çevrildi. Əlbəttə ki, dini və milli təəssübkeşliyi əhəmiyyətsiz saymaq olmaz. Şərq öz tarixi, mədəniyyəti, alimləri və övliyaları ilə qərbdən qat-qat yuxarıda dururdu.

Qərb hiyləyə əl atdı. Üzbəüz mübarizənin mümkün olmayacağını anlayan Avropa şərqi daxildən zəiflətməyə başladı. Axmaq və qürurlu şərqlilər tapıb sərmayələr tökdü, onlardan şəxsiyyətlər düzəltdi. Artıq, öz içimizdə özümüzə qənim kəsilmiş avropapərəstlər yetişdirilmişdir.


Təcavüzlərdə qadının rolu

Müsəlman ölkələrində qadın olduqca təsirli bir nüfuza malik idi. Qadın öz zəif təbiəti ilə Avropanın yenilik provokasiyasına daha tez uydu.

Afrikanın istismarı zamanı avropalılara bir o qədər də xərc çəkmək lazım gəlmədi. Onlar saxta bər-bəzək əşyaları ilə bədəviləri qısa bir müddətdə ovsunladılar. Təsəvvür edin ki, bədəvilər bir ovuc rəngli şüşənin əvəzində bir sürü qoyun verirdilər. Bu müamilələrdə bədəvi qadınlar aparıcı rol oynayırdılar.

Etiraf edək ki, şərqdə qadınlar bir çox ictimai-siyasi hüquqlardan məhrum idilər. İslam dini qadını qul buxovundan azad etdiyi halda, eyni dinin hökmləri adı altında onların azadlıqları məhdudlaşdırılırdı. İslama qədərki şərqdə qadın insani şəxsiyyətdən məhrum idi. İslam gəldi və qadın öz varlığını hiss etdi. Qadına heç zaman, heç yerdə görünməmiş mülkiyyət hüququ verildi.


Zalım və məzlum

Həzrət Əli (ə) buyurur: Zülmün yaranmasında iki şəxs məsuliyyət daşıyır: zalım və bu zülmü qəbul edən şəxs. Bu iki şəxsin həmkarlığı sayəsində zülm yaranır. Zalım havaya zülm edə bilməz. Zülm çəkic və zindan arasında döyülən dəmir parçasıdır. Əgər zindan, yəni zülmü qəbul edən yoxdursa, hansı zülmdən danışmaq olar?!

Təkcə zülm yox, bütün çarəsizliklər həmkarlıqdan doğur (rüşvəti verən yoxsa, kim alacaq?). Cəmiyyəti şikəst edən təkcə zalım hakim yox, eləcə də əzilən cəmiyyətdir. Deməyin ki, hicri VII əsrdə Çingiz bizi məğlub etdi. Tarixi yaxşı nəzərdən keçirin. Biz hələ XI əsrlərdən bu məğlubiyyətə daxilən hazırlaşırdıq. Çingiz sanki içi boş bir heykəli itələyib yıxdı.

Qurd ağacın daxilində həyat qurur, doğub-törəyir, ağacı içindən məhv edir. Deyirlər Külək ağacı aşırtdı. Xeyr, ağac çoxdan bu süquta hazırlaşırdı. Sadəcə, külək onun son bağlarını qırdı.

Əgər bu günkü qadın özünü fransız oyuncağı kimi bəzəyib səhnəyə çıxırsa, qərbdən uzanan əli və içimizdən bu əli sıxan xəyanətkarları görməliyik. Qadın əldən buraxılıb və ovlanıb!

Biz onu ər üçün kəniz, evdar qadın edib ləqəblər qoyduq, insani şəxsiyyətini alçaltdıq. Bəziləri qadının savadlı olub yazı yaza bilməsinə qarşı çıxdı ki, birdən naməhrəmə məktub yazar. Qadını xəyanət imkanından məhrum edən ağalar asudələşdi.

Qadının iffət və təqvasını divarlar və zəncirlərlə qoruduq, onu düşünərək insan olmaq imkanından məhrum etdik. Qadın cəmiyyətdən, məktəbdən, kitabxanadan məhrum edildi. Hansı ki, İslam belə şüar vermişdi: Təhsil hər bir müsəlman kişi və qadına vacibdir. Həzrət Peyğəmbər (s) daim minbərdə bu barədə danışardı. Amma sanki kişilər bu sözləri qulaqardına vururdular. Yalnız imkanlı müsəlmanlar evə müəllim dəvət edib, xanımların savadlandıra bilirdilər.

Qadın heç bir dini, fəlsəfi dərslərdə iştirak edə bilməzdi. Yalnız rövzə məclisləri istisna təşkil edirdi. Bu məclislərdə də qadının danışmaq səlahiyyəti yox idi. O, yalnız xətibin sözlərinin təsiri altında ağlayırdı.

Bəli, evdə övlad istehsal etməli olan qadın, çöldə yalnız göz yaşı istehsal edə bilərdi. Məgər müsəlman qadınının idealı Fatimə (ə) belə idi? Məgər öz dövrünün diktatoruna amansız tənqidlər yağdıran Zeynəb (ə) belə idi? Bütün əzizlərini, o cümlədən iki oğlunu şəhid vermiş Zeynəbin (ə) qatilə üz tutaraq dediyi sözlərə baxın: Həmd olsun o Allaha ki, bizim ailəmizə belə bir iftixar nəsib olub!. Zeynəb (ə) sınmır, tipik müsəlman qadını tək üzülmür. O, öz şəhidləri ilə fəxr edərək, Kərbəla səhnəsini gözəllik adlandırır.

Bəli, Fatimə (ə) və Zeynəb (ə) kimi idealları olan qadınlar mütiləşdirildi, yaxşı nə vardısa, hamısından məhrum edildi. İndi isə qadın avropalaşır -deyə haray çəkirlər. Əslində isə, qadın qəfəsdən qaçır və İslamın yox, biz xurafatçı kişilərin toxuduğu qəfəsdən! Ən dəhşətlisi qadın üçün hörülmüş hörümçək toru İslamın adına yazılır. O, İslamın ki, bəşər tarixində ilk dəfə qadın üçün Fatimə, Zeynəb məqamı müəyyənləşdirdi.

Deyirlər, qadın evdə oturub uşaq tərbiyə etməlidir. Maraqlıdır, elm və mərifətdən xəbərsiz bir insan övlad tərbiyə edə bilərmi?! Bir millətin gələcəyi olan nəsli savadsız qadına etibar etmək olarmı?! Axı o uşaq əmdirməkdən, əski yumaqdan başqa bir şey bacarmır! O, uşağı necə tərbiyə edə bilər, körpənin şıltaqlığının qarşısını necə ala bilər? Təbii ki, əvvəlcə körpənin başına çımxıracaq, sonra kötəkləyəcək, daha sonra atasını köməyə çağıracaq və nəhayət, körpəni cin-şeytanla qorxutmağa başlayacaq. Axı onun əlindən başqa bir iş gəlmir!

Beləcə, məlum olur ki, mühafizəkar bir cəmiyyətdə qadın ata evində bayırın havasından xəbərsiz böyüyür, yetkinlik həddinə çatır. O, ərə verilir əvəzinə satılır desək, daha düzgün olar. Qadın ər evində işləyir, biş-düş edir, doğur, körpəsini saxlayır və təmizlik işlərinə baxır. Ərə getdiyi üçün xanım adlanır, körpəsi dünyaya gəldikdən sonra ana olur. Əslində isə, bütün bu işlər kənizlik, dayəlik həddini aşmır. Heç o, bundan artıq biliyə də malik deyil. Xüsusi ilə imkanlı ataların və ərlərin dindarlıq bəhanəsi ilə qadını savadsız saxlamaları böyük qəbahətdir. İslam tarixini yaxşı oxuyun. İslamda qadınlar ictihada çatmış, təhsillə məşğul olmuş, qiymətli əsərlər yazmışlar.

Ən dəhşətlisi isə evdarlıq çərçivəsində dünyadan xəbərsiz qalmaqdır. Əlbəttə ki, kənd qadını belə deyil. O, öz əri ilə çiyin-çiyinə çalışır, zəhmət çəkir. Ümumiyyətlə, kənd qadınının işi çox ağırdır. Bununla belə, o daha azaddır.

Avropalı qadını heç hesab etmək olmaz. Onlar hər ikisi (ər-arvad) evdən kənarda işləyir, ev işlərində bir-birinə yardım edirlər. Kiçik qız ikən o, oğlan kimi azad olur. O, öz cəmiyyətini lazımınca tanıyır, oğlanlarla birgə dərs oxuyur, hətta özünə ər də seçə bilir.

Evdar qadını da heç hesab etmək olmaz. O, ər evində demək olar ki, bütün ev işlərinə rəhbərlik edir, uşaq saxlayır, yemək bişirir və s.

O qadını heç adlandırmaq olar ki, evdə oturub xanımlıq edir. Onun uşaqlarını saxlayır, evini silib-süpürür, xörəklərini bişirirlər. O, evinə baxmayan evdar qadındır. Əkin sahəsində işləmir, heyvan saxlamır, avropalı deyil ki, evdən kənarda işləsin. Təhsili olmadığından adi mütaliədən də məhrumdur. Hətta körpəsini də dayələr yedirir. Bu nə varlıqdır?! Bu varlığın dünyada işi, rolu nədir? Heç! Demək, nə qərbə, nə şərqə aid olmayan tiplər də var.

Belələrini ev xanımı adlandırırlar. Onların işi yalnız xərcləməkdir. Onlar bekar qalmır. Qeybət edir, özünü bəzəyir, başqalarının gözünə girmək istəyir; ədabazlıq edirlər. Onları kübar qadın adlandıranlar da var.

Kübar xanımın başı həmişə qaldadır. Cəmiyyətdə bu tip qadınları birləşdirən tədbirlər də olur. Qədim kübarlar hamamlarda görüşərdilərsə, indiki kübarların görüş yerləri daha çeşidlidir. Onlar mütəmadi olaraq görüşür, həftəlik macəralarından danışır, yeni libaslarını nümayiş etdirirlər. Bu qadınlar məclisi qızışdırmaq, diqqəti özlərinə cəlb etmək üçün iyrənc yalanlar uydurur, şəhərdəki eşqbazlıq əhvalatlarını xüsusi maraqla təqdim edirlər.

Bəli, artıq kübar qadınlar hamamlarda yox, daha münasib cəmiyyətlərdə görüşürlər. Əsas görüş yerlərindən biri də yas və toy məclisləridir.

Amma bu evdar xanımların qızları başqa bir aləmdə yaşayırlar. Çünki, onlar tamam başqa bir nəsli təmsil edirlər. Bu ikrahdoğurucu məclislər həmin qızı boğur. O, artıq müasir dövrdən, dünyada baş verənlərdən, elm və təhsildən xəbərdardır. Savadsız məddahların rövzələri onun qəlbini sıxır. O, bu cəmiyyətdən qaçmaq, öz şəxsiyyətini izhar etmək istəyir. Amma hara? Qeybətcil qadın məclislərindən çıxış yolu onu gecə klublarına, barlara dəvət edir. Həmin mərkəzlərdə də oturub müftə cinsi ov gözləyənlər var.

Amma boşluqdan, heçlikdən bezmiş gənc qız öz şəxsiyyətinə, əxlaqına xəyanət etmək istəmir. Amma ona din adından yox, olmaz, baxma, görmə, eşitmə, oxuma, yazma, düşünmə deyirlər.

Ana mənasız, puç bir ömür sürür. Sadəcə, onun pulu var. O, yaxşı geyinir, bəzənir və öz görünüşü ilə həyəcan doğurmaqdan başqa ideyası, məsləki yoxdur. O, - xanımdır!

Xanımqız isə ulduzlu səmaları seyr edir, romantik xəyallara dalır, cinsi böhrandan narahatlıq keçirir. Divarın o biri üzündə isə başqa bir aləm var. Bəzən bir qəzet həmin dünyaya pəncərə olur. O, hörümçək torundakı milçək tək çırpınır. Ona elə gəlir ki, yalnız qız doğulmağı ucbatından məxfi bir küncdə qalmalı və nə vaxtsa, kiminsə hərəmxanasına qaçırılaraq, mətbəxdən yatağadək uzanan meydanda azadlığı dadmalıdır. O da nə vaxtsa kişi məclislərindən kənar qadın məclislərində rövzələrə qulaq asmalı, göz yaşları axıtmalıdır. Axı dini məclislərin də əksəriyyəti kişilərə aiddir.


İstismarın fəryadı

Xurafat, nadanlıq, cəhalət istismar üçün münbit zəmin yaradır. İstismar haray çəkir:

- Azad ol!

- Nədən?

- Bu nə sual? Sən ki boğulursan, hər şeydən məhrumsan, azad ol! Hər şeydən azad ol!

Ağır yük altında boğulmaqda olan ruh isə yalnız bu azadlıq haqqında düşünə bilir.

Elm və biliyə əsaslanaraq, öz ictimai və fərdi azadlıqlarını anlayaraq, insani şəxsiyyətini qoruyaraq azad olmaq mümkünmü?! Amma qadın bir anda azad olur. Çadrasını atır və birbaşa ziyalılar cərgəsinə qoşulur.

İstismar dünyasının ən böyük qazancı da o oldu - çadrasını atmış müsəlman qadın! Öz aralarında ona tərif də verdilər: Qadın - alınıb-satılan bir heyvandır!. Ərəstunun İnsan natiq, yəni danışan heyvandır tərifi belə mode izə olundu. Guya, qadının nə idealı var, nə ictimai dəyəri var, nə də insani şəxsiyyəti! Avropa təsirinə düşmüş böyük bir müsəlman şəhərinin qəzeti yazırdı: On il ərzində gözəllik salonlarının sayı 500 dəfə artmışdır. Hər hansı sahədə 10-15% artım mümkündür. Amma 500 dəfə?! Yəni əgər 10 il əvvəl, məsələn, pudraya, laka yüz min tümən xərclənirdisə, 10 il sonra bu rəqəm 500 milyona çatmışdır. Məsələ burasındadır ki, iş təkcə kosmetikadakı kosmik sıçrayışla başa çatmır. Bütün geyimlər, aksessuarlar dəyişir. Əbanı kostyum, çalmanı şlyapa əvəz edir. Qərbin bir fəndlə şərqdə nə qədər qazandığını təsəvvür edirsinizmi?!

Avropalıların açdığı hər bir iqtisadi sahə yeni xərclər üçün növbəti sahələr deməkdir. Sahə dəyişirsə əqidə, tip, səliqə, tarixi ənənələr də aradan qalxır. Sərmayədar pul xatirinə Qeysəriyyəni də yandırır. Milli geyimini Amerikadan və Avropadan gətirilən cır-cındırla dəyişən şərqli qadın bütün cəmiyyətə, ailəyə, məktəbə, əxlaqa, mədəniyyətə təsir göstərir. Qlobal dəyişikliklər şərq qadınını payız xəzanı tək saraldır. O, artıq dünənki kimi yaşamaq imkanına malik deyil.

Bəs milli qeyrətini itirməmiş sərmayədarlar, iş adamları hara baxır? Onların vətənlərində təkcə qadının üzərində milyonlar qazanılır. Əgər qadın dünənki kimi yaşamaq istəmirsə, nə üçün onun bu gününü amerikalı və ya avropalı qurmalıdır?! Franko xarici qüvvəni ölkədə beşinci sütun adlandırır. Ehtiyac varmı bu beşinci sütuna?! Hanı şərqin müasir dövrlə ayaqlaşan arxitekturası? Ən azı, hanı şərq qadınının müasir geyimi? Hər şey, hər şey Avropadan gəlməli, qazanc da onların cibinə axmalıdır! Şərq kişisi çadranın vaxtının keçdiyini vaxtında anlasaydı, müsəlman qadın göbəyini açmaz, daha münasib, daha mədəni, daha dini geyimlə örtünərdi!


Nə edək?

Bəs bu düçar edildiyimiz fikir böhranlarından necə çıxaq? Kim qabağa düşüb risalət yükünü çiyninə götürməlidir?

Nə adət-ənənə çərçivəsində uyumuş xanım qadında və nə də adət-ənənələrdən bezib özünü yarımavropalı qəlibinə salmış xanım qızda belə bir qüvvə tapılması heç cür ağıla sığmır. Təkərləri sındırılmış və yolunun üstünə daş-kəsək yığılmış, İslam bax budur damğası ilə gözdən salınmış bu hidayət, bu qurtuluş gəmisini kim hərəkətə gətirə bilər? Hər halda, ümid qalır, köhnəpərəstliklə də olsa dinini, iffətini qorumuş müsəlman xanımlara. Bu xanımlar yeni insanlıq xüsusiyyətlərini anlayıb avropalıların maskasından sezilən hiyləgər gözləri görə bilsəydilər, onların bütün istəklərinin qadının istismarı üzərində qurulduğunu hiss etsəydilər yaxşı olardı.

Ağıllı qadınlar onlara təqdim olunan təhsil proqramlarının, dükan-bazarı bürümüş iffətsiz libasların hansı əllərlə ötürüldüyünə diqqətli olmalıdırlar. Köhnəlikdə əriyənlərin, avropalaşmaqla təsəlli tapanların şəxsiyyət səviyyəsi məlumdur. Amma cəmiyyət qeyd etdik ki, təkcə bu iki dəstədən ibarət deyil. Üçüncü təbəqə var. Onlar din və məzhəblərinə sadiq qadınlardır və anlayırlar ki, vəziyyət belə qala bilməz. Onlar nümunə, ideal sorağındadırlar. Kimdir bu nümunə?


Fatİmə (ə)

Fatimə Həzrət Peyğəmbərin (s) dördüncü və ən kiçik qızı idi. Bu ailədə oğlan övladı qalmamışdı və həmin dövrdə atanın nüfuzu oğlan övladı ilə müəyyənləşirdi.

Artıq ərəb qəbilələrində qadınların hökmranlıq dövrü başa çatmış, rəhbərlik kişilərin ixtiyarına keçmişdir. Bütpərəstlikdə tanrılar kişi, mələklər, eləcə də bütlər isə qadın hesab olunurdu. Qəbiləyə ağsaqqal başçılıq edirdi. Ailənin böyüyü baba hesab olunurdu. İstər qəbilə, istərsə də ailənin dini kimi atadan miras qalmış məzhəb qəbul edilirdi. Ona görə də hərə öz tanrısının müdafiəsinə qalxaraq, Qurani-kərimin təqdim etdiyi vahid Allaha qarşı çıxırdı.

Qəbilələr arasındakı tez-tez təsadüf olunan çarpışmalar oğlan övladının nüfuzunu artırırdı. Qəbilə uğrunda vuruşmaq hüququndan məhrum olan qadın elə bu səbəbdən də çox zəif ictimai nüfuza malik idi. Bir sözlə, qadın kişinin mülkü, ərin oyuncağı, evin nökəri idi. Ailənin şərəf və namusunu qorumaq üçün körpə qızcığazı diri-diri torpağa basdırmaq cahil ərəbin ən uğurlu tapıntısı idi. Firdovsi bu vəhşiliyə işarə ilə deyir:

Qadın və əjdaha gömülsə yaxşı,

Bu dünya onlarsız görünsə yaxşı...

Başqa bir ərəb şairindən belə bir bənd qalıb:

Yaşatmaq istəsə ata qızını,

Üç yeznəyə tutsun ağlar üzünü.

Ya qaranlıq, ya bəxtəbəxt ər,

Yaxşısı, torpaqda görsün izini.

Bəli, məhz bu səbəblərdən Qurani-Kərim bütün bu gerçəklikləri vəhşilik adlandırır:

Onlar birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib, üzü qapqara qaralar; verilən müjdənin pisliyi üzündən öz tayfasından qaçıb gizlənər. Görəsən, o körpəni zillət içində saxlayacaq, ya torpağa basdıracaq? Bir görün, onlar necə pis mühakimə yürüdürlər! .

Müasir İslam publisisti doktor Aişə Əbdürrəhman yazır: Bu faciənin əsasını iqtisadi amillər təşkil edir. Ərəblərdə kasıblıq qorxusu vardı. Bu gün də əksər sosioloqlar iddia edirlər ki, qadına uyğun münasibəti doğuran qəbilənin nüfuzunun itirilməsi qorxusu olub. Qəbilələr arası savaşlarda əsir düşən qadınlar kəniz olur, biganələrə ərə verilirdilər. Qeys ibn Asimin təbirincə, qadın başsız, əl-ayaqsız biri ilə izdivac edə bilərdi. Bütün bu amillərin əsasını iqtisadiyyat təşkil edir. Çünki əsasən əl əməyindən faydalanan ictimai quruluşlarda kişi qadından daha qiymətlidir. Kişi nə vaxtsa qəbilə başçısı da ola bilər, amma qadın üçün belə bir ehtimal yoxdur.

Bəli, qadının ictimai nüfuzunu sıfıra endirən ən önəmli amil iqtisadi amildir. Ata ölür. Yalnız oğul varis ola bilər. Atanın bütün arvadları, hətta oğulun öz anası ona irsən çatır. Qız isə irsdən məhrum idi. Çünki o başqa bir qəbiləyə ərə getməklə malik olduğu mülkiyyəti də apara bilərdi. Diqqət edin, bu gün həmin adətlərin qalıqları yaşayır. Bəzi nəsillər başqa nəsilə qız verməz, oğullarını başqa nəsildən evləndirməz. Əmiqızı əmioğluya verilir, vəssalam!

Vəhşiliyə baxın: qızları öz tanrılarına qurban verən qəbilələr olub. İsra surəsinin 31-ci ayəsində oxuyuruq: Yoxsulluqdan qorxub övladlarınızı öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır.

Düşünürəm ki, Quran bu dəhşətli faciənin səbəbini önə çəkir. Daha sonra bəyan olunur ki, bu - əxlaqsız və şərəfsiz bir işdir. Hansı ki, bu şərəfsiz iş ona daha çox əməl edən kasıb təbəqə arasında qeyrət və mərdlik kimi yozulurdu. Ərəb cəmiyyətində yalnız və yalnız oğlan övladları dəyərli hesab olunurdu. Çünki oğlan sərvət qazanır, ailəyə arxa durur, döyüşlərdə iştirak edir, nəsil xəttini davam etdirirdi. Qız isə daim müdafiə olunmalı, büdcədən istifadə etməli idi. Qızı, toyuğun uzağa gedə bilməməsi üçün onun ayağına bağlanan daşa bənzədirdilər. Bir sözlə, qız övladı ailə üçün ağır bir yük hesab olunurdu. Bu ağır yük nə zamansa biganə bir kişiyə arvad olur və öz nəslindən qırılırdı. Demək, bir yol qalırdı: onu bələkdəcə ölümün ağuşuna vermək, yenicə dünyaya göz açmış insanı gora tapşırmaq!

O zaman oğulu olmayan kişini əbtər, yəni sonsuz adlandırırdılar. Kafirlər həzrət Peyğəmbərə də əbtər deməkdən çəkinmirdilər.

Belə vəhşi mühitlərdə qeyb pərdəsi arxasından uzanan əl inqilabi bir titrəyişlə cəhaləti aradan qaldırır. İki layiqli şəxs - ata və qız seçilir. Bu ağır yükü Məhəmməd (s) çəkməli olur, yeni dəyəri isə həzrət Fatimə (ə) özündə nümayiş etdirir.


Necə?

Ərəblərin ən böyük qəbiləsi olan Qüreyş malik olduğu bütün iftixarı iki ailəyə - Bəni-Üməyyə və Bəni-Haşimə tapşırmışdır. Bəni-Üməyyə sərvəti, Bəni-Haşim isə ədəb və ləyaqəti ilə seçilir. Ona görə də müqəddəs Kəbəyə bu ailə və Qüreyş şeyxi Əbdülmüttəlib xidmət göstərirdi.

Əbdülmüttəlib vəfat edir. Onun oğlu, Bəni-Haşim başçısı Əbu Talibdə həmin qüdrət yoxdur. O, o qədər kasıbdır ki, övladlarını qonşular himayəyə götürmüşdülər. İki ailə arasında mübarizə gedir və Bəni-Üməyyə Qüreyşin bütün imtiyazlarına sahib çıxmaq istəyir. Bəni-Haşimdə heysiyyətini qorumuş yeganə ailə Məhəmmədin ailəsidir. Əbdülmüttəlibin nəvəsi olan Məhəmməd varlı, dul Məkkə xanımı Xədicə ilə ailə qurmaqla öz ictimai mövqelərini daha da möhkəmləndirmişdi. Artıq Məhəmməd öz əmanətdarlıq və etibarı ilə bütün Qüreyşin diqqətini özünə cəlb etmişdi. Kimsədə şübhə yoxdur ki, Məhəmməd Əbdülmənafın güzgüsü və Bəni-Haşimin şərəf mühafizi və Əbdülmüttəlibin heysiyyətinin keşikçisi olacaqdır. Pəhləvan cüssəli Həmzə, etibarsız Əbu Ləhəb, pullu və şəxsiyyətsiz Abbas, eləcə də şəxsiyyətli və pulsuz Əbu Talib namizədliyə yaramırdı. Yeganə namizəd nüfuzlu, sərvətli olan - Məhəmməd Bəni-Haşim xətti ilə - Kəbəyə rəislik edə bilərdi.

İndi hamı intizar içində gözləyir ki, Məhəmməd ailəsində doğulacaq oğlan məsuliyyətli işdə davamçı olacaq. Birinci övlad Zeynəb və bütün ümidlər puça çıxır. İkinci övlad Rüqəyyə, üçüncü Ümm-Gülsüm! Yenə də intizar! Üç qızın ardınca Qasım və Əbdullahın doğulması böyük sevincə səbəb olsa da, bu körpələr çox yaşamır. Artıq ana qocalır. Artıq onun yaşı altmışı ötmüşdür. Görən, ömrü sona yaxınlaşan Xədicənin yenə də övladı olacaqmı?

Bəli, intizar son nöqtəsinə çatır. Son ümid, son övlad... amma yenə də qız! Adını Fatimə qoydular.

Sanki şadlıq hissi Bəni-Haşimdən Bəni-Üməyyəyə keçir. Düşmən kama çatdığını zənn edir. Məhəmməd əbtər olub - deyə qışqırır.

Qadir Allah! Taleh yeni və gözəl bir gediş edir. Məhəmməd tufanlardan keçib, peyğəmbər olur. Məkkə, eləcə də Qüreyş fəth olunur. Onun risaləti bütün yarımadanı bürüyür. Qılıncı dünya imperatorlarını təzimə gətirir. Onun bir əlində qüvvə, o biri əlində peyğəmbərlik!

Bunlar Bəni-Üməyyə, Bəni-Haşim təsəvvürünə sığası deyil. O, artıq peyğəmbərdir. Onun Mədinədəki müvəffəqiyyətini təsəvvür etmək çətin deyil. O, Əbdülmənaf, Haşim, Əbdülmüttəlibdən cücərmiş ağac yox, Həra dağında nurdan yaranmış varlıqdır. O, tarixi sonadək bürüyəcək bir ağuşdur!

Və bu insanın dörd qızı var. Bu qızlardan üçü hələ onun özündən qabaq dünyasını dəyişir. İndi onun yalnız bir övladı var, Fatimə!

Ailənin bütün fəxrinin, vəhyinin varisidir. O, imandan, mübarizədən, düşüncədən yaranmış dəyərli bir ruhdur. O, bəşər tarixinin Əbdülmüttəlib soyunun yox, həzrət İbrahimin, Nuhun, Musanın, İsanın yeganə varisidir.

Həqiqətən, biz sənə Kövsər bəxş etdik. Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs! Düşməninin özü əbtər, sonsuzdur! (Kövsər surəsi).

Düşmən özü sonsuzdur! Onun on oğlu var, amma sonsuzdur. Sənə isə Kövsəri - Fatiməni verdik. İnqilab zamanın ənginliyindən ucalır!

Bir qız ata dəyərlərinə, ailə iftixarına varis olur. Adəmdən başlayıb İbrahimə çatan, İsa və Musanı özünə qoşan, Məhəmmədə yetişən ilahi ədalət zəncirinin son halqası Fatimədir!

Oğul gözləyən ailənin son qızı! Məhəmməd talehin, qəzavü-qədərin hikmətini anlayır. Fatimə də öz kimliyini bilir. Bəli, bu məktəbin inqilabı belə olur. Bu məzhəbdə qadını belə azad edirlər.

İslam dinində icazə verilmir ki, məsciddə kimsə dəfn edilsin. Yer üzünün ən böyük məscidi - Məscidül-Həram, yəni Kəbədir. Bu məscid Allahın hərəmi, ümumi qibləgah, İbrahimin (ə) Allah əmri ilə bərpa etdiyi bina, həzrət Məhəmmədin (s) bütlərdən azad etdiyi məkandır. Bütün böyük peyğəmbərlər bu evin xidmətçisi olmuşlar. Amma Kəbədə kimsəni dəfn etmək olmazdı. Onu bərpa edən İbrahimin də qəbri orada deyil. Onu Məhəmməd (s) azad etdi, amma qəbri Mədinədədir. Bəşər tarixində yalnız bir nəfər Kəbədə dəfn olunmuşdur və bu iftixara çatmış insan qadındır! O kimdir? Sadə bir qadın, sadə bir kəniz. O, Hacərdir!

Allah-təala İbrahimə buyurur: Mənim binamı bu qadının hərəminə yaxın et. İndi isə milyonlarla ziyarətçi Allahın Kəbəsi ilə birgə Hacər məqbərəsini də təvaf edirlər.

İbrahimin Allahı bu böyük ümmət içindən özünə əsgər olaraq bir qadını seçir, kəniz olan bir ananı!

Bəli, bu dində qadın belə azad olur!

İndi isə həmin Allah Fatiməni seçmişdir. Peyğəmbər ailəsinin iftixarlarına sahib qız oğulun canişinlik taxtına oturur. Bir cəmiyyətdə ki, qız, yalnız diri-diri basdırılmaqla paklanır. Bir cəmiyyətdə ki, qızlar üçün ən ləyaqətli ər gordur. Fatimə günəş tək parlayır. Peyğəmbər (s) bu gedişatı anlayır, Fatimə isə kim olduğunu bilirdi.

Tarix Məhəmmədin (s) öz kiçik qızı Fatimə ilə rəftarından heyrətə gəlib.

Fatimənin otağı Həzrət Məhəmmədin (s) otağı ilə qonşudur. Fatimə öz əri ilə Peyğəmbər məscidində bir dam altda yaşayan yeganə kəsdir. Bu iki evi iki metrlik bir aralıq ayırır və pəncərələr üzbəüzdür. Pəncərələr evdən evə yol kimidir. Hər sübh ata bacanı açıb qızını salamlayır. Səfərə gedəndə Fatimənin qapısını döyür, onunla xudahafizləşir. Fatimə onu yola salan son şəxs olur. Peyğəmbər (s) səfərdən qayıtdığı vaxt ilk soraq tutduğu da Fatimədir. Fatimənin qapısını döyür, əhvalını soruşur. Rəvayətə görə Peyğəmbər (s) Fatimənin əllərini öpərmiş. Əlbəttə, bu səhnələr böyük bir məhəbbətdən soraq verir. Qadına vəhşi münasibətin hakimlik etdiyi bir dövrdə ata öz qızının əllərini öpür! Bu, qeyri-insani mühitə vurulan inqilabi bir zərbədir! Hətta yaxın dostları təəccübləndirən bu iş bir daha bəşəriyyətə mesaj göndərir ki, çirkin adət-ənənələrdən qurtulmaq lazımdır. Bu ilahi dərslər kişiləri fironçuluqdan əl çəkməyə, qadınları öz şəxsiyyətlərini dəyərləndirməyə çağırır.

Peyğəmbərin (s) Fatiməyə münasibəti sadəcə sevgi deyil. Həzrət Peyğəmbərin çiyinlərində risalət yükü var. O, buyurur:

- dünyanın ən üstün qadını dörddür: Məryəm, Asiya, Xədicə və Fatimə;

- Allah onun sevincindən razı qalır, əziyyətindən qəzəblənir;

- Fatimənin sevinci mənim sevincimdir, onun qəmi mənim qəmimdir. Qızım Fatiməni sevən məni sevir. Fatiməni sevindirən məni sevindirir, Fatiməni qəzəbləndirən məni qəzəbləndirir;

- Fatimə mənim bədənimin parasıdır, onu incidən məni incidir...

Bu qədər təkrarın səbəbi nə? Nə üçün Peyğəmbər (s) bir bu qədər israr edir? Nə üçün öz məhəbbətini bütün xalqa izhar edir?

Bu kövrək suallara tarix cavab verir. Atasının ölümündən sonrakı bir neçə aylıq Fatimə ömrü uyğun sevginin sirlərini açır!


Atasının anası

Tarix, adətən, bütün diqqəti böyüklərə yönəldib, uşaqları nəzərdən qaçırır.

Fatimənin körpəliyi tufanlar içində keçdi. Onun anadan olduğu gün haqqında müxtəlif rəylər mövcuddur. Məsələn, Təbəri, İbn İshaq bəsətdən əvvəl beşinci, Mürucüz-Zəhəb Məsudi bəsətdən sonra beşinci ili, Yəqubi isə bu iki tarixin ortasını qeyd edirlər. Ümumi fikir belədir ki, Fatimə Peyğəmbərə (s) vəhy nazil olduqdan sonra dünyaya gəlmişdir. Qoy bu məsələni tarixçilər dəqiqləşdirsinlər. Bizim işimiz isə Fatimənin şəxsiyyətini araşdırmaqdır.

Onun qardaşları kiçik yaşlarında ölmüşdülər. Ona ana əvəzi qalmış böyük bacısı Zeynəb Əbil-Asa ərə getmişdi və Fatimə bu ayrılığın acısını yaşayırdı. O biri bacıları Rüqəyyə və Ümm-Gülsüm Əbu Ləhəbin oğlanlarına ərə getmişdilər. Nə isə, Fatimə Məkkədə tənha qalmışdı. Onun körpəliyi risalət çarpışmaları dövrünə təsadüf edirdi. Xalqın oyanış yükünü çiyinlərinə almış Peyğəmbər (s) düşmənlərlə mübarizə apardığı bir zamanda Fatiməyə qəyyumluq edirdi. Fatimə körpə olduğu üçün azad şəkildə atasına yoldaşlıq edir və onun şəxsi həyat yaşamadığını görürdü. Daim düşmənlərin hədəfində olan atanı tənha buraxmaq Fatiməni razı salmırdı.

Fatimə şahid olurdu ki, atasının məhəbbətli, mehriban çağırışlarına istehza ilə yanaşılır. Amma Peyğəmbər (s) tənhalıqdan süstləşməyərək öz işini davam etdirir, cüzi istirahətdən sonra peyğəmbərlik fəaliyyətinin ardınca gedirdi.

Həzrət Peyğəmbərin (s) Məscidül-Həramda təhqir olunduğu, döyüldüyü səhnələr tarixin yaddaşına həkk olunub. Həmin vaxt atasından azca aralı durmuş kiçik yaşlı Fatimə hadisələri izləyir, ara sakitləşləndə atasına qoşulub, evə qayıdırdı.

Bir gün Məscidül-Həramda səcdə halında olan Peyğəmbərin başına qoyun içalatı atdılar. Körpə Fatimə özünü atasına çatdırıb, kiçik əlləri ilə onun üzünü təmizlədi, nəvaziş göstərib, əlindən tutdu və birlikdə evə qayıtdılar. Fatimənin öz qəhrəman, fədakar, eləcə də, tənha atasına sədaqətini görənlər ona ümmi-əbiha, yəni atasının anası ləqəbini vermişdilər.

Təqiblərdən Əbu Talib dərəsinə pənah gətirmiş ailə qara günlərini yaşayır, aclıq və susuzluq keçirirdi. Əbu Cəhl və digər Qüreyş başçıları elan yazıb Kəbədən asmışdılar: Bəni-Haşim və Bəni-Əbdülmüttəliblə heç kəs ünsiyyətdə olmamalıdır! Onlara bir şey satmaq, onlardan bir şey almaq qadağan olunur! Onlarla izdivaca icazə verilmir!.

Guya bu çətinliklər həzrət Məhəmməd və onun yaxınlarını bütlərə təslim etməli idi. Yalnız Məhəmmədin dinini qəbul edənlər yox, Məhəmmədi müdafiə edən hər bir şəxs ölümə məhkum edilmişdi. Amma Məhəmmədin (s) ətrafındakılar İslamı tanımasalar da, Məhəmmədin saflığına, düzlüyünə əmin idilər. Bu insanlar Əli ibn Üməyyə kimi nadan mühafizəkarlardan çox-çox üstün insanlardı. Əbu Cəhl, Əbu Ləhəbin ətrafında görünən bu qəlbi qaranlıq ziyalıların yeganə məqsədi öz ictimai mövqelərini, var-dövlətlərini qorumaq idi. Onlar, Peyğəmbərə (s) həmfikirlik ləyaqəti tapmış Bilal, Əmmar, Yasər, Suməyyə kimilərinə verilən işgəncələrdən zövq alır, bəzən isə riyakarlıq göstərərək ikili mövqe tuturdular. Əsl və ilkin müsəlmanlar isə hətta təqiyyə (əqidəni gizləmə dövrü) başa çatdıqdan sonra da öz əqidələrinə sadiq idilər.

Yeni iman alovu ruhlarda qalandığı zaman, cəmiyyətdə təhlükəli qiyamlar başlandığı vaxt hər bir insan özünü sınaqdan keçirmək məcburiyyətində qalır. Bu məqamlarda insanın daxilindəki riya, qorxu, eqoizm aşkarlanır. Həmin üç illik ağır sınaq meydanında olanlar müsəlman deyildilər, İslamı tanımırdılar. Sadəcə, böyük ilahi inqilabın ağırlığından pay götürmüş bu insanlar Məhəmməd, Əli, mühacir əshabla çiyin-çiyinə dayanmışdılar. Eyni vaxtda şəhərdə rahat həyatını davam etdirən riyakar müsəlmanlar qalmışdılar. Onlar bir addımlıqda müsəlmanların çəkdikləri üzüntüyə sadəcə tamaşa edirdilər. Üç illik ağır, dözülməz, ölümcül aclıqla müşayiət olunan iman imtahanı!

Özü həmin mühasirədə olmuş Səd ibn Əbu Vəqqas nəql edir: Bir gecə aclığın təsirindən o qədər taqətsiz olmuşdum ki, gecənin qaranlığında ayağıma toxunan yumşaq şeyi götürüb uddum. Həmin hadisədən iki il ötüb, amma hələ də bilmirəm ki, udduğum nə idi!.

Tarixdə bu barədə ətraflı yazılmasa da, uyğun mühasirə zamanı Peyğəmbər (s) ailəsinin hansı məşəqqətlər çəkdiyi aydındır. Mühasirədəki bütün ailələr Peyğəmbərə (s) görə əziyyət çəkirdi. Amma uşaqlar, xəstələr, qocalar öz aclıqlarını, çətinliklərini Peyğəmbərdən (s) gizlədirdilər. Bu, böyük bir eşqin və imanın təzahürü idi!

Gecənin qaranlığında dərəyə hər hansı yolla gətirilən azuqədən ən az pay Peyğəmbərin (s) arvadı və qızına düşürdü. Mühasirədə peyğəmbər ailəsindən olanlar Xədicə, Fatimə və bacıları idi. Peyğəmbər (s) besətə çatdıqdan sonra Əbu Ləhəb Peyğəmbərin (s) qızları olan gəlinlərini oğlanlarına boşatdırmışdı. Amma varlı-karlı Osman Əbu Ləhəbin çirkin hərəkətinə cavab olaraq Peyğəmbərin (s) boşanmış qızı Rüqəyyə ilə evlənmişdi. Rüqəyyə Osmanla birlikdə Həbəş diyarına hərəkət etdi. Amma Peyğəmbərin (s) digər boşanmış qızı Ümm-Gülsüm sonradan, ağır da olsa, Əbu Ləhəb ailəsində yaşamağa razılaşmışdı.

Mühasirə daha da ağırlaşır. Amma Peyğəmbərin (s) əqidə yoldaşları ruhdan düşmür. Peyğəmbər (s) ailəsinin vəziyyəti daha ağırdır. Azyaşlı Fatimə, təqribən 70 yaşlı Xədicə nələr çəkir?! Xədicə bu üç illik mühasirədən qabaq on il risalət əzablarına dözmüş qadındır. Lakin o səbrini itirmir, hər an sorağında olan ölümün gözünə dik baxır. Rifahlı həyat sürmüş, bütün var-dövlətini böyük amal yolunda sərf etmiş əzəmətli bir qadın səfalətin ən üzücü anlarında məğrur görünür.

Körpə Fatimə anasından, anası isə Fatimədən nigaran idi. Bu qız öz ata-anasını dəlicəsinə sevirdi.

Bir gün mühasirənin son vaxtlarında Xədicə yataqda yatmış, Fatimə və Ümm-Gülsüm isə onun yanında oturmuşdular. Peyğəmbər (s) bayırda ərzaq paylayırdı.

Ölümünün yaxınlaşdığını hiss edən Xədicə dedi:

- Kaş, əcəl möhlət verəydi, bu günlərin başa çatdığını görüb, rahat ölərdim.

Ümm-Gülsüm ağlar halda dedi:

- Bir şey qalmayıb, ana. Darıxma.

- And olsun Allaha, özümdən nigaran deyiləm. Heç bir Qüreyş qadını mənə əta olunan neməti dadmayıb. Dünyada heç bir qadın mənə verilən kəraməti almayıb. Mənə yalnız Allah Rəsulunun həyat yoldaşı olmaq iftixarı yetər.

Sonra öz-özünə pıçıldadı: - Pərvərdigara! Sənin nemətlərini, lütflərini saya bilmərəm. Sənin görüşünə yaxınlaşdığım üçün qəmgin deyiləm. Amma Sənin nemətlərinə layiq olmaq istəyirəm.

Artıq ölüm bu evə kölgə salmışdı. Qəfildən həzrət Peyğəmbər (s) çöhrəsində şadlıq və sevinc xeyməyə daxil oldu. Mühasirə dövrü başa çatmışdı! Xədicə bu azadlığı öz gözləri ilə gördü. Peyğəmbər Qüreyş üzərində ilk qələbənin sevincini yaşadı.

Amma tarixin çarxını döndərmək üçün göndərilmiş bir insanın çöhrəsində rahatlıq və ləzzət sezilə bilməzdi. O, ardıcıl iki zərbə alır. Əbu Talib və Xədicə mühasirədən az sonra bir-birinin ardınca dünyaya vida edirlər.

Həzrəti Məhəmmədi (s) Əbu Talib böyütmüş, onun ilkin məhəbbət ehtiyaclarını ödəmişdi. Ona arxa olmuş, Xədicə ilə ailə qurmasında iştirak etmişdi. Hətta üç il mühasirədə Peyğəmbərlə (s) çiyin-çiyinə dayanmışdı. Məhz bu səbəblərdən həzrət Məhəmməd digər peyğəmbərlərin acı aqibətindən amanda qalmışdı. Bəli, son və dəyanətli bir hami itirmişdi! İyirmi beş yaşlı gənc ağır yetimlik, çobanlıq həyatından sonra 40-45 yaşlı sərvətli, ən əsası isə eşq dolu ürəkli Xədicə ilə həyat qurmuşdu. Xədicə Məhəmmədin bütün itkilərini, hansı həddə isə, təmin edən müqəddəs qadın idi.

Besətdən, yəni peyğəmbərliyə çatdıqdan sonra məşəqqətlərlə dolu yolda ilk vəyhdən başlayaraq son nəfəsinədək addım-addım Həzrəti izləyən, ona həmdərd olan, eşqini, gücünü, sərvətini fəda edən qadın dünyasını dəyişmişdi. Peyğəmbər ilk ardıcılını, Fatimənin anasını itirmişdi!

Peyğəmbər düşmənlərin amansız hücumları qarşısında tənha qalmışdı. Şəhərdə Əbu Talib, evdə isə Xədicə yox idi. Fatimə atasının anası ləqəbini indi daha artıq dərk edirdi. Bacıları ərə getdikdən sonra Fatimə anasının ətəyindən yapışıb deyərdi:

- Anacan, mən nə vaxtsa bu evi tərk edib başqa evə getmək istəmirəm. Mən səndən ayrılmaq istəmirəm.

Xədicə təbəssümlə cavab verərdi:

-Bu sözləri hamı deyir, biz də vaxtı ilə demişik. Qoy, hələ vaxtı çatsın!

Fatimə isə israr edərdi:

-Yox, mən atamı heç vaxt tək qoymayacağam, heç kim məni ondan ayıra bilməz.

Xədicə sakitcə qulaq asardı.

Artıq zaman keçib. Fatimə hiss edir ki, onun qarşısında ciddi vəzifələr var. Artıq bu öhdəliklər uşaq arzusu deyil. Fatimə atasının belə bir dəvətlə çıxış etdiyini eşitdikdən sonra daha prinsipial mövqe tutdu. Həzrət belə buyurdu:

- Ey Qüreyşlilər, özünüzü ələ alın. Mən Allah qarşısında sizin ehtiyaclarınızı ödəyə bilməyəcəyəm! Ey Əbdülmənaf övladları, sizi Allah qarşısında möhtaclıqdan qurtara bilməyəcəyəm. Ey Əbbas, ey Səfiyyə!.. Ey Fatimə, sərvətimdən istədiyini götürə bilərsən, amma Allah qarşısında borclarını ödəməyə acizəm!

Maraqlıdır! - düşündü Fatimə. Atası gör kimlərlə bir sırada ona müraciət edir! Bu diqqət bir zaman heç vaxt ərə getməyəcəyəm! kimi uşaq iddialarına ciddi rəng verirdi. Artıq, Fatimə özünü məsul bilir!

Onun ömrünün ilk illəri bəsət illəri ilə üst-üstə düşür. Fatimə peyğəmbər yardımçısı olmağa daha layiqli övladdır. Fatimənin məsuliyyətini ata-ana da hiss edir. Ömrünün son günlərində Xədicə nigarançılıqla deyir:

-Qızım, məndən sonra nələr görəcəksən? Ərdə olan o biri bacılarından rahatam. Amma sən! Sən mənim əziz balam, qarşıdakı məşəqqətlərə necə dözəcəksən?!

Fatimə isə sanki risalət yükündən çiyninə pay götürmüş bir şəxs kimi deyir:

-Arxayın ol, mənim fikrimi çəkmə!

Bütpərəstlik Qüreyşin tüğyanını tarıma çəkmişdi. Müsəlmanlar vura biləcəkləri zərbəni vurdular. Amma bu işkəncələr müsəlmanlara ruh verir. Dinin acısını çəkməkdən sevinc duyanlara Fatimə də qoşulub. O, Peyğəmbərin qızı kimi daha fədakar, daha iftixarlıdır.

Əbu Talibin ölümündən sonra düşmən atını dördnala çapır. Peyğəmbərin ardıcıllarından bir qrupu Həbəş diyarına pənah aparır. Digər bir qrup işkəncələr altındadır. İndi yaşı əlliyə çatmış Məhəmməd öz qızı Fatimə ilə ikilikdə yaşayır.

Amma qəzavü-qədər öz işini görür. Pərdə arxasında işlər görülür. Artıq Peyğəmbərin evində bir oğlan da var. O, Əlidir!

Bəli, Əbu Talib oğlu Əli elə uşaqlıqdan Fatimənin yanında olmalı, Peyğəmbərdən (s) tərbiyə almalıdır. Bu insanların taleyi çox oxşardır.

Tarix öz işini görür. O, çox sakit məqamlarda, sakit tərzdə, düşüncələrdə bütpərəstliyin belini qıracaq tufanlar hazırlayır. Sabah isə bu tufanlar cuşa gəlib, irqçilik və millətçilik, saray ruhanilərinin yalanlarının, bir sözlə, şəhvət və qan imperatorlarının kökünə balta çalmalıdır. Bu tufan bütün qeyri-bəşəri adətləri aradan qaldırmalı, insanı kamala yüksəldəcək dəyərlər yaratmalıdır. Bu tufanın dalğaları azadlıq, bərabərlik, agahlıq, sevgi gətirəsidir. Tarix məbus olmuş son peyğəmbərin silsiləsini hər birinin çiynində şəhadət heybəsi olan varislərlə davam etdirir. Fatimə həqiqət yolunda işkəncələri nuş edəcək ilk varisdir. Tarix isə Əliyə ehtiyac duyur.

Beləcə, cahiliyyət çirkabında ləkələnməmək, ilk vəyhin nüzulunda iştirak etmək üçün Əbu Talib oğlu Əli öz əmisi oğlunun evinə daxil olur. O, peyğəmbərliyin ilk məqamlarına şahiddir. Əli ilkin dövrün əzablarında möhkəmlənir, sanki Bədr, Ühüd, Xeybər, Fəth, Hüneyn səhnələri üçün hazırlıq keçir. Nəhayət, Əli Fatimə ilə bəşəriyyət üçün nümunə olacaq bir ailə qurur və İbrahim yolunu ləyaqətlə davam etdirir.


Hicrət

Nəhayət, Məkkənin on üç illik mübarizələri, işkəncələr və mühasirə başa çatdı. Fatimə körpəlik dövründən başlayaraq evdə, şəhərdə, mühasirədə cahiliyyət cəbhəsindən zərbələr alan atasını kiçik əlləri ilə qoruyur, nəvaziş göstərirdi. Hicrət başladı. Müsəlmanlar Mədinəyə köçdülər. Həbəşdə olan Rüqəyyə və əri Osman da Mədinəyə gəldi. Lap axırda Peyğəmbər (s) və Əbu Bəkr Məkkəni gizlicə tərk etdilər. Amma Fatiməni və bacısı Ümm-Gülsümü izləyən düşmən onlara çata bildi və atdan yıxdı. Fatimə ciddi zədələnsə də, bacısı ilə Mədinəyə çata bildi. Həmin şəxs (Hüveyrət ibn Nəqid) səkkiz il sonra Məkkənin fəthi zamanı öz çirkin əməlinin cəzasına çatdı. Onun cəzasını Əli (ə) verdi.

Mədinədə həyat davam edirdi. Peyğəmbər (s) məscid və məscidə yaxın ev tikmişdi.

Sonra qardaşlıq müqaviləsi deyilən mərasim keçirilir. Hərə bir nəfərlə qardaşlığı əhd etdi. Bəs Məhəmməd (s) necə? Əlbəttə ki, o, Əli ilə qardaş oldu! Əli (ə) bir daha həzrət Məhəmmədlə (s) çiyin-çiyinə dayanır, daha bir addım ona yaxınlaşır.

Əlinin (ə) anası Fatimə bir zaman Məhəmmədə (s) qayğı göstərmişdi. Əlinin (ə) atası Əbu Talib Məhəmmədin (s) hamisi olmuşdu. Məhəmməd (s) Əlinin (ə) atası Əbu Talibin evində böyümüşdü. Əli (ə) isə Məhəmmədin (s) evində, Məhəmmədin (s) tərbiyəsini aldı. Fatimə ilə birgə Xədicənin ətəyində ərsəyə çatdı. Əli (ə) Məhəmmədə (s) həm əmioğlu, həm övlad idi. İndi isə qardaş olmuşdular. Əlinin bu yaxınlaşmada son məqama çatmasına bircə addım qalmışdı.

Fatimə (ə) əhdinə sadiq qalmışdı. Onun üçün elçilik etmiş Ömər və Əbu Bəkrin təklifi rədd edildikdən sonra hamıya aydın olmuşdu ki, Fatimənin xüsusi bir taleyi var və Peyğəmbər (s) bu işdə onunla məşvərət edəcək.

Fatimə (ə) Əli (ə) ilə böyümüşdü. Onu özünə qardaş, atasına aşiq pərvanə bilirdi. Hər iki gənc vəhy nurunda böyümüş, cəhalətə bulaşmamışdılar. Onlar bir-birinə qarşı hansı hisslərlə yaşayırdılar? İman dolu iki qəlbin qarşılıqlı münasibəti haqqında danışmaq çox çətindir!

Bəs, nə üçün Əli susur? Fatimənin artıq (müxtəlif tarixçilərin qeydinə görə) ya 9, ya da 19 yaşı var. Mənə elə gəlir ki, Əli Fatimənin özünü atasına vəqf etdiyini, atasının anası olmaq yolunu seçdiyini görürdü. Axı Peyğəmbərə (s) bu sayaq bağlı Fatiməni ondan necə ayırmaq olardı?

Amma vəziyyət qəfil dəyişir. Peyğəmbər ömründə ilk dəfə cavan qızla evlənir. O, Aişədir. Fatimə yavaş-yavaş hiss edir ki, Aişə artıq həm Xədicəni, həm də Fatiməni əvəz edə bilir. Əli (ə) də Aişənin gəlişi ilə hansısa bir fürsətin yarandığını duyur, amma... amma Əlinin heç nəyi yoxdur! Uşaqlıqdan Peyğəmbərin (s) xidmətində olan, mübarizə yolu keçən gəncin nəyi ola bilərdi?

Bütün bunlara baxmayaraq, o, Peyğəmbərin (s) yanına gəlib, bir kənarda əyləşdi və başını aşağı salıb susdu. Peyğəmbər (s) soruşdu:

- Ey Əbu Talib oğlu, bir işin var?

Əli o qədər xəcalət çəkir ki, yalnız bir kəlmə pıçıldaya bilir:

- Fatimə...

Peyğəmbər (s) isə dərhal mərhəba! buyurur.

Səhəri gün məsciddə Əlidən soruşur ki, bir şeyin varmı? Həzrət Əli (ə) bir şeyə malik olmadığını bildirir. Peyğəmbər (s) soruşur:

- Bədr döyüşündə sənə verdiyim zireh haradadır?

O qalır, - deyə Əli cavab verir.

Peyğəmbər (s) həmin zirehi istəyir. Əli (ə) tələsərək, gedib zirehi gətirir. Peyğəmbər göstəriş verir ki, zireh satılsın. Zirehi Osman 47 dirhəmə alır. Peyğəmbər (s) səhabələri toplayıb, xütbə və onun ardınca əqd oxuyur. Sonra Əli və Fatiməyə saleh varislər arzu edir. Xurma dolu qablar gətirilir. Toy məclisi başlayır. Siz Fatimənin cehizinə baxın: əl dəyirmanı, taxta kasa və bir də kilim!

Hicrətin 2-ci ili məhərrəm ayının əvvəlində Əli (ə) Mədinə şəhərindən kənarda Qoba məscidinin yanında ev tapıb Fatimeyi-Zəhranı (ə) həmin evə köçürür.

Peyğəmbərin (s) və Əlinin (ə) əmisi, böyük mücahid qəhrəman Həmzə iki dəvə kəsib, Mədinə camaatına qonaqlıq verdi. Namazdan sonra Peyğəmbər (s) Əlinin (ə) evinə getdi. Bir qab suya Quran ayələri oxuyub, bəylə gəlinə içirtdi. Sonra özü həmin su ilə dəstəmaz alıb, Əli ilə Fatimənin başına çilədi. Getmək istəyəndə Fatimə hönkürtü ilə ağladı. O, ilk dəfə idi ki, atasından ayrılırdı.

Peyğəmbər (s) onu sakitləşdirərək dedi:

- Səni imanda ən güclü, elmdə ən bilikli, əxlaqda ən gözəl və ən uca ruhlu bir kəsin yanında əmanət qoyub gedirəm.

Artıq Peyğəmbərin (s) əmanəti öz həyatının ikinci fəslini yaşayır. Həyat bu ailəyə çətinliklər hədiyyə etmək qərarındadır.

Zeynəb Məkkədə tacir Əbül-Məasın evindədir. Bir vaxt Əbu Ləhəbin gəlinləri olmuş Rüqəyyə və Ümm Gülsüm isə indi Osmanın evində yaşayırlar. Fatimənin köçdüyü evdə isə yeganə sərvət eşqdir.

Əlinin evində çətin şərait davam edirdi. Fatimə həmişəki tək məsuldur. Amma bu dəfə atası yox, Əli qarşısında məsuliyyət daşıyır. Fatimə gözəl anlayır ki, Əli Allah və Onun yolunda cihaddan başqa bir şey düşünmür. Fatimə belə bir kişinin həyat yoldaşı olmağın məsuliyyətini gözəl anlayır.

O, dəyirman fırladır, çörək bişirir, ev işləri görür, su daşıyır. Əli körpəlikdən əziyyətlər içində böyümüş Fatimənin yenə də min bir əzaba qatlaşdığına baxdıqca sıxılır.

Bir gün şirin dillə Fatiməni dindirir:

- Zəhra, özünü o qədər incidirsən ki, ürəyim sıxılır. Bəlkə, atandan kömək üçün bir xidmətçi istəyəsən?

Fatimə fürsət tapıb atası ilə görüşə gedir. Həzrət soruşur ki, qızım, xeyir ola?

Fatimə öz istəyini dilinə gətirməyə utanır: Gəldim səni görüm, - deyib evə qayıdır. Əliyə deyir ki, nəzərdə tutduğu sözləri deməyə utanıb. Əli özü Peyğəmbərin (s) xidmətinə gedib əhvalatı danışır. Peyğəmbər (s) buyurur:

- Mən sizə müharibə əsirini bağışlaya bilmərəm. Bu əsirlər satılır və həmin pul aclıq çəkən əhaliyə paylanır. Əli Həzrətə təşəkkür edib evə əliboş qayıdır. Gecə düşür, ər-arvad öz evində bu günkü əhvalat haqqında düşünürlər. Amma Peyğəmbər (s) də eyni narahatlığı keçirir.

Birdən qapı döyülür və Peyğəmbər (s) otağa daxil olur. Həzrət (s) Fatiməni soyuq otaqda, nazik bir parçaya bürünərək, uzanmış görür. Bu parçanın ona boy vermədiyi də Həzrətin nəzərindən qaçmır. Onların qalxmaq istədiyini görüb buyurur:

- Qalxmayın! Məndən istədiyinizdən daha üstün bir şey haqqında bilmək istəyirsinizmi? Bu sözləri mənə Cəbrayıl öyrədib: Hər namazdan sonra 10 dəfə sübhanallah, 10 dəfə əlhəmdulillah, 10 dəfə əllahu əkbər. Yatağınıza girəndə 34 dəfə əllahu əkbər, 33 dəfə əlhəmdulillah, və 33 dəfə sübhanallah deyin. Fatimə növbəti dərs alırdı. O, bu dərsi körpəlikdən oxumuşdu. Amma bu dəfəki sadəcə bilik almaq deyildi. Bu necə olmaq dərsi idi! Fatimə olmaq asan deyildi. Artıq Fatimə Əlinin də əzablarına şərik idi. Fatimə peyğəmbərlik və imamət arasında bir halqa olmuşdu. Peyğəmbər (s) Fatiməni nə qədər sevirdisə də, öz şagirdinin ilahi vəzifələr qarşısında çəkdiyi əziyyətlərini aradan qaldırmaqda aciz idi.

Bəli, Fatimə daim öyrənməkdə idi. Hüseynlər doğuracaq bu pak ağacın işığa, havaya, qidaya olan ehtiyacı tükənəsi deyildi.

Xidmətçi əvəzinə ilahi kəlmələr! Sual: bu məqamı kim dərk edib razılaşa bilər? Yalnız Əli və Fatimə ilahi kəlmələri hər şeydən üstün tutub, bu kəlmələrlə yaşaya bilərdilər. Bu söz yağışı daim yağmalı və bu iki təşnə nihalı sirab etməli idi.

Şəlalə səsiyəm təşnələr üçün,

Yağış tək səmadan yağaram, için.

Bəs etməz aşiqə nə ki nuş edə,

İçin, bu susuz diyardan köçün.

Yer üzündə bu iki aşiqdən də təşnə olan kimdir? Bəli, Əli kimi cəngavər bir an olsun belə dilinin altında Allahın zikrini tərk etmir. Soruşurlar ki, Siffeyn döyüşündə də zikri unutmamışdın? Cavab verir ki, hətta Siffeyn gecəsi də!

Bu təsbihlər, zikrlər Fatimənin adı ilə bağlıdır. Çünki xidmətçi istəyi əvəzində Fatiməyə gəlinlik hədiyyəsi edilmiş bu ilahi kəlmələr başqa kimin adı ilə bağlana bilərdi ki?! Həzrət (s) özü durub gəldi, hədiyyəni verdi və getdi!

Peyğəmbər (s) sevimli qızı Fatiməyə çox ciddi münasibət göstərirdi və bunu öz Rəbbindən öyrənmişdi. Məhəmməd (s) qədər əzab-əziyyət çəkən peyğəmbər məlum deyil. O, Allahın sevimlisi olduğu kimi, məsuliyyəti də böyük idi.

Bir dəfə Peyğəmbər (s) Fatimənin otağına daxil olur. Qapıdan asılmış naxışlı pərdə diqqətini cəlb edir. Bir kəlmə danışmamış geri qayıdır.

Fatimə bu qayıdışın səbəbini anlayır. Tövbə yolunu da bilir. Pərdəni açıb Peyğəmbərə (s) göndərir və xahiş edir ki, onu satıb pulunu fəqirlərə paylasın. Belə bir ciddilik nə üçün idi? Həzrətin o biri qızı Zeynəb ər evində var-dövlət, rifah içində yaşadığı, Rüqəyyə və Ümm-Gülsüm heç bir maddi çətinlik görmədiyi halda Fatimənin həyat tərzi bambaşqadır. Peyğəmbərin (s) Fatiməyə yönəlmiş həssas münasibəti böyük ilahi məsuliyyət nişanəsi idi.

Həzrət (s) buyurur: Fatimə, çalış, sabah mən sənin (axirətin) üçün bir iş görə bilməyəcəyəm. Diqqət edin! Bu İslamla cəmiyyətimizdəki İslam arasında fərqə baxın!

Rəvayət edirlər:

Hüseyn üçün gözdən axan bir damla yaş Cəhənnəm odunu söndürür; dəryalarca, göylərcə günah olsa, bağışlanır; Əli ilə dostluq günahları savaba çevirir. Belə çıxır ki, günahdan çəkinənlər axmaqdır?! Onlar Qiyamət günü nəyi savaba çevirəcəklər?!

Başqa bir rəvayətdə Allah-təalanın belə buyurduğu bəyan olunur: Əlini sevənlər mənə qarşı üsyan qaldırsalar da, Behiştdədirlər; Əliyə düşmən olanlar mənə itaət etsələr də, Cəhənnəm əhlidirlər (?).

Ey insan! Axirətdə iki sorğu, iki hesab-kitab yoxdur. Əlinin hesabı ilə Allahın hesabı arasında fərq yoxdur. Diqqət edin, Peyğəmbər (s) kimi ilahi şəxsiyyət Fatiməyə axirət vəd etmir! O, dəfələrlə qızının nəzərinə çatdırır ki, o özü Fatimə olmalıdır. Peyğəmbərin (s) qızı olmaq arxayınlıq yaratmamalıdır. Bu yaxınlıqdan dünyada istifadə edib kamala çatmaq lazımdır. Axirətdə qohumluq, tayfabazlıq yoxdur. Peyğəmbər (s) kimsəni Behiştə arxa qapıdan keçirə bilməz.

Fatimə bu həqiqətləri anlayır. Özü çalışmamış bir insanın şəfaətə çatması, kiminsə hörmətinə bağışlanması İslam yox, bütpərəstlik adətidir.

Mən nəinki təkcə Peyğəmbərin və imamların, hətta salehlərin də şəfaətini həqiqət kimi qəbul edirəm. Hətta inanıram ki, Hüseyn türbəti günahları bağışlatmaq gücündədir. Amma bir şərtlə ki, bu günahların daxilində bir inqilab baş versin, o öz insanlıq şəxsiyyətini çirkabdan çıxarsın. Belə inqilab insanın vicdanını oyadır, onu pis adətlərdən uzaqlaşdırır.

Kərbəla cəngavəri Hürr imam Hüseynin (ə) şəfaəti ilə Cəhənnəmdən qurtulur. Çünki özünü dəyişə bilir!

Fatimə (ə) Məhəmmədin (s) şəfaəti ilə Fatimə olur. Çünki şəfaət qurtuluşun ləyaqət amilidir. Sadəcə vasitə yox! İnsan özü şəfaətçidən şəfaəti almalı, taleyini dəyişməlidir. Yəni insan öz xarakterini elə tənzimləməlidir ki, bağışlanmağa layiq olsun. Şəfi şəxs (şəfaət verən, bağışlatdıran) insana Siratdan keçməyi bu dünyada öyrədir. Hüseyn (ə) o şəxsə şəfaət edir ki, həmin şəxs Hüseyni sevərək, onun məktəbindən dərs alıb, insan olsun. Belə olmasa, göz yaşında günahı əridəcək heç bir kimyəvi təsir yoxdur!

Fatimə (ə) Məhəmmədin (s) nümunəsi idi. Hətta Məhəmməd (s) də Allah sorğusundan azad deyil. O, hər bir sözünə, hər bir hərəkətinə görə Allaha cavab verməlidir.

Bir gün Qüreyşdən olan bir qadın oğurluq edir. Onun əli kəsilməlidir. Çox hörmətli şəxsiyyətlər bu hökmün dəyişməsi üçün Peyğəmbərdən (s) şəfaət istəyirlər. Həzrət bu təklifi qəbul etmir. Həmin adamlar Üsamə ibn Zeydə müraciət edirlər. Peyğəmbərin (s) Üsaməni necə sevdiyi tarixdə lazımınca qeyd edilib. Üsamə Peyğəmbərə (s) ağız açır. Həzrət buyurur:

- Mənimlə danışma, Üsamə. Əgər bu işi Fatimə görmüş olsaydı, qanun qüvvəsində qalacaqdı!

Peyğəmbər (s) nə üçün Fatiməni misal çəkir? Çünki Fatimə (ə) tarixin dörd seçilmiş xanımlarından biridir. Nə üçün bu silsilədə Fatimə (ə) sonuncudur? Son... Çünki sonluq kamilliyin nəhayətidir. Meyvə ağac əzaları silsiləsinin sonu olduğu kimi!

Məryəm İsanı (ə) doğduğu üçün İsaya (ə) daha dəyərlidir. Asya Musanı (ə) tərbiyə etdiyi üçün Musaya daha dəyərlidir. Əlbəttə ki, Xədicə də Məhəmməd üçün daha dəyərli idi. Bəs Fatimə? Fatimə (ə) kimin üçün daha dəyərlidir?

Əli və Fatimə (ə) Mədinədən kənar Qoba kəndində yaşayırdılar. Bu kənd Mədinənin cənubuna doğru 8 km-də idi. Peyğəmbər (s) hicrət etdiyi vaxt şəhərə daxil olmazdan qabaq bir həftə burada qalmışdı. Ondan üç gün sonra Məkkəni tərk edən Əli (ə) məhz burada Peyğəmbərə (s) çatmışdı.

Maraqlı təsadüfdür. Əli və Fatimə (ə) yenidən Qobaya qayıdırlar. Bir müddət sonra burada özlərinə ev tikirlər. Əli ilə Fatimənin müştərək tarixi məhz burada başlayır. Sonralar şəhərə gedib, Peyğəmbərlə (s) divar-divara ev tikirlər.

Peyğəmbər məscidi, Peyğəmbər evi həqiqi şiələr üçün olduqca həssas məkanlardır.

Əli və Fatimənin (ə) yaxında olmaması Peyğəmbər (s) üçün çox ağır idi. Uşaq yaşlarından ciddi mübarizələrdə yetkinləşmiş Əli (ə) üçün ev, rahatlıq adında məvhumlar əhəmiyyətsizdir. Fatimənin (ə) də taleyi olduqca məşəqqətli keçmişdi. Bu insanlar ruhən yetkinləşməkdədirlər və heç birində, o birini adi həyata qaytarası xüsusiyyətlər görünmür. Onların evinə öz şirin sözləri ilə, nəvazişləri ilə şadlıq gətirən yalnız Peyğəmbər (s) idi.

Peyğəmbər (s) onların xarakterindən gözəl xəbərdar idi. Həzrət bilirdi ki, onu sevənlər üçün adi həyat yoxdur və bu sevgi özü bir həyatdır. Ona görə də Əli və Fatiməni (ə) yanına gətirib eynən öz otağı kimi, qapısı məscidə açılan bir ev tikir.

Üzbəüz iki pəncərə sanki danışan qəlbdir. Ata və qız qəlbi. Bu pəncərələr hər səhər üzbəüz açılır.

Hər sübh pəncərədən salam, təbəssüm,

Hər axşam gözlənir sabah gələn gün.

Bu pəncərəyə işarə ilə tarixçilər bildirirlər ki, həzrət Peyğəmbər (s) hər gün Fatiməni (ə) soraqlayır və ona salam verirdi.

Maraqlıdır ki, nə üçün məhz Fatimənin (ə) otağı məsciddə, Peyğəmbərin (s) otağı ilə divar-divara qonşu olmalı idi? Sanki, bu elə cəmi bir otaqdır, Peyğəmbər (s) ailəsinin otağı! Məhəmməd (s) ailəsində Əli (ə) ata, Fatimə (ə) ana, Həsən və Hüseyn (ə) - oğul, Zeynəb və Ümm-Gülsüm isə qızdır.

Quran və hədislərdə haqqında danışılan itrət və Əhli-beyt - bütün çirkinliklərdən paklanmış dəyərlər, eləcə də Quran gələcək nəsillərin ixtiyarına verilmiş iki yadigardır.

İndi Mədinədə məsciddə Aişənin evi ilə divar-divara bu ev durur və onun misilsiz səmərəsi vardır.

Digər bir tarix başlanır. Yeni doğulan ulduzlar yeni üfüqlər açır. Məhəmməd (s) üçün həyatın mənası: İslam üçün höccət, bəşəriyyət üçün hər şey!

Hicrətin üçünci ili Həsən (ə) doğulur. Mədinə öz Peyğəmbərinin (s) sevincini bayram edir. Həzrət həyatında ilk dəfə, son ən ağır, məşəqqətli on altı ildən sonra şirin duyğular keçirir, ruhi yorğunluğu sakitləşir.

Fatimənin evi şövqlə doludur. Ailə öz ilk övladını ağuşuna almışdır. Qulağına azan-iqamə oxunur, qırxılmış saçı ağırlıqda gümüş sikkə Mədinə fəqirlərinə paylanır.

Bir ildən sonra Hüseyn (ə) dünyaya göz açır. Artıq Peyğəmbərin (s) iki oğlan nəvəsi var. Qəzavü-qədərdən onun öz iki oğlu Qasim və Tahir uşaqkən ölmüşdü. Demək, onun oğulları Fatimədən olmalıymış. Onun nəslinin davamı Fatiməyə həsr olunub.

Əli (ə) də Məhəmməd (s) silsiləsindən kənarda qalmamalı idi. Əli (ə) Məhəmmədin (s) davamıdır. O, ruhən Həzrətin (s) varisidir. Özü Həzrətə aid olmaqla yanaşı, onun nəslini davam etdirməlidir. Bu iki ruh sanki peyvənd olmuşdur. Məhəmmədin (s) züryətində Əlinin (ə), Əlinin (ə) züryətində Məhəmmədin (s) hüzuru var. İndi hər ikisinin hüzuru iki məsum körpənin simasında aşkarlanır. Məhəmməd (s) bu iki simada üç insan görür: Əlini (ə), Fatiməni (ə) və özünü.

Həzrət (s) Allaha şükür edir ki, Əli və Fatimədən (ə) olan bu iki oğlanı ona canişin vermişdir. Bütün səhabələr bilir ki, Fatimə (ə) - ən kiçik övlad, həm də ən əziz övladdır. Bu qız hətta Əlidən, oğuldan, qardaşdan daha əzizdir.

Məhəmmədi (s) Əliyə (ə) bağlayan səbəblər çoxdur: hər ikisi Əbdülmüttəlibin nəvələridir; səkkiz yaşından başlayaraq Əlinin atası Peyğəmbərə ata, anası isə ana olmuşdur; Həzrət (s) 25 yaşınadək Əlinin evində ərsəyə çatmışdır; Əli (ə) uşaqlıqdan 25 yaşınadək Peyğəmbərin (s) evində yaşamışdır; Peyğəmbər (s) Əliyə (ə) ata, Xədicə isə ana olmuşdur. Belə bir bağlılığa kim təsadüf etmişdir?!

Əli (ə) İslama ilk iman gətirmiş, Peyğəmbərə (s) beyət əlini ilk uzatmış şəxsdir. Sonra fasiləsiz olaraq ölüm gününədək çətinliklərlə üzbəüz dayanmışdır.

Bəsətdən, yəni peyğəmbərlikdən qabaq Həzrət (s) altı-yeddi yaşlı Əlini özü ilə Həra dağına aparar, dərin düşüncələrə qərq olduğu vaxtlar yanında saxlayardı. Həra dağında ilahi fikirlərə qapılaraq gəzişən Peyğəmbər (s) yanındakı körpəyə yalnız ay şahidlik edə bilərdi.

Əlinin səkkiz-on yaşı olarkən ilk dəfə o, Peyğəmbər və Xədicənin dodaq altında nəsə deyərək əyilib-qalxdığını gördü. Onlar, sanki Əlini görmürdülər. Nəhayət, Əli (ə) soruşur:

- Nə edirsiniz?

Həzrət (s) buyurur:

- Namaz qılırıq. Mən İslam dinini xalqa çatdırmağa məmur olmuşam. Onları Allahın birliyinə və öz peyğəmbərliyimə çağırmalıyam. Ey Əli, səni də dəvət edirəm!

Əli bu evdə məhəbbət içində yaşamış bir uşaq olsa da, o həzrət düşünmədən razılıq vermir. Onun imanı əvvəlcə ağlına, sonra isə qəlbinə yol tapmalıdır. Eyni zamanda onun öz yaşına uyğun danışığı var:

- İcazə verin, atam Əbu Taliblə məsləhətləşim, sonra qərara gəlim.

Sonra isə yatmaq üçün öz otağına qalxdı. Amma bu dəvət 8-10 yaşlı uşağı rahat buraxmır. Sübhədək gözünə yuxu getmir, düşünür. Onun düşüncələrindən kimsə xəbərdar deyil. Amma sübh tezdən Peyğəmbərin (s) otağının kandarında Əlinin ayaq səsləri eşidilir. Peyğəmbərə (s) müraciətlə öz şirin, uşaq və məntiqli səsi ilə deyir:

- Mən dünən düşündüm. Gördüm ki, Allah məni yaradarkən atam Əbu Taliblə məsləhətləşməyib. Demək, atamla bu barədə məsləhətləşməyim artıqdır. Mənə İslamı öyrədin.

Peyğəmbər (s) dedi, o təkrar etdi və qəbul edirəm dedi. Bu peymandan, əhddən sonra bütün ömrü boyu Allaha pərəstiş etdi, Peyğəmbərə (s) vəfalı oldu, xalqa xidmət etdi, ruhunu pak saxladı. O, Peyğəmbərə (s) qəlbən bağlı idi və bunu hamı bilirdi. Peyğəmbər (s) isə qəlbindən rişələnib Əliyə bağlanan görünməz telləri hamıdan yaxşı hiss edirdi.

Bir gün Peyğəmbər (s) belə bir sual qarşısında qaldı: Sənin üçün kim daha əzizdir, qızın Fatimə, yoxsa onun əri Əli?. Həzrət bu qaçılmaz, qəfil suala qəlbindəki münasibətə uyğun cavab taparaq təbəssümlə dedi: Əli, Fatimə mənim üçün səndən daha əzizdir və sən mənim üçün Fatimədən daha əzizsən!. İndi isə ən əziz Fatimə və ən əziz Əlinin həyat səmərəsi olan Həsən və Hüseyn vardır!

Tarix həzrət Peyğəmbərin (s) iradə və qüdrətindən danışsa da, fatehlər onun qılıncı qarşısında diz çöksə də, düşmən onun qəzəbindən tir-tir əssə də, o, kiçik bir məhəbbət dalğasından həlimləşir, həyəcana gəlir.

Dəhşətli Hüneyn döyüşündə düşmən vahid yumruq tək birləşib Həzrəti (s) aradan götürmək istədiyi vaxt müsəlmanlar 6 min əsir götürür. Düşmənlərdən biri ona deyir: Ey Məhəmməd, bu əsirlərin arasında sənin xalaların, dayıların var. Sonra bir qadın dilləndi: Mən Peyğəmbərinizin bacısıyam. Həzrət soruşur: Dəlilin nədir?. Qadın çiynini göstərib deyir: Uşaq vaxtı səni qəzəbləndirdiyim üçün çiynimi dişləmisən. Keçmiş xatirələr Həzrətə (s) o qədər təsir etdi ki, ağladı və dedi: Öz payımı, bütün Əbdülmüttəlib övladlarını bağışlayıram. Sabah məsciddə olun, namazdan sonra istəyinizi ucadan deyin. Biz öz qərarımızı çıxararıq. Əlbəttə ki, digər tayfalar mənə itaət etsələr!. Səhəri gün bu mənəvi tədbir oldu və hamı azad edildi. Hətta haqqından keçmək istəməyənlər də razı salındı.

Həzrət (s) ailədə də belə idi. Çöldə cəngavər, siyasətçi, komandan, evdə isə mehriban ata, həlim ər, səmimi və sadə bir insan! Uyğun dövrdə qadınlar kötək dilini daha tez başa düşürdülər. Amma Həzrət (s) ailədə belə bir dildən xəbərsiz idi. O, heç bir qadınına əl qaldırmamışdı. Yalnız bircə dəfə qadınlarından çox incidiyi vaxt onlardan küsüb evə getməmişdi. Həyətdəki saman anbarında yer hazırlayıb bir neçə gün orada yaşadı. Amma bu hərəkət imanlı qadınlara çox təsir etdi. Adətən, kasıblıqdan yaranan söz-söhbətlər aradan qalxdı. Çünki Həzrət (s) onlar üçün iki çıxış yolu qoymuşdu: ya boşanıb dünyanı seçməli, ya da Peyğəmbər və kasıbçılığa üstünlük verməli idilər. Yalnız bir qadın razılaşmayıb, dünyaya üstünlük verdi. Üstünlük verdiyi dünya isə onu tezliklə ölümə qovuşdurdu.

Həzrət (s) özünü ailədə qəribə, qeyri-adi göstərməyə çalışmazdı. Əksinə, özünü çox sadə aparardı. Hətta Qurani-kərimdə onun bu xüsusiyyəti bəyan olunur: Mən də sizin kimi insanam, amma mənə vəyh nazil olur. O, təkrar-təkrar bildirərdi ki, qeybdən xəbəri yoxdur, yalnız ona deyilənləri bilir.

Bir gün qoca bir qarı onun yanına gəlib sual soruşmaq istəyir. Amma Peyğəmbər (s) haqqında əvvəlcədən yaranmış təsəvvürlər onu elə həyəcanlandırır ki, dili tutulur. Bunu hiss edən Peyğəmbər (s) mehribanlıqla qarıya yaxınlaşıb əlini onun çiyninə qoyur və şirin bir dillə halını soruşur:

- Ana, nə olub? Mən qoyun sağan həmin Qüreyş qadınının oğluyam.

Bəli, Həzrətin (s) qəlbi belə kövrək və səmimi hisslərə malikdir. Bəzən o evdə özünü o qədər aşağı tutur ki, hətta az yaşlı Aişənin hisslərini asanca dərk edir. Fatimənin əllərini öpür. Necə də məhəbbətlə danışır: - Əli məndəndir, mən Əlidən; Fatimə mənim bədənimin bir tikəsidir.

İndi isə Həsən və Hüseyn! İlahi, o, bu iki körpə ilə necə rəftar edirdi! O, övladcanlıdır. Xüsusilə də, həmişə oğlan arzulayıb. Qızını bu günkü kişilərin təsəvvürünə sığmayacaq dərəcədə sevir. İndi bu qızın iki oğlu var. Həzrətin (s) bu iki uşağa münasibəti hamını heyran qoyub. Onlar dünyaya gəldiyi andan başlayaraq, Həzrət (s) daim onları yoxlayır.

Bir gün otağa daxil olur, Fatimə və Əlinin yuxuya getdiyini görür. Həsən acından ağlayır və evdə bir şey yoxdur. Həzrət ata-ananı oyatmır. Bir qab götürüb özünü həyətdəki camışa çatdırır. Süd sağıb Həsənə içirir, uşağı sakitləşdirir.

Bir dəfə Fatimənin qapısından keçərkən Hüseynin ağladığını eşidir. Geri dönür, bütün bədəni əsən halda Fatiməni danlayır:

- Məgər bilmirsən ki, onun ağlaması məni necə incidir?

Zeyd oğlu Üsamə nəql edir ki, bir gün Peyğəmbərlə (s) işim olduğu üçün qapısını döydüm. Qapını açdı. Onunla danışarkən hiss etdim ki, əbasının altında nə isə gizlədir. Təəccüb məni bürüdü. Soruşdum: Ya Rəsulallah, o nədir?. Həzrət (s) əbasını açdı. Gördüm ki, Həsən və Hüseyn ağuşundadır. Məhəbbət və həyəcandan səsi titrədiyi halda dedi: Bunlar mənim oğullarımdır, qızımın oğulları. Pərvərdigara! Mən onları sevirəm, Sən də onları sevənləri sev!.

Zəhra və Əlinin övladlarının nəzərində Peyğəmbər (s) həm baba, həm ata, həm dost, həm qəyyum, həm də, sadəcə, oyun yoldaşıdır. Bu körpələr ata-analarına nisbətən daha səmimi, onun yanında daha azaddırlar.

Bir gün iqtida edənlər səcdənin uzandığını hiss edirlər. Həmişə qocaları nəzərə alıb belə məqamlarda sürətlə hərəkət edən Peyğəmbər nə üçün səcdədə yubanır? Namazdan sonra səbəbini soruşurlar. Buyurur: Səcdə zamanı Hüseyn belimə minmişdi. Evdə belimə minməyə öyrəndiyindən, burada da eyni cür hərəkət etdi. Gözlədim ki, özü düşüb getsin.

Bəli, Peyğəmbər Fatimə, Əli, Həsən və Hüseynə olan məhəbbətini bütün camaata izhar edir. Ona görə də hamının gözü qarşısında Fatimənin əlini öpür. Minbərə qalxdığı zaman bu ailənin ona nə qədər yaxın, əziz olduğunu bəyan edir. Həzrət (s) açıq-aşkar belə dua edir: Pərvərdigara, onları sev, onların sevinci mənim sevincimdir, mənim sevincim isə Sənin sevincin! Onların incidənlər - məni incidir, məni incidənlərsə Səni!

Belə bir qeyri-adi bağlılığın səbəbi nədir? Bu səbəbi hər şeydən əvvəl həmin ailənin taleyində axtarmaq lazımdır.

Həzrətin vəfatından sonra ilk qurban Fatimədir. Fatimədən sonra Əli, sonra Həsən, daha sonra Hüseyn və ... nəhayət, Zeynəb!

Hicrətin beşinci ili Hüseyndən sonra Zeynəb dünyaya gəlir. İki il sonra isə növbəti qız - Ümm-Gülsüm. Bu adlar Peyğəmbərin (s) öz qızlarının adlarıdır.

Bəli, Fatimə (ə) Peyğəmbərin (s) hər şeyi əvəz edir və onun yeganə kimsəsi olur.

Peyğəmbərin (s) qızları Zeynəb, Rüqəyyə, Ümm-Gülsüm ölürlər. Hicrətin səkkizinci ili oğlu olur - İbrahim. Amma o da dünyasını dəyişir. Həzrətin yeganə övladı qalır: Fatimə! Fatimə və övladları! Budur Əhli-beyt!

İndi Həsən və Hüseyn Peyğəmbərin (s) həyat sevincidir və o, bütün vaxtını bu körpələrə sərf edir. Evdən çıxıb bir yerə gedərkən bu iki körpədən biri, hökmən, onun çiynindədir.

Belə bir məqam: Həzrət (s) məsciddə minbərdə danışır. Hamı diqqətlə qulaq asır. Bu vaxt evlərinin qapısı məscidə açılır, Həsən və Hüseyn əyinlərində qırmızı köynək qapıdan görünürlər. Yeriyib yıxılırlar. Peyğəmbərin (s) nəzəri onlara cəlb olunub. Həzrət görür ki, onlar yeriməkdə çətinlik çəkir, büdrəyirlər. Peyğəmbər (s) dözməyib ayağa qalxır. Tələsik minbərdən düşüb onları qucağına alır və yenidən minbərə qalxır. Camaatın bu işdən təəccüblədiyini görüb, sanki söhbəti kəsdiyi üçün özünü qınayır. Deyir: Allah-təala doğru buyurub: Sizin var-dövlətiniz və övladlarınız yalnız fitnədir. Uşaqların yeriyə bilmədiyini görüb tab gətirmədim, sözümü yarımçıq saxladım, onları götürdüm.

Hüseynə nəvazişi isə həddi aşır. Həzrət onu çiyninə götürür, onunla oynayır. Uzanıb onu sinəsinə oturdur, ağzını aç deyir, öpüşlərə qərq edir. Həyəcandan titrəyən bir səslə deyir: Pərvərdigara, onu dost tut, mən onu dost tuturam.

Bir gün öz yaxınları ilə bazardan keçərkən, Hüseyni öz yaşıdları ilə oynayan görür. İrəli gəlib, nəvəsini tutmaq istəyir. O isə, o tərəf-bu tərəfə qaçaraq oynayır. Nəhayət, Həzrət onu tutur, bir əli ilə başını, o biri əli ilə çənəsini tutub öpür və deyir: Hüseyn məndəndir, mən Hüseyndən. Pərvərdigara, Hüseyni sevəni sev. Həzrətin yaxın adamlarından biri bu səhnəni müşahidə edib deyir: Mənim də oğlum var, amma bircə dəfə də onu öpməmişəm. Həzrət övlada qarşı bu soyuq münasibət haqda eşidib deyir: Mehriban olmayan kəs mehribanlıq görməz.

Günlər bir-birini əvəz edir. Fatimə (ə) həyatının ən şirin anlarını yaşayır və ötən acıları sanki unudur.

Xeybər döyüşü olur. Yəhudilər Fədək bağlarını həzrət Peyğəmbərə (s) bağışlayırlar. Peyğəmbər (s) bu bağları qızı Fatiməyə (ə) verir və ailədəki kasıblıq qismən aradan qalxır.

Məkkənin fəthi başlanır. Fatimə qüdrətli atası və qəhrəman əri ilə Məkkəyə yola düşür. O, İslamın ən böyük qələbəsinin şahidi olur. Doğulduğu şəhərin mənzərələri acılı-şirinli xatirələri canlandırır. Məscidül-Həram, ağrılı hadisələr, ata evi, bacıları, Əbu Talibin və anası Xədicənin qəbirləri...

Qələbə dolu bir qayıdış! Atasına qarşı düşmənçiliklər yavaş-yavaş azalır, onun kölgəsi yarımadanı bürüyür. Ərinin Bədr, Ühüd, Xəndək, Xeybər, Məkkənin fəthi, Hüneyn və Yəməndə çaldığı zərbələr Qiyamətədək ins və cinnin ibadətindən üstün tutulur.

Əzabla dolu həyatın yeganə səmərəsi olan övladları atasının, özünün soyunu davam etdirəsi, Əhli-beyti tamamlayasıdı.

Bəli, Fatimə sanki bütün əzablarının və fəzilətlərinin mükafatını almışdır. Onu ən çox sevindirən budur ki, bu uşaqlar atasının qəlbini, könlünü fərəhlə doldurmuşlar. On üç izdivacdan yalnız misirli kəniz Peyğəmbərə (s) İbrahimi vermişdi. İbrahim isə südəmər vaxtı öldü. İndi bu boşluğu Həsən, Hüseyn, Zeynəb və Ümm-Gülsüm doldurur. Acılıqdan başqa bir şey görməmiş insan həyatın şirinliyini hiss etməyə başlayır. Xüsusi ilə yaşı altmışı keçmiş atanın övlada olan hiss və ehtiyacı daha artıqdır.

Ailədə mehriban həyat hökm sürür. Fatimənin (ə) çöhrəsində təbəssüm görünür. Onun ailəsi xoşbəxtlik içindədir.

Amma bütün bunlar tufandan qabaq labüd olan sakitlikdir. Tufan isə qopmaqdadır.

Peyğəmbər (s) yatağa düşdü və bir daha qalxa bilmədi. Çöhrələr dəyişdi, Mədinə kin-küdurətlə doldu. Siyasət də, iman və ixlas da Məhəmmədlə (s) getdi. Qardaşlıq əlaqələri qırıldı, qəbilə peymanları cana gəldi. Artıq Peyğəmbər (s) fərman vermir. Əlinin (ə) arxasınca adam gedir. Aişə və Həfsə atalarını çağırtdırır. Dünən mehrabda Peyğəmbərin (s) yerində Ömər durmuşdu, bu gün isə Əbu Bəkrin səsi eşidilir. Üsamənin döyüşçüləri, hətta nifrinlərə baxmayaraq, cərgəyə düzülmüş halda durur. Qoşunun başçısı - bayrağını əlinə almış Üsaməyə qarşı etiraz səsləri ucalır.

Cümə axşamıdır. Həzrətin gözlərindən sel kimi yaş axır. Buyurur: - Qələm və lövhə verin bir şey yazım ki, yolunuzu azmayasınız. Hay-haray salıb qoymadılar, dedilər ki: - Sayıqlayır. Quran var, başqa yazıya nə ehtiyac?!

Artıq Həzrət (s) danışmır, deyir Fatimə (ə), Aişənin otağındadır. Başı Əlinin dizləri üstədir. Dodaqları qapanır. Mənimlə gözləriylə danışır. Mən dözə bilmirəm. O, mənim atamdır, mən isə onun anası. O, bu şəhərdə məni bu insanlarla tənha qoysa, nə olacaq? Gözünü məndən çəkmir. Hamıdan çox məndən nigarandır. Nə çəkdiyimi üzümdən oxuyur. Mənə qəlbi yanır. Gözü işarə edir ki, başımı üzünə yaxınlaşdırım. Qulağıma deyir ki, bu ölüm xəstəliyidir, mən gedirəm. Başımı qaldırıram. Bu müsibət məni üzüb. Atamdan sonrakı müsibət qəlbimi parçalayır. Axı nə üçün bu sözləri təkcə mənə deyir? Mən ki, onun ölümü qarşısında ən aciz, ən üzüntülü kəsəm. Amma o, hələ də gözlərini mənə dikib. Sanki, körpə uşaq tək ona möhtac olduğumu hiss edib, deyir: Qızım, mənim ailəmdən ardımca ilkin gələcək, ilkin mənə qovuşacaq şəxs sənsən! Yoxsa bu ümmətin qadınlarının rəhbəri olmaq istəmirsən?

Nə böyük təsəlli! Bu müsibət odunu başqa hansı müjdə soyuda bilər? Sağ ol, ata! Fatiməni necə sakitləşdirmək lazım olduğunu yaxşı bilirsən. Ona görə də bu xəbəri mənə verir. İndi ağlamağa, növhə deməyə gücüm var:

Çöhrəsinə buluddan yağış istəyən kişi,

Yetimlərin pənahı, eşqə baş əyən kişi...

Qəfildən atam gözlərini açır: Qızım, bu ki, Əbu Talibin mənə qoşduğu şerdir. Qızım, şer oxuma, Quran oxu, oxu ki: Məhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişlər. Əgər o ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz?.

Daha sonra sanki öz-özünə zümzümə etdi: Müstəbidlər üçün Cəhənnəmdə bir yer yoxmu?. Sonra davam etdi: Biz axirət evini o kəslər üçün qərar vermişik ki, yer üzündə çirkinlik və alçaqlıq istəmirlər....

Həzrəti (s) yazmağa qoymayan siyasətçilər təklif etdilər ki, yazmaq istədiyini şifahi desin.

Həzrət incik halda baxıb dedi:

- Mənim malik olduğum, sizin məni dəvət etdiyinizdən üstündür. Mən sizə üç vəsiyyət edirəm:

Əvvəla, müşrikləri ərəb adasından çıxarın. İkincisi, qəbilələrin nümayəndəliyini mənim qəbul etdiyim kimi edin. Üçüncüsü, .... (sükut).

hamı ixtiyarsız olaraq Əliyə (ə) baxdı. Əli (ə) isə dərin düşüncələr içində idi. Həzrət (s) susurdu, nəzərlərini bir nöqtəyə dikmişdi. Onlar getdilər.

Qəmdən fəryad çəkdim... Atan üçün bu gündən o yana qəm yoxdur dedi və dodaqları qapandı.

Vəyh deyən, qızını, körpələrini öpən dodaqlar qapandı. Bir müddət bizə baxdı, sonra gözlərini qapadı.

Başı Əlinin sinəsi üstə idi. Əlini dəhşətli bir sükut bürümüşdü, sanki Peyğəmbərdən (s) qabaq o ölmüşdü. Aişə və digər qadınlar onun başına toplaşdılar.

Qəfildən dua üçün açılmış əlləri yanına düşdü. Dodaqları tərpəndi. Hər şey tamam oldu.

Bayırda haray qopdu. Şəhər qorxu və tərəddüd içində ağlayırdı. Ömər fəryad çəkib deyirdi: Peyğəmbər ölməyib; o, İsa kimi göyə qalxıb və yenə də qayıdasıdır. Kim desə ki, Peyğəmbər ölüb münafiqdir və boynunu vuracağam.

Bir neçə saat ötdü. Sakitlik yarandı. Əbu Bəkr və Ömərin daxil olduğunu gördüm. Əbu Bəkr atamın üzündəki örtüyü açdı, ağladı, getdi. O biri də getdi.

Əli (ə) Peyğəmbərin (s) qüsl və kəfən işi ilə məşğul oldu. O, atamın pak bədənini yuyur, ağlayırdı. Onun üstünə su, öz canına od tökürdü. Xalq öz Peyğəmbərini (s) itirmişdi. Mən və Əli isə hər şeyimizi! Birdən mənə elə gəldi ki, bu şəhərdə, bu dünyada qərib qalmışıq.

Hər şey bir anda dəyişmişdi. Üzlər dönmüşdü. Sədaqəti siyasət əvəz etmişdi. Qardaşlıq əhdi oxuyanlar uzaqlaşmış, yenidən varlı-kasıb ögeyliyi yaranmışdı.

Atamın ölümündən daha ağır bir gerçəkliklə üzbəüz dayanmışdıq. Mədinə hiylə və fitnələrlə dolmuşdu.

Böyük əmimiz Əbbas narahat görkəmdə gəlib Əliyə dedi:

- Əlini ver, sənə beyət edim. Qoy bilsinlər ki, Peyğəmbərin (s) əmisi Əliyə beyət etdi. Ailə üzvləri də sənə beyət edər. Yoxsa...

Nə yoxsa? Olmaya başqalarında da bir tamah var?

Əli (ə) dedi ki, sabah biləcəksən. Əli (ə) təhlükə hiss edirdi. Amma bu hiss ani oldu. Qəlbində başqa bir dərd vardı. Məhəmməd (s) Əli (ə) üçün ata, müəllim, qardaş, dost, peyğəmbər, bir sözlə, hər şey idi. O, bu evdən kənarda baş verənləri düşünə bilmirdi. O, Peyğəmbərə (s) qüsl verməklə, mən uşaqlara baxmaqla məşğul idik.

Həsənin yeddi, Hüseynin altı yaşı vardı. Zeynəb beş, Ümm-Gülsüm isə üç yaşındaydı. Peyğəmbərdən sonra bu uşaqları xoş tale gözləmirdi.

Səqifədə Peyğəmbərin (s) yaxınları (ənsar) toplaşıb canişin seçmək istəyində idilər. Hiss etdilər ki, Məkkə mühacirlərinin (Qüreyş) öz planı var. Əbu Bəkr, Ömər, Əbu Übeydə özlərini yetirdilər ki, Peyğəmbər (s) özünə Qüreyşdən canişin istəyib. Nəticədə, bu toplantıda Səqifədə təşkil olunmuş Əbu Bəkr seçildi.

Fatimənin (ə) iztirablarını kimsə dərk etməyə qadir deyil. Fatimənin atasına məhəbbəti sadəcə övladlıq məhəbbəti deyil və o, öz atasını aşiqanə sevir. O atasının anası və bütün çətinliklərdə onun çiyin yoldaşı olub. Həzrətin (s) ölümündən sonra o yeganə zürriyyət, evin yeganə sütunu, övladlarının anasıdır. Fatimə (ə) dünyaya göz açdığı vaxt artıq nə anasının sərvəti, nə də ailədə sevinc vardı. O zaman Xədicə yaşı altmış beşi keçmiş qoca bir qadın idi. Ailəni kin-küdurət, xəyanətlər ağuşuna almışdı. Hələ Fatiməni dünyaya gətirməmişdən qabaq risalət yükü onun belini əymişdi. Cahiliyyət, quldarlıq, bütpərəstlik bu ailə üçün zindana çevrilmişdi. Həyatını Məhəmmədin (s) işıqlı yoluna fəda edən Xədicə şirinliklə yanaşı, mühitin zəhərini içirdi. O, Məhəmmədin (s) risalətinə məşğuldur. O zaman Fatimə (ə) ata-anasının nəvazişə ehtiyaclı olduğunu hiss edirdi.

Həyatını dosta isar, fəda edən kəs qəlbən ona yaxınlaşır. Bu zaman dost da onun ehtiyacına cavab verir. Amma dostluq və eşq fərqli məfhumlardır. Fatimənin (ə) atasına sevgisi sadəcə dostluq deyil. Bu sevgi çox ağır sınaqlardan iftixarla keçmiş bir sevgidir.

Ata öz vətənində qərib idi. Onu hər tərəfdən cəhalət qılıncları çalırdı. Onu hamıdan çox incidən qohumlarıdır. Bir yandan vəhy həyəcanları, bir yandan vicdan və eşq tufanları, digər tərəfdən qohumların əzabları, tənhalıq və dağların, göylərin sahib durmadığı əmanət yükü! O, bütün bu əzab yağışı altında xalqın arasına çıxır, Səfa təpəsinə dırmanıb cahil xalqı qorxudur, üç yüz otuz neçə bütə sitayiş edən cahillər arasında azadlıq nidası çəkir, günün sonunda yorğun, yaralı, qəmgin halda evə qayıdır. Fatimə (ə) şəhərin nifrət dolu küçələrində atasını addımbaaddım izləyir. Peyğəmbər (s) yıxıldığı vaxt quş yuvadan düşmüş balasını qoruduğu tək Fatimə (ə) atasını qoruyur. İncə barmaqları ilə atasının çöhrəsindəki qan izlərini təmizləyir. Fatimə (ə) Allah kəlamı gəzdirən atasına öz uşaq kəlmələri ilə təsəlli verir. Taifdən qayıtdığı vaxt onu tənha qarşılayır. Üç illik mühasirədə əzab çəkən ata-anasına nəvaziş göstərərək onlardan bir addım aralanmır.

Sonradan tənha qalmış atasına analıq edir, onu öz sevgi haləsinə bürüyür. Əlinin (ə) evinə getməklə fəqirlik və şərəf yolunu seçir. O, öz övladları ilə üç oğul, üç qız itirmiş atasının könlünü sevindirir. 18, ya 28 illik ömrü boyu Fatimə (ə) qəlb bağları ilə öz atasına fədai olmuşdur.

İndi isə ölüm araya ayrılıq salır. Fatimə (ə) Peyğəmbərsiz yaşamaq məcburiyyətindədir. Bu zərbə zəif bədənli Fatimə (ə) üçün çox üzüntülüdür.

Peyğəmbərin (s) ölüm yatağında yalnız Fatiməyə üz tutması təsadüfi deyil. Fatiməyə (ə) tezliklə qovuşacaqlarını deməklə təsəlli verir.

Amma Fatimə (ə) ikinci sarsıdıcı zərbəni alır. Bu zərbə əvvəlki zərbə kimi şiddətli olmasa da, onun qədər dərindir. Bəlkə də, daha dərin! Bu zərbə birincinin ardınca, fasilə vermədən vurulur: Peyğəmbərə (s) Əli (ə) yox, başqa biri canişin seçilmişdir! Hər şey aydındır. Bəs nə üçün vida həccindən qayıdarkən Həzrət Peyğəmbər (s) Qədiri-Xumda Əlinin (ə) vilayətini, rəhbərliyini təsdiq etmişdi?! Nə üçün elə bu səfərdə, bu hadisədən sonra on iki nəfər pusquda durub, Peyğəmbəri (s) və olsun ki, Əlini (ə) qətlə yetirmək istəyir? Bu qəsd Qədiri-Xumdakı elanla əlaqəsiz deyil. Çünki seçim zamanı baş verən hadisələr təsadüfi olmur. Nə üçün bu on iki nəfər həbs olunduqda onların adları açıqlanmır? Hansı ki, bu hadisə adi bir hadisə deyil. Nə üçün çox təhlükəli Təbuk döyüşündə yaşı keçmiş Peyğəmbər (s) bütün yaşlılarla döyüşə getdiyi halda Əlini (ə) Mədinədə saxlayır? Əliyə (ə) deyir: Harunun Musa yanındakı məqamını mənim yanımda tutmaq istəmirsən? Axı məndən sonra peyğəmbər yoxdur!.

Həzrət (s) nə üçün ölüm yatağında ikən qoşunu intiqam üçün Ruma göndərmək istəyir? Nə üçün nüfuzlu Əbu Bəkr, Ömər bu döyüşə ezam olunur? Nə üçün etirazlara baxmayaraq 18 yaşlı Üsamə qoşuna başçılıq edir? Nə üçün qoşunun tez yola çıxması üçün hətta mane olanlara nifrin edir? Amma belə bir vaxtda Əli (ə) ilə qalmaq istəyir? Nə üçün ona kağız-qələm verilmir? Nə üçün üçüncü vəsiyyətdə susur? Nə üçün özü namaza gedə bilməyəndə Əlini (ə) çağırtdırır? Amma qızlarının xəbərdarlığı ilə Əbu Bəkr və Ömər peyda olur? Bunu görən Peyğəmbər (s) hər üçünü mürəxxəs edir! Niyə? Nə üçün ölümü yaxınlaşdıqca daha çox təkrarlayır: Fitnələr qaranlıq gecələr tək yaxınlaşır....

Əli (ə) Peyğəmbərin (s) dəfnini başa çatdırır. Əshabın böyükləri isə Əlinin haqqını, hüququnu dəfn edirlər. Məscidə qayıdırlar və xəlifə öz vilayət xütbəsini oxuyur. Əli (ə) isə Peyğəmbərin (s) boş qalmış otağından Fatimənin (ə) otağına qayıdır və iyirmi beş illik qaranlıq, üzücü bir tənhalıq başlanır!

Fatimə (ə) üçün sanki hər şey süqut etmişdir. Misilsiz əzablar bahasına başa gəlmiş bir qəsr, sanki ani olaraq xarabaya çevrilmişdi.

İslamın taleyi Səqifədə təyin olunur. Bu məclisdə Əli (ə), Səlman (r), Əbuzər (r), Əmmar (r), Miqdad (r) və bu kimi sədaqətli insanlar iştirak etmir! İndi bu insanlar Fatimənin (ə) evində toplanıb. Onları Əliyə (ə) bağlayan nədir? Onlar nə Ovs, nə Xəzrəc qəbiləsindəndir. Mədinədə ünvanları, qəbilə bağlılıqları yoxdur. Onların bir hissəsi Səlman (iranlı), Əbuzər (səhralı) kimi qəriblər, Əmmar kimi anası afrikalı qara kəniz, atası yəmənli kimsəsizlərdir, xurmasatan Meysəm kimi sadə insanlardır. Əli (ə) işığına yığışanlar!

Bu insanlar həzrət Peyğəmbərin (s) əzizləri idilər. İndi isə Əlidən (ə) başqa ümid yerləri yoxdur. Əli (ə) özü də yalqızlıqda onlardan fərqlənmir. Otuz neçə yaşlı bu gənc kasıb və dəstəsizdir. Döyüşlər qəhrəmanı, elm və təqva nümunəsi olan bir insan bu gün sakit dayanmışdır.

Bir ruh öz dövrünün səviyyəsindən çox ucaya qalxarsa, tənhalaşar. Gözəlin varlığı istər-istəməz çirkinin varlığını sıxıntıda qoyur. Bu insan nə qədər təvazö göstərsə də, ətrafdakılar ona qarşı çıxır. Bu ruhun real ucalığı ətrafdakıları sıxır və ona təsir göstərilir ki, kütlənin səviyyəsinə ensin. Əlinin (ə) kiçildilməsinə səy göstərənləri də məhz onun ucalığı narahat edirdi.

Məhz bu səbəbdən mühacir və ənsarın düşməni olan Bəni-Üməyyə Əli namaz qılmır - deyə avam kütlə arasında təbliğat aparırdı. Bəni-Üməyyə Peyğəmbərin (s) qohumlarıdır, Ümmül-Möminin Əbu Süfyanın qızıdır.

Əli (ə) məscidin mehrabında qətlə yetirildi. Dedilər: Məgər Əli namaz qılırdı ki, məscidə daxil olub? Nə böyük kin, nə dərin cəhalət! Bu düşmənçilik Əlini (ə) Bədr, Xəndək döyüşlərində vurduğu zərbələrin namərd cavabıdır.

Başqa bir maraqlı nöqtə də var. Həmin döyüşlərdə Əlidən (ə) ruh alıb Bəni-Üməyyə ilə döyüşənlər də Əliyə (ə) qarşıdır. Çılğın qələbə əhval-ruhiyyələri geridə qalıb. Araya sakitlik çöküb. Bir zaman Əlinin (ə) zərbəsindən şövq alanların qəlbində, özləri də hiss etmədən, həsəd baş qaldırıb.

Xeybər döyüşündə əlinə bayraq götürüb hücuma keçən Əbu Bəkr məğlubiyyətlə geri dönür. Ömər də müvəffəq ola bilmir. Həzrət Peyğəmbər (s) buyurur: Sabah bayrağı o şəxsə verəcəyəm ki, həm o Allahı və Rəsulunu sevir, həm də Allah və Rəsulu onu sevir.

Səhəri gün bayraq Əliyə (ə) verilir. Əli misilsiz qəhrəmanlıqla qalaları bir-birinin ardınca fəth edir.

Bədr və Ühüd döyüşlərində özünü daha üstün bilənlər şücaət göstərə bilmədiyi halda, Əli (ə) savaş meydanlarında şimşək tək çaxır. Hüneyn döyüşündə özünü Əlidən (ə) üstün tutanlar qaçdığı vaxt Əbu Süfyan qəhqəhə çəkərək, onları məsxərəyə qoyur: Bunlar ki, belə qaçır Qırmızı dənizə töküləcəklər.

Amma Əlinin (ə) şücaəti düşməndə kin, dostda həsəd yaradır. Elə bu səbəbdən də keçmiş dostlar artıq düşmənlərlə çiyin- çiyinədir. Artıq dost düşmənə, düşmən isə dosta möhtacdır. Əlinin (ə) əzəməti təhqir olunur. Bu təhqir Əlinin (ə) fəzilətlərini görməməzliyə vurmaqdan başlanır. Onlar saman çöpündən dağ düzəldir.

Bəs Əbu Bəkr və Ömər bu prosesdə necə iştirak edir? Onlar Əlinin haqqını özlərinə məxsus bir üsulla qəsb edirlər. Əlidən (ə) söz düşəndə deyirlər: Əli? Bəli! Amma o, hələ cavandır!; Əli? Bəli! Amma o, cəngavərdir və siyasətdən başı çıxmır! Şücaətlidir, amma hərb elmindən xəbərsizdir!; Əli? Bəli! Amma o, çox zarafatcıldır!; Əli? Bəli! Amma indi onun düşməni çoxdur, hələ məsləhət deyil!; Əli? Bəli! Amma o özündən çox razıdır!; Əli? Bəli! Əgər xilafət cilovu onun əlinə düşsə, bu dəvəni öz yolu ilə qovar. O, bu işə çox müştaqdır!.

Nəticə? Nəticə bu olur ki, Əli (ə) həm Bəni-Üməyyə, həm də Bəni-Üməyyənin düşməni olan Ömərdən zərbələr alır. Osman Ömərin düşməni olduğu halda, öz qohumları Bəni-Üməyyənin və Ömərin köməyi ilə qalib gəlir.

Fatimə (ə) evdar olsa da, hamını tanıyır, hadisələri dəqiq qiymətləndirir. Fatimə (ə) yeriməyi mübarizədə, danışmağı təbliğdə öyrənib. O, dövrünün siyasət tonqalında bişmiş müsəlman qadındır.

Artıq Peyğəmbər (s) dəfnindən bir neçə saat keçmişdir. Peyğəmbərə (s) sevimli insanlar onun evində cəm olub. Bu yığıncaq Əbu Bəkrə - Səqifədə seçilmiş xəlifəyə beyətdən imtina deməkdir. Əbu Bəkr vilayət xütbəsi oxuyur, Ömər isə maneələri aradan qaldırmaqla məşğuldur.

Xəzrəc rəisi Səd ibn İbadə Səqifədə ənsarın nümayəndəsi olur və Əbu Bəkrə beyət etmir. Sonra isə üsyan əlaməti olaraq Mədinəni tərk edir. Çox keçməmiş xəbər yayılır ki, Səd qeybdən atılan bir oxla qətlə yetirilib. Qəbilələrin münasibəti fərqlidir. Münasibət bildirməklə, təhlükəylə üzləşmək qorxusu var. Diqqət mərkəzində isə Fatimənin (ə) evidir. Hökumət bu evi təhlükə mənbəyi hesab edir.

Hökumət qarşısındakı bu mərkəzin müqaviməti Öməri çox qəzəbləndirir. Əbu Bəkrin hakimiyyətə gəlməsində böyük səylər göstərmiş Ömər, bu evdəki müxalifətə dözə bilmir. Bu ev isə kənarda deyil, xəlifə hökumətinin nümayəndəliyi olan məscidə bitişikdir.

Fatimə (ə) üzüntü içindədir: bir yandan Peyğəmbərin (s) ölümü, digər tərəfdən Əliyə (ə) qarşı xəyanət! Onun xəyalı keçmişə qayıdır. Bu zəhər dolu düşüncələr onun bağrını parçalayır... Qəfildən məscidə səs-küy düşür. Fatimə (ə) Ömərin səsini tanıyır. Bu səs anbaan yaxınlaşır: Mən bu evi əhli ilə birgə yandıracağam!.

Fatimə (ə) sözləri aydın eşidir. Səs-küy daha da yaxınlaşır. Fatimənin (ə) məscidə olan qapısı açılır. Ömərin qulamı əlində alov gətirir. Fatimənin qapısına od vurulur. Ömər qışqırır: Ey Əli, bayıra çıx!.

Evin qapısı şiddətlə çırpılır. Alov dilimləri qapının çatlarından keçir. Ömərin səsi bir az da ucalır.

Birdən Fatimənin (ə) fəryadı qopur. Bu fəryadda dünyanın qəm yükü var:

- Ey ata! Ey Allahın Rəsulu! Səndən sonra Xəttab oğlundan, Əbu Qəhafə oğlundan nələr görmədik!

Ömərin ətrafındakılar bir neçə addım geri çəkildilər. Bu, Peyğəmbərin (s) sevimli qızının fəryadı, qəzəbi idi. Özünü saxlaya bilməyib ağlayanlar oldu. Çoxu Peyğəmbər və Fatimə evinin qapısında donub qalmışdı. Adamlar aram-aram özünə gəlirdi. Ömər tək qaldığını görüb, Əbu Bəkrin yanına getdi.

Əbu Bəkrin yanında yığıncaqdır. Ona Fatimənin (ə) əhvalatını danışırlar. Onlar, sanki böyük bir faciəni nəql edirlər.

Əbu Qəhafə oğlu və Xəttab oğlu Fatimənin evinə üz tutur. Amma bu dəfə sakit, aram! Qabağa Əbu Bəkr düşüb. Biri qılıncla kəsirdisə, o biri pambıqla kəsir. Müsibətlərə adət etmiş, mübarizələr alovunda böyümüş Fatimə (ə) daxildən üzülsə də, diz çökməməyə çalışır. Qapının kənarında tənha durub. Sanki, bu evin keşiyini çəkir. Sanki tənha Əlini (ə) müdafiə edir.

Əbu Bəkr və Ömər evə daxil olmaq üçün icazə istəyirlər. Fatimə (ə) icazə vermir. Səbri təsəvvürə sığmaz Əli (ə) çölə çıxır. Fatimədən (ə) onlara icazə verməsini istəyir. Fatimə (ə) Əliyə (ə) müqavimət göstərməyib, sakit durur. Qəzəblə dolu sükut pozulur. Əli (ə) onları evə dəvət edir.

Onlar evə daxil olub Fatiməyə (ə) salam verirlər. Fatimə (ə) qəzəblə üzünü çevirib salamı almır. Kənara çəkilib, divarın arxasına keçir. Fatimənin (ə) qəzəbindən özünü itirmiş Əbu Bəkr nə edəcəyini bilmir. Bəli, Fatimə və Əlinin qarşısında danışmaq çox çətindir.

Nəhayət, Əbu Bəkr özünü toplayıb, qəmgin və mehriban halda deyir:

- Ey Allah Rəsulunun sevimli qızı! And olsun Allaha ki, Peyğəmbərlə qohumluq mənə bütün qohumluqlardan əzizdir. Səni qızım Aişədən çox sevirəm. Kaş mən öləydim, Peyğəmbər (s) yaşayaydı. Mən sənin fəzilətini etiraf edirəm. Əgər səndən atanın irsini almışamsa, bunu da onun buyuruğuna əsasən etmişəm. O, deyirdi: Biz peyğəmbərlər irs qoymuruq. Bizdən nə qalsa sədəqə verilməlidir.

Əbu Bəkr susur. Ümid edir ki, göstərdiyi mehribanlıq Fatiməyə (ə) təsir edəcək. Fatimə (ə) isə tərəddüdsüz sual verir:

-Əgər sizə Allahın Rəsulunun (s) bir buyuruğunu nəql etsəm, onu etiraf edərsinizmi?

-Hər ikisi bir ağızdan razılığını bildirdi.

Fatimə (ə) dedi:

- Sizi and verirəm Allaha, siz ikiniz eşitməmisiniz ki, Həzrət (s) buyurub: Fatimənin razılığı mənim razılığımdır, Fatimənin qəzəbi mənim qəzəbimdir. Fatiməni dost bilən - məni dost bilir. Fatiməni sevindirən məni sevindirir, Fatiməni qəzəbləndirən məni qəzəbləndirir?!

Əbu Bəkr və Ömər etiraf etdilər ki, bu sözlər həqiqətdir. Fatimə (ə) sözünə davam etdi: - Mən Allahı və mələkləri şahid tuturam ki, siz ikiniz də məni qəzəbləndirdiniz. Allahın Rəsulunu görsəm, ona sizdən şikayət edəcəyəm!.

Əbu Bəkri ağlamaq tutdu. Hiss etdi ki, nə özündə danışmağa güc, nə də Fatimədə dinləməyə qüvvə var. Ayağa qalxdı. Ömər də onun ardınca. Məscidə daxil olub, ağlar halda nalə çəkdi ki...

Amma onu inandırdılar ki, onun kənara çəkilməsi ümmətin xeyrinə deyil. Əbu Bəkr də inandı!

Öz düşüncələrinə əsasən, İslamın hökmlərini icra etməyə başladı. İlkin qərarı Peyğəmbərin (s) öz qızı Fatiməyə (ə) bağışladığı Fədək bağının müsadirəsi oldu. Beləcə, Əli (ə) iqtisadi cəhətdən də sıxıntıya salındı. Bir sözlə, Əli (ə) tənha buraxıldı. Hətta ətrafındakı bir neçə yaxın adam da zorla dağıdıldı. Onlar əmin idilər ki, Fatimənin sağlığında Əli beyət edə bilməyəcək. Doğrudan da, Fatimə (ə) ömrünün son nəfəsinədək öz mövqeyini dəyişmədi.

Peyğəmbər (s) dünyasını dəyişdi, Əli (ə) xanənişin oldu. Fatiməyə (ə) qalmış yeganə dolanışıq mənbəyi müsadirə edildi. Hakimiyyət Əbu Bəkrlə Ömərin əlinə keçdi. İslam və xalq siyasət ümidinə qaldı. Peyğəmbər (s) hakimiyyətinin idarəçiliyi həris Əbdürrəhman ibn Ofv, kübar Osman, yüngülməzac Xalid ibn Vəlid, amansız Səd ibn Vəqqasa həvalə olundu. Əli (ə) isə evdə oturub Quranı toplamağa, tərtib etməyə başladı. Bilal Mədinəni tərk edib Şama getdi və həmişəlik susdu. Səlman hakimiyyətdəkilərə etirazını bildirib, İrana qayıtdı və Mədaində tənhalığa çəkildi. Əbuzər və Əmmar bekar qaldılar.

Amma Fatimə (ə) yerində oturmadı. O, ağır qəm yükü altında layiq bilmədiyi xəlifə ilə mübarizəsini davam etdirdi. O, Fədək bağının müsadirəsini siyasi intiqam kimi dəyərləndirir və müqavimət göstərirdi. Fədək kiçik bir bağ idi. Amma bu məsələ Fatimə (ə) üçün mövcud hakimiyyətin müstəbidliyi baxımından əhəmiyyətli olmuşdu. Fatimə (ə) Fədək məsələsinə istinad edərək, mövcud hakimiyyətin iç üzünü açmağa səy göstərirdi. O, xalqın nəzərinə çatdırırdı ki, Peyğəmbər sünnətini şüar edənlər, əslində, Peyğəmbər ailəsinə zülm etməkdədir.

Peyğəmbərin (s) ölümü Fatimənin (ə) ruhunu alova bələsə də, o, oturmur. Artıq mühacirlərin və ənsarın əksəriyyəti yeni xilafətə səs vermişdir. Fatimə (ə) qüdrətə çatmaq ümidini demək olar ki, itirib. Artıq Əlinin hüquqları əldən çıxıb. Amma nə hökumətin zoru, nə də xalqın təslimçiliyi Fatiməni (ə) batillə mübarizədən çəkindirmir. Ümidi itirmək Fatimə (ə) xislətinə yaddır! Ən azı, onları rüsvay etmək əlindədir! Xalq bilməlidir ki, hakimiyyət zorla ələ keçirilmiş, həqiqətin üzərinə pərdə çəkilmişdir.

Bəli, Mədinə tarixin ən heyrətamiz səhnələrinə şahid olur: Peyğəmbər Məscidinin yanında bir kişi öz qara paltarlı əzadar xanımını miniyə oturdub, sakit küçələri dolandırır. Piyada Əli (ə), minikdə isə Peyğəmbərin (s) sevimli və mübariz qızı Fatimədir (ə). Hər gün gecələr evdən çıxır, ənsarı soraqlayırlar. Onlar səmimi və bitərəf insanlardır. Mühacirlərin çoxu Qüreyşdən olduğu üçün onların dərin siyasi bağlılıqları var. İndi xəlifə də onlardandır. Amma ənsarın hökumətdə heç bir pay yoxdur. Onların yeganə namizədi Səd ibn İbadə qətlə yetirildi. Onlar özü mühacir olan Əbu Bəkrin dəlillərinə və xəlifəliyinə göz yumanlardır. Əbu Bəkrin Peyğəmbər istəyirdi xəlifə Qüreyşdən, onun yaxınlarından olsun sözü onları yerində oturdub.

İndi isə Fatimə (ə) özü onlarla görüşür. Əli (ə) ilə birlikdə məclislərdə iştirak edir, danışır, Peyğəmbərin (s) sifarişlərini onlara xatırladır. İslamı dəyərlərə, qanunlara tam sahib olan bu qadın İslamı və ümməti qarşıda gözləyən təhlükədən xalqı xəbərdar edir.

Tarixçilər qeyd edirlər ki, Fatimənin (ə) dəlilləri qarşısında hamı təslim olurdu. Hamı bu yanlış seçimdə öz günahını etiraf edirdi. Amma kimsə ayağa qalxıb bu itirilmiş haqqı müdafiə etmək əzmində deyildi. Onlar deyirlər:

- Ey Peyğəmbər qızı, biz Əbu Bəkrə beyət etmişik, artıq iş tamamlanıb. Əgər Əli qabağa düşsəydi, vaxtında həqiqəti bildirsəydi, biz başqa cür hərəkət edərdik.

Əli (ə) bu sözlərə etiraz edir:

- Demək, mən Həzrətin qüsl, kəfən, dəfnini qoyub, hakimiyyət savaşına qalxmalı idim?!

Beləcə, hər şey sona çatdı!..

Fatimə (ə) ölümünü gözləyir. O, hiss edirdi ki, düşündüyündən də tənhadır. Artıq Peyğəmbərin (s) ardıcılları da biganəlik göstərir. Artıq Mədinəni Peyğəmbər şəhəri adlandırmaq olmaz. İman şəhərində siyasət at oynadır. Artıq cihad, iman, təqva ruhu ölgünləşmişdir. Qanlı qəbilə ixtilafları baş qaldırmaqdadır. Dəstəbazlıq, xudbinlik, mühafizəkarlıq qızışır, mənəviyyat ikinci plana keçir.

Artıq Fatimənin (ə) evi ətrafında sakitlikdir. Bir zaman Peyğəmbərin (s) qəlbində ən uca məqamı qazananlar yeni siyasətçilərin gözündən düşməkdədir. Yalnız zirəklər önə keçə bilir! Hökumət qovğasından qulağı tutulanlar artıq dostluq və ixlas pıçıltılarını eşitmirlər. Əbu Bəkrin şəxsiyyəti, Ömərin qəzəbi, Xalidin qılıncı, Əmr Asın ayıqlıqlığı Mədinə əhlini elə bir qalaya salıb ki, Fatimə (ə) kənarda qalıb və onun səsini eşidən yoxdur. Fatimənin (ə) Mədinədəki düşmənləri Məkkədəki düşmənlərindən qat-qat güclüdür. Həzrət Peyğəmbər (s) Məkkədə tək-tənha olduğu halda, müqəddəs sayılan bütləri lal və şüursuz adlandırırdı. Bu vaxt onun yeganə hamisi kiçik Fatimə (ə) idi.

Amma həmin Peyğəmbər (s) ən qüdrətli, ən hörmətli vaxtında Üsamənin qoşununu yola sala bilmir. Onun nifrinlərinə baxmayaraq, qoşun Mədinədən çıxmır.

Həzrət (s) öz evində, ən yaxın adamlarının yanında vəsiyyətini dilinə gətirə bilmir.

Xəndək döyüşündə bütün düşmən qəbilələr birləşərək Mədinəyə hücum etmişdilər. Ərəblərlə yəhudilər birləşərək İslam dinini məhv etmək qərarına gəlmişdilər. Onlar bu şəhərin torpağını at torbasında daşıyacağıq deyirdilər. Amma gənc Əlinin (ə) bircə zərbəsi döyüşün müqəddəratını həll etdi. Döyüşdə müvəffəqiyyətinə əmin olan, Peyğəmbərin (s) öldürüldüyünü elan edən, Həmzənin qanını içib məst olan küfr cəbhəsi Əlinin zərbələri altında çürük ağac kimi kökündən qopdu.

İndi bu qılınc qınında sakit dayanmışdı. İşə bir bax ki, hətta onun evinə hücum edirlər və o, yerindən də qalxmır! Bu vəziyyətdə Fatimə (ə) tənha nə edə bilər?!

Ümumiyyətlə, daxildə mübarizə üzbəüz mübarizədən qat-qat ağırdır. Bu döyüş Əbu Ləhəb, Əbu Cəhl, Əbu Süfyan, Hind, Ütbə ilə aparılan döyüşlərdən deyil. İndi cəbhənin bir tərəfində Əli və Fatimə (ə), digər tərəfində isə Əbu Bəkr, ailədən kənar olub Peyğəmbərə (s) ilk qoşulan şəxs dayanmışdır. Əbu Bəkr! Peyğəmbərin (s) hicrət zamanı mağara yoldaşı, Ümmül-möminin Aişənin atası, çətin vaxtlarda Həzrətə (s) kömək əli uzatmış kəs, iyirmi üç il Peyğəmbərlə (s) çiyin-çiyinə dayanmış insan! Əli və Fatiməyə (ə) qarşı çıxan ikinci şəxs Ömər! İslama qırxıncı qoşulmuş, zəif müsəlman cəmiyyətini öz varlığı ilə gücləndirmiş, Peyğəmbərin (s) ən yaxınlarından hesab olunan bir kəs! Ümmül-möminin Həfsənin atası!

Üçüncü həmişə öndə olan Əbu Übeydə, dördüncü Həzrət Peyğəmbərin (s) yeznəsi, var-dövlətini İslam yolunda sərf etmiş Osman və sairləri! İndi rumluların başında doqquz qılınc sındırmış Seyfullah ləqəbli Xalid ibn Vəlid də, Əmr As və Səd ibn Əbu Vəqqas kimi qəhrəmanlar da Əbu Bəkrin cəbhəsindədirlər. Onların şüarı da bütpərəstlik, şirk deyil. Peyğəmbər sünnətini diri saxlamaq, İslamı yaymaq, ən əsası müsəlmanların birliyini qorumaq fikrində olduqlarını bəyan edirlər. Amma bütün bu iddialara baxmayaraq, çox rahatlıqla Əlinin (ə) hüququnu tapdalayır və o, hələ cavandır, düşməni çoxdur deyirlər. Əli üçün tezdir, hələ məsləhət deyil - deyə, bəhanə gətirirlər. Məsləhət! Bəli, məhz bu kəlmə ilə həqiqətin boynu vurulur! Necə də asan! Necə də səs-küysüz! Kimsəni oyatmadan, sakitcə! Bəli, bu şəraitdə heç bir fəryadla həqiqəti xilas etmək mümkün deyil! Hətta Fatimənin (ə) da fəryadları təsirsiz, gücsüzdür! Zülm ədalət donu geyindiyi vaxt tarixin ən böyük faciələri baş verir! Bu elə bir faciədir ki, Əli və Fatimə, onların övladları kimi qurbanları var. Fatimə (ə) anladı ki, artıq bu faciə qarşısında bir iş görə bilmir. Bir ömür mübarizə, işkəncələr və kasıblığın ağrılarını canında hiss etdi. Əmin oldu ki, artıq Əli (ə) də acizdir.

Gözündə dünya qaraldı. Atası da ömrünün son günlərində oxşar hisslərdən danışardı. Sabah nə olacaq? Bu soyuq siyasət küləklərində atasının zəhmətlərinin səmərəsi olacaqmı?! Xalqın taleyi kimlərin əlinə düşəcək?! Qəbilə, qohumluq hissləri tüğyan etməkdədir. Necə olur ki, Əbu Bəkrin bir cümləsi hamını qane edir? Axı onlar uzun müddət Peyğəmbərlə (s) yaşamış, ondan İslamı öyrənmişlər. Əbu Bəkr və Ömər də həmin adamlardandır. Sabah İslam Mədinədən çıxdı, nəsil dəyişdi, kim səs verəcək və kimi seçəcək? Əgər bu gün ən imanlı insanlar Əlini (ə) məsləhətə görə kənara çəkirsə, sabah zəif imanlılar Fatimə (ə) övladları ilə necə rəftar edəcəklər? Artıq Həsən, Hüseyn və Zeynəbin də taleyi qaranlıq görünür!

Əlinin (ə) xanənişinliyi çox qanlı bir tarixdir. Əbu Bəkrə beyətin dalınca qanlı beyətlər, Fədək intiqamının ardınca qanlı intiqamlar gözlənilir.

Bir sözlə, sabah qaranlıq və qanlıdır! Sabahkı xilafətlər İslam üçün böyük faciələr gətirəsidir.

Bəs indi nə etməli? Fatimə (ə) nə qədər çalışdı ki, bünövrəyə əyri kərpic qoyulmasın, mümkün olmadı. O, hiss etdi ki, artıq Mədinənin qulağı kar, qəlbi daşdır. Əlinin (ə) sükutu onu anlayanların qəlbində şimşək tək yandırıcıdır.

Eqoistlik, xudbinlik necə də mərhəmətsiz olurmuş. O, özünə inandırdıqda daha da müstəbidləşir, hətta fədakar səhabələri Əliyə (ə) qarşı çevirir. Artıq bu sel qarşısında Əli (ə) də, Fatimə (ə) də diz çökməyə, susmağa məhkum olmuşdur. Amma bu sükuta da dözmək mümkünsüzdür.

Artıq hər gün Peyğəmbərin salamını ötürən pəncərə də bağlıdır. Bu günkü siyasət isə qapını kilidləmişdir. İndi o qəm dağını xatırladan Əli (ə) ilə zindana düşmüşdür.

Artıq yaşamaq ağır gəlir. Fatimənin (ə) zəif çiyinləri bu yükü daşıya bilmir. İndi onun ikicə təsəllisi var: atasının türbəti və onun mənimlə ilkin sən görüşəcəksən sözləri. O, intizardadır. Axı nə vaxt? Onun ruhu qanadları qırılmış yaralı quş tək əzabdadır. Əlinin (ə) və övladlarının solğun çöhrəsi, Peyğəmbərin məzarının soyuq torpağı, Aişənin evinin kənarı! Dərdi ərşə dirənən kimi atasının yanına gedir, ağlamaqdan yaralı gözlərini onun türbətinə sürtür. Birdən elə şivən qoparır ki, sanki atasının ölüm xəbərini indi eşitmişdir. Torpağı qoxulayıb Həzrətin (s) ətrini almaq istəyir. Bir az sakitləşib dilinin altında oxuyur:

Əhməd türbətindən kim görüb ziyan,

Müşk-ənbər istəməz o ətri duyan.

Torpaq barmaqları arasından ələnir. Rəvayətçilərin təbirincə sanki, dünyadan xaric olub yaşamaqdan azad olur.

Onun üçün hər gün Peyğəmbərin (s) vəfat günü kimidir. Hər gün daha da üzülür, nalələri dözülməz olur. Ənsar qadınları başına toplaşıb ağlaşırlar. O da qanlı yaşlar axıdaraq itirilmiş haqları xatırlayır. Ona kimsə təsəlli vermək gücündə deyil. Günlər ötüşür. Fatimə (ə) atasının müjdə verdiyi günü gözləyir.

Amma zaman ağır keçir. Atasının vəfatından 75 gün ötmüşdür. Amma bir xəbər yoxdur.

İndi isə hicrətin on birinci ili, cəmadiüs-sani ayının üçü Həzrət Peyğəmbərin (s) vəfatının bir ili tamam olur. Fatimə (ə) övladlarını birbəbir öpür. Həsənin yeddi, Hüseynin altı, Zeynəbin beş, Ümm-Gülsümün isə üç yaşı var.

Əli ilə vidalaşmaq məqamı çatır. Necə də ağır anlardır! Əzablı bir vida!

Fatimə (ə) Ümm-Rafeni, Peyğəmbərin (s) xidmətçisi olmuş kənizi çağırır və deyir:

- Ey Allahın kənizi, mənə yuyunmaq üçün su hazırla. Çox sakit halda qüsl verir. Atasının ölümündən sonra geymədiyi təzə libaslarını geyinir. Sanki əzadan çıxıb görüşə gedir. Kənizə tapşırır ki, otağın ortasında yataq hazırlasın. Yataq hazır olur. Yatağa uzanıb, üzünü qibləyə çevirir və gözləyir...

Qəfildən otaqda şivən qopur. Bəli! Artıq Fatimə (ə) gözlərini qapayıb başqa bir aləmə qədəm basmışdır.

Əlinin (ə) evində atəş və əzab şəmi söndü! Əli tənha qaldı!

Əliyə (ə) tapşırmışdı ki, onu gecə dəfn etsin və qəbrini kimsə tanımasın. Həmin iki şeyxin iştirakını istəməmişdi. Əli (ə) vəsiyyətə əməl etdi. Elə əməl etdi ki, hələ də, əsrlər keçdikdən sonra da bu məzarın yeri kimsəyə məlum deyil!

Mədinədə gecədir. Hamı yatıb. Gecə isə xəlvətcə Əlinin (ə) pıçıltısına qulaq asır. Çiynində ağır qəm yükü, tənha qalmış Əli (ə) qəbrin başında oturub. Saatlar ötür. Vəfasız Mədinə susur.

Gecə yarısının nəsimi, Əlinin dilindən çətinliklə qopan sözləri Peyğəmbərin (s) evinə aparır:

- Sənə məndən və sənə çatmağa tələsən qızından salam olsun, ey Peyğəmbər!... Əzizinin başına gələnlərdən dözümüm azaldı, üzüntüyə düşdüm. Amma sənin ayrılığın və müsibətindən sonra səbrim tükənməyib... Mən səni qəbirdə yatırtdım, sən mənim boğazımla sinəm arasında can verdin... İnna lillahi və inna iləyhi raciun... Əmanəti qaytarıb girovları götürsünlər... Amma mənim qəmim əbədi, gecələrim yuxusuzdur... Nə qədər ki, Allah sənin olduğun yerdə mənə sığınacaq verməyib!..

Qızın sənə xəbər verəcək ki, sənin qövmün ona zülm etməkdə əl-ələ verdilər. Ondan israrla hər şeyi soruş; hansı ki, sənin əhdindən çox keçməmiş, xatirən unudulmamışdır!.

Hər ikinizə salam olsun! Nə qəzəbli, nə də sakit olmayanın salamı!.

Bir an susdu. Sanki bütün ömrünün ağrısını birdəfəyə hiss etdi. Sanki dediyi kəlmələr onun varlığından ayrılmışdı. Çarəsiz halda yerində qaldı. Bilmirdi qalsın, yoxsa getsin. Fatiməni necə tənha qoysun? Şəhər pusquda durmuş divə oxşayır. Bəs evdə uşaqlar varkən necə qalsın? Yalnız onun boynunda qalmış məsuliyyətlər necə olsun?

Dərd o qədər ağırdır ki, onu biçarə etmişdir. Qərara gələ bilmir. Tərəddüdlər onu sıxır. Getsin, yoxsa qalsın? Fatiməylə danışır: - Əgər getsəm, səbəb o deyil ki, qalmaq məni sıxır. Əgər qalsam, bu da Allahın səbir edənlərə verdiyi vəddən naümid olmaqdan deyil.

Ayağa qalxdı, Peyğəmbərin (s) evinə üz tutdu. Sanki gedib Peyğəmbərə demək istəyirdi ki, mənə tapşırdığın əmanəti sənə qaytardım, ondan hər şeyi öyrən, səndən sonra gördüklərini sənə danışsın.

Fatimə Fatimə kimi yaşadı, Fatimə kimi də dünyasını dəyişdi. Ölümündən sonra tarixdə həyat tapdı. İslam tarixində sonralar zülm görənlər üçün Fatimə bir halə oldu. Bütün haqqı tapdananlar üçün bir həqiqi şüar yazıldı: Fatimə! Xilafət qılıncında doğrananlar, bütün məzlumlar üçün təsəlli olacaq həqiqət Fatimənin (ə) xatirəsi oldu.

Məhz bu səbəbdən də bütün məzlum müsəlman millətlər və mərhum təqəbələr üçün Fatimə (ə) ilham mənbəyi olaraq ədalət rəmzinə çevrildi.

Fatimənin (ə) şəxsiyyətindən danışmaq çox çətindir. Fatimə (ə), İslamın istədiyi, nəzərdə tutduğu qadın nümunəsi idi. Onun simasını Peyğəmbər (s) özü mübarizə meydanlarından keçirərək yaratmışdı. Bir sözlə, o, hər bir cəhətdən qadın nümunəsi yaradılmışdı.

Ataya necə qız olmalı?

Ərə necə yoldaş olmalı?

Övladlara necə ana olmalı?

Cəmiyyətdə necə qadın olmalı?

Fatimə (ə) bütün bu suallara cavabdır. O, özü bir imam, rəhbərdir. Yəni dünya qadınları üçün misilsiz bir ideal!

Onun heyranedici uşaqlığı, daxili və xarici cəbhələrdə davamlı mübarizəsi, həyatının müxtəlif məqamları hər bir qadının necə olmalı sualına cavab verir.

Nə qədər danışdıqsa, yenə də az oldu. Demədiklərimiz dediklərimizdən qat-qat çoxdur. Fatimənin (ə) mənim üçün ən maraqlı xüsusiyyətlərindən biri, onun Əlinin (ə) yoldaşı olmasıdır. Fatimə Əli üçün təkcə həyat yoldaşı deyildi. Fatimə Əlinin həm mübarizə, həm də tənhalıq dostu idi. Əli də Fatiməyə və onun övladlarına sadəcə ailə başçısı gözü ilə baxmırdı. Bu ailə Peyğəmbər ailəsi idi.

Əli Fatimədən sonra evlənir və övladları olur. Fatimədən olan övladlarını Fatimə övladı, o birilərini isə Əli övladı adlandırır.

Fatimə (ə) Peyğəmbərin (s) də nəzərində o biri qızlarından fərqlənir. Ona ciddi yanaşır, ona kiçik yaşlarında böyük dəvətlərlə müraciət edir.

Bir natiq Həzrət Məryəmdən danışarkən dedi: 1700 ildir ki, dünya xətibləri Məryəmdən danışır. Məryəmin fəzilətləri bəyan edilir, şairlər ona şerlər həsr edir, rəssamlar onun portretini çəkir və s. Amma bütün bunları bir neçə kəlmə ilə də ifadə etmək olur: Məryəm İsanın anasıdır.

Mən də Fatiməni (ə) bir neçə kəlmə ilə təqdim etmək istədim.

Fatimə böyük Xədicənin qızıdır dedim, kifayət etmədi. Fatimə Məhəmmədin qızıdır dedim, kifayət etmədi. Fatimə Əlinin xanımıdır dedim, kifayət etmədi. Fatimə Həsən və Hüseynin anasıdır dedim, kifayət etmədi.

Bütün deyilənlər az oldu və qərara gəldim ki, Fatimə Fatimədir!


Əsrimiz müsəlman qadından nə gözləyir?

Əvvəlcə, bir neçə əməli təklif haqqında danışmaq istəyirəm. Yəni qadın hüquqları, qadın şəxsiyyəti, qadının İslamda yeri - nəzəri məsələlərdir. Bu hüquqlara, dinin ictimai və fərdi göstərişlərinə əməl etmək, uyğun qaydalar əsasında həyatımızı tənzimləmək başqa bir məsələdir. Məsələn, biz İslam dinində elmə, insan hüquqlarına yetərincə diqqət göstərildiyini təkrar-təkrar deyirik. Amma təəssüf ki, bu dəyərlərdən istifadə etmirik. Yəni bildiklərimizə əməl etməklə bu dəyərlərdən faydalana bilərik. Çoxları İslam dinində ictimai məsuliyyətlərdən, ailə və qadın hüquqlarından xəbərdar olsa da, bu bilikləri bir kənara qoyub, qeyri-islami adət-ənənələr əsasında yaşayır. İslami dəyərlərlə yaşamağa cəhd edənlər də cüzidir. Qısası, danışmağa gəldikdə danışır və bununla da, kifayətlənirik. Hansı ki, İslamda mövcud olan qanunları həyata tətbiq edib, faydalanmaq lazımdır. Əməli təkliflər verilməli, dini dəyərlərin həyatda gerçəkləşməsi üçün yollar axtarılmalıdır. Ümumiyyətlə, istənilən bir məsələnin layihəsi varsa, onu həyata keçirmək haqqında düşünmək lazımdır.

Bu məsələni araşdırmaq istədim. Bu mövzu elmi planlaşdırmada müqəddimə kimi faydalıdır. Zənnimcə, Fatimənin (ə) adı ilə bağlı bu gecədə bir neçə əməli təklifin bəyanı qənaətbəxş olmayacaq. Bununla belə, gecəyə toplaşan Fatimə (ə) aşiqləri bu xanım haqqında eşitmək istəyirlər.

Bu günkü söhbət dəqiq elmi nitq, əməli təkliflər planı olmayacaq. Bu günkü həyatımızda aktual olan məsələlər barədə danışacağıq.

Qadın hüququ və tarixdə qadının rolu, həm də elmi bir məsələdir. Müxtəlif məzhəblər və fəlsəfi cərəyanların uyğun mövzuya münasibətdə müxtəlif mövqeləri mövcuddur.

Bu gün, xüsusi ilə ikinci Dünya Müharibəsindən sonra qadın, eləcə də insan hüquqları dünyanın elmi və ictimai-siyasi qurumlarında böyük bir hadisə kimi müzakirə olunmaqdadır. Etiqadından, siyasi baxışından asılı olmayaraq, bütün cəmiyyətlər uyğun proseslərin təsir dairəsindədir.

Qadın şəxsiyyətindəki böhrana düçar olmuş qərb və digər qüdrətli dövlətlər, təəssüf ki, ən dindar və milli adət-ənənəli cəmiyyətlərdə də uyğun böhrana səbəb olurlar. Çox az ölkələr bu seldən qorunub, onun qarşısında düzgün mövqe seçə biliblər.

Qadın azadlığı adı altında formalaşmış mode izm qarşısında köhnəlmiş adət-ənənələrə arxalanmaqla dayanmaq, demək olar ki, mümkün deyil. Mode izmin hücum etdiyi ölkələrdə bu cərəyanı alqışlarla qarşılayan yalançı ziyalı təbəqələr də mövcuddur. Bu saxta intelligentlər ağına-bozuna baxmadan öz dini, milli dəyərlərini mode izmin ayaqları altına atır. Bu bəladan istər müsəlman, istər qeyri-müsəlman, bütün şərq əzab çəkir. Elmə əsaslanmayan, məntiqsiz müqavimətlər isə, olduqca mənfi nəticələrə səbəb olur. Ümumi bir qanunauyğunluq var. Əgər evə od düşübsə və ev bir tərəfdən yanmağa başlayıbsa, naşı, səriştəsiz adam bu alovu söndürmək istəsə də, öz məntiqsiz, qeyri-elmi hərəkətləri ilə, əslində, alovu bütün evə yayacaqdır. Bəli, adətən, qərbin hücumları qarşısında naşı, səriştəsiz müqavimət bu hücuma kömək edir, onun cəmiyyət tərəfindən daha həvəslə qəbuluna şərait yaradır. Öz mədəniyyətini, dinini qorumaq istəyənlər arasında agah adamlar çox azdır.

Zəngin, amma donmuş mədəniyyətə malik şərqi, qərbin zərərli təsirindən necə qorumaq olar? Bu işdə böyük mədəniyyət, gözəllik və təcrübələrlə dolu tarix, əqidə, mütərəqqi insan hüquqları və eləcə də özünü müdafiə etmək istəyən millət üçün böyük arxa vardır. Əgər bir millətin dini və tarixi - həqiqi mənada - varsa, həmin millətin siması da var. Şükrlər olsun ki, əksər müsəlman ölkələri bu imkanlara malikdirlər. Sadəcə, bu imkanları işə salmaq, reallaşdırmaq lazımdır. Gənc nəslin müqavimət qüvvəsini artıran da, elə işlək mədəniyyət və tarixi simadır.

Əsas vasitələrdən biri, tarix və İslam dinində ləyaqətli, nümunəvi simalara malik olmaqdır. Müsəlman ölkələrində belə simalar olub və var. Amma gənc nəsil bu simaları tanıyırmı? Köhnəlikdən qurtarmaq eşqi ilə yaşayan qadın, millətinin özünə sadiq, qərbə arxalanmayan xilaskarlarını görürmü?

Xalqa demək lazım deyil ki, qərb mode izm, azadlıq şüarları ilə sizi uçuruma aparır. Xalqa müasir, elmi, mədəni şəkildə özünü göstərmək lazımdır. Öz mədəniyyətindən nə alacağını bilən xalq biganə mədəniyyətlərə üz tutmaz!. Xalq öz mədəniyyətinin yaratdığı şəxsləri lazımınca tanısa, qərb qadınını və ya gəncini ideal seçməz.

Şərqin nümunəvi simaları var. İlahi simaların arasında isə Fatimə kimi müqayisəyəgəlməz şəxsiyyət vardır. Əsas nəzərə çatdırılası məsələ budur ki, İslamda qadına, elmə, cəmiyyətə, həyat tərzinə, ictimai təbəqələr arasındakı əlaqələrə, dünyagörüşünə aid bütün suallara ən müasir və ən yetərli səviyyədə cavab verilmişdir. Sadəcə, bu cavabları araşdırıb ortaya çıxarmaq, əməl etmək qalır.

Əsas məsələ hansı yolla anlamaqdır. Şiələrin nəzərində Əhli-beyt (Peyğəmbər, Əli, Fatimə və digər on bir imam) nümunə, idealdır. Amma Əhli-beyt məktəbi yalnız şiələrin deyil. Qərb öz qondarma mode izmini bütün dünyaya sırıyır və kimsə ona demir ki, bu sənin idealındır, mənim öz idealım var. Bəs, nə üçün Əhli-beyt kimi təsdiqlənmiş bir idealdan bəşəriyyət məhrum olmalıdır?! Əgər Fatimə (ə) ən kamil qadın nümunəsidirsə, nə üçün dünya qadınları bu nümunədən xəbərsiz qalmalıdır?!

Bəşəriyyətin böyük əksəriyyəti mütərəqqi və insani dəyərləri etiraf edir. Əgər Əhli-beyt nümunəsi olduğu kimi, təhrif olunmadan bəşəriyyətə təqdim edilərsə, yeganə münasibət etiraf və təsdiq olacaqdır. Əhli-beyt dəyərləri ilahi qaynaqlara malik olduğu üçün bütün firqə normalarından, tarixi dəyərlərdən, ənənələrdən üstündür. Özünü ziyalı hesab edən və bu məsuliyyəti anlayan hər bir şəxs bəşər tarixində Əhli-beytin nümunəviliyini təsdiq edir (əlbəttə ki, təəssüblərdən qoruna bilsə). Yenə təkrar edirəm: bəs, necə anlamalı? Məsələn, Fatimə (ə) idealından necə bəhrələnmək olar?

Yol birdir - bəşəriyyət qarşısında özünü məsul hesab edən hər bir ziyalı İslam dinini, onun tarixini, Əhli-beyt nümunəsini tədqiq edib, anlamağa çalışmalıdır! Bu mövzuları lazımınca anlamaq bəşəriyyətin xilas yoludur. Qadınların taleyinə gəldikdə isə tədqiqat mövzusu yalnız Fatimədir (ə)!

Qeyd etdik ki, ikinci Dünya Müharibəsindən sonra qərbdə qadın məsələsi ən aktual mövzulardan birinə çevrildi. Çünki müharibə əhəmiyyətli sayda ailə bağlarını qırmışdı. Adət-ənənələr, mədəniyyətlər, dinlər müharibədən böyük zərbələr almışdı. Müharibədən sonra əksər ölkələrdə cinayət və əxlaqsızlığın səviyyəsi qalxmışdır. Bəşəriyyət, müharibədən sonrakı nəsil mədəniyyət böhranına düçar olmuşdur. Müharibədən bir bu qədər keçməsinə baxmayaraq, onun təsirləri bu gün də qərbin əksər yönümündə, eləcə də mədəniyyətində, fəlsəfəsində hiss olunmaqdadır. Müharibədən əvvəl Almaniyanı, Fransanı, hətta Amerikanı görənlər müharibədən sonra bu ölkələri gördükdə uyğun dəyişikliyi daha yaxşı hiss etmiş və xatirələrində bu məsələyə yer ayırmışlar. Xüsusi ilə, qadınla bağlı əxlaqsızlığın vüsəti tədqiqatçıları heyrətə gətirir.

Amma hələ müharibədən əvvəl qərbdə mübarizə var idi. Lap orta əsrlərdə hakim katolik kilsəsinə qarşı cəbhə mövcud idi. Bu mübarizə bütün sahələri - mədəniyyət, fəlsəfi fikir, iqtisadiyyat və s. sahələri əhatə edirdi. Kilsənin din adı ilə cəmiyyətə təqdim etdiyi normalar cəmiyyəti qane etmirdi. Xüsusi ilə, kilsənin qadına münasibəti onu daxilən kölə vəziyyətinə gətirmişdi.

İntibah (renesans) dövründən sonra burjuaziya yaranır. Fərdin azadlığı şüarı ilə meydana girən burjuaziya kilsəyə qalib gəlir. Kilsə dəyərləri burjuaziyanın hücumları nəticəsində cəmiyyətdən sıxışdırılıb çıxarılır və burjuaziya öz mədəniyyətini ictimailəşdirir.

Ortalığa cinsi azadlıq məsələsi çıxır. Bu azadlığın gerçəkləşəcəyi təqdirdə məhrum olduğu hüquqların qaytarılacağına ümid edən qərb qadını uyğun prosesi alqışlayır.

Qadın azadlığı məsələsi cəmiyyətə elmi bir baxış kimi təqdim edilsə də, bu baxışın əsl müəllifi burjuaziyadır. Əslində, bu gün də dünyada dinlərə qarşı elmi nəzəriyyə adı ilə çıxış edən cərəyan elm yox, burjua təfəkkürü, burjua mənafeləridir.

Qərb iddia edir ki, orta əsrlərdə kilsəyə tabe olan elm azadlığa çıxdı. Əslində isə, elm kilsənin əsarətindən burjuaziyanın əsarətinə keçmişdir. Bu günkü dünyada dinlə müxalifətçilik edən cərəyan elm yox, burjuaziyadır! Elm-elmdir. O, meydanda müxalifətçilikdən uzaqdır. Dini təhrif edən, öz mənafeinə uyğunlaşdıran bir vaxtkı feodalların varisi olan burjuaziya öz oyununu oynamaqdadır. Nə məsihilik feodalizmi müdafiə etmişdir, nə də dini tənqid edən elmdir. Əvvəl dini təhrif edən feodalizm idi, indi isə dinə qarşı çıxan burjuaziyadır.

Nəhayət, Freyd ortalığa çıxır və öz seksologiya elminin bünövrəsini qoyur: hər şeyin əsasını cinsi ehtiraslar təşkil edir!

Feodalizm insanlığa zidd bir quruluş idi. Burjuaziya da çirkindir. Amma o, yalançı da olsa, əxlaqi dəyərlərdən danışır. Amma hansı əxlaq? İlahi qaynaqlardan uzaq, burjua mənafelərinə qulluq edən bir əxlaq! Əgər bir quruluşda kapital, pul hər şeydən uca tutulursa, demək, həmin quruluşdakı əxlaq hər şeydən uca ola bilməz!

Ən dəhşətlisi isə burjuaziyanın tərbiyəsi altında formalaşan alimin, ziyalının, meydana çıxmasıdır. Məhz həmin təbəqənin əli ilə bir qrup harının mənafei elm, incəsənət, ədəbiyyat adı altında cəmiyyətə qəbul etdirilir.

Bəs, uyğun təbəqədən olan Freyd nə deyir? O, cəmiyyətdəki bütün narazılıqları, narahatlıqları cinsi istəklərin yetərincə təmin olmaması ilə əlaqələndirir. Hətta, guya ananın öz övladına nəvazişinin, insanın tanrıya sitayişinin əsasını cinsi ehtiraslar təşkil edir!

Amerika professorlarından biri Məşhədə gəlmişdi. Sosiologiya mövzusunda doktorluq işi yazırdı. Fars dilini çox yaxşı öyrənmişdi. Fars ədəbiyyatı haqqında yazmaq istəyirdi. İrfanın təsiri altına düşmüşdü. Amma daha çox Hafiz Şiraziyə istinad edirdi. Soruşdum: İrfan ustadı Mövlanaya nə üçün nəzər salmırsan? Dedi ki, onda cinsi xətalar olub. Hansı xətadan danışdığını soruşdum. Mövlananın Şəms Təbrizi ilə sıx bağlılığını şübhəli nöqtə kimi qeyd etdi. Necə bağışlanmaz bir səhv! Bəli, Freyddən qaynaqlanan qərbli və ya amerikalı iki arif arasındakı iman və ilahi eşq yaxınlığını cinsi yaxınlıq kimi də yoza bilir! Alimlik iddiasında olan freydləri doğuran isə bütün müqəddəslikləri kapitala xidmətçi edən burjuaziyadır. O, bütün həqiqətlərin üstündən xətt çəkərək, özünə lazım olan dini, peyğəmbəri yaradır. Bu burjua peyğəmbərinin adı isə Freyddir. Bu peyğəmbərin dini cinsi ehtiras, məbədi freydizm, ilk qurbanı isə qadındır!

Şərqdə həmişə qərb təcavüzlərindən danışılıb və bu, hamının qəbul etdiyi bir gerçəklikdir. İzahata ehtiyac var. Əslində, dünyada şərqi də, qərbi də iqtisadi və mənəvi əsarətdə saxlamaq istəyən bir qüvvə var. İnanın ki, qərb daha böyük əsarətdədir. Dünyaya hakimlik iddiasında olan bu qüvvə müsəlman şərqinə çox həssasdır və nəsilbənəsil bu ümmət üçün hiyləgər planlar cızır. Onun əsas silahı daxili təfriqələr, şayiələr, ümidsizlik yaratmaqdır. Məhz bu üsullarla müsəlman dünyası özünə məşğul olub taleyi ilə oynayan həmin qara əldən xəbərsiz qalır. Bu qüvvənin qərbin gənc nəsilləri üzərində apardığı uydurma, qəflətdə saxlama əməliyyatı şərqdəkindən daha güclüdür. Şərqdən qərbə təşkilatlanmış formada daşınan tonlarla narkotika haqqında düşünün! Çünki məhz bu maddələr hesabına qərb və Amerika gəncliyi cansız müqəvvaya çevrilmişdir. Elə şərqdə də bu üsulla çox düşünən beyinlər keyləşdirilir. Bəli, dünyada at oynadan bu qüvvə üçün istər freydizm, istər narkotika bir məqsəd üçün lazımdır: dünyanın düşünən beynində həqiqi azadlıq düşüncələrini puça çıxarmaq! İkinci Dünya Müharibəsindən sonra dünya incəsənətində, eləcə də kinosunda iki mövzu diqqəti cəlb edir: amansızlıq və seks! Bu iki mövzu müharibənin bəşəriyyətə hədiyyəsi oldu.

Şübhəsiz ki, ən güclü təbliğat vasitəsi kinofilmdir. Uyğun sahədə çalışan, ona rəhbərlik edən insanlar qara qüvvənin təsiri altına salınmış çox istedadlı insanlardır. Amerika filmləri bütün dinləri, mədəniyyətləri puça çıxarmaq qüdrətini qazanmışdır. Dünyada yalnız bir din qalmalıdır: freydizm!

Freydizmin günün elmi olduğunu zənn edən alimciyəzlər öz ölkələrində öz xalqlarının məhvinə yönəldilmiş bu ideologiyanı təbliğ edirlər. Özünü ziyalı hesab edən bu bədbəxtlər gördükləri işin müqabilində nəinki haqq almır, hətta insan haqlarına xidmət etdiklərini zənn edirlər.

Həm qərb, həm də şərq heroin və freydizmin qurbanı olmaqdadır. Öz müqəddəratını təyin etmək gücündə olan gənclər öz talelərindən xəbərsiz qalmalıdırlar! Bu məqsədlə dünyadakı qara əl bütün sahələri öz zövqünə uyğun qəlibə salır. Elm, incəsənət, ədəbiyyat, tarix, idman, din bəşəriyyətə zidd düşüncələrə xidmət etməyə vadar edilir. Sadəcə, insanı uydurub ictimai-siyasi səhnədə fiqura çevirmək kifayətdir. Ən sərfəli yol isə düşüncəni dəyişməkdir. Hər şey gənclərin kövrək hisslərinə uyğun biçilir. Freydizmin nəyi pisdir axı? Həm elmi məntiqi var, həm mode dir, həm asan qəbul olunur, həm də gənclər kimi güclü bir hədəfi var! Bu prosesin bütün dünyanı necə sürətlə inhisara aldığı göz qabağındadır.

Bu qüvvə ilə həmkarlıq edən ikinci bir tərəf də var. Bu, uyğun təcavüzlə naşı mübarizə aparan cəbhədir. Məntiqsiz mübarizə insanlarda həqiqətə münasibətdə ümidsizlik yaradır. Zahirən şirin görünən seksual azadlığa uymuş gənci, qadını güclü bir ovçunun əlindən necə gəldi almaq xəyaldır! Cəmiyyəti yersiz sıxıntılara salmaq düşmən üçün yol açır. İnsani haqlardan məhrum edilmiş daim sıxıntıda boğulan gənc qadın düşmənin bəzəkli toruna qaçır. Sorğulardan məlum olur ki, qadının daha çox sıxıntıya salındığı cəmiyyətlərdə freydizm daha sürətlə yayılır.

Çıxış yolu nədir? Yeganə çıxış yolu xalqa, gənclərə, qadınlara həqiqi islami azadlıq vermək, onları köhnə adət-ənənə zindanından azadlığa çıxarmaqdır. Bu yeganə yoldur!

İslami haqlarını əldə etmiş qadına qarşı istənilən hər bir təbliğat təsirsizdir. Qadını həmin hüquqlardan məhrum edən şəxs düşmənə yardım göstərir.

Biz, adətən, düşüncəmizdə iki fərqli məsələni qarışdırırıq: sünnət, adət-ənənə və məzhəb məsələləri. Tarix boyu bu məsələlər qarışdırılır.

Hər bir xalqın qədim adət-ənənələri var. Bu adət-ənənələri İslamın göstərişi ilə qarışdırmaq olmaz. İslamda bütün sahələrə aid normalar mövcuddur. İslamı qəbul etmiş cəmiyyət, adətən, onun qanunlarını öz qədim adətləri ilə qarışdırıb, sanki, yeni və qarışıq bir din düzəldir. Əgər bir adət-ənənə bir ziyalının xoşuna gəlmirsə, o, birbaşa dinlə mübarizəyə qalxır. O, dini göstərişlə adət-ənənəni ayırd edə bilmir.

Demək, bu gün xarici təcavüzlə mübarizə aparanların çoxu dini yox, köhnə adət-ənənəni müdafiə etməkdədir. Əslində, köyhnəliklə mübarizə aparanlar isə dinə hücum edir. Nə mode  ziyalı, nə naşı məzhəbçi adət-ənənəni dindən ayırd edə bilmir.

Biz İslam dedikdə hansısa bir xalqın adət-ənənəsini yox, Allahın qanunlarını nəzərdə tutmalıyıq. Allahın qanunu təbiətdir və o, köhnəlmir. Amma adət-ənənələr köhnəlir və günün insanını qane etmir.

Nə qədər ki, din adət-ənənə qatışıqlarından təmizlənməyib, bəşəriyyətin hazırkı ehtiyaclarına cavab verə bilməyəcək.

Agah və həqiqi ziyalı o şəxsdir ki, dini adət-ənənədən fərqləndirə bilir və bu istiqamətdə, yəni dinin həqiqi simasının qorunmasında fəaliyyət göstərir.

Sözsüz ki, köhnəlmiş adət-ənənə ilə mübarizə zəruridir. Bu köhnəlikləri aradan qaldırmaq, müasir tələblərə cavab verə biləcək ənənələr yaratmaq hər bir ziyalının müqəddəs vəzifəsidir. Əgər din Allahdan nazil olduğu şəkildə istənilən bir xalqa təqdim olunarsa, alqışlanar!

Əgər Fatimənin (ə) siması düzgün təsvir olunarsa, onun necə düşündüyü, necə yaşadığı, necə danışdığı, məsciddəki rolu, şəhərdəki fəaliyyəti, ailədəki çalışqanlığı, övladlarının tərbiyə üsulu, ərinə qayğısı, ictimai funksiyaları olduğu kimi işıqlandırılsa, təkcə müsəlmanlar yox, bütün həqiqətsevər bəşəriyyət onu ideal seçər.

Mən dəfələrlə şahid olmuşam ki, hətta dindar olmayan insanlar peyğəmbər ailəsinin hər hansı bir üzvünün həqiqi xarakteri ilə tanış olduqda təzim edirlər.

Biz İslam diridir dedikdə həm etiqad əsaslarının, həm də ictimai normaların diriliyini nəzərdə tuturuq. İslam ideallarının da həmişəyaşarlığı şübhə doğurmur. Məsələn, imam Hüseynin (ə) həqiqi simasını tanıyan hansı mütərəqqi cəmiyyət onu ideal hesab etməz? Zeynəbin Kərbəlada Yezid sarayında ləyaqətli davranışından xəbərdar olan hansı qadın ona oxşamaq istəməz? Bəli, bu ilahi şəxsiyyətlər hər zaman diridirlər! Dirilik nədir? Dirilik davamlı şəkildə təsirli olmaqdır, çıxış yolu göstərməkdir.

Təəssüf ki, dini adət-ənənəyə qatmışıq. Din həmişə müasir, adət-ənənə isə müvəqqətidir. Dinə qatılmış adət-ənənə onu kiçildir, məhdudlaşdırır, tənqid hədəfinə çevirir. Din Allahın, adət-ənənə isə insanlarındır. Qadını insani hüquqlardan məhrum olmuş görən ziyalı, dini müqəssir sayır. Hansı ki, qüsur, köhnəlik, yetərsizlik dində yox, dinə qatılmış köhnə ənənələrdədir.

Bəs bu qatqını aradan kim qaldırmalıdır. Həmin qatqılar səbəbindən mode izmə uymuş gəncmi? Əgər tanınmış İslam alimləri, dini mərkəzlər bu işi görmürlərsə, yolunu azmış gənc və qadından nə gözləmək olar?!

Müəllimlərimdən biri keçmiş dövrə aid belə bir əhvalat danışdı:

- Dövlət dəftərxanasından gəlmiş məmur ona şəxsiyyət vəsiqəsi götürməyi təklif edir. Hələ gənc və məhdud dünyagörüşlü müəllim razılaşır. Məmur əvvəlcə onun adını soruşub qeyd edir. Familyasını soruşduqda mənim familyam yoxdur deyir. Məmurun köməkliyi ilə bir soyadı düşünüb tapırlar. Məmur müəllimin anasının adını soruşduqda müəllim deyir: Sən naməhrəmsən, mənim anamın adını nə üçün bilməlisən? Məmur anlatmağa çalışır ki, bu vacibdir, əgər ananın adı yazılmasa, vəsiqə etibarsız olar və şəxsiyyət tanınmaz. Müəllim qeyzlə, mən istəmirəm ki, anamın adı ora yazılsın deyir. Məmur əl çəkmədiyi üçün müəllim deyir: Anam əmətullahdır (əmətullah - Allahın kənizi deməkdir). Məmur da müəllimin vəsiqəsinə onun anasının adını Əmətullah yazır! Hansı ki, qadının adı Rüqəyyə olur. Müəllimim deyirdi ki, indi də vəsiqəmdə anamın adı Əmətullahdır.

Müəllimim bu söhbətə nə üçün vaxt ayırdığını belə izah etdi: Biz bir vaxt elə zənn edirdik ki, ananın adını çəkmək İslami qeyrətə zərbədir. Hansı ki, bu münasibət köhnə adət-ənənələrdən doğurmuş və İslam dini ilə heç bir əlaqəsi yoxmuş. İndi isə qadınlar azad təhsil alır, müəllimlər onların adını çəkir və bütün bunlar İslama zidd deyil.

İndi də bəzən evdə qızı, ananı, ümumiyyətlə qadını adı ilə çağırmağı qəbahət sayanlarla rastlaşırıq. Hansı ki, İslam dinində belə bir göstəriş yoxdur. Nəinki göstəriş, hətta İslam böyüklərinin həyatında oxşar nümunə də tapmaq olmaz. Məsələn, kim iddia edə bilər ki, Peyğəmbər (s) öz qızını və ya həyat yoldaşını adı ilə çağırmayıb? Heç kim! Peyğəmbər öz həyat yoldaşı ilə elə mülayim rəftar edirdi ki, onlar öz fikirlərini rahat açıqlayırdılar. Hətta Peyğəmbərin (s) arvadı Həfsənin atası Ömər, qızı Peyğəmbərlə (s) çəkinmədən danışığına görə onu cəzalandırmaq istəyir.

Bəs, həmin dövrdən əsrlər ötdükdən sonra biz mədəni insanlar qadınla necə rəftar edirik? Qadın hər sözü ərinə deyə bilirmi? Onun ağzını qıfıllayan İslamdır, yoxsa adət-ənənə?!

Peyğəmbərin (s) öz dövründə qadınların azadlığı bu günkü müsəlmanlarda təəccüb doğura bilər. Hüneyn döyüşü zamanı Mədinə qızları Peyğəmbərin (s) yanına gəlib, döyüşdə iştirak (yaralılara qulluq) üçün icazə istəyirlər. Peyğəmbər (s) icazə verir!

Peyğəmbər məsciddə xüsusi bir yer ayırıb, Rəfidə adlı qadına xəstələrə yardım göstərməyi tapşırır. Xəndək döyüşündə yaralanmış Səd ibn Məaz məhz bu yerdə yardım alır.

İbn Yəmin öz divanında Səbzvarın kiçik bir qəsəbəsində yaradılmış xəstəxana və həmin xəstəxanadakı tibb bacıları haqqında yazır.

Əgər VII-VIII əsrlərdə adi bir qəsəbədə belə bir məntəqə olmuşdursa, Rey, Tus, Bəlx, Buxara, Bağdad kimi şəhərlərdə, təbii ki, daha böyük və rahat xəstəxanalar olmamış deyil. Amma bir İran ziyalısı ilk tibb bacısı kimi birinci Dünya Müharibəsində iştirak etmiş amerikalı qadını təqdim edir, onun şəninə mədhiyyələr qoşur. Bir digəri köhnəliyə istinad edərək, dindən danışır. Bir başqası isə, əslində, köhnəliyi nəzərdə tutub dinə hücum edir.

Məsələlərin necə dolaşıq salındığı göz qabağındadır. Məhz bu dolaşıqlıqda necə böyük istedadlar təəssüb qurbanı olur, necə böyük dini dəyərlər istifadəsiz qalır. Ona görə də İslamı anlayan, cəmiyyəti tanıyan və öz əsrində yaşayan insanların məsuliyyəti çox böyükdür. Bu insanlar 15 əsrlik fasiləni hisslərində, düşüncələrində, iradələrində yaşatmalıdırlar. İslamın nazil olduğu gündən bu günədək keçən dövrü hiss etmək! Çünki XX əsrdə yaşayan bu insanların etiqadının əsası 14 əsr əvvəl qoyulmuşdur. Bu böyük tarixi keçmiş haqqında düşünmək zəruridir.

Dediyimiz kimi, küfrdən də çirkin freydizmin qarşısında dayanmaq üçün kamil məzhəb, mədəniyyət və ideallara malik olmaq lazımdır. Qərbdə gəncliyin düşüncəsini istismarçıların xeyrinə kökləyən freydizm şərqdə də eyni məqsədlərə xidmət edir. Cəmiyyətə seksual azadlıq vəd edən freydizm bəşəriyyəti qara qüvvənin işlərindən xəbərsiz saxlamağa çalışır. Şərqdə insani azadlıqları məhv etmək üçün qərbdən şərqə seksual azadlıq təbliğ edən vasitələr ötürülür. Bu, qərbin şərqdən müftə daşıdığı xammalların haqqı kimi də başa düşülə bilər. Sən mənə neft ver, mən onun dəyərini seksual azadlıqla ödəyim!. Seksual azadlığa yüyürən gənc, hətta doyduqdan sonra da özünə gəlib, haqqını düşünə bilmir.

Qərbin çirkin dəvəti qarşısında ən güclü müqavimət imkanına müsəlman cavanlar malikdirlər. Onların, əsrin alnında əks olunası ilahi idealları vardır. İslama zidd köhnəlikdən, sıxıntılardan qurtulmaq istəyən gənc nəsil bu ideallara üz tutmalıdır. Bu köhnəliyə üz tutmuş və mode izmə təslim olmuş iki qadından sonra üçüncü bir simadır. Nəsildən nəsilə ötürülən köhnə adət-ənənələrə bağlılıq İslama aid deyil. Qərbdən gələn mode izm isə nə elmdir, nə azadlıqdır, nə də qadına ehtiram! Bu, burjuaziyanın mənafe qurğusudur. Qadın hansı yolu seçməlidir? Düşüncəli, arif qadın nə köhnəliyə səs verir, nə də mode izmə. Bu seçimdə ilahi ideallar, imamlar, Əhli-beyt ən məntiqi seçim olaraq qalır. Bu ilahi ailədə hər bir üzv nümunədir: Həsən sülhdə, Hüseyn cihadda, Zeynəb ictimai ədalət uğrunda mübarizədə, Fatimə qadınlıqda, Əli isə hər bir şeydə!

Amma tarixi şərh edərək təkrarlamaq kifayət deyil. Necə anlamağı, necə öyrənməyi, necə ibrət götürməyi araşdırmaq lazım gəlir. Əgər Peyğəmbər (s) Fatiməni (ə) dünyanın dörd əzəmətli qadınlarından biri kimi təqdim edib, Fatimədən dünya qadınlarının xanımı olmaq istəmirsənmi? soruşursa, bu təqdimat, bu sözlər kompliment, quru tərif deyil. Peyğəmbərdə (s) kompliment yoxdur! Peyğəmbər (s) həqiqət çərçivəsindən çıxmır! O, bir oğru qadının cəzadan azad edilməsi xahişinin cavabında Fatimə də olsaydı, əlini kəsərdim deyir! Peyğəmbər (s) Fatiməyə (ə) axirət həyatı üçün çalışmağı tövsiyə edir, mən sənin üçün bir iş görə bilməyəcəyəm deyir. Məsələ bizim düşündüyümüzdən qat-qat ciddidir. O, Fatiməyə (ə) xəbərdarlıq edir: Sən səbir etməlisən, öz məsuliyyətini öhdənə götürməlisən, bacıların sənin qədər məsul deyil. Onlar ər evində rahat ömür sürürlər və dinin ümumi qanunlarına əməl edirlər. Amma sən istisnasan!.

Həzrət (s), Fatimədən (ə) büt yaratmaq fikrində deyil. O, Fatimənin (ə) həqiqəti axtaranlar üçün nümunə olduğunu nəzərə çatdırır.

Bəs, bu nümunədən necə öyrənməli? Fatimənin (ə) həyatı məlumdur, söhbət ibrət götürməkdən gedir. Məsələn, Fatimənin əlindən alınmış Fədək bağı mövzusundan hansı dərsləri almaq olar? Fatimə (ə) ondan alınmış bağı qaytarmaq üçün mübarizə aparır. Amma bu sadəcə bağ mübarizəsi deyil. Bir kiçik bağdan ötrü bir belə əziyyət çəkmək Fatimənin (ə) əzəmətli şəxsiyyəti ilə uyuşmur. Fatimə (ə) Fədək uğrunda apardığı mübarizə ilə mövcud hakimiyyətin ədalətsizliyini sübuta yetirməyə çalışır. Yəni söhbət maddi təmənnalar üzərində qurulmamışdır. Əgər müsadirə olunan bağ yox, bir tümən pul olsaydı, Fatimədən (ə) eyni müqavimət müşahidə olunardı. Əgər Fatimə (ə) daimi olaraq saxta xəlifə seçkisinə qarşı çıxırdısa, bu mövzunu bir nöqtədə məhdudlaşdırmamalıyıq.

Bu gün nə Fədək var, nə də xəlifə seçkisi. Bunlara tarixin ötəri hadisələri kimi baxmaq olmaz. Bu mövzular hər zaman, həmçinin bu gün də aktualdır və təkrarlanmalıdır. Amma bu təkrar hər il keçirilən tarixi ildönümləri xarakterində olmamalıdır. Həmin qadın sadəcə nümunəvi övlad, ana, həyat yoldaşı olmamış, ictimai həyatda qadın üçün normalar yaratmışdır. Bu, ailədə, cəmiyyətdə, millətin taleyində özünü məsul hesab edən qadındır. O, ictimai hadisələrdə son nəfəsinədək iştirak edir. Hətta qalib gəlməyəcəyini bildiyi bir zamanda yerində oturmur. Bu ictimai məsuliyyəti dərk etmək Fatimədən (ə) alınası bir dərsdir.

Bu xanım 5-10 yaşlı qızcığaz ikən atasının ardınca gəzir, Peyğəmbərin (s) ardınca! 7-8 yaşlarında ev xanımı olan bu qız Peyğəmbərin (s) ən ağır vəziyyətlərində onun yanında tapılır, kömək əlini uzadır.

Səd ibn Vəqqas mühasirə dövrünü dərin həyəcanla, ən çətin günlər kimi yad edir. Həmin bu dövrdə çətinliyin ən ağır yükü yenə də Peyğəmbər ailəsinin çiynindədir. Çünki onlar bütün çiyin yoldaşlarının məsuliyyətini daşıyırlar. Mühasirənin aclığını, sıxıntısını, təhqirlərini yaşayan Fatimə (ə) öz kiçik əlləri ilə ata-anasına nəvaziş göstərir, özündən böyük bacılarına toxtaqlıq verir.

Hicrət dövründə isə ən böyük əzablar Fatimənin (ə) intizarındadır. Ailə qurarkən Əlini (ə) seçən Fatimə (ə) bu işdə də öz ictimai məsuliyyətini unutmur. O, yalnız öz xanımı üçün çalışan ər deyil. Əli (ə) şəmşir və eşq kişisidir, əlində başqa bir şey yoxdur. O, sanki bütün bəşəriyyətin əzab yükünü daşıyan qəhrəmandır.

Fatimə (ə) öz seçimində agahdır. O, bu seçimin məsuliyyətini ölənədək unutmur. O, elə bir ailə qurur ki, bütün bəşər tarixində bu ailənin oxşarı yoxdur. Bu ailənin hər bir üzvü nümunədir. Əlbəttə ki, idealların bir ailədə toplanması olduqca maraqlı bir faktdır.

Ailədaxili münaqişələrdə Peyğəmbərin (s) arvadı, Əbu Bəkrin qızı Aişənin xüsusi rolu olmuşdur. Bu qadını qıcıqlandıran nədir? O, Peyğəmbəri (s) özünə məxsus etmək istədiyi halda, Peyğəmbər (s) Fatimənin (ə) vurğunudur. Bu ilahi sevgi Aişəni üzür, onda həsəd yaradır. Amma bununla belə, Aişə deyir: Peyğəmbər istisna olmaqla, Fatimədən üstün bir şəxs görmədim. Təəccüblüdür, eləmi? Onu bu etirafa sövq edən nədir? Əlbəttə ki, Fatimənin (ə) inkaredilməz əzəməti!

Bu gün hər bir ziyalı qadın müəyyən mütaliədən sonra uyğun simaları tanıya bilər. Adət-ənənələrin yaratdığı müsəlman qadını yox, əsl nümunələri qərbin mode  qadını ilə müqayisə etmək lazımdır. Sadəcə, həqiqi İslamı bilən və onu olduğu kimi təsvir edən yazıçıların, alimlərin əsərlərinə müraciət etmək lazımdır. Məsələn, Siffeyn savaşındakı müsəlman qadını tanıyan şəxs həqiqi müsəlmanı, köhnəpərəst müsəlmandan fərqləndirə bilər. Həmin döyüşdə müsəlmanları Əlinin (ə) bayrağı altında döyüşə ruhlandıran kimlər idi? Tərəddüdsüz deyə bilərik ki, həmin döyüşdə cihad əhval-ruhiyyəsinin müəllifi natiq müsəlman qadınlar olub.

Siffeyn döyüşü bitir, Əli (ə) dünyasını dəyişir. Biz həmin qadınları unutsaq da, Müaviyə unutmur. Onlardan birinin həbsi haqqında göstəriş verir. Qadını həbs edib, Dəməşqə gətirirlər. Bu həmin qadın idi ki, Əli (ə) şiələrini ruhlandırıb, Müaviyəyə qarşı nitqlər söyləmişdi. Müaviyə qadına deyir: Sənin keçmişdə çox günahın olub. Bilirsənmi, Siffeyndə Əlinin qılıncı ilə əsgərlərimizin ölümündə sənin də əlin var?! Müaviyə kimi amansız bir hakimin hüzurunda məhbus vəziyyətində dayanmış həqiqi müsəlman qadının cavabına baxın: Sən mənə xoş xəbər verdin, Allah da sənə xoş xəbər yetirsin. Budur müsəlman qadın!

Peyğəmbər əshabı haqqında yazılmış kitablardan yalnız biri müsəlman qadınlara həsr olunmuşdur. Tarix boyu nə vaxt həqiqi İslam hakimiyyəti mövcud olmuşsa, bu cəmiyyətdə müsəlman qadınlar müxtəlif sahələrdə aparıcı rol oynamışlar. Həqiqi İslam aradan götürülən kimi, müsəlman qadın da pərdə arxasında qalmışdır.

Qadın azadlığından danışırlar. Məgər kişiyə nə hüquq verilib ki, qadına nə hüquq verilsin?! Əgər qadın üçün hicab, islami geyim əsarət sayırlarsa, kişinin də öz hicabı var!

Mode istlər müsəlmanlara təlqin etmək istəyirlər ki, hicab yalnız çadradır. Bəs əslində necədir? Mütəhhəri cənablarının bu sahədə gözəl araşdırmaları var. Çadra, çarşab yalnız müəyyən bir dövrə aid olan hicabdır. Zaman keçdikcə hicab da müasirləşir. Qadın azaddır və İslamın əsas göstərişlərindən olan hicab bu azadlığı məhdudlaşdırmır. Müasir hicablı qadın yarımçılpaq qadınlarla müqayisədə gözəl, cazibədar, ən əsası isə iffətlidir.

Düşmən hicab adı altında əslində, çadraya hücum edir. Mühafizəkar dindar isə hicabı müdafiə etdiyini güman edərək, əslində, çadranı müdafiə edir. Hətta bəzi köhnəpərəst dindarlar şortla gəzən qadınla müasir qaydada hicaba riayət edən qadına fərq qoymurlar. Onlar tamamilə yanlış olaraq, yalnız çadranı hicab hesab edirlər.

Çadranın simasında hicaba qarşı çıxan ziyalı isə hələ Zeynəbdən (ə) xəbərsizdir. Zeynəb (ə) Kərbəla inqilabının başlandığını gördüyü vaxt meydana atılır. Onu bu hərəkətə vadar edən qardaşı Hüseynə (ə) tərəfdarlıq hissi yox, Allah qarşısındakı məsuliyyət hissidir. O, öz ailə həyatını buraxıb, bəşəri dəyərlər uğrunda mübarizə aparmağı öz insanlıq vəzifəsi bilir. O, şəhadət məqamınadək Hüseynlədir. Hüseynin (ə) şəhadətindən sonra Zeynəb (ə) cihad bayrağını ələ alır. Hüseynin (ə) öz qanı ilə yazdığı həqiqətləri Zeynəb (ə) oxumaqla davam edir. Zeynəb (ə) istər əsirlikdə, istər sürgündə olduğu vaxtlar bir an belə olsun susmur. Onun dünyaya yayılmış ədalət və azadlıq harayı hətta qeyri-şiələrdə, qeyri-müsəlmanlarda Əhli-beyt məktəbinə sevgi oyadır. Xilafət səltənəti dağıldıqdan sonra əsrlər ötüb. Amma ideal mübariz qadın obrazı Zeynəbi (ə) tanıyanların qəlbində bu gün də yaşamaqdadır. Bu qadın gününün, əsrinin yox, günümüzün və əsrimizin idealıdır.

Deyilənlər adət-ənənə çərçivəsinə sığmayan ilahi, əbədi dəyərlərdir. Nə qədər bəşəriyyət var, bu ideallar da yaşayasıdır. Bəşəriyyət, qızcığaz ikən azadlıq mübarizəsinə qalxmış Fatiməni (ə) tanımalıdır. Üç illik mühasirədə öz səbri, Peyğəmbər (s) tənha olduğu vaxt ataya analığı, Mədinədə böyük mücahid Əliyə (ə) xanımlığı ilə ideala çevrilmiş Fatimənin (ə) həyatı işıqlandırılmalıdır. Fatimə (ə) Həsən, Hüseyn, Zeynəb (ə) kimi övladlar tərbiyə etmiş anadır. İstər Həsən (ə), istər Hüseyn (ə), istər Zeynəb (ə) - hər biri nümunədir. Zeynəbin (ə) formalaşmasında Fatimənin (ə) xüsusi rolu var. Hüseyn (ə) Peyğəmbər məscidində, səhabələr arasında böyümüşdü. Zeynəb (ə) isə Fatimə (ə) işığında ərsəyə çatmışdı. Kərbəla hadisələrində Zeynəbi (ə) dəqiq izləyə bilənlər Fatimə (ə) ruhu ilə qarşılaşırlar. Necə olur ki, bir ailə bütün cəhətlərdən, bütün dövrlər üçün nümunəyə çevrilir? Əslində, hər şey məntiqə uyğundur.

Fatimə (ə) Peyğəmbərin (s), Əlinin (ə) ən əzəmətli vaxtlarında fəqirlik girdabındadır. Peyğəmbərdən (s) sonrakı müstəsna sıxıntı, çətinlik də onun mübariz xarakterini sındıra bilmir. Bütün mücahid İslam şirlərinin susduğu bir zamanda da Fatimə (ə) ədalətsizlik qarşısında susmur. Gecələr səhabələrin evlərini gəzir, ən mühüm adamlarla qarşı-qarşıya durub həqiqəti bəyan edir.

Fatimə (ə) dünyasını dəyişir və bəşər tarixində yeni bir ömür qazanır. Fatimə (ə) həqiqətsevərlik, ədalət, fədakarlıq rəmzi olaraq qalır.

O, bu günkü müsəlman qadına necə ana olmağı, Hüseyn və Zeynəb kimi övladları necə tərbiyə etməyi öyrədir. O, sədaqətli həyat yoldaşı, ictimai xadim kimi aktual qadın nümunəsidir.

Fatimə (ə) ölümü ilə də dərs verir. Əli, məni gizli dəfn et, qoy ətrafımda dövrə vurub əzadarlıq etməklə, öz hakimiyyətlərinə dini don geyindirməsinlər.... Hətta ölümü vasitəsi ilə də mübarizə aparan qadın!


Qadın seminarı
Birinci çıxış

Mən belə bir nəticəyə gəlmişəm ki, müasir İslam cəmiyyətində ailə bir tərəfdən qərbə, digər tərəfdən cahiliyyətə meyillənmişdir. Yəni biz ictimai fərd olaraq qərbə tərəf gedir, eyni zamanda cahiliyyəti yaşadırıq. Cənab Bəlağinin buyurduğu kimi, harada cahiliyyət varsa, bizi cəzb edir. Qısası, İslamdan uzaq düşmüş şəxs cahiliyyətə, çərçivəsiz azadlığa meyilli olur. Belə bir ictimai tip cahil ənənələr buxovunda qərbə üz tutur. Məsələn, özünü Avropa mədəniyyətinin daşıyıcısı hesab edən bizim qadın, quldarlıq dövründən qalmış başlıqdan imtina etmir.

Qeyd edildi ki, başlığa münasibət qadının təhsil səviyyəsindən asılıdır. Bəli, elm və cahiliyyət zidd məfhumlardır. Bəs necə olur ki, təhsil səviyyəsi praktiki olaraq başlığa münasibəti dəyişmir? Əksinə, təhsil artdıqca başlıq da artır!

Bizim təlim-tərbiyəmiz qədim dövrdə islami bünövrə üzərində qurulub. Bu gün də kifayət qədər dini təlim-tərbiyə mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərdə təhsil azaddır. Yəni, hətta ucqar bir kənddə əkinçiliyi bacarmayan, əli hər yerdən üzülmüş şəxs, heç bir çətinlik çəkmədən, bu mərkəzlərə daxil ola bilər. Təhsil alanların isə minimum ehtiyacları ödənilir. Bu məsələ təbəqələşməyə gətirib çıxarır. Böyük İslam alimlərinin əksəriyyəti, demək olar ki, 90 % -i cəmiyyətin məhrum təbəqəsinin nümayəndələridir.

Amma müasir universitet təhsili almaq üçün kifayət qədər xərc lazımdır və kasıb təbəqə bu xərcin öhdəsindən gələ bilmir. Cəmiyyətdəki təbəqələşmə elmə də sirayət edir. İran və Avropada doktorluq dərəcəsi almış əksər alim varlı təbəqədən çıxmış adamlardır. Başqa sözlə, müasir elm sahələrini burjuaziyanın nümayəndələri təmsil edir. Çox üzr istəyirəm, demək, başlıq elmi səviyyə artdıqca artmır. Başlığı artıran, təhsil dərəcəsinin sosial təbəqə dərəcəsindən asılılığıdır.


İkinci çıxış
Əsas məsələlərdən biri ailədir

Əvvəla, ərin öz xanımı qarşısında hansı öhdəlikləri var?

1.Ailənin bütün ehtiyaclarını ödəyəcək büdcənin təmini.

Yəni ailənin dolanışıq xərcləri kişinin öhdəsinədir. Kişi qadının bütün şəri və qanuni ehtiyaclarını ödəməlidir. Bu ehtiyaclar sırasında qadının geyimi, yeməyi, məskəni də nəzərdə tutulur. Bu məsələlər nə qədər sadə əxlaqi və insani məsələlər olsa da, ailə səadəti üçün təyinedicidir. Bir yazıçı deyir: Səadət bir neçə sadə kəlmə üzərində qurulmuşdur. Unutmamalıyıq ki, klassik ənənələrdəki qadın-kişi münasibətləri, uyğun məsələdə İslamın baxışlarından köklü surətdə fərqlənir.

2.Qadına ehtiram kişinin əsas vəzifələrindəndir.

3.Güzəşt.

Kişi qadının yol verdiyi nöqsanlara səbrlə yanaşmalı, yaxşı xüsusiyyətlərinə rəğmən, onu bağışlamağı bacarmalıdır.

4.Kişi yalnız evdən çıxarkən bəzənməməlidir. O, ailədə həyat yoldaşı üçün öz təmizliyinə, səliqəsinə diqqət yetirməlidir.

5.Qadının cinsi ehtiyaclarını ödəmək kişinin vəzifəsidir. Hətta ibadətlər zamanı ifrata varıb, qadına diqqətsizlik göstərmək olmaz.

6.Həyat yoldaşında başqalarının gördüyü sirr və eybi ondan gizlətmək.

7.Qohumlarla görüş üçün qadına icazə verib, onu azad buraxmaq. Qadın qohumlarına kömək etmək istədiyi zaman ona imkan vermək. Qadını ailə çərçivəsində məhdudlaşdırmamaq.

8.Qadının dərdinə şərik olmaq.

9.Qadının fərdi mülkiyyət hüququna ehtiram göstərmək. Yalnız İslam dinində qadının bu hüququ qorunur. Bütün ehtiyacları ər tərəfindən ödənən qadın öz mülkünün sahibidir və bu mülkün istifadəsində azaddır.

Qadının da öz əri qarşısında vəzifələri mövcuddur:

1.Ailənin əsas əziyyətini çəkən, ailənin dayağı olan ər qarşısında təmkin, dözüm.

2.Evdə hər hansı yad adamı qəbul edərkən ərdən icazə almaq.

3.Ərlə xoş davranış.

4.Kişinin çətinliklərində ona yardımçı olub, kasıblığa dözmək. Əri, ailənin ehtiyaclarını ödəmək üçün qeyri-məqbul yollara vadar etməmək.

Qarşılıqlı hüquqları sadaladıq. İndi mühüm bir nöqtəyə toxunmaq istəyirəm. Qərbdə qadın azadlığı haqqında danışarkən onu ailədən ayırıb, fərd kimi götürürlər. Fərdiyyətçilik ictimai varlıq üçün öldürücüdür. Qərb cəmiyyətində ən dağıdıcı nəticələr fərdi yanaşmadan doğmuşdur. Qərbdə bu gün ailə barədə möhkəm danışmaq qeyri-ciddi görünür. İslam ailəni, qərb isə insanı əsas götürür. Qərb ailə dedikdə bir dam altda yaşayan iki ayrı-ayrı insanı nəzərdə tutursa, İslam ər və arvadı bir tam kimi götürür. Ona görə də İslamda qadın üçün ayrıca hüquq nəzərdə tutulmur, çünki o, ailənin yarısıdır. Ərin arvad, arvadın isə ər qarşısında hüquqları və vəzifələri vardır.


Üçüncü çıxış

Əlcəzair azadlıq təşkilatı 1954-1961-ci illərdə Fransaya qarşı azadlıq müharibəsi apardığı zamanlarda Əlcəzair sənədlərdə adlı 2 cildlik kitab nəşr edir. Bu kitablarda elanlar toplanır. Həmin elanlardan biri diqqəti cəlb edir: Çox arvadlılıq!. Məlumdur ki, bu məsələ xüsusi ilə son dövrlərdə ziyalıları və bir çox başqalarını narahat edir. Bu insanlar İslamın ruhunu dərk etmək üçün araşdırma aparmaq gücündə deyillər. Onlar yalnız bəzi şəhvətpərəst müsəlmanların həyatını əsas götürərək İslama hücum edirlər. Amma həqiqət tam başqadır!

Biz bir çoxarvadlıdan bu işin səbəbini soruşduq. Belə cavab verdi: İmkan varsa, nə qədər istəsən, arvad ala bilərsən. Bunu İslam yox, bir düşgün müsəlman deyir. Bəs, İslam öz hökmünü necə əsaslandırır.

İctimai zərurət adlı bir gerçəklik var. Bəzən tarixdə çox ağır dönəmlər olur. Dul qadınlar, yetimlər aclıqdan kütləvi şəkildə qırılır. Kimsə inkar etməz ki, bu çox acı faktdır. Bəs, bu problem necə həll olunmalıdır? Əgər bir dul qadından söhbət getsəydi, çıxış yolu tapılardı. Əgər hər hansı səbəbdən (məsələn, müharibə) cəmiyyətdə qadın-kişi nisbəti pozulmuşdursa, bir kişiyə on qadın düşürsə, çıxış yolu nədir? Bu qadınları aclıq, ölüm, ya da... ya da fahişəlik gözləyir.

İkinci Dünya Müharibəsindən sonrakı Almaniyanı xatırlayaq. Bu müharibədə səkkiz milyon insan qırılmışdır. Ölənlərin əksəriyyəti kişilər idi. Alman qadınları ailə hüququndakı məhdudiyətlərə son qoyulması üçün nümayişlər keçirtdilər. Onlar təkarvadlılığa qarşı çıxadılar.

İslamda müvəqqəti nigah da nəzərdə tutulur. Bu gün olsun ki, qeyri-qanuni şəkildə bir neçə qadınla yaşayan, seksual azadlıq tələb edən ziyalınüma müvəqqəti nigah hökmünü əldə əsas tutaraq, İslamın ünvanına çirkin sözlər danışır. Amma qeyd etdik ki, hər bir İslam hökmünün ruhu var və bu ruhu anlamaq üçün araşdırmalara ehtiyac var.

Xüsusi ilə müasir dövrdə dünyanın əksər nöqtələrində gənclər cinsi böhran problemi ilə üzləşmişlər. Qanunsuz nigahlar baş götürüb gedir. Bu nigahlardan, daha doğrusu, cinsi yaxınlıqlardan atasız uşaqlar doğulur. Müvəqqəti nigah tərəflərin qarşısına vəzifələr qoyur, əxlaqsızlığın qarşısını alır. Zənnimcə uyğun məsələyə yeni münasibətlə yanaşma zəruridir. İstər çoxarvadlılıq, istər müvəqqəti nigah hökmlərinin fəlsəfəsi aydınlaşdırılmalı, elmi təhlillər aparılmalıdır.

Mən gənc nəslin müəllimiyəm və bu məclisdə gənclər iştirak edirlər. Onların problemi çoxarvadlılıq deyil. Hələ ki, talaq məsələsi də onlar üçün aktual deyil. Mənə müntəzəm olaraq məktublar gəlir. Çoxlarının eşitdiyi bir hekayə var: Subaylıqdan əziyyət çəkən əsəbi bir cavan olur. Bu cavan birinə elçiliyə gedir. Qızın atası Fikirləşib, cavab verərik deyir. Oğlan günortadan sonra yeniden elçi daşını döyür. Qızın atası əsəbi halda çıxıb, Axı, sən səhər çağı gəlmişdin, bizə möhlət ver yaxşı düşünək, götür-qoy edək deyir. Oğlan axşam vaxtı üçüncü dəfə qız qapısını döyür və qızın atası qapıda görsənən kimi sözə başlayır: Ağa, bil ki, bu gecə də dərdimə çarə olmadı deyib, uzaqlaşır.

Gənc nəslin istəyi budur ki, burada danışılan əqli, elmi, dini məsələlər axır ki bir əməli nəticəyə çatsın və böyük bir ictimai problem aradan qalxsın. Əgər məsələlər sözdə qalıb, əməli şəkildə həll olunmayacaqsa, demək, zəhmətlərimiz hədərdir. Gənclik bizdən cavab gözləyir. Onlar dinlərinə sədaqətli, imanlı insanlardır və problemin düzgün həll yolunun intizarındadırlar. Onları nə köhnə izdivac ənənələri, nə də mode izmin verdiyi cinsiyyət azadlığı qane etmir. Onlara evlənmə imkanı, həyat yoldaşı seçimi üçün şərait lazımdır. Məmləkətin layiqli gəncləri üçün bu imkanlar çox məhduddur. Biz bu nəsil qarşısında məsuliyyət daşıyırıq!


Hicab

Bütün ata-anaların müştərək bir xüsusiyyəti vardır. Onlar dini elə təbliğ edirlər ki, sanki şeypuru tərsinə üfürürlər. Onlar gənc nəslə bu sayaq məsləhət verirlər. Sanki həkim dodağı yaralı xəstəyə Yaralanma!, Yaranın filan zərərləri var! deyir. Bu sözlərin faydası varmı?!

Sözsüz ki, əvvəlcə xəstəliyi yaradan səbəblər müəyyənləşdirilməlidir. Gənc nəslin düçar olduğu mənəvi böhranın kökləri tapılmalıdır.

Uşağa deyəndə ki, Dur, ziyarətə gedək!, o, dərhal qalxıb yola düzəlir. Hətta ziyarətdən qayıdarkən bir də nə vaxt gedəcəyik? soruşur. İlk əvvəllər uşaq namaza, oruca da belə həvəsli olur. Amma vaxt ötdükcə süstləşir, maraqlar dəyişir. Valideyn əvvəlcə mülayim, sonra isə qəzəbli halda onu ibadətlərə məcbur etməyə çalışır. Sən namaz qılmalısan, hicab geyməlisən! - deyə güc göstərir. Amma nə qədər ki, uyğun süstlüyün səbəbləri tapılmayıb, danlaqlar faydasızdır.

Mən həmişə gənc nəsillə ünsiyyətdə olmuş bir adam kimi, təcrübəyə əsaslanaraq deyirəm ki, gənci öz dininə biganə hala salan səbəblər tapılmamış, görülən tədbirlər müvəqqəti uğurlarla nəticələnəsidir. İnanın ki, ata-ananın danlaqları qarşısında məcbur qalıb namaza duran gənc Allahla danışmır, ata-anaya nifrin yağdırır!

Bir dəfə Mədinədə bir şəxslə söhbət edirdim. Ərəbistan, İslam dini haqqında danışırdıq. Söhbətimiz o qədər şirin alınmışdı ki, müştərilərə də fikir vermirdi. Zahirən çox mömin görünürdü. Birdən azan verildi. Dedim ki, dur namaza gedək. Durub mənə qoşuldu. Məscidə çatdıq. Gördüm dəstəmaz almadan namaza durdu... Dəstəmazsız!

Bir neçə il əvvəl yaşadığım küçənin qonşuluğunda biri vardı. Evdən çox ciddi islami qiyafədə çıxırdı. Mənim pəncərəmdən görünən dalanda ildırım sürəti ilə paltarını dəyişib, mode  bir tipə çevrilir, şəhərə üz tuturdu! Buna deyirlər - Şəxsiyyətin izdivacı və ya İki şəxsiyyətlilik!

Əgər ata-ana körpəlikdən düzgün təlim-tərbiyə yolunu tapa bilməsə, həmin uşaq bir vaxt valideynlərlə üzbəüz dayanıb ağzına gələni deyə bilər, təhqir edər. Belə bir vəziyyətdə ata-ana nə edə bilər? Heç nə! Bacardığını et, polisə get! Bununla məsələ həll olurmu? Bəs, həll yolu nədir?

İslam peyğəmbəri (s) İslamı, dini hökmləri, dini inancları öz 23 illik peyğəmbərliyinin birinci ilində yox, tədricən açıqladı. Əvvəlcə tövhid, Allahın birliyi bəyan olundu. Düz üç il La lahə illəllah (Allahdan başqa məbud yoxdur) kəlmələrinə heç nə əlavə olunmadı. Namaz, oruc, həcc, zəkat, məhdudiyyətlər barədə hələ ki, heç nə deyilmirdi. Demək, həmin üç il ərzində İslama iman gətirənlərdən dünyasını dəyişən olubsa, onlar namaz və orucdan xəbərsiz olublar.

Hər şeydən öncə yeni əqidə və dünyagörüşü formalaşmalı idi. Bu fikir beyinlərdə kök saldıqdan sonra növbəti addımı atmaq olardı. Hətta ardıcıllar özləri yeni vəzifə, məsliyyət tələb edirdilər. Artıq namaz hökmünü elan etmək olardı. Elan olundu. Amma neçə rəkət? Əvvəllər iki rəkət namaz vacib buyuruldu. Müsəlmanlarda əqidə möhkəmləndikcə, rəkətlərin sayı artdı.

Hicrətə bir neçə ay qalmış cihad hökmü açıqlandı. Hansı şəkildə? Diqqət edin, kafirləriöldürmək şəklində yox, sadəcə bildirdi ki, zülm görən şəxs fəryad çəkə bilər! Yalnız hicrətin ikinci ilində, yəni Peyğəmbərin risalətinin 15-ci ilin də əsl cihad hökmü verildi. Artıq müsəlmanlarda elə bir iman gerçəkləşdi ki, onlar din yolunda canlarından keçməyə hazır oldular. Daha sonra xüms hökmü açıqlandı. Demək, müsəlmanlar mallarından da keçməyə hazır idilər.

Bəli, hicrətin 7-ci, 8-ci ilində hicab məsələsi açıqlanır. Yəni 20 il formalaşmadan sonra! Şərab məsələsi isə üç mərhələdə bəyan olunur. Bəli, peyğəmbər xalqı sıxıntıya salmadan, tədricən şərab kimi fəsadın kökünü kəsdi.

Bu gün musiqidən zərrəcə başı çıxmayanlar Musiqi haramdır, ğina haramdır! deyirlər. Bu İslamın, peyğəmbərin metodu deyil. Əvvəla, həmin sözləri təkidlə əmr edənlərin musiqi haqqında anlayışı yoxdur. Musiqinin min bir növü var. Min bir təsirə malik musiqilər var. Həm deyən, həm eşidən şəxs musiqinin növlərindən xəbərsizdirsə, bu söhbətin nə faydası var?

İslamın təbliğ metodu məntiqi və tədricidir. Bəli, müsəlmanlarda elə bir hazırlıq olub ki, Allah-təala əmr edib: Şərabı, qumarı... tərk edin!. Bu əmrin nəticəsi nə oldu? Mədinənin bütün küçələrində insanlar şərab küplərini dağıdırdılar! Polissiz, ordusuz! Yalnız Allahın əmri ilə!

Bəs biz necə təbliğ edirik? Dərindən düşünmədən, niyəsini bilmədən Haram, kafir -deyə bağırırıq. Bu metodla yalnız geriləmək olar, necə ki, geriləyirik! Bizim məntiqsiz təbliğimizə qəzəblə cavab verilir, hətta Əl çək, bəli, mən kafirəm! deyənlər tapılır. Demək, həqiqəti çatdıra bilməyən kəs yerində oturmalı, vəziyyəti gərginləşdirməməlidir!

Mən öz müəllimlik təcrübəmdə daim bu məsələyə diqqətli olmağa çalışmışam. Bir dəfə də olsun Hicab örtün, namaz qılın! -deyə əmr etməmişəm. Çünki təcrübədə belə metodların səmərəsizliyinə əmin olmuşam.

Bir vaxtlar təbliğ mərkəzi olan bir hüseyniyyədə çalışdığımız zaman hicaba riayət etməyən bəzi xanımlarla aparılan söhbətlər çox şeyləri aydınlaşdırdı. Məlum oldu ki, insanı hicaba zorla bürümək mümkün olduğu hallarda da onlar daxilən hicabsız qalırlar.

Hicabın məfhumu aydınlaşdırılmalıdır. Qadın anlamalıdır ki, hicabda onun cismi və ruhu üçün misilsiz faydalar vardır. Əgər bu məfhumları açıqlaya bilsək, -Hicab ört demək lazim deyil. Qadını başqaları yox, öz düşüncəsi hicaba dəvət etməlidir. Axı mode izmə vurğun qıza Zeynəbi (s.ə) ideal göstərməyin faydası nədir? Artıq onun üçün televiziyada gördüyü manikenlər, aktrisalar bütə çevrilmişdir. Bu bütü sındırmadan qadının diqqətini dini dəyərlərə yönəltmək qeyri-mümkündür. O, artıq qurbandır!

Bütü necə sındırmaq? Qadın üçün müqayisə imkanı yaradılmalıdır. Onun təsəvvüründə həqiqi Fatimə (s.ə) çöhrəsi canlandırılarsa, bütlər onun üçün cılız və iyrənc görünər.

Bu problem təkcə İslamın deyil. Hələ 3000 il bundan qabaq əlvan geyimli gözəl çin qızı bütün şərqi təsirləndirmişdi. Dünya qadınları bu qıza pərəstiş edirdilər. Hafiz Şirazi 700 il bundan öncə yazır:

Çin bütü öldürdü qəlbləri tamam,

Ya rəbb, qoru dini, qəlbləri ondan.

Demək, şirazlı biri də, çin qadınının gözəlliyinə sitayiş edirmiş. Demək, çin qızı bütün dünyanı fəth edibmiş. Bizdə 4800 ildən çox tarixi olan bir çin kitabı var. Bu kitabda gözəl bədən quruluşuna malik olmaq üçün qadına qidalanma qaydaları öyrədilir. Qadına şıltaqlıq, işvəkarlıq öyrədən dörd min il yaşlı kitablar var. Demək, qadının özü ilə oyunu təzə məsələ deyil və bu oyunun ideoloji əsasları var. Çimərlik paltarı ilə xalqın qarşısına çıxıb, zərrəcə həya etməyən 17 yaşlı qız burjuaziyanın mənafelərinə xidmət edən ideoloji gəlincikdən başqa bir şey deyil! Amma o özünü başqalarından üstün hesab edir!

Bəs həqiqət hardadır? 3 min il bundan qabaq bəşəriyyəti öz gözəlliyi ilə çaşdıran çin qızı bu gün hansı vəziyyətdədir? O, bu gün səhnəyə elə bir qiyafədə çıxır ki, avropalı manikenlər təhqir olunur!

Bu gün Çin mədəniyyət, iqtisadiyyat baxımından Fransadan çox geri qalır deyilir. Bu ideoloji gerilikdir, yoxsa həqiqi? Çin qızının iffətli, fransız qızının yarımçılpaq geyimi ölkənin inkişaf səviyyəsi ilə əlaqədardır, yoxsa ideologiya ilə? Geyim düşüncə tərzinin təzahürüdür! Qadının geyimi onun şəxsiyyətini, düşüncələrini, maraqlarını açır. Bu gün iffətli qadın hicabına, geyiminə diqqət verir və çılpaq gəlinciyə qürur hissi ilə deyir: Mənim geyimim mənim düşüncə tərzimdir, sənin görkəmin kapitalın, pulun çirkin üzüdür. Mən özümü səndən çox üstün bilirəm!.

Bizdə vəziyyət necədir? İranda 15 il əvvəl universitetdə oxuyan qızın hicabı nəyi ifadə edirdi? Onun haqqında hansı rəy vardı? Bu qız ya xürafatçı ailənin övladı hesab olunar, ya da çadra ilə kasıblığını gizləmiş kimi qəbul edilərdi.

Həmin dövr keçdi. İslam hakimiyyət olaraq qadınları dini dəyərlərin qorunmasına dəvət etdi. Hicabsızlığın rəva bilindiyi dövrdə mənə övladlarının açıq-saçıqlığından gileylənən valideynlər, görün, indi nə deyirlər: Uşaqlarımız mode izmlə mübarizədə ifrata varıb, dini dəyərlərdə tündlük göstərirlər. Bu insanlar dəyişməyib! Dəyişən dəyərlərdir. Bir zaman ənənəçilik simvolu olan hicab, indi insani düşüncələri ifadə edir.

Təcrübə göstərir ki, məsələn, cəmiyyətin nisbətən savadsız təbəqəsi üçün islami geyim düşüncə tərzini ifadə etmir. Onların hicaba münasibəti adət-ənənə xarakterlidir. Əslində, yalnız dini dəyərlərin mahiyyətini anlayanlar üçün hicab etiqadla bağlı libasdır.

Bu gün geyim seçən qız nəyə əsaslanır? İki amil nəzərə çarpır: ya ananın geyimi, mühit əsas götürülür, ya da düşüncə tərzi. Birinci amil etibarsız və müvəqqətidir. Təqlidçilik nə vaxtsa ölümə məhkumdur! Bu insanlar mühit dəyişən kimi dəyişirlər.

Amma ikinci amilə əsaslananlar hicaba öz etiqadlarının simvolu kimi baxırlar. Onlar düşünürlər ki, dünyanın bütün xalqlarının, bütün ümmətlərin geyimi var və bizim də geyimimiz olmalıdır.

Diqqət edin, hicablı qadın bir qədər təhsil aldıqdan sonra, bir neçə ölkəyə səfərə çıxdıqdan sonra hicabsız mühitlərin təsiri altında, ya da özünü ziyalı saydığı üçün hicabını atır.

Amma bir agah təbəqə də mövcuddur ki, hicaba qayıdır. Bu nəsil sanki öz hicabı ilə Avropa mode izminə mesaj göndərir: 50 il bizi aldatdın, yetər! Mən öz libasımla sənə yox! deyib, planlarına Fatihə oxuyuram!. Bu sayaq düşüncə ilə hicabı hifz edənləri digər hicablılardan fərqləndirmək lazımdır! Hicabı düşüncəli şəkildə seçən kəs, artıq ciddi bir məktəbin nümayəndəsidir. Bu hicab çox dəyərli və möhtərəmdir. Belə qadınlar heç vaxt öz hicabından utanmır, əksinə, ən bayağı mühitlərdə də özünü üstün bilir.

Bir şəxs məndən hicab əleyhinə söz qoparıb, hay-küy salmaq məqsədi ilə sual verdi. Cavabını yubandırmayıb dedim: Hicab sənin dediyindir. Vallah, mən nə fəqihəm, nə də bəzzaz (parçasatan). Mən sosioloqam. Dedi: Elə mən də sosiologiya nəzərincə soruşuram. Dedim: Sosioloqun işi parça yox, parçadan olan insanlardır. Dedi: Elə onu deyirəm.

Axır ki, məni danışdırdı. Dedim ki, İran cəmiyyətini üç hissəyə bölmək olar. Onların əksəriyyəti avam adamlardır və hicabları da var. Onların hicabları gerilik, köhnəliklə bağlıdır. Onlar dərin dini düşüncədən məhrum, köhnə adət-ənənəyə bağlı insanlardır. İkinci qrup isə azlıq təşkil etsə də, təhsillidir, dünyadan xəbərdardır. Onlar xaricdə olublar, müxtəlif ictimai fəaliyyətləri var, eləcə də hicabsızdırlar. Üçüncü qrup tamam başqadır. Onlar yeni nəslin nümayəndələridir. Onlar əsl ziyalılardır və onların ziyalılığı təkcə təhsillə bağlı deyil. Bu insanlar müasir mədəniyyətdən yuxarıda durub, hər işin mahiyyətinə varırlar. Onlar öz insanlıq məsuliyyətini dərk edən imanlı insanlardır. Bu agahlıq təhsildən, diplomdan çox ucada dayanır. Onlar üçün elm və bilik maddi ehtiyacların təmini üçün yox, öz şəxsiyyətlərini dərk etmək üçündür. Onlar hər şeyi, eləcə də hicabı özləri, öz düşüncələri ilə seçənlərdir.

Mən, bir qız atası olaraq, qızımı hicaba dəvət edərkən işin mahiyyətini açıqlamalıyam. Qız hicabı elə üsulla qəbul etməlidir ki, 55 il şərqə əxlaqsızlıq ixrac etmiş qərb imperializminin dəvətlərinə yox, mən öz şəxsiyyətimə, mədəniyyətimə, ideologiyama, dəyərlərimə bağlıyam deyib, özünü hər bir tipdən üstün bilsin.

Hindistanın sabiq başçısı İndira Qandi öz üç min illik sarisi (hicabı) ilə dünya rəhbərlərinin görüşünə çıxdı və həqarət duymadı. Bu xanım BMT-nin 500 nümayəndəsinin əyləşdiyi zala daxil olanda hamı ayağa qalxıb alqışlayırdı. Ona görə yox ki, xanım Qandi bizim nənələrsayağı örtük bağlayırdı? Yox! Çünki bu xanım sarisi ilə qərbə siz bizi dəyişə bilmədiniz deyir. Bəli, biri qərbin oyuncağı olaraq hicabsızlığı, digəri isə öz şəxsiyyətinin keşikçisi olaraq hicabı fəxr bilir.

Siz uşağınıza hicab ört deməyin, onun düşüncə tərzini elə dəyişin ki, özü hicab bağlasın. Siz övladınızla ilahi həqiqətlər arasında sevgi körpüsü yaradın, o, özü namaza duracaq!

Sual: İran qadınının ənənəvi geyimi nədir?

Cavab: Bunu mədəniyyət işçilərindən soruşun. Onların bu sualı cavablandıracaq muzeyləri də var.

Sual: İran qadınının ənənəvi geyimi ərəb qadınının ənənəvi geyimindən fərqlənirmi?

Cavab: Siz ənənəvi, milli geyim deyirsiniz. Biz belə bir geyimin müdafiəsinə qalxmamışıq. Biz vaxtı ötmüş, köhnəlmiş modaların təbliğçisi deyilik. Biz öz xalqımızı qərb mode izminin əsarətindən qurtarıb özünə, öz şəxsiyyətinə qaytarmaq istəyirik. Biz İslam ümmətini bir vaxt ucaldığı zirvələrə səsləyirik. Bu yüksəlişdə köhnəliyə, ənənəyə yer yoxdur!

Bilirsinizmi, Peyğəmbər (s) dövründə hicab necə ortaya çıxdı? Deyilmədi ki, ey qadınlar, özünüzü naməhrəmdən qoruyun. Qadına anladıldı ki, onun öz şəxsiyyəti var, onun əqidəsi, ideoloji yolu var, o, kimlərinsə oyuncağı deyil, o, yoldan keçənlərin gözünün yemi deyil!

Tarixə nəzər salın: Peyğəmbər (s) zamanı bir müsəlman qadın yəhudilərə məxsus bazardan cəvahir almağa gedir. Yəhudilər bu qadına sataşmaq məqsədi ilə onun çadrasını sancaqlayırlar. Qadın durduğu yerdən tərpənəndə çadrası düşür. Şəxsiyyətinə toxunulduğunu görən qadın, Ey müsəlman qardaşlar! - deyə haray çəkir. Yoldan ötən müsəlman işə qarışır. Bu ixtilaf genişlənib, müsəlman-yəhudi qarşıdurmasına gətirib çıxarır.

Bəli, hicabın mahiyyətini anlayan qadın cihada qalxır. Peyğəmbərin (s) səhabələrindən olan Əbu Səid Xətbi deyir: Allah Mədinə qadınlarını xoşbəxt etsin! Hicab göstərişi gələn kimi hamısı çəkinmədən, qaranquş tək Mədinə küçələrinə çıxdılar.

Sual: Həzrət Məhəmmədin (s) göstərişləri müəyyən dövrə aiddir, yoxsa dövr şərt deyil? Məsələn, o vaxt namaz ərəbcə qılınıbsa, bu günkü fars öz dilində namaz qıla bilməz?

Cavab: Biz görürük ki, cəmiyyət və onun ehtiyacları dəyişir. Amma bunu dinə aid etmək olarmı? Əvvəlcə bilməliyik ki, din nədir. Din üç istiqamətdən ibarətdir:

-Əvvəla, dünyagörüşümüz müəyyən olmalıdır. Dünyaya, insana, dünyada insana baxışımız müəyyənləşməlidir. Nə üçün yaşadığımızı, həyat məqsədimizi bilməliyik. Hər bir ideologiyanın öz dünyagörüşü, öz baxışı var. Təbii ki, bizim də öz baxışımız olmalıdır. Bu baxış dinin dəyişməz, sabit ünsürüdür, amma inkişaf edə bilər. Məsələn, təbiət dəyişilməzdir. Amma bizim təbiət haqqında biliklərimiz inkişafdadır. Bu vaxtadək hansı təbiət qanunu dəyişib? Amma təbiət elmləri daim inkişaf edir. Bəli, tövhid, yəni Allahın birliyi sabitdir. Amma bizim bu sahədəki biliklərimiz artmaqdadır. Bu günkü filosof tövhidi, Quranı on əsr qabaqkı filosofdan daha yaxşı anlamalıdır. Demək, dinin ilk ünsürü sabitdir.

-İkincisi, əxlaqi dəyərlərdir. İslamın təqdim etdiyi əxlaq normaları sabitdir. Qəhrəmanlıq, kəramət, şücaət, insani dəyərlər uğrunda mübarizə, cihad kimi dəyərlər köhnələ bilərmi?! İnsan kamilləşdikcə bu dəyərlər də kamilləşir.

Qurani-Kərimin Maun surəsində buyurulur: Dini yalan hesab edəni gördünmü?.. O elə adamdır ki, yetimi itələyib qovar və yoxsulu yedirtməyə rəğbətləndirməz.

Özünüz düşünün, bu ayələr hal-hazırda aktualdır, yoxsa yox?! Dünyanın hər üç nəfərindən ikisi aclıq, yoxsulluq girdabındadır. Əslində aclıq kasıblıqdan tam fərqlidir. Məsələn, kənd əhli yoxsul ola bilər, amma aclıq çəkməz. Kənddə ən kiçik təsərrüfatı olan ac qalmır. İndi isə kosmos əsridir! Amma həqiqi aclıq çəkənlər dünyanın ən varlı şəhərlərinin küçələrini dolaşmaqdadır. Kəndlər, nə qədər ki, mode ləşməmişdi aclıq da bilməzdi. Mode  kəndli yumurtanı yemir, satır. Diş pastası, odekolon alır. İnəyin südünü, taxılını satır - televizor alır. Demək, yeməli olduğunu satır!

Bəli, insani dəyərlər sabitdir.

-Keçək dinin əməli hökmlərinə. Hər bir hökm insanın tərbiyəsində, təkamülündə, Allaha yaxınlaşmasında xüsusi rola malikdir və dəyişməzdir.

Sual: Allahla rabitə yalnız dini hökmlərdə göstərildiyi kimi mümkündür, yoxsa hər şəxs öz istədiyi kimi rabitə yarada bilər?

Cavab: burada iki nöqtəni qeyd etmək lazım gəlir. Hər bir insan istədiyi vaxt Allaha müraciət edib Onunla raz-niyaz edə bilər. Yəni Allahla rabitə azaddır.

Amma insanın özünütərbiyəsi, kamilləşməsi üçün sistemli yanaşma daha faydalıdır. Təcrübə göstərir ki, nəinki ibadətlərdə, hətta həyatın bütün sahələrində sistemli, proqramlı çalışmalar, azad çalışmalardan faydalı olur.


Bir misal:

Dini vəzifələrdən biri cihaddır. Tutaq ki, vətən torpaqlarına təcavüz olunub və biz onu müdafiə etməliyik. Necə düşünürsünüz, düşmənlə ordu vuruşsun, yoxsa hərə ayrıca və öz istədiyi vaxt?! Demək, sistemli fəaliyyət daha effektlidir və bu prinsip ibadət sahəsinə də aiddir!

Nəhl surəsi, ayə: 58, 59.