NƏHCÜL-BƏLAĞƏ XÜTBƏLƏ ( 3)

: 2835 ()

193- CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın, xanımlar xanımı Fatimə əleyhas-salamı torpağa tapşırarkən buyurduğu nəql edilmiş kəlamlarındandır. O, sanki Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) ilə, o Həzrətin məzarı müqabilində dayanıb sir danışırdı:

 

Salam olsun sənə, ey Allahın Peyğəmbəri, məndən və sənin kənarına enmiş (Bəqi qəbristanlığında, ya evində, ya da Həzrət Peyğəmbərin hərəmində dəfn edilmiş) və sənə tez qovuşmuş qızından! (Alimlərin məşhur nəzərinə əsasən, Həzrət Fatimə atasından sonra dünyada yetmiş beş gün yaşayıb.) Ey Allahın Peyğəmbəri! Mənim sənin seçilmişinə (onun ayrılığına) səbrim azaldı və ona (onun getməsinə) görə taqət və gücüm əldən çıxdı. Amma mənim üçün, səndən ayrılmağı və sənin müsibət və qəminin çətinliyini gördükdən sonra səbrliliyin yeri var. Halbuki sənin başını qəbirinin ləhədinə (çuxuruna) mən qoydum və ruhun bədənindən mənim boynumla sinəm arasında çıxdı. (Bu qədər məhəbbət və bağlılıqla nələr çəkdiyim məlumdur. Amma yenə səbr və dözümlülüyə yer var. Çünki) Biz Allahınıq və Ona tərəf qayıdacağıq. Həqiqətən əmanət (Fatimə əleyhas-salam) geri qaytarıldı və girov təhvil alındı. Amma (bu müsibətdə) bundan sonra həmişə qəm-qüssədə olacaq və Allah mənim üçün sənin məskunlaşdığın diyarı seçənə (məni sənə birləşdirənə) kimi gecəm oyaqlıqla keçəcək. Çox tezliklə qızın sənə, ümmətinin o məzluma zülm etməkdə birləşmələrindən (onun haqqını tanımamalarından, qabırğasını sındırmalarından, bətnindəki uşağı salmalarından və Fədəyini qəsb etmələrindən) xəbər verəcək. Buna görə də ondan baş verənlərin hamısını soruş və bizimlə necə rəftar etmələrini xəbər al. Onlar bizə bu qədər zülm etdilər, halbuki sənin getməyindən bir (o qədər də çox) müddət keçməmişdi və sənin xatirələrin unudulmamış, itməmişdi. Sizin hər ikinizə salam olsun, qəzəblənmiş, incimiş və qəlbi sıxılmış şəxsin deyil, (məhəbbət və sevgi ilə) vidalaşanın salamı! Buna görə də getsəm, bu, məhəbbətin olmamasından deyil. Həmçinin əgər qalsam, bu, Allahın səbrlilərə vəd etdiklərinə qarşı pis gümanda olmaqdan deyil. (Sizin yanınızdan gedirəm. Amma hər yerdə sizi xatırlayacağam.)

  
194- CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (dünyaya ürək bağlamamaq və itaət və bəndəliyə həvəsləndirmək barəsindəki) kəlamlarındandır.

 

Ey insanlar! Həqiqətən dünya keçid evi, axirət isə qalmaq yeridir. Buna görə də keçid yerindən qərar tutulacaq yeriniz üçün (azuqə) götürün. (Nə qədər ki, dünyadasınız, axirətdə xoşbəxt olmağınız üçün Allaha ibadət və xalqa xidmət edin.) Sizin sirlərinizi bilənin yanında pərdələrinizi tam götürməyin (Allaha itaətsizlik etməyin). Bədənləriniz dünyadan çıxarılmamışdan, qəlblərinizi ondan çıxardın. (Ölümü asanlıqla qarşılamaq üçün dünyaya ürək bağlayaraq vurğun olmayın. Çünki) siz dünyada sınaq qarşısındasınız və ondan başqası (axirət) üçün yaradılmısınız. Biri ölən zaman (dünyapərəst) insanlar deyirlər: (Mal-dövlətdən) yerdə nə qoydu? Mələklər isə deyirlər ki: Qarşıya (ibadət və bəndəlikdən) nə göndərdi? Allah atalarınızı bağışlasın! Bir hissəni (mallarınızın bir hissəsini) qarşıya göndərin (Allahın göstərişi əsasında paylayın) ki, sizin xeyriniz ondadır. Hamısını yerdə qoymayın ki, sizin ziyanınızadır (bunun çoxlu çətinlikləri vardır).

  
195- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (axirət səfəri üçün azuqə tədarükü görməyə həvəsləndirdiyi) kəlamlarındandır ki, öz səhabələrinə (işa namazından sonra) onunla öyüd-nəsihət verərdi:

 

Allah sizi bağışlasın! Səfər (axirət səfərinin) təchizatlarını hazır edin. Çünki aranızda köç etmək çağırışı ucalıb. Dünyada qalmağı az sanın (ona ürək bağlamayın) və əliniz çatan layiqli azuqə (itaət və bəndəlik) ilə (Allaha tərəf) qayıdın. Çünki sizin qarşınızda kələ-kötür keçid və döngələr, qorxunc və dəhşətli mənzillər vardır (ölümün çətinlikləri, qəbr və Bərzəx aləminin giriftarçılıqları və qiyamət gününün sorğu-sual məntəqələri qarşınızdadır) ki, onlara daxil olmaq və onlarda dayanmaq məcburiyyətindəsiniz. Bilin ki, ölümün gözucu baxışları sizə tərəfdir və sanki onun sizə batırdığı caynaqlarında əsirsiniz (ondan qurtula bilməzsiniz). Çirkin, çox çətin və ağır işlər sizi ondan gizlədib. Buna görə də dünyaya bağlılıqları (özünüzdən) uzaqlaşdırın və özünüzü pərhizkarlıq azuqəsi ilə gücləndirin. (Seyyid Rəzi deyir:)

 

Bundan qabaq (84-cü xütbədə) bu kəlamın bəziləri bu rəvayətdən fərqli bir rəvayətdə keçdi.

  
196-CI XÜTBƏ 

İmam Əli əleyhis-salamın Təlhə ilə Zübeyr onunla xilafətdə beyət edib onlarla məsləhətləşməyi tərk etməsi və işlərdə onlardan kömək istəməməsindən şikayətləndikdən sonra, onlara buyurduğu kəlamlarındandır.

 

Həqiqətən siz azdan (məsləhətləşməməkdən və sizə böyük görünən meyl və istəklərinizə uyğun davranmamaqdan) narazı idiniz və çoxu arxaya atdınız. Mənə deyin görüm, sizin nədə haqqınız olub və mən onu sizdən əsirgəmişəm? Yaxud (müsəlmanların beytülmalından) hansı payı özüm götürüb sizə verməmişəm? Yaxud hansı haqq və ixtilaflı məsələ olub ki, müsəlmanlardan biri onu mənim yanıma gətirib və mən onda (onun hökmünü bəyan etməkdə) aciz qalmışam və ya onu bilməyib hökmündə səhv etmişəm? (O adam məsləhətləşər ki, işin yolunu bilmir; köməyi o adam istəyər ki, aciz qalır.)

 

Allaha and olsun ki, mən xilafəti istəmirdim, hakimiyyətə meylim yox idi. Amma siz məni dəvət edərək ona məcbur etdiniz. Xilafət mənə çatandan sonra isə mən Allahın kitabına (Qurani-Kərimə) və bizim üçün (onda) müəyyənləşdirdiyi və onun əsasında hökm çıxarmağımızı əmr etdiyi göstərişlərə nəzər salaraq tabe oldum. Həmçinin Peyğəmbərin (səlləllahu əleyhi və alih) qoyduğu sünnəyə baxıb (onun) arxasınca getdim. Bu barədə sizin və sizdən başqasının nəzər və fikirlərinə möhtac deyildim və elə bir hökm qarşıya çıxmayıb ki, onu bilməyib sizinlə və digər müsəlman qardaşlarla məsləhətləşmə aparım. Əgər belə olsaydı (hökmlərdən hansısa birini bilməsəydim) sizdən və başqalarından üz çevirməzdim (məsləhətləşmə aparardım). Beytülmalın bölüşdürülməsində bərabər və yeksan davranmağımın (sizi digər müsəlmanlarla bərabər bilib heç kəsi digərindən üstün tutmamağımın) səbəbi barəsində dediklərinizə gəldikdə isə (bilin ki): Mən bu məsələdə də öz nəzərim və nəfsi istəklərlə hökm çıxarmamışam. Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) gətirərək bərqərar etdiyi hökmlər həm mənim, həm də sizin əlinizdədir (onları dəyişdirmək, əvəz etmək olmaz). Allahın, bölüşdürülməsi və müəyyənləşdirilməsi barəsində göstəriş verdiyi və barəsində hökm imzaladığı şeydə də sizə ehtiyacım yox idi. Buna görə də Allaha and olsun ki, mənim yanımda sizin və sizdən qeyrisinin məndən şikayətlənərək məzəmmət etməyiniz üçün heç bir haqqınız yoxdur. Allah bizim və sizin qəlblərinizi haqqa yönəltsin (ki, söz və əməldə Onun razılığını əldə edək) və həm bizə, həm də sizə səbr əta etsin (ki, dünya və onun malına görə Onun göstərişlərinə zidd davranmayaq).

  
İmam əleyhis-salam sonra belə buyurdu:  

Allah haqqı görüb ona kömək edəni (ona qarşı bir söz danışmayıb bir addım atmayanı) və ya gördüyü zülmün qarşısını alıb zalıma qarşı məzluma yardımçı olanı bağışlasın!

  
197- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın Siffeyn müharibəsi günlərində səhabələrindən bir dəstənin Şam qoşununu söyməsini eşidərkən buyurduğu kəlamlarındandır.

 

Mən sizin (Şam əhalisinə qarşı) söyüş söyməyinizi bəyənmirəm. (Sonra İmam əleyhis-salam buyurur:) Amma əgər onların əməllərini açıqlasanız və vəziyyətlərini (zülm və sitəmlərini, şəhvət və nəfsi istəklərə tabe olmalarını, haqq yoldan çıxmalarını və bu kimi sözləri) xatırlatsanız, bu, danışarkən (söyməkdən) daha yaxşı və (etiraz edərək onlarla nə üçün müharibə edir, vuruşursunuz? deyən kəsə) dəlil gətirmək məqamında daha tutarlı və yetərli olar. Yaxşı olar ki, onları söyməyin əvəzinə belə deyəsiniz: Allahım! Bizim və onların qanlarını tökülməkdən qoru; bizimlə onların aralarını düzəlt; onlara azğınlıqlarından nicat ver ki, haqdan xəbərsiz olan onu tanıya bilsin və azğınlıq və düşmənçilik hərisi və vurğunu olan kəs ondan əl çəksin.

  
198- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın Siffeyn müharibəsi günlərinin birində oğlu Həsən əleyhis-salamın döyüş meydanına tələsdiyini görərkən buyurduğu kəlamlarındandır.

 

Mənim yerimə bu gəncə sahib durub onu saxlayın (onun döyüşməsinin qarşısını alın). Məbadə məni kədərləndirsin. Çünki mən bu iki gəncin yəni, Həsənlə Hüseyn əleyhimas-salamın ölümünə xəsislik edirəm (razı deyiləm) ki, onların ölümü ilə Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) nəsli kəsilməsin. (Seyyid Rəzi-rəhiməhullah-deyir:)

 

O Həzrət əleyhis-salamın إمْلِكُوا عَنِّى هذَ الْغُلامَ mənim yerimə bu gəncə sahib durun kəlamı ən gözəl və fəsih kəlamlardandır.

  
199- CU XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Siffeyn müharibəsində), səhabələri onunla həkəmiyyət (döyüşən tərəflər arasında hakim təyin etmək) məsələsi barəsində müxalifət edərkən buyurduğu kəlamlarındandır.

 

Camaat! Mənim əmr və fərmanım həmişə - indi müharibə sizi zəif və aciz salana kimi - özüm istəyən şəkildə olub. Allaha and olsun ki, siz müharibəyə könüllü gəlmisiniz, (onu) tərk edən də sizsiniz, halbuki o, düşmənlərinizi daha zəif və aciz salıb. (Buna görə də əgər müxalifət etməsəydiniz Müaviyəyə və Şam qoşununa qalib gələrdiniz və zəfər sizinlə olardı. Amma nə edim?!) Dünən əmr verən idim, bu gün isə əmr edilən; dünən çəkindirən və qadağan edən idim, bu gun isə çəkindirilərək saxlanılan. Siz sağ qalmağı sevdiniz. Mən sizi xoşlamadığınız bir şeyə məcbur etmək istəmirəm. (Sizi müharibə aparmağa məcbur etməyə gücüm çatmır və ya məcbur etməyim məsləhət deyil.)

  
200- CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın Bəsrədə səhabələrindən olmuş Əla ibn Ziyad Harisi xəstə ikən Əlanın yanına gedəndə, onun evinin genişliyini görüb buyurduğu kəlamlarındandır.

 

Dünyada bu evin genişliyi ilə nə etmisən? Halbuki sən onun genişliyinə axirətdə daha möhtacsan. (Çünki bu evdə bir neçə gündən artıq qalmayacaqsan. O birində isə həmişəlik qalacaqsan.) Bəli, əgər bu evin genişliyi ilə axirət evinin genişliyini də əldə etmək istəyirsənsə, onda qonaq qəbul edərək qohum-əqrabanla əlaqədə ol, ondan şəriətin (xums, zəkat, sədəqə və digər vacibi və müstəhəbbi) haqlarını ver ki, belə olan halda, bu evin genişliyi vasitəsi ilə axirət evinin genişliyini də qazanmı(ş olar)san.

 

Sonra Əla o Həzrətə dedi: Ey Əmirəl-möminin, qardaşım Asim ibn Ziyaddan sənə şikayət edirəm. O Həzrət buyurdu: Nə üçün? Dedi: O, (tərkidünya rahiblər kimi) cod paltar geyinərək dünyadan uzaqlaşıb. Həzrət buyurdu: Onu mənim yanıma gətirin. O gələndə (Həzrət ona belə) buyurdu: Ey özünün düşmənciyəzi! Murdar və xəbis (şeytan) səni avara edib (və səni bu yola sövq edərək onu sənin gözündə gözəlləşdirib). (Təklik və dərvişliyi öz peşən etməklə) arvad-uşağına rəhm etmirsən? Belə güman edirsən ki, Allah pak şeyləri sənə halal edib, amma sənin onlardan bəhrələnməyini xoşlamır? Sən, Allahın bir neməti sənə halal edərək sənin ondan bəhrələnməyini istəməməsindən aşağısan! (Çünki bu, peyğəmbərlərin və onların canişinlərinin məqamıdır.)

 

Asim dedi: Ey Əmirəl-möminin, mənim işim səninki kimidir ki, paltarın cod, yeməyin isə bərk və dadsızdır! Həzrət buyurdu:

 

Vay olsun sənə! Mən sənin kimi deyiləm. Çünki Allah-təala haqq rəhbər və imamlara özlərini yoxsullarla bir tutmağı vacib edib ki, yoxsul və kasıbın qəm-qüssəsi onu sıxıb narahat etməsin.

  
201- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın, bir şəxs xalqın əlində olan və onların arasında yayılmış (bir-birinə zidd) uydurma hədislər və müxtəlif rəvayətlər barəsində sual edərkən buyurduğu kəlamlarındandır. İmam əleyhis-salam (onun cavabında) buyurdu:

 

Həqiqətən xalqın əlində olan hədislər haqq və batil, doğru və yalan, nəsx (ləğv) edən və nəsx edilən, ümumi (hamıya şamil olan) və xüsusi (bəzilərinə şamil olan), möhkəm (mənası aşkar olan) və mütəşabih (mənası aydın olmayan), (səhv və yanlışlıqdan) qorunmuş və mövhumdurlar (güman və xəyala əsaslanırlar). Doğrudan da Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) öz zamanında o Həzrətə yalanlar quraşdırdılar və nəhayət, o qalxıb xütbə oxuyaraq buyurdu: Kim qəsdən və bilərəkdən mənə yalan nisbət versə, yanını mütləq oda (Cəhənnəm oduna) qoyacaqdır.

 

Həqiqətən sənə hədisi (Həzrət Peyğəmbərdən) dörd nəfər (dörd dəstədən biri) nəql edəcək ki, beşincisi yoxdur:

 

(Birincisi:) İkiüzlü şəxs ki, zahirdə iman gətirərək özünü İslamın qaydaları ilə nümayiş etdirir, (halbuki) günahdan çəkinmir və qəsdən Həzrət Peyğəmbərə (səlləllahu əleyhi və alih) yalan nisbət verir. Əgər camaat onu münafiq və yalançı hesab etsəydi hədisini qəbul etməz və dediklərinə inanmazdılar. Lakin (onun batinindən xəbərdar olmadıqları üçün barəsində belə) deyirlər: O, Həzrət Peyğəmbərin-səlləllahu əleyhi və alih - səhabələrindəndir ki, onu görüb və hədisi ondan öyrənib. Beləliklə (bu səbəbdən), onun dediklərini qəbul edirlər. Həqiqətən Allah sənə münafiq və ikiüzlü adamlar barəsində xəbər verib, onları vəsf edib və səni ondan agah edib. Həzrət Peyğəmbərdən sonra qalmış münafiqlər azğınlıq başçılarına və (insanları) yalan və böhtanla oda (Cəhənnəmə) çağıran kimsələrə (Müaviyə və başqaları kimilərinə) yaxınlaşdılar. Sonra (hədis uydurmaqla) onları işlərin ixtiyar sahibi və xalqın mal və canına hakim etdilər. Və onların vasitəsi ilə dünyanı yedilər (onun malını zülm ilə əldə etdilər). (Şeytanın şərindən və pisliklərə əmr edən nəfsdən) Allahın qoruduqlarından başqa insanlar həmişə şahlar və dünya ilə yoldaşdılar. (Buna görə də Allahın və Peyğəmbərin razılığının əksinə olan heç bir işdən çəkinmirlər.) Beləliklə, bu münafiq dörd nəfərdən biridir.

 

(İkincisi:) O şəxsdir ki, Allahın Peyğəmbərindən bir şey eşidib və onu düzgün əzbərləməyib; onda səhvə düçar olub, amma bilərəkdən yalan deməyib. Beləliklə, o, əlində olanı nəql edir, ona əməl edir və belə deyir: Mən onu Həzrət Peyğəmbərdən (səlləllahu əleyhi və alih) eşitmişəm. Buna görə də əgər müsəlmanlar bilsəydilər ki, o, hədisi səhv başa düşüb, (həmin hədisi) ondan qəbul etməzdilər. Əgər o özü də səhv etməsini bilsəydi, onu tərk edər, nəql etməzdi.

 

(Üçüncüsü) O şəxs ki, Allahın Peyğəmbərindən (səlləllahu əleyhi və alih) bir şey əmr etməsini eşidib. (O Həzrət) sonra həmin şeyi qadağan edib, o isə həmin qadağadan xəbərsizdir. Yaxud qadağan etdiyi bir şeyi eşidib. (Peyğəmbər) sonra həmin şeyi əmr edib və o, bunu bilmir. Beləliklə, o, nəsx edilmişi yadında saxlayıb, nəsx edəni isə əldə etməyib. Amma əgər həmin hədisin nəsx edilmiş olmasını bilsəydi, onu nəql etməzdi. Həmçinin müsəlmanlar da onu ondan eşidən zaman hədisin nəsx edilmiş olduğunu bilsəydilər, ona əməl etməzdilər.

 

(Dördüncüsü) Digər şəxs isə Allaha və Peyğəmbərə yalan nisbət verməyib, Allahın qorxusundan və Həzrət Peyğəmbərə (səlləllahu əleyhi və alih) ehtirama görə yalana nifrət edib, səhv və xəta da etməyib, əksinə, eşitdiyini olduğu kimi əzbərləyib; ona bir şey artırmayıb və ondan bir şey azaltmayıb; nəsx edəni əzbərləyərək ona əməl edib və nəsx edilmişi nəzərdə saxlayaraq ondan çəkinib, ümumi və xüsusini tanıyaraq hər birini öz yerinə qoyub (ümumini xüsusinin, xüsusini ümuminin yerində işlətməyib); onun mütəşabih və möhkəmini bilib (mütəşabihdə diqqətli və ehtiyatlı olub və möhkəmə və mənası aşkar olan hədisə əməl edib). (Bəzən zamanın tələbinə uyğun olaraq) Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) iki mənası olan bir söz deyirdi. Biri müəyyən şey və zamana məxsus olan, digər biri isə hər şey və bütün zamanlara şamil olan söz. (O sözlərin hər ikisi bir şəkildə görünürdü. Amma deyilmə yerindən və digər cəhətlərdən məqsəd məlum olurdu və səhv aradan qalxırdı.) Buna görə də Allah və Onun Peyğəmbərinin (səlləllahu əleyhi və alih) həmin sözdən məqsədinin nə olmasını bilməyən kəs onu eşidirdi və başa düşmədiyi üçün onu olduğunun əksinə, nəzərdə tutulanın ziddinə və deyiləndən başqa cür izah edirdi. Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) səhabələrinin (heç də) hamısı o Həzrətdən (bir şey) soruşub onu başa düşmək üçün səy göstərmirdi. (O Həzrətdən bir şey soruşmamaları və çalışqanlıq göstərməmələri o həddə idi ki,) hətta bədəvi ərəb və bir qəribin gəlib o Həzrət əleyhis-salamdan onların eşitmələri üçün bir şey soruşmasını istəyirdilər. Amma mən bu barədə qarşıma çıxanların hamısını o Həzrətdən soruşaraq əzbərlədim. Deməli, insanların ixtilafları və onların rəvayət və hədislərdə çaşbaş qalmalarına bu amillər səbəb olur.

  
202- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın göylər, yer və dağların yaradılışının heyranediciliyində qüdrət nümayiş etdirməsi və bacarığı barəsində) xütbələrindəndir.

 

Allah-təalanın qüdrət və səltənətinin (nişanələrindən) və Onun gözəl yaradılışının heyranediciliyindən biri, çox ləpələnən qarmaqarışıq dərin dənizin suyundan quru və hərəkətsiz yeri yaratmasıdır. Ondan sonra (onun buxarından) göylərin bir-birinin üstündə yerləşmiş qatlarını yaratdı və onları, birgə olmalarından sonra bir-birindən ayıraraq yeddi səma etdi. Sonra onlar Rəbblərinin əmri ilə özlərini saxladılar və onlar üçün müəyyənləşdirdiyi yerdə qərar tutdular (dağılaraq bir-birlərindən ayrılmadılar). Qədərsiz mavi su və (Allah-təalanın əmrinə) mütləq şəkildə tabe olan dənizin öz qoynuna aldığı yeri möhkəmləndirdi. Və həmin dəniz, Allahın əmr və fərmanı müqabilində ram, əzəməti qarşısında itaətkardır və Onun qorxusundan onun axması və hərəkət etməsi dayanmışdır. Həmçinin onun (yerin) böyük və sərt daş parçalarını, hündür təpələrini və dağlarını yaratdı və onları öz yerlərində möhkəmləndirərək qərar tutmalı olduqları yerdə saxladı. Beləliklə, onların başları havaya ucaldı, kökləri suda batdı. Və həmin dağları hamar və alçaq yerlərdən qaldırıb dikəltdi, onların köklərini ətraflarındakı yerlərdə və möhkəm məkanlarda basdırdı. Beləliklə, həmin dağların başlarını çox ucaltdı, onların ucalıqlarını ətrafa çəkdi. Onları yerin sütun və dirəyi etdi və yerin mıxları kimi onları ona batırdı. Beləliklə, hərəkətdə olan yer öz əhlini silkələməkdən, yaxud yükü ilə (suda) batmaqdan və ya bir yerdən digər bir yerə getməkdən durdu. Yeri, suları dalğalandıqdan sonra saxlayan, ətrafı rütubətlənib islandıqdan sonra qurudaraq yaratdıqları üçün rahatlıq yeri edən və onu onlar üçün dərin, sakit, axarsız və hərəkətsiz dayanmış (qoynundakı yeri silkələməmək üçün hamısı birdən öz yerindən hərəkət etməyən) dənizin üzərinə sərmiş Allah hər bir eyb və nöqsan sifətlərdən pak və uzaqdır. Möhkəm küləklər həmin dənizi alt-üst və o tərəf-bu tərəf edir və yağış dolu buludlar (yağmaları nəticəsində) onu hərəkətə gətirir. Bu nişanələrdə Allah-təaladan qorxan kəs üçün ibrət və öyüd vardır. (Çünki Allahdan qorxmayanlar onlara diqqət etmirlər.)

  
203- CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (səhabələri Şam əhli ilə mühari-bədə süstlük edib bəhanə gətirərək onun əmrlərini yerinə yetirməkdən boyun qaçırarkən onlardan şikayətləndiyi) xütbələrindəndir.

 

Allahım, Sənin bəndələrindən kim bizim zülm və sitəm deyil, ədalət və düzlük, fitnə-fəsad deyil, din və dünyanın islahı üçün dediyimiz sözləri eşidəndən sonra onu qəbul etmirsə, onun müxalifət etməsinin səbəbi Sənə yardımdan boyun qaçırmaq və Sənin dinini izzətli etməkdə tənbəllik göstərməkdən başqa bir şey deyil. Buna görə də ey bütün şahidlərin ən böyüyü, Səni və yer və göylərində sakin etdiyin şeylərin hamısını (cin, insan və mələkləri) ona qarşı (onun, Sənin dininə etinasızlıq mənasında olan mənə qarşı müxalifət etməsinə) şahid tuturam (ki, mən Sənin əmrlərinin təbliğində səhlənkarlıq etməmişəm). Belə olan halda, bu şahid tutmaqdan sonra Sən (bizi) onun yardımına ehtiyacsız edən və onu günahına (bizimlə müxalifətinə) görə cəzalandıransan.

  
204- CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Allah-təalanın bəzi sifətləri barəsindəki) xütbələrindəndir.

 

Həmd o Allaha məxsusdur ki, (zat və sifətlərində) yaratdıqlarına bənzər olmaqdan uca, vəsf edənlərin sözlərindən yüksək və (onları) aciz edəndir. (Heç kəsin Onun həqiqətini vəsf etmək qüdrəti yoxdur.) Yaradılışının (yaratdıqlarında olan) qəribəlik və heyranediciliyi ilə görənlər üçün aşkar, izzətinin böyüklüyü ilə xəyal və güman sahiblərinin düşüncələrindən gizlindir. Başqasından öyrənmədən, (elmini) artırmağa ehtiyac olmadan və (başqasının elmindən) bəhrələnmədən (hər şeyi) biləndir. Fikrə dalıb düşünmədən bütün yaranmışların yaradanıdır. O, elə bir Allahdır ki, qaranlıq və zülmətlər Onu əhatə etmir, aydınlıqlardan işıq istəmir, gecə Onu bürümür və gündüz Ona şamil olmur. Onun (əşyaları) dərk etməsi görmə vasitəsi ilə deyildir. Həmçinin Onun elmi başqasından xəbər almaq nəticəsində deyil.

   
Bu da həmin xütbənin Peyğəmbər (səlləllahu əleyhi və alih) barəsindəki bir hissəsidir 

Allah Həzrət Peyğəmbəri nur (elm və peyğəmbərlik nuru) ilə göndərdi və onu (peyğəmbərliyə) seçməkdə (bütün yaranmışlardan) üstün etdi. Onun vasitəsi ilə bütün dağınıqlıqları bir birinə bağladı (aləmdə olan nizamsızlıq və fitnə-fəsadları islah etdi) və onunla (onun qüdrəti ilə) həmişə qalib olanları məğlub etdi. (O Həzrəti kafir, müşrik və münafiqlərə hakim etdi.) Onun vasitəsi ilə çətini asan və kələ-kötürü hamar etdi və nəhayət, azğınlığı sağ və soldan (şərq və qərbdən) uzaqlaşdırdı.

  
205- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın bəzi sifətlərinə işarə etdiyi, Həzrət Peyğəmbərin mədhi, yaxşıların və Allah-təalanın dostlarının vəsfi barəsindəki və öyüd-nəsihət verdiyi) xütbələrindəndir.

 

Şəhadət verirəm ki, Allah-təala (heç bir işdə zülm və sitəmlə deyil, bütün işlərdə) ədalətlə (ümumi quruluşa, hikmət və mənfəətə uyğun) davranan adil və (Qurani-Kərimdə haqq ilə batili bir-birindən) ayıran hakimdir. Və şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi, elçisi və bəndələrinin başçısıdır. Allah məxluqatı (bellərdən bətnlərə) gətirən zaman onları iki cərgə (xeyir və şər) etdi və o Həzrəti xeyir dəstəsinə saldı. O Həzrətin nəsəbində zinakarın payı yox idi və günahkar şərik olmadı.

 

Bilin ki, Allah xeyir və yaxşı (işlər) üçün onun əhli olan adamlar (mömin və pərhizkarlar), haqq (din) üçün sütunlar (peyğəmbərlər), itaət və bəndəlik üçün qoruyucular (hidayət imamları əleyhimus-salam) müəyyənləşdirib. Hər bir itaətdə (yaxşı işdə) sizin üçün Allah tərəfindən bir kömək vardır (Allahın lütf və yardımı sizin halınıza şamildir) ki, dilləri iti və qəlbləri (haqqa) arxayın edir. Həmin köməkdə ehtiyacsızlıq istəyən üçün ehtiyacsızlıq və (xəstəliklərə boyun əyərək az şeyə görə Allah və Peyğəmbərin itaətindən əl götürüb özlərini dünya və axirətdə bədbəxt edənlər üçün deyil, mənəvi xəstəliklərdən) şəfa istəyənlər üçün şəfa vardır.

 

Həmçinin bilin ki, Allahın elminin qoruyucuları olan bəndələri (elmin qorunması onlara tapşırılmış hidayət imamları əleyhimus-salam və din başçıları) qorunmalı şeyi (istedad və dərketmə qabiliyyəti olmayan kəsdən) qoruyurlar (yaxud onu hadisələrin zay edib aradan aparmaması üçün öyrədilməsi münasib olmayan kəsdən gizli saxlayırlar); onun çeşmələrini cari edirlər (istedadı olan kəsə öyrədirlər); bir-birlərinə (elm və hikmət) dolu piyalələr içirdir və sudan doymuş halda qayıdırlar. Onlar şəkk, töhmət və pis gümanlara düşmürlər, qeybət və başqasının pisliyinə danışmaq onların yanına tələsmir. (Xülasə, onların məclisləri şəkk, töhmət, pis gümanlar, qeybət və pis danışıqlardan boş olur.) Allah onların fitrət və xasiyyətlərini bu gözəl sifətlərlə yaradıb (bu sifətlərlə elə tərbiyə ediliblər ki, sanki bu, onların fitrət və təbiətləridir) və bir-birləri ilə bu cür dostluq edir və ünsiyyətdə olurlar. Beləliklə, onlar (xalqın içində, yaxşısı) götürülən və (işə yaramayanı) çölə tökülən təmizlənmiş toxum və dənin üstün olması kimidirlər. Həmin toxumu digərlərindən təmizləmək seçib fərqləndirib və imtahan xalisləşdirib. (Xülasə, onlar seçilmiş insanlardırlar.) Buna görə də gərək insan, şərəf və böyüklüyü bu sifətləri qəbul etməklə qəbul etsin, qiyamətin çətinliyindən, o gəlib çatmamış çəkinsin (əzaba düçar olmasına səbəb olan bir iş görməsin). Həmçinin insan gərək günlərin qısalığına və bu mənzildə (dünyada) dayanmağının azlığına nəzər salıb düşünsün (qəflət yuxusuna getməsin) ki, bu mənzili digər mənzil (axirət) ilə əvəz edə bilsin. Gərək digər mənzil üçün, eləcə də həmin evdə lazım olmasını bildiyi şey üçün gözəl əməl yerinə yetirsin. Buna görə də (rəzil sifətlərdən uzaq qalmış) o sağlam qəlb sahibinin xoş halına ki, onu (haqq yola) hidayət edənə tabe olur, məhvə sürükləyəndən uzaqlaşır; onu gözüaçıq edənin gözüaçıqlığı və ona göstəriş verənə tabe olmaqla (çətinlik və giriftarçılıqlardan) salamatlıq yoluna çatıb və qapıları bağlanmamış və vasitələri əldən çıxmamış (ölməmiş) nicat (əzabdan qurtuluş) yoluna tələsib, tövbə və (Allaha) qayıdış qapısının açılmasını istəyir və (tövbə ilə) günahı (özündən) uzaqlaşdırır. Həqiqətən onlar yol üstündə dayanıblar və aydın yol aşkar olub.

  
206-CI XÜTBƏ 

İmam Əli əleyhis-salamın (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın nemətlərinə şükr barəsində) çox oxuduğu dualarındandır.

 

Həmd o Allaha layiqdir ki, ölmədiyim, xəstələnmədiyim, bədənimin narahat olmadığı, özümün ən pis əməlimə (onun cəzasına) düçar olmadığım, övladsız qalmadığım, dinimdən qayıtmadığım, Rəbbimi inkar etmədiyim, imanımdan nigaran olmadığım, dəli olmadığım və məndən qabaqkı ümmətlərin əzabına düçar olmadığım bir halda gecəmi səhər etdi. İxtiyarsız və (itaətdə səhlənkarlıq baxımından) öz nəfsinə zülm edən bir bəndə olduğum halda səhəri açmışam. Allahım, mənə etiraz etmək haqqı Sənə məxsusdur və mənim bir üzr və bəhanəm yoxdur; Sən mənə verdiyindən başqa bir mənfəət əldə etmək qüdrətim yoxdur; Sən məni qoruduğundan başqa bir pislikdən çəkinə bilmirəm.

 

Allahım, Sənin zənginliyində əliboş və kədərli, Sənin hidayət və nicatında azğın, Sənin səltənət və qüdrətində məzlum, ixtiyar Sənin əlində ola-ola (Sənin, istədiyini etməyinə baxmayaraq,) məğlub və xar olmağımdan Sənə pənah aparıram.

 

Allahım, mənim canımı (göz, qulaq, əl, ayaq və digər bədən üzvləri kimi) əziz üzvlərimdən aldığın ilk əziz şey və mənim yanımda qoyduğun əmanət nemətlərin qaytarılanlarının birincisi et. Allahım, Sənin sözlərindən çıxmağımızdan (göstərişlərinə əməl etməməyimizdən), yaxud Sənin dinindən (çıxıb) fitnə və azğınlığa düşməyimizdən və ya Sənin tərəfindən gəlmiş hidayət və nicatdan qabaq nəfsi istəklərimizin bizə hakim olmasından Sənə pənah aparırıq.

  
207- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın Siffeyndə (eşidənlərə öyüd-nəsihət verdiyi və onların dünya və axirət xeyirlərinin açıqlanması barəsində) buyurduğu xütbələrindəndir.

 

Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Allah-təala məni sizə hakim etməklə sizin boynunuzda mənim üçün bəzi haqlar təyin edib. Mənim sizin boynunuzda haqqım olduğu kimi, sizin də mənim boynumda haqqınız vardır. Haqq, vəsf edilərək barəsində danışılan zaman hər şeydən geniş, əməl etmək zamanı isə ən dar şeydir. Kimin başqasının boynunda haqqı varsa, başqasının da onun boynunda haqqı var. Həmçinin başqasının onun boynunda haqqı varsa, onun da (həmin başqasının boynunda) haqqı var. Əgər birinin, boynunda başqalarının haqqı olmadan başqalarının boynunda haqqı olsa, belə bir haqq ancaq eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allaha məxsusdur. Onun yaratdıqlarının (hətta peyğəmbərlər və övliyaların Onun boynunda heç bir) belə bir haqları yoxdur. Çünki Onun qüdrət və qüvvəsi vardır. Onun müxtəlif qəza-qədəri hər nə barəsində cari olsa, o, ədalətlidir. Amma eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah, lütf və kərəminə görə və çox səxavətli, bəxşiş sahibi olduğu üçün itaət etməyi bəndələrin boynundakı Öz haqqı edib və Özünün onların etdiklərinə verdiyi mükafatı bir neçə qat artırıb. Sonra eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah Öz haqlarının bəzilərini, insanların bəzilərinin müqabilində digərlərinə vacib edib və haqları müxtəlif vəziyyətlərdə bərabər müəyyənləşdirib. Onların bəzilərini digər bəziləri müqabilində vacib edib və həmin haqların bəziləri ancaq digər bəziləri müqabilində gerçəkləşir. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın vacib etdiyi haqların ən böyüyü valinin rəiyyətin və rəiyyətin valinin boynunda olan haqqıdır. Eyb və nöqsan sifətlərdən uzaq və pak olan Allah bu hökmü vali ilə rəiyyətin hər birinə vacib edib və onu, onların bir-birlərini sevmələri üçün nizam-intizam və rahatlıq vasitəsi və dinlərinin izzəti edib. Buna görə də rəiyyətin halı, hökmdarların gözəl rəftarlarından başqa bir şeylə yaxşılaşmır. Həmçinin hökmdarların halları rəiyyətin onların göstərişlərini yerinə yetirməkdə əzmkarlıq göstərmələrindən başqa bir şeylə yaxşılaşmır. Buna görə də rəiyyət valinin və vali rəiyyətin haqqını əda etsə, aralarındakı haqq möhtərəm, dinlərinin qayda-qanunları bərqərar, ədalət və düzlüyün nişanələri bərpa və sünnələr (Həzrət Peyğəmbərin hökmləri) öz yerində icra olar və onun nəticəsində dövran düzələr, dövlət və hökumətin daimiliyinə ümid bəslənilər və düşmənlərin tamahları yoxa çıxar (yadlar onlara hakim ola bilməzlər). Əgər rəiyyət valiyə qalib gəlsə (onun əmr və çəkindirmələrini yerinə yetirməsə), yaxud vali rəiyyətə qarşı həddi aşaraq zülm etsə, onda söz ayrılığı baş verər (sözləri bir olmaz və onlar bir-birləri ilə yekdil olmazlar), zülm nişanələri üzə çıxar, dində fitnə-fəsadlar çoxalar və sünnəyə əməl etmək tərk edilər. Beləliklə, nəfsi istəklərə əməl edilər və şəriətin hökmləri icra edilməz. İnsanların dərdləri (oğurluq, qan tökülməsi, təhlükə, bahalıq və çətinlik) çoxalar və böyük haqqın əda edilməməsi və batil və nahaqqın həyata keçməsi üçün heç kəs kədərlənməz. Nəticədə həmin zamanda yaxşı əməl sahibləri xar, pis əməl sahibləri isə möhtərəm olarlar və (günahların saysız-hesabsız olmasına görə) Allahın, bəndələri məsuliyyətə alması çoxalar. Buna görə də həmin haqqın əda edilməsində sizlər bir-birlərinizə öyüd-nəsihət verin və kömək edin (ki, nəticədə dünya və axirət səadət və xoşbəxtliyini əldə edəsiniz). Çünki heç kəs Allaha layiq itaət və tabeçiliyin həqiqətinə çatmır, hətta Onun razılığını qazanmağa həris olub əməl və bəndəlikdə çox çalışsa belə! Amma Allahın bəndələrə vacib etdiyi haqlardan biri də onların öz aralarında imkan olan və gücləri çatan qədər haqqı icra etmək üçün bir-birlərinə öyüd-nəsihət vermələri və kömək etmələridir. Heç kəs - hətta məqam və dərəcəsi hər nə qədər böyük olsa və dində üstünlüyə malik olsa belə, Allahın Öz haqqından ona kömək edilməsini vacib etdiyi yardımdan ehtiyacsız deyil. (Buna görə də haqq yolda və ona vacib olan şeydə başqasının yardımına ehtiyacı olmayan bir kimsə yoxdur.) Həmçinin heç kəs, hətta xalqın kiçik saydığı və gözlərdə balaca görünən şəxs, haqqın əda edilməsində başqasına yardım göstərməkdə və ya onun özünə yardım göstərilməsində əhəmiyyətsiz deyil. Sonra (həmin vaxt) o Həzrət əleyhis-salamın səhabələrindən biri uzun bir söhbətdə o Həzrətə cavab verib onu çox təriflədi və İmama, eşitdiklərinə tabe olduğunu bildirdi. Sonra İmam əleyhis-salam buyurdu:

 

Yanında Allahın cəlalı böyük olan və qəlbində Onun məqamı uca olan kəsin gözündə Allahın böyüklüyü və yüksək məqamlılığına görə Ondan başqa hər bir şey kiçik görünməyə layiqdir. Belə olmağa daha layiqli (Allahın böyüklüyü müqabilində heç bir böyüklük görməməli) kəs, barəsində Allahın neməti çox olan və Allahın gözəl ehsanlar etdiyi kimsədir. Çünki Allah kimə çox nemət veribsə, Allahın onun boynunda olan haqqının böyüklüyü də artıb. Saleh insanların gözündə hökmdarların ən pis vəziyyətləri onların öyünməyi və özlərini tərifləməyi sevmələrinin güman edilməsi, həmçinin onların əməllərinin lovğalıq və özündən razılıq kimi başa düşülməsidir. Mən sizin mənim, tərifləməyi və (sizdən) tərif eşitməyi sevməyimi güman etməyinizi xoşlamıram. Allaha şükr olsun ki, mən belə deyiləm. Əgər özümün mədh edilərək təriflənməyimi sevsəydim də, bu istəyimi əzəmət və böyüklüyə daha layiq olan, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allaha təvazökarlığa görə tərk edər, özümdən uzaqlaşdırardım. İnsanların çoxları bir işdə çalışıb səy göstərdikdən sonra mədh və tərifi şirin hesab edirlər. Amma hələ qalmış və yerinə yetirmədiyim haqlar və icrasında naçar olduğum vacibi əməllərin müqabilində Allaha itaətimə və sizinlə xoş rəftarıma görə mənə gözəl təriflər deməyin. Mənə zülmkarlara (xoş gəlmək üçün) deyilən sözləri deməyin. Qəzəbli insanlardan (qəzəblənmələrinə görə) çəkinərək gizlədilən şeyləri məndən gizlətməyin. Zahirdə dostluq göstərmək, yaltaqlıq və (dil ilə) rüşvət verməklə mənimlə ünsiyyətdə olmayın. Mənim barəmdə belə güman etməyin ki, əgər haqq deyilsə, o mənə ağır gələcək və mən özümü böyük tutmaq istəyirəm. (Mənimlə haqq söz deyilməyən itaətsiz hakimlər kimi davranmağınızı istəmirəm.) Çünki deyilən haqq sözü və ya təklif edilən ədalətlilik və düzlüyü ağır sanan kəsə haqq və ədalətə əməl etmək daha ağırdır. Buna görə də haqqı deməkdən və ya ədalətli məsləhətlərdən çəkinməyin. (Qorxub çəkinmədən mənimlə haqq söz danışın, düzlük və ədalət hesab etdiyiniz şeyi bəyan edin.) Çünki mən, Allahın mənim nəfsimə daha malik və güclü olduğu yerlərdə kifayət etməsi istisna olmaqla, nə səhv etməkdən yüksəkdəyəm, nə də öz işimdə ondan amandayam. (Buna görə də buyurur:) Həm mən, həm də siz Ondan başqa tərbiyə edən və yetişdirən olmayan Rəbbin ixtiyarındakı bəndə və quluq. O, bizim özümüzün ixtiyarımız olmayan şeylərimizin maliki və ixtiyar sahibidir. (Buna görə də böyüklük Ona layiqdir və Ondan başqalarının vəzifəsi bəndəlik və itaətkarlıq etməkdir.) O bizi (içində) olduğumuz nadanlıqdan çıxardaraq xeyrimizə olan elmə sövq etdi; bizim azğınlığımızı hidayət və doğru yola çevirdi və bizə korluqdan sonra görmə bəxş etdi.

  
208- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Allah ilə münacatında Qüreyşdən və o Həzrətin haqqını qəsb edənlərdən şikayət kimi buyurduğu) kəlamlarındandır.

 

İlahi, Qüreyşə və onlara kömək edənlərə qarşı (onlardan intiqam almağa) Səndən kömək istəyirəm. Çünki onlar mənim (Həzrət Peyğəmbərlə) qohumluq əlaqələrimi qırdılar (və məni təyin etdiyi xilafəti qəsb etdilər), mənim qabımı (məqam, dərəcə və abır hörmətimi) dağıtdılar və başqasından daha layiq olduğum haqqa görə mənimlə vuruşmaq üçün bir yerə toplaşdılar. Və dedilər: Bil ki, sənin onu əldə etməyin də haqdır, onun səndən alınması da! İndi istəyirsən qəm-qüssə ilə səbr et, istəyirsənsə də təəssüf və kədərlə öl. (Yəni, xilafətin qəsb edilməsinə razı olmasan səbr etmək və ya ölməkdən başqa bir çarən yoxdur.) Beləliklə, həmin zamanda əhli-beytimdən başqa bir dost, müdafiə edən və köməkçinin olmamasını gördüm və ölümün onları haqlamasına heyfim gəldi. (Əhli-Beytimin məhv olmaması üçün dava-dalaşa razı olmadım.) Buna görə də tikan batmış gözlərimi yumdum və boğazımda sümük qalmasına baxmayaraq, ağzımın suyunu uddum; qəzəbi yatırmaq üçün (çox acı bir bitki olan) əbucəhl qarpızından da acı olan və ürəyə böyük bıçaqlardan da çox ağrı verən şeyə səbr etdim. (Seyyid Rəzi deyir:)

 

Bu kəlam (və Cəməl əhli barəsindəki aşağıdakı hissə) bundan qabaq bəyan edilmiş (yüz yetmiş birinici) xütbədə keçdi. Amma mən bu iki rəvayətdə olan fərqlərə görə onu burada bir daha gətirdim.

   
Bu da həmin kəlamın o Həzrət əleyhissalamla müharibə etmək qəsdi ilə Bəsrəyə gedənlər barəsindəki bir hissəsidir 

(Təlhə, Zübeyr və onların tərəfdarları) mənim tərəfimdən təyin edilmiş hakimlərin (Osman ibn Hüneyf və başqalarının), müsəlmanların mənim ixtiyarımda olan beytülmallarının xəzinədarlarının və əhalisinin hamısı mənə tabe olan və beyət etmiş şəhərin sakinlərinin yanına getdilər. Onların arasında təfriqə salaraq mənə münasibətdə olan birliklərini parçaladılar. Şiələrim və tərəfdarlarıma hücum edərək onların bir dəstəsini (beytülmalın gözətçilərini) hiylə və haqsızlıqla öldürdülər. Onların (şiələrin) bir hissəsi isə qılınc çalmaq üçün dişlərini sıxdılar, (müxaliflərə qarşı) həmin qılınclarla vuruşdular və nəhayət, sədaqətlə (pak iman və etiqad ilə) Allaha qovuşdular (öldürüldülər).

  
209- CU XÜTBƏ 

İmam Əli əleyhis-salamın Cəməl müharibəsində Təlhə ilə Əbdürrəhman ibn Əttab ibn Usəydin öldürülmüş cəsədlərinin yanından keçərkən buyurduğu kəlamlarındandır.

 

Hər halda Əbu Məhəmməd (bu, Təlhənin künyəsidir) burda öz diyarından uzaq və qərib düşüb. Bilin, Allaha and olsun ki, mən yer üzündə Qüreyş tayfasından birinin meyidinin sərilməsini istəmirdim. İntiqamı Əbdül Mənaf övladlarından aldım. (Cəməl müharibəsində Aişə ilə birgə olan və onlardan Əbdürrəhman ibn Əttab və Abdullah ibn Rəbiədən başqa heç biri öldürülməyən) Cuməh qəbiləsinin böyükləri isə əlimdən qaçdılar. Həqiqətən də onlar layiq olmadıqları işə boyun uzatdılar və ona çatmamış boyunları sındırıldı. (Dünyapərəstlik üçün xilafət və əmirliyi ələ almaq istədilər, amma arzularına çatmadılar.)

  
210- CU XÜTBƏ 

İmam Əli əleyhis-salamın (əsl arif və həqiqi mömin barəsində buyurduğu) kəlamlarındandır.

 

Həqiqətən (mömin) öz ağlını (pərhizkarlıqla, Allah və Peyğəmbərə tabeçiliklə) elə dirildib və nəfsini (zahidlik, bəndəlik və nəfsi istəklərə tabe olmamaqla) elə öldürüb ki, onun eni (bədəni) nazikləşib, bərki (ürəyi) yumşalıb və çox nurlu (bir) parıltı işıq saçıb ona. (O, yüksək tovhid və Allahı tanımaq məqamına çatıb.) Beləliklə, onun nuru ona yolu (hidayət və nicat yolunu) göstərib. O, həmin nurla (haqq) yolda hərəkət edib. Və mərtəbələr (zahidlik, pərhizkarlıq və ibadət) onu (yüksəldərək) əmin-amanlıq qapısı və yaşayış yerinə sövq edib. (Zahidlik və ibadətin mərtəbələrindən hər biri onu digər mərtəbəyə çatdırar və o, nəhayət, əbədi Cənnəti əldə edər.) Həmçinin ayaqları bədəninin rahatlığı ilə, öz qəlbini məcbur etdiyi iş (haqqın nişanələrində fikirləşərək düşünmək) nəticəsində və Rəbbini razı saldığı şey (itaət və bəndəlik) vasitəsi ilə təhlükəsiz və rahat yerdə möhkəmlənib.

  
211- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın öz səhabələrini cihada (Allah yolunda vuruşmağa) həvəsləndirdiyi kəlamlarındandır.

 

Allah sizdən Onun (nemətlərinin) şükrünü yerinə yetirməyinizi istəyir və Öz hökmdarlıq və səltənətini sizin üçün saxlayıb (yer üzünün başçı və rəhbəri olmağa ancaq Onun dostları layiqdirlər). Geniş müsabiqə meydanında (dünyada) sizə çovqanı (başçılıq və ağalığı) ələ almaq üçün bir-birinizlə yarışmaq möhləti verib. Buna görə də paltarlarınızın bağlarını möhkəm bağlayın və (paltarlırınızın) beldən aşağı düşən artığını böyrəklərə kimi qatlayın (paltarlarınızın ayağın üstünə düşən ətəyini yığın, yaxud çox yeyib-içməkdən çəkinin, necə ki, buyurur:) İş fikrində olmaqla qonaqlıq bir araya sığmaz. (Buna görə də əgər bir iş görmək fikrindəsənsə, canına qulluq etməyi tərk et). Yuxu gündüzün qərarlarını necə də çox pozur və bir-birinə vurur. Qaranlıqlar necə də çox qərarların yada düşməsini zehnlərdən silir.

  
212- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (keçmişlərdən öyüd və ibrət götürmək barəsindəki) kəlamlarındandır ki, onu (Təkasur surəsinin 1 və 2-ci ayələrini yəni,) أَلْهَاكُمُ التَّكَاثُرُ حَتَّى زُرْتُمُ الْمَقَابِرَ bir-birinizə öyünməyiniz sizi (Allahı və qiyamət gününü yada salmaqdan) yayındırdı, o vaxta qədər ki, qəbrlərin ziyarətinə getdiniz ayəsini oxuduqdan sonra buyurmuşdur. Qəribədir, bu, (ölülərlə öyünən üçün ağıl və düşüncədən) nə qədər də uzaq bir niyyət və məqsəddir! (Allahın əzabından) necə də çox qafil və xəbərsiz ziyarətçilərdirlər! Necə də hədsiz rüsvayçı bir iş! Həqiqətən diyar və şəhərləri gedənlərdən boş gördülər, halbuki yada salmaq və xatırlamaq yeri idi. Əsl yada salmaq və xatırlamaq yeri!! (Fəxr etmək və öyünmək məqsədi ilə) onları uzaq yerdən çağırdılar. Onlar atalarının torpağa gömüldükləri yerlərlə fəxr edirlər, yoxsa bir-birləri qarşısında məhv olanların sayı ilə öyünürlər?! (Ölülərlə öyünənlər pis və qanmaz adamlardırlar ki,) cansız düşmüş cəsədlərdən və onların ətalətdə olan hərəkətlərindən (dünyaya) qayıtmalarını istəyirlər (halbuki bu, adi halda və Allah-təalanın istəyi olmadan qeyri-mümkündür). Hər halda ölülər öyünməyə səbəb olmaqdansa, ibrət alınmağa daha layiqdirlər; onların görüşündə təvazökarlıq etmək onları şan-şöhrət vasitəsi etməkdən daha ağıllı addımdır!! Həqiqətən onlara qaranlıq baxışlarla baxdılar və onlar barəsində nadanlıq və cəhalət dəryasına daxil oldular (və buna görə də onların qəbrləri ilə öyündülər). Əgər onları (onların başlarına gələnləri) viran olmuş geniş şəhərlər və boş qalmış evlərdən soruşsalar, (bu şeylər vəziyyətləri ilə) deyəcəklər ki: Onlar itkin və nişanəsiz halda yerin altına getdilər (məhv oldular) və siz nadanlıq və xəbərsizliklə onların arxasınca gedirsiniz; siz onların başlarını tapdalayır, cəsədlərinin üstündə dayanır, kənara atdıqlarında otlayır (dünya malından yerdə qoyduqlarına ürək bağlayır) və xarabalıqlarında (köçdükləri evlərdə) məskunlaşırsınız. Həqiqətən sizinlə onlar arasında olan günlər çox ağlayır və sizin üçün nalandırlar. Onlar sizin həyatınızın sonunun qabağa getmişləridir ki, çeşmələrinizə (ölüm, qəbir və Bərzəx aləminə) sizdən tez çatıblar. Onlar hörmətli məqama, iftixar və öyünmə vasitələrinə malik idilər, bəziləri padşah, bəziləri isə onların rəiyyəti idilər. Bərzəxin dərinliklərində elə yol ilə getdilər ki, həmin yolda yer onların ətlərini yeyib və qanlarını içib. Beləliklə, qəbirlərinin çuxurlarında inkişaf və hərəkəti olmayan cansız, aşkar olmayan gizlin və itkin halda səhəri açarlar. Qorxu onları qorxutmur və vəziyyətin pisliyi onları qəmləndirmir. Zəlzələlərdən iztirab keçirib narahat olmur və möhkəm göy gurultusunun səsinə qulaq vermirlər. Qaib və gizlidirlər ki, heç kəs onların qayıdışını gözləmir. Zahirdə hazırdırlar (gordadırlar və uzağa getməyiblər), amma məclislərdə hazır olmurlar (iştirak etmirlər). Bir yerə toplaşmışdılar, dağılışdılar; bir-birilərinə adət etmişdilər, ayrıldılar. Xəbərlərinin gəlib çatmaması və şəhərlərinin sükuta batması müddətin uzunluğu və mənzillərinin uzaqlığına görə deyil, bəlkə onlara elə bir piyalə içirdiblər ki, danışıqlarını lallığa, eşitmələrini karlığa və hərəkətlərini ətalətə çevirib. Buna görə də onlar, vəziyyətləri düşünülmədən vəsf edilsələr, torpağa düşüb yatmış şəxslər kimidirlər.

 

Qəbristanlıq əhli, bir-birləri ilə əlaqə saxlamayan qonşular və bir-birinin görüşünə getməyən dostlardırlar. Onların aralarındakı tanışlıq nisbətləri köhnəlib və qardaşlıq əlaqələri qırılıb. Beləliklə, onların hamısı bir yerə toplaşmalarına baxmayaraq, tək və kimsəsizdirlər, dost olmalarına baxmayaraq, bir-birlərindən uzaqdırlar. Gecələrinin gündüzü və gündüzlərinin gecəsi yoxdur. Gecə ilə gündüzün hansında köçüblərsə (və qəbristanlıq yoluna düşüblərsə), o, onlar üçün həmişəlikdir. (Əgər gecə olubsa, onun gündüzü olmaz və əgər gündüz olubsa, onun gecəsi gəlməz.) Həmin evin çətinliklərini təsəvvür etdiklərindən daha ağır müşahidə etdilər və həmin dünyanın nişanələrini (savab və cəzasını) fikirləşdiklərindən daha böyük gördülər. Beləliklə, həyatın o iki sonluğu (ölümdən sonrakı zamanın xoşbəxtlik və bədbəxtliyi) onlar üçün qayıdış yerinə (Cənnət və Cəhənnəmə) kimi uzanır və həmin müddətdə (Cəhənnəmliklər üçün) qorxu və (Cənnətliklər üçün) ümidvarlığın son dərəcəsi və həddi mövcuddur. Buna görə də əgər ölümdən sonra dilə gəlsəydilər (danışa bilsəydilər), gözləri ilə görüb dərk etdiklərini bəyan edə bilməzdilər. Onların nişanələrinin gözdən itməsi və xəbərlərinin kəsilməsinə (heç kəsin onları görməməsinə və sözlərini eşitməməsinə) baxmayaraq, ibrət alan gözlər onları görür və ağıl qulaqları onları eşidir ki, onlar nitqdən ayrı digər bir yolla (öz vəziyyətləri və ibrətlə belə) deyirlər: O gülümsər və təravətli üzlər tutularaq çirkinləşdi; o incə və nazik bədənlər cansız qalıb; köhnə və cırıq paltarlar geyinmişik (kəfənimiz çürüyüb və bədənlərimiz dağılıb); yatağımızın (qəbrimizin) darlığı bizi çox əziyyətə salıb; vahimə və qorxu bizə irs qalıb (bizdən əvvəlkilərin çəkdikləri qəbr əzabı bizə də gəlib çatıb); sükuta dalmış mənzillər üstümüzə viran olub (qəbirlərimiz dağılıb); gözəl bədənlərimiz məhv və göyçək üzlərimiz çirkin olub və qorxulu mənzillərdə qalmaq müddətimiz uzanıb. Qəm-qüssədən qurtula və sıxıntıdan genişliyə çıxa bilmədik!! İndi əgər ağıl və düşüncə ilə onların vəziyyətlərini təsəvvür etsən və ya pərdə arxasındakılar (yəni,) onların qulaqlarında torpaq altındakı heyvanlar tərəfindən nöqsan yaranması və (qulaqların) kar olması, gözlərinə torpaqdan sürmə çəkilməsi və batması, dillərin itilikdən sonra ağızlarda parça-parça olması, qəlblərin oyaqlıqdan sonra sinələrdə ölərək hərəkətdən düşməsi, üzvlərinin hər birində onu çirkinləşdirən və məhv edən yeni çürüntülərin yaranması, ona ziyan dəyməsi yollarının asanlaşması, belə ki, bədənlərinin zərər-ziyanlar müqabilində təslim olması və onları dəf edəcək əllərin, nalə və fəryad qoparacaq qəlblərin olmaması - sənə aşkar olsa, qəlblərdəki kədəri və gözlərdəki tikanı görərsən ki, onlar üçün bu rüsvayçılıq və məşəqqətlərin hər birində dəyişməyən hal və aradan qalxmayan çətinlik vardır.

 

Yer, dünyada naz-nemət içində olan, kef çəkmək və ucalığın yetişdirməsi olan nə çox möhtərəm bədəni və heyranedici rəng sahibini yeyib! O, qəm-kədər zamanı şadlığa üz tutardı və həyatının gözəlliyinə xəsis, boş və əbəs işlərə həris olduğu üçün ona müsibət və kədər gələndə kef çəkməyə üz tutar və özünü qəm-qüssədən yayındırardı. Beləliklə, dünya ona və o, dünyaya güldüyü halda (hər birinin diqqəti digərində olanda) çox qəflət içində olan həyatın şadlıqları əsnasında birdən fələk onu öz tikanı ilə sancdı və qüvvələrini darmadağın etdi (müxtəlif bəla və dərdlərə düçar etdi). Ölüm alətləri ona yaxından tamaşa edirdilər. Beləliklə, o, tanış olmadığı kədərə düçar oldu və bundan qabaq üzləşmədiyi gizli əzab-əziyyətlərlə yoldaş oldu. Xəstəliklər nəticəsində onda çoxlu zəiflik və süstlük yarandı. Amma belə olan halda, yenə də öz sağlamlığına tam inamı var idi (ölmək ehtimalı vermirdi). Qorxub tez təbiblərin istiliyin soyuqluqla müalicə edilməsi və soyuqluğun istiliklə aradan qaldırılması kimi ona adət etdirdikləri şeyə üz tutdu. Amma soyuq dərman istilik xəstəliyini söndürmür, əksinə, onu artırırdı. Həmçinin isti dərman soyuqluq xəstəliyinə onu oynadaraq ağırlaşdırmaqdan başqa bir şey etmir, sağaltmırdı. Münasib mürəkkəb və bəsit dərmanların bir-birinə qatışdırılması ilə onun təbiəti mötədilləşmədi və əksinə, həmin tərkiblər hər bir dərdə kömək edərək onu gücləndirirdi. Nəhayət, (xəstəlik və dərdin çətinlik və uzunluğu nəticəsində) onun təbibi süstləşərək aciz qaldı (onun sağalması üçün hansı dərmandan istifadə edəcəyini bilmədi), xidmətçisi yaddan çıxardı (əlini ondan üzdü), arvad-uşağı və onun qəmini çəkənlər dərdini açıqlamaqdan yoruldular və onun vəziyyətini soruşanların cavabında lal oldular (nəticəsi olan bir söz demədilər). Və onun yanında bir-birləri ilə gizlətdikləri qəmli xəbərdən danışdılar. Biri deyirdi: Onun vəziyyəti elə olduğu kimidir. Digəri onları onun yaxşılaşacağına ümidvar edirdi. Başqa biri onlara onun ölümünə görə təsəlli verirdi və həmin xəstədən qabaqkıların yolu ilə gedilməsini yadlarına salırdı. (Deyirdi ki: Bizdən qabaqkılar bu dünyadan köçüb gediblər. Biz də onlara tabe olub bu dünyadan getməyə naçarıq.) O, bu vəziyyətdə dünyadan ayrılıq və dostlardan uzaqlıq (quşunun) qanadlarına mindiyi əsnada, birdən qəm-qüssələrindən biri ona hücum edər. Beləliklə, onun zirəklik və düşüncələri sərgərdan qalaraq işdən düşər, dilinin rütubəti quruyar. Nə çox mühüm suallar ki, onların cavabını bilər, amma bəyan etməkdə aciz qalar. Nə çox qəlbini ağrıdan səslər ki, onları (ata kimi) ehtiram göstərdiyi böyükdən və ya (övlad kimi) mehriban olduğu kiçikdən eşidər, amma (cavab vermək qüdrəti olmadığı üçün) özünü karlığa vurar. Həqiqətən ölümün, hamısının bəyan edilməsi və ya dünya əhlinin ağıllarının onları dərk və qəbul etməsi çox çətin olan müşkülləri vardır.

  
213- CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Allahı zikr etməyin fəziləti və Allahın zikrinə məşğul kimsələrin vəsfi barəsində olan) kəlamlarındandır ki, onu (Nur surəsinin 37-ci ayəsi) رِجَالٌ لَّا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَن ذِكْرِ اللَّهِ o kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən yayındırmaz ayəsini oxuyarkən buyurmuşdur:

 

Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah Öz zikrini və Onu yada salmağı qəlblərin cilası və nuru edib ki, onun vasitəsi ilə (Onun əmr və qadağalarını) karlıqdan sonra eşidər, qaranlıqdan (nadanlıqdan) sonra görər, düşmənçilik və ədavətdən sonra itaətkar və ram olarlar (Onun razılığını qazanarlar). Nemət və bəxşişləri əziz olan Allahın həmişə bəzi zaman mərhələlərində və şəriətlərin nişanələrinin itdiyi zamanlarda, düşüncələrində onlarla gizli danışdığı və ağıllarının dərinliklərində söhbət etdiyi bəndələri vardır. (Onlar həmişə Allahı zikr edərək ağıl və düşüncələri ilə Onunla danışarlar.) Onlar çırağı (hidayət və nicat çırağını) göz, qulaq və qəlblərindəki oyaqlıq və sayıqlıq nuru ilə işıqlandırıblar. (Xalqa) Allahın günlərini (müsibət və itaətsizlik nəticəsində məhv olmuş keçmişlərin əhvalatlarını) xatırladırlar (bəyan edirlər ki, ibrət götürsünlər) və (onları) Onun əzəmət və böyüklüyü ilə qorxudurlar (deyirlər ki: Allahdan qorxun və günah etməyin. Çünki O, hər yerdə var və hər şeyi görür və sizi məhv etməyə qadirdir). Onlar çöldəki bələdçi kimidirlər ki, orta yol ilə gedən (ədalət və sədaqətlə davranan) kəsin yolunu mədh edirlər və (onu azğınlıqdan) nicat tapdığı üçün müjdələyirlər. Sağ və sol tərəfə gedən (hər bir işdə ifrata varan və ya səhlənkarlıq edən) kəs üçün isə yolunu pisləyərək onu məhv olmaqdan çəkindirirlər. Onlar bu sifətlərlə həmin qaranlıqların (nadanlıq zülmətlərinin) çıraqları və şübhələrin (azğınlıq şübhələrinin) bələdçiləridirlər. Həqiqətən Allahı zikr etməyin öz adamları var ki, onlar onu dünyanın əvəzində götürüblər. Ticarət və alış-veriş onları Ondan yayındırmır. Onlar ömür günlərini Allahı zikr etməklə keçirirlər. Allahın haram və qadağan etdiklərindən çəkindirən sözlərlə xəbərsizlərin qulaqlarında fəryad qoparırlar. Başqalarını ədalət və düzlüyə buyurur və özləri onu yerinə yetirirlər. Bəyənilməyənlərdən (çirkin söz və əməllərdən) çəkindirir, özləri də çəkinirlər. (Axirətə elə iman və yəqinləri var) sanki dünyanı sona çatdırıb axirətə daxil olublar, oradadırlar və (bu) dünyadan sonra olanları (başqalarının xəbərdar olmadıqları axirət işlərini) gözləri ilə görüblər. Elə bil ki, Bərzəx əhlinin orada olduqları müddətdəki gizli hallarından xəbərdardırlar və qiyamət, vədlərini onlara sübut edib (onun barəsində heç bir şəkk-şübhələri yoxdur). Beləliklə, dünya əhlinin gözləri qarşısından həmin səhnələr üzərindəki pərdələri elə götürüblər (iman və yəqin nuru ilə gördüklərini elə faş ediblər) ki, sanki onlar (digər) insanların görmədiklərini görür və başqalarının eşitmədiklərini eşidirlər. Əgər onları ağlın ilə, bəyənilən məqamları və layiqli məclislərində təsəvvür etsən (onların ibadət və bəndəlik hallarını nəzərində canlandırsan) - ki, əməllərinin hesab dəftərini açıblar və əmr edilib yerinə yetirmədikləri və ya çəkindirilib səhlənkarlıq etdikləri hər bir kiçik və böyük iş üçün nəfslərinin hesabını aparmağa hazırdırlar, öz ağır günahlarını arxalarına yükləyiblər və onu götürməkdə aciz qalıblar, ağlamaqlarını boğazda boğublar, (hesab aparan zaman) ağlayaraq nalə edə-edə özlərindən sorğu-sual edirlər və təqsirlərindən peşman olub onları etiraf edərək özlərinin Rəbbinə ah-nalə edib fəryad qoparırlar (bağışlanmalarını istəyirlər, xülasə, onları bu halda gözünün önünə gətirsən) - hidayət və nicat nişanələri və gecə çıraqlarını görərsən ki, mələklər onların ətrafına toplaşıblar, onlara rahatlıq və (əzabdan) xatircəmlik nazil olub və göyün (bərəkət) qapıları onların üzünə açılıb. Və onlar üçün Allahın xəbərdar olduğu yerdə şərəfli məkanlar hazırlanıb. Beləliklə, Allah onların (özləri ilə Allah arasındakı hesablarını araşdırılmasındakı) səylərindən razı və məmnundur və onların (günahlardan peşman olma) üsullarını bəyənib. Allah ilə münacat etməklə (günahlardan) bağışlanma mehini hiss edirlər. Onlar Allahın fəzl və kərəminə möhtaclıq girovu və Onun əzəmət və böyüklüyü müqabilində təvazökarlıq əsirləridirlər. Qəm-qüssənin çoxluğu qəlbləri və ağlamağın çoxluğu gözləri yaralayıb. Onların Allaha meyl və rəğbət yolu olan hər bir qapını döyən əlləri var. (Ona yolu olan hər bir qapını döyərək daxil olarlar.) İstəklərini o kəsdən diləyirlər ki, genişliklər Onun yanında daralmır (hər nə qədər bağışlasa və əta etsə səxavət və kərəm dəryasından bir şey əskilmir) və istəyənlər ondan naümid olmurlar. Belə isə sən özün öz hesabını apar. Çünki başqalarının hesabını səndən başqa bir mühasib aparacaq. (Başqalarının hesabını araşdırmağın sənə heç bir xeyri yoxdur. Gərək həmişə öz fikrində olasan və öz hesabını diqqətlə araşdırasan.)

  
214- CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (xalqa öyüd verdiyi) kəlamlarındandır ki, onu (İnfitar surəsinin 6-cı ayəsi) يَا أَيُّهَا الْإِنسَانُ مَا غَرَّكَ بِرَبِّكَ الْكَرِيمِ Ey insan! Səni Kərim olan Rəbbinə qarşı aldadan nədir (ki, göstərişinə əməl etmir, itaətsizlik göstərirsən?) ayəsini oxuyarkən buyurmuşdur:

 

Ey insan! Səni Kərim olan Rəbbinə qarşı aldadan nədir? ayəsinin xitab etdiyi günahkarın dəlil və sübutu ən səhv dəlillərdəndir. Və o, bəhanəsi heç qəbul edilməyən aldanmış kimsədir. Həqiqətən o özünün nadan qalmasına israr edib.

 

Ey insan! Səni günah etməyə nə cürətləndirdi? Rəbbin müqabilində səni məğrur edən nə oldu? Səni, özünü məhv etməyə nə alışdırdı? Məgər dərdinin dərmanı yoxdur, yaxud yuxudan ayılmayacaqsan? Başqasına rəhm etdiyin şeydə öz canına yazığın gəlmir? Çox vaxt birini günün altında görür və onun üstünə kölgə salırsan və ya birini bir dərdə düçar olmuş görürsən ki, dərd onun bədənini yandırır və sən mehribançılıq səbəbindən ona ağlayırsan. Belə isə səni öz dərdinə (günahlarına) səbrli edən, müsibətlərinə dözümlü edən və səni, sənin üçün canların ən əziz və istəklisi olan öz canına ağlamaqdan saxlayan, təmkinli edən nədir? Allahın qəzəbinin gecə ikən haqlaması qorxusu səni necə qorxutmur, halbuki Ona qarşı itaətsizliklərlə Onun qəzəb yollarına düşmüsən? Buna görə də öz qəlbinin süstlük dərdini əzm və (itaətdə) çalışqanlıqla, gözünün qəflət yuxusunu oyaqlıqla dərman et. Allaha itaətkar ol və Onun zikri ilə ünsiyyətdə ol. Sən Ondan üz döndərərkən Onun sənə üz tutmasını təsəvvüründə canlandır (və fikir yolu ilə bax) ki, səni Öz əfv və bəxşişinə çağıraraq fəzl və kərəminə bürüyüb, amma sən Ondan üz döndərərək başqasına üz tutmusan. Bütün bunlarla yanaşı Allah uca, üstün və qüdrətli olmasına baxmayaraq, nə qədər də çox kərimdir və sən, alçaq və aciz olmağına baxmayaraq, çox itaətsizlik etməkdə nə qədər də cürətlisən, halbuki Onun (əfv və bağışlama) pərdəsinin pənahında yaşayır və lütf və ehsanının genişliyində gəzirsən! Amma O, nəinki bəxşiş və mərhəmətini səndən əsirgəməyib və Özünün (bağışlama) pərdəsini sənin (günahların) üzərindən götürməyib, bəlkə sənin üçün yaratdığı nemət və bəxşişdə və ya örtdüyü günahlarında, yaxud uzaqlaşdırdığı bəlalarında bir göz qırpımı Onun lütfündən uzaq olmamısan (halbuki sən yenə də Ona itaətsizlik istiqamətində çalışırsan). İndi Ona (Onun göstərişlərinə) tabe olmaq barəsində nə düşünürsən? Allaha and olsun ki, əgər bu sifət (Allahın sənə üz tutması və sənin Ondan üz çevirməyin) qüvvələri bir və qüdrətləri bərabər olan iki şəxsdə olsaydı (və onlardan üz tutandan uzaqlaşan sən olsaydın) elə özün xoşagəlməz xislətlər və rəftarlarının pisliyinə görə öz ziyan və pisliyinə (öz əleyhinə) hökm verən ilk kəs olardın. (Bəs sənin özün öz pisliyinə hökm verdiyin bir halda, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah müqabilində özünü necə hiss edirsən?) Haqq və düz deyirəm (ki, həqiqətən) dünya səni aldatmayıb, bəlkə sən ona aldanmısan. Dünya sənə öyüd-nəsihətləri aşkar edib və səni ədalət və bərabərliklə xəbərdar edib. Sənə cisminin dərdə düçar olacağı və gücünün azalacağı kimi verdiyi vədlərdə daha doğruçu və vəfalıdır və sənə yalan demir və aldatmır səni. Nə çox nəsihət verən ki, sən onu təqsirləndirirsən (onun ibrətlərindən nəticə çıxarmırsan və sənin nəfsi istəklərinə zidd olduğu üçün ona əhəmiyyət vermirsən). Və nə çox doğru xəbər ki, sən onu yalan sanırsan. Əgər dünyanı xaraba şəhərlər və boş evlərlə tanımaq istəsən, onun gözəl nəsihətçi və öyüd verən olduğunu görərsən ki, mehriban yoldaş kimi səni məhvə çəkməyə qıymır. (Buna görə də buyurur:) Dünya ona ürək bağlamayan üçün gözəl ev və onu vətən (öz həmişəlik yaşayış yeri) etməyən üçün gözəl yerdir. Dünya əhlinin sabahkı (qiyamətdəki) xoşbəxtləri bu gün dünyadan qaçan (və onun malına ürək bağlamayan, vurulmayan) kimsələrdir.

 

Yer möhkəm titrəyəndə və onun qorxu və çətinlikləri ilə qiyamət gerçəkləşəndə, hər bir din əhli öz dininə, bütün sitayiş edənlər öz məbudlarına və bütün tabe və davamçılar öz rəhbərlərinə qovuşanda (söz və əməllərinin araşdırılması üçün bir yerə toplaşanda) Allahın ədaləti müqabilində havaya salınan hər bir nəzər və yerdə atılan hər bir yavaş addıma düzlük və doğruluqla əvəz veriləcək. (Həmin gün hər bir pis və yaxşı iş, hətta kiçik olsa belə, aşkar olacaq və onun barəsində sorğu-sual ediləcək.) Beləliklə, həmin gün çox dəlil və sübutlar batil olacaq və insanın sığındığı çox üzr və bəhanələr qəbul edilməyəcək. Buna görə də öz əməlindən, vasitəsi ilə bəhanələrin qəbul ediləcək və dəlilin möhkəmlənəcək şeyi istə. Sənin onun üçün qalmayacağın şeydən (dünyadan) sənin üçün qalacaq şeyi (Allaha itaət və xalqa xidməti) götür. Öz səfərin üçün hazır ol. (Çətinliklərindən) nicat və qurtuluş işığına nəzər sal (gör hardan saçır və hara gedir) və yəhəri cəld və çevik dəvələrin belinə bağla (axirət səfəri üçün azuqə və minik tədarükü gör ki, yolda qalmayasan və çətinliklərlə qarşılaşmayasan).

  
215- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (öz vəsfindəki) kəlamlarındandır (ki, onda zülm, sitəm və haqsızlıqdan uzaq olmasını bəyan edib).

 

And olsun Allaha ki, gecəni (iti tikanları olan) dəvətikanının üstündə oyaq keçirməyim və (əl, ayaq və boynumun) zəncirlə bağlanaraq öldürülməyim, mənim üçün qiyamət günü Allah və Peyğəmbərə, bəndələrin bəzilərinə zülm edib dünya malından bir şey qəsb etmiş halda qovuşmaqdan daha xoşdur. Sürətlə köhnəlməyə və çürüməyə doğru gedən (cavanlıq və güclülüyü çox tez qocalıq və zəifliklə əvəz olan) və torpaq altında qalması uzun çəkəcək nəfsə görə kiməsə necə zülm edim?!

 

And olsun Allaha, (qardaşım) Əqili çox yoxsul və pərişan halda gördüm və məndən sizin buğdanızdan (beytülmaldan) bir batman istədi. Həmçinin onun uşaqlarını qəm-kədərdən tutqun rəngdə, toz-torpaqlı saçlarla gördüm, sanki üzləri mavi rənglə (indiqo ilə) qaraldılmışdı. Əqil öz istəyində təkid edərək sözünü təkrar edirdi və mən onun söhbətinə qulaq asırdım. Güman edirdi ki, mən öz dinimi ona sataraq öz yolumdan əl götürüb onun arxasınca gedəcəyəm (hər nə desə yerinə yetirəcəyəm). Buna görə də onun üçün bir dəmir parçası qızdırıb bədəninə yaxınlaşdırdım ki, ibrət götürsün. O, qızarmış dəmir parçasının ağrısından xəstənin nalə etməsi kimi nalə edib fəryad qopardı və az qalmışdı ki, ondan yansın. Ona dedim: Ey Əqil, analar matəmində ağlasınlar! İnsanın oynamaq üçün qızdırdığı dəmir parçasından nalə qoparırsan, amma məni qüdrətli Allahın qəzəbindən yandırdığı oda tərəf çəkirsən?! Sən bu (az) əziyyətə görə nalə qoparırsan, amma mən Cəhənnəm odundan fəryad qoparmayım?! Əqilin əhvalatından daha təəccüblüsü bir şəxsin axşam, ağzıbağlı qabdakı hədiyyə ilə və nifrət edib barəsində bədbin olduğum, sanki ilanın tüpürcəyi və ya qusmağı ilə qatışdırılmış halva ilə yanımıza gəlməsidir. Ona dedim: Bu hədiyyədir, zəkatdır, yoxsa sədəqə? Zəkat ilə sədəqə biz əhli-beytə haramdır. Dedi: Sədəqə və zəkat deyil, hədiyyədir. (Bu hədiyyəni gətirməkdən məqsədi batil olduğu və əslində onun hədiyyə adlandırdığı şey rüşvət olduğu üçün) dedim: Anan matəmində ağlasın. Məni Allahın dininin yolu ilə gəlib aldadırsan? (Məni bu yolla aldatmaq istədiyini) dərk edib anlamırsan, yoxsa dəlisən və yaxud boş-boş danışırsan? Allaha and olsun, əgər yeddi iqlimi onların göylərinin altında olan bütün şeylərlə birlikdə mənə versələr ki, bir qarışqanın ağzından arpanın qabığını çıxarmaqla Allaha itaətsizlk edim, etmərəm. Həqiqətən sizin dünyanız mənim yanımda çəyirtgənin ağzında çeynədiyi yarpaqdan da ucuz və dəyərsizdir. Əlinin əldən çıxan nemət və qalmayacaq ləzzətlə nə işi? Ağlın yuxuya getməsindən (və onun dünyanın fitnə-fəsadlarını başa düşməkdən xəbərsiz qalmasından) və sürüşmənin (və azğınlığın) çirkinliyindən Allaha pənah aparıram və (bütün hallarda) ancaq Ondan kömək diləyirəm.

  
216-CI XÜTBƏ 

İmam Əli əleyhis-salamın (var-dövlətli olmağı istəmək və yoxsulluğa düçar olmamağı diləmək üçün olan) dualarındandır.

 

Allahım, mənim abrımı varlılıqla qoru və şəxsiyyətimi yoxsulluqla alçaltma ki, Sənin ruzi verdiklərindən ruzi istəməyim, yaratdıqlarının pis əməllərində mehribançılıq axtarmayım, mənə bir şey əta edən kəsi mədh etməyə məcbur olmayım və mənə bir şey verməyən kimsənin pisliyinə danışmağa düçar olmayım. Bütün bunlardan sonra Sən verib verməməkdə ixtiyar sahibisən. Çünki hər bir şeyin ixtiyar və qüdrəti Sənin əlindədir.

  
217- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (dünyanın məzəmməti və ölülərin hallarının bəyanı barəsindəki) xütbələrindəndir.

 

Dünya, (əhli) qəm-qüssəyə bürünmüş, hiylə və xəbisliklə məşhurlaşmış (vəfasızlığı gözüaçıq insanlara gizli olmayan) bir evdir. O, həmişə bir halda qalmır. Ona gələnlər (onun yanmaq, batmaq, uçmuş tavanlar altında qalmaq və müxtəlif xəstəliklərə düçar olmaq kimi dərd və əziyyətlərindən) salamat qalmazlar. Onun halları müxtəlifdir və növbələri dəyişməkdədir (bəzən nemət verər, bəzən də zəhmət). Onda kef çəkmək (nəfsin istəklərinə tabe olmaq) məzəmmət edilib və onda rahatlıq tapılmır. Onun əhli, onda bəla oxlarına hədəfdir ki, dünya öz oxlarını onlara tərəf atır (hər birini bir dərdə düçar edir) və ölümlə məhv edir.

 

Ey Allah bəndələri! Bilin ki, həm siz və həm də bu dünyada sizi əhatə edən şeylər (onun mal, bina və bər-bəzəyi) sizdən qabaq keçənlərin yolundasınız. Onların ömürləri sizinkindən daha uzun, şəhərləri daha abad və nişanələri daha mühüm idi. Onların səsləri kəsilib (danışmırlar), küləkləri yatıb (təkəbbür və məğrurluqları aradan gedib), bədənləri çürüyüb, şəhərləri boş qalıb və nişanələri yoxa çıxıb. Ucaldılmış qəsrlər, möhkəm tikililər və böyük balışları möhkəm daşlar və ləhədə (qəbrin içində olan çuxura) birləşmiş qəbirlərlə əvəz ediblər. O qəbirlər ki, onların astanası viran olub və binası torpaq ilə möhkəmlənib. Həmin qəbirlər bir-birlərinə yaxındırlar. Amma sakinləri qərib və tənhadırlar. (Hər birinin qəbrinin digərinin qəbrinə yaxın olmasına baxmayaraq, onlar bir-birləri ilə görüşmürlər.) Onlar elə bir məhəllə sakinləri arasında məskunlaşıblar ki, (bir-birləri ilə qaynayıb-qarışmadıqları üçün) qorxu içindədirlər; zahirdə rahat olan bir dəstənin içindədirlər, amma əzab-əziyyətdədirlər (bir işləri yoxdur, amma əslində saysız zəhmət və məşəqqətlərə düçardırlar). Vətənlərə (özlərinin həmişəlik yaşayış yerlərinə) uyuşmurlar. Yaxın və qonşu olmalarına baxmayaraq, qonşular kimi bir-birləri ilə qaynayıb-qarışmırlar. Çürüntü onları öz sinəsi ilə yediyi və daş-kəsək onları udduğu (məhv etdiyi) halda onların arasında necə görüş ola bilər?! Özünüzün onların getdikləri yerə getmiş olduğunuzu, həmin yatağın (qəbrin) sizi girov götürməsini və həmin əmanət yerinin sizi qoynuna almasını təsəvvür edin. Belə isə (ey dünyaya aldananlar) əgər sizin işləriniz (qəbir və Bərzəx aləmi) sona çatsa və ölüləri qəbirlərdən (hesabları araşdırmaq üçün) çıxarsalar, sizin vəziyyətiniz necə olacaq? (Qurani-Kərimin Yunus surəsinin 30-cu ayəsində deyilir ki:) هُنَالِكَ تَبْلُو كُلُّ نَفْسٍ مَّا أَسْلَفَتْ وَرُدُّواْ إِلَى اللّهِ مَوْلاَهُمُ الْحَقِّ وَضَلَّ عَنْهُم مَّا كَانُواْ يَفْتَرُونَ Həmin vaxt hər bir kəs əvvəlcədən qabağa göndərdiyi şey (yerinə yetirdiyi əməl) ilə imtahan ediləcək (onun xeyir-ziyanını görəcək) və həqiqi ixtiyar sahibi olan Allahın hüzuruna qaytarılacaqdır. Onların uydurduqları şey (bütləri Allahın şəriki bilib onların şəfaətlərinə göz dikmələri) işlərinə yaramayacaq.

  
218- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Allahın mədhi və əfv edilərək bağışlanma istəmək barəsindəki) dualarındandır.

 

Allahım, Sən öz dostlarınla bütün dostlardan çox dostsan və onların Sənə təvəkkül etdikləri işlərinin islah edilməsinə onların özlərindən də hazırsan (hər bir şeyə qadir olduğun üçün istəyən kimi hər bir işi görürsən). Batinlərini görür, düşüncələrindən xəbərdarsan və gözüaçıqlıq və ağıllarının miqdarını bilirsən. Beləliklə, onların sirləri Sənin yanında aşkardır və qəlbləri Sənə doğru yönəlib. Tənhalıq onları vahiməyə salanda Sənin zikrin onlarla ünsiyyətdə olur, qəm-qüssə onlara qalib gələndə Sənə pənah aparmağa sığınırlar. Çünki bilirlər ki, işlərin sükanı Sənin (qüdrət və qüvvət) əlindədir və onların mənşəyi Sənin qəzavü-qədərindir.

 

Allahım, əgər nə istəyəcəyimi bilməsəm və öz istəyimdə çaş-baş qalsam, məni xeyrim olan şeyə yönəlt və qəlbimi xeyir və yaxşılığım olan şeyə tərəf döndər ki, əgər məni istiqamətləndirsən, bu Sənin hidayət etmələrinin münasib olmayanı və istəkləri rəva etməklərinin qəribə və təəccüblüsü deyil. (Çünki Sən hidayət edən və istəkləri rəva edənsən.)

 

Allahım, mənimlə ədalətinlə deyil, əfv və bağışlamanla davran. (Çünki ədalətlə rəftar etmək cəzalanmağıma və çətinliyə düşməyimə səbəb olar.)

  
219- CU XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Ömər barəsində tövriyə yolu ilə buyurduğu, yəni, zahirdə onu tərifləməsi kimi görünən, amma batində onu məzəmmət etdiyi və buna görə də üçüncü xütbədə buyurduqları ilə heç bir ziddiyyət təşkil etməyən) kəlamlarındandır.

 

Allah filankəsin (Ömər ibn Xəttabın) şəhərlərinə bərəkət versin və qorusun ki, o, (Bəzilərinin fikrincə) əyriliyi düzəltdi (azğınları yola gətirdi), xəstəliyi müalicə etdi (bir sıra şəhərlərin əhalisini İslam dininə qovuşdurdu), sünnəni bərqərar etdi (Peyğəmbərin hökmlərini icra etdi) və fitnə-fəsadı arxaya atdı (onun zamanında bir fitnə baş vermədi). Dünyadan pak paltar və az eyblə getdi (Osman kimi özünü çirkinliklərə bulaşdırmadı). Xilafətin xeyrini əldə etdi və onun şərini qabaqladı (nə qədər ki, var idi xilafət işi nizam-intizamda idi və onda heç bir pozğunluq yaranmadı). Allahın itaətini yerinə yetirərək itaətsizlikdən çəkinib Onun haqqını əda etdi. O (dünyadan) köçdü, (lakin) onları (müsəlmanları) elə haçalanmış yollarda qoyub getdi ki, o yollarda yolunu azan hidayət, hidayət edilmiş isə yəqinlik tapmaz.

  
220- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın xalqın onunla beyətinin necəliyi barəsindəki kəlamlarındandır və bundan qabaq (əlli üçüncü və yüz otuz yeddinci kəlamda) bunun bənzəri başqa kəlmələrlə keçdi.

 

(Mənimlə beyət etmək üçün) əlimi açdınız, mən yumdum, onu çəkdiniz, mən saxladım. Ondan sonra susuz dəvələr su nohurlarına daxil olanda basabas saldıqları kimi izdihamla üstümə töküldünüz. Nəhayət, ayaqqabının ipi (ayaqlardan) açıldı, əba (çiyindən) düşdü, zəif ayaq altında qaldı və xalqın mənimlə beyət səbəbindən sevinci o həddə çatdı ki, uşaqlar şad oldular və zəif qoca, çətinlik və məşəqqətdə olan xəstə və yeni yetişmiş qızlar rübəndsiz onun tamaşasına gəldilər.

  
221- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (pərhizkarlığa yiyələnmək və ölüm haqqında, eləcə də dünyaya aldanmamaq barəsində buyurduğu) xütbələrindəndir.

 

Pərhizkar olmaq və Allahdan qorxmaq (dünya və axirətdə) hidayət və nicat açarı, qiyamət günü üçün azuqə, hər bir əsirlikdən (şəhvətlər və nəfsi istəklərdən) azadlıq vasitəsi və hər bir məhvdən qurtuluşdur. Təqva ilə hacət istəyənin diləyi rəva olur, (əzab və çətinlikdən) qaçan nicat tapır və (Allah-təaladan) çoxlu əta və bəxşişlər əldə edilir. Buna görə də indi ki, əməl yuxarı qalxır (qəbul edilir), tövbə və (günahdan) qayıdış xeyir verir, dua eşidilir (hacətləri qəbul edirlər), dinclik və rahatlıq vaxtıdır (arada ölüm iztirabı və nigarançılıq yoxdur) və qələmlər (yaxşı və pis əməlləri yazanların qələmləri) işləyir (öləndən sonra işdən düşən kimi deyil) iş görün (axirət səfəri üçün azuqə götürün). (Cavanlıqdan qocalığa, güclülükdən zəifliyə) dəyişən ömrün, yaxud (işdən) saxlayan xəstəlik və dərdin və ya (həyatı) oğurlayan ölümün müqabilində ibadət və itaətə tələsin! Çünki ölüm sizin sevinc və ləzzətlərinizi məhv edərək istəklərinizi yox edəcək və düşüncələrinizi uzaqlaşdıracaq. O, sevilməyən görüşçü, (hər nə qədər şücaətli və güclü olsan da) məğlub olmayan mübariz və sorğu-suala tutulmayan intiqamçıdır. Onun tələləri sizi tutub, qəm-qüssə və həlakətləri sizi əhatə edib, (oxlarının) ucları sizi hədəf alıb, üstünlük və qüdrəti aranızda əhəmiyyətlidir və zülmü ardıcıl olaraq sizə çatır. Qılıncının zərbəsinin boşa çıxması çox az mümkündür. Buna görə də kölgələrinin qaranlığının, dərdlərinin şölələnməsinin, çətinliklərindən yaranan özündən getmələrin tutqunluqlarının, dərdlərin canı almalarının, qara geyindirmələrinin və pis dadı daddırmasının sizi haqlaması yaxındır. (Ölüm istəyib-istəməməkdən asılı olmayaraq hamını tapacaq) sanki qəflətən sizin yanınıza gəlib, sir danışanlarınızı susdurub, müşavirlərinizi dağıdıb, nişanələrinizi məhv edib, şəhərlərinizi sahibsiz qoyub və varislərinizi, irslərinizi (həmin vaxt sənə) xeyri olmayan məxsus qohumlar, (sənin ölümünün) qarşısını almayan qəmli qohumlar və (sənin ölümündən) kədərlənməyən xoşhallar arasında bölüşdürmək üçün göndərib. Belə isə (itaət və bəndəlikdə) səy və təlaş edin və azuqə götürülən yerdə (axirət səfərinə) hazır olaraq azuqə götürün. Dünya həyatı keçib gedənlərinizi aldatdığı kimi sizi aldatmasın. O kəslər ki, onun südünü sağdılar (ondan çox bəhrələndilər), ona aldandılar (ləzzət və şadlıq onları qiyamət gününün hesabından qafil etdi), onun sayını ləğv etdilər (günlərini qəflət və xəbərsizliklə sona çatdırdılar) və onun təzəsini köhnəltdilər (cavanlığı qocalığa çatdırdılar). Evləri gorlar, var-dövlətləri isə başqalarının mirası oldu.Qəbrlərinin üstünə gələni tanımazlar, onlara ağlayana əhəmiyyət verməzlər və onları çağırana cavab verməzlər. Buna görə də dünyadan çəkinin. Çünki o, çox hiyləgər, aldadan və ələ salandır. O, bağışladığını geri alan və geyindirdiyini soyundurandır. Onda olan rahatlıq həmişəlik deyil və onun çətinlikləri sona çatmır, dərd-bəlası sakitləşmir. (Buna görə də ağıllı adam belə bir dünyaya ürək bağlamaz və mümkün olan qədər Allah və Peyğəmbərin razılığını əldə edər.)

  
Bu da həmin xütbənin zahidlər barəsindəki bir hissəsidir 

Zahidlər (zahirdə) dünya əhlindən olan, amma (batində) onun əhli olmayan bir dəstədirlər. Buna görə də dünyada onun əhli olmayan kəs kimidirlər (çünki ona ürək bağlamayır, onu müvəqqəti ev sanırlar). Onların dünyadakı əməlləri (ölümdən sonra) gördükləri şey üçündür. Qorxduqları əzabı dəf etməyə tələsirlər. (Dünya əhli ilə oturmalarına baxmayaraq, əslində) bədənləri axirət əhli arasında seyrdədir (iş-gücləri onlarladır). Dünya əhlinin, bədənlərinin ölməsinə əhəmiyyət verməsini görərlər. Onlar isə öz diri qəlblərinin ölməsinə əhəmiyyət verərlər. (İnsanların həmişə qalacaq qəlbi buraxıb fani bədənə yapışmalarını görərlər. Amma onların fikirləri bu olar ki, qəlbin ölməsinə nə səbəb olub və ona çarə qılmaq üçün nə etməlidirlər.)

  
222- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbərin-səlləllahu əleyhi və alih-mədhi barəsindəki) xütbələrindəndir ki, onu Bəsrəyə gedərkən (Bəsrə yaxınlığındakı) Zi-qarda buyurub. Vaqidi onu Cəməl kitabında nəql edib.

 

Həzrət Peyğəmbər məmur edildiyi şeyi bəyan edib və Rəbbinin sifarişlərini (hökmlərini xalqa) çatdırıb. Beləliklə, Allah onun vasitəsi ilə bir-birindən ayrılmış şeyi nizam-intizama saldı, dağınıqları bir yerə topladı və sinələrdə şölələnən düşmənçilikdən və qəlblərdə alovlanan kin-küdurətdən sonra qohumlar arasında birlik yaratdı.

  
223- CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın, səhabələrindən olmuş Abdullah ibn Zəməəyə buyurduğu kəlamlarındandır. Abdullah o Həzrətin xilafəti zamanında onun yanına gələrək (beytülmaldan) bir mal istədi. İmam əleyhis-salam buyurdu.

 

Bu mal nə mənimdir, nə də sənin, bəlkə müsəlmanların (müharibədə kafirlərə qalib gəlib əldə etdikləri) qənimətləri və onların qılınclarının məhsuludur. Buna görə də əgər sən döyüşlərində onlarla şərik olmusansa, onda onlar kimi sənin də payın var. Əks təqdirdə (sənin payın yoxdur, çünki) onların əllərinin topladıqları başqalarının ağzı üçün deyil.

  
224- CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (dilin natiq deyil nitq vasitəsi olması barəsindəki, eləcə də öz zəmanəsinin adamlarını və gələcək insanları vəsf etdiyi) kəlamlarındandır. (Əmirəl-möminin əleyhis-salam bir gün bacısı oğlu Cədə ibn Hübeyrə Məxzumiyə camaata xütbə oxuması göstərişini verdi. Cədə minbərə çıxanda danışa bilmədi. Sonra o Həzrət özü ayağa durub minbərə çıxdı və müfəssəl bir xütbə oxudu ki, onun bir hissəsi belədir.)

 

Bilin, dil insanın bir parçasıdır ki, əgər şəxs aciz olsa, söz onunla yoldaşlıq etməz. Həmçinin əgər şəxs bacarıqlı olsa, söz dilə imkan verməz. Biz (Peyğəmbər Əhli-Beyti) söz şahlarıyıq (söz bizim əmrimizə tabedir) və onun kökləri bizə batıb və budaqları bizim üstümüzə sərilib (hər bir məsələni lazım olan zaman fəsahət, bəlağət və dolğunluğun son həddində bəyan edə bilirik).

 

Allah sizi bağışlasın, bilin, siz elə bir zamanda yaşayırsınız ki, onda haqq danışan az, dil doğruçuluqda süst və haqqı axtaran xardır. İnsanlar (Allah və Peyğəmbərə) itaətsizliyə hazırlaşıblar və (nəfsi istəklərə tabe olmaq üçün) bir-birləri ilə uyuşmaqda yoldaşlıq edərək birləşiblər. Cavanları pis xasiyyətli, qocaları günahkar, alimləri ikiüzlü və danışanları yaltaqdır. Kiçikləri böyüklərinə hörmət qoymur və varlıları yoxsullarına əl tutmur.

  
225- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın kəlamlarındandır. Zeləb Yəmani, Əhməd ibn Qutəybədən, o, Abdullah ibn Yəziddən və o, Malik ibn Dihyədən nəql edib ki: Biz Əmirəl-mömininin yanında idik və insanlar arasındakı fərqlərdən (bədənlərinin, əxlaqlarının və davranışlarının yaxşı və pisliyindən) söz düşdü. O Həzrət buyurdu:

 

Maya və yaradılışlarının mənşə və başlanğıcı onlar arasında ayrılıq salıb. (Onların fərqlərinin səbəbi vücuda gəldikləri və yaradıldıqları ünsürlərin müxtəlif olmasıdır.) Bu, onların şor və şirin yerin və bərk və yumşaq torpağın bir parçası olmalarına görədir. (Xülasə, onların müxtəlif olmalarının səbəbi müxtəlif yerlərdə yetişən qida məhsullarından təşkil olunmuş nütfələrdir.) Buna görə də onlar (nütfələri təşkil olunan qidaların yetişmə) yerlərinin yaxın olması qədər bir-birlərinə yaxındırlar (və xasiyyətləri birdir). Eləcə də həmin yerin fərqliliyi miqdarında (sifətlərində) bir-birlərindən fərqlidirlər. Buna görə də (bəzən) gözəl üzlü ağlı az, uzun boylu az himmətli, gözəl əməlli çirkin üzlü, qısa boylu uzaqgörən, gözəl təbiətli pis xislətə bürünmüş, avara-sərgərdan və çaşqın qəlbli ağılı dağınıq və tutqun və xoş dilli qəlbi iti (bilikli və gözüaçıq) olur.

  
226-CI XÜTBƏ 

İmam Əli əleyhis-salamın Allahın Peyğəmbərini (səlləllahu əleyhi və alih) qüsl verib kəfənləyərkən buyurduğu kəlamlarındandır.

 

Atam-anam sənə fəda olsun, ey Allahın Peyğəmbəri! Həqiqətən sənin ölümünlə başqalarının (digər peyğəmbərlərin) ölümü ilə kəsilməyən şey - nübüvvət, ilahi hökmlər və səma xəbərləri kəsildi. (Sən öz müsibətində) tək və yeganəsən. Belə ki, digər müsibətlərə təsəlli verənsən. (Çünki sənin müsibətin bütün müsibətlərdən böyükdür.) (Öz vəfatınla dünyadan köçməyinlə isə) ümumisən. Belə ki, insanlar səndə (sənin matəmində) yeksandırlar. (Bu müsibətdə heç kəs kədərsiz deyil.) Əgər səbrliliyə əmr edib nalə, fəryad və fəğan qoparmaqdan çəkindirməsəydin, (sənin ayrılığına görə çox ağlamaqla) həmişə göz yaşlarımın bulaqlarını qurudardım və dərd-qəm daimi və hüzn və kədər həmişə bərqərar olardı. Sənin müsibətində göz yaşının quruması, hüzn və kədərin daimi olması azdır. Amma ölüm elə şeydir ki, onu aradan qaldırmaq mümkün deyil və onu dəf etmək imkansızdır. Atam-anam sənə fəda olsun, bizi Rəbbinin yanında yada sal və öz yadında saxla (bizi unutma və Allah-təaladan günahlarımızın bağışlanmasını istə).

  
227- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (Allah-təalanın bəzi sifətləri barəsində və Həzrət Peyğəmbərin-səlləllahu əleyhi və alih-mədhindəki) xütbələrindəndir.

 

Şükr o Allaha layiqdir ki, hiss və duyğular Onu (Onun zat və həqiqətini) dərk etməz, məkanlar Onu əhatə etməz, gözlər Onu görməz və pərdələr Onu örtməzlər. Və yaratdıqlarının yaranması və zahir olması ilə Öz vücudunun qədimlik, əbədilik və varlığına dəlildir. Həmçinin yaranmışların bir-birlərinə oxşamaları Onun bənzərinin olmamasına dəlildir. O, Öz vədinə əməl edən və bəndələrinə zülm etməkdən uzaq olan Allahdır. Yaratdıqları ilə ədalətlə davranır və Öz hökmünü onlara düzlük və doğruluqla icra edir. Əşyaların hadis (sonradan yaradılmış) olmaları ilə Öz əzəliliyinə, onların nişanələri etdiyi acizlikləri ilə Özünün qüdrətliliyinə və onların naçarlıq üzündən barəsində narahat olduqları fanilikləri ilə Öz əbədiliyinə (ağıllardan) şahidlik etmələrini istəyib (ki, onlar hər bir hadis və yaradılmışın yaradanının olması və Allahın hadis olmaqdan və naqislikdən pak və uzaq olması qərarına gəlsinlər). O, bir və təkdir, amma ədəd və say əsasında olan birlik və təklik yox! Həmişə olub və var, amma müddət və zaman hesabı ilə yox! (Çünki zamanın yaradıcısı Odur.) Durub və bərqərardır, amma sütun və hamilərlə (onu saxlayan şeylə) yox! (Çünki hər bir şey Ona söykənir və arxalanır.) Zəkalar Onu dərk edər, amma (hisslərlə) dərk etmək yolu ilə yox. (Çünki O, zehinlərdə sığışmaqdan pak və uzaqdır.) Görünənlər (və ya gözlər) Onun vücudunun varlığına şəhadət verirlər, amma birgə, bir yerdə olmasına görə yox. (Çünki məhdud deyil ki, bir yerdə olsun, digər bir yerdə isə olmasın və ya göz Onun başını görsün.) Düşüncələr Onu əhatə etməyib (Onun zatının dərinliyini və həqiqətini dərk etməyiblər), bəlkə düşüncələr vasitəsi ilə düşüncələrə aşkar olub. (Ağıl düşüncə yolu ilə Ona yol tapıb, amma Onun zatının həqiqətini dərk etməyib. Çünki cisim deyil və buna görə də düşüncələr Onu əhatə etmir.) Həmçinin düşüncələrlə düşüncələrdən (onların Onu əhatə etməsindən) imtina edib. (Çünki mümkün varlığın düşüncəsi vacibul-vücud varlığa yol tapa bilməz və buna görə də Onu əhatə edə bilməz.) Eləcə də düşüncələri düşüncələrin yanında mühakiməyə gətirib. Onun böyüklüyü, nəhayətlərin Ona çatıb Onu cisim olaraq böyük göstərmələri şəklində deyil. Həmçinin Onun əzəməti sonluqların Onda sona çatmaları və Onu bədənə malik böyük kimi göstərmələri qismindən deyil. Bəlkə Onun şən, səltənət və padşahlığı böyükdür.

 

Və şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi, seçilmiş elçisi və saleh əməlli sevimlisidir. Allah ona və onun əhli-beytinə (xalqı hidayət etdikləri üçün) salam çatdırsın. Allah onu (insanların qəbul etmələri labüd olan və dəlil gətirmək məqamında kifayət edən) vacib və lazımi dəlillər, aşkar qələbələr və açıq-aydın yol ilə göndərdi. Buna görə o Həzrət də Allahın hökm və sifarişini onun vasitəsi ilə haqqı batildən ayıraraq çatdırdı; insanları nümayəndəsi olduğu doğru yola apardı; doğru yol və aşkar nişanələrə dəlalət edən bayraqları sancdı (ki, heç kəs batili haqq ilə və azğınlığı düzlüklə səhv salmasın). Həmçinin İslamın kəndirlərini möhkəmləndirdi, iman və yəqinin dəstəklərini bərkitdi (ki, həmin kəndir və dəstəklərdən yapışan hər bir kəs azğınlıq və bədbəxtlikdən nicat tapsın və başqası ona hakim olmasın).

   
Bu da həmin xütbənin (qarışqa, çəyirtkə və bu kimi) bir qism heyvanların yaradılışlarının qəribəlik və heyranediciliyinin vəsfinə dair bir hissəsidir 

Əgər insanlar Allah-təalanın qüdrətinin əzəməti, nemət və bəxşişinin böyüklüyü barəsində fikirləşərək düşünsələr, (azğınlıqdan doğru) yola qayıdar və (qiyamətdəki) yandırıcı odun məşəqqət və çətinliklərindən qorxarlar (Allah və Peyğəmbərin göstərişlərinə zidd davranmazlar). Amma qəlblər xəstə və gözlər kordur! Məgər yaratdığı kiçik heyvanın yaradılışını, eləcə də onun (bədən üzvlərinin) bir-birinə birləşmələrini necə möhkəm etməsinə, (bütün kiçikliyinə baxmayaraq,) onun üçün qulaq və göz yaratmasına və onu mütənasib sümük və dəri ilə bəzəməsinə baxmırlar?!

 

Göz ucu baxışla görünməyən və fikirləşməklə dərk edilməyən kiçik gövdəli və nazik bədənli qarışqaya baxın ki, öz yolunu necə gedir və ruzisini əldə etmək üçün necə tələsir. Dəni öz yuvasına daşıyır və onu (çətin gün üçün) anbarında hazır saxlayır. Yayda qış və (isti günlər) gələndə qayıtmaq (soyuq günlərin qayıtması) üçün dənləri toplayır. Allah onun ruzisinə zamindir və halına uyğun olaraq onun ruzi yolunu açıb. Nemət və bəxşişi çox olan Allah, ondan qafil deyil. Əvəz verən Allah onu məhrum və paysız qoymaz, hətta (bir şey bitməyən) quru daşın və ya (bir yerdən digər yerə aparılmayan) sərt daşın içində olsa belə! Əgər qarışqanın qida boruları, yuxarı və aşağısı, qa ında olan qabırğaları və başında olan göz və qulağı barəsində fikirləşsən, onun yaradılışından (Allahın onun yaradılışındakı hikmət və tədbirindən) heyrətə gələrək onu vəsf etməkdə çətinliyə düşərsən. Buna görə də qarışqanı, yaradılışında heç bir yaradan şərik olmadan (yaradan) və heç bir qüdrətli kömək etmədən əl və ayaqları üzərində saxlayan, dirək və bədən üzvləri üzərində quran Allah (fikir və düşüncəyə yerləşməkdən) çox-çox uca və üstündür. Əgər öz düşüncə yollarını qət edərək onun sonuna çatsan (bütün fikir və düşüncələrini işə salsan), dəlil və sübut hər bir şeyin (digərindən) fərqlənməsində işlədilmiş dəqiqliyə və canlıların növbənöv olmalarının əhəmiyyətinə görə səni ancaq və ancaq bu nəticəyə gətirib çıxaracaq ki, qarışqanın yaradanı elə həmin xurma ağacının yaradanıdır. (Buna görə də İmam əleyhis-salam buyurur:) Onun yaratdıqları arasında böyük-kiçik, ağır-yüngül və güclü-zəif yoxdur və onların hamısı (Onun kamil qüdrəti müqabilində) bərabərdirlər. (Buna görə də belə güman etmə ki, bu kiçik olduğu üçün çətin, digəri isə böyük olduğu üçün asandır.) Həmçinin (Onun qüdrəti müqabilində) göy, hava, külək və su (bunların hər birinin yaradılması) da bərabərdir. Həmçinin günəş, ay, bitki, ağac, su və daşa, gecə ilə gündüzün dolanmasına (bir birini əvəz etməsinə), dənizlərin axmasına, dağların çoxluğuna, qüllələrin uzunluğu və dillərin müxtəlifliyinə baxın. Buna görə də yaradanı inkar edənin və nizama salana inanmayanın vay halına! Belə güman edirlər ki, onlar, (səhra və dağlarda özbaşına bitən və) əkəni, toxum səpəni olmayan bitki kimidirlər və onların müxtəlif surətlərini yaradan olmayıb. Onlar, barəsində iddia etdikləri şeydə dəlil və sübuta malik deyildirlər və əzbərləyərək inandıqları şeydə araşdırma və yəqinləri yoxdur. (Bəlkə onların iddiaları yalnız məğrurluq və güman əsasındadır.) Məgər bənnası olmamış bina və ya canisi olmayan cinayət var? (Hər bir işin onu görmüş amilə möhtac olması zəruri və aşkar bir məsələdir ki, onu inkar etmək səhv və batil bir düşüncədir və onu inkar edən kəs nadan və azğındır.)

 

İstəyirsənsə (qarışqa kimi) çəyirtkədən danış (onun yaradılışının heyranediciliyində fikrə dalaraq düşün) ki, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah, onun üçün iki qırmızı göz yaradıb, (ay kimi) iki parıltılı bəbək işıldadıb. Ona gizli (gözlə görünməyən) qulaq qoyub və münasib ağız açıb. Onun üçün (yaşayış yolu və öz xeyir-ziyanını bildiyi) güclü hissiyyat yaradıb və həmçinin vasitəsi ilə (bitkini) kəsib ayırdığı iki diş (verib). Həmçinin oraq (kimi iki ayaq verib) ki, onunla qaçır. Əkinçilər əkinlərinə görə ondan qorxurlar və hətta söz qoyub birləşsələr belə, onun qarşısını ala bilməzlər. Nəhayət, uçub əkinlərə gələrək onda istədiyini edər, halbuki onun bütün gövdə və bədəni nazik bir barmaq ölçüsündədir. Buna görə də (dərk edilməkdən) pak və uzaqdır o Allah ki, göylər və yerdə olanlar (mələklər və Allaha itaət edənlər) ixtiyar və çarəsizliklə (rahatlıq və çətinlikdə) Ona səcdə edirlər, üzlərini torpağa sürtürlər (itaətkarlıq və zəifliklərini bildirirlər), məcburiyyət və zəiflik üzündən itaət edərək hökmünə tabe olurlar və qorxu üzündən cilovlarını Onun əlinə verirlər. Quşlar Onun əmr və fərmanının ixtiyarındadırlar. O, onların tüklərinin və nəfəslərinin sayını bilir. Onların əl və ayaqlarını su və quruda möhkəmlədib (bəzilərini dəniz, bəzilərini isə səhra sakini edib). Ruzilərini müəyyənləşdirib və onların növlərindən xəbərdardır: bu qarğa, bu qartal, bu göyərçin və bu dəvəquşudur. Hər bir quşu adı ilə çağırıb (hikmət və məsləhətə uyğun yaradıb) və ruzisinə zəmanət verib. (Yağışı olan) ağır buludu yaradıb, yağışını axıdıb, hər bir yerin ondan olan payını müəyyənləşdirib, yerə quruluqdan sonra su verib və quraqlıqdan sonra onda bitki bitirib.

  
228- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın tovhid barəsindəki xütbələrindəndir. Bu xütbə özündə elmin (Allahı tanımaq elminin) digər xütbələrin toplamadığı əsas və qaydalarını toplayıb:

 

Onun üçün keyfiyyət və necəlik (zata əlavə edilən sifətlər) müəyyənləşdirən kəs Onu tək bilmir. Onun üçün misil və bənzər (şərik) güman edən kəs Onun həqiqətinə çatmayıb (Onu tanımayıb). Onu (bir şeyə) oxşadan kəs Onu nəzərdə tutmayıb. Ona işarə edən və Onu xəyala gətirən kəs Onu istəməyib. Öz zatı ilə tanınan şey (həqiqət və zatı tanınmış, dərk edilmiş şey) yaradılmış və məxluqdur. Özündən başqası ilə var olan hər bir şey nəticədir. O, faildir, (işləri görəndir) amma alət və vasitələrdən istifadə etmədən! (Çünki alət və vasitələrə möhtac olmaq mümkün varlığın sifətlərindəndir. Ruzi, əcəl və bu kimi şeyləri) təyin edəndir, amma fikir və düşüncə işlətmədən. (Çünki Allah düşüncəyə möhtac olmaqdan pak və uzaqdır.) Ehtiyacsızdır, amma başqasından bəhrələnməklə yox. (Varlıların ehtiyacsızlıqları başqalarından bəhrələnmək vasitəsi ilədir. Allah-təala isə bundan pak və uzaqdır. Çünki o, naqislik və möhtaclığın zəruri nəticələrindəndir.) Zaman və vaxtlar onunla yoldaş deyildirlər. Alət və vasitələr Ona yardım etmirlər. (Çünki alətləri O yaradıb və hər bir kömək və yardımdan ehtiyacsızdır.) Onun mövcudluğu zamanlardan, varlığı yoxluqdan və əzəlilik və əbədiliyi başlanğıcdan qabaqdır. (Çünki hər bir şey Onda sona çatır, O Özü isə sonsuzdur.) Onun hiss və idrak qüvvələrini yaratması ilə Onu dərk etmə vasitəsinin olmaması məlum olur. Əşyalar arasında ziddiyyət və ixtilaf yaratması ilə Onun zidd və müxalifinin olmaması bilinir. Onun əşyalar arasında tay və yoldaş təyin etməsi ilə Onun tay və yoldaşının olmaması başa düşülür. (Çünki hiss, zidd və tayları yaradan Odur.) İşıqlıqla qaranlığı, aşkarla gizlini (ağla qaranı), quru ilə yaşı və isti ilə soyuğu bir-birinə zidd edib. (Müxtəlif ünsürlər kimi) bir-birindən ayrı və uzaq olan zidd şeyləri birləşdirəndir; (ruh ilə bədən kimi) bir-birlərindən ayrı olanları tay və yoldaş edəndir; (qəlbləri və müxtəlif istəkləri bir-birinə qovuşdurmaq kimi) bir-birindən uzaq olanları yaxınlaşdırandır və bir-birinə yaxın olanları bir-birindən ayırandır (ölüm ilə ruhla bədən arasında ayrılıq salmaq kimi). Heç bir hədd ilə məhdud deyil (çünki məhdudluq vacib varlığa deyil, mümkün varlığa aiddir), ədəd və say ilə sayılmaz (çünki O, onun üçün ikinci fərz edilməyən həqiqi təkdir). Alətlər özlərini (mümkün varlıqları) məhdudlaşdırırlar və vasitələr öz bənzərlərinə işarə edirlər. (Çünki Allah cisim deyil ki, məhdudlaşsın və Ona işarə edilsin.) (Ərəb dilində zamanın başlanğıcını bildirən) مُنْذُ (munzu) kəlməsi alət və vasitələrin qədim olmalarına mane olub. Həmçinin (keçmiş zaman felinin əvvəlinə gələndə keçmiş zamanı indiki zamana yaxınlaşdıran, gələcək zaman felinin əvvəlinə gələndə isə azaldan) قَدْ (qəd) kəlməsi əzəlilik və əbədiliyin qarşısını alıb. Eləcə də (ikinci cümlədəki inkarı birinci cümləyə birləşdirmək üçün olan) لَوْ لا (lau la) kəlməsi kamil olmaqdan uzaqlaşdırıb. Həmin alət və vasitələrlə onların yaradanı ağıllara aşkar olub (ağıllar tərəfindən tanınıb). Həmçinin onlarla, gözlərlə görünməkdən imtina edib. Durğunluq və hərəkət Ona şamil olmur. (Onun barəsində hardasa qalıb və ya bir yerə gedib demək olmaz.) Onun (məxluqatda) qoyduğu şey Onun Özünə necə cari olsun, yaratdığı şey Onun Özündə necə yaransın və icad etdiyi şey Onda necə icad olsun ki, belə olsa (fərzən durğunluq və hərəkət Onda cari olsa) zatı (artıqlıq və nöqsanla, yəni, hərəkət və durğunluqla) dəyişər və mahiyyəti parçalanar. Həmçinin həmin surətdə Onun həqiqəti əzəlilik və əbədilikdən imtina edər. (Çünki hər bir cisim hadisdir, sonradan yaranmadır.) Əgər (hərəkət və durğunluqda) Onun üçün ön və qabaq tapılsa, arxa da olacaq. (Onda O, başlanğıc olmayacaq, halbuki vacib varlıq başlanğıcların başlanğıcıdır.) Əgər naqisliklə yoldaş olsa, kamilləşmək istəyəcək (halbuki vacib varlığın kamilləşmək istəməsi qeyri-mümkündür). Bu vaxt - (yəni, əgər Onda hərəkət və durğunluq olmuş olsa) hər bir şey Onun varlığının dəlili olduqdan, imtina və qeyri-mümkünlük dəlili ilə Onun, Ondan başqasına (mümkün varlıqlara) təsir edən şeyin təsirindən uzaq olması məlum olduqdan sonra, Onda məxluq olmaq nişanəsi aşkar olacaq və O, (digər yaranmışlar kimi) yaradanın varlığına dəlil olacaq.

 

O Allah ki, haldan hala düşmür (dəyişmir), zavala uğramır və qayib və gizli olması rəva deyil. Doğmayıb ki, doğulmuş (başqasının nəticəsi) olsun (çünki doğan, mürəkkəb və başqasının nəticəsidir); doğulmayıb ki, məhdud olsun (çünki hər bir doğulmuş şey hadisdir və onun varlığı ata-anaya qayıdır, onlara bağlıdır). Onun zatı övladları olmaqdan uca və qadınlarla yaxınlıq etməkdən pak və uzaqdır. (Çünki övladı olmaq və qadından ləzzət almaq məxluq və yaranmışın xüsusiyyətlərindəndir.) Xəyal və düşüncələr Ona çatmaz ki, (fikirdə) Onu məhdud və mövcud etsinlər; dərk və qavrama itiliyi Onu fikrə gətirməz ki, təsəvvür etsin (bir şəkil və formaya salsın); hisslər Onu dərk etməz ki, Onu hissi varlıq etsin; əllər ona toxunmaz ki, Ona çatsınlar. O, bir hala dəyişmir və halların birindən digərinə keçmir. (Çünki dəyişmək və keçmək cismin xüsusiyyətlərindəndir.) Gecə və gündüzlər Onu köhnəltmir, qocaltmır. Aydınlıq və qaranlıq dəyişmir Onu! Hissələrdən heç biri, bədən və üzvlər, artırma xassələrdən heç biri, başqasının Onunla olması və heç bir hissə ilə vəsf edilməz. Həmçinin Onun barəsində hədd və sonu var; bitdi və tükəndi; şeylər, yuxarı qaldırmaq, yaxud endirmək üçün Onu əhatə edirlər; bir tərəfdən digər tərəfə aparmaq və ya düz saxlamaq üçün bir şey Onu götürdü deyilməz. Əşyalara daxil olmayıb və onlardan xaric də deyil (bəlkə hər şeyi əhatə edib və hər şeyi biləndir). Xəbər verir, amma dil və dilçəklər vasitəsi ilə yox; eşidir, amma dəliklərlə (qulağın deşikləri ilə) və alətlərlə (eşitmə alətləri ilə) yox; danışır, amma kəlmələrlə yox; (hamının söz və əməllərini) əzbər bilir, amma hafizə qüvvəsi vasitəsi ilə yox (və ya hər bir şeyi qoruyur, amma Özünün başqası tərəfindən qorunmağa ehtiyacı yoxdur); istəyir, amma düşünmədən; sevir və şad olur, amma riqqətə gəlmək və mehribançılıq səbəbindən yox; nifrət bəsləyir və qəzəblənir, amma məşəqqət və çətinliyə görə yox (bəlkə məhəbbət və razılığı müvəffəqiyyət və rəhmət, nifrət və qəzəbi isə rəhmətindən uzaq düşməkdir). Olmasını istədiyi hər bir şeyə ol! deyir və o, mövcud olur. (Bu söz) nə (qulaqlara) daxil olan səs vasitəsi ilədir, nə də eşidilən harayla. Allahın kəlamı Onun yaratdığı işindən başqa bir şey deyil. Onun bənzəri bundan qabaq mövcud olmayıb (bəlkə yenidir) və əgər qədim olsaydı, mütləq ikinci allah (və vacibəl-vücud) olardı (və bu qeyri mümkündür).

 

(Allah-təala barəsində) yoxluqdan sonra var oldu deyilməz. (Çünki Onun vücudunun nə vaxtsa olmaması olmayıb. O, qədim və əzəlidir. Əgər elə deyilərsə) onda yeni yaranmışların sifətləri Ona şamil olar, Onunla yeni yaranmışlar arasında (seçilmə və üstünlüyə səbəb olan) bir fərq qalmaz və Onun onlardan heç bir məziyyət və üstünlüyü olmaz. Beləliklə, yaradanla yaradılmış bərabər və vücuda gətirənlə vücuda gətirilən yeksan olar. O, məxluqatı başqasından qalmış nümunəsiz yaratdı və onları yaratmaq üçün yaratdıqlarının heç birindən kömək istəmədi. Yeri yaratdı və onu (ona) məşğul olmadan (Öz kamil qüdrəti ilə) saxladı. Onu sakitlik olmayan yer (dalğalanan su) üzərində möhkəmləndirdi. Yeri dirəklərsiz dikəltdi, sütunlarsız ucaltdı, əyilməkdən qorudu və düşmək və yarılmaqdan saxladı. Onun mıxlarını möhkəmləndirdi, sədlərini (dağlarını) basdırdı, çeşmələrini axıtdı və çaylarını yardı. Beləliklə, tikdiyi süstləşməyib və qüvvətləndirdiyi zəifləməyib. Öz səltənət və böyüklüyü (qüdrət və bacarığı) ilə yerə (və onda olanlara) hakim olan Odur. Odur Öz elm və biliyi ilə onun necəliyini bilən. Böyüklük və izzəti ilə onun hər şeyindən üstündür. İstədiyi heç bir şey Onu aciz qoya bilməz, Ondan boyun qaçıra bilməz və nəhayət, ona qalib gələr. Onların tələsəni Ondan qaça bilməz ki, Ondan qabağa keçsin, qabaqlasın Onu. Dövlətli və varlıya möhtac deyil ki, Ona pay versin. Hər bir şey Ona təvazökar və Onun əzəmət və böyüklüyü qarşısında xar və həqirdir. Onun xeyir və ziyanından (bəxşiş və cəzalarından) yayınmaq üçün səltənət və padşahlığından digər bir yerə qaçmaq gücləri yoxdur. Onun tay və bərabəri olmaq üçün bir bənzəri yoxdur. Əşyaları varlıqlarından sonra vücudları yox olana kimi məhv edən Odur. (Həmin şeylər elə yox edilirlər ki, sanki heç əvvəldən olmayıblar.) Dünyanın yaradıldıqdan sonra yox olması, onu icad etmək və yaratmaqdan daha təəccüblü (və ağır) deyil. Necə də təəccüblü olsun, axı əgər dünyanın bütün canlıları: quşlar, dördayaqlılar, axşamüstü öz tövlələrinə qayıdanlar, səhrada otlayanlar və onların müxtəlif növləri, qanmaz və kütbeyinlər və onların zirəkləri bir yerə toplaşsalar, bir ağcaqanadı yaratmağa gücləri çatmaz, onu yaratmaq yollarının necə olmasını dərk edə bilməz, ağıl və düşüncələri onu bilməkdə mat-məəttəl qalar və gücləri aciz və süst olar. Məğlub olmalarını bildikləri, onu yaratmaqda aciz qalmalarını iqrar və onu yox etməyə qadir olmamalarını etiraf etdikləri halda, əldən-ayaqdan düşmüş və yorğun vəziyyətdə qayıdarlar. Naqisliklərdən pak və uzaq olan Allah dünya məhv olandan sonra (qiyamətdən qabaq) tək qalar və onu yaratmamışdan öncə olduğu kimi Onunla birgə heç nə olmaz. Həmçinin onun yoxluğundan sonra vaxt, məkan, an və zamansız olar. Dünyanın yox olması ilə müddətlər, vaxtlar, illər və saatlar da yox olarlar. (Çünki onların hamısı fələyin yox olması ilə yox olan zamanın hissələridir.) Beləliklə, (hər şeyə) qalib, tək və bütün işlərin qayıdışı Ona tərəf olan Allahdan başqa bir şey olmayacaq. Yaradılışın əvvəlində məxluqat qüdrət və ixtiyara malik deyildi. Onların fanilik və yox olmaları da hər cür imtinasız və boyun qaçırmasız olacaqdır. Əgər onlar imtina edə bilsəydilər, həmişəlik qalardılar. Yaradılış zamanı məxluqatın heç birini yaratmaq Ona çətin deyildi və vücuda gətirib yaratdıqlarını yaratmaq Onu yorub əldən salmadı. (Çünki işin çətin gəlməsi və yorğunluq cismin xüsusiyyətlərindəndir.) O, yaratdıqlarını Öz səltənətini möhkəmləndirmək, yox olmaq və azalmaqdan qorxduğu, (Ondan) qabağa düşə biləcək bənzərinə qarşı onlardan kömək istəmək, (Ona) hücum edə biləcək düşməndən uzaq olmaq, padşahlığını uzatmaq, hansısa bir şərik Onunla şərikliyində qalib gəldiyi və fəxr etdiyi, qorxu və vahimədə olub onlarla ünsiyyət qurmaq istəyi üçün var etməyib. Beləliklə, varlıqları yaratdıqdan sonra (qiyamətdən qabaq) məhv edəcək, amma onların bir haldan digər hala düşmələri və onların işlərini idarə etmək nəticəsində darıxaraq təngə gəldiyi, rahatlıq və dincliyə çatmaq və onlardan nəsə Ona ağır gəldiyi üçün yox. Onların ömürlərinin uzunluğu Onu bezikdirməyib ki, nəticədə Onu, onları tezliklə yox etməyə vadar etsin. Amma eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah varlıqların nizamını lütf və mərhəməti ilə bərqərar edib, onları Öz əmr və fərmanı ilə (dağılmaqdan) saxlayıb və qüdrəti ilə möhkəmləndirib. Sonra onları məhv olduqdan sonra onlara ehtiyacı olmadan və onların heç birindən kömək almadan qaytaracaq, amma bu, vahiməli və qorxulu vəziyyətdən ünsiyyət halına qayıtmağa, nadanlıq, korluq və azğınlıqdan elm və istəyə, yoxsulluq və ehtiyaclılıqdan varlılıq və ehtiyacsızlığa və həqirlik və zəiflikdən izzətlilik və qüdrətliliyə dönməyə görə deyil.

  
229- CU XÜTBƏ 

İmam Əli əleyhis-salamın (hidayət imamları əleyhimus-salamın məqam və dərəcələri və) qarşıya çıxacaq acı hadisələr barəsindəki xütbələrindəndir.

 

Bilin! Atam-anam o kəslərə fəda olsun ki, (məndən sonra yolunu azmışlara bələdçi və xalqın imamıdırlar və) onlar, adları (böyüklükləri) göydə (mələklərin yanında) məşhur, yerdə (insanların çoxunun azğınlığına görə onların yanında) isə naməlum olan bir dəstədəndirlər. İşlərinizin dağınıqlığından, (dini və dünyəvi) əlaqələrinizin kəsilməsindən, azyaşlı uşaqları iş üstünə gətirməyinizdən və (onları böyüklərə və qocalara) rəhbər etməyinizdən yaranacaq hadisələrdən xəbərdar olun və gözləyin. Bu hadisələr o vaxt baş verəcək ki, (haram halala qalib gəldiyi üçün) möminə qılınc vurmaq halal yol ilə bir dirhəm qazanmaqdan daha asan olacaq. Bu hadisələr alanın savabı verəndən çox olan zaman baş verəcək. Bu işlər o vaxt olacaq ki, içməmiş sərxoş olacaqsınız və (sizin sərxoşluğunuzun) səbəbi nemət (onun bolluğu) və rifah içində yaşamağınız olacaqdır. Məcburiyyət və naçarlıq olmadan and içəcək və sıxıntıya düşmədən yalan deyəcəksiniz. Bu hadisələr bəla və çətinliklər sizi (yaxşılarınızı) palan dəvənin belindəki güvənləri gəmirdiyi kimi çeynəyən (əziyyətə salan) zaman baş verəcək. Bu çətinlik nə qədər də uzun və bu arzu və ümidvarlıq (həmin çətinliklərdən qurtulmaq arzusu) necə də uzaqdır!! Camaat! Belləri sizin əllərinizin ağır yüklərini götürmüş dəvələrin (pisliklərə əmr edən nəfsin) cilovunu buraxın. (Günaha aludə olmayın və Allah və Peyğəmbərin göstərişlərinə zidd davranmayın) və öz sultanınızdan (İmami-Zamana itaət və tabeçilikdən) uzaqlaşmayın. Yoxsa (dağılışacağınız təqdirdə) işləri gördükdən (çirkin əməllərinizdən) sonra özünüzü məzəmmət edərsiniz (və peşman olarsınız). Üz tutduğunuz fitnə-fəsad alovunu şölələndirməyə (və nahaq qan tökülməsinə) qorxusuz daxil olmayın, həmin yoldan dönün və yolun ortasını onun üçün boş saxlayın (kənara çəkilin ki, gəlib keçsin. Çünki sizin onun qarşısını almaq gücünüz yoxdur. Buna görə də boş yerə çalışmayın. Ona görə ki,) öz canıma and olsun ki, mömin həmin fitnənin alovunun şöləsində həlak olar, müsəlman olmayan isə salamat qalar. Mən sizin aranızda qaranlıqda yanan çıraq kimiyəm ki, yanına gələn hər bir kəs onun işığından bəhrələnir. Buna görə də ey camaat, (mənim öyüdümü) eşidin və əzbərləyin, qəlblərinizin qulaqlarını hazır edin ki, (sözlərimin nəyə işarə olduğunu) başa düşəsiniz.

  
230- CU XÜTBƏ 

İmam Əli əleyhis-salamın (pərhizkarlığa tövsiyə etdiyi və ölümü və ölüləri yada saldığı) xütbələrindəndir.

 

Ey camaat! Sizə pərhizkarlığı və Allahdan qorxmağı, sizə verdiyi nemətlərinə, sizə çatan ətalarına və sizi (xeyir və şər, rahatlıq və çətinliklə) sınamasına görə Ona çox şükr etməyi tövsiyə edirəm. Nə çox nemət ki, sizə məxsus edib və (nə çox) rəhm və mərhəmət ki, halınıza şamil olub. (Həmin nemət və mərhəmətlərdən biri budur ki,) siz öz günah və çirkin işlərinizi aşkar etmisiniz və O (Özünün eybləri örtmək və günahları bağışlamaq sifəti ilə) sizi örtüb (rüsvay və biabır etməyib və bu Onun böyük nemətlərindəndir) və cəzalandırmasına səbəb olan iş görmüsünüz, amma sizə möhlət verib. Həmçinin sizə ölümü yada salmağı və ondan az qafil olmağı tövsiyə edirəm. Siz, sizdən qafil olmayan şeydən (ölümdən) necə qafilsiniz? Sizə möhlət verməyən kəsə (ölüm mələyinə) necə tamah salmısınız və hərissiniz? Buna görə də gördüyünüz ölülər (sizə) öyüd verən olmaq üçün kifayətdirlər. Onları çiyinlər üzərində qəbirlərinə tərəf apardılar, halbuki (çiyinlərə öz ixtiyarları ilə) qalxmamışdılar, qəbirlərinə qoyuldular, halbuki (qəbrə özləri) düşməmişdilər. Beləliklə, (bu dünyadan elə əl çəkib gediblər və heç bir nişanələri qalmayıb) sanki onlar dünyanı qurub abadlaşdıranlar olmayıblar və yerləri həmişə axirət olub. Məskunlaşdıqları dünyadan xaric oldular və hürkdükləri gorda yerləşdilər. Əl çəkdikləri dünyaya bulaşmışdılar və tərəfinə getdikləri axirəti zay etmişdilər. (İndi peşman və acizdirlər.) Nə çirkin işdən (tövbə edib) qayıda bilirlər, nə də yaxşı işləri çoxalda bilirlər. (Çünki axirət müəyyən edilmiş vəzifələri yerinə yetirmək yeri deyil. Bu bədbəxtçilik ona görədir ki,) dünyaya alışdılar və dünya onları aldatdı, ona güvəndilər və dünya onları yerə vurdu (məhv etdi). Belə isə - Allah sizi bağışlasın! - abadlaşdırılmasına əmr edildiyiniz, barəsində həvəsləndirildiyiniz və tərəfinə çağırıldığınız (axirət) mənzillərinizə tərəf sürət götürərək bir-birinizlə yarışın! Allaha itaətə səbrlilik və itaətsizliklərdən uzaq olmaqla Onun sizə olan nemətlərini kamilləşdirin. Çünki sabah (ölümün gəlib çatacağı zaman) bu günə yaxındır. Günün saatları necə də sürətlə keçir; ayın günləri necə də tez arxada qalır; ilin keçməsində aylar necə də sürətlidir; ömrün illəri necə də tez keçir (ki, onların tez keçmələri həyatın sona çatması və ölümün yaxınlaşması ilə nəticələnir).

  
231- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (imanın vəsfi barəsindəki) xütbələrindəndir.

 

İmanın (Allahın varlığını təsdiq etmək, Həzrət Peyğəmbərin ilahi elçi olmasına yəqini olmaq və məsum imamlar əleyhimus-salamın vilayətlərinə etiqad bəsləməkdən ibarət olan) bir hissəsi qəlblərdə sabit və bərqərardır (və o, həqiqi imandır ki, dəlil və sübut vasitəsi ilə əldə edilir və insanları azdıran kimsələrin yaratdıqları şəkk-şübhə və azğınlıqlar onu aradan qaldıra bilmir). Onun (dəlil və sübut yolu ilə əldə edilməyən) digər bir hissəsi isə müəyyən edilmiş vaxta (dünyadan köçülənə) kimi qəlblə sinə arasında müvəqqətidir və aradan getməsi ehtimal olunur (istər təqlid edən şəxsin etiqadları kimi yəqinliyi olan olsun, istərsə də güman edilən və xəyali. Çünki belə bir iman qəlbdə sabitləşməyib və yer almayıb). Buna görə də (istər sabit, istərsə də müvəqqəti iman qəlbdə olan bir məsələ olduğu və ondan xəbərdarlıq mümkün olmadığı üçün) sizdə (pis güman və ya çirkin əmələ görə) ikrah yaranan zaman onun (iman əhli və ya kafir olması) barəsində ölüm onu haqlayana kimi səbr edin. (Amma əgər o öz çirkin əməlindən əl çəkməsə və eləcə dünyadan köçsə) onda (belə olan surətdə, onun özünə də ikrahla yanaşılmalı və ondan uzaqlaşılmalıdır. Çünki) o həmin vaxt nifrətə layiq olur. (Ona görə ki, ölümdən sonra iman əldə edilməsi və qazanılması üçün bir vəzifə və iş yoxdur.) Hicrət (zəlalət və azğınlıqdan hidayət və qurtuluşa, küfrdən imana köçmək) Həzrət Peyğəmbərin peyğəmbərliyə göndərilməsinin əvvəlində vacib olduğu kimi vacibdir. Allahın yer üzü əhlinin (küfr ölkələrində) imana tərəf hicrət etmələrini (təqiyyə ilə) gizlədən dəstəyə və (İslam ölkələrində) aşkar edənlərə ehtiyacı yoxdur. Yer üzündəki höccəti (Allahın nümayəndəsini) tanımayınca hicrət adı heç kəsə qoyulmur və şamil olmur. Buna görə də mühacir, Allahın höccətini tanıyan və onu təsdiqləyərək qəbul edən kəsdir. Höccətin xəbəri çatan, qulağı onu eşidən və qəlbində yer tutan kəsə zəif və aciz adı verilməz. (Allahın höccətini tanımaq ləyaqəti hamıda olmadığı və onu tanımağın həqiqəti ancaq sadiq və saf möminlərə məxsus olduğu üçün İmam əleyhis-salam sözünün davamında belə buyurur:)

 

Bizi tanımaq çox çətin bir işdir ki, Allahın qəlbini iman üçün sınaqdan keçirmiş olduğu (imanı qəbul etməyə layiq bildiyi) mömin bəndədən başqa heç kəs onu götürmür və onun yükünün altına girmir. Həmçinin bizim hədis və sözlərimizi ancaq əmanətçi və inanılmış sinələr və mətin ağıllar qoruyub saxlayarlar. (İmam əleyhis-salamın məqsədi dinləyiciləri özünə tərəf hicrət etməyə və o Həzrətin hədislərinə tabe olmağa təşviq etmək olduğu üçün onlara sual vermək göstərişi verərək buyurur:)

 

Ey insanlar! Məni itirməmişdən, (itaətsiz dəvə kimi hürküb sahibinin əlindən qaçaraq) öz cilovunu tapdalayan və adamlarının ağlını başlarından çıxaran fitnə-fəsad (Bəni-Üməyyənin fitnə-fəsadları) ayaq tutmamışdan (onların fitnələri hər yeri bürüyərək insanları haqq yoldan və öz zəmanə imamlarını tanımaqdan saxlayandan) qabaq, (ilahi maarifi, şəriət hökmlərini və qiyamətə kimi baş verəcək şeyləri) məndən soruşun ki, mən göyün yollarını yerin yollarından daha yaxşı bilirəm.

  
232-Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (təqva, dünyaya ürək bağlamamaq, ölümdən sonrakı çətinliklər və bəlalarda səbrli olmaq barəsindəki) xütbələrindəndir.

 

Allaha bağışladığı nemətlərə görə şükr edirəm. Və Ondan haqlarını yerinə yetirmək (elm və maarif əldə etmək və vacib və müstəhəbbi əməlləri yerinə yetirmək) üçün kömək istəyirəm ki, Onun qoşunu (mələklər, peyğəmbərlər, peyğəmbərlərin haqq canişinləri və onların tabe və davamçıları insanları düz yoldan azdıranlara və azmışlara) qalib, qüdrəti böyükdür. Şəhadət verirəm ki, Məhəmməd (səlləllahu əleyhi və alih) Onun bəndəsi və elçisidir: (insanları) Allaha itaət etməyə və tabe olmağa dəvət etdi, Onun dini yolunda cihad edib vuruşmaqla düşmənlərinə qalib gəldi. Düşmənlərin o Həzrəti inkar etməkdə birləşərək yekdil olmaları və onun nurunu söndürmək (dinini məhv etmək) üçün çalışaraq səy göstərmələri, onu cihaddan saxlamırdı. Buna görə də təqvadan və Allah qorxusundan yapışın. Çünki pərhizkarlıq tutacağı möhkəm olan bir kəndir və zirvəsi bərk olan bir sığınacaqdır. (O, dünya və axirət bədbəxtliyindən nicat tapmağa və qurtulmağa səbəb olur. Ölüm gəlib çatmamışdan itaət və bəndəliklə, eləcə də bağışlanmaya səbəb olan vasitələrlə) ölümə və onun çətinliklərinə doğru tələsin, gəlməmişdən (özünüzü) onun üçün bəzəyin və daxil olmamışdan hazır olun. Çünki qiyamət (savab və cəza veriləcəyi zaman), işin sonudur (və ölüm onun ilk mənzilidir). Ölüm ağıllıya öyüd vermək, nadan və qafilə isə ibrət olmaq üçün yetərlidir. Sona (qiyamətə) çatmamışdan qabaq qəbirlərin darısqallığı, (sərvət, övlad və dostlardan ayrılmağa görə yaranan) qəm-qüssənin çoxluğu, (qiyamətin vəziyyətindən) xəbərdar olacağınız yerin (Bərzəxin) qorxusu, qorxu və vahimənin ardıcıl gəlməsi, (qəbrin təzyiqi nəticəsində) qabırğaların yerlərinin dəyişməsi, qulaqların (qorxunc səslərdən) tutulması, ləhədin (qəbirdəki çuxurun) qaranlığı, Allahın (peyğəmbərlərinin dili ilə) xəbər verdiyi əzabın qorxusu, qəbrin örtülməsi və (vasitəsi ilə qəbrin ağzı bağlanan) enli daşın möhkəmləndirilməsi kimi şeyləri bilirsiniz.

 

Belə isə, ey Allahın bəndələri, Allahdan qorxun, Allahdan qorxun! Çünki dünya sizə (axirət yolu olan və sizdən qabaqkıların keçdikləri) bir yoldan keçəcəkdir. (O, hamını həmin yol ilə aparır və heç kəsi yerdə qoymur.) Siz qiyamətlə bir ipə bağlanmısız (sizinlə onun arasında uzun bir fasilə və zaman yoxdur). Sanki qiyamət öz əlamət və nişanələrini aşkar edib, bayraqlarını (qabaqkılara birləşməyin müqəddiməsini) yaxınlaşdırıb və sizi (hesab və sorğu-sual üçün) öz yolu üstündə saxlayıb. Sanki çətinliklərini önə gətirib və (yükün, belindən götürülməsi üçün sinəsini yerə qoyan dəvə kimi) sinələrini açıb (ağrılı əzablarını üzə çıxarıb). Dünya öz sakinlərindən əl çəkib və onları öz himayəsindən çıxarıb. Odur ki, keçən bir gün və ya başa çatan bir ay kimi idi. Onun təzəsi köhnəldi və kökü arıqladı (bədənlər zəifləyərək gücsüzləşdi). (Onları) darısqal yerdə (qiyamətin, çətinlikləri ağır və qurtulmaq qeyri-mümkün olan) qarmaqarışıq və böyük işlər, əziyyətlə dolu, uca səsli, parlaq şöləli, qorxunc naləli, alovları yatmaq bilməyən yandırıcı, odunu çox alovlu, təhdidi qorxunc, dibi naməlum, kənarları zülmət, qazanları çox qaynar və cəzaları rüsvayedici olan (dar yerində saxlayacaqlar). (Pərhizkarlar barəsində isə Allah-təala Qurani-Kərimin Zumər surəsinin 73-cü ayəsində belə buyurur:) وَسِيقَ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ إِلَى الْجَنَّةِ زُمَرًا حَتَّى إِذَا جَاؤُوهَا وَفُتِحَتْ أَبْوَابُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا سَلَامٌ عَلَيْكُمْ طِبْتُمْ فَادْخُلُوهَا خَالِدِينَ Rəbbindən qorxanlar (dünyada pərhizkar olanlar) dəstə-dəstə Cənnətə doğru aparılacaqlar. (Mələklər onları aparacaqlar. Nəhayət, ora çatınca onun qapıları açılacaq və Cənnətin qapıçıları onlara deyəcəklər: Salam olsun sizə, pak və pakizəsiniz: dünyada özünüzü günahlara bulaşdırmadınız. Buna görə də Cənnətə daxil olun və həmişəlik orada qalın.) Beləliklə, əzabdan xatircəm, məzəmmətdən kənar və oddan uzaq olarlar. Cənnət onlara görə rahatlanıb, (gözləmə halından xaric olub) onlar da öz mənzil və məskənlərindən şaddırlar. (Bunlar) o kəslərdirlər ki, dünyada əməlləri təmiz və gözəl, gözləri isə (Allah xofu və əzabın qorxusundan) ağlar olub. Dünyada onların gecələri itaətkarlıq etmələri və bağışlanma istəmələrinə (gecəni ibadət və bəndəliklə keçirdiklərinə) görə gündüz (kimi), gündüzləri isə (əzabdan) qorxduqları və (dünyadan) uzaqlaşdıqları (və razü-niyazla məşğul olduqları) üçün gecə (kimi) olub. Buna görə də Allah Cənnəti onların qayıdış yerləri, şadlığı isə mükafatları edib. Onlar həmişəlik padşahlığa, həmçinin sabit və dəyişməz nemət və şadlığa, Cənnətə və onun sakinlərinə daha layiqdirlər.

 

Belə isə, ey Allahın bəndələri, (indi ki, Cənnət və Cəhənnəm əhlinin halını eşitdiniz,) nicat tapanınızın riayət edərək xeyir qazandığı, zay edəninizin isə pozaraq ziyana düşdüyü şeyi qoruyun. Əməlinizlə öz ölümlərinizi qabaqlayın. (Elə olun ki, ölüm gələndə iztirab və narahatlıq keçirməyəsiniz.) Çünki siz qarşıya göndərdiyiniz şeyin girovusunuz və yerinə yetirdiyiniz şeylərə görə cəzalandırılacaqsınız (əvəz alacaqsınız). Sanki ölüm sizi haqlayıb. Buna görə də nə (öz çirkin əməllərinizin düzəldilməsinə) nail olmaq üçün qayıdış var, nə də (etdiyiniz) günah və büdrəmələrdən xilas olacaqsınız. Allah bizi və sizi Özünün və Peyğəmbərinin itaətinə vadar etsin və rəhmətinin çoxluğu ilə bizdən və sizdən (günahlarımızdan) keçsin.

 

(Yuxarıda deyilmiş məsələlərdə fikrə dalıb düşündükdən sonra) öz yerinizdə oturun (lazımsız yerə həddinizi aşmayın), bəla və çətinliyə (küfr və azğınlığa) səbrli olun, əl və qılınclarınızı dillərinizin istəklərində işə salmayın (davakar olmayın və söyüş söyərək boş sözlər danışmayın). Həmçinin Allahın yerinə yetirilməsini vəzifə kimi təyin etmədiyi şeyə tələsməyin. Çünki sizdən hər kim Allahın, Onun Peyğəmbəri və elçisinin və o Həzrətin əhli-beytinin haqqını tanımış halda öz yatağında ölsə, şəhid olmuş kimi ölüb və onun əvəzi (mükafatı) Allahladır. O, fikrində olan yaxşı əməlin savabına layiqdir və bu fikir onun qılınc çəkməsinin yerini tutur. Hər bir şeyin müddəti və sona çatma zamanı vardır (ki, həmin müddəti keçməyincə çalışmağın faydası olmaz).

  
233- CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (pərhizkarlıq və dünyaya ürək bağlamamaq barəsində buyurduğu) xütbələrindəndir.

 

Şükr o Allaha layiqdir ki, şükrü (nəticəsində saysız nemətləri) yaranmışlar arasında yayılıb, Onun (dininin yolunda düşmənlərinə qarşı cihad edən mələklər, peyğəmbərlər, onların haqq canişinləri və möminlərdən ibarət) qoşunu qalibdir və böyüklüyü (hər şeydən) üstündür. Ona bir-birinin ardınca olan (ağılların, müqabilində heyran olduğu və dillərin saymaqda aciz qaldığı) nemətlərinə və böyük bəxşişlərinə görə şükr edirəm. O Allah ki, çox səbrlidir (günahkarları tez cəzalandırmır) və (onların əfv edilməsi mümkün olan günahlarını) bağışlayır. Barəsində qərar çıxardığı (təqdir etdiyi) şeydə ədalət və insafla (hikmət əsasında) davranıb. Baş verənləri və baş vermişləri bilir. (Onun gələcək və keçmiş barəsindəki elmi birdir. Başqasını) təqlid etmədən və (heç kəsdən) öyrənmədən, hansısa bir uzaqgörən sənətkarın nümunəsindən istifadə etmədən (çünki O, başlanğıcların başlanğıcı və birincisidir ki, Onun üçün hansısa bir birinci fərz edilmir), səhv və xəta ilə qarşılaşmadan və (məsləhətləşmə aparmaq üçün ağıllı və alim insanlardan ibarət) bir dəstəni bir yerə toplamadan (çünki O, elmin özüdür və buna görə də məsləhətləşməyə ehtiyac yaranmasına səbəb olan səhv və xəta Ona yol tapa bilməz) Özünün (zatının eyni olan) elmi ilə yaranmışları vücuda gətirən və (heç kəsin mane olub qarşısını ala bilmədiyi) əmr və fərmanı ilə onları yaradandır. Və şəhadət verirəm ki, Məhəmməd (səlləllahu əleyhi və alih) Onun bəndəsi və elçisidir. Onu insanlar çoxlu zəlalət və azğınlıqlar içərisində dolaşdıqları və çaşqınlıq və iztirab içərisində batıb-çıxdıqları bir zamanda göndərdi. Həlakət və bədbəxtlik cilovları onları sürükləyirdi (və dünya və axirət çətinliklərinə tərəf çəkirdi) və qəlblərinə azğınlıq qıfılları vurulmuşdu. (Belə ki, onlarda haqq və həqiqət nuru tapılmırdı.)

 

Ey Allahın bəndələri! Sizə təqvalı olmağı və Allahdan qorxmağı tövsiyə edirəm. Çünki təqva Allahın sizin boynunuzda olan haqqıdır və o, Allahın sizin haqqınızı (əməllərinizə əvəz) verməsini zəruriləşdirərək bərqərar edən amildir. Həmçinin sizə tövsiyə edirəm ki, Allahdan təqvalı olmaq üçün kömək diləyəsiniz (sizi təqvalı və pərhizkar olmağa müvəffəq etməsini istəyəsiniz) və təqvadan Allah (Ona yaxınlaşmaq) üçün yardım istəyəsiniz. (Pərhizkar olun ki, Allaha yaxınlaşasınız.) Çünki təqva bu gün (dünyada) pənah və (çətinliklər müqabilində) qalxan, sabah (qiyamətdə) isə Cənnət yoludur. Onun yolu aşkar, yolçusu xeyir götürən və əmanət saxlayanı (Allah) qoruyandır. (Onun yanında əmanət itmir və məhv olmur, bəlkə O, qiyamət günü onları çox artıq xeyirlə geri qaytaracaqdır.) Təqva həmişə özünü keçmiş insanlara və qalanlara göstərib və göstərməkdədir (ki, ondan bəhrələnsinlər). Çünki onlar sabah (qiyamətdə) ona möhtacdırlar. O sabah ki, Allah yaratdıqlarını qaytaracaq (ölüləri dirildəcək), (dünya və onun malından) verdiklərini alacaq və əta etdiyi (saysız nemətlərin hansı yollarda sərf edilməsi) barəsində soruşacaq. Buna görə də təqvanı qəbul edib onu sədaqətlə öz şüarı edən kəslər nə qədər də azdırlar. Onlar say baxımından azdırlar və eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın vəsf və tərifinə layiqdirlər ki, (Qurani-Kərimin Səba surəsinin 13-cü ayəsində) buyurur: وَقَلِيلٌ مِّنْ عِبَادِيَ الشَّكُورُ Mənim çox şükr edən bəndələrim azdırlar. Belə isə qulaqlarınızla təqvaya (onun vəsfini eşitməyə) tərəf tələsin (ki, başa düşəsiniz), səy və təlaşınızla ona riayət edin (ki, nicat tapasınız) və onu keçən (əldən çıxmış) hər bir şeyin müqabilində əvəz və canişin, hər bir müxalifin (haqq yolunun əleyhdarının) qarşısında müvafiq (tərəfdar) edin. Təqva vasitəsi ilə yuxunuzu qaçırdın (qəflət yuxusundan oyanın) və gününüzü ayırın (dünyaya ürək bağlamayın). Onu qəlblərinizin ayrılmaz yoldaşı edin (heç vaxt ondan uzaqlaşmayın) və günahlarınızı onunla yuyun. Xəstəliklərinizi onunla müalicə edin və onunla ölümü qabaqlayın (elə bir iş görün ki, ölümdən heç bir nigarançılığınız olmasın). Təqvanı zay edib əldən çıxarmış kəsdən ibrət götürün. Məbada ona tabe olan kəs sizdən ibrət götürmüş olsun. Bilin! Təqvanı (təkəbbür, xudbinlik, riyakarlıq və özünü göstərmək kimi xislətlərə düçar olmaqdan) qoruyun və özünüz də onun vasitəsi ilə qorunun. (Çünki təqva əzab müqabilində sığınacaq və qalxandır.) Dünyadan uzaq və axirətə aşiq və vurğun olun. Təqvanın ucaltdığı kimsəni alçatmayın (pərhizkarları xar sanmayın ki, bu, təqva və pərhizkarlığa ziddir) və dünyanın qaldırdığı kəsi yüksək məqamlı hesab etməyin. Dünyanın ildırımlı buluduna (parıldayan malına) göz dikməyin. Onun danışanına qulaq asmayın, çağıranının dəvətini qəbul etməyin (dünyapərəstlərlə isnişərək get-gəl etməyin), parıltısında işıqlıq axtarmayın və nəfis mallarına tovlanmayın. Çünki onun ildırımı yağışsız, söhbəti yalan, malları qarət (olunmuş şeylər) və nəfis malları oğurluqdur. Bilin! Dünya, özünü (kişilərə) göstərib üzünü döndərən əxlaqsız qadına bənzəyir. Həmçinin hərəkət edərkən dayanıb əmrə tabe olmayan itaətsiz ata bənzəyir. O, çox xəyanətkar yalançı, naşükür davakar, (haqq yoldan) sapan cəfakar, (doğru yoldan) çox uzaqlaşan, narahat və qarmaqarışıqdır. Onun adəti (bir haldan digər bir hala və bir şəxsdən digər şəxsə) keçmək, ayağının altı titrəyən və qeyri sabit, möhtərəmliyi xarlıq, səy və çalışması oyun və zarafat, yüksəkliyi alçaqlıqdır. Dünya, malı almaq (quldurluq), soyğunçuluq, qarətçilik, məhv və həlak etmək evidir. Onun əhli ayaq üstədir (çətinliklərin çoxluğundan bir an olsun belə rahatlıq və dinclikləri yoxdur), qovulurlar, (qabaqkılara) birləşəcəklər və (mal, arvad, övlad, qohum və dostlardan) ayrı qalacaqlar. Onun yolları çaş-baş salan (gedənlər, hara getdiklərini və hara çatacaqlarını bilmirlər), daldanacaqları acizləşdirən (insanlar onda bir sığınıcaq tapmırlar və əllərini bir yerə ilişdirə bilmirlər) və məqsədləri ümidsizləşdirəndir (heç kəs onda öz istəyinə çatmır). Buna görə də sığınacaqlar dünyapərəstləri (bəla və çətinliklərə) təslim edib və onları saxlamayıb, mənzillər onları kənara atıb və zirəkliklər onları acizləşdirib və yorub. Buna görə də (dünya əhlinin) bəzisi nicat tapıb, (amma) ayaqları kəsilib və yaralıdır. Bəzisi ayrılmış ət kimi, bəzisi başı kəsilmiş bədən, bəzisi isə tökülmüş qan kimidir. Bəzisi (qəm-qüssədən) əllərini gəmirər, bəzisi (heyfslənərək) əllərini bir-birinə vurar, bəzisi (çarəsizilkdən) yanaqlarını dirsəklərinə qoyar, bəzisi öz fikrini məzəmmət edərək səhv sanar, bəzisi öz məqsədindən daşınar. Halbuki tədbir töküb çarə qılmaq fürsəti əldən çıxıb (onların xeyri yoxdur), gözlənilməz bəla üz tutub (ölüm gəlib çatıb və iş-işdən keçib) və həmin vaxt qaçmaq zamanı deyil. (Allah Qurani-Kərimin Sad surəsinin 3-cü ayəsində buyurur: كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍ فَنَادَوْا وَلَاتَ حِينَ مَنَاصٍ Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Onlar (qaçmaq üçün) fəryad edib kömək diləyirdilər, lakin artıq qaçıb can qurtarmaq vaxtı deyildi.) (Ölüm gəlib çatdıqdan sonra ondan qaçmaq və ya bir iş görmək xülyası həqiqətdən) çox-çox uzaqdır!!! Həqiqətən əldən çıxan əldən çıxdı, keçən keçdi (günahları islah etmək və səhv və çirkin işlərin yerini doldurmaq zamanı arxada qaldı) və dünya, (əhlinin arzularına uyğun şəkildə deyil) öz ürəyi istəyən kimi keçdi. (Qurani-Kərimin Duxan surəsinin 29-cu ayəsində buyurulur:) فَمَا بَكَتْ عَلَيْهِمُ السَّمَاء وَالْأَرْضُ وَمَا كَانُوا مُنظَرِينَ Beləliklə, göy və yer əhli dünyapərəstlərin həlakına ağlamadı (özlərini qəmləndirmədilər) və onlar (əzabdan qurtulmaq yolunu tapmaq üçün) möhlət verilənlərdən deyildilər.

  
234- CÜ XÜTBƏ 

İmam Əli əleyhis-salamın xütbələrindəndir ki, bəziləri onu Qasiə (قاصِعَه) xütbəsi adlandırırlar. O, təkəbbür və itaətsizlik göstərmiş, Adəm əleyhis-salama səcdə etməmiş, təəssübkeşlik göstərib haqqı qəbul etməməsini aşkar etmiş ilk varlıq olmuş, məğrurluq və xudbinliyə qapılmış şeytanın (Allah ona lənət etsin) məzəmməti və (eləcə də) insanları onun yol və üsuluna tabe olmaqdan çəkindirmək barəsindədir (və bu xütbə Nəhcül-Bəlağənin xütbələrinin ən uzunudur).

 

Şükr o Allaha layiqdir ki, qüdrətlilik və böyüklüyü (qüdrət və böyüklük libasını) geyindi (qüdrətlilik və böyüklük ancaq Ona məxsusdur ki, heç nə Onu zəif sala bilməz və Onun həqiqətinə çata bilməz) və bu iki sifəti yaratdıqlarına deyil, Özünə məxsus etdi. (O, bu sifətlərdə tək və yeganədir. Çünki Ondan başqa hər bir şey zatən qüvvətsiz, əlaltı və hər şeydə başqasına möhtacdır.) Onları Özündən başqasına qadağan və haram etdi (buna görə də heç kəs onların iddiasını edə bilməz və əgər etsə cavab verməli olacaq, cəzalandırılacaq) və Öz cəlalı üçün seçdi. Bəndələrindən bu iki sifətdə Onunla çəkişmə aparan (özünü qüdrətli və böyük tutan) kəs üçün lənət (rəhmindən uzaqlıq) müəyyənləşdirib. Beləliklə, bu iki sifəti Özünə məxsus etdiyinə görə dərgahına yaxın olan mələkləri, onların təvazökarlarını təkəbbürlülərdən (cindən olub mələklərin arasında Adəmə səcdə etməyə əmr olunan şeytandan) seçib ayırmaq üçün sınadı. Qəlblərin gizlinlikləri və gözlərdən örtülü olan qeybləri bilməsinə baxmayaraq, (Qurani-Kərimin Sad surəsinin 71-74-cü ayələrində bildirildiyi kimi) buyurdu: إِنِّي خَالِقٌ بَشَرًا مِن طِينٍ فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ فَسَجَدَ الْمَلَائِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ إِلَّا إِبْلِيسَ Mən palçıqdan bir insan yaradacağam. Mən onu tamamlayıb Öz ruhumdan üfürən kimi ona səcdə edin (təzim edərək təvazökarlıq göstərin. Yaxud onu öz qibləniz edin. Çünki Allahdan başqası üçün ibadət və bəndəlik səcdəsi etmək qadağandır). Beləliklə də, mələklərin hamısı birlikdə səcdə etdi, İblisdən başqa! (Xülasə, o, Adəmə səcdə etmədi, çünki) təkəbbür və öyünmə ona üz tutdu. Beləliklə, öz yaradılışı ilə Adəmə öyünərək nazlandı və öz əslinə (yaranmış olduğu oda) təəssüb göstərərək aşkarcasına Haqqın əmrindən boyun qaçırdı. (Və dedi: Onu palçıqdan, məni isə oddan yaratmısan. Mən ki, ondan yaxşıyam, ona nə üçün səcdə etməliyəm?) Beləliklə, Allahın düşməni (Şeytan) təəssübkeşlərin başçısı və təkəbbürlülərin qabaqda gedənidir ki, təəssübkeşliyin təməlini qoydu, Allahla (Ona məxsus olan) əzəmət və böyüklüyündə çəkişdi, (layiq olmadığı) izzət və ucalıq libası geyindi və (layiq olduğu) zillət və xarlıq geyimini kənara atdı.

 

Məgər Allahın onu təkəbbür və itaətsizliyinə görə necə kiçiltdiyini və məğrurluğuna görə necə alçatdığını görmürsünüz? Buna görə də onu dünyada (Öz rəhmətindən) qovdu və axirətdə onun üçün alovlanan od hazırlayıb.

 

Əgər Allah-təala Adəmi parıltısı gözləri qamaşdıran və gözəlliyi ağılları məğlub edən (ağılların, müqabilində heyran və məəttəl qaldıqları) nurdan və ya gözəl iyi insanları bürüyən xoş ətirli şeydən yaratmaq istəsəydi, mütləq yaradardı. Əgər (elə) yaratsaydı, boyunlar Adəmin müqabilində əyilərdi və onun barəsindəki sınaq mələklərə asan olardı. (Şeytan durmadan ona səcdə etməyə tələsər və onu özündən aşağı təsəvvür etməzdi). Lakin eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah yaratdıqlarını (başqalarından) fərqləndirmək və ayırmaq, təkəbbür və itaətsizliyi aradan qaldırmaq və özünü bəyənmək xüsusiyyətini onlardan uzaqlaşdırmaq üçün əsl və səbəbini bilmədikləri bəzi şeylərlə imtahan edir (ağlın hikmətini dərk etmədiyi şəriət hökmlərinin çoxu da bu qəbildəndir).

 

Buna görə də Allahın şeytan barəsindəki işindən ibrət götürün ki, onun uzun müddətli ibadət və bəndəliyini, çoxlu səy və təlaşını (təkəbbür və itaətsizliyinə görə) heç və puç etdi. Halbuki o, Allaha altı min il ibadət etmişdi ki, onun dünya, yoxsa (bir günü dünyanın əlli min ilinə bərabər olan) axirət illərindən olması məlum deyil (siz bilmirsiniz və dərkiniz naqisdir). (Bu,) bir saatlıq təkəbbürlülük və itaətsizliyə görə (oldu ki, o özünü Adəmdən üstün bildi və ona səcdə etmədi)! Belə isə kim şeytandan sonra onun günahı kimi bir günah (təkəbbür və itaətsizlik) etməklə Allahın əzabından amanda qala bilər? Əsla! Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah heç vaxt heç bir insanı, səbəbindən bir mələyi (şeytanı) Cənnətdən çıxardığı işlə ora daxil etməyəcək. Allahın göy əhli (mələklər) və yer əhli (insanlar) barəsindəki hökmü birdir. Onunla yaratdıqlarının heç biri arasında Onun yaranmışlara haram edib ancaq Özünə məxsus etdiyi şeyi (əzəmət və böyüklüyü) rəva bilmək barəsində icazənamə yoxdur.

 

Odur ki, ey Allahın bəndələri, Allahın düşməninin (şeytanın) sizi öz dərdinə (təkəbbür və itaətsizliyə) düçar etməsindən (özü kimi təkəbbürlü və itaətsiz edərək Allahın rəhmətindən uzaqlaşdırmasından), sözləri ilə sizi (doğru yoldan) saxlayaraq narahat etməsindən və qoşununun (davamçılarının) atlı və piyadalarını sizin ətrafınıza toplamasından qorxun. Canıma and olsun ki, o, kamanının yayına sizin üçün şər (azdırmaq) oxu qoyub və sizi nişan alaraq onu bərk özünə tərəf çəkib. Sizə yaxından ox atıb (ki, səhv getməsin). Və (Allahın, Qurani-Kərimin Hicr surəsinin 39-cu ayəsində nəql etdiyi kimi belə) deyib: رَبِّ بِمَا أَغْوَيْتَنِي لَاُزَيِّنَنَّ لَهُمْ فِي الْاَرْضِ وَلَاُغْوِيَنَّهُمْ أَجْمَعِينَ Ey Rəbbim! (Adəmə səcdə etmədiyim üçün) məni azdırdığına görə mütləq mən də yer üzündə Adəm övladlarının qarşısında günahları yaxşı göstərəcəyəm (ki, itaətdən qalsınlar) və onların hamısını azdıracağam. Halbuki (o, bu sözü bilmədən) qeybdən xəbər verərək və səhv gümana əsaslanaraq deyib. (Amma) qürurun övladları, təəssübkeşliyin qardaşları və təkəbbürlülük, cahillik və nadanlıq süvariləri onun iddiasını təsdiqləyərək gerçəkləşdirdilər. Nəhayət, sizin (doğru yoldan çıxmış) itaətsiziniz ona tabe oldu və (buna görə də) onun sizin barənizdəki (sizi azdırmaq üçün olan) tamah və hərisliyi möhkəmləndi. Buna görə də gizlinin necəliyi aşkar oldu. (Onun vəsvəsələrinin nişanələri sizin qəlblərinizdə aşkar olub ki, çəkinmədən Allahın göstərişlərinə zidd davranırsınız.) Onun sizi ələ keçirməsi gücləndi və öz qoşununu sizə yaxınlaşdırdı. Beləliklə, onlar sizi zillət və xarlıq mağaralarına atdılar və ölüm (məhv olma) çalasına tulladılar. Sizi gözlərə nizə batırmaq, boğazları kəsmək, burunların deşiyini əzişdirmək kimi ağır yaralarla, həmçinin ölüm yerinizə atmaq qəsdi və buruna taxılan məcburiyyət və qəzəb noxtasının halqası ilə, sizin üçün hazırlanmış oda tərəf sürükləmək istəyi ilə tapdalayaraq məhv etdilər. Beləliklə, şeytan, sizin dininizi yaralamaq (ona ziyan vurmaq) və dünyanızda alov qızışdırmaqda (fitnə-fəsad yaratmaqda), aşkarcasına düşmənçilik edib onlara qarşı (vuruşmaq üçün) toplaşdığınız (bir-birinizdən kömək istədiyiniz) düşmənlərdən də böyük və tutuşdurucu amilə çevrilib. Buna görə də öz güc və təlaşınızı onu dəf etməyə səfərbər edin. Allaha and olsun ki, o, sizin soyunuza (atanız Adəmə) öyünərək nazlanıb, şan-şöhrətinizi (qüdrət və məqamınızı) məzəmmət edib və nəsəbinizi (qohum-əqrabalıq əlaqələrinizi) kiçildib və alçaldıb. O, sizin üçün (sizi azdırmaq üçün) öz süvarilərini səfərbər edib, piyadaları ilə sizin yolunuzun fikrinə düşüb (ki, azğınlıqda qalaraq hidayət və nicat yoluna qədəm basmayasınız). Sizi harada ovlasalar tələyə salarlar, barmaqlarınızın ucunu kəsərlər. Hiylə və bicliklə (onlardan) imtina edə və əzm və iradə ilə (onları) dəf edərək özünüzdən uzaqlaşdıra bilməzsiniz. Halbuki siz zillət və xarlıq dəryası, dar halqa, ölüm düzənliyi və bəla və çətinliyin (dünyanın bəla və çətinliklərinin) cövlan etdiyi yerdəsiniz (onlara düçarsınız və pis işlərə əmr edən nəfsi öldürməkdən və ona tabe olmamaqdan başqa heç cür şeytanın şərindən qurtula bilməzsiniz). Buna görə də qəlblərinizdə gizlənmiş təəssübkeşlik alovu və cahiliyyət dövrünün kin-küdurətlərini söndürün ki, müsəlmanda olan bu təkəbbür, itaətsizlik və özündənrazılıq şeytanın qıcıqlandırmalarından və onun öyünmələri, məhv etmələri və vəsvəsələrindəndir. Özünü aşağı tutmağı başlarınızın üzərinə qoyaraq lovğalıq və özündən razılığı ayaqlarınız altına atmaq qərarına gəlin. Təkəbbür və məğrurluğu boyunlarınızdan uzaqlaşdırın və təvazökarlıqdan sizinlə düşmən olan şeytan və onun qoşunu arasında tamamilə silahlanmış qoşun yerinə istifadə edin. Çünki onun hər bir millətdən qoşunları, yardımçıları, atlı və piyadaları vardır (ki, onlar sizi bəla və məhvə düçar etmək üçün ona kömək edərək təkəbbür və məğrurluğu sizin gözlərinizdə yaxşı göstərirlər). Anasının oğluna (Habilə) qarşı lovğalanmış itaətsiz təkəbbürlü (Adəm əleyhis-salamın oğlu Qabil) kimi olmayın. O, Allahın ona heç bir üstünlük verməməsinə baxmayaraq, qardaşına qarşı təkəbbür göstərdi. Ona həsəddən yaranan təkəbbür və məğrurluq üz tutdu və qəzəb odundan onun qəlbində təəssübkeşlik və kin yarandı. Və şeytan onun bu una təkəbbür və özünü böyük tutmaq küləyi üfürdü. Elə özündən razılıq və itaətsizlik ki, Allah təkəbbür və məğrurluqdan sonra ona peşmançılıq verdi. Və qiyamətə kimi, qatillərin günahını ona yoldaş etdi. Bilin ki, siz Allahla düşmənçiliyi aşkar etmək və möminlərlə müharibə etmək üçün (ev-eşiklərinizdən) xaric olmaqla zülmkarlıqda çox cəhd göstərdiniz və yer üzündə fitnə-fəsad törətdiniz! Buna görə də təəssübdən doğan təkəbbür və cahiliyyət öyünmələrində Allahdan qorxun, Allahdan qorxun! Çünki təkəbbür düşmənçilik amili və şeytanın üfürmə meydanlarıdır ki, həmin üfürmələrlə keçmiş ümmətləri və ötən nəsilləri (Nuh, Ad və Səmud tayfalarını və Firon və Nəmrud kimilərini) aldadıb və nəticədə onun nadanlıq zülmətlərinə və azğınlıq tələlərinə doğru tələsiblər. Belə ki, onun sövq etməsi müqabilində ram və sürükləməsi qarşısında (onun dalınca düşməkdə) sakit (təslim) idilər. Onlar, qəlblərin barəsində yeksan olduğu və keçmişlərin, bir-birinin ardınca güdazına getdikləri işə - ürəklərin səbəbindən (kin-küdurət və paxıllıqdan) sıxıldığı təkəbbür və lovğalığa tərəf tələsdilər.

 

Xəbərdar olun! Qorxun və çəkinin o böyüklərinizə və başçılarınıza tabe olmaqdan ki, (xalq arasında qazandıqları) yüksək məqam və ad-sandan təkəbbürlülüyə düçar oldular, öz nəsəblərinə (vücuda gəldikləri ailələrinə) qədərindən artıq öyündülər, (öz gümanlarında) xoşagəlməz və çirkin olan şeyi Rəbblərinə nisbət verdilər, Allahın qəzavü-qədəri ilə müharibə etmək və nemətləri ilə vuruşmaqla Onun onlara etdiyi yaxşılıqları inkar etdilər. Buna görə də onlar təəssübkeşlik təməlinin dirəkləri, fitnə və çaxnaşma dayağının sütunları və cahiliyyət fəxr və öyünmələrinin qılınclarıdırlar. Buna görə də Allahdan qorxun və sizə verdiyi nemətlərinə (təkəbbür və məğrurluqla) nankor və sizə etdiyi yaxşılıqlarına görə paxıl olmayın. Yaxşı və başçı sandığınız pis və alçaqlara tabe olmayın. Çünki onlar sizin tutqun lilli sularını öz duru və təmiz suyunuz ilə bir yerdə içdiyiniz, xəstəliklərini öz sağlamlıqlarınız ilə qatışdırdığınız və batil və əyriliklərini öz haqq və düzlüyünüzə daxil etdiyiniz kimsələrdir. Halbuki onlar fisqin (Allahın itaətindən çıxmağın) əsası, günah və (Allah, Peyğəmbər və İmamla) müxalifətin yavər və ayrılmaz yoldaşıdırlar. Şeytan onları azğınlıq daşıyan dəvələr, vasitələri ilə xalqa hökmranlıq etdiyi qoşun və xalqın dilində danışan dilmanc edib ki, sizin ağıllarınızı oğurlasın (yalan sözlərlə sizi Allahın zikrindən və axirəti yada salmaqdan qafil edərək saxlasın), gözlərinizə daxil olsun (dünya həyatı və günahları sizin nəzərinizdə gözəlləşdirsin və nəticədə Allahın nişanələrinə nəzər salmaqdan qalasınız), qulaqlarınıza üfürsün (sizə o qədər puç və çirkin sözlər öyrətsin ki, Allahın və Peyğəmbərin sözlərinə qulaq asmayasınız). Beləliklə, (ağıllarınızı oğurlamaq, gözlərinizə daxil olmaq, qulaqlarınıza üfürməkdən əldə etdiyi nəticə budur ki,) sizi özünün (həlak və məhvetmə) oxunun nişangahı, (zillət və xarlıq) ayaqaltısı və əl tutacaq yeri edir. Buna görə də (indi ki, şeytanın təkəbbürlü insanların vasitəsi ilə sizi azdırmasını başa düşdünüz, onlara tabe olmayın və təkəbbür və məğrurluğu öz şüarınız etməyin və) Allahın cəzalandırmasından və Onun (nəmrudçular, fironçular və başqaları kimi) sizdən qabaqkı təkəbbürlülərə gəlib çatmış əzablarından ibrət alın, üzlərinin torpağa atıldığı və böyürlərinin düşdüyü yerlərdən (qəbirlərdən) öyüd götürün (qarşısından pərdələr asılan üzlərin torpağa qoyulmasına və sincab yataqlara qoyulan böyürlərin quru yerə sərilməsinə nəzər salın) və zəmanənin çətin hadisələrindən Allaha pənah apardığınız kimi, təkəbbür və məğrurluq yaradan şeylərdən də Ona pənah aparın. (Hətta təkəbbür yaradan amillərdən Allaha pənah aparmaq zəmanənin hadisələrindən Ona pənah aparmaqdan daha mühümdür. Çünki təkəbbür axirət əzab və ağrılarına, zəmanənin hadisələri isə dünya işlərində əzab-əziyyətə səbəb olur və axirət ağrı-acıları daha mühümdür. Ona görə ki, onlardan nicat tapılması qeyri-mümkündür.)

 

Əgər Allah, bəndələrindən kiməsə təkəbbürlülük və öyünmək icazəsi versəydi (bu işi kiməsə rəva bilsəydi), bu icazəni Öz peyğəmbərlərinə və dostlarına verərdi. Lakin (heç kəsi istisna etmədən) onları təkəbbürlülük və öyünməkdən çəkindirərək onların təvazökarlıq etmələrini bəyənib. Beləliklə, onlar (da Allahın təvazökarlıq barəsindəki əmr və göstərişinə tabe olaraq itaətkarlıq və təvazökarlığın çoxluğundan) üzlərini yerə qoyub sifətlərini torpağa sürtdülər və öz (xidmət və mehribançılıq) qanadlarını möminlər və Allaha ibadət edənlər üçün aşağı saldılar (lovğalanaraq öyünmədilər). Peyğəmbərlər və Allahın dostları zəif sayılan (insanlar və dünyatələblərin, öz nəzərlərində zəif və aciz sandıqları) bir dəstə idilər ki, Allah onları aclıqla sınamışdı, çətinliklərə düçar etmişdi, qorxu yerləri ilə imtahana çəkmişdi və çirkinliklərdən təmizləyərək paklaşdırmışdı. Buna görə də (peyğəmbərlər və Allahın dostları, dünyanı bu minvalla keçirdikləri üçün) varlılıq və yoxsulluğun sınaq və imtahan yerlərini bilmədiyiniz üçün Allahın razılıq və qəzəbinin (meyarının) var-dövlət və övlad sahibi olmaq olmasını güman etməyin (ki, var-dövlətə və övlada sahib olmaq Onun razılığının, olmamaq isə qəzəbinin nişanəsi deyil). Çünki eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Qurani-Kərimin Muminun surəsinin 55-56-cı ayələrində) buyurur: أَيَحْسَبُونَ أَنَّمَا نُمِدُّهُم بِهِ مِن مَّالٍ وَبَنِينَ نُسَارِعُ لَهُمْ فِي الْخَيْرَاتِ بَل لَّا يَشْعُرُونَ Məgər elə zənn edirlər ki, onlara verdiyimiz mal-dövlət və övladla Biz onların yaxşılıqlarına tələsirik? (Belə deyil) bəlkə şüurları yoxdur və anlamırlar (ki, onları mal və övladla sınayırıq və günah və itaətsizliklərini nə qədər artırıb onun nəticəsində əzaba düçar olmalarını yoxlamaq üçün onlara möhlət veririk). Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah Özünün təkəbbürlü və məğrur bəndələrini onların gözünə zəif görünən dostları ilə sınayır. (Bu məsələyə şahid kimi Musa ilə Fironun əhvalatını gətirmək olar.) Musa ibn İmran onunla birgə olan qardaşı Harunla (onların hər ikisinə Allahın salamı olsun) Fironun yanına gəldi. Onların əyinlərində yun paltar, əllərində taxta əsa var idi. Onunla şərt kəsdilər ki, əgər İslamı qəbul etsə (Allahın birliyini və Musanın peyğəmbərliyini təsdiq etsə), padşahlığı davam edəcək və izzət və hörməti öz yerində qalacaq. Firon (öz tərəfdarlarına) dedi: Bu iki nəfərə təəccüb etmirsiniz ki, gördüyünüz bu yoxsul və xar vəziyyətdə ola-ola mənimlə möhtərəmliyimin öz yerində qalması və padşahlığımın davam etməsini şərt kəsirlər?! (Onları məzəmmət edərək camaata dedi: Əgər bu iki nəfər Allah tərəfindən gəliblərsə,) bəs nə üçün qollarından qızıl bilərziklər asılmayıb? (Xülasə, Firon bu sözləri dedi,) çünki qızılı və onu toplamağı böyük bilərək (Musa ilə Harunun əynində gördüyü) yunu və onu geyinməyi xar sandı.

 

Əgər eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah peyğəmbərlərini göndərəndə onlara qızıl xəzinələri, xalis qızıl mədənləri və hər cür ağac əkilmiş bağlar vermək, eləcə də göyün quşlarını və yerin canlılarını onlara qoşmaq istəsəydi, edərdi bunu. Əgər belə etsəydi, onda sınaq mənasını itirər, əvəz vermək düz olmaz və xəbərlərə (səmadan gələn xəbərlərə və ilahi tapşırıqlara) lüzum olmazdı. Həmçinin onda (belə bir peyğəmbərin dəvətini) qəbul edənlərə sınanmışların savabı düşməzdi, (həmin peyğəmbərə) iman gətirənlər yaxşı əməl sahiblərinin savabına layiq olmazdılar (çünki onların imanları əlacsızlıqdan olub) və adlar mənalarla uyğun gəlməzdi. Amma eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah Öz peyğəmbərlərini qəlb və gözləri ehtiyacsızlıqla dolduran qaneçiliklə (aza razı olmaqla) və göz və qulaqları əzab-əziyyətlə dolduran yoxsulluq və kasıblıqla, iradə və qərarlarında güclü, gözlərin (zahiri) vəziyyətlərindən gördüyü şeydə isə zəif edib. Əgər peyğəmbərlər heç kəsin onlara hakim olmaq niyyətinə düşə bilmədiyi qüvvəyə, zülmə məruz qalmamaları həddə ağalığa və insanların boylanacaqları səltənət və padşahlığa malik olsaydılar və (onların dəbdəbələrini görmək üçün) dəvələrin palanlarının düyünləri bağlansaydı (camaat dünyanın hər tərəfindən səfər edib onların yanına köçsəydi), bu, insanlar üçün ibrət götürmələrində (tabe olmalarında) daha asan olardı və onlar öyünmək və təkəbbürlülükdən daha uzaq olardılar (heç vaxt heç bir kəs onlarla müxalifət etməzdi). İnsanlar onlara hakim olan qorxu və ya onları meylli edən rəğbət və istəyə görə iman gətirərdilər. Onda (belə olan surətdə) niyyətlər saf olmazdı və yaxşılıqlar (ibadətlər) bölünmüş (bir hissəsi dünya, bir hissəsi isə axirət üçün) olardı. Amma eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah belə istəyib ki, peyğəmbərlərə tabe olmaq, kitabları təsdiq etmək, Onun zatı müqabilində əyilmək, əmrinə təslim olmaq və itaət və bəndəliyinə boyun qoymaq ancaq Ona görə olan işlər olsunlar və onlara özlərindən başqa heç bir eyb (istək, qorxu, riya, özünü göstərmək və sairə) qarışmasın. (Bu, imtahan və sınağın böyüklüyünə görədir. Odur ki,) imtahan və sınaq hər nə qədər böyük olsa, savab və mükafat da bir o qədər çoxdur.

 

Məgər eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın keçmişləri, Adəmin (Allahın salam və salavatı olsun ona) zamanından bu dünyanın son nəfərinə kimi, nə ziyanı olan və nə də xeyir verən, nə görən və nə də eşidən (müqəddəs Kəbənin tikildiyi) daşlarla sınadığını görmürsünüz?! Beləliklə, həmin daşları Özünün Beytul-haramı (müşriklərin ora daxil olmalarını, eləcə də ona sığınmış kəsi oradan çıxarmağı haram buyurduğu möhtərəm evi) etdi. Ora Allahın insanlar üçün dikəltdiyi bir evdir (onların toplaşdıqları və həm dünya, həm də axirət xeyirlərinə olan bir məkandır). Sonra onu yerin daşlıq olmaq baxımından ən çətinində, dünyanın yüksək yerlərinin ən az kəsək və torpağı olanında və dərələrin yerin bir tərəfində qərar tutan ən darında yerləşdirdi. (Həmin evi) nahamar dağlar, narın qumlar, suyu az çeşmələr və (su, ot və münasib havası olmadığı üçün) nə dəvə, nə at və nə də inək və qoyunu kökəlməyən bir-birindən uzaq kəndlərin arasında (yerləşdirdi). Sonra Adəm əleyhis-salama və onun övladlarına ona tərəf yollanmalarını, üz tutmalarını əmr etdi. Beləliklə, Beytul-haram onların səfərlərinin xeyirvermə yeri və yüklərinin düşürülmə məkanına çevrildi. (Həccin vacibi əməllərini yerinə yetirmək nəticəsində qazandıqları axirət xeyrindən əlavə, oranın onlar üçün dünya mənfəəti də vardır.) Könüllərin meyvələri abadlıqdan uzaq otsuz-susuz çöllüklərdən, enişli dərələrin yüksəkliklərindən, dənizlərin (əhatəyə alması nəticəsində yerin digər hissələrindən) ayrı düşmüş adalarından həmin evə düşər (səfalı insanlar orada toplaşaraq bir-birlərindən mənəvi mənfəətlər əldə edərlər). (Onlar uzaq yerlərdən səfər edərək çox çətinliklə ora çatarlar) və nəhayət, (səy əməli və təvafda) tam itaətkarlıq və təvazökarlıqla öz çiyinlərini tərpədərlər, evin kənarında təhlil (la ilahə illəllah) deyərlər. Allahın razılığını əldə etmək üçün saçı pıtlaşıq və üzü toz-torpağa bulaşmış halda hərvələ edərlər (tələsik yeriyərlər). Paltarlarını arxaya atıblar (həmişə geyindikləri paltarı əyinlərindən çıxarıb ehram paltarı geyiniblər). Saçlarını qırxmamaları və onların çoxalmaları nəticəsində öz yaradılışlarının gözəlliklərini (məhbuslar kimi) çirkinləşdiriblər. Allah onları (Beytul-haramın ziyarətində bu əməllərlə) imtahan edib. Elə bir böyük, çətin, aşkar və kamil imtahan ki, onu Öz rəhmətinin əldə edilməsi və Cənnətinə çatmaq amili edib. Əgər eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah Özünün hörmətli evini və böyük ibadətgahlarını bağlarda, arxlarda, sıx ağaclı, meyvələri əlçatan və binaları bir-birinə birləşmiş yumşaq və hamar yerdə, yaxın kəndlərdə, qırmızıyanaq buğda və yaşıl çəmənliklər arasında, gül-çiçəkli ot dolu yerlərdə, təravətli zəmilərdə və abad yollarda yerləşdirmək istəsəydi, onda mükafatın miqdarını imtahanın azlığına uyğun şəkildə az edərdi. Əgər evin təməli və tikildiyi daşlar yaşıl zümrüd və qırmızı yaqutdan, eləcə də nurlu və parıltılı olsaydı, belə bir bina könüllərdə şəkkin çəkişməsini azaldar, şeytanın səy və təlaşını qəlblərdən silər və xalqdan tərəddüd iztirabını və nigarançılığını uzaqlaşdırardı. Lakin Allah, təkəbbür və məğrurluğu qəlblərdən çıxarmaq və təvazökarlığı canlara yerləşdirmək üçün bəndələrini müxtəlif çətinliklərlə sınayır, onlardan növbənöv çalışqanlıqlarla bəndəlik etmələrini istəyir və onları təbiətən xoşlanılmayan şeylərlə imtahan edir ki, həmin imtahanı Öz lütf və fəzlinə açılmış qapı və əfv və bağışlamasının asan vasitələri etsin.

 

Odur ki, dünyada fitnə-fəsad törətmək (onun cəzası), axirətdə zülmün ziyanı və məğrurluq və təkəbbürlülüyün pis nəticəsi barəsində Allahdan qorxun, Allahdan qorxun! Çünki fitnə-fəsad, zülm və məğrurluq şeytanın ən böyük tələ və hiyləsidir. O, elə bir hiylədir ki, öldürücü zəhər kimi insanların qəlbinə daxil olur (və onları məhv edir). Buna görə də şeytan heç vaxt aciz qalmır və heç kəsin - nə elminə görə alimin, nə də köhnə paltarına görə yoxsulun - ölüm yerini səhv salmır. Allah mömin bəndələrinin əl, ayaq və digər üzvlərinin (günah və itaətsizlikdən) dinc qalması, gözlərini yerə dikmələri, canlarının təvazökarlığı, qəlblərinin xarlığı və təkəbbür və lovğalığı onlardan uzaqlaşdırmaq üçün onları namazlar, zəkatlar və vacib günlərdə oruc tutmağa çalışmaq vasitəsi ilə fitnə-fəsad, zülm və təkəbbürlülükdən qoruyur. Çünki gözəl üzlərin təvazökarlığa görə torpağa sürtülməsi və kiçikliyi bildirmək üçün (səcdə zamanı) şərəfli üzvlərin (yeddi yerin) yerə yapışdırılması namazdadır. Özünü kiçiltmək və heç bilmək üçün qarınların bellərə yapışması orucdadır. Həmçinin yerin meyvələrini (arpa, buğda, xurma və kişmişi) və ondan başqasını (dəvə, inək, qoyun, qızıl və gümüşü) yoxsul və fağırlara vermək zəkatdadır. Bu ibadətlərin aşkar öyünmələri və özünü yekə tutmaqları necə xar etmək və (dünya bədbəxtliyi və axirət əzabına səbəb olan) aydın təkəbbür və məğrurluqları aradan qaldırmaq kimi mənfəətlərinə nəzər salın. (İmam əleyhis-salam burada Kufə əhlini fitnə-fəsad və zülmə səbəb olan yersiz təəssübkeşlik və məğrurluğa görə məzəmmət edərək buyurur:)

 

Mən (insanların hallarına) nəzər saldım. İnsanlardan sizdən başqa bir şeyə görə təəssübkeşlik və təkəbbürlük edən elə birisini tapmadım ki, (heç olmasa) nadanların səhvə düçar olmalarını əhatə edən səbəbə və ya səfeh və qanmazların ağıl və fikirləri ilə uyğun gələn dəlilə əsaslanmamış olsun. Amma siz elə bir işə görə təəssübkeşlik və təkəbbürlülük edirsiniz (bir-birinizə öyünürsünüz) ki, (heç zahirdə, nadan və ağılsızların yanında da) ona bir səbəb və dəlil tapılmır. Şeytan (oddan olan) əslinə görə Adəmə qarşı təəssübkeşlik və məğrurluq etdi və onu xilqət və yaradılışında məzəmmət edərək dedi: Mən oddanam, sən isə palçıqdansan. (Buna görə də nadanın gözündə təəssübkeşliyə dəlil ola bilən səbəbdən təəssübkeşlik və məğrurluq etdi.) Ümmətlərin çoxlu nemətlər içərisində olan və istədikləri kef və ləzzətlərdən bəhrələnən varlıları nemətlər (var-dövlət, övladlar və əl altında olanların onları böyük saymaları) səbəbindən təəssübkeşlik və təkəbbürlülük etdilər. Beləliklə, dedilər: Bizim mal-dövlətimiz və övladımız (sizinkindən) daha çoxdur və bizə əzab da verilməyəcəkdir. Buna görə də əgər təəssübkeşlik və təkəbbürlülükdən başqa bir çıxış yolunuz yoxdursa, onda gərək sizin təəssübkeşliyiniz nəcib sifətlər, bəyənilən işlər və gözəl şeylər - ərəb sülalələri və qəbilə başçılarından olan böyüklərin və igidlərin rəğbət göstərilən xislətlər, böyük ağıllar, yüksək məqamlar və xoşagələn sifətlər vasitəsi ilə onda bir-birlərini üstələməyə çalışdıqları sifət, iş və şeylər - üçün olsun. Odur ki, qonşunun haqqına riayət etmək, əhd-peymana vəfa etmək, yaxşılara tabe olmaq, təkəbbürlülərə qarşı çıxmaq, yaxşılığı (yaxşı işi) götürmək, zülmdən əl çəkmək, qan tökməyi (onun günahını) böyük bilmək, xalqla ədalətli və insaflı olmaq, qəzəbi boğmaq və yer üzündə fitnə-fəsad törətməkdən çəkinmək kimi tərifə layiq xislətlər üçün təəssübkeşlik edin.

 

Çirkin və pis əməllərinə görə sizdən qabaqkı ümmətlərə gəlmiş əzab və çətinliklərdən qorxun! Onların başlarına gələnləri (öz) xeyir-şərinizdə yad edin (hansı işin nəticəsinin nə olmasına nəzər salın). Onlar kimi olmaqdan çəkinin (ki, pis əməl və çirkin danışıqlara görə siz də əzab və çətinliyə düçar olarsınız). Onların iki (yaxşı və pis) hallarının fərqləri barəsində düşündükdən sonra (xeyirli və yaxşı yola qədəm qoyun və) vasitəsi ilə hörmətli və izzətli olduqları, düşmənləri onlardan dəf edən, salamat qalmalarına və nemət və rahatlıqlarının artmasına səbəb olmuş, (birlik) iplərini kəramət və böyüklüyə birləşdirmiş işi - parçalanmadan (nifaq və ikiüzlülükdən) çəkinmələri, mehribanlıqları (vəhdət və birlikləri) və bir-birlərini mehribanlığa (həmrəylik və yekdilliyə) həvəsləndirərək tövsiyə etmələrini-seçin. Həmçinin (şər və pis yola ayaq basmayın və) qəlblərdə kin bəsləmək, sinələrdə düşmənçilik daşımaq, insanların bir-birlərinə arxa çevirmələri və əllərin bir-birinə kömək etməməsi səbəbindən keçmişlərin bel fəqərə sümüyünü sındırmış və güclərini süstləşdirmiş hər bir işdən uzaq olun. Eləcə də sizdən qabaqkı möminlərin (Bəni-İsraildən və digər tayfalardan olan imanlıların) vəziyyətləri, sınaq zamanı və əziyyət çəkərkən necə olmaları barəsində düşünün. Məgər onlar digər insanlardan daha ağır vəziyyətdə (cəfa içərisində), başqalarından daha çox əziyyət çəkən deyildilər və həyatları dünya əhlindən daha sıxıntılı deyildi?! Fironlar onları nökər və qulluqçu edirdilər, əzabın çətinliyini onlara daddırırdılar (oğullarının başını kəsir, qızlarını saxlayırdılar) və acılığı onlara qurtum-qurtum içirdirdilər (əzab-əziyyətin ən son həddinə düçar etmişdilər onları. Onların bir dəstəsi fironların nökərləri, digər bir dəstəsi isə əkinçiləri idilər. Əlindən heç bir iş gəlməyəndən isə bac alırdılar). Buna görə də onlar həmişə həlakolma xarlığı və hökm (fironların hökmü) altında və istismar vəziyyətində idilər. (Fironların əmrlərindən) boyun qaçırmaq üçün çarə və (onların zülmlərindən) müdafiə üçün yol tapmırdılar. Nəhayət, Allah onların Onun məhəbbəti yolunda əziyyətlərə səbr etməkdə çalışqanlıq göstərmələrini və Ondan qorxduqları üçün iyrəncliklərə dözmələrini nəzərə aldı. Onları ağır çətinliklərdən xilas etdi və onlara xarlıq və həqirliyin əvəzində izzət və möhtərəmlik, qorxunun əvəzinə dinclik əta etdi. Beləliklə, əmr verən hökmdarlar və yol göstərən rəhbərlər oldular. Allah tərəfindən onlara arzusunda olduqlarından da çox izzət və böyüklük bağışlanıldı. Beləliklə, cəmiyyətləri bir yerə toplaşanda, fikirlər birgə, qəlblər bir, əllər bir-birinə yardımçı, qılınclar bir-birinə kömək, uzaqgörənliklər dərin və qərarlar yekdil olanda onların necə olmalarına nəzər salın. Məgər yer üzünün (şəhərlərin) böyüyü və insanların hər şeyinin ağası deyildilər?! Sonra onların işlərinin (kef çəkmələrinin) axırında (aralarında) parçalanma yarananda, mehribanlıq və birlikləri bir-birinə dəyəndə, sözləri ilə qəlbləri arasında fərq yarananda, dəstə-dəstə olub bir-birlərinin canına düşəndə və bölünərək bir-birləri ilə vuruşanda düçar olduqları şeyə (çətinliklərə) nəzər salın. Allah (həmin çirkin əməllərinə görə, Buxtunəsr və digər zalımlar vasitəsi ilə) izzət və böyüklük libasını onların əyinlərindən çıxartdı, nemət bolluğunu onlardan aldı və sizin öyüd götürənlərinizin ibrət almaları üçün onların başlarına gələnlərin əhvalatı aranızda qaldı.

 

Həmçinin (Zəbih) İsmayılın övladlarının, (İbrahim Xəlilin oğlu) İshaqın oğullarının və İsrail övladının (Yaqub ibn İshaqın) əleyhimus-salam-başlarına gələnlərdən ibrət götürün ki, sərgüzəştlər (hər bir əsrin insanlarının sərgüzəştləri) necə də bir-birinə uyğun və əhvalatlar (bir-birinə) necə də yaxındır! (Yəni, sizin vəziyyətinizlə keçmişlərin vəziyyətləri bir-birinə oxşayır. Buna görə də yaxşı olar ki, onların əhvalatlarından ibrət götürəsiniz.) Onların Kəsralar (əcəm şahları) və Qeysərlər (Rum şahları) onlara ağalıq edib hakim olan gecələrdəki (zamanlardakı) sərgüzəştləri, parçalanma və bir-birlərindən ayrılmalarının necəliyi barədə fikrə dalın və düşünün. Onları əkin yerlərindən (abadlıqlardan), İraq çaylarından (Dəclə-Fəratdan) və dünyanın yaşıllıqlarından yovşan bitən, bərk küləklər əsən və yaşayış çətin olan yerlərə qovdular. (Onları otsuz-susuz və abadlıqdan uzaq olan çöllüklərə göndərdilər.) Beləliklə, onları yoxsul, kasıb və yaraya və dəvə tükünə yoldaş halda tərk etdilər (dəvə otaran etdilər). Onlar ev və məskən baxımından tayfaların ən həqiri və oturaq salma baxımından ən bədbəxti idilər (yaşadıqları yerlərin nə suyu var idi, nə də otu). Nə bir başçının ətrafına toplaşırdılar ki, ona sığınsınlar (bu bədbəxtlik və çətinlikdən nicat tapmaları üçün onları bir dinə dəvət edərək bir iş ətrafına toplayacaq bir kimsə yox idi), nə də dostluq və mehribanlığın kölgəsi altına yığışırdılar ki, onun izzət və böyüklüyünə arxalansınlar (etimad edərək rahatlanmaları üçün bir başçı və rəhbərləri yox idi). Beləliklə, nigaran vəziyyət, ixtilaflı əllər (bir-biri ilə yoldaşlıq etmədən) və parçalanmanın çoxluğu ilə ağır çətinlik və qızları diri-diri torpağa basdırmaq, bütlərə sitayiş, qohumlardan uzaqlıq və hər bir yolda soyğunçuluq etmək kimi cəhalət və nadanlıq içərisində idilər.

 

Sonra da, Allahın, onlara peyğəmbər (peyğəmbərlərin sonuncusu Həzrət Məhəmmədi-səlləllahu əleyhi və alih-) göndərdiyi, onları onun şəriətinə tabe etdiyi və həmin peyğəmbərin dəvəti ilə onları toplayaraq bir-biri ilə mehribanlaşdırdığı zaman onlara verdiyi nemətlərinə nəzər salın. Baxın ki, nemət və rahatlıq özünün kəramət qanadlarını onların üzərinə necə sərdi, onlar üçün rifah və bolluq çaylarını necə rəvan etdi və şəriət (o Həzrətin şəriəti) onları öz bərəkətli xeyirlərində necə topladı. Beləliklə, (xoşbəxtlik, möhtərəmlik və asayişin son yüksək həddini onlara tədarük gördüyü üçün) onun nemətində qərq oldular və onun həyatının ləzzətindən məmnun qaldılar. Həyatları qalib şahın (müqəddəs İslam dininin) kölgəsində quruldu və vəziyyətlərinin yaxşılığı onları böyüklük və qələbənin kənarında yerləşdirdi. Qüdrətli şahlığın ucalığı sayəsində işlər onlara asanlaşdı (dünya və axirət səadəti üz tutdu onlara). Beləliklə, onlar aləmdə olanlara fərman verənlər və yerlərin (şəhərlərin) şahları idilər. Onlara hakim olmuşlara hakim oldular və onlara əmr verənlərə əmrlər verirdilər. Onlara nizə atılmır, daş tullanmırdı!! (İslam dini onlara elə bir güc və qüdrət verdi ki, dünyanın işlərinin idarəçiləri və aləmdə olanlara hakim oldular və heç kəs onlara hakim ola bilmirdi.)

 

Bilin ki, siz (yaranmışların ən xeyirlisi olan Həzrət Peyğəmbərin şəriətinə iman gətirmək nəticəsində izzət və şərəf tapdıqdan sonra) əllərinizi itaət və tabeçilik kəndirindən çəkdiniz (Allahdan və Peyğəmbərdən üz çevirərək uzaqlaşdınız), Allahın ətrafınıza çəkilmiş hasarında cahiliyyət hökmləri (İslamdan qabaqkı dövrün adətləri) ilə uçuq yaratdınız (öz imam və rəhbərinizə itaət etmədiniz və onun nəticəsində öz dünya və axirətinizi bərbad etdiniz). Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah, bu ümmətin boynuna aralarında yaratdığı, kölgəsinə daxil olduqları və kənarında qərar tapdıqları bu ülfət və mehribançılıq bağlantısında qiymətini, yaratdıqlarından heç bir kəsin bilmədiyi bir nemətlə (ülfətə səbəb olan din ilə) haqq qoyub (zəhmətə qatlaşmadan nemət verib). Çünki qarşılıqlı ülfət və mehribanlığın dəyəri hər bir qiymətdən artıq və hər bir böyüklükdən böyükdür. (Ona görə ki, ülfət və birliklə dünya və axirət səadəti və xoşbəxtliyi əldə edilir.) Bilin ki, siz hicrətdən sonra (nadanlıq və azğınlıqdan bilik və hidayətə nail oldunuz və sonra bir daha təəssübkeşlik, məğrurluq, bir-birinizlə düşmənçilik və fitnə və çaxnaşma yaratmaq səbəbindən) bədəvi ərəb (nadanlıq və azğınlıq çölçüləri) oldunuz. Həmçinin dostluqdan (bir yerə toplaşdıqdan) sonra (bir-birinə müxalif və düşmən olan) dəstələrə parçalandınız. İslamla, onun adından başqa heç bir əlaqə və bağlılığınız yoxdur. İmandan, onun nişanəsindən başqa bir şey tanımırsınız!! (Ancaq dildə kəlmeyi şəhadətləri deyirsiniz. Amma İslamın hökmlərindən bir şey öyrənməmisiniz və həmçinin imanın həqiqətini dərk etməmisiniz.) Deyirsiniz ki: Oda gedərik, amma xarlığa razı olmarıq?! (النّارَ وَ لاَ الْعارَ Oda gedərik, amma xarlığa razı olmarıq məsəlini zillət və xarlığa boyun əyməyən kəslər deyirlər. Bu məsəl haqq barəsində deyilsə, çox gözəldir. Amma əgər batil və nahaq barəsində deyilsə, səhvdir. Əgər Kufə əhlinin məqsədi o Həzrət olmuş olsa və ya onlarla Şam əhlinin məqsədləri ümumi müraciət olmuş olsa, bu, fitnə, qalmaqal və İslamın göstərişlərinə ziddir. Buna görə də İmam əleyhis-salam onları məzəmmət edərək sözlərini davam edir:) Sanki siz İslamın hörmət pərdəsini yırtmaq və peymanını sındırmaqla (hökm və şərtlərinə əməl etməməklə) onu başıaşağı və tərsinə çevirmək (məhv etmək) istəyirsiniz (necə ki, kafir, münafiq və düşmənlər onu məhv etmək niyyətindədirlər). Elə bir peymanı ki, Allah, onu yer üzündə (düşmənlərin hücum edərək sizə hakim olmalarının qarşısında) sizin üçün sığınacaq və yaratdıqları arasında (onların iztirab və nigarançılıqlarını aradan qaldırmaq üçün) əmin-amanlıq və rahatlıq (vasitəsi) edib (ki, bəşəriyyət hər hansı bir işdə çarəsiz qalanda və əli bütün yollardan üzüləndə İslamın peymanına, yəni, onun hökm və göstərişlərinə üz tutub tabe olsun). Əgər siz (belə bir dinə malik olmağınıza baxmayaraq,) İslamdan qeyrisinə sığınsanız (öz şücaətinizə, cəmiyyət və qohum-əqrabalarınızın çoxluğuna arxalanaraq onun hökmlərinə tabe olmayıb göstərişlərinə hörmətlə yanaşmasanız), kafirlər sizinlə vuruşacaqlar. Həmin vaxt Cəbrail, Mikail, Mühacirlər və Ənsar da olmayacaq ki, sizə kömək etsin (necə ki, Həzrət Peyğəmbərin - səlləllahu əleyhi və alih - zamanında edirdilər). Allah aranızda (qələbənin hansınıza nəsib olması barəsində) hökm çıxarana kimi (heç bir kömək olmadan) ancaq qılınc ilə vuruşacaqsınız. Allahın (keçmiş ümmətlərə olan) əzabı, (qəlbləri) sıxan və ağrıdan bəla və çətinlikləri, (qəzəb) dövranlar(ı) və (çarəsi olmayan) hadisələri barəsindəki məsəl və sərgüzəştləri əliniz altındadır. (Allah Qurani-Kərimdə Nuh, Ad, Səmud və digər tayfaların sərgüzəştlərini bəyan edib.) Buna görə də Allahın məsuliyyətə alacağına nadan olmağınız, bərkə çəkməsini yüngül saymağınız və əzabına düçar olmamağınız səbəbindən Onun əzabını(n gəlib çatmasını) uzaq sanmayın. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah, keçmiş ümmətləri onların əmr be məruf və nəhy əz munkəri tərk etmələrindən ayrı bir səbəbdən Öz rəhmindən uzaqlaşdırmayıb. (Onlar bir-birlərinə yaxşı işlər görməyi əmr etmir, nalayiq əməllərdən çəkindirmirdilər.) Odur ki, Allah ağılsız və qanmazları günah etdiklərinə, ağıllıları isə pisliklərdən çəkindirmədiklərinə görə lənətləyib (Öz rəhmindən uzaqlaşdıraraq ağır əzaba düçar edib).

 

Bilin ki, siz İslamın bağını qırdınız (təəssübkeşlik və məğrurluq ilə ülfət və dostluğa göz yumaraq bir-birinizlə düşmənçilik etdiniz), onun hüdudlarını tərk etdiniz (müəyyənləşdirdiyi vəzifələrə əməl etmədiniz) və hökmlərini (xüsusilə hökmlərinin ən böyük və mühümü olan əmr be məruf və nəhy əz münkəri) aradan qaldırdınız. (Amma mən ki, sizin itaət etməyiniz vacib olan imam və rəhbərinizəm və Həzrət Peyğəmbərə - səlləllahu əleyhi və alih-ən yaxın adam olmuşam, məmur edildiyim şey əsasında davranıram. Buna görə də) bilin ki, Allah mənə zülmkarlar, əhdini sındıranlar və yer üzündə fitnə-fəsad törədənlərlə vuruşmağı əmr edib. Odur ki, əhdini pozanlarla (Cəməl əhli olan Təlhə, Zübeyr və onların tərəfdarları ilə) vuruşdum (və onları diz çökdürdüm), haqdan əl götürənlərlə (Şam əhli ilə) cihad edərək döyüşdüm və dindən xaric olanlara (Nəhrəvan Xəvaricinə) qəzəb edərək onları xar və zəlil etdim. Rədhə şeytanına gəldikdə isə: (vuruşmaq və öldürmək əvəzinə) onun barəsində nəticəsində ürəyinin döyüntüsünü və sinəsinin titrəməsini eşitdiyim qorxunc bir nərə ilə kifayətləndim. Əgər Allah izn versə (istəsə və mən sağ qalsam), ikinci dəfə zalımlardan (Əmr ibn Asın hiylə və kələyi ilə Quranları nizələrin başına sancıb Siffeyn müharibəsini dayandıran Müaviyə və onun ətrafındakılarından) yerdə qalanlara tərəf gedəndə, şəhərlərin kənarlarına dağılanlar istisna olmaqla, dövləti və qüdrəti onlardan alacağam (və hamısını məhv edəcəyəm). (O Həzrət burada öz şücaət, qəhrəmanlıq, məqam, dərəcə və böyüklüyünü xatırladaraq buyurur:)

 

Mən uşaqlıqda ərəbin kürəyini yerə vurmuşam (İslamın ilkin çağlarında onların böyüklərini öldürmüşəm) və Rəbiə və Muzərin (bu qəbilələrin) yeni yetişmiş budaqlarını (igidlərini) sındırmışam. Siz mənim Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) yanında yaxın qohumluq (əmioğluluq və kürəkənlik), yüksək məqam və xüsusi ehtiram səbəbindən olan qədir-qiymət və dərəcəmi bilirsiniz (ki, mən o Həzrətin yanında belə böyük bir hörmət və məqama malik idim və məni xilafətə təyin etmişdi). O məni uşaqlıqdan öz yanında böyüdüb. O məni sinəsinə sıxar, yatanda qucağına alar, bədənini bədənimə sürtər, öz xoş ətrini mənə iylədər, (ata öz övladına etdiyi kimi) ağzıma çeynənmiş yemək qoyardı. O mənim sözümdə yalan, əməlimdə səhv və xəta tapmadı. Peyğəmbər (səlləllahu əleyhi və alih) süddən ayrılandan sonra Allah mələklərinin ən böyüyünü o Həzrətə yoldaş etdi ki, gecə-gündüz onu nəciblik yollarına və dünyanın gözəl xislətlərinə doğru yönəltsin. Mən dəvə balası anasının dalına düşüb getdiyi kimi onun arxasınca gedirdim. O, hər gün öz xislətlərindən bir bayraq və əlamət ucaldır (biruzə verir) və mənə ona yiyələnməyi əmr edirdi. (Peyğəmbərliyə təyin edilməmişdən qabaq) hər il (bir ay insanlardan uzaqlaşaraq ibadət və bəndəliklə məşğul olmaq üçün Məkkə yaxınlığındakı dağlardan biri olan) Hirada məskunlaşardı. Həmin müddətdə mən onu görərdim və onu məndən qeyrisi görməzdi. Həmin zamanda İslam Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) və (o Həzrətin arvadı) Xədicənin evindən başqa heç bir evə daxil olmamışdı və mən onların üçüncüsü idim. Vəhy və (ilahi) elçilik nurunu görür və nübuvvət və peyğəmbərlik ətrini duyurdum. (Vəhy nazil olan zaman o Həzrətlə birgə idim və heç bir tərəddüd olmadan nazil olanlara iman gətirirdim.) O Həzrətə (səlləllahu əleyhi və alih) vəhy nazil olanda şeytanın səsini eşitdim. Dedim: Ey Allahın Peyğəmbəri, bu nə səsdir? Buyurdu: Bu şeytanın səsidir ki, o, pərəstiş edilməkdən ümidsizliyə qapılıb sən mənim eşitdiklərimi eşidir, gördüklərimi görürsən (hər şeydə mənimlə bərabərsən), sən yalnız peyğəmbər deyilsən, lakin vəzirsən; sən xeyir və yaxşılıqdasan. (Sən bütün zahiri və mənəvi kamilliklər toplususan və elə bir yoldasan ki, dünya və axirət xeyri və yaxşılığı ondadır.)

 

Qüreyşin böyüklərindən ibarət bir dəstə Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) yanına gələndə mən onunla bir yerdə idim. Onlar dedilər: Ey Məhəmməd! Sən elə böyük bir iş (nübuvvət və peyğəmbərlik) iddia edirsən ki, nə sənin ataların və nə də sənin nəslindən bir nəfər onu iddia etməyib. İndi biz səndən bir iş görməyini istəyəcəyik. Əgər bizim üçün onu yerinə yetirsən və onu bizə göstərsən, biləcəyik ki, (Allah tərəfindən göndərilmiş) peyğəmbər və elçisən. Amma əgər yerinə yetirməsən, biləcəyik ki, cadugər və yalançısan. Peyğəmbər - səlləllahu əleyhi və alih - buyurdu: Nə istəyirsiniz? Dedilər: Bu ağacı çağır, kötükləri ilə (yerdən) çıxıb (gəlib) qarşında dayansın. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: Allah hər şeyə qadirdir. Əgər sizin bu istəyinizi rəva etsə, iman gətirib haqqa şəhadət verəcəksiniz? Dedilər: Bəli. Buyurdu: Mən istədiyinizi sizə göstərəcəyəm. Amma bilirəm ki, xeyir və yaxşılığa (bütün dünya və axirət xeyirlərini özündə toplamış İslama) bağlanmayacaqsınız. Sizin aranızda eləsi var ki, (öz kafirliyində qalıb Bədr müharibəsində öldürüləcək və) quyuya atılacaq. Həmçinin (sizin aranızda) qoşunları toplayacaq kimsə var. Bundan sonra Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: Ey ağac, əgər sənin Allaha və qiyamət gününə imanın varsa və mənim Allahın peyğəmbəri olmağımı bilirsənsə, öz köklərinlə yerindən çıx və Allahın əmri ilə mənim qarşımda dayan. O Həzrəti haqq (düz və doğru) olaraq göndərən Allaha and olsun ki, ağac kökü ilə yerdən çıxdı və quşların qanadlarının səsinə bənzər ağır səslə gəlib qanad çalan quş kimi Peyğəmbərin (səlləllahu əleyhi və alih) əlləri arasında dayandı və özünün böyük budağını Allahın Peyğmbərinin (səlləllahu əleyhi və alih) başına, budaqlarının bəzilərini isə mənim çiynimə atdı. Mən o Həzrətin (səlləllahu əleyhi və alih) sağ tərəfində dayanmışdım. Həmin dəstə onu görəndən sonra təkəbbürlülük və məğrurluq üzündən dedi: De ki, onun yarısı sənin yanına gəlsin, digər yarısı isə öz yerində qalsın. Beləliklə, Peyğəmbər ağaca həmin istəyin gerçəkləşməsi əmrini verdi. Sonra onun yarısı heyrətləndirici gəliş və gurultulu səslə o Həzrətə tərəf üz tutdu (o Həzrətin əmrini birincidən daha sürətli şəkildə yerinə yetirdi) və az qalmışdı ki, Allahın Peyğəmbərinə (səlləllahu əleyhi və alih) sarılsın. Onlar yenə naşükürlük və ədavət üzündən dedilər: Əmr et bu yarı hissə qayıdıb əvvəl olduğu kimi öz yarısına birləşsin. Sonra Peyğəmbər - səlləllahu əleyhi və alih - əmr etdi və ağac qayıtdı. Mən dedim: İbadətə Allahdan başqası layiq deyil. Ey Allahın Peyğəmbəri! Mən sənə ilk iman gətirən və həmçinin ağacın Allahın əmr və istəyi ilə yerinə yetirdiyini, sənin peyğəmbərliyini təsdiq etmək və əmrinə ehtiram üçün etdiyini etiraf edən ilk kimsəyəm. Sonra həmin dəstədəkilərin hamısı dedi: Çox yalançı cadugərdir! Bu, onun çox çevik olduğu heyrətləndirici bir cadudur! (Çünki fikrə dalıb düşünmədən istədiyini etdi. Həmçinin dedilər:) Səni işində bu şəxsdən başqası təsdiqləyir? Onlar məni nəzərdə tuturdular. Mən o dəstədənəm ki, onlara Allah yolunda heç bir tənə vuranın tənəsi mane olmur. Onların üzləri doğruçuların üzləri, sözləri gözəl əməl sahiblərinin sözləridir. Gecə abadlaşdıran, gündüz isə nişanə və bələdçidirlər (gecə oyaq qalaraq axirətlərini abadlaşdırırlar. Gündüz də xalqı haqq yola istiqamətləndirirlər). Özlərini Quran ipindən (onun azğınlıq və bədbəxtçilikdən nicat tapmağa səbəb olan elm və maarifinə) asarlar və Allahın yollarını və Onun Peyğəmbərinin sünnəsini dirçəldərlər. (Dinin nişanələrini yayaraq onun hökmlərinə əməl edərlər.) Təkəbbür göstərməz, məğrurluq, haqsızlıq və pozğunçuluq etməzlər. Qəlbləri Cənnətdə, bədənləri isə işlə məşğuldur (qəlbləri Cənnətə yönəlib, bədənləri isə yaxşı işlərlə və bəndəliklə məşğuldur).

  
235- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın Abdullah ibn Abbasa buyurduğu kəlamlarındandır. Abdullah, Osman (zülmkarlıqlarına, müsəlmanların beytülmalını dağıtdığına və gördüyü çirkin işlərə görə) mühasirədə olan zaman (müsəlmanlar onu xilafət məqamından uzaqlaşdırmaq istəyirdilər və o, öldürülmək qorxusundan çölə çıxmağa cürət etmədiyi üçün) ondan o Həzrətə bir məktub gətirdi. Osman həmin məktubda o Həzrətdən, xalqın onu xilafətə namizəd kimi irəli sürmələri hay-küyünün yatması üçün Yənbudakı malikanəsinə getməsini istəmişdi. Halbuki həmin istəyin bənzərini bundan qabaq da etmişdi. Buna görə də İmam əleyhis-salam buyurdu:

 

Ey Abbasın oğlu! Osman məni böyük vedrə ilə su daşıyan dəvə kimi etməkdən, (həmin dəvə kimi) gedib-gəlməyimdən başqa bir şey istəmir. (Bundan qabaq yanıma adam) göndərdi ki, (Mədinədən) çıxım. Ondan sonra (yenə adam) göndərdi ki, (ona kömək etmək üçün Yənbudan Mədinəyə) gəlim. İndi də (səni) göndərir ki, çıxım. Allaha and olsun, (kömək edərək) onu elə müdafiə etdim ki, (onunla bir yerdə olmaqda çox çalışmağımın nəticəsində) günahkar olmağımdan qorxdum. (Çünki o, gördüyü nalayiq işlərə görə müdafiə edilməyə layiq deyildi.)

  
236-CI XÜTBƏ 

İmam Əli əleyhis-salamın kəlamlarındandır ki, onda özünün Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) (Məkkədən Mədinəyə) hicrətindən sonrakı vəziyyətinin necəliyini və o Həzrətə birləşməsini açıqlayıb:

 

(Həzrət Peyğəmbər Məkkədən Mədinəyə hicrət edən zaman mənə əmr etdi ki, hərəkət edəcəyi axşam onun yatağında yatım. Onun səhərisi gün müşriklər Peyğəmbərin getdiyini və yataqda yatan şəxsin mən olduğumu bildilər. O Həzrətin hicrətindən üç gün sonra piyada onun arxasınca yola düşdüm.) Beləliklə, Allahın Peyğəməbərinin (səlləllahu əleyhi və alih) getdiyi yolu tutdum. Hər addımı onun fikri ilə atırdım (və hər mənzildə onu soraq edirdim) ki, nəhayət, Ərəcə (Məkkə ilə Mədinə arasında yer adıdır) çatdım. (Seyyid Rəzi deyir:) Bu cümlə (o Həzrətdən nəql edilmiş) uzun bir kəlamdandır. (Seyyid Rəzi daha sonra belə deyir:)

 

O Həzrət əleyhis-salamın فَأَطَأُ ذِكْرَهُ hər addımı onun fikri ilə atırdım cümləsi ixtisar və fəsahətin son həddinə çatıb. (Həmin sözdən) məqsəd budur ki, mən (Məkkədən) çıxandan Ərəcə çatana kimi o Həzrəti (səlləllahu əleyhi və alih) soraqlaşırdım. Odur ki, bu kəlamı belə bir heyrətləndirici metafora üçün gətirib.

  
237- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın (insanın nə qədər ki, sağdır, ibadət və bəndəliyi əldən çıxarmamasının zəruriliyi barəsindəki) xütbələrindəndir.

 

(Allaha həmd və Həzrət Peyğəmbərə və onun Əhli-Beytinə salamdan sonra, bilin ki, dünya həmişə qalmayacaq. Buna görə də) nə qədər ki, həyat genişliyindəsiniz (sağsınız), dəftərlər (əməl dəftərləri gözəl söz və əməllərin yazılması üçün) açıqdır (bağlanmayıb), tövbə və (pisliklərdən) qayıdış sərilib (qəbul edilir), üz döndərən (günahkar çirkin əməldən əl götürüb tövbə etməyə) çağırılır, pis əməl sahibinə (çirkin əməlinin yerini yaxşı əməllərlə doldurmaq üçün) ümidvarlıq verilir, əməl çırağı sönməyib fürsət əldən çıxandan, vaxt sona çatandan, tövbə qapısı bağlanandan, mələklər göyə qalxandan (qələmlər əməl dəftərinə yaxşı və ya pis bir şey yazmaqdan saxlanılandan) qabaq (bacardığınız qədər Allah və Peyğəmbərin göstərişlərinə uyğun) iş görün. Buna görə də gərək insan (ölüm - yəni, heç bir iş görmək imkanı olmayan zaman gəlib çatmamışdan qabaq) özündən özü, həyatdan ölüm, yoxluqdan varlıq və ötəridən daimi üçün nəticə əldə etsin (dünyada özünü işə vadar etsin ki, onun nəticəsi axirətdə dərdinə dəysin). Ölüm çatana kimi fürsət və işin görülməsinə qədər möhlət verilmiş halda Allahdan qorxan (və əməldə çalışan) kəs, o şəxsdir ki, nəfsini noxtalayıb və onun cilovu öz ixtiyarındadır və beləliklə, nəfsin noxtası ilə özünü Allahın qadağan etdiklərindən saxlayıb və onun cilovu ilə özünü Allaha itaət və tabeçiliyə tərəf çəkir.

  
238- Cİ XÜTBƏ 

İmam Əli əleyhis-salamın Həkəmeyn (Əmr ibn As və Əbu Musa Əşəri) barəsindəki və Şam əhalisinin məzəmmətindəki xütbələrindəndir.

 

Şamlılar daşürəkli və tüfeyli insanlar və alçaq kölələrdir (nökərlərdir) ki, ordan-burdan toplaşıblar və müxtəlif qarışıqlardan yığılıblar. (Hər biri bir yerdən gəlib bir-birinə birləşmiş dəstədirlər və əsil-nəcabətləri məlum deyil.) Onlar (İslamın hökmləri) öyrədilməyə, (gözəl xislətlərlə) tərbiyə edilməyə, (xeyir və şər) təlim edilməyə, təcrübələndirilməyə, rəhbərlik edilməyə və (uşaqlar kimi) əllərindən tutulmağa layiq kimsələrdəndir (ki, özbaşına bir iş görməsinlər). Onlar nə (Məkkədən Mədinəyə hicrət edərək Həzrət Peyğəmbərin - səlləllahu əleyhi və alih - yanına gələn) Mühacirlər və (İslamı qəbul edərək o Həzrətə kömək edən Mədinə əhli olan) Ənsardan, nə də Mədinədə yerləri olan (və hicrətdən qabaq İslamı qəbul edən) və imanda möhkəm olan kəslərdən idilər.

 

Bilin ki, Şam əhalisi özləri üçün sevdikləri şeyə (İraq əhlinə qalib gələ bilmələrinə) ən yaxın olanı (Əmr ibn Ası) seçdilər. Siz isə insanların sevmədiyiniz şeyə (Şam əhlinin sizə qalib gəlmələrinə) ən yaxınını (Əbu Musa Əşərini) seçdiniz. Sizin Abdullah ibn Qeys ilə qarşılaşmağınız dünən idi (çox yaxındır. Mən Bəsrəyə, Cəməl müharibəsinə gedəndə eşitdiniz) ki, deyirdi: (Ey Kufə əhli, İmama kömək etməyin, çünki) bu qarşıdurma və müharibə fitnədir (ki, ondan uzaq olmaq lazımdır). Odur ki, oxlarınızın yayının kirişini işə salmayın və qılınclarınızı qınına qoyun. Əgər düz deyirdisə, məcbur edilmədən (bizim yanımıza) gəlməkdə (və Siffeyn müharibəsində İraq qoşununda hazır olaraq bizə kömək etməkdə) səhv edib. (Çünki öz əqidəsinə zidd davranıb və belə bir şəxsin hökm çıxarmaq səlahiyyəti yoxdur.) Əgər yalan deyirdisə, onda ona töhmət vurmaq olar. Odur ki, Əmr ibn Asın sinəsində olanları Abdullah ibn Abbasın vasitəsi ilə məhv və dəf edin (Abdullah ibn Abbası öz nümayəndəniz edin ki, hiyləgər Əmr ilə o bacara bilər), zamanın fürsətini əldən çıxarmayın və İslamın uzaq şəhərlərini (fitnəkarların və zalımların onlara hakim olmasından) qoruyun.

 

Məgər şəhərlərinizə nəzər salmırsınız ki, (sizi məhv edərək var-dövlətinizi qarət etmək üçün) onlarda müharibə aparırlar? Məgər özünüzün möhkəm daş parçalarınızı (qüdrət və gücünüzü) görmürsünüz ki, ona ox vururlar? (Sizin zəiflik və acizliyə düçar olmağınızı və nəticədə məğlub olub təslim olmağınızı istədiklərini görmürsünüz?!)

  
239- CU XÜTBƏ 

İmam Əli əleyhis-salamın Məhəmməd Əhli-Beyti əleyhimus-salamı (onların fəzilətlərini) bəyan etdiyi xütbələrindəndir.

 

Məhəmməd əhli-beyti (pak imamlar-salavatullah əleyhim əcməin) elm və biliyi dirildənlər və nadanlıq və cəhaləti öldürənlərdir. (Onlardan elm əldə edilir və vasitələri ilə nadanlıq dəf edilir.) Onların səbrlilikləri alimliklərindən xəbər verir (çünki səbr etmək lazım olan yerləri bilib ancaq həmin yerlərdə səbrlilik edərlər) və həmçinin zahirləri batinlərindən (gözəl söz və əməlləri paklıq və saflıqlarının kamilliyindən) və sükutları sözlərinin düzlük və doğruluğundan! (Çünki insanın sükut edərək yersiz danışmaması onun sözlərinin elm və hikmət əsasında olmasına bir dəlildir.) Haqq ilə müxalifət etməzlər (ondan üz döndərməzlər) və onun barəsində ixtilaf və ziddiyyətləri yoxdur (sözləri bir şəkildədir). Onlar İslamın sütunları və sığınacaqlarıdır (öz elmləri ilə onu qoruyur və hökmlərini xalqa öyrədərək onlara azğınlıq və nadanlıqdan nicat verirlər). Haqq onların vasitəsi ilə öz əslinə və yerinə qayıdır, batil və nahaq onun yerindən uzaqlaşır, məhv olur və haqq zahir olanda (batilin) dili kəsilir. (Onların elm və biliyi nəticəsində haqq və həqiqət aşkar, batil və nahaq isə məhv olur.) Dini (və onun hökmlərini) bildilər, qavradılar, amma sırf eşitməyə və nəql etməyə əsaslanan qavrama ilə deyil, elmə və riayət (əməl) etməyə əsaslanan qavrama ilə! (Çünki əgər belə olmasaydı, başqalarından bir üstünlükləri olmazdı.) Elmi rəvayət edənlər çox, ona əməl edənlər isə azdır.

 
 
   Onun zatına layiq olan tərif və mədh etmək gücündə deyillər. Buna görə də Həzrəti Seyyid-ul-mürsəlin buyurmuşdur: لا أُحْصِى ثَنَاءً عَلَيْكَ *** أَنْتَ كَمَا أَثْنَيْتَ عَلى نَفْسِكَ Mən Səni mədh etmək qüdrətində deyiləm. Gərək Sən Özün müqəddəs zatını mədh edəsən.  Haqq-təalanın əta etdiyi nemətlər saysız-hesabsızdır və onların sonunu təsəvvür etmək mümkün deyil. Qurani-Kərimin İbrahim surəsinin 34-cü ayəsində buyurulur: وَاِنْ تَعُدُّوا نِعْمَتَ اللهِ لا تُحْصُوها Allahın nemətlərini saymaq istəsəniz buna qüdrətiniz çatmaz. Elə isə Yaradanın nemətlərini saya bilməyən kimsə, Onun haqqını necə ödəyə və Ona necə şükr edə bilər?  Belə isə, şükür etməyin ən yüksək dərəcəsi bəndənin Onun nemətlərinin haqqını ödəməkdə aciz olduğunu etiraf etməsidir.  Məhdudlaşma və ehtiva olunma vücudu mümkün olanlara xasdır. Vücudu vacib olan Allah-təala bundan münəzzəhdir.  Onun barəsində xeyli vaxt öncədən mövcud olduğu söylənilə bilməz. Çünki O, zamanın yaradıcısıdır və zamanın içində olmağa ehtiyacı yoxdur ki, zaman onu əhatə edə bilsin.   Onunla tamamlansın. Yəni, Onun müddəti yoxdur, əzəli və əbədi olan Odur. Zamanı yoxdur ki, sonu və müddəti olsun. Belə ki, zaman hərəkətin ölçüsüdür. Hərəkət isə maddənin xassələrindəndir. O isə materiyadan uzaqdır. Deməli, Onun zaman içində olması qeyri-mümkündür.  Qurani-Kərimin İsra surəsinin 51-ci ayəsində buyurulur: فَسَيَقُولُونَ مَنْ يُّعِيدُنا قُلِ الَّذِى فَطَرَكُمْ أَوَّلَ مَرَّةٍ Deyərlər bizi ölümdən sonra kim qaytarıb dirildəcəkdir? Ey Peyğəmbər, onların cavabında de ki, sizləri ilk dəfə yaradan yenidən dirildəcək.  Qurani-Kərimin Əraf surəsinin 57-ci ayəsində buyrulduğu kimi: َوهُوَ الَّذِى يُرْسِلُ الرِّياَحَ بُشْراً بَيْنَ يَدَىْ رَحْمَتِهِ Rəhməti olan yağışı yerə yağdırmazdan öncə küləkləri müjdə kimi göndərən Odur.  Sizin rahat yaşamanız üçün tərpənib silkələnməsin. Qurani-Kərimin Nəhl surəsinin 15-ci ayəsində buyurulduğu kimi: وَأَلْقَى فِي الْأَرْض رَوَاسِيَ أَن تَمِيدَ بِكُمْ Böyük Allah yeri, tərpənib sizi bir tərəfdən başqa tərəfə atmaması üçün nəhəng dağlarla möhkəmləndirdi.  Çünki tovhid ixlasdan başqa bir yolla kamilləşə bilməz. Yəni, Allahı tanıyanın hər bir sözü, hər bir əməli Ona xatir olmalıdır, heç bir dünyəvi məqsədlərə qarışmamalıdır.  Məsələn, Haqq-təalanın elmi Onun zatına artırılmış, özündən xaric bir sifətdir deyilməsin. Belə düşüncə təkallahlılığa və tovhidə ziddir.   Bölünüb-parçalana bilən hər bir şey isə tərkibdən təşkil olunub və hər tərkib də hissələrdən ibarətdir.   Harada deyil, nəyin üstündədir deyərsə Onu materiya və tərkibdən ibarət sanmış olar. Bundan isə belə çıxar ki, O sonradan əmələ gəlmiş, yeni yaranmışdır.  Bu cümlədə O Həzrət müəyyən zamanda yaranışı Haqq-təaladan istisna edir.  Onun varlığı zatən sonradan yaradılmış deyil. Bu cümlədə də Onun zatının yoxdan var olması istisna olunur.  Belə ki, hər hansı bir şeydən kənara çəkilsə, ondan bir şey qalmaz. Çünki hər şeyi saxlayan Odur.  Çünki hərəkət materiyanın xassəsidir. O isə, materiyadan uzaqdır.  Çünki hər bir işdə düşünmək, olmamış bir işin baş tutması üçündür. Belə ki, hər şey zat məqamında Allah-təala üçün əzəli və əbədi olaraq sabitdir.  Çünki təcrübə sınaq vasitəsilə elm əldə etmək istəyənlərə aiddir, elmi zatı ilə eyni olan Allah-təala üçün deyil.  Onun yaratması hərəkətə əsaslanmır. Çünki hərəkət dəyişiklik deməkdir. Dəyişiklik isə, imkan aləminin xassələrindəndir.  Gördüyü işin düzgün olub-olmaması barədə narahatlıq keçirmədən. Belə ki, iztirab və narahatlıq işlərin sonunu bilməməkdən irəli gəlir. Nadanlıq və cəhalət isə, zatı ilə elmi eyni olana rəva deyil.  Belə ki, onların arasında ayrılıq mümkün deyil; Şücaət igid insanın ayrılmaz xüsusiyyəti, səxavət kəramətli insanın ayrılmaz sifəti olduğu kimi bir sözlə məxluqatı yaratdı,    İki qanadı ilə bacardığı qədər havada uça bilən quş tək, İlahi maarifin sonsuz aləmlərində seyr edə biləcək həddə öz elm və mərifətlərinə qərq olublar.  O pərdənin arxasına peyğəmbərlər, onların vasiləsi və Allahın xüsusi bəndələrindən başqa heç kəsin elmi yolu yoxdur.  Çünki mələklər elmli və Allahı tanıyandırlar. Allahı bir şəkildə təsəvvür edən, məxluqatın sifətlərini Ona aid edən, Onu məhdudlaşdıran və Ona tərəf işarə edən nadandır; bundan əvvəl Allahı tanıma və mərifət fəslində bəyan olunduğu kimi.  Sümüyünün ağlığı, qanının qırmızılığı və tükünün qaralığı kimi, əzasının hər bir üzvü hikmətə uyğun olaraq bir rəngdə oldu.  Qur'ani-Kərimin Sad surəsinin 71-ci və 72-ci ayələrində buyurulduğu kimi: إِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي خَالِقٌ بَشَرًا مِن طِينٍ فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ Sənin Allahının mələklərlə Mən Adəmi torpaqdan xəlq edəcəyəm, yaradıb ruh verildikdə onun müqabilində əyilərək səcdə qılarsınız dediyi günü yada sal. Yəni, ona təzim edin və ya onu öz qiblənizə çevirin.    Həzrəti Rəbbil-Aləminə qarşı çıxaraq dedi: Mən ondan daha üstün olduğuma görə Adəmə səcdə etmədim. Çünki məni oddan, onu isə torpaqdan xəlq etmisən. Bu iddiada olduğuna görə, Allah ona mələklərin sırasından çıxmasını əmr etdi: Sən Mənim rəhmətimdən qovuldun. Qəzəb və lənətim cəza gününə qədər səninlədir. Bu vaxt Şeytan dedi: (Qurani-Kərimin Sad surəsinin 79-cu ayəsində buyurulduğu kimi:) رَبِّ فَأَنْظِرْنِي إِلَى يَوْمِ يُبْعَثُونَ Ey Allah, insanların diriləcəyi günə qədər mənə möhlət ver Bəlkə də məqsədi ölümdən xilas olaraq daima diri qalmaq olmuşdur.  Necə ki, Qurani-Kərimin Ali-İmran surəsinin 178-ci ayəsində kafirlər barəsində buyurur: وَلاَ يَحْسَبَنَّ الَّذِينَ كَفَرُواْ أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِّأَنفُسِهِمْ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُواْ إِثْمًا وَلَهْمُ عَذَابٌ مُّهِينٌ Kafir olanlara möhlət verməyimizin onlar üçün yaxşı olduğunu güman etməsinlər. Möhlət verməyimiz daha çox günah edib rüsvayedici əzaba mübtəla olmalarından başqa bir şey deyil.  Qurani-Kərimin Bəqərə surəsinin 35-ci ayəsində buyurulduğu kimi: وَقُلْنَا يَا آدَمُ اسْكُنْ أَنتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلاَ مِنْهَا رَغَداً حَيْثُ شِئْتُمَا وَلاَ تَقْرَبَا هَـذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الْظَّالِمِينَ Dedik: Ey Adəm! Sən və zövcən Həvva cənnəti öz məkanınıza çevirin, onun nemətlərindən istədiyiniz qədər tam şadlıqla yeyin və bu ağaca yaxınlaşmayın. Əgər yaxın gəlsəniz, zülümkarlardan olmuş olarsınız.  Qurani-Kərimin Taha surəsinin 117-ci ayəsində buyurulur: فَقُلْنَا يَآ ادَمُ إِنَّ هَذَا عَدُوٌّ لَّكَ وَلِزَوْجِكَ فَلَا يُخْرِجَنَّكُمَا مِنَ الْجَنَّةِ فَتَشْقَى Dedik: Ey Adəm! Bu səninlə və zövcənlə düşməndir. Diqqətli olun ki, sizi cənnətdən çıxardaraq, bədbəxtliyə düçar eimək üçün bir iş görməsin.  Həmin ağacın meyvəsini yeməmək ona əmr edilsə də, xeyrinin, meyvəni yeməkdə olduğunu güman etdi.  Tövbəsini qəbul etmək istədiyinə görə, rəhmət kəlməsini ona öyrətdi ki, tövbəsinin qəbul olunması üçün Allah-təalanı onunla səsləsin.  Həzrəti Adəm dünyada məskunlaşdıqdan və ondan çoxlu övladları və nəsli dünyaya gəldikdən sonra.  Qurani-Kərimin Əhzab surəsinin 7-ci ayəsində buyurulur: وَإِذْ أَخَذْنَا مِنَ النَّبِيِّينَ مِيثَاقَهُمْ وَمِنكَ وَمِن نُّوحٍ وَإِبْرَاهِيمَ وَمُوسَى وَعِيسَى ابْنِ مَرْيَمَ وَأَخَذْنَا مِنْهُم مِّيثَاقًا غَلِيظًا Peyğəmbərlərdən vəhy və risalətin təbliği haqda əhd-peyman aldığımızı yada sal. Səndən, Nuh və İbrahimdən, Musa və İsa ibn Məryəmdən möhkəm əhd-peyman aldıq.  Necə ki, Qurani-Kərimin Əraf surəsinin 172-ci ayəsində buyurulur: وَإِذْ أَخَذَ رَبُّكَ مِن بَنِي آدَمَ مِن ظُهُورِهِمْ ذُرِّيَّتَهُمْ وَأَشْهَدَهُمْ عَلَى أَنْفُسِهِمْ أَلَسْتُ بِرَبِّكُمْ قالُواْ بَلى شَهِدْنَا Sənin Allahının Adəm övladlarından onlar atalarının belində olduqları vaxt peyman aldığını və onlarda fitri olan Allahı tanımağı və tovhidi etiraf etmələri üçün onları özlərinə şahid tutduğunu yada sal. Sonra dedi: Mən sizin Tanrınız deyiləmmi? Dedilər: Bəli, şəhadət veririk ki, sən bizim Tanrımızsan. Lakin öz fitri əhd-peymanlarına vəfa etmədilər.   Öz ümmətinə onun peyğəmbərliyinin müjdəsini vermişdi. Qurani-Kərimin Səff surəsinin 6-cı ayəsində buyurulduğu kimi: وَإِذْ قَالَ عِيسَى ابْنُ مَرْيَمَ يَا بَنِي إِسْرَائِيلَ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُم مُّصَدِّقًا لِّمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَمُبَشِّرًا بِرَسُولٍ يَأْتِي مِن بَعْدِي اسْمُهُ أَحْمَدُ İsa ibn Məryəmin Ey Bəni-İsrail, mən Allahın sizə göndərdiyi elçi və məndən əvvəlki Tövratı təsdiqləyənəm, məndən sonra adı Əhməd (səlləllahu əleyhi və alih) olacaq peyğəmbərin müjdəsini verirəm dediyini yada sal.  Peyğəmbərlər də onun risalətini izhar etməli və onun seçilməsini, sonuncu peyğəmbər olmasını və peyğəmbərliyin onunla sona çatmasını öz ümmətlərinə xəbər verməli idilər.   Onun xəlq edilmişlər kimi bədən üzvləri və məkanı olduğunu sanan mucəssimə tayfası kimi.  Allahın adlarını seçərək öz bütlərinə qoymuşdular. Bütpərəst ərəblər Allahdan Latı, Əzizdən Uzzanı, Mənnandan Mənatı götürərək onları öz məbudları hesab edirdilər.  Təbiəti və planetlərin hərəkətinin, vaxtın ötməsinin bütün işlərin səbəbi olduğuna inanan materialistlər kimi. Bir sözlə, bu kimi batil din və inanclar dünyanı zülmətə qərq etmişdi.   O Kitabın halalı: Maidə surəsinin 1-ci ayəsində olduğu kimi, أُحِلَّتْ لَكُم بَهِيمَةُ الْأَنْعَامِ yəni, dili bağlı dördayaqlıların əti sizə halaldır və onda heç bir qadağa yoxdur. Onun haramı isə Maidə surəsinin 3-cü ayəsində göstərildiyi kimi حُرِّمَتْ عَلَيْكُمُ الْمَيْتَةُ وَالْدَّمُ وَلَحْمُ الْخِنْزِيرِ ölmüş heyvanın əti, qan və donuz əti sizə haram və qadağan olmuşdur. Onun vacibi, Bəqərə surəsinin 43-cü ayəsində olduğu kimi أَقِيمُواْ الصَّلاَةَ وَآتُواْ الزَّكَاةَ namaz qılın və zəkat verin, müstəhəbbi isə İsra surəsinin 79-cu ayəsindəkiوَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً nafilə namazı üçün gecənin bir vaxtı oyan, nasixi Tövbə surəsinin 5-ci ayəsindəki kimi فَاقْتُلُواْ الْمُشْرِكِينَ حَيْثُ وَجَدتُّمُوهُمْ müşrikləri harda görsəniz öldürün. Bu ayə sülh barəsində olan ayənin nasixidir, məsələn Kafirun surəsinin 6-cı ayəsi لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ İndi ki, öz şirkinizdən əl çəkmirsiniz, sizin, din və ayinləriniz sizin, tovhid isə mənim dinim olsun, bu ayənin mənsuxudur; ruxsətləri, yəni, bəndələrin işlərinin yüngülləşməsi üçün yaradılmış əhkamları, məsələn Bəqərə surəsinin 184-cü ayəsindəki kimi فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِّنْ أَيَّامٍ أُخَر Sizlərdən Ramazan ayında xəstə və ya səfərdə olanlar, Ramazandan qeyri aylarda, xəstə və müsafir olarkən tutmadığınız günlər qədər oruc tutsun, onun əzaimləri, yəni, keçilməsi mümkün olmayan əhkamları Bəqərə surəsinin 185-ci ayəsində olduğu kimi فَمَن شَهِدَ مِنكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ Səfər etməyən və vətənində olan hər bir şəxs ayı gördükdə oruc tutmalıdır, onun xassı, yəni, xüsusi halallar barəsində deyilən, amma mənası ümumi hallara da aid olan sözlər; Maidə surəsinin 32-ci ayəsində deyildiyi kimi مِنْ أَجْلِ ذَلِكَ كَتَبْنَا عَلَى بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَن قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الْأَرْض فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا Adəmin oğlu Qabil qardaşı Habili öldürdüyünə görə peşman olduğundan Bəni-İsrailə göstəriş verdik ki, hər kəs heç kəsi qətlə yetirməyən və yer üzündə ölümlə nəticələnən bir fəsad törətməyən bir kəsi öldürərsə, bütün camaatı öldürmüş kimidir. Bir kəsin həyat və yaşayışına səbəb olan kimsə isə sanki bütün camaatı diriltmişdir. Bu ayə Bəni-İsrail barəsində nazil olsa da mənası bütün insanlara şamildir. Onun ümumu isə Bəqərə surəsinin 47-ci ayəsində deyildiyi kimi يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُواْ نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ Ey Bəni-İsrail, sizlərə bəxş etdiyim nemətlərimi və sizi dünya əhlindən üstün etdiyimi yada salın. Burada dünya əhli sözü ümumi məna daşıyır və bütün dünya əhalisinə şamil edilir. Lakin onun mənası Bəni-İsrail dövrünün insanlarına məxsusdur. Onun ibrətləri isə heyrətamiz və bir növ öyüd-nəsihətdir, Naziat surəsinin 25 və 26 -cı ayələrindəki kimi: فَأَخَذَهُ اللَّهُ نَكَالَ الْآخِرَةِ وَالْأُولَى إِنَّ فِي ذَلِكَ لَعِبْرَةً لِّمَن يَخْشى Böyük Allah Fironu axirət əzabı olan odda yanmağa və dünya əzabı olan suda batmağa mübtəla etdi, onun batması qorxan hər kəs üçün hər zaman ibrətdir. Onun məsəlləri, yəni, təşbihlərə şamil olan ayələri, məsələn Cumə surəsinin 5-ci ayəsində olduğu kimi, مَثَلُ الَّذِينَ حُمِّلُوا التَّوْرَاةَ ثُمَّ لَمْ يَحْمِلُوهَا كَمَثَلِ الْحِمَارِ يَحْمِلُ أَسْفَارًا Tövratı oxuyub-öyrənməyə məmur olunan, lakin ona əməl etməyənlər böyük kitabları daşıyan uzunqulaq kimidir, onun mütləqi, yəni, qeyd vurulmamış kəlmələri, Maidə surəsinin 6-cı ayəsində olduğu kimi: يَآ أَيُّهَا الَّذِينَ امَنُواْ إِذَا قُمْتُمْ إِلَى الصَّلاةِِ فاغْسِلُواْ وُجُوهَكُمْ Ey iman gətirənlər, namaza dayandıqda, üzlərinizi yuyun, onun müqəyyədi, yəni, qeyd vurulan kəlmələri, Maidə surəsinin 6-cı ayəsində olduğu kimi وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ Dəstəmaz alarkən əllərinizi dirsəklərinizlə (birlikdə) yuyun, onun möhkəmi, yəni, mənasında səhv və şübhə yeri olmayan kəlmələri, Bəqərə surəsinin 231-ci ayəsindəki kimi: وَاعْلَمُواْ أَنَّ اللّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ Bilin ki, Allah hər şeydən agahdır, onun mütəşabihi, yəni, mənası aydın olmayan kəlmələri, Bəqərə surəsinin 228-ci ayəsində olduğu kimi وَالْمُطَلَّقَاتُ يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ ثَلاَثَةَ قُرُوءٍ Təlağı verilmiş qadınlar iki heyzdən ibarət olan üç paklanma dövrü və ya üç heyz müddəti gözləsinlər, çünki ərəb dilində قُرُوء kəlməsinin tək forması olan قُرْء kəlməsi hicazlılar arasında طهر paklanma, iraqlılar arasında isə heyz mənasındadır. Onun mucməli, Bəqərə surəsinin 43-cü ayəsində olduğu kimi: أَقِيمُواْ الصَّلوةَ Namaz qılın, onun müşkülü Məryəm surəsinin 1-ci ayəsi kimi; كهيعص Kaf, hə, yə, əyn, sad.  Böyük Allahın vahidliyini bilmək kimi, necə ki, İbrahim surəsinin 52-ci ayəsində buyurulur: لِيَعْلَمُواْ أَنَّمَا هُوَ إِلَـهٌ وَاحِدٌ Bilməlisiniz ki, odur vahid olan Allah,  Fussilət surəsinin 1-ci ayəsi olan حم ha, mimin mənasını bilməmək kimi,  Nisa surəsinin 15-ci ayəsində olduğu kimi وَاللاَّتِي يَأْتِينَ الْفَاحِشَةَ مِن نِّسَآئِكُمْ فَاسْتَشْهِدُواْ عَلَيْهِنَّ أَرْبَعةً مِّنكُمْ فَإِن شَهِدُواْ فَأَمْسِكُوهُنَّ فِي الْبُيُوتِ حَتَّىَ يَتَوَفَّاهُنَّ الْمَوْتُ أَوْ يَجْعَلَ اللّهُ لَهُنَّ سَبِيلاً Sizin qadınlarınız arasında zina edən ərli arvadların pis işlərinə öz içinizdən həddi-buluğa çatmış, ağıllı, ədalətli, dörd mömin kişini şahid tutun. Onlar şəhadət versələr, o qadınları öz evlərində ölüncəyə və ya Allah onları həbsdən azad edincəyə qədər saxlayın. Deməli, bu ayənin məzmununa görə, zinakar qadınların hökmü ölüncəyə qədər öz evlərində saxlanaraq, həbs olunmaları idi. Sünnədə həbs hökmü nəsx olaraq, daşqalaq edilmə ilə dəyişdi,  İslamın ilk dövrlərində Beytül-Müqəddəsə doğru namaz qılmaq sünnəyə görə vacib idi. Quranda isə nəsx olundu. Bəqərə surəsinin 144-cü ayəsində buyurulur: فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّواْ وُجُوِهَكُمْ شَطْرَهُ Kəbə evi olan, Beytül-Hərama tərəf namaz qılın, harada olursunuz-olun, üzlərinizi ona tərəf döndərin,  Cumə surəsinin 9-cu ayəsində buyurulduğu kimi: يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِىَ لِلصَّلَاةِ مِن يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَى ذِكْرِ اللَّهِ Ey iman gətirənlər, cümə günü namaza çağırıldığınız zaman namaz qılmağa tələsin; Beləliklə, cümə namazı yalnız cümə gününə məxsusdur, başqa günlərdə isə vacib deyil.  Nisa surəsinin 93-cü ayəsində buyurulur: وَمَن يَقْتُلْ مُؤْمِنًا مُّتَعَمِّدًا فَجَزَآؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا Qəsdən mömin öldürənin cəzası cəhənnəmdir və əbədi olaraq orada qalacaqdır;  Rəd surəsinin 6-cı ayəsində buyurulur: وَإِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ لِّلنَّاسِ عَلَى ظُلْمِهِمْ Sənin Rəbbin camaatın etdiyi zülm və sitəmə görə bağışlayandır. Bağışlanan zülm dedikdə, kiçik günahlar nəzərdə tutulur.  Muzzəmmil surəsinin 20-ci ayəsində olduğu kimi فَاقْرَؤُوا مَا تَيَسَّرَ مِنَ الْقُرْآنِ1 Mümkün olan qədər Quran oxuyun. Deməli, onun az oxunmasını da qəbul edir, çox oxunmasını isə bəndələrin öz ixtiyarına qoyub və bunu etməyən kəsin boynuna bir şey gəlməz.  Onların savaba çatmaq üçün həmin Evdə izdihamlı hərəkətləri, təşnə dördayaqlıların su başına toplaşması kimidir.  Ora getmək üçün Qurani-Kərimin Həcc surəsinin 27-ci ayəsində buyurulduğu kimi: وَأَذِّن فِي النَّاسِ بِالْحَجِّ يَأْتُوكَ رِجَالًا وَعَلَى كُلِّ ضَامِرٍ يَأْتِينَ مِن كُلِّ فَجٍّ عَمِيقٍ Ey İbrahim, xalqı səslə və onu həccə dəvət et. Xalq sənin tikdiyin Evə minikləri zəif, arıq dəvə olsa da belə hər uzaq yoldan atlı-piyada gələr,   Şeytan həmişə Adəm övladını Allaha şərik qoşması üçün aldadır, beləliklə, kəlmeyi-şəhadət demək və ona etiqad bəsləmək şeytanın işinin qarşısını almağa və onu uzaqlaşdırmağa səbəb olar.    Dünya və axirət səadətini əldən verdilər. Rəsulullahın (səlləllahu əleyhi və alih)Əhli-Beyti isə yolunu azmışları doğru yola yönəldir, həlak olmaqdan və bədbəxtlikdən xilas edirlər.   Həzrət xütbənin sonunda İbn Abbasa buyurdu: يا ابن عَباسٍ تِلكَ شِقْشِقَةٌ هَدَرَتْ ثُمَّ قَرَّتْ Burada zülm və sitəm vasitəsilə məndən önə keçən üç xəlifədən şikayət xalqı doğru yola hidayət coşqusuna və şövqünə görə edilmişdir. Bir dəvənin şiqşiqəsi tək səs salıb öz yerində dayanması kimi. Yəni, belə sözlər hər zaman və həmişə söylənilməz. Şiqşiqə lüğətdə həyəcanlandıqda və nəfəsi daraldıqda dəvənin ağzından bayıra çıxararaq boğazının alt hissəsində səsləndirdiyi, ilk baxışda dillə səhv salınan qoyunun ağ ciyərinə oxşar maddədir.  Dəyirmanın dövr etməsi və fırlanması ortadakı dəmir mismardan asılı olduğu, onsuz dəyirman xüsusiyyətinə malik olmadığı kimi, xilafətin məndən qeyrisinin əlində olmağının da ziyanı vardır, belə olduqda o, bir küncə atılmış, küfr və zəlalətin ayaqları altında tapdanan daşa bənzər.   Çox kədərləndim, çünki Əbu Bəkr və qeyrilərinin xəlifəliyində azğınlıqdan başqa bir şey görmürdüm. Tənha və köməksiz olduğumdan söz deyə bilmirdim.  Xəlifəiyi qəsb etdilər və bundan törəyən fəsadlar yer üzündə Ali-Məhəmmədin Qaiminin-əleyhis-salam-qiyamına qədər qalacaqdır.  Cabirin qardaşı Həyyan Yəmamə şəhərində çoxlu qala, dövlət və sərvət sahibi, qövmünün böyüyü idi, hər il Kəsra ona qiymətli hədiyyələr göndərdiyinə görə xoş güzəran keçirir, heç vaxt səfər çətinliklərinə qatlanmırdı. Şair Əşa da Bəni-Qeys tayfasından olub, onun yaxın dostu idi. İmam əleyhis-salamın onun şerini misal çəkməkdə məqsədi birinci mənaya görə Rəsulullahın (səlləllahu əleyhi və alih) vəfatından sonra haqqı qəsb olunaraq, ev dustağı və zülm-sitəmlərə məruz qaldığı vaxtla, Həzrət Peyğəmbərin sağlığında camaatın pərvanətək onun başına dolandığı iki gün arasında fərqi; ikinci izaha görə isə möhnət və qəm içində keçirdiyi güzəranla, özlərinin batil məqsədlərinə çatmaqla şad-xürrəm olanlar arasında olan fərqi bəyan etmək idi. Sonra Əbu Bəkrin məkr və şeytançılıqlarını xatırladaraq buyurur.  Deyirdi أَقيلونِى فَلَسْتُ بِخَيرِكُمْ وَ عَلِىٌّ فِيكُمْ yəni, ey camaat, öz beyətlərinizi məndən götürərək məni xəlifəlikdən uzaqlaşdırın, mən sizlərdən yaxşı deyiləm və Əli əleyhis-salam sizin aranızdadır.  O, cümlədən, hamilə qadının daş-qalaq olunmasını əmr etməsi. Əmirəl-möminin bununla əlaqədar olaraq buyurdu: Əgər bu qadın günah edibsə, onun uşağının ki, bir günahı yoxdur və o, daş-qalaq olunmamalıdır. Ömər dedi: لَوْ لا عَلىٌّ لَهَلَكَ عُمَرٌ yəni, Əli olmasaydı Ömər mütləq fətva verməkdə həlak olardı. Bu sözü həmişə təkrar edərdi.   Çünki Əbu Lolo ona altı bıçaq zərbəsi vurmuşdu və o, həmin yaralar nəticəsində öləcəyini bilirdi. Xəlifəni təyin etmək üçün Şura məclisi təşkil etdi. Bu o zaman baş verdi ki, qəbilə başçıları onun yanında toplaşıb dedilər: Yaxşı olar ki, sən razı olduğun bir kəsi özünə canişin və xəlifə təyin edəsən və Ömər onların cavabında dedi: Ətrafımda yığışan sizlərdən heç birinizin nə ölüsü, nə də dirisinin xilafət yükünü öz öhdəsinə götürməyini istəmirəm. Dedilər: Səninlə məsləhətləşirik, məsləhət bildiyini söylə. Dedi: Bu işə yeddi nəfəri layiq bilirəm. Rəsulallahdan eşitmişəm ki, onlar Behişt əhlidir. Birincisi Səd ibn Zeyddir. O, mənimlə qohum olduğuna görə onu çıxardıram. Digər 6 nəfər Səd ibn Əbi Vəqqas, Əbdürrəhman ibn Əuf, Təlhə, Zübeyr, Osman və Əlidir. Səd ibn Vəqqasın kobudluq və pis əxlaqdan başqa xəlifəlik üçün başqa bir maneəsi yoxdur. Əbdürrəhman ibn Əuf bu ümmətin Qarunu olduğuna görə layiq deyil. Təlhə qürur və təkəbbürünə, Zübeyr paxıllıq və xəsisliyinə, Osman qohum-əqrabasını sevdiyinə, Əli əleyhis-salam isə xəlifəliyə həris olduğuna görə layiq deyil. Sonra dedi: Soheyb üç gün camaatla namaz qılsın, siz bu altı nəfəri öz içlərindən birini xəlifə seçmələri üçün üç gün bir evdə toplayın. Əgər onlardan beşi müttəfiq, biri onların əleyhinə olarsa, həmin bir nəfəri öldürün. Əgər üç nəfər razılaşıb, üçü onlara qarşı çıxarsa Əbdürrəhmanın da arasında olduğu üç nəfəri seçib digər üç nəfəri öldürün. Onun ölümündən və dəfnindən sonra xəlifəni təyin etmək üçün yığışdılar. Əbdürrəhman dedi: Mən və əmim oğlu Səd ibn Əbi Vəqqas bu işin üçdə birini təşkil edirik. Biz ikimiz xəlifəlik istəmirik, sizlərdən ən yaxşısını bu vəzifəyə seçirik. Sonra üzünü Sədə tutaraq dedi: Gəl biz bir şəxsi təyin edib ona beyət edək ki, camaat da ona beyət etsin. Səd dedi: Osman sənin arxanca gəlsə, mən üçüncü olaram. Osmanı təyin etmək istəyirsənsə, mən Əlini istəyirəm. Əbdürrəhman Sədin razılığını əldə etməkdən məyus olduqda Əbu Təlhəni əlli nəfər ənsarla götürüb onları xəlifə təyin etməyə vadar etdi. Üzünü Əli əleyhis-salama tərəf çevirərək onun əlindən tutub dedi: Bir halda sənə beyət edərəm ki, Allahın kitabı, peyğəmbərin sünnəsi və əvvəlki iki xəlifə Əbu Bəkrlə Ömərin yoluna əməl edəsən. Həzrət buyurdu: Qəbul edərəm, bir halda ki, Allahın kitabı, Rəsulallahın sünnəsi və öz ictihadım, fikrim əsasında hərəkət edim. Sonra Əbdürrəhman o Həzrətin əlini buraxıb, Osmana üz tutub onun əlini götürüb Əli əleyhis-salama dediyini ona da dedi. Osman qəbul etdi. Sonra Əbdürrəhman üç dəfə bunu Əliyə və Osmana təkrarladı, hər dəfə onların hər birindən eyni cavab eşitdi. Sonra dedi: Ey Osman, xəlifəlik sənindir. Ona beyət etdi və camaat da ona beyət etdi.  Hətta Osmanın qətlindən sonra belə o Həzrətə beyət etməyən Səd ibn Vəqqas nəzərdə tutulur,  Osmanın ana bir bacısının əri olan Əbdürrəhman ibn Əuf nəzərdə tutulur.  İsrafçılıq və beytülmalın qövmünə bəxşiş olunması, yoxsullara və buna haqqı çatanlara isə qadağan edilməsi nəticəsində camaat yığılaraq xəlifəliyi qəsb etməsindən on bir il on bir ay on səkkiz gün sonra onu öldürdü.    Xilafət dəvəsi istədiyi yerə getsin, istədiyi tikanlıqda otlasın, hər zalım və fasiqin azğınlığına tuş gəlsin.   Onun sözlərinin aqibətini düşünməyən. Bu lənət Təlhə, Zübeyr və Müaviyə kimi haqq yoldan üz döndərib müsəlmanların dininin yolunu kəsərək onları azdıranlara aiddir.   Həmişə möhkəm dayanmışam və batil heç vaxt mənə yol tapa bilməmişdir. Təlhə, Zübeyr və s. düşmənlərin qarşıdurma və qələbəsindən qorxmamışam. Mənim qorxum onların öndə olmalarına görə xalqın yolunu azmasından olmuşdur.  Musanın sehrkarlarla üzləşdiyi, ona iman gətirən hər kəsin azğınlıqdan qurtulduğu, əleyhinə çıxanların isə dünya və axirətdə Allahın əzabına düçar olduğu kimi.  Həzrət Peyğəmbər dünyadan köçdükdən sonra, camaat bəni-Saidənin Səqifəsinə, yəni, Ənsarların yığışdığı yerə toplanaraq Əbu Bəkri xəlifə təyin etdilər. Əbu Süfyan daxilən İslam dininin düşməni olduğuna görə müsəlmanlar arasında fitnə salmaq istəyirdi. Bu məqsədlə də bir neçə adamla Abbas ibn Əbdülmüttəlibin yanına gedib dedi: Mənim narahatlığım və təəccüblənməyim xəlifəliyin bəni-Haşimin əlindən çıxaraq Bəni-Teymə keçməyinə görədir. Qorxuram ki, sabah bu kobud kişi, yəni, bəni Ədidən olan Ömər ibn Xəttab bizə hakim kəsilərək hamımızı özünə tabe etsin. Ayağa qalx, Əlinin yanına gedək, ona beyət edək. Sən peyğəmbərin əmisi olduğuna və Qureyş tayfası da mənim sözümü eşitdiyinə görə bizə qarşı çıxanların hamısını öldürərik. Sonra bir dəstə ilə beyət etmək üçün o Həzrətin yanına gəldilər. Əmirəl-möminin əleyhis-salam Əbu Süfyanın məqsədinin müsəlmanların arasına ixtilaf salıb, nifaq yaratmaq olduğunu bildiyinə görə bu kəlamları buyurmuşdur.  Bizim itaət və tabeçilik gəmimizə minərək özünüzü fitnə-fəsad dənizinin fırtınalarından xilas edin. Sizin din və dünyanızın xeyri bundadır.   Zübeyr əhdini pozaraq Həzrətlə müharibə etmək qərarına gəldiyindən Həzrət ona buyurdu: Sən mənə beyət etmisən. Mənə tabe olmağın vacibdir. Cavabında dedi: Beyət zamanı tövriyyə etdim. Yəni, dildə deyib ürəyimdə onun əksini niyyət etdim.   Yağış yağmamış selinin gəlməsi mümkün olmadığı kimi, əməli olmasa söz danışan adamın qalib gəlməsi də mümkün deyil.   O Həzrətin oğlu Məhəmməd anası Cəfər ibn Qeysin qızı Xəvlənin bəni-Hənifə qəbiləsindən olmasına görə ibn Hənəfiyyə kimi məşhurlaşmışdı.  Cəməl döyüşündə və Bəsrə fəth edildikdə Həzrət buyurdu ki, carçı şəhər əhalisini cümə namazına çağırsın. Cümə günü hamı toplaşıb O Həzrətlə bir came məsçidində namaz qıldılar. Sonra Həzrət qiblənin divarına söykənərək dayandı. Allaha həmd-səna etdikdən, Həzrət Peyğəmbərə salamdan, mömin kişi və qadınlar üçün istiğfar etdikdən sonra bu kəlamları buyurdu.   Cəməl döyüşündə Aişənin kəcavəsini zirehlə örtüb dəvəyə mindirmişdilər, qoşunun arasında bayraq əvəzi kimi saxlayıb ətrafına yığışmışdılar. Aişə onları döyüşə həvəsləndirir, onlar isə kəcavənin başına fırlanaraq meydan oxuyur və həlak olurdular. Böyükləri isə fəxrlə dəvənin cilovunu tutur, hər biri torpağa düşdükcə başqa birisi onun yerini tuturdu. Nəhayət, kəcavə və dəvəyə çoxlu yaralar vuruldu. Dilsiz-ağızsız heyvan hadisənin dəhşətindən və yaralarının yanğısından fəryad edirdi. Onlar, dəvə üç ayağı vurulub artıq ayaq üstə dayana bilməyənə qədər daha da çox toplanıb dəvəni dövrəyə aldılar. Həzrət Əli buyurdu: Onu şeytan saxlayıb, onu qılınclayın Qılınc vurulduqca dəvə yerə yıxıldı və camaat qaçdı. Deməli, din və dünyalarının məsləhətini bir qadının ixtiyarına verən, dəvəyə tabe olanlar alcaq insanlardır.  Dənizə yaxınlığı çoxlu qorxulu xəstəliklər, mədə pozuntularına səbəb olurdu və bunun nəticəsində də zehni gerilik, düşüncəsizlik və kütlük yaranırdı.  Çünki ya sizinlə birlikdə olduğundan, ya da sizləri günahdan çəkindirmədiyinə görə günaha düşər. Hər iki halda özü öz günahının əsirinə çevrilmişdir.  Deyirlər ki, bu hadisədən sonra Bəsrə iki dəfə su altında qalmışdır. İlk dəfə əl-Qadir-Billahın xəlifəliyi dövründə, ikinci dəfə isə əl-Qaim-Biəmrillahın dövründə yüksəklikdə tikilmiş came məscidinin çıxıntılarından başqa bütün şəhəri su basmışdı.  Nəql olunur ki, bu xütbənin sonunda Həzrət Bəsrə camaatına ürək-dirək verərək buyurmuşdur: Məqsədim budur ki, söhbətimdən ibrət alasınız və bir daha zəmanənizin İmamına qarşı qiyam etməyəsiniz.  Düşüncəsizliyiniz və nadanlığınıza görə sizi öz hədəfinə çevirib, malınızı yeyən və sizi çətinliyə salan özgə qoşununu öz diyarınıza buraxdınız.   Əgər haqqa göz yumub, Allah və Peyğəmbərin buyurduqlarına itaət etməsəniz aranıza fitnə-fəsad düşəcək. Sizin əzizləriniz xar, xar olanlarınız əziz olana qədər alt-üst olacaqsınız.  Bu zühur vaxtında və haqq dövlətinin zamanında olar.  Zühurdan başqa vaxt haqqın batili aradan götürməsi çətindir. Buna görə Həzrət bunları buyurmuşdur.)  Fəsahət sahiblərinin O Həzrətin bəyanının gözəlliyinə olan heyranlıqları Həzrətin kəlamını dəqiq və incəlikləri ilə dərk edə bilməyində olan xudpəsəndliklərindən çoxdur. Çünki O Həzrətin sözlərində ağlın, bəsirətin nuru ilə dərk etdiyi və dilin bəyan etməkdə aciz qaldığı kifayət qədər yeniliklər var.   Hansı əməlin insanı Cənnətə yönəltdiyini, hansı əxlaqın Cəhənnəmə göndərdiyini bilən.  Sonra əhalini üç qismə bölür.  Bu bölgünü böyük Allah Qurani-Kərimdə Fatir surəsinin 32-ci ayəsində buyurmuşdur: فَمِنْهُمْ ظَالِمٌ لِّنَفْسِهِ وَمِنْهُم مُّقْتَصِدٌ وَمِنْهُمْ سَابِقٌ بِالْخَيْرَاتِ بِإِذْنِ اللَّهِ Bəndələrimizdən bəziləri öz nəfslərinə zülmkardırlar və onlar batil yola düşür və pis işlər görürlər. Bəziləri yaxşı və pis işlərində mötədildirlər. Bəziləri də Allahın izni və fərmanı ilə yaxşı işlərdə öndədirlər.   Çünki cəhalətin özü mənasız iddialarda bulunmaq, yalan söyləmək və Allaha inanan insanlara əziyyət vermək kimi bir sıra digər nadanlıqlara gətirib çıxarır.  Təqvaya əsaslanan etiqad möhkəmdir və düşmənin təbliğatı nəticəsində aradan getməz. Təqvasız olan, kiçicik səbəbdən məhv olan və quruyan əkin və əməldən fərqli olaraq, təqva əsasında edilən əkin, əməl fitnə-fəsadın istisindən qurumayacaqdır. Allah-təala Qurani-Kərimin Tövbə surəsinin 109-cu ayəsində buyurur: أَفَمَنْ أَسَّسَ بُنْيَانَهُ عَلَى تَقْوى مِنَ اللّهِ وَرِضْوَانٍ خَيْرٌ أَم مَّنْ أَسَّسَ بُنْيَانَهُ عَلَىَ شَفَا جُرُفٍ هَارٍ فَانْهَارَ بِهِ فِي نَارِ جَهَنَّمَ Öz dininin bünövrəsini təqva və günahdan çəkinmək üzərində qurub Allahın razılığını istəyən yaxşıdır, yoxsa dininin bünövrəsini axan selin altını boşaltdığı və dağılmaq ərəfəsində olan çayın kənarında qoyan? Deməli, o Cəhənnəm atəşində çöküb məhv olacaqdır.  Çünki şər onun öz tərəfindəndir, özünü ona düçar edib. Allah-təalanın Qurani-Kərimin Nisa surəsinin 79-cu ayəsində buyurduğu kimi: مَا أَصَابَكَ مِنْ حَسَنَةٍ فَمِنَ اللّهِ وَمَا أَصَابَكَ مِن سَيِّئَةٍ فَمِن نَّفْسِكَ Sənə çatan yaxşılıqlar Allah tərəfindəndir, sənə çatan pisliklər isə sənin tərəfindəndir. Günahların və pis əməllərin buna səbəb olub.   Sözünü və əməlini haqqa qarşı qoyan, iylənmiş su kimi zərərli olan şeyləri topladı. Çünki iylənmiş zərərli su susuzluğu yatırmamaqdan əlavə müxtəlif xəstəliklərə də səbəb olur.  Hörümçək milçəyi ovlamaq üçün ağzının suyu ilə tor hördüyü, bu tor, möhkəm əsası olmadığına görə, xəfif bir küləyin əsməsi ilə dağıldığı kimi həmin şəxsin mənasız sözləri də doğru-dürüst əsası olmadığından cüzi bir irad tutmaqla aradan gedər, söylədiklərində tərəddüdə qalar.  Cəhalətinə görə bilmir və bildiyini iddia edir. Ona məlum olmayanın başqalarına da məchul olduğunu və heç bir həll yolu olmadığını güman edir.   Belə isə bir məsələnin hökmünü ziddiyyətlə bəyan etmək nə üçündür? Qazılar qazısının bütün bu ziddiyyətlərin düzgünlüyünü təsdiq etməsi nəyə əsaslanır?!   Bu cümlə Allah-təalanın Nəhl surəsinnin 89-cu ayəsində buyurduğunun məzmunudur. Orada buyurur: وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِّكُلِّ شَيْءٍ Sənə hər bir şeyi bəyan edən Quranı göndərdik.  Çünki insan kəlamı ləfz və məna cəhətdən səhvsiz və xətasız deyil. Quranda məna cəhətdən bir-birini inkar edən və nəzm fərqi kimi ziddiyyətlər tapılmaması onun insan tərəfindən deyilməməsinə dəlildir. Bu bəyan olunanlardan o da məlum olur ki, Allahın Rəsulu hökmlərin çatdırılmasında nöqsana yol verməyib və Allahın kitabına olan cəhl və nadanlıqdan başqa heç bir şey qazıların ziddiyyətinə səbəb olmayıb. Əlbəttə, belə şəxslər hökm verməyə layiq deyillər.   O böyük şəxsiyyət nitqində Müaviyə ilə müharibədə iki hakimdən danışırdı və bu zaman Həzrətin səhabələrindən biri ayağa qalxaraq dedi: Bizi iki hakimi qəbul etməkdən çəkindirib sonra ona icazə verdin. Bilmirik, bunlardan hansı biri daha yaxşıdır. Sonra Həzrəti-Əmir əlini əlinə vuraraq buyurdu: هَذَا جزآءُ مَنْ تَرَكَ الْعُقَدَةَ Bu heyrət və sərgərdanlıq öz işlərində düşüncə və ehtiyatı əldən verərək məni iki hakimin dediklərini qəbul etməyə məcbur etdirən sizlərin cəzanızdır. Əşəs Həzrətin məqsədini başa düşməyərək Onun bu məsləhətdən uzaq qalaraq, ehtiyatı əldən verdiyimə görə mənim cəzamdır deyə buyurduğunu güman etdi.  Həzrət Əşəsi etiraz etdiyinə görə deyil, onun sahabələri arasında olmasına baxmayaraq, nifaqdan əl çəkməməsinə, həmişə ikiüzlülük etdiyinə görə lənətləmişdi. Münafiq şəxs lənətə layiqdir Allah-təalanın Qurani-Kərimini Bəqərə surəsinin 159-cu ayəsində buyurduğu kimi: إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنزَلْنَا مِنَ الْبَيِّنَاتِ وَالْهُدَى مِن بَعْدِ مَا بَيَّنَّاهُ لِلنَّاسِ فِي الْكِتَابِ أُولَـئِكَ يَلعَنُهُمُ اللّهُ وَيَلْعَنُهُمُ اللَّاعِنُونَ - yəni, Kitabda camaat üçün bəyan etdiyimizdən əlavə, göndərdiyimiz aydın və yolgöstərən nişanələri gizlədənləri Allah və bütün lənət edənlər lənətləyirlər.   Bəzi tarixçilərin əsərlərində Əşəs və atasının Yəmən parçası toxuduqları göstərilir. Uzun müddət fasiləsiz parça toxumaq əqli çatışmazlığa və səfehliyə gətirib çıxartdığından Həzrət onu bu adla məzəmmət etmişdir. Bəzi kitablarda isə qeyd olunur ki, o, Kində qəbiləsinin böyüklərindən idi. Yol gedərkən lovğalığından çiyinlərini atardı. Belə hərəkətə isə ərəb dilində حِياكَة deyirlər Həzrət də buna görə onu məzəmmət edir. Hər halda nitqinin bu hissəsində Əşəsin əqli çatışmazlığını məzəmmət etmişdir.  O, küfr zamanı Murad qəbiləsi tərəfindən öldürülmüş atasının qanını almaq üçün etdiyi müharibədə məğlub olaraq əsir götürülmüşdü. Nəhayət, üç min dəvə fidyə verərək əsirlikdən azad oldu. Ondan sonra yetmiş kişi ilə Həzrət Peyğəmbərin qulluğuna müşərrəf olaraq İslam dinini qəbul etmişdir. İslam dövründə əsir olmağının səbəbi isə budur ki, Həzrət Peyğəmbərin vəfatından sonra mürtəd oldu. O vaxt Həzərmoutda yaşayırdı. Həmin məntəqənin əhalisinin zəkat verməsinə mane oldu və Əbu-Bəkrə beyət etmədi, sonra Əbu-Bəkr Ziyad ibn Lubəydi bir dəstə ilə onunla döyüşə göndərdi. Əşəs qalaların birində mühasirəyə düşənə qədər onlarla vuruşdu. Ziyad isə onunla sərt davrandı. Onun və ona tabe olanların suyunu kəsdi. Sonra Əşəs özü və on nəfər qohumu üçün pənah istədi ki, barələrində hökm çıxartmaq üçün onu Əbu-Bəkrin yanına aparsınlar. Pənah aldıqdan sonra Ziyadı və qoşunlarını qalaya buraxdı, onlar qalaya daxil olan kimi oradakıları öldürməyə başladılar. Onlar dedilər: Siz bizə pənah vermisiniz. Ziyad dedi: Əşəs özü və on nəfərdən başqa heç kəs üçün pənah istəməyib Beləliklə də, onları öldürdülər. Ziyad Əşəsi və on nəfəri əsir götürüb Əbu-Bəkrin yanına göndərdi. Əbu-Bəkr onu bağışladı və Əbu Quhafənin qızı, öz bacısı Ümmü Fərvəni ona ərə verdi. Ondan üç övladı oldu: Məhəmməd, İshaq və İsmayıl. Məhəmməd ibn Əşəs həmin şəxsdir ki, sonralar Kərbəlada Seyyidüş-Şühədanın qanının tökülməsində iştirak etdi. Xülasə, Əşəs ağılsızlığı üzündən öz qövmünü ölümə verdiyi üçün İmam bunları buyurdu.   İnsanları hidayət və agah etmək insanın əli ilədir, belə isə mələklərin sizə nazil olub İlahi əhkamı təbliğ etməsini gözləməməlisiniz.   Belə isə bunlar Osmanın qanını almağa qalxmamalıdırlar, çünki özləri də qatildirlər. Varis deyillər ki, onun qanını tələb edə bilsinlər.  Mənim də Osman kimi müsəlmanların, fəqirlərin malından istədikləri hər bir şeyi onlara verməyimi umurlar, lakin mən belə etməyəcəyəm, onun bidətini qaytarmayacağam.  Bu cümlədə məqsəd o Həzrəti müharibəyə dəvət edənin-istər Təlhə, ya Zubeyr və ya istərsədə Aişə olsun- alçaqlığını bəyan etməkdir.  Allah-təalanın mənimlə onlar arasında hökm etdiyi ilə və onlara tamamladığı höccətiylə razıyam. Allah onların niyyətlərindəki fəsaddan və işlərindəki zəlalətdən agahdır. Allahın höccəti dedikdə Onun düşmənlərlə vuruşum haqqında olan əmri nəzərdə tutulur. Qurani-Kərimin Hücurat surəsinin doqquzuncu ayəsində buyurulduğu kimi:وَإِن طَائِفَتَانِ مِنَ الْمُؤْمِنِينَ اقْتَتَلُوا فَأَصْلِحُوا بَيْنَهُمَا فَإِن بَغَتْ إِحْدَاهُمَا عَلَى الْأُخْرى فَقَاتِلُوا الَّتِي تَبْغِي حَتَّى تَفِيءَ إِلَى أَمْرِ اللَّهِ فَإِن فَاءتْ فَأَصْلِحُوا بَيْنَهُمَا بِالْعَدْلِ وَأَقْسِطُوا إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ - Yəni, əgər möminlərdən iki tayfa bir-birilə vuruşsa, onlar arasında sülh yaradın. Əgər bu iki tayfadan biri həddini aşsa, zülm etsə və sülhə razı olmasa, həddini aşanlarla vuruşun ki, Allahın hökmünə qayıtsınlar, onun əmr və fərmanına itaət etsinlər. Beləliklə də, əgər haqqa qayıdıb, vuruşmaqdan əl çəksələr, onlar arasında bərabər səviyyədə sülh yaradın və ədalətli olun ki, Allah ədalətliləri sevir. Bununla o Həzrət Allahın əmrinə razı olduğunu bildirir.   Hər bir kəs Allah-təalanın? hikmət və ədalət əsasında onun üçün təyin etdiyindən bəhrələnər. Qurani-Kərimin Zuxruf surəsinin 32-ci ayəsində buyurulduğu kimi: نَحْنُ قَسَمْنَا بَيْنَهُم مَّعِيشَتَهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا - yəni, dünya həyatında onlara çatacaq şeyləri aralarında bölmüşük. Hicr surəsinin 21-ci ayəsində buyurulur: وَ إِن مِّن شَيْءٍ إِلاَّ عِندَنَا خَزَائِنُهُ وَمَا نُنَزِّلُهُ إِلاَّ بِقَدَرٍ مَّعْلُومٍ - yəni, elə bir şey yoxdur ki, onun xəzinələrindən bizdə olmasın. Lakin biz ondan ancaq müəyyən olunmuş qədər endiririk.  Beləliklə, yoxsul və kasıb şəxs öz taylarında, yaxınlarında mal, gəlir yeri və ya övlad cəhətdən üstünlük görsə, onların paxıllığını çəkib günaha düşməməli, onlarla pis rəftar etməməli, onların qarşısında əyilməməlidir. Ehtiyacsızlığını izhar edib qəm-kədəri qəlbinə buraxmamalıdır. Alçaqlıq və xarlığa səbəb olan işlərin baş verməməsi, abır-həyasını və şərəfini yaxşı qorumaq üçün çalışmalıdır. Həmişə udmağını gözləyən uduzmuş qumarbaz kimi şad olub, nemətin çoxalmasını gözləməlidir.   Çünki yaxşı ad onu eşidən qohum və ya yadın onun bağışlamasını dua etmələrinə səbəb olar. İrs isə yalnız irs sahibinə bəhrə verər. Deməli, yaxşı ada görə var-dövlət xərcləmək insan üçün varisə sərvət saxlamaqdan daha yaxşıdır. Bu cümlədə göstərilir ki, insanlar malını qohumları üçün xərcləməkdən çəkinməməli, onlara yardım etməli, əllərindən tutmalıdır.    Onların Yəməndən çıxma səbəbi belə idi ki, Yəmənin şəhərlərindən biri olan Sənada Osmanın dostlarından bir dəstəsi yaşayırdı və onlar məsləhət əsasında Həzrət Əmirə beyət etmişdilər. İraq əhalisi o Həzrətə qarşı çıxdıqda, Misirdə Məhəmməd ibn Əbu Bəkr öldürüldükdə, Şam əhalisinin həddini aşmağı və zülmkarlığı çoxaldıqda onlar fürsət ələ keçirib Osmanın qanını almaq adı ilə Übəydullah ibn Abbas və Səid ibn Nəmrana qarşı çıxdılar. Bu xəbər o Həzrətə çatdıqda bir məktub yazaraq onları hədələdi. Onlar da cavabında yazdılar ki, bizim itaət etməmiz üçün Übəydullah və Səidi bu şəhərdən kənarlaşdırmalısan. Sonra İmamın məktubunu Müaviyəyə göndərərək onu bu hadisədən xəbərdar etdilər. Müaviyə fitnəkar və qaniçən bir şəxs olan Bosr ibn Əbi Ərtatı onlara tərəf yolladı. O, Sənaya daxil olduqda Übəydullah və Səid Abdullah Səqəfini öz yerlərinə qoyub oradan qaçaraq Kufəyə gəldilər. Bosr Abdullah Səqəfini qətlə yetirdi. Bu iki nəfər Kufədə İmamın hüzuruna gəldikdə Bosr ibn Əbi Ərtatla döyüşmədikləri üçün o Həzrət onları qınadı və məzəmmət etdi. Onlar döyüşməyə gücləri olmamasını üzr kimi göstərdilər.    Deməli, Həzrət Peyğəmbərin müqəddəs vücudunun səbəbinə o cür pis həyat, əqidə və bütün çətinliklərdən xilas olub, dünya əhli arasında böyüklük və ucalıqla məşhurlaşdınız. İndi isə O böyük şəxsiyyətin canişininə və haq olan xəlifəsinə düşmən kəsilib itaətsizlik etməniz layiqli işdirmi?.   Hadisənin mahiyyəti qısaca olaraq bundan ibarətdir ki, Həzrət Cəməl müharibəsi başa çatdıqdan sonra Kufəyə təşrif gətirdi. Orada Müaviyəyə məktub yazaraq, onu beyət etməyə çağırdı və məktubu Cərir ibn Abdullah Bəcəlliynən göndərdi. Cərir Şam şəhərinə daxil olub məktubu Müaviyəyə verdi. Müaviyə məktubu oxuyandan sonra dərin fikrə getdi. Cavabını qaytarmaq üçün Cəriri məəttəl saxladı, Şam şəhərinin əhalisindən bir dəstəsini çağırtdırıb, Osmanın qanının intiqamının alınması barədə onlarla söhbət etdi. Onlar Müaviyənin fikri ilə razılaşdılar, ona yardıma hazır olduqlarını bildirdilər. Daha sonra qardaşı Utbə ibn Əbu-Süfyanla bu barədə məsləhətləşdi. Utbə dedi: Bu işdə Əmr ibn Ası köməyə çağır. Çünki sən onun fitnəkar, düşüncəli və tədbirli olmasını bilirsən. Sonra Müaviyə Əmr ibn Asa məktub yazaraq tərifli sözlərlə onu tərifləyib özünə köməyə və Osmanın qanını almağa dəvət etdi. Əmr məktubunun cavabında yazdı: Məktubunu oxuyub məqsədini başa düşdüm. İslam dinindən çıxıb azğınlığa düşməyə, sənin ardınca getməyə, o dərəcədə fəzilətli, yüksək məqamlı və şücaətli Əli ibn Əbu Talibin üstünə qılınc çəkməyə hazır deyiləm. Ey Müaviyə, sən Osmanın ölümü ilə Şam şəhərinin hakimliyindən uzaqlaşdırılmısan və onun intiqamını almaq yolu ilə xəlifəliyi ələ keçirmək istəyirsən. Belə hiylələrinlə mənim kimiləri aldada bilməzsən. Sənin yolunda öz dinimdən dönüb canımı qoya bilmərəm. Müaviyə məktubu oxuduqda rüşvətsiz onu razı sala bilməyəcəyini başa düşdü. Bilirdi ki, o, Misirin hakimi olmaq istəyir. Ona Misirin hakimliyinə vəd etdi. Əmr də axirətini dünyasına dəyişərək Müaviyəyə qoşuldu. Buna görə də Həzrət bunları buyurur.     Mizmar atların yarış və cıdırı üçün hazırlanan müddətə deyilir. Belə ki, yaxşıca kökəlməsi və güclü olması üçün atın yemini artırırlar. Daha sonra, artırdıqları yemi adi normasına çatana qədər, tədricən azaldırlar ki, at xamlığını çıxarsın və yarış günü üçün hazır olsun.  Mizmar dövründə hər kəs özünü saleh əməllər, gözəl əxlaqla adət etdirib tərbiyələndirsə, sabah imtahan meydanında önə keçərək cənnəti qazanacaqdır. Səhlənkarlıq edib qəflətdə olan isə sabah xar və xəcalətli olub oda daxil olacaqdır.   Çünki ehtiyac və iztirab içində olan bəşər Allahın razılığını qazanmaq üçün xalis niyyətlə canı dildən çalışır. Buna görə də Həzrət Allahı daha az yad etdiyiniz rahat və əmin vaxtlarınızda da ondan qəflətdə olmamağı buyurur ki, bu xəbərsizlik peşmanlığa səbəb olur.  Ən kiçik mənfəət üçün çalışdıqları halda Behişt kimi ən böyük nemətlərdən qafil olan, cüzi zərərin qorxusundan çoxlu yollara əl atdığı halda, Cəhənnəm böyüklükdə atəşdən çəkinməyən insanlar heyrətlidir.  Qurani-Kərimin Bəqərə surəsinin 197-ci ayəsində buyurulur: وَتَزَوَّدُواْ فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى Səfərə azuqə toplayın və ən yaxşı azuqə də pərhizakarlıqdır.   Çünki o, borcunu vermək istəmədiyinə görə bəhanə gətirib bu gün-sabaha saxladığı kimi, siz də cihada getmək istəmədiyinizə görə yalan bəhanələr gətirib işi bu gün-sabaha saxlayırsınız. Bu səhlənkarlığın nəticəsində özünüzü xar və zəlil edirsiniz.   Çünki siz öz əmirinizə köməklik vəd edir, düşmənlə üzləşdikdə isə ona arxa çevirib döyüşməmək üçün bəhanə gətirirsiniz.  Allaha, Peyğəmbərə və haq olan İmama itaətsizlikdə, batil yolda xeyir təsəvvür edirsiniz? Belə deyil, Batil yolla xeyir götürməyə tamah salmaq günahlardan qəflət, bilmədən və inanmadan danışmaq dünya və axirətdə bədbəxtliyə, biçarəliyə səbəb olar.    Ona yaxınlaşanı vurmağa hazırdır. Burada Təlhənin fitnə-fəsadla məşğul olub, qürur və təkəbbürdən heç kəsin sözünə qulaq asmaması nəzərdə tutulur.   Özünü din libasında cilvələndirərək hiylə və məkrlə dünya malını ovlamaq və var-dövlət toplamaq üçün camaatın yolunda tələ qurandır.  Pis əməlləri qəbul etmədiklərinə və ya nalayiq işlərin şahidi olduqlarına görə camaatdan kənara çəkilmiş, təcrid olmuşlar.    Müqavimət göstərirəm. Deməli, mənim müqavimət və igidliyimdə heç nə dəyişməyib. Buna görə də azğınlıq yolundan dönün və mənimlə müharibədən əl çəkin.   Nəhrəvanda Xəvariclə döyüşdən sonra, Həzrət camaata Kufə şəhərinin kənarındakı Nuxeylədə toplaşaraq Şam camaatı ilə müharibəyə hazırlaşmağı əmr etdi, onlara arvad-uşaqlarının görüşünə az getmələri haqda göstəriş verdi. Onlar Həzrətin sözlərinə əməl etməyərək gizlincə Kufəyə gəldilər və Həzrəti az sayda böyükləri ilə orada tənha qoyub, meydanı boşaltdılar. Kufəyə gedənlər geri dönmədilər, orada qalanların isə dözümü yox idi. Buna görə də Həzrət Kufəyə təşrif gətirib camaata xütbə oxudu və onları cihada rəğbətləndirdi. Onlar itaət etmədilər. Sonra Həzrət onları bir neçə gün öz başlarına buraxdı və ondan sonra bu xütbəni oxudu.   Əmr ibn As və Əbu Musanın Şamla Mədinə arasında və Şama daha yaxın olan, Şamla İraq sərhəddində yerləşən Daumətul-Cəndəl qalasında iki hakim təyin olunma müqaviləsinə əsasən görüşdükləri və xəlifəlik məsələsi haqda bir-birilə danışdıqları vaxt, Həzrət Kufəyə təşrif gətirib onların hökmlərinin nəticəsini gözləyirdi. Son nəticədə Əmr ibn As Əbu Musanı aldatdı və qərara gəldilər ki, hər biri minbərə çıxıb, öz əmirlərini kənarlaşdırsın və xəlifəlik məsələsini Şuraya həvalə etsinlər. Əmr Əbu Musanı özündən qabağa saldı və o, minbərə çıxaraq Həzrət Əmiri xəlifəlikdən kənarlaşdırdı. Sonra Əmr minbərə qalxaraq Müaviyəni xəlifə təyin etdi. Bu xəbər Kufədə Həzrətə çatdıqda o narahat olub qalxdı və bu xütbəni camaata oxudu.   Həzrətin məqsədi budur ki, hər zaman-istər xoş, istərsə də ağır günlərdə-Allaha ibadət etmək lazımdır.   Bu məşhur ərəb atalar sözüdür. Nəsihət verənin nəsihətinə qulaq asmayaraq peşmançılığa düçar olanlar barədə işlədilir. Atalar sözünün tarixçəsi belədir ki, Həyrənin padşahı Cəzəymə Əbrəş Cəzirə padşahı Əmr ibn Zərblə müharibə edərək onu öldürür. Əmrdən sonra qızı Zəbba atasının yerinə keçərək onun intiqamını almaq niyyətinə düşür və Cəzəymə ilə döyüşmək istəyir. Bacısı Zubeybə isə bunu ona qadağan edir. Sonra Zəbba məkr və hiylə ilə atasının intiqamını almaq fikrinə düşür. Cəzəyməyə məktubunda yazır ki, mən qadınam və qadınlar padşahlığa layiq deyillər və mən ərə getməyə məcburam. Səndən başqa heç kimi özümə ər kimi bəyənmirəm. Əgər camaatın məzəmmətinin qorxusu olmasaydı özüm sizin yanınıza gələrdim. Əgər zəhmət çəkib gəlsəniz, mənim məmləkətim sizinki olacaq. Məktub Cəzəyməyə çatdıqda o, yaxınlarının böyükləri ilə məsləhətləşdi. Kənizinin oğlu çox düşüncəli və tədbirli olan, heç vaxt ehtiyatı əldən verməyən Qəsir ibn Səiddən başqa hamı onu bu səfərə həvəsləndirdi. Qəsir fərasətli olduğuna görə bu dəvətin hiylə olduğunu ehtimal etdi. Cəzəymənin yaxınlarının firkinə qarşı çıxaraq onu bu səfərdən çəkindirdi. Lakin Cəzəymə onun sözünə əhəmiyyət vermədi və min süvari ilə hərəkət etdi. Cəzirəyə yaxınlaşdıqda Zəbbanın qoşunu onu qarşılasa da, böyük hörmət görmədi. Qəsir isə bu işdə məkr və hiylə gördüyünü, geri qayıtmasını, Zəbbanın yanına getməməsini işarə ilə ona başa saldı. Cəzəymə yenə də onun sözünə əhəmiyyət vermədi. Cəzirəyə daxil olduqda onu öldürdülər. Bu zaman Qəsir ey kaş Qəsirin göstərişinə və sözünə əməl olunaydı sözünü işlətdi və bu söz ərəblər arasında zərbül-məsələ çevrildi. Həzrətin məqsədi də bu idi ki, ey kaş Əmr ibn As və Əbu Musanın hakimliyini qəbul etməmək barədə sözümə qulaq asaydınız və indi peşman olmazdınız. Mən sizə dediyimi dedim.  Təcrübəli nəsihətverən heç vaxt tərəddüdə düşməsə də, öyüd verməkdən imtina etməsə də, sizin itaətsizlikdə və müxaliflikdə fikir birliyiniz onu öz sözlərində tərəddüdə düşən və nəsihət verməkdən imtina edən birinə çevirib. Bu cümlədə olan وَ ضَنَّ الزَّنْدُ بِقَدْحِهِ ifadəsi camaat onun faydalı nəsihətlərinə qulaq asmayıb, qəbul etmədiyinə görə öyüd verməyi əsirgəyən, onların işinin xeyir və ziyanını deməyən şəxs barədə işlədilir.   Həzrətin Durəydi Həvazənin qardaşı adlandırımasının səbəbi budur ki, o əsil-nəsəb baxımdan Həvazə qəbiləsinə gedib çıxır. Çünki o, bəni Xəşim ibn Müaviyə ibn Bəkr ibn Həvazənlərdəndir. Böyük Allah Qurani-Kərimin Əhqaf surəsinin 21-ci ayəsində buyurur: وَ اذْكُرْ أَخا عادٍ Yəni, Adın qardaşını yad et Burada Ad qəbiləsindən olan Hud peyğəmbər nəzərdə tutulur. Dorəydin hekayəti budur ki, o qardaşı Abdullah ilə bəni Bəkr ibn Həvazəyə qarşı müharibə etdi və çoxlu qənimət ələ gətirdi. O, qayıdarkən qardaşı Abdullah Munəricil-liva adlanan yerdə bir gecəliyə qalmağı xahiş etdi. Durəyd isə nəsihət üçün ona dedi: Burada qalmaq ehtiyatsızlıqdır. Bəni Həvazənə adam və kömək gələ bilər və onlar qəflətən bizə hücum edə bilərlər. Abdullah qürurlu olduğuna görə onun nəsihətinə qulaq asmadı və həmin gecəni orada keçirdi. Səhər tezdən günəş çıxdıqdan sonra bəni Həvazədən çoxlu adam onların başının üstünü aldı. Abdullahı öldürdülər. Durəyd isə çoxsaylı yara almaqla canını onların əlindən qurtardı. O, sonra qəsidə demişdir və Həzrətin misal gətirdiyi bu hissə qəsidədəndir.  Bu hekayət mənim Müaviyə və tərəfdarlarının müharibədə vəziyyətinin ağırlaşdığını, buna görə də məkr və hiylə niyyətilə Quranları nizələrə keçirdiklərini və Hakim təyin etmək Məclisi yaratmaq istədiklərini dostcasına sizlərə deməyimin hekəyəsinə bənzəyir. Siz mənim sözlərimə əməl etməyib onların əməl və sözlərinə aldandınız. İki hakimin mühakiməsinə razılaşaraq israr etdiniz və mən də razılıq verdim. İndi mənim əleyhimə çıxmağınızın ziyanı sizə aydın olub.  Nəhrəvan Kufəyə yaxın olan yoldakı çayın kənarında, Hərura səhrası tərəfdə yerləşir. Hərura isə Kufə yaxınlığında bir kəndin adıdır. Xəvaric Əmir əl-möminə qarşı çıxmaq üçün bu səhrada toplaşdıqlarına görə Nəhrəvan Xəvaricini Həruriyye adlandırırlar. O Həzrətin Nəhrəvan Xəvaricilə müharibə etməsinin səbəbi budur ki, Siffeyn müharibəsində Müaviyə və tərəfdarlarının vəziyyəti ağırlaşmışdı. Xüsusilə də, Hərir gecəsində hər iki qoşundan otuz altı min nəfər öldürüldü. Hərir-ül-kəlbin lüğəti mənası itin ulamağı olsa da, igidlərin döyüş meydanında üzləşməsi də buna bənzədilir. Xülasə, həmin gecənin səhəri Müaviyə Əmr ibn Asın göstərişi ilə hiyləyə əl ataraq, öz qoşununa əmr etdi ki, beş yüz Quranı nizələrə taxaraq, Həzrətin qoşununun önünə çıxıb desinlər: ey müsəlmanlar, döyüşlər ərəbin ruzigarına ölüm-itim saldı, bu qədər qarşıdurmalar bizim və sizin qəbilələrinizin bünövrəsini sarsıtdı. Gəlin, Allahın Kitabına qayıdaraq, bizim aramızda hökm etdiyinə razılaşaq, qarşıdurmadan əl çəkək!. Onların bu hiyləsi təsirli oldu. İraq qoşunu bu sözlərdən tərəddüdə düşdü və döyüşdən əlləri soyudu. Onlardan on iki min nəfər üz döndərərək Həzrətə dedi: Malik Əştəri döyüşdən geri çağır, yoxsa səninlə döyüşərik. O Həzrət çarəsiz qalaraq Maliki geri çağırdı və Həkəmeyn məsələsi ortaya çıxdı. Həzrət həddən artıq israr etmələrinə görə onların hakimliyilə razılaşdı. Onlar iki hakimin rəyini və Əmr ibn Asın hiyləsini başa düşdükdən sonra daha çox Həzrətin əleyhinə çıxdılar və dedilər: Məxluqu Xaliqin işlərində və xəlifəlik məsələlərində hakim təyin etdiyinə görə, indi öz küfrünü və xətanı etiraf etməlisən və tövbə etdikdən sonra biz sənə itaət edib sözlərinə əməl edərik. Həzrət onlara nəsihət vermək üçün əvvəlcə Abdullah ibn Abbası göndərdi. Ondan sonra özü onlarla söhbət edib şübhələrini aradan götürdü. Bundan sonra səkkiz min nəfəri öz sözlərindən və qərarlarından döndü, dörd min nəfəri isə Həzrətlə döyüşmək niyyətilə Nəhrəvana yola düşdü. Yalnız ətrafa qaçan doqquz nəfərdən başqa onların hamısı o çayın yaxınlığında öldürüldü. Xəvaricin və Nasibilərin əksəriyyəti onların nəslindəndilər. Onların Xəvaric adlandırılmasının səbəbi Həzrətdən üz döndərmələri, Nəvasib adlandırılmalarının səbəbi isə Əhli-Beyt əleyhis-salam və onların şiələrinə qarşı ədavət və düşmənçilikləridir. Xülasə, Həzrət döyüşdən əvvəl höccətin tamam olması üçün onları qorxudaraq bunları buyurmuşdur.   لا ابا لكم sözü ərəb dilində danlaq və qarğış məqsədilə işlədilir. Belə ki, onlar atasızlığı insan üçün zillət və rəzillik sayırdılar.    Bu fəslin sözləri o böyük şəxsiyyətin Nəhrəvan hadisəsindən sonra buyurduğu və Həzrət Peyğəmbərin vəfatından həmin dövrə qədər həyat yolunu açıqladığı müfəssəl söhbətindən seçmələrdir.   Buna görə də layiqlisi budur ki, insan dünyadakı müvəqqəti həyatına könül bağlamasın və ölümdən, Allah yolunda dinin zəfər çalması üçün döyüşdən üz döndərməsin.    Nöman ibn Bəşir İraq əhalisini qorxutmaq üçün Müaviyənin əmri ilə iki min nəfərlə Şamdan hərəkət edərək Kufə yaxınlığındakı Eynut-Təmrə çatdıqda Həzrətin tərəfindən oranı idarə edən və yüz nəfərdən artıq adamı olmayan Malik ibn Kəəb Ərhəbi Həzrətə bu haqda xəbər verir. Həzrət minbərə təşrif gətirərək İlahiyə həmd və səna etdikdən sonra buyurur: Allah sizi hidayət etsin. Nöman ibn Bəşir Şam əhalisindən ibarət, sayları çox olmayan dəstə ilə sizin qardaşınız olan Malik ibn Kəəbə yaxınlaşmışdır. Hazırlaşın, gedin və qardaşınıza kömək edin. Bəlkə də, Allah-təala sizin səbəbinizə kafirlərin bir dəstəsini məhv edər. Camaat Malik ibn Kəəbə köməyə səhlənkar yanaşdığından, Həzrət onların başçılarını çağıraraq, köməyə getməyi əmr etdi. Təxminən üç yüz nəfər toplaşdı və qalanları bundan boyun qaçırdılar. Bundan sonra o böyük şəxsiyyət qəmgin halda qalxaraq bunları buyurdu.   Böyük Allah bütün işlərə hakim və itaəti vacib olandır. Xalqın yaşayışını və axirətini nizamlamaq üçün onların arasında rəis və ya əmirin olması ilahi hökmlərin tələblərindəndir.  Həzrətin məqsədi budur ki, Allah qorxusu olmasaydı hiylə və məkr işlətməkdə mən hamıdan mahir olardım.   Deməli, bu günləri qənimət bilib Allahın razılığı olan işləri görməyə çalışın ki, qiyamətdə hesab vaxtı rahat olasınız.  Əgər sənin müharibə etməyin bizi fərmanını qəbul etməməyə vadar etdi desələr, onların itaətsizliyinə bizim iradımız olmaz. Fərzən, beyət etmək istəsələr, bizim müharibə başlamağımız onların fikrini dəyişmələrinə səbəb olar.   Bu ərəb atalar sözü mən bu işi yüz dəfə ölçüb-biçmişəm mənasında işlədilir.  Çünki kafirlərin və münafiqlərin azğınlıq və yolsuzluqlarının qarşısını almamaq Allahın, peyğəmbərin əmrinə etinasızlıqdır və bu da Əli üçün küfrdür. Deməli, Allahın və peyğəmbərin əmrinə itaət etmək üçün əlbəttə, onlarla döyüşüb şərlərini dəf etməliyəm.  Bəni-Naciyədən bir dəstə Siffeyn müharibəsindən sonra Nəhrəvan Xəvaricilə müttəfiq olaraq Həzrətə düşmən kəsilmiş və Mədainə üz tutmuşdu. Həzrət iki min süvari ilə Məqəl ibn Qeysi onlarla döyüşə göndərdi. Məqəl Fars dənizinin sahilində onlara çataraq döyüşə başladı və Bəni-Naciyyə qəbiləsinin başçısı Xirrit ibn Raşidi tərəfdarları ilə birgə öldürdü, əvvəl xristian, sonra müsəlman, həmin döyüş zamanı isə mürtəd olan və Xirritə qoşulan beş yüz qadın, kişi və uşağı əsir aldı. Qayıdarkən Xuzistanın Ərdəşir Xürrə şəhərinə çatdıqda əsirlər Əmirəl-mömininin tərəfindən şəhərə hakim təyin olunmuş Məsqələyə pənah gətirərək ondan azad edilmələrini istədilər. Məsqələ onları Məqəldən beş yüz min dirhəm alaraq, azad etdi və müəyyən olunmuş vaxtda həmin pulu Həzrətə göndərəcəyini vəd etdi. Sonra Məqəl Kufəyə gedərək əhvalatı Həzrətə danışdı. O böyük şəxsiyyət Məsqələnin beş yüz min dirhəmi göndərəcəyini gözləyirdi. Ödəniş gecikdiyinə görə, ona məktub yazdı ki, ya malı göndər, ya da işinə baxılmasına hazırlaş. Məsqələ Həzrətin qulluğuna gələrək ona iki yüz min dirhəm verdi, pulun qalanını isə ödəyə bilmədi. Bir neçə günlük möhlət istəyib gecə ikən Şama, Müaviyənin yanına qaçdı. Həzrət onun qaçması xəbərini eşitdikdə bunları buyurdu.  Əsirləri azad etməsi onun tərifinə, mədhinə səbəb olsa da, onların pulunu ödəməmək üçün düşmənin yanına qaçması ilə öz mədhini məzəmmətə çevirdi və xalqın qınağına tuş gəldi.  Çünki yalnız O, ibadətə layiqdir və ibadətələrinə, sitayişlərinə görə təkəbbür etmir ki, bəndəyə başıaşağılıq gətirsin.   Dünyada var-dövlət toplamağa çalışmayın. Çünki onun halalının sorğu-sualı, haramının isə cəzası və əzabı var.  Kufə şəhərinin yaxınlığında Nuxeylədə Müaviyə ilə döyüş üçün mübarək ayağını üzəngiyə qoyduğu vaxt, səfərə çıxmaq və yaxınları, ailəsini Allahın amanına tapşırmaq üçün ən yaxşı dua olan buradakı duanı oxudu.   Dartılan, uzanan və elastik olduğuna görə gönçülükdə, dabbaqlıqda çox istifadə olunur. Okkaz Nəxlə ilə Taif arasındakı çöldə bazarın adıdır. Ərəblər İslamdan öncə hər il bir ay orada toplaşar, şer oxuyar və əsl-nəsəbləri ilə öyünərdilər. Orada ən çox alınıb-satılan məhsul isə gön idi.  Bu xəbər Həzrətin qeybdən agah olmasını göstərən xəbərlərdəndir. Çünki Kufədə baş verən hadisələr və onun zülmkarlarının başına gələnlər tarixdə şərh olunmuşdur.   Əlamət və nişanələr əsasən görünür, bilinir. Çünki məxluqun xaliqə ehtiyacı var. Varlığı mümkün olanın öz-özünə vücud və varlıq sahibi olması qeyri-mümkündür.   Çünki idrak onun zat və sifətlərinin həqiqətini dərk etməsə də, vacib həddə qədər əlamət və nişanələrindən tanıma üçün yol taparaq, onu etiraf etmişdir.  Sözləri və əməlləri ilə Allahı inkar edənlər olsa da, mövcud əlamət və nişanlar onların ürəklərində bunu etiraf etdiklərini göstərir.  Azğınlıq üçün fürsət qazanaraq batili haqqı istəyənlərin nəzərində cilvələndirərək din düşmənləri üçün nalayiq söhbətlərə yol açır.   Müaviyənin qoşunu çox olsa da, onlar azsaylı dəstəyə bənzədilib. Onların müharibə elmini bilməmələrinə işarə olunur.  Ərəblərin adətinə görə, susuz şəxslər səhrada az miqdarda su tapsaydılar xırda çınqılları bir qaba yığar, üstünə onun üzərini örtəcək həddə su tökərdilər. Sonra, onların hər biri susuzluğunu yatırmaq üçün lazım olan qədər həmin sudan içərdi. Beləliklə də, azacıq suyu da öz aralarında bölərdülər. Həmin daş çınqıllara məqlə deyilir.   Mənim sizə əmr etdiyim Allaha ibadətin savab və mükafatı, onun istəyərkən yalvarıb, zarıdığınız ibadətinə mükafatından və dərgahına yaxınlıq vasitəsi kimi əl atdığınızdan daha artıqdır. Mənim sizləri çəkindirdiyim günahın cəzası, onun bağışlanması üçün ah-nalə etdiyiniz, yas tutduğunuz günahdan daha ağırdır. Xülasə, Allaha ibadət və bəndəliyin mükafatı, Ona itaətsizlik və günahın cəzası barədə mənim bildiyim, sizin qavrayışınızdan, idrakınızın hüdudlarından kənardır. Deməli, əmr etdiyimə çalışın və çəkindirdiyimdən gözünüzü çəkin.  Yağılarla vuruşmaq İmama vacibdir, imkanı və qüdrəti olduğu halda vuruşmasa vacibi tərk etmiş olar və bu da İmam üçün Həzrəti Məhəmmədin əhkamını inkar etmək kimidir.   Çünki Siffeyndə su Həzrətin əlinə keçdikdə, o, suyu Şam əhalisinin üzünə bağlamadı və bir neçə günlük müharibə dayandı. Buna görə də döyüşçülərdən Bəzisi dedilər: Onun müharibə fərmanı verməkdə düşünməsi, ola bilər ki, ölmək və öldürülməkdən qorxduğu üçündür. Başqa bir hissəsi isə onun Şam əhalisi ilə vuruşmağın vacibliyinə şəkk və şübhəsi olduğu üçün belə etdiyini dedilər. Həzrət onların cavabında bunları buyurmuşdur.   Süfrəni yığışdırın, yorulsam da doymadım deyənə qədər hər şeyi yeyir, ancaq yenə də doymurdu. Deyilənə görə, onun qarınqululuğu Həzrət Peyğəmbərin lənətləməsinə görə idi. Peyğəmbər Həzrətləri bir nəfəri onu çağırmaq üçün yanına göndərəndə Müaviyə yemək yeyirmiş. Həmin şəxs qayıdaraq onun yemək yediyini demişdir. Bir daha həmin adamı göndərəndə, Müaviyə yenə də yemək yeyirmiş. Bu zaman Həzrət buyurmuşdur: اللَّهُمَّ لا تَشْبَعْ بَطْنَهُ Ey Allah, onun qa ını doydurma!  Heç vaxt küfr və şirk yolunda olmamışam. Başqaları kimi kafir və bütpərəst olub, sonra İslama gəlməmişəm, əvvəlcədən İslamı seçmişəm.  Peyğəmbərə iman gətirən və İslam dininin inkişafı üçün ona kömək edən ilk kişi mən olmuşam. Deməli, məndən bezmək Allahdan bezməkdir. Allahdan bezmək isə əbədi əzaba gətirib çıxarar.   Siffeyn döyüşü bitdikdən, hakim təyin etmək müqaviləsi və əhdnamə yazıldıqdan sonra, xəvaric o böyük şəxsiyyətdən uzaqlaşaraq, hər tərəfdən لا حُكْمَ إِلاّ لِلّهِ (yəni, Allahdan başqa qeyrisindən hökm yoxdur) qışqırdılar və dedilər: أَلْحُكْمُ لِلّهِ يا عَلِىُّ لا لَكَ (yəni, hökm, fərman vermək sənə aid deyil, ya Əli, Allaha aiddir. Allahın Müaviyə və tərəfdarları barədə hökmü isə budur ki, onlar fərmanımıza tabe olmalıdırlar. Biz hakim təyin etmək məsələsinə razı olmaqla səhvə yol verdik, öz səhvimizi başa düşdükdə tövbə edərək Allaha tərəf qayıtdıq. Sən də bizim kimi səhvinə görə tövbə edərək geri dön. Bəziləri isə deyirlər ki, hakim təyin etmək məsələsinə razılaşmaqla kafir olmusan. İndi öz küfrünə şəhadət verdikdən sonra tövbə et ki, sənə itaət edək. Həzrət də cavab olaraq bunları buyurmuşdur.   O böyük şəxsiyyətdən sonra, Məhləb ibn Əbu Sufər və başqa zülmkarlar tərəfindən törədilən qətl və qarətlərdən xəbər verilir.  Həzrət xəvariclə döyüşmək üçün onları təqib etdiyi vaxt, səhabələrindən bir kişi xəvaricin Nəhrəvandan keçdiklərini ona dedi. Həzrət buyurdu: Onların keçdiyini özün görmüsənmi? Cavab verdi ki, bəli. Həzrət buyurdu: Allaha and olsun, onlar keçmədilər və heç vaxt da keçməyəcəklər. Onların ölüm yeri çayın bu tərəfidir. Bundan sonra ata minərək getdilər. Çayın yaxınlığına çatdıqda xəvaricin hamısının qılınclarını qından çıxararaq öz atlarının ayaq damarlarını kəsib لا حُكْمَ إلّا لِلّهِ yəni, hökm ancaq Allaha məxsusdur qışqıraraq döyüşə hazırlaşdıqlarını gördülər. Onlar həmişə bu sözü öz şüarlarına çevirərək qalmaqal yaradırdılar. Sonra Həzrət müharibə əmrini verdi. Döyüş başa çatdıqdan sonra xəvaricdən doqquz nəfərin qaçaraq ölümdən canlarını qurtardığını və Həzrətin səhabələrindən yalnız səkkiz nəfərin öldüyünü bildilər.  Onlardan doqquz nəfəri qaçıb, şəhərlərə dağılışıblar, onlardan övladlar dünyaya gələcək və yer üzündə fitnə-fəsad törədəcəklər.   Qeyd olunduğu kimi o doqquz nəfər şəhərlərə dağlışdılar, hər biri bir məzhəb yaratdı; onu yayaraq yollarda oğurluq edirdilər.  Həzrətin Xəvarici öldürməyə icazə verməməsinin səbəbi onların əsl məqsədlə in haqqı əldə etmək olması idi; lakin onlar bu yolda xəta etmişdilər. Əlbəttə, Müaviyə və tərəfdarlarından fərqli olaraq belə şəxslər ölümə layiq deyillər. Əsl məqsədləri batil olan Müaviyə və tərəfdarları isə öldürülməlidir. Necə ki, əlli altıncı kəlamında buyurur: فَاقْتُلُوهُ yəni, Müaviyəni öldürün. Amma onun Xəvarici öldürüb, özündən sonra isə onları öldürməyi qadağan etməsinin səbəbi onların Həzrətlə döyüşə birinci başlamaları,fitnə-fəsad qaldırıb camaatı öz bidətlərinə çağırmaları, Əmirəl-mömininin səhabələrindən olan Abdullah ibn Xəbbab kimi yaxşı insanları öldürmələri, onun hamilə arvadının qa ını yarmaları olmuşdu. Beləliklə, fitnə-fəsad törətmədikləri, nahaq qan axıtmadıqları, müharibə etmədikləri halda onları öldürmək qadağandır.   Çünki dünya əməl evi, axirət isə cəza məkanıdır. Dünyada Allahın və Peyğəmbərin göstərişinə uyğun rəftar edən axirətdə salamat qalar. Bunlara əməl etməyənlər əbədi əzaba düçar olacaqdır.  Allah onları imtahana çəkir. Belə ki, dünyada Allahın əmrinə itaət edən nicat tapacaq, itaətsizlik edən isə ilahi əzaba düçar olacaqdır. İmtahan, Allahın onların işinin sonunu bilmədiyinə və bunu öyrənmək istədiyinə görə deyil. Bu mənada imtahan mümkün deyil. Çünki O, hər şeyin gizlinini və aşkarını biləndir.   Qurani-Kərimin Möminin surəsinin 115-ci ayəsində buyurulduğu kimi أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَاكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ Sizi boş yerə yaratdığımızı və bizə doğru qayıtmayacağınızımı güman etdiniz?   Çünki əvvəl və son olmaq zamana xas xüsusiyyətlərdəndir. Zaman isə hərəkətdən yaranır, hərəkət cismin xüsusiyyətlərindəndir. Onun müqəddəs zatı zamandan üstündür və bütün cisimlərin fövqündə dayanır. Deməli, son olmamışdan əvvəldir, batin olmamışdan zahirdir və hətta aləm olmamış sağdır və s. demək olmaz. Çünki Onun zatının əlavə olunmuş bir sifəti yoxdur ki, bəzisi digərindən öndə olsun. Deməli, onun sifətləri zatının eynidir. Belə olmasaydı, (sifətləri) əlavə edilmiş və nöqsanlı olardı. Bəziləri başqalarının səbəbi, Bəziləri (isə) nəticə və nöqsanlı olardı. Bu, vücudu mümkün olanların xüsusiyyətidir. Buna görə də Onun əvvəli və sonu olmağı bundan ibarətdir ki, O, bütün yaranmışların başlanğıcı və məhv olan hər şeyin qayıdış yeridir. Onun zahirliyi və batinliyi sözlərinin mənası budur ki, nişanələri və yaratdıqları ilə zahir, aşkar olur, müqəddəs zatının əsli isə gözlə görünməkdən, idrak, və düşüncənin hüdudlarından, gizlin və batinidir. Xülasə, o tayı-bərabəri fərz olunmayan bir vahiddir. Buna görə də bunları buyurmuşdur.  Yəni, ondan qeyri vahid azalmanı göstərən ədəddir. Çoxluğun başlanğıcı və onun bir hissəsidir. Allah isə çoxalmayan, yəni, onun üçün ikincisi fərz olunmayan həqiqi birdir.  Çünki hər bir gücün, qüdrətin mənşəyi Odur. Belə isə, bir göz qırpımında öz varlığını itirən qeyrisi necə zəif və gücsüz olmaya bilər?  Çünki Onun elmi zatı ilə eynidir. Ondan qeyrisinin elmi zatdan törəmə və başqalarından öyrənməyə möhtacdır. Bu da Allah-təalanın elminə gəlib çıxır. Deməli, mütləq alim Odur.  Bu, vücudun mümkünlüyünə dəlalət edir. Deməli, qüdrəti zatının eyni, bütün qüdrətlilərin qüdrətinin mənşəyi olan həqiqi güclü Odur.  Çünki ondan qeyrisinin eşitməsi cismani eşitmə qüvvəsi ilədir. Bu, müəyyən şərait tələb edir və bu şərait olmasa səsi eşidilməz. Məsələn, səs çox yavaş, uzaqdan və ya çox yüksəkdən olmamalıdır ki, həmin eşitmə qüvvəsinin işi pozulmasın və eşitməyə mane olmasın. Ancaq Allahın eşitməsi zatən və orqansız olduğuna görə, bütün səslər istər yavaş və uca, istərsə də yaxın və uzaq- olsun onun üçün eyni, aşkardır. Deməli, mütləq dinləyən və həqiqi eşidən Odur.  Çünki hər bir kəs görmə orqanları vasitəsilə görür. Bu orqan da müəyyən şərait tələb edir. Ancaq Allah-təala zatən və orqansız görəndir. Deməli, bütün əşyalar-istər gizlin, istərsə aşkar onun üçün birdir.  Deməli, O həm gizlin, həm də aşkardır. Bu baxımdan aşkar sayılır ki, əlamət və nişanələrinə görə heç kəsdən gizlin deyil. Gizlindir, ona görə ki, zatının əslini dərk etmək mümkün deyil.   Ehtiyac olduqda çıxarmaq asan olsun deyə və ya döyüş alətinizin səsini düşmənə eşitdirib özünüzü döyüşə hazır göstərin ki, narahat olub, qorxsun və bu da onun məğlubiyyətinə səbəb olsun.  Çünki gözünü dikmək qorxu və heyranlıq əlamətidir. Bunun nəticəsində düşmən cürətlənib qələbə çala bilər.  Özünüzü ona yaxınlaşdırın. Mərdilk və igidliyin əlaməti uzaqlaşmaq və qılıncın ucunu göstərmək deyil, irəliyə addım atmaqdır. Nəql olunur, müharibələrin birində Həzrətə ərz etdilər ki, sənin qılıncın qısadır. Həzrət buyurdu ki, addımımla uzadaram.  Dinə kömək üçün haq yolda ölməyə sevinin. Çünki müvəqqəti ömrü əbədi həyatla dəyişəcəksiniz. Qurani-Kərimin Ali-İmran surəsinin 169-cu ayəsində buyurulduğu kimi: وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ اللّهِ أَمْوَاتًا بَلْ أَحْيَاءٌ عِندَ رَبِّهِمْ يُرْزَقُونَ yəni, Allah yolunda həlak olanları ölü sanma. Onlar sağdır və Allahlarının yanında ruzi yeyirlər.  Deyilənə görə, Müaviyə üçün böyük bir çadır düzəltmişdilər və yüz min nəfər onun ətrafına toplaşaraq, ölsələr belə ayrılmayacaqları barədə əhd-peyman bağlamışdılar.   Döyüşdə iradəli deyil, narahat və həyəcanlıdır. Qorxsanız, sizə üstün gələcək. İgidlik göstərsəniz, məğlub olaraq qaçacaq.  Qurani-Kərimin Muhəmməd surəsinin 35-ci ayəsində buyurulur: فَلَا تَهِنُوا وَتَدْعُوا إِلَى السَّلْمِ وَأَنتُمُ الْأَعْلَوْنَ وَاللَّهُ مَعَكُمْ وَلَن يَتِرَكُمْ أَعْمَالَكُمْ Yəni, ey möminlər, kafirlərlə döyüşdə süstləşib onlardan sülh və barışıq istəməyin. Bu sizin acizlik və gücsüzlüyünüzə səbəb olar.   Bəni Saidə, yəni, Ənsardan bir dəstə adamın məsələləri həll etmək üçün Mədinədə toplaşdığı ev.  Ənsarlar xəstə olan Səd ibn Ubadəni Səqifəyə gətirərək onu əmir və xəlifə elan etmək istədilər. Bundan xəbər tutan Əbu Bəkr və Ömər ora tələsərək onlarla danışığa başladılar. Ənsarlar dedi: Biz xəlifəliyə daha layiqiq. Əgər qəbul etmirsinizsə, siz özünüzə, biz də özümüzə əmir seçək. Ömər dedi: İki qılınc bir qına sığmaz. Ərəblər sizə itaət etməyəcək. Mühacir və ənsarların hər bir dəstəsi özlərinin İslamdakı fəzilət, üstünlük və hüquqlarını xatırlatdı. Bundan sonra, Bəşir ibn Səd Xəzrəci paxıllıq etdiyinə görə yerindən qalxaraq Qüreyşi təriflədi. O, Ömərə, Əbu Ubeydə isə Əbu Bəkrə beyət etdi. Səd ibn Ubadəni isə mənzilinə apardılar.  Əgər onlar özlərini Peyğəmbərin şəcərəsindən olduqlarına görə xəlifəliyə daha layiq bilirlərsə, mən həmin ağacın meyvəsi və Həzrətin əmisi oğluyam. Xəlifəlik, əmirlik mənim haqqımdır və başqası buna layiq deyil.  Çünki Siffeyn döyüşündən və iki hakimin verdiyi hökmdən sonra Müaviyənin mövqeyi yaxşılaşdı, gücü günbəgün artdı. O, Misiri ələ keçirməyə tamah saldı. Əmr ibn Asın onunla beyət etdiyi vaxt Ası Misirə vali təyin edəcəyinə söz verdiyindən, əksəriyyəti Osmanın intiqamını almaq niyyətində olan və Osmanı Məhəmməd ibn Əbu Bəkrin öldürdüyünü güman edənlərdən olan altı min süvari ilə Əmr ibn Ası Misirə göndərdi. O, Misirin böyük şəxsiyyətlərinə məktub yazaraq, dostlarını həvəsləndirdi və düşmənlərini qorxutdu. Məhəmməd hadisədən xəbər tutduqda vəziyyət barədə Həzrətə məktub yazaraq, kömək üçün pul və qoşun istədi. Həzrət onun məktubuna cavab göndərdi və istədiyini çatdıracağını vəd etdi. Lakin Məhəmməd tələsərək Misir əhlini Əmr ibn Asa qarşı müharibəyə çağırdı. Dörd min nəfər onun dəvətini qəbul edərək ona yoldaş oldular. Onların iki min nəfərini Konanə ibn Beşrin başçılığı altında öncədən göndərdi, özü isə iki min nəfərlə qaldı. Konanə igidlik göstərib Əmrin qoşunundan çoxlu əsgəri qətlə yetirdi, özü və yoldaşları həlak olana qədər onlarla döyüşdü. Onların ölüm xəbəri Məhəmmədin qoşununa çatdıqda, onun ətrafından uzaqlaşdılar. Məhəmməd tək qaldığını gördükdə qaçdı, Misirə üz tutaraq xarabalıqların birində gizləndi, Əmr ibn As Misirə daxil oldu və öz sərkərdələrindən Müaviyə ibn Xədic Kindini Məhəmmədin ardınca göndərdi. Müaviyə ibn Xədic çox axtarışdan sonra, Məhəmmədi susuzluqdan ölmək üzrə olarkən tapdı. Başını bədənindən ayıraraq, bədənini ölmüş uzunqulağın içinə gömüb yandırdı. Həzrət bu xəbəri eşitdikdə çox kədərləndi və dedi: Allah Məhəmmədə rəhmət etsin. O, düşmənlərin məkr və hiyləsini görməmiş xam bir gənc idi.  Təcrübəli və bacarıqlı kişi olan Haşim Əmirəl-mömininin xas səhabələrindən və o Həzrəti sevənlərdən idi. O, Siffeyn döyüşündə şəhid oldu.  Müqavimət göstərər, qılıncı əlindən verməz və Məhəmməd kimi qaçmazdı. Məhəmməd qaçanda, güman edirdi ki, qaçmaqla xilas olacaq.  Əgər döyüş meydanını boş qoyub qaçıbsa, çarəsiz qalıb və təqsiri olmayıb. Məhəmmədin anası Əsma binti Uməys idi. O, əvvəlcə Cəfər ibn Əbu Talibin zövcəsi olub və ondan Abdullah ibn Cəfər dünyaya gəlmişdir. Cəfərin Mutə döyüşündə şəhid olmasından sonra Əbu Bəkr onu almış və Məhəmməd anadan olmuşdur. Əbu Bəkrdən sonra Həzrət onunla evləndi. Məhəmməd Həzrətin qollarında böyüyüb boya-boşa çatdı və elə uşaqlıqdan o böyük şəxsin vilayəti və dostluğu ilə böyümüşdü. Həzrət onu çox sevər və hörmət edərdi. O, buyurmuşdur: Məhəmməd mənim Əbu Bəkrin belindən gələn oğlumdur.)   Siz də dördayaqlılar kimi ağılsızsınız. Buna görə də dözümsüzlükdən müharibənin çətinliklərinə sinə gərmir, düşmənin qarşısını almırsınız.  Öz məqsədlərimə çatmaq üçün zülmkarlar kimi sizlərdən bəzilərini öldürə və ya həbs edə bilirəm ki, başqaları ibrət götürüb, qorxularından mənə itaət etsinlər.   Siffeyn döyüşündə Şam qoşunu məğlub olduğuna görə Əmr ibn Asın göstərişilə Quranları nizələrə taxaraq, özlərini aciz və yazıq göstərdilər. Bu hiylə, məkr nəticəsində İraq qoşunu onlarla döyüşdə süstləşdi, qazanacaqları mütləq qələbədən keçərək döyüşə son qoydular.  Bu müharibədə çox əziyyət çəkdiniz və fəth, qələbə sizə yaxın olduqda aldanaraq onu əldən verdiniz. İki hakimin hökmünə razılaşaraq İmamınızın sözünə əməl etmədiniz. Özünüzü başçısız fərz etdiniz. Beləliklə, yadelli düşmən şəhərlərinizi ələ keçirib sizə hakim kəsildi.  Bəsrə camaatı ilə müharibədən sonra Şam camaatı ilə müharibə baş verdiyindən sizin şəhərinizdə qalmağa məcbur oldum.  Qiyamətdə öz sözlərinin cəzasını çəkəcək və ya o Həzrətin vəfatından sonra Bəni Üməyyənin onlara hakim kəsilməsilə o böyük şəxsiyyətin gələcəkdən verdiyi bütün xəbərlər aydın olacaq. وَلَتَعْلَمُنَّ نَبَأَهُ بَعْدَ حِينٍ cümləsini Qurani-Kərimin Sad surəsinin 88-ci ayəsindən iqtibas buyurmuşdur.    Gizlində əhd-peymanını sındıracaq, əhdinə vəfasız çıxacaq, beyətini külək sanaraq pozacaqdır. Bu cümləni Mərvanın alçaqlığını göstərmək üçün buyurmuşdur. Daha sonra, onu məzəmmət edərək sözünü davam etmişdir.  Dörd rəis dedikdə oğlanları-sonralar xəlifə olan Əbdülməlik, Misirin valisi olan Əbdüləziz, İraq valisi Bəşr və Cəzirənin valisi Məhəmməd-nəzərdə tutulur. Onlar da hiylə, məkr və camaatı azdırmaqda atalarına tay idilər.  Bəzilərinin dediyinə görə, dörd rəis dedikdə hər dördü sonradan xəlifə seçilmiş Əbdülməlik ibn Mərvanın oğlanları Yezid, Süleyman, Vəlid və Hüşam nəzərdə tutulur.   Mən xəlifəliyi ona layiq olmayan kimsəyə buraxıram ki, dünyada böyüklük və rəhbərlik qazanmaq niyyətində olmadığımı bilsinlər. Bu sözlərim höccətin tamam olması və azğınları doğru yola yönəltmək üçündür.  Bəni-Üməyyə sözlərimdə və əməlimdə nifaq, ikiüzlülük olmadığına əmin olduqları halda, nəyə görə məni ittiham edib deyirlər ki, Osmanın qətlinin təşkilatçısı mən olmuşam, üzdə bir iş görməsəm də, gizlində camaatı onu öldürməyə vadar etmişəm. Onlar bilmirlərmi ki, mən söz deməkdə və əməldə heç kimdən qorxmuram? Əgər Osmanı öldürmək istəsəydim, bunu gizlində etməzdim və aşkarda onun qatillərinə yoldaş olardım.  Qurani-Kərimin Hucurat surəsinin 12-ci ayəsində buyurulur: يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اجْتَنِبُوا كَثِيرًا مِّنَ الظَّنِّ إِنَّ بَعْضَ الظَّنِّ إِثْمٌ وَلَا تَجَسَّسُوا وَلَا يَغْتَب بَّعْضُكُم بَعْضًا أَيُحِبُّ أَحَدُكُمْ أَن يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًا فَكَرِهْتُمُوهُ وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ تَوَّابٌ رَّحِيمٌ Ey Allaha və Peyğəmbərə iman gətirənlər. Çox zənnə-gümana qapılmayın. Şübhəsiz ki, zənlərin bəzisi günahdır. Bir-birinizin eybini, sirrini arayıb-axtarmayın. Bir-birinizin qeybətini etməyin (yəni, başqasının dalınca danışmayın). Sizdən biriniz öz ölmüş qardaşının və dindaşının ətini yeməyə razı olarmı? Xeyr. Bu sizdə ikrah hissi oyadar. Ölmüş qardaşınızın ətini yeməkdən ikrah etdiyiniz kimi, onun qeybətini etməkdən də çəkinin. Allahdan qorxun, qeybət etmisinizsə, tövbə edin, Allah günahları bağışlayan və mehribandır. Əhzab surəsinin 58-ci ayəsində buyurulduğu kimi: وَالَّذِينَ يُؤْذُونَ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ بِغَيْرِ مَا اكْتَسَبُوا فَقَدِ احْتَمَلُوا بُهْتَانًا وَإِثْمًا مُّبِينًا Mömin kişiləri və qadınları incidilməyə layiq bir iş görmədikləri halda incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan, iftira və açıq-aydın bir günah götürmüşlər.   Deməli, onu öldürənlərlə bir yerdə olmadığım və onun qətlinin təşkilatçılarından heç kimin bu işdə iştirak etməyimi demədikləri halda, əgər Allahın kitabının hər hansı bir ayəsi Osmanın qatili olmağıma dəlalət edirsə, siz ona uyğun hökm çıxararaq, mənə qarşı elə rəftar edin.  Çünki siz ürəyinizdə xəlifəliyi, əmirliyi ələ keçirməyi arzuladığınıza görə, Osmanın qanını almağı bəhanəyə çevirərək camaatı aldatmaq üçün məni ittiham edirsiniz. Belə isə, Qiyamətdə öz sözlərinizin cəzasına çatacaqsınız.   O kəlamlardandır ki, onda camaata tövbə etməyin və bağışlanmaq istəməyin qaydalarını öyrədir. Peyğəmbər və İmamlar əleyhimus-salam kimi məsumların tövbəsi xalqı öyrətmək məqsədi daşımışdır. Çünki onlar heç vaxt günaha batmamış, Allah-təalaya itaətsizlik etməmişdilər ki, tövbə və əfv diləmək niyyətinə düşəydilər.    Qurani-Kərimin Nəml surəsinin 65-ci ayəsində buyurulur: قُل لَّا يَعْلَمُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ الْغَيْبَ إِلَّا اللَّهُ De ki, Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz.  Qurani-Kərimin Ənam surəsinin 97-ci ayəsində buyurulduğu kimi: وَهُوَ الَّذِي جَعَلَ لَكُمُ النُّجُومَ لِتَهْتَدُواْ بِهَا فِي ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ قَدْ فَصَّلْنَا الآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ Biyabanın və dənizin zülmətində (yol tapmaq) üçün ulduzları da sizin üçün yaradan Odur. Biz Öz qüdrət nişanələrimizi anlayan bir camaat üçün bəyan etdik.  Kahinlik elə bir peşədir ki, ona yiyələnənlər cinlərin köməyilə qeybdən xəbər verir, camaatın arasında fitnə-fəsad salırlar. Qeybdən xəbər verməsi, ulduzların xeyir-ziyanla, uğurlu və nəhs günlərlə əlaqələndirilməsi, camaatın Allaha ümidini itirməsi, öz əməlinə və sözlərinə ümidvar etməsi, bunların düzgünlüyünə inandırması baxımdan münəccimin işi kahin bir kimsənin əməli və etiqadı ilə eynidir. Deməli, özünün azğınlığı və başqalarını azdırmaq baxımdan.  Sehr sehrkarın dediyi söz, ya yazdığı tilsimdir ki, bununla ərlə arvad, eləcə də dostlar arasında ayrılıq salır, onları bir-birinə düşmən etmək kimi ziyanlar vurur.  Əlbəttə, Haqq-təala səfərin ziyanını sizdən uzaqlaşdıracaqdır. Həzrət həmin saat Xəvariclə döyüşə yollandı və qələbə qazandı. Bu sözün özü, münəccimlərin sözünün səhv olduğunu göstərən ən böyük dəlildir.  Bəyənilmiş əməl və sözlərdə onların ardınca getməmək bu deməkdir ki, əgər bəyənilmiş iş vacibatdan olsa, siz onu bəyənilmiş olduğuna görə yerinə yetirin və göstərin ki, həmin işi onlara itaətə görə etmirsiniz. Bəyənilmiş iş müstəhəbb olarsa, yerinə yetirməyin. Çünki onlara itaət etməməyə görə müstəhəb işi yerinə yetirməməyin özü müstəhəbdir. Xülasə, heç bir işdə onların sözlərinə və istəklərinə etina eməyin.       Çünki dünya əməl meydanı, axirət isə cəza yeridir. Ona görə də, orada demirlər ki, yaxşı əməllərini artır, günahından keçək və ya günaha, itaətsizliyinə görə səndən incimişik, bizi razı sal.   Qurani-Kərimin Bəqərə surəsinin 168-ci ayəsində buyurulur: Şeytanın ləpirlərinə qədəm qoyub, onun ardınca getməyin. Çünki O sizin açıq-aşkar düşməninizdir.   Girov hər hansı malın əsiri olduğu, o verilməyincə girov qaytarılmadığı kimi, şeytanın ardınca gedən də onun göstərişinə əməl etməyincə şeytan ondan əl çəkməz.  Bu sözlər Allah-təalanın Qurani-Kərimin Ənfal surəsinin 48-ci ayəsində buyurduğuna işarədir. وَإِذْ زَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ وَقَالَ لاَ غَالِبَ لَكُمُ الْيَوْمَ مِنَ النَّاسِ وَإِنِّي جَارٌ لَّكُمْ فَلَمَّا تَرَاءتِ الْفِئَتَانِ نَكَصَ عَلَى عَقِبَيْهِ وَقَالَ إِنِّي بَرِيءٌ مِّنكُمْ إِنِّي أَرَى مَا لاَ تَرَوْنَ إِنِّيَ أَخَافُ اللّهَ وَاللّهُ شَدِيدُ الْعِقَابِ Şeytan Qüreyş müşriklərinin Həzrət Peyğəmbərlə müharibəyə çıxmalarını onların nəzərində yaxşı qələmə verib dedi: Bu gün heç kəs güc və qoşunun çoxluğu baxımdan sizə qalib gələ bilməz. Mən sizin fəryadınıza çatanam. Onlar Bədrdə İslam qoşununu görüb bir-birinə yaxınlaşdıqda şeytan iki dabanı üstündə, geri dönərək dedi: Mən sizdən bezmişəm. Mən mələklərin necə müsəlmanların köməyinə gəldiyini görürəm, sizsə görmürsünüz. Mən Allahdan qorxuram, Allahın əzabı ağırdır.   Çünki qorxudan uca danışmağa gücü olmaz və ya imtahanın, sualın qorxusundan Allahla razü-niyaz edər ki, Pərvərdigara, məni yaxşı işlər görməyim üçün dünyaya göndər.   Zahirən Əmrin atası adlandırılan As ibn Vail Allahın Rəsuluna düşmən kəsildiyi kimi, Əmr də Əmirəl-mömininlə düşmənlik edərək o Həzrət barədə yalan sözlər danışmağa çalışırdı. O, Əmirəl-mömininin məhəbbət və sevgisini qəlblərdən qoparıb, onu kiçiltmək fikrinə düşmüşdü. Onun, Həzrət barədə yalanlarından biri bu idi ki, Şam əhalisinə demişdi: Əli çox zarafat etdiyinə görə işlərin gedişatını islah etməyə o qədər də çalışmır. Buna görə də onu özümüzə rəhbər seçmədik. Ancaq İmam əleyhis-salam burada Əmrin sözlərinin səhv, böhtan və yalan olduğunu sübut edir.   Nabiğə Əmrin anasının adıdır. Onu zinakarlıqda məşhur olduğuna görə belə adlandırırdılar. Hamı onu tanıyırdı və ərəblərin adətinə görə anaları yaxşılıqda və ya pislikdə ad çıxardıqda övladlarını onların adına çıxardılar. Nabiğə əsir düşmüş bir kəniz idi və Abdullah ibn Cudan Təyyimi onu Məkkədə satın alsa da, zinakar qadın olduğuna görə saxlaya bilməyib azad etmişdi. Sonra, Əbu-Ləhəb ibn Əbdülmüttəlib, Üməyyə ibn Xələf, Hişam ibn Müğəyrə, Əbu Süfyan ibn Hərb və As ibn Vail eyni bir tuhrda (yəni, iki heyz arasındakı müddətdə) onunla birlikdə oldular və nəticədə Əmr dünyaya gəldi. Həmin beş nəfərin arasına ixtilaf düşdü və hər biri Əmrin onun oğlu olduğunu iddia etdi. As ibn Vail Nabiğənin xərcini başqalarından daha çox çəkdiyinə görə, Əbu Süfyana daha çox oxşasa da uşağın Asın oğlu olduğunu bildirdi.  Siffeyn döyüşündə Əmr meydanda Əmirəl-mömininlə üzləşdikdə, Həzrət onu öldürmək üçün üstünə atıldıqda Əmr özünü atdan arxası üstə yerə ataraq, torpağın üstünə sərildi. O böyük şəxsiyyətin qarşısında ayaqlarını göyə qaldıraraq, cinsiyyət üzvünü göstərdi. Həzrət gözünü yumaraq, geri qayıtdı. Müaviyənin qoşun başçılarından biri Busr ibn ƏbiƏrtah həmin Siffeyn döyüşündə Əmrin üsulundan istifadə edərək ölümün çəngindən yaxa qurtardı. Bundan sonra يَمْنَحُ القَومَ سَبَّتَهُ cümləsi hadisələr zamanı zillət və xarlığı qəbul edənlərin haqqında işlədilən zərbül-məsələ çevrildi.  Dərk etməz, çünki onun zatına əlavə olunmuş sifəti yoxdur ki, təsəvvürlər onu dərk edib vəsf edə bilsin.  Çünki bir hədlə məhdudlaşmır ki, göz onu görə bilsin və ağıl onun həqiqətini dərk edə bilsin. O Həzrət bu bir neçə qısa cümlədə bütün tovhid məsələlərini fəsahət və bəlağətin son dərəcəsindən istifadə edərək bəyan etmişdir və bu, o böyük şəxsiyyətin başqalarına məxsus olmayan böyük fəzilətlərindən biridir.   Xeyir və şəri, günah və itaətsizlik nəticəsində keçmiş ümmətlərin başına gələn hadisələri bəyan edən Quran ayələri nəzərdə tutulur.   Çünki iman əhlinin mərifət və kamalı bir-birindən fərqlənir. Deməli, hər kəsin dünyadakı rəftar və ixlasına uyğun orada mənzili var. Qurani-Kərimin Ənam surəsinin 132-ci ayəsində buyurulduğu kimi: وَلِكُلٍّ دَرَجَاتٌ مِّمَّا عَمِلُواْ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ Hər kəs üçün etdiyi əməllərə görə dərəcələr vardır. Rəbbin onların nə etdiklərindən qafil deyildir.  Qurani-Kərimin Rəd surəsinin 35-ci ayəsində buyurulur: مَثَلُ الْجَنَّةِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ أُكُلُهَا دَآئِمٌ وِظِلُّهَا تِلْكَ عُقْبَى الَّذِينَ اتَّقَواْ وَّعُقْبَى الْكَافِرِينَ النَّارُ Pərhizkarlara vəd edilən Cənnətin vəsfi belədir: (Onun) altından çaylar axar, meyvələri də, kölgələri də daimidir. Bu, Allahdan qorxub pis əməllərdən çəkinənlərin son mənzilləridir. Kafirlərin aqibəti isə Cəhənnəm atəşidir.  Necə ki, Qurani-Kərimin Hədid surəsinin 12-ci ayəsində buyurulur: يَوْمَ تَرَى الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ يَسْعَى نُورُهُم بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَانِهِم بُشْرَاكُمُ الْيَوْمَ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ذَلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ O gün mömin kişilərin və qadınların iman nurunun onların önlərindən və sağ tərəflərindən şölə saçdığını görəcəksən. Bu ona görədir ki, onların əməl dəftəri önlərindən və sağ tərəflərindən verilər. Kafirlərin və münafiqlərin əməl dəftəri isə, bundan fərqli olaraq, başlarının arxasından və sol tərəflərindən verilər. Mələklər onlara deyəcəklər: Bu gün sizin müjdəniz altından çaylar axan bağlardır. Siz orada əbədi qalacaqsınız! Bu onlar üçün böyük qurtuluşdur.  Çünki qocalıq və yoxsulluq əziyyət və gücsüzlük gətirər. Bunların heç biri Cənnətdə yoxdur. Qurani-Kərimin Fatir surəsinin 34 və 35-ci ayəsində buyurulduğu kimi: وَقَالُوا الْحَمْدُ لِلَّهِ الَّذِي أَذْهَبَ عَنَّا الْحَزَنَ إِنَّ رَبَّنَا لَغَفُورٌ شَكُورٌ الَّذِي أَحَلَّنَا دَارَ الْمُقَامَةِ مِن فَضْلِهِ لَا يَمَسُّنَا فِيهَا نَصَبٌ وَلَا يَمَسُّنَا فِيهَا لُغُوبٌ - yəni: Cənnətə daxil olanlar deyərlər: qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Rəbbimiz günahkarları bağışlayan və şükr edənlərə mükafat verəndir. Elə bir Rəbb ki, öz lütfü və kərəmi ilə bizə əbədi məkanda yer verdi. Orada bizə nə bir yoxsulluq üz verəcək, nə də bir məşəqqət, əziyyət toxunacaqdır.   Çünki nəsihət verənin məqsədi başqasına xeyir verməkdir. Ən böyük xeyir isə əbədi səadəti qazanmaqdır. Bunu qazanmaq üçünsə Allah-təalaya itaət və ibadət etmək lazımdır. Deməli, Pərvərdigarına daha çox ibadət və bəndəlik edən bir o qədər çox səadət qazanmış olar. Daha çox səadət qazanmış kimsə özünə öyüd verənlərdən daha çox nəsihət vermişdir.  Çünki aldadan şəxsin məqsədi başqasına ziyan vurmaqdır. Ən böyük ziyan isə əbədi çarəsizliyi qazanmaqdır. Bu, günah və itaətsizliyə gətirib çıxarar. Deməli, Allahına qarşı başqalarından daha çox günah törədən daha çox çarəsizliyə düçar olar. Çarəsizliyə daha çox qərq olmuş kimsə özünü onu aldadanlardan daha çox aldatmışdır.  İlahi hökmlərə uyğun rəftar etdiyinə görə başqalarının ona qibtə etdiyi, onun məqamını arzuladığı şəxsdir.   Çünki Allahın zikrindən və axirətin xatırlanmasından qəflətdə qalmağın təsirindən günahkarların qəlbindən iman nuru silinər və şeytan onları azdırmaq üçün məclislərinə gələr. Həzrət Peyğəmbər buyurmuşdur: أَلْمَرْءُ عَلى دِينِ خَلِيلِهِ و قَرِينهِ İnsan dostunun, yoldaşının dininin, məramının ardınca gedər. Nəfsinə uyanlarla oturub-durmaq insana öz təsirini göstərər.  Çünki iman fəzilətlər toplusudur, doğruluq bu fəzilətlərdən biridir. Yalançılıq rəzillik və bəyənilməmiş sifətlərdəndir. Buna görə də imandan fərqli və ayrıdır.  Bixəbərlərin uzaq güman etdiyi ölümü öz gözü önünə gətirib heç vaxt ondan qafil olmadı, ölümün onu xəstəlik yatağında haqlamasından və ya özünün ölümün qarşısına çıxaraq Allah yolunda ölməsindən qorxmadı.  Qurani-Kərim Fussulət surəsinin 53-cü ayəsində buyurur: سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنفُسِهِمْ حَتَّى يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ Allahın haqq olduğu onlara bəlli olsun deyə, tezliklə Biz öz nişanələrimizi onlara həm xarici aləmdə, həm də onların öz daxilində göstərəcəyik.  Heç nə onu Allahın zikrindən saxlaya bilmədi. Qurani-Kərimin Nur surəsinin 37-ci ayəsində buyurulduğu kimi: رِجَالٌ لَّا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَن ذِكْرِ اللّهِ O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən yayındırmaz.  İlahi elm və maarifdən bəhrələndi, ondan istifadə üçün sərgərdan qalmadı, əksinə, ona nə qədər verilsə, asanlıqla qəbul edirdi. Böyük çayların üstündə suya əli çatmayan, su əldə etmək üçün yollar axtaran təşnədən fərqli olaraq.  İnsan mənəvi sudan doyduqdan sonra təşnə olmur ki, yenidən içməyə ehtiyacı olsun. Susuzluqdan sonra suya çatan dəvənin çox su içib doyması, başqa yerdə suya rast gəldikdə ona meyli olmaması kimi. Yəni, ilahi elm və maarifi qazandıqdan sonra cahillik və nadanlıq onluq deyil ki, elm öyrənməyə möhtac olsun.   Onun susması nadanlığına görə deyil. Bir sözlə, danışmaq və susmaqdan öz yerində istifadə edir. Deməli, boş söz danışmaz və yersiz susmaz.  Hansı ki, başqaları onun vücudundakı mədəndən elmin və hikmətin nəfis cəvahirlərini əxz edirlər. Din işlərinin nizam-intizamı və yer üzünün əhalisinin asayişi onun vücudunun bərəkətindən bərqərar olub.  Çünki Allah bəndəsi öz əməl gücünü artırmaq üçün nəfsi istəklərin ardınca getməməli, Allahın qoyduğu həddi aşmamalıdır.  Çünki rəftarı sözünə uyğun olmayanın nəsihətlərinin təsiri olmaz, Böyük Allahın qınağına tuş gələr. Qurani-Kərimin Səff surəsinin 2-ci və 3-cü ayələrində buyurulduğu kimi: َيا أَيُّهَا الَّذِينَ امَنُوا لِمَ تَقُولُونَ مَا لَا تَفْعَلُونَ كَبُرَ مَقْتًا عِنْدَ اللَّهِ أَنْ تَقُولُوا مَا لَا تَفْعَلُونَ Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? Allah yanında ən böyük qəzəb və düşmənçilik (yəni, Onun rəhmətindən uzaq düşmək) etməyəcəyiniz bir şeyi deməkdir.  Allaha doğru səfərdə Qurandan ayrılmaz və hər yerdə (Onun) hökmlərinə, göstərişlərinə əməl edər.   Sözləri və əməlləri ilə onların ardınca gedər.  Ovçu ovunu tora salmaq üçün aldatdığı kimi, o da camaatı özünə cəlb etmək üçün nadürüst söz və əməlləri ilə aldadar.  Çünki həyatın məqsədi insanı səadətə çatdıran fəzilətləri əldə etməkdir. Cahil bu fəzilətlərdən faydalanmadığına görə ölü kimidir, bəlkə də həqiqi ölü odur.   Onların məhəbbət və dostluğunu öz ürəyinizdə yerləşdirin. Çünki ürək təsəvvür məqamında mənzildən, oxumaq vasitəsilə dildə olan mənzildən və yazıda olan mənzildən ibarət olan Quranın mənzilləri arasında ən yaxşı mənzildədir.  Bütün xəlq edilmişlər, hətta peyğəmbər və ailəsi üçün də mütləq olan ölümdən sonra rəmzi bədənləri, hətta əsl bədənləri ilə də bu dünyada diridirlər və həyatda olduqları kimi görür, eşidir və danışırlar.  Bədənləri qalmışdır. Şərhçilərin hər biri o Həzrətin Peyğəmbərə istinadən nəql etdiyi və müşkilə, mütəşabih hədislərdən olan إنَّهُ يَمُوتُ مَنْ ماتَ مِنّا وَ لَيْسَ بِمَيِّتٍ وَ يَبْلى مَنْ بَلِىَ مِنّا وَ لَيْسَ بِبالٍ hədisi şərifini əsaslandırıb izah edərkən öz elmi səbk və zövqlərinə uyğun yanaşmış, ona dəlillər gətirmişlər. Əqlə və nəqli dəlillərə əsaslanan ən ətraflı və doğru sözləri yuxarıda bəyan etdik. Bu elmi kitablara müraciət və böyük üləmaların sözlərini tədqiq etdikdən, müxtəlif hədisləri topladıqdan sonra zahir aşkar olur. Buna görə də kimsənin deyilənləri öz məlumatsızlığına görə inkar etməsi yaxşı deyil. Bu barədə Həzrət sözünü davam etmişdir.  Deməli, üzürünüz yoxdur və o vaxt deyə bilməzsiniz ki, Pərvərdigara, bizdən başa düşmədiyimiz və bilmədiyimiz şeyə görə hesab çəkirsən? Çünki mən sizin nicatınız üçün lazım olanı bəyan etdim, yol göstərməkdə səhlənkarlıq etmədim. Ancaq siz sözlərimə əməl etmədiniz.   Sizin yol göstərəniniz olsunlar deyə. Burada Həzrətin Quranı böyük yük, Əhli-beyti isə kiçik yük adlandırmağının səbəbi budur ki, Quran peyğəmbərliyin, İmamətin sənədi, din və şəriətin asayişidir. Deməli, Quran olmasaydı, peyğəmbərlik, imamət, din və şəriət təsbit edilməzdi. Eyni zamanda, məzmununun doğruluğu, səhihliyi barədə hamının - sünni və şiələrin eyni fikirdə olduğu Peyğəmbərdən nəql edilən hədisi şərifə istinad olunmuşdur. Əbu Səid Xudəridən rəvayət olunan həmin hədis isə belədir. قَالَ النَِّبىُّ "صَلَّى اللهُ عَلَيْهِ وَ الِهِ" إِنِّى تَارِكٌ فِيكُمْ الثَّقَلَيْن أَحَدُهُما أَكْبَر مِنَ الْآخَر كِتابَ اللهِ حَبْلٌ مَمْدُودٌ مِنَ السَّمَاءِ إِلَى الْأَرْضِ وَ عِتْرَتِى أَهْلَ بَيْتِى لَنْ يَّفْتَرِقا حَتَّى يَرِدا علَىَّ الْحَوْضَ Həzrət Peyğəmbər buyurmuşdur: Mən sizlərin arasında iki qiymətli şey qoyuram ki, biri-digərindən daha böyükdür. Biri Allahın Kitabıdır. Bu, göylərdən yerə çəkilmiş olan ipdir, yəni, Allah tərəfindən xalqa nazil olmuşdur. İkincisi, mənim ailəm və Əhli-beytimdir. Bu iki şey qiyamət günü hovuzun başında mənə yetişənə qədər bir-birindən ayrılmayacaqlar. Yəni, həmişəlik qalacaqlar.  Bu barədə özünüzdən söz deməyin. Çünki ilham və vəhy olmadan heç kəs onu bilə bilməz. Vəhy və ilham isə Allahın bu məqam üçün seçdiyi insanlara xasdır. Deməli, elmin öyrədilməsi və onlara əməl etmək qurtuluşa, xoşbəxtliyə səbəb olar. Özündən söz danışmaq, onlardan qeyrilərinə müraciət isə azğınlığa və bədbəxtliyə gətirib çıxarar.   Sizi agah edir ki, Allah heç bir qövmü çətinlikdə qoymaz, sonunda zülmkarları əldən salar, hər bir müsibət və bəlanın bir sonu vardır  Məlumdur ki, həqiqətləri dərk etmək üçün heyvanların malik olduğu ürəklər, qulaqlar və gözlər deyil, ayıq ürəklər, eşidən qulaqlar, görən gözlər lazımdır.  Qeybə inansaydılar və pislikdən çəkinsəydilər, dinlərində ixtilafa səbəb olan öz nadürüst dəlillərinə əsaslanmazdılar.  Çətin hökmlərin həllində özlərinə müraciət edir, Allah və Peyğəmbərin buyurduqları ilə zidd olsa belə, öz rəylərinə uyğun rəftar edirlər.  Çünki Adəmin vaxtından Həzrət İsaya peyğəmbərlik verilənə qədər camaatı doğru yola yönəltmək üçün Allah-təala bir-birinin ardınca peyğəmbər göndərərdi. Həzrət İsanın vaxtından Həzrət Mustafaya peyğəmbərlik verilən vaxta qədər beş yüz il müddətində isə heç kəsə peyğəmbərlik verilməmişdi.  Çünki bir peyğəmbər yox idi ki, xalq hidayət və qurtuluş işığı olan ilahi elm və maarifi ondan öyrənsin.  Elm, hidayət ağacını xəzan bürümüşdü və camaat səadət, nicat yoluna qədəm qoymurdu, xeyir-yaxşılıq qalmamışdı.  Haqq və doğru yolu göstərənlər aradan getmiş, azğınlığın önündə gedənlər iş başına keçmişdilər.   O dövrün əhalisinin həyatı pozğunluqla dolu idi. Sıxıntının çoxluğuna görə ərəblərin əksəriyyətinin xörəyi murdar ət idi və ya qarətlə, bir-birinin malını oğurlamaqla dolanırdılar ki, bu da murdar ətdən geri qalmır.  Həmin dövrün insanları həmişə narahat və nigaran idilər, bir-birini öldürməklə, döyüşməklə məşğul idilər. Xülasə, fitnə-fəsad, nadanlıq, azğınlıq və çarəsizlik bütün dünyanı başına almışdı ki, Haqq-təala onları doğru yola yönəltmək, dünya və axirət səadətlərini bərqərar etmək üçün Həzrət Məhəmmədə peyğəmbərlik verdi.  Siz vaxtca onlara yaxınsınız. Dünyadan köçmələri və sizdən uzaqlaşmarından az vaxt keçməsinə baxmayaraq, onların ruzigarlarını unutmağınızın, yada salmamağınızın səbəbi nədir?  Buna görə də üzrxahlıq edə bilməzsiniz ki, ata-babalarımız bizdən daha yaxşı eşidən olublar, Peyğəmbərin sözünü eşidiblər və biz sənin sözlərini eşitmirik.  Buna görə də deyə bilməzsiniz ki, biz kor idik və onlar Peyğəmbəri gördükləri kimi biz səni görmürdük və ya ürəklərimiz onlar ürəkli olduqlarına görə Peyğəmbərin sözlərini başa düşdükləri kimi ayıq deyildi ki, sənin sözlərini başa düşək.  Sizə öyrədilənləri onlara da öyrətdilər, sizə əta etdiklərini onlara da əta etdilər. Siz onlardan üstün olmadığınız halda Allaha, Peyğəmbərə və zamanın İmamına itaət etməmənizin səbəbi nədir?  Belə ki, naməlum şeylər barədə düşünmək lazım gəlir. Vacibin zatında cəhalət və nadanlığı olması qeyri-mümkündür. Deməli, heç bir şey ona qaranlıq deyil ki, onu başa düşmək üçün düşünməli olsun.   Dünya və axirətdə onun əvəzini verər. Onun yolunda malımızdan keçməyimizin verilən borc kimi izah edilməsinin məqsədi borcun qaytarılmağı vacib olduğu tək budur ki, Allah yolunda maldan keçməyin də bir əvəzi olduğunu bilək.  İnsan özünə öyüd verib doğru yola, qurtuluşa hazır olmasa, başqalarının sözünün ona xeyri olmayacaqdır. Bu cümlədə ona işarə olunur ki, Allahdan nəfsi islah etmək, şeytanı dəf etmək üçün kömək istəmək hər halda vacib və lazım olsa da, kimsənin itaətə və ya üsyana məcbur edilməsi demək deyil. Çünki belə olsa, iş cəbrə gedib çıxar.  Əşbah sözü ərəbcə şəxslər deməkdir və bu xütbədə mələklərin, heyranedici məxluqatın təsnifatı verildiyinə, onların necə xəlq olunması bəyan edildiyinə görə belə adlandırılmışdır.   Çünki bəxşişi kəsmək ya yoxsulluq xofuna, qorxusuna görə, ya da xəsislik və alçaqlığa görədir. Ancaq bəxşiş Allah-təalanın xəzinələrində kəm-kəsir yaratmaz ki, yoxsulluqdan qorxsun. Allah paxıllıq, xəsislik və bu kimi rəzil sifətlərdən pak, nöqsansız olduğuna görə Onun əta etməməsində bir hikmət və məsləhət var. Deməli, bəndələrinə nəyisə əta və ya qadağan etsə, hər iki halda bəxşişdir. Bir kişi Həzrət İmam Rza əleyhis-salamdan soruşdu ki, səxavətliliyin mənası nədir? O böyük şəxsiyyət buyurdu: Sənin sözünün iki mənası var. Məxluq barədə soruşmuş olsan, səxavətli o şəxsdir ki, Allah ona vacib etdiyini yerinə yetirsin. Xəsis isə Allahın ona vacib etdiyi işlərdə xəsislik edəndir. Əgər Allahı nəzərdə tutursansa, O, səxavətlidir, istər əta etsin, istər etməsin. Əgər bəndəyə nəyisə əta edibsə, bəndənin ona haqqı çatıb və onda olmayıb. Əgər nəyisə qadağan edib verməyibsə, deməli, onun haqqı deyildi.  Çünki vacibul-vücudun səxavət sifəti mərhəmət və qüdrət sifəti kimidir, heç vaxt artıb-azalmaz. Belə olarsa, az bağışladığına qarşı xəsislik etmiş olar. Allah isə xəsislikdən pak və nöqsansızdır. Əgər kimsə ağzını açıb bir şey istəməsə belə, onun ehtiyacından xəbərsiz deyil. Hər kəsə onun istedad və qabiliyyətinə görə haqqı olan qədər verər. Ona görə bəndəyə Allahına dua edib ona daha çox bəxşiş və ehsan istəməsi əmr edilib ki, dua və istək bəndənin istedadının, qabiliyyətinin artaraq daha çox bəxşiş və ehsana layiq olmasına gətirib çıxarar.  Deyə bilmərik ki, axırdan öncə əvvəldir və ilkdən sonra axırdır. Çünki Onun zatında törəmə sifətləri yoxdur ki, onlardan bəziləri digərlərindən önə keçsin. Bu barədə altmış dördüncü xütbədə şərh verilib.  Çünki görünmək və başa düşülmək üçün Ona bir yer, məkan təsəvvür etmək mümkün deyil. Hər şeyə üstün, qalib olduğuna görə hissiyyata, idraka məğlub olmur. Qırx doqquzuncu xütbənin şərhində də bu mənaya toxunulmuşdur.  O, ruzigarı və məkanları xəlq edəndir. Onun Özü üçün halət və məkan dəyişikliyi qeyri-mümkündür.   Allaha həmd və şükr etdikdən sonra İmam əleyhis-salam sual verənə öz səhv və xətasını başa salmaq, Allah-təalaya layiq mədh və şükrləri ona, toplaşanlara və orada olmayanlara öyrətmək, onları Haqq-təalanın zatı və sifətləri barədə düşünməkdən çəkindirmək üçün sözünə davam verərək yuxarıdakıları buyurur.   Məsələn: Qurani-Kərimdə, hədislərdə Allah-təalanın səmi, bəsir, əlim və cəvad, yəni, eşidən, görən, bilən və səxavətli olduğu göstərildiyinə görə bunları bilib inanmaq vacibdir. Ancaq Quranda, dua və hədislərdə Onun haqqında lamis və zaiq, yəni, dadan və toxunub hiss edən sözləri işlədilmədiyinə görə bunları işlətmək düzgün deyil və onlara inanmaq haramdır. Qurani-Kərimin Əraf surəsinin 180-ci ayəsində buyurulur: وَلِلّهِ الأَسْمَاء الْحُسْنَى فَادْعُوهُ بِهَا وَذَرُواْ الَّذِينَ يُلْحِدُونَ فِي أَسْمَآئِهِ سَيُجْزَوْنَ مَا كَانُواْ يَعْمَلُونَ Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırın. Onun adları barəsində yolunu azanları, yəni, Ona layiq olmayan, Onun barəsində işlədilməsi və etiqad olunması doğru olmayan adlar və vəsflərlə adlandırıb vəsf edənləri tərk edin. Onlar tezliklə etdikləri əməllərin cəzasını alacaqlar. Həzrət Sadiq əleyhis-salam buyurur: Cəhalət və nadanlığına görə Allahın adlarını dəyişib Ona özündən adlar qoşan şəxs müşrik olar. Bilməz, bununla küfr edər və yaxşı iş gördüyünü sanar. Qısası, Quran və hədislərdən çıxan nəticə budur ki, Allah-təalanın adları dəyişməzdir. Yəni, əqli cəhətdən doğru və mənalı olsa belə, Onu Quran, hədis və dualarda işlənməyən hər hansı bir adla adlandırmaq, vəsf etmək qadağan və haramdır.  Onlara elm və bilikdə qüvvətli və mətanətli olanlar deyə xitab edir. Çünki öz hədlərini aşmamışlar və həqiqətini, zatını dərk etməli olmadıqları şeylər barədə dərindən düşünmürlər. Qurani-Kərimin Ali-İmran surəsinin 7-ci ayəsində buyurulur: هُوَ الَّذِيَ أَنزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُّحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ فَأَمَّا الَّذِينَ في قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاء الْفِتْنَةِ وَابْتِغَاء تَأْوِيلِهِ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلاَّ اللّهُ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِّنْ عِندِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلاَّ أُوْلُواْ الألْبَابِ Sənə Quran nazil edən Odur. Onun bir hissəsi aydın nişanələr və möhkəm, yəni, aydın və aşkar mənaya malik ayələrdir, digər qismi isə mütəşabih ayələrdir. Yəni, zahirinə əsasən mənası aydın olmayan ayələrdir. Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar. Onların həqiqi izahını Allahdan və elmdə qüvvətli olanlardan başqa heç kəs bilməz. Halbuki elmdə qüvvətli olanlar onların izahını bilsələr də: Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir,-deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər. Onun kəlamında ziddiyyət və təzad tapılmaz.   Çünki Ondan əvvəl xaliq olmamışdı ki, surət yaratsın, ölçü əldə etsin və O da həmin surətə, əndazəyə əsasən məxluq yaratsın.  Sənin tək olan Allah olduğuna inanmır: Qurani-Kərimin Fussilət surəsinin 9-cu ayəsində buyurulur: قُلْ أَئِنَّكُمْ لَتَكْفُرُونَ بِالَّذِي خَلَقَ الْأَرْضَ فِي يَوْمَيْنِ وَتَجْعَلُونَ لَهُ أَندَادًا ذَلِكَ رَبُّ الْعَالَمِينَ De ki, siz yeri iki gündə yaradan Allahı inkar edir, Ona şəriklər qoşursunuz? O ki aləmlərin Rəbbidir!   Qurani-Kərimin Bəqərə surəsinin 117-ci ayəsində buyurulduğu kimi: بَدِيعُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَإِذَا قَضَى أَمْراً فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ Göyləri və yeri yaradan Odur. Bir işin yaranmasını istədiyi zaman ona yalnız Ol! deyər. O da dərhal olar.   Atmosferdə asılan kürələri onlarda yaratmış olduğu cazibə və itələmə qüvvəsi ilə bir-birilə əlaqələndirdi.  Qurani-Kərimin Fussilət surəsinin 11 və 12-ci ayələrində buyurulduğu kimi: ثُمَّ اسْتَوَى إِلَى السَّمَاء وَهِيَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ اِئْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَا أَتَيْنَا طَائِعِينَ فَقَضَاهُنَّ سَبْعَ سَمَاوَاتٍ فِي يَوْمَيْنِ وَأَوْحَى فِي كُلِّ سَمَاء أَمْرَهَا وَزَيَّنَّا السَّمَاء الدُّنْيَا بِمَصَابِيحَ وَحِفْظًا ذَلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ O, yer üzündə böyük dağlar yaratdıqdan sonra hikmət və məsləhətinə əsasən göyü yaratmaq qərarına gəldi. Bu zaman göy tüstü və buxar halında idi. O, göyə və yerə belə buyurdu: istər-istəməz gəlin hazır olun göy və yer itaət edərək və boyun əyərək gəldik-deyə cavab verdi. Allah səmaları yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. O, hər bir göyün işini, təbii hərəkətini özünə vəhy edib bildirdi. Biz dünya səmasını çıraqlarla, ulduzlarla bəzədik və hifz etdik. Bu, yenilməz qüdrət sahibi olan və hər bir şeyin hikmətini bilən Allahın təqdiridir Burada bilmək lazımdır ki, Böyük Allahın göylərə və yerə əmri, onların cavabı, razılıqları və meylsizlikləri varlıqları yaratmaqda Onun heç bir zəhmətə, məşəqqətə düşmədiyini, yalnız Onun iradə və istəyi ilə yarandıqlarını güc və qüdrətini göstərmək üçündür. Necə ki, Yasin surəsinin 82-ci ayəsində buyurulub: إِنَّما أمْرُهُ إِذا أرادَ شَيْئًا أنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ Bir şeyi yaratmaq istədiyi zaman Allahın buyuruğu ona ancaq Ol!-deməkdir. O da dərhal olar.  Rəhmətin nazil olması və yağış üçün.  Qurani-Kərimin Ənbiya surəsnin 30-cu ayəsində buyurulur: أَوَلَمْ يَرَ الَّذِينَ كَفَرُوا أَنَّ السَّمَاوَاتِ وَالْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَاهُمَا وَجَعَلْنَا مِنَ الْمَاء كُلَّ شَيْءٍ حَيٍّ أَفَلَا يُؤْمِنُونَ Məgər kafir olanlar, Allaha və peyğəmbərə iman gətirməyənlər göylə yer yağışın yağmağı, bitkilərin bitməyi üçün bağlı ikən Bizim onları açdığımızı, hər bir canlının həyat və varlığını sudan yaratdığımızı görməyiblərmi, bilmirlərmi? Bu tovhid nişanələrini gördükdən sonra yenə də iman gətirməzlər? Hədisdə buyurulur ki, bir nəfər bu surənin təfsiri barədə Həzrət İmam Məhəmməd Baqir əleyhis-salamdan soruşduqda İmam buyurdu: Sən bəlkə də səmanın yerə bitişik olduğunu və sonradan ayrıldığını güman edirsən? Həmin şəxs dedi: Bəli. Həzrət buyurdu: Bu səhv əqidənə görə Allahdan bağışlanmağını dilə. Çünki Allah-təalanın səma və yer bağlı idi buyurmasının mənası budur ki, göylər yağdırmır və yerlər isə bitirmirdi. Allah-təala məxluqatı yaradıb, canlıları yer üzündə yaydıqdan sonra göyləri yağış və yerləri bitirmələri üçün açdı. Sual soruşan şəxs dedi: Şəhadət verirəm ki, sən Peyğəmbər övladlarındansan və onların bildiklərini bilirsən.  Qurani-Kərimin Həcc surəsinin 65-ci ayəsində buyurulduğu kimi:وَيُمْسِكُ السَّماءَ أنْ تَقَعَ عَلَى الْأرْضِ إِلاّ بِإذْنِهِ Məgər Allahın izni olmadan yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi, bilmirsənmi? Yəni, istəsə, yerə düşər.  Necə ki, Qurani-Kərimin Rum surəsinin 25-ci ayəsində buyurulur: وَ مِنْ اياتِهِ أنْ تَقُومَ السَّماءُ وَ الْأرْضُ بِأمْرِهِ Onun əmri və iradəsi ilə səmanın sütunsuz, yerin isə suyun üzərində sabit durması da Onun qüdrət əlamətlərindəndir.  Qurani-Kərimin Yasin surəsinin 38 və 39-cu ayələrində buyurulur: وَالشَّمْسُ تَجْرِي لِمُسْتَقَرٍّ لَّهَا ذَلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ وَالْقَمَرَ قَدَّرْنَاهُ مَنَازِلَ حَتَّى عَادَ كَالْعُرْجُونِ الْقَدِيمِ Günəş özü üçün müəyyən olunmuş yerdə hərəkət edər. Onun hərəkətini, yenilməz qüvvə sahibi olan və bilən Allah müəyyənləşdirmişdir. Biz ay üçün də mənzillər müəyyən etdik. Nəhayət, o, həmin mənzilləri başa vurduqdan sonra dönüb xurma ağacının quru və əyri budağı kimi hilal şəklində olar. Günəşi və ayı gecə-gündüzün əlaməti etdi.  Qurani-Kərim İsra surəsinin 12-ci ayəsində buyurur: وَجَعَلْنَا اللَّيْلَ وَالنَّهَارَ آيَتَيْنِ فَمَحَوْنَا آيَةَ اللَّيْلِ وَجَعَلْنَا آيَةَ النَّهَارِ مُبْصِرَةً لِتَبْتَغُواْ فَضْلاً مِّن رَّبِّكُمْ وَلِتَعْلَمُواْ عَدَدَ السِّنِينَ وَالْحِسَابَ وَكُلَّ شَيْءٍ فَصَّلْنَاهُ تَفْصِيلاً Biz gecə və gündüzü qüdrətimizə dəlalət edən iki əlamət təyin etdik. Gecə əlamətini (onun nurunu) məhv etdik, gündüz əlamətini isə işıqlı etdik ki, məişətinizin yaxşılaşmasını Rəbbinizdən diləyəsiniz, illərin sayını və işlərin hesabını biləsiniz. Biz ehtiyacınız olan din və dünya işlərində hər şeyi səhvsiz şəkildə bəyan etdik.  Şeytanlar səmadakı vəziyyətlə, mələklərin əhvalı ilə tanış olmaq, sirlərini əldə etmək üçün göyə qalxardılar. Bu cümlə əvvəl buyurduğu Parlaq ulduzlardan göylərə gözətçi qoydu cümləsini izah edir. Bu, həmin cümlənin təkrarı deyil, burada Qurani-Kərimin Hicr surəsinin 16-18-ci ayələrində buyurulan mətləbə işarə olunur: وَلَقَدْ جَعَلْنَا فِي السَّمَاء بُرُوجًا وَزَيَّنَّاهَا لِلنَّاظِرِينَ وَحَفِظْنَاهَا مِن كُلِّ شَيْطَانٍ رَّجِيمٍ إِلاَّ مَنِ اسْتَرَقَ السَّمْعَ فَأَتْبَعَهُ شِهَابٌ مُّبِينٌ Biz səmada bürclər və ulduzların hərəkəti üçün mənzillər yaratdıq, onu günəşin, ayın və ulduzların nuru ilə bəzədik ki, ona baxanlar ibrətlə yaradanın güc və qüdrət nişanələrinə nəzər salsınlar, Onun tək və şəriksiz olduğunu dərk etsinlər. Onu Allah dərgahında qovulmuş, bütün şeytanların yuxarı qalxmasından qorudu. Lakin şeytanlardan hər hansı biri səmavi xəbərləri eşitmək üçün xəlvəti yolla yuxarı qalxsa, bir parlaq, axan ulduz onu təqib edər və onu yandırar.  Bu cümlə Qurani-Kərimin Əraf surəsinin 54-cü ayəsində buyurulana işarədir: إِنَّ رَبَّكُمُ اللّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَى عَلَى الْعَرْشِ يُغْشِي اللَّيْلَ النَّهَارَ يَطْلُبُهُ حَثِيثًا وَالشَّمْسَ وَالْقَمَرَ وَالنُّجُومَ مُسَخَّرَاتٍ بِأَمْرِهِ أَلاَ لَهُ الْخَلْقُ وَالأَمْرُ تَبَارَكَ اللّهُ رَبُّ الْعَالَمِينَ Həqiqətən Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaratmaq qərarına gələn, qüdrətinin nişanəsi olan gündüzün işıqını öz zülməti ilə bürüyən və onu sürətlə təqib edən gecəni, günəşi, ayı və ulduzları əmrinə tabe edən Allahdır. Bilin ki, məxluqatı yaratmaq da, maddə və müddətsiz bir şeyin yaranmasına iradə və əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər uca, nə qədər böyükdür! Burada ulduzların uğurlu və uğursuz olmaması, yəni, dünyada pis və yaxşı işlərin baş verməsi dedikdə onların bir-bir ilə olan bağlılığı nəzərdə tutulur. Məsələn, ərzaqın, məhsulun bolluğuna səbəb olan yağışın lazım olan vaxt yağması kimi, bəzən yaxşılığa, bəzən xeyrə yağmaması nəticəsində əhaliyə qəhətlik kimi çətinliklərin üz verməsi nəzərdə tutulur. Lakin bilmək lazımdır ki, onların nəhsliyi və ya uğurluluğunun işlərə təsiri yoxdur. Quraqlıq illərində də bol ərzağın olması və əksinə, yağışın vaxtında yağdığı illərdə də məişətdə sıxıntıların olması çox baş vermişdir. Deməli, yalnız Allahın iradə və istəyinin işlərə təsir etdiyinə etiqad olunmalıdır. İmam əleyhis-salam da xəvariclə döyüşə gedərkən bu mətləbi Əşəs ibn Qeysin qardaşı Əfifə demişdir və bu barədə yetmiş səkkizinci xütbənin şərhində verilmişdir. Ayələri, hədisləri bu günkü elmləri təhqiq etdikdən, böyük elm və fəzilət sahibləri, ustadlarla bəhsdən sonra dediyim və xatırlatmağı lazım bildiyim məqam budur ki, yeddiqat səmaların, göydən asılmış kürələrin, asteroid və parlaq ulduzlar, şeytanların dinləməsi, ulduzların batıb doğması və digər bu kimi məsələlərin həqiqətini bilmək üçün ilahi tərəfindən hər bir elm öyrədilmiş peyğəmbərlər və vəsiləri əleyhimus-salamların buyurduqlarının doğruluğunu, düzlüyünü təsdiq və etiqad etmək, dediklərinin zahiri mənasına inanmaq lazımdır. Çünki naqis əqillərlə varlıqların həqiqətini dərk etmək istəsək və ya müxtəlif fikirləri və cürbəcür sözləri bir-birinə uyğunlaşdırsaq, bir yerə çıxmaq gücündə olmayacağıq. Azğınlıq vadisində heyran, sərgərdan qalacaq, heç bir nəticə əldə etməyəcəyik. (وَاللهُ العالِمُ بِحَقايقِ مُلْكِهِ وَ مَلَكُوتِهِ)   İbn Əbil-Hədid Nəhcül-Bəlağənin şərhi kitabında bu hissədə haqqa və həqiqətə uyğun olaraq yazır: إِذَا جاءَ نَهْرُ اللهِ بَطَلَ نَهْرُ مَعْقِل Burada Allahın çayı axsa, Bəsrədə bir arx olan Məqil çayı quruyub öz əhəmiyyətini itirər. Bu rəbbani kəlam və müqəddəs söz, yəni, Allahın bəyəndiyi, hər eybdən uzaq olan İmam əleyhis-salamın sözləri ərsəyə gəldikdə ərəbin bəlağəti məhv oldu. Yəni, o Həzrətin buyurduqlarını dərindən düşündükdən sonra ərəblərin fəsahətli və bəlağətli olduğunu söyləmək olmaz. Ərəb bəlağətçilərinin kəlamının o Həzrətin sözləri ilə fərqi torpaqla xalis qızılın fərqi qədərdir. Ərəblərin də bu sözlərə yaxın və münasib bəlağətli sözlər bəyan edə bildiklərini fərz etsək, belə dərin mənaları necə başa düşə və üstəlik həmin mənaları belə sözlərlə izah edə bilərdilər?! Yalnız cahiliyyət dövrünün deyil, Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabələri və müasirləri olan ərəblər səmalara aid olan belə çətin mənaları necə başa düşə bilərdilər ki, həmin mənaları bəyan etmək üçün belə kəlamlar işlətsinlər? Çünki cahiliyyət dövründə ərəblərin fəsahəti yalnız dəvə, at, dağ uzunqulağı, səhra inəyi və ya ucsuz-bucaqsız çöllər və səhralar və buna bənzərlərin vəsfindən ibarət idi. Yəni, onlar belə mürəkkəb mənaların özünü qavramadıqları halda onu bəlağətli sözlərlə ifadə edə bilməzdilər. Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabəsi və müasirləri olan, bəlağətləri ilə məşhurlaşan ərəblərin fəsahətinin ən yüksək həddi iki və ya üç sətirdən çox olmazdı. O da mütləq ölümün xatırlandığı, dünyanın məzəmmət olunduğu moizə və öyüd-nəsihət mövzusunda, ya da döyüşə təşviq, düşməni qorxutmaq və cihada getməməkdən bəhs edən müharibə mövzusunda olardı. Onlar mələklərin növü və sifətləri, ibadətləri, təsbih etmələri, Yaradan haqqında bilikləri şövq və məhəbbətləri və hazırki fəsildə ətraflı bəhs olunan bu kimi məsələləri bilmirdilər. Bəli, böyük Quranın mələklər barədə buyurduğu cümlələrini eşidib tanış olmuşdular. Amma İmam əleyhis-salamın buyurduğu qədər ətraflı məlumatları yox idi. Lakin bu mənalarla tanış olan Abdullah ibn Salam, Üməyyə ibn Əbi əs-Səlt və başqa şəxslərin belə bəlağətli söz demək qüdrəti yox idi. Deməli, bu dəqiqlikdə mənaları belə fəsahətli ifadələrlə İmam Əli əleyhis-salamdan başqa heç kəsin demədiyi, bu gücə sahib olmadığı sübuta yetir. And içirəm ki, əgər ağıllı bir insan İmam Əli əleyhis-salamın bu kəlamını dərindən düşünsə, bədəninin dərisi titrəyər, qəlbi narahat olar və Allah-təalanın əzəmət və böyüklüyünə qəlbində və bədən üzvlərində yer verər, Ona diqqət yetirər və elə şad olar ki, şövqün çoxluğundan az qalar canı bədənindən ayrılsın. Bu xütbəni söyləməkdən məqsəd Allahın güc və qüdrətinin böyüklüyünü, əzəmətini yada salmaqdır. Mələklər də onun qeyri-adi məxluqları, Onun kamil qüdrətinin dəlili olduqlarına görə İmam əleyhis-salam öz buyruqlarında onların vəziyyətini, sifətlərini belə bəyan edir.  Öz təsbih və şükrləri ilə göylərdə qovğa salan, narahatlıq və iztirab yaradan mələklərin Allah-təalanın böyüklük, əzəmət nurunun parıltısını görməyə taqətləri yoxdur. Çünki O, gözlə görülməkdən və həqiqəti dərk edilməkdən pak və nöqsansızdır.  Qurani-Kərimin Fatir surəsinin 1-ci ayəsində buyurulduğu kimi: الْحَمْدُ لِلَّهِ فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ جَاعِلِ الْمَلَائِكَةِ رُسُلًا أُولِي أَجْنِحَةٍ مَّثْنَى وَثُلَاثَ وَرُبَاعَ يَزِيدُ فِي الْخَلْقِ مَا يَشَاء إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ Göyləri və yeri yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri peyğəmbərlərə xəbər gətirən elçi edən Allaha həmd olsun. Burada məqsəd onların sayı deyil. Necə ki, sonra buyurur: Allah Öz məxluqatında istədiyini artırar. Həqiqətən Allah hər şeyə qadirdir!  Allah-təalanın icazəsi olmadan söz danışmır və Onun əmrinin ziddinə iş görmürlər. Necə ki, Qurani-Kərimin Ənbiya surəsinin 26-27-ci ayələrində buyurulur: وَقَالُوا اتَّخَذَ الرَّحْمَنُ وَلَدًا سُبْحَانَهُ بَلْ عِبَادٌ مُّكْرَمُونَ لَا يَسْبِقُونَهُ بِالْقَوْلِ وَهُم بِأَمْرِهِ يَعْمَلُون Kafirlər cəhalət və nadanlıqla dedilər: Rəhman mələklərdən Özünə övlad götürdü!. O, belə sözlərdən pak və müqəddəsdir. Xeyr, mələklər möhtərəm bəndələrdir. Allahdan qabaq söz danışmaz, yalnız Onun əmri ilə iş görərlər.  Qurani-Kərimin Həcc surəsinin 75-ci ayəsində buyurulur: اللَّهُ يَصْطَفِي مِنَ الْمَلَائِكَةِ رُسُلًا وَمِنَ النَّاسِ إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ Allah vəhyi mələklərdən seçdiyi peyğəmbərlər və elçilər vasitəsi ilə insanlardan seçdiyi peyğəmbərlərə çatdırar. Həqiqətən peyğəmbərlərin təbliğ zamanı sözlərini eşidər və onların ümmətlərinin vəziyyətini görər. İmam əleyhis-salamın birinci xütbədə buyurduğu kimi: وَ مِنْهُمْ أُمَنآءُ عَلى وَحْيِهِ وَ أَلْسِنَةٌ إلى رُسُلِهِ وَ مُخْتَلِفُونَ بِقَضائِهِ وَ أمْرِهِ Mələklərin bir dəstəsi Allah-təalanın vəhyini qoruyur. Onun peyğəmbərləri üçün dil və tərcümandırlar, hökm və fərmanını çatdırmaq üçün gedib-gələrlər.   Onların bir dəstəsi yağışın və qarın yağmasına görə, bəziləri dağların arasında onları qorumaq üçün, bir dəstəsi də yolunu azıb, sərgərdan qalan insanlara yol göstərmək üçün məsuliyyət daşıyırlar. Yaxud da bu cümlədə məqsəd mələkləri cisimlərinin lətifliyində buluda, xilqətlərinin böyüklüyü və əzəmətində dağlara, qaranlıqda zülmətə bənzətmək olub.  Qurani-Kərimin Ənbiya surəsinin 20-ci ayəsində buyurulduğu kimi: يُسَبِّحُونَ اللَّيْلَ وَ النَّهارَ لا يَفْتُرُونَ Mələklər gecə-gündüz, yorulub-usanmadan Rəbbini təqdis edib şəninə təriflər deyərlər.   Çünki Allahı tanımağın dərəcəsinin həddi hüdudu yoxdur. Deməli, hər hansı mərtəbəyə çatıb ona uyğun Allaha ibadət etmiş olsa, ondan daha yüksək mərtəbə də var. Ona ibadətin ən son həddinə çatmaq heç kəsə müyəssər olan deyil.  Qısaca, Həzrətin mələklərin müxtəlif sifətlərini vəsf etməkdə məqsədi budur ki, camaat onların rəftarından ö ək götürərək Allaha ibadətdə onların ardınca getsinlər və şeytanların vəsvəsələrindən uzaqlaşsınlar.   Bu fəsildə yerin yaradılması və insan üçün çox faydalı olan buludu, yağışı, nuru, bitkiləri, cansızları və çayları xəlq etməkdə Allah-təalanın hikməti, uzaqgörənliyi Onun qüdrəti və gücü xatırlanmaqla bəyan edilmişdir.   (Necə ki, Qurani-Kərimin Səcdə surəsinin 27-ci ayəsində buyurulur: أَوَلَمْ يَرَوْا أَنَّا نَسُوقُ الْمَاء إِلَى الْأَرْضِ الْجُرُزِ فَنُخْرِجُ بِهِ زَرْعًا تَأْكُلُ مِنْهُ أَنْعَامُهُمْ وَأَنفُسُهُمْ أَفَلَا يُبْصِرُونَ Məgər görmürlərmi ki, Biz otsuz torpaqlara yağış göndərib onunla heyvanlarının və özlərinin yedikləri bitkilər yetişdiririk? Məgər Allahın bütün bu qüdrət nişanələrini görmürlər?    Qurani-Kərimin Həcc surəsinin 5-ci ayəsində buyurulur: وَتَرَى الْأَرْضَ هَامِدَةً فَإِذَا أَنزَلْنَا عَلَيْهَا الْمَاء اهْتَزَّتْ وَرَبَتْ وَأَنبَتَتْ مِن كُلِّ زَوْجٍ بَهِيجٍ Yer üzünü qupquru, otsuz görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və hər növ gözəl bitki yetirər.  Necə ki, Qurani-Kərimin Zuxruf surəsinin 10-cu ayəsində buyurulur: الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ مَهْدًا وَجَعَلَ لَكُمْ فِيهَا سُبُلًا لَّعَلَّكُمْ تَهْتَدُونَ O Allah ki, orada yerləşəsiniz deyə yeri sizin üçün beşik kimi açdı və istədiyiniz yerə gedə biləsiniz deyə, orada sizin üçün yollar saldı ki, bəlkə doğru yola çatasınız.  Bu o demək deyil ki, Adəm bu işi görməyə məcbur idi və ondan uzaqlaşmaq gücündə deyildi. Çünki Allah-təalanın elmi məlumun səbəbi deyil və bu, Adəmin həmin işi mütləq görməli olmasına səbəb ola bilməz. Allahın elmi məlumu göstərir. Belə olmasaydı, onu bu işinə görə danlayıb qınamazdı. O da günah və itaətsizliyi özünə aid etməzdi. Qurani-Kərimin Əraf surəsinin 22 və 23-cü ayələrində də belə buyurulur: فَدَلاَّهُمَا بِغُرُورٍ فَلَمَّا ذَاقَا الشَّجَرَةَ بَدَتْ لَهُمَا سَوْءَاتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِن وَرَقِ الْجَنَّةِ وَنَادَاهُمَا رَبُّهُمَا أَلَمْ أَنْهَكُمَا عَن تِلْكُمَا الشَّجَرَةِ وَأَقُل لَّكُمَا إِنَّ الشَّيْطَانَ لَكُمَا عَدُوٌّ مُّبِينٌ قَالاَ رَبَّنَا ظَلَمْنَا أَنفُسَنَا وَإِن لَّمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرِينَ Şeytan Adəm və Həvvanı aldatdı. Adəm və Həvva o ağacın meyvəsindən daddıqda libasları düşdü. Ayıb yerləri göründü. Onlar Cənnət yarpaqlarını bir-birinə yapışdıraraq ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: Məgər sizə bu ağacın meyvəsini yeməyi qadağan etməmişdimmi? Şeytan sizin aşkar düşməninizdir, deməmişdimmi? Dedilər: Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və mərhəmət etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq.  Bu incə məqam, kitabın I hissəsində 1- ci xütbənin Adəm barəsindəki parçasının şərhində verilməyib və burada xatırladıram: Şiə alimlərin əqli və nəqli dəlillərinə, ortaq fikirlərinə əsasən peyğəmbərlərin əleyhimus-salam ömürlərinin əvvəlindən axırlarına qədər məsum və hər bir kiçik və ya böyük günahdan pak olduqları sübuta yetirilmişdir. Deməli, Allah-təalanın həmin ağacın meyvəsini yeməyi Adəmə qadağan etməsi tənzihi qadağa, başqa sözlə müstəhəb və daha üstün əməli tərk etməkdir. Adəm o meyvəni yedikdən sonra özünü zülmkar və ziyankar adlandırmasına, yaxud da Allah-təala başqa bir yerdə də Qurani-Kərimin Taha surəsinin 121-ci ayəsində: وَعَصَى آدَمُ رَبَّهُ فَغَوَى Adəm Rəbbinin müstəhəb göstərişini yerinə yetirmədiyinə görə Behiştdə qalmadan faydalanmadı buyuraraq onu günahkar adlandırmasına gəlincə isə mənası budur ki, peyğəmbərlər və onların vəliləri yaxşı və üstün işlərdən uzaqlaşmağı böyük, hər bir ibadəti isə kiçik saysınlar.  Peyğəmbərliyi Həzrət Məhəmmədin pak vücudu ilə başa çatdıraraq öz dinini təkmilləşdirdiyindən heç kəsə üzrxahlıq yeri qoymadı və günahkarlar üçün əzabı qaçılmaz etdi.   Çünki gözlə görünməyən və ya gizli məxluqların yaradılması, onların hər birinin yetişdirilməsi və bütün halətlərində hikmət göstərilməsi onların həqiqətlərini biləndən, tərəfindən olduğu ağıla sığmazdır. Qurani-Kərimin Mulk surəsinin 13 və 14-cü ayələrində də belə buyurulur: وَأَسِرُّوا قَوْلَكُمْ أَوِ اجْهَرُوا بِهِ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ أَلَا يَعْلَمُ مَنْ خَلَقَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ Ey Qüreyş kafirləri, istər Peyğəmbər barədə olan sözünüzü gizli saxlayın, istər açıq deyin, Allah üçün heç bir fərqi yoxdur. Olanları dilə gətirməmişdən öncə biləndir. Məgər sinələri yaradan onda olanları bilməzmi? Allah hər şeyi incəliyinə qədər biləndir, hər şeydən xəbərdardır! İbn Əbil Hədid burada gözəl söz demişdir: Allah-təalanın sözündən başqa bu gözəllik, əzəmət və böyüklükdə bu sözə bənzər bir söz eşitməmişəm. Çünki İmam əleyhis-salamın kəlamı həmin ağacın bir budağı, o dənizin bir axarı və həmin atəşin bir şöləsidir. Sanki Qurani-Kərimin Ənam surəsinin 59-cu ayəsini şərh etmişdir: وَعِندَهُ مَفَاتِحُ الْغَيْبِ لاَ يَعْلَمُهَا إِلاَّ هُوَ وَيَعْلَمُ مَا فِي الْبَرِّ وَالْبَحْرِ وَمَا تَسْقُطُ مِن وَرَقَةٍ إِلاَّ يَعْلَمُهَا وَلاَ حَبَّةٍ فِي ظُلُمَاتِ الْأَرْض وَلاَ رَطْبٍ وَلاَ يَابِسٍ إِلاَّ فِي كِتَابٍ مُّبِينٍ İnsanlardan gizli olan qeybin xəzinələri və ya açarları Onun yanındadır. Onları ancaq Allah bilir. Allah suda və quruda nə varsa, bilir. Elə bir düşən yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum əkilməyib, elə bir quru və yaş yoxdur ki, məhz açıq-aydın kitabda olmasın və Allahın elmi ona şamil olmasın!   Bu cümlədə yaradanın böyüklüyü, əzəməti müqabilində məxluqun mədh və ibadətinin çox kiçik olmasına işarə edilir ki, məxluq nemətə şükrünü, ibadət və itaətini davam etdirməklə bir an belə qəflətə qapılmasın.  Çünki Sənin evinin qapısı həmişə açıq, nemət süfrən həmişə sərilmiş və bəxşiş, səxavət əlin isə bütün əllərdən yüksəkdədir.  Burada cəddim Əmirəl-möminindən ruhlanaraq o Həzrəti Allah dərgahında vasitə qərar verir və ahu-zarla fəryad çəkərək deyirəm: İlahi Pərvərdigara, mənim xətalarım çox, günahlarım saysızdır. Sən bağışlayan, rəhimli, əziz və kərimsən. Mənim xətalaramı bağışla, günahlarımdan keç. Bu şərafətli kitabın tərcümə və şərhini möhtaclıq və ehtiyac günümün azuqəsinə çevir. يا مَنْ لا يُرْجى إِلاَّ هُوَ Ey o kəs ki, Ondan qeyrisinə ümid olunmaz.   Və onu əmir, xəlifə seçin. Çünki Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) bu dünyadan köçməsindən sonra haqsız olaraq hakimiyyətə gələn xəlifələr Peyğəmbərin sünnə və yolunu dəyişərək beytülmalı rəiyyət arasında ədalət və düzgünlüklə bölmədilər. Əksinə, ürəkləri istədiyini edib ərəbi əcəmdən və güclünü zəifdən üstün tutdular. Osman özünün Bəni-Üməyyə qəbilsindən olan qohum-əqrabasını camaatdan üstün tutaraq uzun illər bu minvalla rəftar etdi və camaat Peyğəmbərin adətlərini, yolunu unutdu. İndi də gəlib İmam əleyhis-salama beyət etməkdə məqsədləri bu idi ki, o Həzrət də özündən əvvəlki üç xəlifə kimi rəftar etsin. O böyük şəxsiyyət dəlil-sübutun tamam olması və Həzrət Peyğəmbərin yoluna zidd iş tutmayacağını və onların isə beyətlərini pozacaqlarını bilmələri üçün bu sözləri buyurmuşdur. Buna görə də O Həzrət Allahın peyğəmbəri tərəfindən xəlifəliyə təyin olunsaydı, həqiqətən İmamlıq və əmirlik ona məxsus olardı, bu yolda dayanmaq ona vacib olardı, belə olan halda, necə istefa verə bilərdi? demək doğru olmazdı. Çünki İmam əleyhis-salam onların son nəticədə əhd-peymanlarını pozacaqlarını və onunla birgə olmayacaqlarını bildiyinə görə bunları buyurur.  Nakisinlə, yəni, öz əhdlərini pozan Təlhə, Zübeyr və digər Cəməl qoşunu ilə döyüş, Qasitinlə, yəni, Həzrətə düşmən kəsilmiş Müaviyə və Şam qoşunu ilə müharibə, Mariqinlə, yəni, kafir olmuş Nəhrəvan xəvaricilə döyüşlər kimi çətinliklərlə üzləşəcəyik.  Sizləri haqq-ədalət atına mindirib doğru yola çıxaracağam, Allahın, Peyğəmbərin istəyinin ziddinə söz danışmayacaq, bu yoldan kənara addım atmayacağam.  Xülasə, İmam dəlil-sübutu tamam edir ki, beyət etdikdən sonra onların istəklərinə zidd iş görsə, biz bilmirdik ki, sən belə edəcəksən, yoxsa sənə beyət etməzdik deyə irad tutmasınlar.  Nəhrəvan müharibəsi başa çatdıqdan sonra buyurduğu məşhur xütbələrindəndir. Burada öz hünər fəzilətlərini şərh edərək onun göstərişlərinə uyğun rəftar etmələri, əmrlərinə tabe olmaları üçün öz məqamını cahillərə və qafillərə bəyan etmişdir. Daha sonra Bəni-Üməyyənin fitnə-fəsadları, onlardan hər birinin hakimiyyəti dövründə camaata yaradılan çətinlik və onların dövlətlərinin süqutu barədə xəbər vermişdir.  Təlhə və Zübeyrlə Cəməl müharibəsində, Müaviyə və qoşunu ilə Siffeyn döyüşündə və Xəvariclə Nəhrəvanda döyüşüb fitnə-fəsadlarının aləmi bürüməsinə mane oldum.  Hər yeri fitnə bürümüşdü və heç kəs nə edəcəyini bilmirdi. Çünki İslam əhli ona qədər qiblə əhli ilə müharibə etməyin hökmünü bilmirdi və buna cürət etmirdi. Necə ki, İbn Ömər, Səd ibn Malik və Əbu Musa və onlar kimiləri Həzrətin yanından uzaqlaşaraq dedilər: Müsəlmanlar arasına düşən bu fitnədən çəkinmək və uzaq durmaq daha yaxşıdır.  Əqli və nəqli hökmə əsasən minbərə çıxıb فَاسْئَلُونِى قَبْلَ أَنْ تَفْقِدُونِى məni tapmayacağınız vaxt gəlməmiş məndən soruşun demək cürəti Əli ibn Əbu Talib və pak İmamlardan başqa kimsədə yoxdur. Çünki suallar müxtəlif və saysız-hesabsızdır. Bəziləri əqli, bəziləri nəqli, bir qismi aləmdə müşahidə olunana, başqa bir qismi isə qeyb aləminə, eləcə də keçmişə və ya gələcəyə, yaxud indiki zamana aid olur. Allah tərəfindən təsdiqlənmiş, elm-hikmət mənbəyi, kamal-mərifət çeşməsindən əvvəlkilərin və sonuncuların elmlərini öyrənmiş şəxsdən başqa heç kəs bu suallara cavab verə bilməz.   Fitnəkarlar hər yerdə fəsad törədərlər. Bəzən bir şəhərin əhalisini öz alovları ilə yandırar, bəzən həmin şəhərdən keçərək başqa bir şəhərin əhalisini yandırarlar.  O, Allah Peyğəmbərinə hörmətsizlik edərək onun iki nəvəsini - İmam Həsən və İmam Hüseyn əleyhiməs-salamı qətlə yetirdi, Allahın evini dağıtdı, səksən il İslamın minbərlərindən Əmirəl-mömininə hörmətsizlik edərək camaatı o Həzrətdən uzaqlaşmağa məcbur etdi. Bu çirkin əməli qəbul etməyənləri şəhərdən çıxardaraq yurdlarını viran qoydu. Peyğəmbərin sünnəsini bidət, bidəti isə sünnə bilirdilər.   Əgər Qüreyş, yəni, Bəni-Üməyyə Bəni-Abbasdan gördükləri bütün çətinlik, hərc-mərclik, zəlillik və çarəsizlikdən sonra O Həzrəti tapsaydılar, Onun ayaqlarına düşüb xəlifəliyi və hakimiyyəti qəbul edərək dünyadan zülm, sitəm, fitnə-fəsadın pasını silməsi üçün zar-zar ağlayardılar. Tarixçilərin nəql etdiyi məşhur bir hadisə deyilənləri təsdiqləyir: Bəni-Üməyyənin son padşahı Mərvan ibn Məhəmməd Xorasan qoşununun sərkərdəsi olan Abdullah ibn Məhəmməd ibn Əli ibn Abdullah ibn Abbası gördükdə ey kaş bu cavanın yerində, bu bayrağın altında Əli ibn Əbu Talib qoşuna rəhbərlik edəydi demişdi.  Əşyanın mənşəyidir, son deyil ki, Onun əvvəli olsun. Çünki əvvəli və axırı, sonu olmaq cismə xas xüsusiyyətlərdəndir və Allah bunlardan uzaqdır.  Həzrət Adəm əleyhis-salamdan Xatəmül Ənbiya Həzrət Məhəmməd səlləllahu əleyhi və alihə qədər bütün peyğəmbərlərin ataları Allaha inanmış, şirkə, küfrə bulaşmamış və ailə məsələlərində ilahi qanunlara, şəriətə zidd rəftar etməmişlər.   Belə isə vaxtı qənimət bilərək fürsəti əldən verməyin ki, Allahın razılığını əldə etmək üçün bir iş görə biləsiniz. Çünki can bədəndən çıxandan sonra Allahın razılığını qazanmaq üçün iş görmək mümkün deyil. Qurani-Kərimin Rum surəsinin 57-ci ayəsində buyurulduğu kimi: فَيَوْمَئِذٍ لَّا يَنفَعُ الَّذِينَ ظَلَمُوا مَعْذِرَتُهُمْ وَلَا هُمْ يُسْتَعْتَبُونَ Qiyamət günü zülm edib kafir olanlara, ilahi göstərişə əməl etməyənlərə üzrləri heç bir fayda verməz və onların əzabı aradan qaldırılması üçün heç bir yolu yoxdur. Çünki ora iş görmək məkanı deyil, ora sorğu-sual və hesab yeridir.    Söz buyurduqda ilahi hökmləri bəyan edərdi. Hər hansı sözü, əməli görüb sakit dayansaydı, bu, onun doğru, düzgün və icazə verilmiş olmasına dəlalət edərdi.   Xülasə, onların qələbəsinin səbəbi birlikləri və rəislərinə tabe olmaları, sizin məğlubiyyətinizin səbəbi isə nifaq, ixtilaf və əmirinizə itaətsizliyinizdir. Deməli, müharibədə və hər bir işdə uğurun amili əqidə, imanın doğruluğu və səhvliyi deyil, qəbilə başçısının əmrlərini yerinə yetirmək üçün olan ümumi birlikdir. Belə olmasaydı, şirk əhli heç vaxt tovhid əhlinə qalib gəlməzdi. Ancaq kafirlərin, münafiqlərin çoxunun işlərdə müsəlmanlara, möminlərə qələbə çaldıqlarını və öndə olduqlarını görürük.  Buna görə də öz rəislərinə müti olub itaət edir və hər işdə öndə gedirlər.  Səba - peyğəmbərləri təkzib etdiklərinə görə Allahın suyu onlara hakim qılaraq evlərini, bostanlarını batırdığı, onları şəhərlərə pərən-pərən saldığı Səba ibn Yəşcəb ibn Yərəb ibn Qəhmanın övladlarından olan qəbilənin adıdır. Onların təfriqəsi ərəblər arasında zərbül-məsələ çevrilmiş və onlar həddən artıq dağınıqlığı Əyadiyə Səbaya - Səba övladlarına bənzətmişlər.   Onlar camaatın ən yaxşısı və itaətə ən layiq olanlarıdır. Qurani-Kərimin Ali-İmran surəsinin 110-cü ayəsində buyurduğu kimi: كُنتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَتُؤْمِنُونَ بِاللّهِ وَلَوْ آمَنَ أَهْلُ الْكِتَابِ لَكَانَ خَيْرًا لَّهُم مِّنْهُمُ الْمُؤْمِنُونَ وَأَكْثَرُهُمُ الْفَاسِقُونَ Siz, Məhəmmədin əhli-beyti və sizə tabe olanlar insanların ən yaxşısısınız. Qeyb aləmindən çıxmış və seçilmisiniz ki, yaxşı işlər görməyi əmr edib pis əməlləri qadağan edəsiniz və Allaha iman gətirəsiniz. Əgər kitab əhli də sizin kimi iman gətirib sizə tabe olsalar, əlbəttə, onlar üçün küfrdən daha yaxşıdır. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxıb iman gətirməyib. Qısası, Məhəmməd ailəsindən qeyrisinin ardınca getmək zəlilliyə və azğınlığa səbəb olar.     Qoşunun düzüldüyü və həzrət imam Həsən əleyhis-salamı on min nəfərə və Əbu Əyyub Ənsarini başqa on min nəfərə sərkərdə təyin edib, hər bir dəstə üçün başçı seçərək, yüz min nəfər əli qılınclı yığaraq Şama - Müaviyə ilə döyüşə getmək qərarına gəldiyi vaxt.    Şeqşeqiyyə dəvənin məst olduğu vaxt ağzından çıxıb səs salan, qoyunun ağ ciyərinə oxşar maddədir.      İslam addan, Quran dərsdən və iman adətdən başqa bir şey olmayacaq. Allah-təala belə zamanda bəndələrini imtahan edəcək.  Deməli, fitnə-fəsada giriftar olsanız, sizə zülm etməyib, həqiqi möminlə zahiri möminin və bəlalara səbr edənlərlə digərlərinin bir-birindən seçilməsi üçün sizləri imtahana çəkmək istəyir.   Fitrətinin pisliyindən nicat qabiliyyəti olmayan və heç vəchlə doğru yola gəlməyən Əbu-Cəhl kimiləri nəzərdə tutulur.  Fitnəkarların fitnə-fəsaddan əl çəkmələri və haqqın aşkar olması üçün onlarla döyüşərəm, öldürməkdən və öldürülməkdən qorxum yoxdur.   Xülasə, sizin zəmanə hakimliyiniz belə olacaq ki, Allah dostlarını və Allahın Rəsulunun sevimli övladını öldürəcəksiniz.  Əməlləri sözlərinin əksi olan münafiq və ikiüzlüdən deyil, söylədiklərinə uyğun rəftar edəndən öyüd alın.   Çünki sözü ilə əməli bir-birinə uyğun gələnin yaxşı işlərə dəvəti, pis işlərdən çəkindirməsi sözü əməlinin əksinə olandan daha çox təsir göstərir.  Peyğəmbər və məsum İmamların elm və maarif mənbəyindən bəhrələnmək istəsə, onun üçün heç bir maneə yoxdur.    Deməli, yer üzünün əksər ölkələrinin padşah və böyüklərinin qorxusu sizin qüdrət və qılıncınıza görə deyil, İslam dövlətinin əzəmətinə görədir. İndi sizin belə nemətlərə naşükürlük etməyinizin səbəbi nədir?  Şam əhli ilahi hökmlərin ziddinə hərəkət edir, Müaviyə itaəti vacib olan İmama düşmən kəsilir və onun əmri ilə müsəlmanların və İslamın pənahında olan əhd-peyman bağlanmış şəxslərin malları qarət edilir. Siz onların qarşısını ala biləcək qədər güclü olsanız da sakit əyləşmisiniz.     Din düşmənlərinin söndürmək fikrinə düşdükləri Haqqın nuru və gizlətmək istədikləri elmin həqiqət və sirləri İmamın vasitəsilə aşkar oldu. Deməli, cahilə və nadana üzrxahlıq etməyə yer qalmadı.  Həzrət Peyğəmbər qiyamətə qədər olan həyatın bütün hallarını bəşərin ehtiyacı olduğu şeyləri elə bəyan etmişdi ki, sanki qiyamət qopur. Deməli, başqa bir peyğəmbərin ortaya çıxaraq xeyir və fəsad yolunu bəyan etməsini gözləməyə söz yeri qalmır.  Bəziləriniz ölülər kimi heç nəyi başa düşmür və düşmənin qabağını almır, canı olan, yəni, ağlı olan bəziləriniz isə başa düşürsünüz, lakin dünyapərəst olduğunuzdan döyüşə getmirsiniz.  Onlar üçün suyu, bitkisi olan məsləhətli bir yer seçməli, öyüd və nəsihətdə xəyanət etməməlidir. الرَّآئِدُ لا يَكْذِبُ أَهْلَهُ yəni, - rəhbər öz ardıcıllarına yalan deməz - misalında olduğu kimi. Qısası, burada olanlar eşitdiyi bu elmləri və xəbərləri olmayanlara doğru-dürüst çatdırsınlar.    Çünki onların ibadət və itaəti Allahı tanımaları və məlumatları qədərdir; məlumat artdığına görə ibadət və itaət də artar.        Bilə-bilə günah və itaətsizlik edib Allahın göstərişlərinə əhəmiyyət verməyərək onun ziddinə hərəkət edib. Bunun özü günahların ən böyüyüdür.  İmkanlını yoxsula, asayişi çətinliyə, həyatı ölümə, sağlığı xəstəliyə çevirir və ya həmişəlik səadəti və əbədi cənnəti əldə etməyə mane olur.     İlahi, Əli əleyhis-salamın haqqına xatir bütün çətinlik və gərginliklərdə işlərimizin sonuna qədər bizə kömək ol, bizimlə Öz fəzl və kərəminlə rəftar et. وكُنِ اللَّهُمَّ بِعِزَّتِكَ لِى فِى كُلِّ الْأَحْوَالِ رَؤُوفاً وَ عَلَىَّ فِى جِمِيعِ الأُمورِ عَطُوفاً إِلَهِى وَ رَبِّى مَنْ لِى غَيْرُكَ İlahi, Öz izzətinə xatir bütün hallarda mənimlə mehribanlıqla və bütün işlərdə mərhəmətlə rəftar et. İlahi və Rəbbim, mənim Səndən qeyri kimim var?   Yaradılmışlardan biri olan ölüm mələyini əlamətlərindən başqa cür tanımaq mümkün olmadığı kimi. Şübhəsiz ki, dərkedilmədən uca və bütün məxluqların yaradıcısı olan Allah-təalanın zatının əslini də başa düşmək olmaz.  Əksinə, dünyanı onlar üçün açmış və bol nemətlər bəxş etmişdir. Bunun özü dünyanın zəlillik və alçaqlığının sübutudur. Çünki neməti dostlardan alıb düşmənlərə bəxş etmək yaraşan bir iş deyil.   Bir-birinizin eybini üzünə deməməyinizin səbəbi Allahdan qorxu deyil, öz eybinizin faş olmaq qorxusudur. Buna görə də öyüd-nəsihət və islah etmək niyyətilə üzünə demir, Allahdan qorxmayaraq fəsad məqsədilə onun arxasınca danışırsınız.  Məqsəd budur ki, həm rahatlıq, həm də çətinlik vaxtı Allaha şükr etmək lazımdır. Bəlaya görə həmd nemətlərin həmdindən daha üstündür. Çünki fani və məhv olacaq dünya nemətlərinin artmasına, bolluğuna gətirib çıxaran nemət həmdindən fərqli olaraq bəlaya, çətinliyə görə həmd daima qalan axirət əta və bəxşişlərinə səbəb olur.   Bu iki şəhadətə imana görə səhlənkarlıq edilmiş bəzi əməllərdən keçiləcək.   Belə ki, hər bir canlı tezliklə öləcək, ölən isə heç vaxt geri dönməyəcək. Buna görə də diri ölüyə çox yaxın, ölü isə diridən çox uzaqdır.   Heyvanların və bütün canlıların aclığı, susuzluğu və çətinlikləri Allah-təala üçün əhəmiyyətli olduğuna görə İmam əleyhis-salam yağış diləyərkən onları vasitə etmişdir.     Vəzəhə ərəbcə sidik və peyinin qarışması nəticəsində qoyunun quyruğunun altında bağlanıb quruyan qartmağa deyilir. İmam əleyhis-salam öz səhabələrindən incidiyinə görə bu cümləni buyurmuş, Həccacın gəlişini istəməklə qeybdən bu heyrətamiz xəbərə işarə etmişdir. Ancaq camaat vəzəhənin nə olduğunu, Həzrətin kimi nəzərdə tutduğunu başa düşməmişdir. Yalnız Həccacın peyin qurdundan kiçik, ərəbcə xunfəsa adlı heyvanla olan əhvalatı, Həccacın xunfəsa adlandırılması və vəzəhə sözünün dillərə düşməsindən sonra İmamın məqsədini başa düşdülər. İbn Meysəm Bəhrani rəhmətullah Nəhcül-Bəlağənin şərhi kitabında bu barədə yazır: Bir gün Həccac öz səccadəsində namaz qılırdı. Bu vaxt bir xunfəsa ona tərəf yaxınlaşdıqda dedi: Onu məndən uzaqlaşdırın. O, şeytanın peyinindən bağlanan qartmaqdır. Belə rəvayət olunur ki, o, bu heyvanın Allahın yaratdığı məxluq olmasını güman edənləri Allah öldürsün sözlərini də işlətmişdir. Kimin məxluqudur? deyə soruşduqda isə şeytanın peyinidir deyə cavab vermişdir.  Qurani-Kərimin İbrahim surəsinin 45-ci ayəsində də belə buyurulur: وَسَكَنتُمْ فِي مَسَـاكِنِ الَّذِينَ ظَلَمُواْ أَنفُسَهُمْ وَتَبَيَّنَ لَكُمْ كَيْفَ فَعَلْنَا بِهِمْ وَضَرَبْنَا لَكُمُ الأَمْثَالَ Siz özlərinə zülm edənlərin, ilahi göstərişə uyğun rəftar etməyənlərin yurdlarında sakin oldunuz, onların başına nələr gətirdiyimiz və necə həlak etdiyimiz də sizə bəlli oldu. Bu barədə sizin üçün məsəllər də çəkdik ki, ibrət alasınız.    Hər kim bu gün iş görməyib vaxtı fövtə versə, sabah iş qarşısında daha aciz qalacaq və onun düzəlməsinə ümid daha da azalacaq. Belə isə Allah, Peyğəmbər və İmamların göstərişlərinə əməl edin ki, bəlkə sabah sizləri ölüm haqladı və fürsət əlinizdən çıxdı.  Dünyada yaxşı ada və axirətdə savaba səbəb olan yaxşı əməllər, Allah yolunda əliaçıqlıq və bəxşiş başqasına miras qoyulan var-dövlətdən daha yaxşıdır. Çünki camaat arasında yaxşı ad çıxarmaq ona səbəb olar ki, qohum və yad onun adı gələndə bağışlanmasını diləsin. İrs isə yalnız çatdığı kimsəyə səmərə verər. İyirmi üçüncü xütbədə وَ لِسانُ الصِّدْقِ يَجْعَلَهُ اللهُ لِلْمَرْءِ فِى النَّاسِ خَيْرٌ لَّهُ مِنَ الْمالِ يُوَرِّثُهُ غَيْرَهُ cümləsinin şərhində bu mövzu daha geniş izah edilmişdir.   Yoldaşım, köməyim olmadan və siz razılaşmadan sizin üçün xeyirli, məsləhət olan Şam əhli ilə döyüşməyi necə əmr edə bilərdim?  Bu bir zərbül-məsəldir. İnsanın düşmənə meyl və rəğbət bəsləyən kimsədən kömək istədiyi vaxt işlədilir: Atalar sözü orijinalda belədir: لا تَنْقُشُ الشَّوْكَةَ بِالشَّوْكَةِ فَإِنَّ ضَلْعَهَا مَعَهَا Yəni: Tikanı tikanla çıxarma, çünki tikanın meyli tikanladır. Burada İmam əleyhis-salam səhabələrindən çox incidiyinə görə Allah-təalaya şikayət edərək Həmzə, Cəfər, Salman, Əbuzər, Miqdad və Əmmar kimi din başçılarının xidmətlərini və bəyənilmiş sifətlərini xatırlamış, kömək və yardım üçün onların olmamasından təəssüflənmişdir. Sonda öyüd-nəsihət verərək sözünü davam etmişdir.  Übeydə ibn Harisin Bədr döyüşündə, Həmzə ibn Əbdülmüttəlibin Ühüd döyüşündə və Cəfər ibn Əbu Talibin Mutə döyüşündə şəhid olmaları kimi.  İmam əleyhis-salam kimi. Qurani-Kərimin Əhzab surəsinin 23-cü ayəsində də belə buyurulur: مِنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ فَمِنْهُم مَّن قَضَى نَحْبَهُ وَمِنْهُم مَّن يَنتَظِرُ وَمَا بَدَّلُوا تَبْدِيلًا Möminlər içərisində elələri də vardır ki, Allahla etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (kafir və münafiqlərlə döyüşüb) şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir. Onlar əhd-peymanı əsla dəyişməz, dönməzlikdən əl çəkməzlər.  Filankəs döyüşdə həlak oldu desəydilər, kədərlənməzdilər ki, onlara təskinlik versinlər. Çünki Allah yolunda ölməyi əbədi səadət bilirdilər.   İndi məğlub olduqlarına görə dostluq və birliklərini göstərirlər. Üstün gələn kimi sizə zülm, sitəm edəcəklər və onda onlara ürəyiniz yandığına görə peşman olacaqsınız. Bununsa heç bir xeyri olmayacaq.   Həzrət Peyğəmbərə iman gətirəndən Qurana zidd olan iş görməmişəm. Ona görə də sizin birinə vacib, təhkim və digərinə haram dediyiniz iki dəstəyə bölünməniz yersizdir. Çünki mənim rəftarım Qurana uyğundur, vacibi yerinə yetirirəm və haram iş görmürəm.  Qısası, bu gün İslamın olduğu kimi qalması və cahiliyyət dövründəkinə qayıtmaması naminə vuruşuruq.  Çünki məqsədimiz qan tökmək deyil, doğru yol göstərməkdir. Əlli dördüncü xütbədə də buna işarə olunmuşdur.   Deməli, əgər onu igid yaradıbsa, bu böyük nemətin şükrü olaraq öz vəzifəsini yəni, düşmənin aciz və qorxaq şəxsə hücumunun qarşısını almağı - yerinə yetirməli, bu yolda ölümə əhəmiyyət verməməlidir.  Çünki qılıncın ağrısı yox olub gedən dünyəvi ağrıdır, belə bir yataqda can vermək isə əbədi əzab gətirər.   Deməli, səadət və əbədi cənnət istəyən Allah yolunda döyüşdən və ölməkdən qaçmamalıdır.   Allahın səni təyin etdiyi İmamətə camaatı hakim qıldığına görə küfr və azğınlıq baş verdi dedikləri vaxt nəzərdə tutulur.   Çünki Qurani-Kərimin Yunus surəsinin 35-ci ayəsində buyurulur: أَفَمَن يَهْدِي إِلَى الْحَقِّ أَحَقُّ أَن يُتَّبَعَ أَمَّن لاَّ يَهِدِّي إِلاَّ أَن يُهْدَى فَمَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ Doğru yola yönəldən kəs ardınca gedilməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs? Sizə nə olub ki, hər ikisini eyni bilirsiniz və bu işdə necə hökm verirsiniz?. Zumər surəsinin 9-cu ayəsində də buyurulur: هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ إِنَّمَا يَتَذَكَّرُ أُوْلُوا الْأَلْبَابِ Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Ağıl sahibləri bundan agahdır. Deməli, Quranın hökmünə əsasən biz haqq yolunu göstərən və onun bütün biliklərinə sahib olduğumuza görə İmam, rəhbər olmalıyıq.  Çünki Həzrət Peyğəbmər Qədir-Xumda və başqa vaxtlarda da İmamlığa və xəlifəliyə məni təyin etmişdir. Qısası, biz iki hakimin qəzavəti ilə öz nəfslərinə uyğun söz deyib istədikləri hər bir işi görmək üçün deyil, yalnız Qurana və sünnəyə uyğun hökm çıxarmaları üçün razılaşdıq.   Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) adəti və yolu bu idi ki, beytülmalı bölərkən müsəlmanlar arasında fərq qoymazdı. Əbu Bəkr də xəlifəliyi dövründə bu yolla getdi. Lakin Ömər xəlifə olduqda Həzrətin yolunu dəyişərək bəzilərini başqalarından üstün tutdu. Osman da xəlifəliyi illərində Ömərin bu üsulunu daha da genişləndirərək ürəyi istədiyinə nəyi istəyirdisə verirdi. İmam əleyhis-salam xəlifəliyə təyin olunanda Həzrət Peyğəmbərin sünnəsinə uyğun rəftar etdi. Bu yol fitnəkarların adətlərinə, istəklərinə zidd idi. Bu səbəbdən də Təlhə və Zübeyr beyəti pozaraq o böyük insandan uzaqlaşdılar və bir dəstə də Müaviyəyə qoşuldu. Sonra bir dəstə səhabəsi Həzrətin qulluğuna gələrək beytülmalın bölünməsində bəzilərinə üstünlük verməsini ondan xahiş etdilər. İmam əleyhis-salam bunları buyurdu.  Allahın Peyğəmbərinin sünnəsinə uyğun rəftar etməyib tabeçiliyimdə olanlara zülmü rəva görməklə Allahın qəzəbini qazanım?  Allah-təala Qurani-Kərimin İsra surəsinin 26-27-ci ayələrində buyurur: إِنَّ الْمُبَذِّرِينَ كَانُواْ إِخْوَانَ الشَّيَاطِينِ وَلاَ تُبَذِّرْ تَبْذِيرًا İsraf etmə və malını Allah rizasından qeyri sağa-sola səpələmə. Həqiqətən israfçılar şeytanların qardaşları və dostlarıdırlar.  Çünki Nəhrəvan xəvaricinin əqidələrinə, məzhəbinə görə xəta edib günah törədən hər kimsə kafirdir. Qəzavət olunması ilə razılaşmağı günah saydıqlarına görə Əmirəl-möminin əleyhis-salam və səhabələrinin əuzu billah- kafir olduqlarını deyir, oranı darül-küfr adlandırırdılar. Onlardan əl çəkməyərək bacardıqları hər şeylərini uşaqlarını, heyvanlarını öldürürdülər. İmam əleyhis-salam onların sözlərini ifşa etmək üçün buyurmuşdur.   Böyük günahlardan olan zina, oğurluq və qətl küfrə səbəb olsaydı, Həzrət Peyğəmbər zinakarın namazına durmaz, onun və qatilin mirasını yaxınlarına verməz, arvadı olmayan zinakara və əli kəsilmiş oğruya qənimətdən pay ayırmaz, onlar da müsəlman qadınlarla nigah bağlamazdılar. Çünki kafirə namaz qılmaq caiz deyil. Küfr miras sahibi olmağa və müsəlman qadınla nigaha, qənimətdən yararlanmağa mane olan səbəblərdəndir.  Belə ki, siz özünüzü müsəlman və bu Peyğəmbərin davamçısı sayırsınızsa, nəyə görə günah təsəvvürünüzə görə müsəlmanı kafir hesab edərək canını, malını halal sanırsınız?  O böyük şəxsi İmam və rəhbərləri, Həzrət Peyğəbmərin vəsisi, onu və on bir övladını məsum, hər bir günahdan uzaq sayan, nə ilahiləşdirən, nə də düşmən kəsilən İmamilər kimi.  Təbiidir ki, Quran onları bizə tabe edəcək. Lakin iki hakim müxalif çıxaraq Quranın diriltdiklərini dirildib öldürdüklərini basdırmadılar.   Burada sahibi zənci, yəni, zəncilərin əmiri Əli ibn Məhəmməd Borğeyinin qiyamına toxunur. Onun həmsöhbəti Əhnəfdir. Ləqəbi Sənhir ibn Qeys ibn Müaviyə, künyəsi Əbu Bəhr olan bu şəxs Bəni-Təmim qəbiləsindən, Bəsrə əhlindən, Əmirəl-mömininin böyük səhabələrindən və Bəni-Təmim qəbiləsinin başçısı olmuşdur. Bəni-Təmim qəbiləsi Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) dəvətini qəbul etməmiş, tayfadan ilk dəfə o, İslama gəlmiş, başqalarını da müsəlman etmişdir. Bu xəbər Həzrət Peyğəmbərə çatdıqda onun haqqında dua etmişdir. Qısası, öz elmi, hikməti və bəyənilmiş mərifət keyfiyyətləri ilə Siffeyn döyüşünə qoşulmuşdu. İmam əleyhis-salamdan sonra da Məsəb ibn Zübeyrin hakimiyyəti dövrünə qədər İraqda həyat sürmüş və hicrətin altmış yeddi ilində Kufədə vəfat etmişdir.  Tarixçilərin yazdığına görə Rey şəhərinin əhlindən olan bu şəxs özünü Ələvi adlandıraraq atasının Məhəmməd ibn Əhməd ibn İsa ibn Zeyd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talib olduğunu iddia edirdi. Əbu Talibin nəslindən olanlar onun bu əsl-nəsəbinə tənə ilə yanaşaraq onu düzgün saymırdılar. Belə ki, əsl-nəsəb biliciləri olan üləmalar onun özünün Əli ibn Məhəmməd ibn Əbdürrəhim, anasının babasının isə Zeyd ibn Əli ibn Hüseynlə birgə Hişam ibn Əbdülməlikə qarşı qiyam edən kufəli Məhəmməd ibn Həkim Əsədi olması haqda yekdil rəyə malikdirlər. O, Zeyd öldürüldükdən sonra Rey şəhərinə qaçmış və Vərzənin adlanan kənddə qalmışdır. Bu kənddə də zəncilərin başçısı Əli ibn Məhəmməd dünyaya gəlmiş, onun babası Əbdürrəhim isə Taleqanda anadan olmuşdur. Əbdürrəhim İraqa getdikdən sonra bir kənizi satın almış və ondan Əlinin atası Məhəmməd olmuşdur. Qısası, iki yüz əlli beşinci ildə Bəsrəni hədəfə götürmüş və Bəsrə əhlinin işçilərindən olan zənci qullardan kömək istəmişdir. Onun göstərişi ilə bir gün qullar hamılıqla öz sahiblərini öldürərək onun ətrafına toplaşmış, Kufə əhlinə qarşı cürbəcür fitnələr törətmişlər. O isə üzünə örtdüyü niqaba (ərəbcə borğe) görə borğeyi kimi məşhurlaşmışdır.  Onlardan biri öldükdə daş ürəkli olduqlarına görə ölən barədə soruşmadan başqa birisi onun yerini tuturdu.   Buna işarə olunur ki, Peyğəmbərə vəhylə çatan və onun da mənə öyrətdiyi belə elmləri aça bilmərəm. Buna görə də bilməmiş kimiyəm.  Ancaq xütbədə bu barədə bir şey deyilməmişdir. Səbəbi bəlkə də bu ola bilər ki, Seyyid Rəzi əleyhir-rəhmənin metodu İmam əleyhis-salamın bütün buyurduqlarını deyil, ondan seçmələri qeyd etmək olduğu üçün bu başlığa aid hissəni ixtisara salmışdır. Bəlkə də heç Seyyid Rəzi mətnə toxunmayıb və xütbənin başlığı haradadırlar öz ticarət və alış-verişlərində pərhizkarlar, öz əməllərini bəzəyən paklar أَيْنَ الْمُتَوَرِّعُونَ فِى مَكاسِبِهِمْ وَ الْمُتَنَزِّهُونَ فِى مَذاهِبِهِمْ cümləsindən götürülmüşdür. Ola bilər ki, camaatın çəkidə aldadılmağı və bu çirkin işin geniş yayıldığı barədə Həzrətin yanında söz düşmüş, Həzrət isə bu xütbəni buyurmuşdur.    Rəbəzə Mədinənin şərq istiqamətində, ona İraq hacılarının yolu tərəfdən yaxın, Əbuzər Qəffarinin dəfn olunduğu və İslamın ilk illərində abad olmuş bir kənd olub. İndi ondan heç bir əsər-əlamət qalmayıb. Əbuzər Mədinədə Osmanın qəzəbinə gəldiyinə görə xəlifə onu Şama sürgün etmişdir. Əbuzər orada da Osmanın çirkin əməllərini xalqa çatdırmış, onu olduğu kimi tanıtdırmışdır. Osman tərəfindən Şama vali təyin olunan Müaviyə onun hərəkətləri barədə Osmana xəbər göndərdi. Osman ona məktub yazdı ki, məktubum əlinə çatan kimi Əbuzəri yalın dəvəyə mindirərək Mədinəyə qaytar. Müaviyə onu palansız dəvəyə mindirərək yola saldı. Mədinəyə çatana kimi zəif, arıq, ucaboy, saçı və saqqalı ağarmış Əbuzərin budlarının əti yeyilmişdi. Osmanın gözü ona sataşdıqda dedi: Ey Cunəydəb, Allah səni Öz neməti ilə sevindirməsin. Əbuzər cavab verdi: Mənim adımı bilmirsən? Mənim adım Cündəb idi, ancaq Peyğəmbər məni Abdullah adlandırdı və mən bu adı seçdim. Osman ondan özü barədə eşitdiklərini soruşdu. Əbuzər deməmiş olduqlarını təkzib edərək dedi: Ancaq Allahın Peyğəmbərindən eşitmişəm ki, sizin tayfanız Bəni-Üməyyədən elə bir adam çıxacaq ki, Allahın malını öz ixtirayına keçirib bəndələri zəlil və dinlərini zay edəcək. Sonra Allah öz bəndələrini onun əlindən xilas edəcək. Osman ətrafındakılardan soruşdu ki, siz Peyğəmbərdən belə bir söz eşitmisinizmi? Onlar dedilər ki, yox, eşitməmişik. Osman dedi: Ey Cundəb. Vay olsun sənin halına! Allahın Peyğəmbərinin adından yalan danışırsan? Əbuzər yalan danışmadığını dedi. Sonra Osman bir nəfəri Əmirəl-möminin əleyhis-salamın yanına göndərdi. O Həzrət təşrif gətirdikdə ondan belə bir hədis eşidib-eşitmədiyini soruşdu. Həzrət buyurdu ki, eşitməmişəm, ancaq Əbuzər doğru danışan insandır. Dedi ki, doğru danışan olduğunu haradan bilirsən? Buyurdu: Allahın Peyğəmbərinin onun haqda dediyi bu sözlərdən: ما أَظَلَّتِ الْخَضْرَآءُ وَ لا أَقَلَّتِ الْغَبّرآءُ عَلَى ذِى لَهْجَةٍ أَصدَقُ مِن أَبِى ذَرِّ الْغَفارِى Yəni, göylər Əbuzər Qəffari kimi daha doğru danışan dil sahibinə kölgə salmadı, yer isə üzərində gəzdirmədi. Sonra məclisdə olan Peyğəmbər səhabələri bu sözləri Peyğəmbərdən eşitdiklərini və Əbuzərin düzdanışan olduğunu dedilər. Osman üzünü onlara tutub dedi: Nə deyirsiniz, müsəlmanlar arasında təfriqə, ayrılıq salan bu şeyxi neyləyək? Onu döydürsəm, həbs etsəm, öldürsəm, ya Mədinədən çıxarsam yaxşıdır? Əmirəl-möminin əleyhis-salam buyurdu: Ey Osman. Mən sənə Firon ailəsindən olan bir möminin Musa barədə Firona dediklərini deyirəm. Qurani-Kərimin Mumin surəsinin 28-ci ayəsi وَإِن يَكُ كَاذِبًا فَعَلَيْهِ كَذِبُهُ وَإِن يَكُ صَادِقًا يُصِبْكُم بَعْضُ الَّذِي يَعِدُكُمْ إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ مُسْرِفٌ كَذَّابٌ Əgər o yalan deyirsə, yalan deməyinin cəzası öz boynunadır. Yox əgər doğru danışırsa, xəbər verdiyi şeyin bir hissəsi sizə toxunar. Şübhəsiz ki, Allah həddi aşanı və çox yalan danışanı doğru yola yönəltməz, rüsvay edər. Osman bu sözləri eşitdikdən sonra İmam əleyhis-salama cəsarət etdi. Həzrət də cavab verərək buyurdu: Ey Osman, sən nə deyirsən, gördüyün bu Əbuzər Allahın Peyğəmbərinin yaxın dostlarındandır. Osman üzünü Əbuzərə tutaraq dedi: Bizim şəhərimizdən çıx. Əbuzər dedi: And olsun Allaha, mən də sənin qonşuluğunda olmaq istəmirəm. Osman ona dedi: İraqa get və istədiyin qədər orada qal. Əbuzər dedi: Hara gedirəmsə gedim, haqq sözü deməkdən çəkinməyəcəyəm. Osman ona dedi: Hansı yerdən acığın gəlir? Əbuzər dedi: Rəbəzədən. Orada İslamdan qeyri dində olmuşam. Sonra Osman Mərvan ibn Həkəmə göstəriş verdi ki, onu çılpaq dəvəyə mindirərək Rəbəzəyə aparsın. O, Osmanın xəlifəliyinin səkkizinci ilində vəfat edənə qədər orada qaldı. Ölüm ayağında, həyat yoldaşı və ya bəzilərinin sözlərinə görə qızı tənhalıqdan və kimsəsizlikdən ağladığı vaxt Əbuzər ona demişdir: Ağlama, Həzrət Peyğəmbər mənə tənhalıqda öləcəyimi və layiqli insanların mənim dəfnimi öhdələrinə götürəcəklərini xəbər vermişdi. Daha sonra dedi: Mən dünyadan köçdükdən sonra bir qoyunu qovur və yolda əyləş. Bir dəstə müsəlman oraya çatacaq və səndən nə baş verdiyini soruşacaq. Onlara de ki, Həzrət Peyğəmbərin səhabələrindən olan Əbuzər Qəffari vəfat etmişdir. Onlar bu xəbəri eşitdikdə səninlə birgə mənzilimə gələcəklər. Onlara yemək ver, mənim dəfnimi öz öhdələrinə götürəcəklər. Əbuzər öldükdən sonra həmin qadın yol üstünə çıxdı. Məkkeyi-Müəzzəmədən qayıdan bir dəstə iraqlı oraya çatdı. Əhnəf ibn Qeys Təmimi, Səsəə ibn Sauhan Əbdi, Xaricə ibn Səlt Təmimi, Abdullah ibn Səlmə Səhmi, Hilal ibn Malik Mozni, Cərir ibn Abdullah Bəcəlli, Əsvəd ibn Qeys Nəxəi, Malik ibn Haris Əştər Nəxəi onlardan ayrılaraq həmin qadına doğru gəlib dedilər: Sənin başına nə gəlib? O dedi: Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) səhabəsi Əbuzər Qəffari dünyadan köçüb və mən tənha qalmışam. Onlar ağlaya-ağlaya onun evinə getdilər. Ona qüsl verib kəfənlədilər və namazını qılıb dəfn etdilər. Sonra Malik Əştər yerindən qalxaraq xütbə oxudu və onun bəyənilmiş sifətlərini, məzlumluğunu xatırlayıb dua etdi. Sonra çörək yeyərək yola düşdülər. Qısası, Osman onun Mədinədən çıxarılmasını əmr edərək kimsənin onunla danışmasını, müşaiyət etməsini qadağan etdi. O, Mədinədən çıxdıqda Əmirəl-möminin, İmam Həsən və İmam Hüseyn əleyhimus-salam, Əqil, Abdullah ibn Cəfər və Əmmar ibn Yasir onunla vidalaşmaq üçün şəhərdən çıxdılar. İmam əleyhis-salam ona təskinlik verərək bunları buyurmuşdur:  Qurani-Kərimin Talaq surəsinin 2 və 3-cü ayələrində buyurduğu kimi وَمَن يَتَّقِ اللَّهَ يَجْعَل لَّهُ مَخْرَجًا وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ ...Kim Allahdan qorxsa və pərhizkar olsa, Allah ona bir çıxış yolu əta edər. Və ona gümanına gəlməyən yerdən ruzi verər.   Həzrət Peyğəmbərin dəvətini qəbul edib müsəlman olan və o Həzrətlə namaz qılan ilk şəxs mən olmuşam. İşin əvvəlində Allahın əmrini yerinə yetirmək və Onun razılığı üçün İslamı qəbul edən ömrünün axırında hakimiyyət və dünya malına görə qan tökməz.  Çünki Allahın istədiyi hər bir şey hikmətə, məsləhətə uyğundur və bu bir nemətdir. Buna görə də bütün hallarda Ona şükr etmək lazımdır.   Su damlalarının olduğu yaşıl ağacı yandıranda alov şölələrinin çıxması Onun qüdrətinin nişanələrindəndir.     Müğəyrənin İmam əleyhis-salama kin saxlamasının səbəbi qardaşı Əbulhəkəm ibn Əxnəsin Ühüd döyüşündə Həzrət tərəfindən öldürülməsi idi.  Özündən yaxşılıq yadigar qoymayıb və sənin kimi şər övladın olması elə övladı olmamış kimidir. İmam əleyhis-salam Əxnəsi ona görə məlun adlandırır ki, o, münafiqlərin başçılarından idi. Münafiqə lənət yağdırmaq isə caizdir. On doqquzuncu xütbənin şərhində də bu qeyd olunmuşdur.  Əksinə, toplaşaraq düzgün fikir və düşüncə əsasında bu işi görmüsünüz. Deməli, sizlərdən heç biriniz beyətini pozmamalı və ya peşman olmamalısınız. Bu, Əbu Bəkrə düşünmədən etdiyiniz beyət kimi deyil. Onda Ömər də demişdi: إِنَّ بَيْعَةَ أَبِى بَكْرَ كانَتْ فَلْتَةً وَقِى اللهُ شَرَّها فَمَنْ عادَ إِلى مِثْلِها فَاقْتُلُوهُ yəni, Əbu Bəkrə düşünülmədən beyət edilmişdir. Allah onun şərindən saxlasın. Əgər kimsə onun mislinə qayıtsa, onu öldürün.   Ona görə də onlar Osmanın intiqamını tələb etməməlidirlər. Çünki onlar da qatildirlər. Varis deyildirlər ki, intiqamını tələb edə bilsinlər.  Biz İmama yaxşı işlərə dəvət, pis işlərdən çəkindirmə və ədalətlə hökm vermək üçün düşmən kəsilib beyətdən çıxmışıq deyərək beyəti pozmalarına səbəb kimi göstərənlərin.  Deməli, onların zəhmət və səyləri faydasızdır. Çünki beyəti pozaraq hay-küy yaratmaqda və fitnə-fəsad salmaqda məqsədlərinin Osmanın intiqamını almaq deyil, dünya sevgisi və hakimiyyət olduğu məlum oldu.  Çünki bu hovuz başqa hovuzlar kimi deyil ki, hər gələn doyub qayıtsın və ya doymasa, başqa yerdə içsin. Bu, elə bir hovuzdur ki, ona daxil olan batar, həlak və ya məhv olar.   Xülasə, siz mənimlə beyətə böyük rəğbət göstərsəniz də buna meylim yox idi. Elə isə beyəti niyə pozdunuz?  Dünyada öz arzularına, xəlifəliyə və hakimiyyətə çatmasınlar, axirətdə isə əbədi əzaba düçar olsunlar.    Qurandan üz döndərərək işləri öz nadürüst düşüncələrinə uyğun gördükləri vaxt nəzərdə tutulur.  Allah kitabının buyuruqlarına uyğun rəftar edib ona zidd olanlardan uzaqlaşmaq üçün camaatı səhv düşüncələrin tətbiqindən çəkindirəcək və Qurana üz tutmağa məcbur edəcək.   Süfyaninin qiyamına işarə edildiyi güman olunur. Şərhçi Xoyi rəhiməhullah öz şərhində mərhum əllamə Məclisidən belə nəql etsə də, şərhçilərin çoxu Əbdülməlik ibn Mərvanın fitnə və qan tökməsindən söz getdiyini bildirirlər. Mərvan xəlifəliyə çatdıqda Muxtar ibn Əbi-Übeydə Səqəfənin qatili Məsəb ibn Zübeyrlə döyüşmək üçün Kufəyə getmiş, Kufənin bir bölgəsi olan Məskin deyilən yerdə onunla üz-üzə gəlmişdir. Məsəb öldürülmüş və Kufə şəhərində camaat onunla beyət etmişdir. Bu vaxt Abdullah ibn Zübeyrlə döyüşmək üçün Həccac ibn Yusifi Məkkəyə göndərmişdir. Həccac Məkkədə Abdullahı öldürmüş və Allahın evini mancanaqla dağıtmışdır. O, çoxlarını öldürməklə müsəlmanlara hakim kəsilmiş və uzun illər boyu onlara çox zülmlər etmişdir. İmam əleyhis-salam onun zülmkarlığından xəbər verir.  Həccac öz əmir və qoşun başçılarını Xorasan, Kabil və Türküstan kimi ucqar yerlərə göndərib çoxsaylı insanları öldürtdüyü tək uzaq şəhərləri ələ keçirib zülm edəcək.  Abbasilər hakimiyyətə gələrək ağıl, düşüncə ilə, iranlıların yardımı ilə Bəni-Üməyyənin məhv edərlər.   Qeybət başqalarının dalınca danışılan doğru sözlərdir. Bu sözlər yalan olarsa, ona böhtan deyilir. Qeybət böyük günahlardandır. Ona görə ki, onun törətdiyi fəsadlar başqa yasaqlanmışlardan daha çoxdur. Çünki onun zərəri ictimai, digər günahların ziyanı isə əksər hallarda sırf fərdi xarekterlidir. Buna görə də İmam əleyhis-salam ondan çəkinmək üçün təkid edir.  Günah iş görməyərək ağıl və düşüncə sayəsində nəfsi-əmmarəyə qalib gəldiyinə görə günahın eyiblərini, itaətin faydalarını bilənlər nəzərdə tutulur.  Onların qeybətini edib böhtan atmasınlar. Əksinə, onları doğru yola yönəltsinlər.  Qeybət edən Allah-təalanın onun günahlarını örtərək rüsvay etmədiyini unudubmu ki, günah törətmiş qardaşını rüsvay edir?   Buna görə də mömin doğru olsa belə, dindaşının eybi barədə pis əməl sahiblərinin və qeybətcil insanların sözlərinə etimad göstərməməli, görməmişdən qabaq onu ifşa etməməlidir.  Malını boş yerə, Allahın razılığı olmayan yerə xərcləyənlər şeytanın dostlarıdırlar. Yüz iyirmi altıncı xütbənin şərhində də bu məqam qeyd olunmuşdur.   Deməli, zəruri vaxtlarda göyün yağdırmaması və yerin bitirməməsi bəndənin pis əməllərinə və günahına görədir. Bu da rəhmətdən və Haqq-təalanın bəxşişindən bəhrələnməyə mane olur.  Ölüm gəlib çatmamış günahlarına görə tövbə edib saleh əməli və gözəl işləri öz şüarına çevirən. Burada isə İmam əleyhis-salam dua etməyin və rəhmət diləməyin və yağış istəməyin yolunu öyrədir.   Allahın sınağının mənası budur ki, kim dünyada Onun fərmanına itaət etsə, nicat tapacaq və kim itaətsizlik etsə, əzaba düçar olacaq. Bu sınaq onların işinin sonundan xəbərsiz olmasına görə və bunu bilmək istəməsi demək deyil. Altmış ikinci xütbənin şərhində də bu qeyd olunmuşdur.   Çünki xəlifəlik və İmamlıq üçün lazım olan xüsusiyyətlər on iki İmamdan qeyrisində yoxdur. İmam əleyhis-salamın bu buyuruğu İmamlığın on iki İmamdan qeyrisinə layiq olmadığını aydın göstərir.    Şəhərlərə səhayət etməyi arzulayıb buna nail olsanız, vətəninizdən və ailənizdən ayrılığın dərdilə üzləşəcəksiniz. Mal və övlada çatsanız, rahatlıq nemətindən ayrı düşəcəksiniz.  Bu gün keçmədən sabaha çatmaq mümkün deyil. Bu gündən keçməklə isə insan ölümə bir gün yaxınlaşır. Deməli, ölümə yaxınlaşmaqla qazanılan ləzzət əslində ləzzət deyil.  Başqa ləzzətli xörəklərə göz yummadan ləziz bir xörəkdən bəhrələnə bilməz. Bədənindən bir paltarı çıxarmamış başqa bir paltar geyinməz. Bir evdən çıxmadan başqa bir evdə məskunlaşmaz.  Xülasə, hər biri çoxlu dərd, kədər, bəla ilə qarışmış dünyəvi ləzzətlər bir kimsə üçün yığılmaz. Deməli, onlara ürək bağlayıb o dünyanın əbədi ləzzətinə göz yüman nadan və ziyana düşəndir.  Tarixçilər arasında İmam əleyhis-salamın bu sözləri buyurduğu tarix barədə fikir ayrılığı var. Bəziləri bu sözlərin Kufə yaxınlığında, qərbdə, səhra tərəfdə yerləşən Qadisiyyədəki döyüşlə əlaqədar deyildiyini bildirirlər. Bu döyüş hicrətin on dördüncü ilində olmuşdur. Ömər özünün döyüşə getməsi haqda müsəlmanlarla məsləhətləşdikdə İmam əleyhis-salam onu bu işdən çəkindirdi. Sonra Səd ibn Əbi Vəqqası qoşuna başçı təyin etdi və o, yeddi min nəfərlik qoşunla döyüş meydanına daxil oldu. İran şahı Yəzdigərd də Rüstəm Fərruxzadı çoxsaylı qoşunla birgə onunla döyüşə göndərdi. Nəhayət, İslam qoşunu qələbə çaldı və Rüstəmi çoxlu əsgərlər ilə birgə qətlə yetirərək zəfər qazandı. Bundan sonra müsəlmanlar və Səd Mədainə doğru gedərkən Kəsra eyvanına daxil oldular. Orada olanları qarət etdilər və Yəzdigərd oradan qaçdı. Bəzi tarixçilərə görə isə bu, Həmədan yaxınlığındakı Nəhavənd döyüşü ilə əlaqədar deyilmişdir. Bu döyüşün qısa məzmunu belədir: İran şahı Yəzdigərd İslam ordusuna qarşı döyüşmək üçün Firuzanın sərkərdəliyi altında Nəhavənd şəhərinə çoxlu qoşun topladı. Həmin vaxt Kufənin hakimi olan Əmmar Yasir bunu bildikdə Ömərə məktub yazaraq xəbər çatdırdı. Ömər səhabələri toplayaraq özünün döyüşə getməyi barədə onlarla məsləhətləşdi. Hər kəs öz fikrini, münasibətini bildirdi. Osman dedi ki, Şam, Yəmən, Məkkə, Mədinə, Kufə və Bəsrənin bütün müsəlmanlarına döyüşə hazır olmaları üçün məktub yaz və özün də onlarla birgə hərəkət et. Əmirəl-möminin əleyhis-salam isə buyurdu ki, Mədinədən çıxmağın məsləhət deyil. Çünki bu şəhər məmləkətin mərkəzi və İslamın paytaxtıdır. Şamdan qoşun istəməyin də məsləhət deyil. Çətinliklə ələ keçirilmiş şəhərin qoşunsuz qalması düzgün deyil. Məbada Rum padşahı Herakl bundan xəbər tutsun və pusqudan çıxaraq yenidən oranı tutsun. Ömər dedi: Ya Əli, bəs göstərişin nədir? Buyurdu: Fikrim budur ki, sən Mədinədə qalasan və igid bir insanı İslam ordusuna sərkərdə təyin edərək iranlılarla döyüşə göndərəsən. Əgər məğlub olsalar, sən öz yerində qalaraq ikinci dəfə qoşun toplayıb göndərərəsən. İslam qoşununa rəhbərliyə Nöman ibn Məqrən layiqdir. Ömər bu fikri qəbul edərək Bəsrədə olan Nömana məktub yazdı və onu İslam qoşununun rəhbəri kimi iranlılarla döyüşə getməyə məmur etdi. Nöman məktubu oxuduqdan sonra otuz min nəfərdən artıq qoşunla Nəhavəndə yola düşdü. Çox ağır döyüşdən sonra nəhayət, qələbə müsəlmanlara nəsib oldu və onlar bu döyüşü fəthul-futuh adlandırdılar. Yəzdigərd isə qaçdı. Xülasə, buradakı sözlər, Ömərin məsləhətləşdiyi vaxt İmam əleyhis-salamın buyurduğu sözlərdir.   Qurani-Kərimin Nur surəsinin 55-ci ayəsində buyurulur:وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُمْ فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə Onlardan əvvəl İsrail övladını Misir və Şam torpağında hakim etdiyi kimi onları kafirlərin torpaqlarına və şəhərlərinə hakim edəcəyini vəd vermişdir. Onlar üçün bəyənilmiş və seçilmiş dini möhkəmləndirəcəyini vəd buyurmuşdur. Kafirlərdən olan xof və qorxudan sonra onlara əmin-amanlıq, rahatlıq əta edəcəkdir.   Sən əgər Mədinədən çıxsan, fitnə-fəsad baş verəcək və müsəlmanların birliyi pozulacaq. Bundan sonra (o Həzrət) İslam qoşununun azlığına və düşmən qoşununun sayının çox olmasına görə Ömərin narahatlığını aradan götürmək üçün sözlərini davam edir.  Qısası, çölə çıxsan ərəblərin fitnə və qarışıqlıq salaraq məmləkətin sabitliyini pozması qorxusu var. Hətta o həddə qədər ki, bu iş üçün tədbir tökməyin əhəmiyyəti sənə kafirlərlə müharibəyə tədbir görməkdən daha artıq olar.  Ömərin Həzrətdən soruşduğu suallar arasında İranlılar müsəlmanların üstünə hücuma keçib onlarla döyüşmək qərarına gəlmişlər. Onların bu qərarı qoşunlarının çoxluğuna, güc və qüdrətlərinə dəlalət edir. Onların döyüşə birinci başlamasını bəyənmirəm. qənaətində olduğuna görə İmam əleyhis-salam onun cavabı (olaraq sözünü davam edir).   Qurani-Kərimin Bəqərə surəsinin 164-cü ayəsində buyurduğu kimi: إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْض وَاخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ وَالْفُلْكِ الَّتِي تَجْرِي فِي الْبَحْرِ بِمَا يَنْفَعُ النَّاسَ وَمَا أَنزَلَ اللّهُ مِنَ السَّمَاءِ مِن مَّاءٍ فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا وَبَثَّ فِيهَا مِن كُلِّ دَآبَّةٍ وَتَصْرِيفِ الرِّيَاحِ وَالسَّحَابِ الْمُسَخَّرِ بَيْنَ السَّمَاءِ وَالْأَرْض لَآيَاتٍ لِّقَوْمٍ يَعْقِلُونَ Göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur göndərərək yenidən diriltməsində, yam-yaşıl etməsində, hər tərpənəni onun hər tərəfinə yaymasında, küləyin əsməsində, göylə yer arasında saxlanılmış buludların hərəkətində şübhəsiz ağıl sahibi və onun nişanələri barədə düşünən insanlar üçün əlamətlər vardır.  Necə ki, Qurani-Kərimin Ənkəbut surəsinin 34-35-ci ayələrində buyurulur: إِنّا مُنْزِلُونَ عَلَى أَهْلِ هَذِهِ الْقَرْيَةِ رِجْزًا مِّنَ السَّمَاءِ بِمَا كَانُوا يَفْسُقُونَ وَلَقَد تَرَكْنا مِنْها آيَةً بَيِّنَةً لِّقَوْمٍ يَعْقِلُونَ Biz etdikləri pozğunluğa, itaətsizliyə görə bu şəhərin əhlinin (Həzrət Lutun-əla nəbiyyina və alihi və əleyhis-salam-qövmünün) başına göydən əzab endirdik. Biz düşünən bir qövm üçün o şəhərdə əzabdan aşkar bir nişanə qoyduq.  Çünki həmin dövrün adamları batilə üz tutaraq haqdan uzaq düşmüşlər və uzaq durmaları onların qovulması və yoxluqları deməkdir.   Allah-təala Qurani-Kərimin İsra surəsinin 9-cu ayəsində buyurur: إِنَّ هَـذَا الْقُرْآنَ يِهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ Bu Quran ən doğru yola yönəldir.   Çünki hər biri özünün xəlifə olması üçün çalışır. Deməli, əhd-peymanlarını pozmaları və mənə düşmən kəsilmələri özlərinin dedikləri kimi din və imanı müdafiə etdiklərinə görə deyil, dünya sevgisinə və vəzifə şəhvətinə görədir.  Nahaq qanları tökdüklərinə görə Allah yanında dəlil, sübut gətirməyə bəhanələri, üzrləri yoxdur.  Bəsrəyə daxil olduqda Osman ibn Hunəyfi məkrlə həbs edib beytülmalın qoruyucularından və qoşundan çoxunu öldürdükləri kimi. Pişnamazlıq üstündə ixtilafları düşdü və düşmənçilikləri üzə çıxdı. Nəhayət, bir gün Məhəmməd ibn Təlhənin, növbəti gün isə Abdullah ibn Zübeyrin pişnamaz olması şərti ilə Aişə onları barışdırdı. Onlardan hər biri Aişədən xahiş etdilər ki, camaat onu salamlasın və onu əmir kimi tanısınlar. Sonra Aişə əmr etdi ki, camaat onların hər ikisini salamlasın və onları birlikdə əmir kimi qəbul etsinlər. Qısası, onların arasında belə ixtilaflar çox olurdu. Buna görə də İmam əleyhis-salam (sözlərinə davam verərək) bunları buyurmuşdur.  Həzrət peyğəmbərin barələrində xəbər verdiyi əhd-peymanlarını pozan nakisin yəni, Cəməl səhabələri, Təlhə, Zübeyr və ardıcılları, zülm və sitəm törədən qasitin yəni, Müaviyə və Şam qoşunu və dindən çıxan mariqin yəni, Nəhrəvan xəvarici mənimlə döyüşüb azğınlıq yoluna düşəcəklər.  Batili və səhvi iddia edən hər kimsə ona görə camaatı şübhəyə salmağa və batili haqq şəklinə salaraq bəhanəyə çevirməyə məcburdur.   Mən elələrindən deyiləm ki, fitnənin, qarışıqlığın baş verəcəyini bilim, izlərini müşahidə edim və onu aşkar görənə qədər qarşısını almağa çalışmayım. Əksinə, fitnə-fəsadın əlamətlərini görən kimi özümü onun qarşısını almağa hazırlayıram. Qısası, Təlhə, Zübeyr və ardıcıllarının bu nadürüst sözlərdən məqsədi fitnə və qarışıqlıq salmaqdır və mən onları məqsədlərinə çatmağa qoymayacağam.  Çünki insan qaçmaq üçün əlac tapmaq niyyətinə düşür. Hərəkət edib çalışır və bunun özü ömrün müddətini gödəltməklə nəticələnir. Ömrün anlarını əldən vermək isə ölümə yaxınlaşmanı tələb edir. Xülasə, ölüm heç kəsin-nə haqqın, nə də batilin sinəsindən imtina etmir.  Camaatın haqqa etinasızlığının, haqq əhlinin məzlumluğunun, batilə tapınmalarının və batil əhlinin qələbə və qüdrətinin səbəblərini təhqiq edib axtarmışam.  Çünki qəzavü qədərin mürəkkəb məsələlərindəndir. Sizin ağıl və fəhminiz onu dərk etmək üçün məhduddur. Buna oxşar cümlə Həzrətin beşinci xütbəsində işlənmişdir: انْدَمَجْتُ عَلى مَكْنُونِ عِلْمٍ لَّوْ بُجْتُ بِهِ لَاضْطَرَبْتُمُ اضْطِرَابَ الْأَرْشِيَةِ فِى الطَّوِىِّ الْبَعِيدَةِ Yəni, mənim sükutum gizli bir elmdə qərq olmağıma görədir. Bildiklərimi zahir edib göstərsəm, sizlər dərin quyuda titrəyən kəndirtək əsib iztirab çəkərsiniz.  Çünki İslamın qalması və müsəlmanların dünya və axirət işlərinin nizam-intizamı Allah-təalanın birliyində və Həzrət Peyğəmbərin sünnəsinə tabe olmaqdadır.  Bu cümlə وَغَداً مُفارِقُكُمْ yəni, sabah sizin aranızdan gedəcəyəmdir. Sərahəti və aşkarlığı bundadır ki, O Həzrət ölüm vaxtını və hər şeyi bilirdi. Çünki İmam بِما كَانَ وَ ما يَكُونُ وَ ما هُوَ كآئِنٌ baş vermişlər, baş verənlər və verəcəkləri bilirdi. Bu məzmunda başqa cümləni doxsan ikinci xütbədə də buyurmuşdur: فَاسْئَلُونِى قَبْلَ أَنْ تَفْقِدُونِى yəni, məni tapmayacağınız gündən əvvəl soruşun. Bunun şərhi verilmişdir. Eyni zamanda, sünni və şiə alimləri, böyük şəxsiyyətləri o Həzrətin və digər İmamların - əleyhimus-salam - keçmişdən, gələcəkdən və hazırki dövrdən qeyb xəbərlərinin olduğunu öz rəvayətlərində etiraf edib təsdiqləyirlər.   Qısası, əgər ölsəm, təəccüblü bir şey olmaz. Çünki bu iş kimi tezliklə məhv olan işlərin çox olduğu bir dünyada olmuşuq. Bu iki cümlədəki şübhə, İmamın keçmişi, indiki zamanı və gələcəyi bilməsi haqda dediklərimizə zidd deyil. Çünki bu kimi sözlər alimin öz məsləhətinə uyğun olaraq özünü bir işdə tərəddüdü olan kimsə kimi göstərməsinə bənzər. Allah-təalanın Qurani-Kərimin Ali-İmran surəsinin 144-cü ayəsində buyurduğu kimi وَمَا مُحَمَّدٌ إِلاَّ رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ أَفَإِن مَّاتَ أَوْ قُتِلَ انقَلَبْتُمْ عَلَى أَعْقَابِكُمْ Məhəmməd özündən əvvəl peyğəmbərlər kimi olan və ölən elçidən başqa kimsə deyil. Əgər o ölsə və ya müharibədə öldürülsə, siz gerimi dönəcəksiniz? Dininizdən dönüb cihadı tərk edəcəksiniz? Həyatını qorumaq əqli və şəri cəhətdən vacib olduğu, bir kimsənin bilərəkdən özünü təhlükəyə atması caiz olmadığı halda, İbn Mülcəmin onu qılıncla şəhid edəcəyini bilməsinə baxmayaraq, Əmirəl-möminin həmin axşam məscidə niyə təşrif apardı? deyə etiraz edənlərin cavabı budur ki, Allah-təala bəqa ilə liqanı, yəni, bu dünyada qalmağı və ya ilahinin yanına, dərgahına getməyi onun ixtiyarına buraxmışdı. O Həzrət getməyi seçdi. Bu, bəzi rəvayətlərin də mənasını təşkil edir. Buna görə də həyatı qorumaq hər yerdə vacib deyil və belə hallarda ağlın elə bir hakimiyyəti olmadığına görə ağla tabe olmaq lazım deyil. Çünki mütləq əcəldən qaçmaq mümkün deyil.  Mən dünyadan getdikdə və başqası məqamımı qəsb edərək hamıya zülm edib divan tutduqda mənim qədrim, məqamım, ədalətim, dada yetməyim və mehribanlığım aşkar olacaq.  Əsas yola qədəm qoymadıqlarından fitnə-fəsad törəyəcək. Yaxşılara zülm-sitəm edib nahaq qanlar tökəcəklər.  Gələcəyin fitnələrini görsəydiniz, o dövrün məzlumları kimi ey kaş, bu dünyada olmayaydıq deyib arzulardınız.  Hələ İslamın ilk illərində başqaları mənim haqqımı qəsb edib, hər layiqsiz insan xəlifəlik iddiasına düşürsə, dünyanın hər yerində fitnə-fəsad başlayıbsa, vaxt keçdikcə mənim sizə xəbər verdiyimi anlayacaqsınız.  Nə qədər çalışıb zəhmət çəksələr də görüşməyə layiq olanlardan və ilahi hikmət sahiblərindən başqa heç kim Onu görməyəcək.   Onlar üçün gizlində və aşkarda səadət, xoşbəxtlik, elm və əməl hazırlığı görüləcək. أَللّهُمَّ اجْعَلْنِى مِنْ أَنْصارِهِ وَ أَعْوانِهِ وَ أَتْباعِهِ وَ شِيعَتِهِ وَ أَرِنِى فِى آلِ مُحَمَّدٍ عَلَيْهِمُ السَّلامُ ما يأَمُلُونَ وَ فِى عَدُوِّهِم ما يَحْذَرُونَ إِلهَ الْحَقِّ امِينَ يا ذا الْجَلالِ وَ الإِكرامِ يا أَرْحَمَ الرَّحِمينَ.   Qurani-Kərimin Ali-İmran surəsinin 178-ci ayəsində buyurduğu kimi: وَلاَ يَحْسَبَنَّ الَّذِينَ كَفَرُواْ أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِّأَنفُسِهِمْ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُواْ إِثْمًا وَلَهْمُ عَذَابٌ مُّهِينٌ Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq bacardıqları qədər günah və itaətsizlik etmələri üçündür. Onlar rüsvayedici bir əzab görəcəklər.  Hamilə qalmaq üçün quyruğunu yuxarı qaldıran dişi dəvə kimi heç bir çirkin işdən çəkinmədilər. Dünyanın belə hərc-mərcliklə qalacağını güman etdikləri vaxt, qəfildən Həzrət Məhəmmədə peyğəmbərlik verildi. O, dünyada fəsadın kökünü kəsmək üçün heç bir fədakarlığını əsirgəmədi.  Allahın dininin əzəmət və böyüklüyünü nəzərdə saxlayaraq onun irəliləməsi üçün özlərini kiçik sanıb heç bir fədakarlıqdan çəkinmədilər.  O Həzrətin əmr və qadağalarına tabe olub Allahın razılığını qazandılar və bu minvalla ruzigarlarını keçirdilər.  Şəhvət və dünyapərəstliyə görə İmam əleyhis-salamı xanənişin edərək xəlifəliyə layiq olmayan başqalarını hakimyyətə gətirdilər.  Qurani-Kərimin Şura surəsinin 23-cü ayəsində buyurulur: قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى De ki: mən risaləti təbliğ etməyimin müqabilində heç kimdən qohumluq məhəbbətindən başqa bir haqq istəmirəm. İbn Abbasın söylədiyinə görə bu ayə nazil olduqdan sonra səhabələri Həzrət Peyğəmbərə dedilər: Ya Rəsuləllah! Sənin sevməli olduğumuz qohumların kimlərdir? Buyurdu: Əli, Fatimə və övladları Həsənlə Hüseyn. İbn Əbil-Hədid Nəhcül-Bəlağəyə verdiyi şərhdə bu barədə yazır: وَ هَجَرُو السَّبَبَ الَّذِى أُمِرُوا ِبمَوَدَّتِهِ cümləsi Peyğəbmərin - səlləllahu əleyhi və alih - خَلّفْتُ فِيكُمُ الثَّقَلَيْنَ كِتابَ اللهِ وَ عِتْرَتِى أَهْلَ بَيْتِى حَبْلانٌ مَمْدُودانٌ مِنَ السَّمآءِ إِلَى الْأَرْضِ لا يَفْتَرِقانِ حَتّى يَرِدا عَلَىَّ الْحَوْضَ Yəni: Sizin aranızda iki qiymətli şey qoyuram: biri Allahın Kitabı, digəri isə qohumlarım, Əhli-Beytimdir. Bunlar göydən yerə çəkilmiş iki kəndirdir cümləsinə işarədir. Yəni, Behiştdəki hovuzun başında mənimlə görüşənə qədər bir-birindən ayrılmayacaq, bu iki şey dünya əhlinin yol göstərənidir. Peyğəmbər - səlləllahu əleyhi və alih - burada Allahın Kitabı və Əhli-Beytini حَبْلان yəni, iki kəndir adlandırıb. Əmirəl-möminin də əhli-beyt sözünü leksik mənası kəndir olan səbəb kimi izah etmişdir.  Həzrət Peyğəmbərin Allah tərəfindən xəlifəliyə təyin etdiyi İmamı arxaya keçirərək nalayiq adamları hakimiyyətə gətirdilər.   Fironun tabeliyində olanlar Bəni İsrailə zülm, sitəm edib onları Allaha doğru çağıran Həzrət Musaya düşmən kəsildikləri kimi.   Hacı Şeyx Abdullah Maməqani rəhmətullah تَنْقِيحُ الْمَقالِ ِفى أَحْوالِ الرِّجالِ kitabında qeyd edir ki, Müaviyə ibn Yəzid ibn Müaviyə atasından sonra xəlifə olduqda minbərə çıxaraq atasını, babasını lənətləyib söymüş, onlara nifrətini bildirmişdir. Bu vaxt anası demişdir: Ey oğul, kaş ki, sən elə qan şəklində köhnə qalaydın. O dedi: Ey ana, mən də elə onu istərdim.   Sorğu-sual üçün dirildiləcəyiniz qiyamət günündə zülmkar deyil, zülm edilən olun. Belə ki, dünyada heç kimə zülm, sitəm etməyin. Çünki zülm əqli və şəri cəhətdən çirkin işdir, sitəm törədən isə məlun və əbədi əzaba məhkumdur.  Çünki hər bir məxluq mümkünul-vücuddur. Mümkünül-vücud özü-özlüyündə var ola bilməz. Aydındır ki, onun bir yaradanı vardır.  Çünki yaradan əzəli olmayıb, sonradan yaranmış olsa, o özü başqa bir yaradıcıya möhtac olmuş olar, yaranışın mənşəyi ola bilməz.  Çünki bütün cisimlər cismiyyətdə bir-birilə şərikdirlər. Belə ki, əgər onlardan Ona bənzəyəni olarsa, O da cisim olmuş olar. Cismiyyət mümkünül-vücuda xasdır. Mümkünlük isə vacibil-vücuda rəva deyil.  Çünki idrak qüvvəsi istər hissləri və duyğuları dərk edən maddi, istərsə də düşüncə və fikirləri qavrayan əqli idrak-yalnız cisimləri anlayır. Allah isə cisim deyil ki, hisslərlə qavranılsın.  Çünki örtülmək cismiyyətə aiddir. Bəzi hədislərdə Allah-təalanın gözlərdən gizli olduğu tək ağıllardan da örtülü olması, insanların Onu istədiyi kimi dərgahına yaxın olan mələklərin də Onu istədiyi göstərilir. Bu, İmam əleyhis-salamın buyurduqları ilə təzadda deyil. Çünki Allah-təalanın ağıllara və gözlərə örtülü olması dedikdə Ona çatmağa, Onu dərk etməyə mane olan maddi hicab, örtük nəzərdə tutulmur. Burada məqsəd insanların qüsurunu, ağıl və güclərinin məhdudluğunu, Allahın zatının kamilliyini, nurunun və zahir olmasının çoxluğunu göstərməkdir. Deməli, zahir olmasının çoxluğu Onun pərdəli və gizli qalmasına səbəb olmuşdur.  Deməli, yaradılmaq, puç olmaq, bir-birinə oxşayıb bərabər olmaq, hisslərlə qavranılmaq məxluqun xüsusiyyətlərindəndir. Yaratmaq, əbədilik, misilsizlik, hisslərlə başa düşülməmək və örtülməmək Xaliqin sifətlərindəndir. Məxluqun sifəti Xaliqdə, Xaliqin sifəti isə məxluqda olarsa, sonradan yaradılmış olma məsələsində bir-birilə eyniləşər və onların arasında fərq olmaz. Sonradan yaranmış olmaq mümkünə, o isə başqa birinə ehtiyaca gətirib çıxarır. Bu isə batil və səhvdir.  Sayılmaz. Yəni, həqiqi birdir, vahiddir və Onun üçün ikinci təsəvvür olunmaz. Ədəd göstəricisi və çoxluğun başlanğıcı, bir hissəsi olan vahid deyil. Altmış dördüncü xütbənin şərhində buna toxunulmuşdur.   Gözümüz yolda idi ki, nadanlıq, azğınlıq əyyamı keçsin və hidayət, qurtuluş ruzigarı gəlsin.  Əmirəl-möminin və Onun on bir övladının Həzrət Peyğəmbərin canişini və haqq xəlifələrin olmasına inamı, əqidəsi olsun və onları sevsin.  Deməli, kimsə onları sevib haqq xəlifə olmalarına inansa, ancaq onlara itaət etməsə, onları tanımamışdır. Bu sərsəri dostluq və etiqaddan isə heç bir fayda əldə etməyəcək. Dünyadan köçməmiş tövbə etməsə, yəni, onları tam tanımasa, cənnətə daxil olmayacaq, tövbə edərsə, onlar da qiyamətdə Allah-təalanın izni və fərmanı ilə ona yoldaş olub şəfaət edəcəklər. Allahın peyğəmbərinin - səlləllahu əleyhi və alih - حُبُّ عَلِىِّ ابْنِ أَبِيطالِبٍ يَأْ كُلُ السَّيِّئاتِ كَما تَأْكُلُ النّارُ الْحَطَبَ -yəni, Əli ibn Əbu Talibi sevmək alov odunu yandıran kimi pislikləri yox edər sözü də bunu təsdiqləyir.  Çünki vilayətə etiqad, yəni, yol göstərən İmamları tanımaq, İmamlıqlarını, on ikisinin (əleyhimus-salam) hər birinin itaətinin vacibliyini qəbul etmək imanın ən böyük sütunu və dayağı, əməllərin qəbul şərtidir və onsuz ibadətlərin heç birinin xeyri yoxdur. Çünki şəriətə tabe olandan qeyrisinin cənnətə getməsi mümkün deyil. Şəriətlə tanış olub ona uyğun əməl etməyin yolunu biləndən qeyrisinin şəriətə tabe olması mümkün deyil. Bu da şəriət sahibinin sözündən əxz etməkdən savayı qeyri-mümkündür. Bu isə insanın şəriət sahibinin sözünü ondan öyrənmək üçün İmamını və rəhbərini tanımaqdan başqa yolla mümkün deyil. Lakin onları tanımayan, ancaq fitrətinin paklığına və ya rəftarı onların məramına uyğun olduğuna görə onlar tərəfindən inkar edilməyən kəs oda düşməyəcək. Çünki belə insan son nəticədə tövbəyə nail olub bir vasitə ilə onları tanıyacaq. Bundan sonra İmam əleyhis-salam İslam dininin Allahın ən böyük neməti olması haqda buyurmuşdur.    İmam əleyhis-salamın özünü bu cərgəyə qoşması mövzuya əhəmiyyət verməsinə görədir ki, camaat hər xətadan pak olan belə böyük insanın da dünyaya ürək bağlanılmasından keçirdiyi narahatlığı duysun. Deməli, dünyanın onları aldadacağından ehtiyatlanmağa başqaları daha layiqdir.   İstər aşkarda, istərsə də gizlində başqasını Ona şərik qoşmaq. Bu da riyakarlıq və özünü göstərmək deməkdir. Kəhf surəsinin 110-cu ayəsində buyurulur: فَمَن كَانَ يَرْجُو لِقَآءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا -Kim Rəbbinin rəhmətinin halına şamil olacağına ümid bəsləyirsə, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətdə heç kəsi şərik qoşmasın!  Nisa surəsinin 93-cü ayəsində buyurulur: وَمَن يَقْتُلْ مُؤْمِنًا مُّتَعَمِّدًا فَجَزَآؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb edib rəhmətindən uzaq saxlayar və (axirətdə) onun üçün böyük əzab hazırlayar!  Nur surəsinin 19-cu ayəsində buyurulur: إِنَّ الَّذِينَ يُحِبُّونَ أَن تَشِيعَ الْفَاحِشَةُ فِي الَّذِينَ آمَنُوا لَهُمْ عَذَابٌ أَلِيمٌ فِي الدُّنْيَا وَالْآخِرَةِ İman gətirənlər haqda çirkin, nalayiq işləri faş etmək istəyənləri dünya və axirətdə şiddətli bir əzab gözləyir.  Qəsəs surəsinin 50-ci ayəsində buyurulur: وَمَنْ أَضَلُّ مِمَّنِ اتَّبَعَ هَوَاهُ بِغَيْرِ هُدًى مِّنَ اللَّهِ Allah tərəfindən bir yol göstərən olmadan öz arzusuna uyandan haqq yolunu daha çox azmış kim ola bilər?!  Üzdə özünü onlara dost və minnətdar göstərmək, arxalarınca isə nalayiq sözlər danışmaq. Nisa surəsinin 145-ci ayəsi: إِنَّ الْمُنَافِقِينَ فِي الدَّرْكِ الأَسْفَلِ مِنَ النَّارِ وَلَن تَجِدَ لَهُمْ نَصِيرًا yəni: ikiüzlü adamların yeri Cəhənnəm atəşinin ən aşağı təbəqəsindədir. Heç vaxt oradan çıxmaları üçün onlara yardım edəni tapmazlar!  İnsanların idrakının məhdudluğu ucbatından həqiqətlər heç kəsə gizli qalmasın deyə Allah-təala, peyğəmbərlər və onların vəsilərinin həqiqətlərini dərk etmək üçün onları məsəllərlə bəyan edərdilər.  Deyildiyi kimi, mənəvi qida olan elm ana südü kimidir. Uşaq anasının südü ilə gücləndiyi kimi insanın ruhu da elmlə kamilləşir.  İmam əleyhis-salam bu məsəllə buyurmaq istəyir ki, insan özünü hisslər dünyasından uca tutmalı, düşüncə qüvvəsini işlədərək rəzil sifətlərdən uzaqlaşmalıdır. Əgər şəhvət və qəzəb hisslərinə tabe olarsa, heyvanlar və yırtıcılarla heç bir fərqi olmaz. Dünyada bəzək-düzəyi amalına çevirib pozğunluq və fəsada çalışanlar qadınların zümrəsindəndir.   Azğınlıq yolunu tutaraq başqalarını da azdırmış və nahaq qanların axıdılmasına zəmin yaratmışlar.  Bununla belə bizdən əllərini üzmüşlər. Biz Qurani-Kərimin təvil və təfsiri ilə tanışıq və ilahi hökmləri bilməklə camaata doğru yolu göstəririk. Buna görə də Həzrət Peyğəmbər, bütün müsəlmanların da öz hədis və rəvayətlərində göstərdiyi kimi, buyurmuşdur. أَنا مَدِيَنةُ الْعِلْمِ وَ عَلِىٌ بابُها فَمَنْ أَرَادَ الْمَدِينَةَ فَلْيَاتِ الْبابَ Mən elm, bilik şəhəri, Əli isə onun qapısıdır. Kim bu şəhərə daxil olmaq istəyirsə, qapıdan içəri keçməlidir.  Bizim yolumuzdan qeyri yolla Allah və peyğəmbərlə tanış olmaq istəyən hər kəs dindən fayda götürməyərək axirətdə əzaba düçar olacaq.  Allah-təala bütün bahalı gövhərləri - yəni, elm, helm, səxavət, şücaət, fəsahət, bəlağət, ismət, təmizlik və bu kimi bütün bəyənilmiş sifətləri onlarda cəmləşdirib.  Çünki sükutları hikmət və məsləhətə görədir. Acizliyə və gücsüzlüyə görə deyil ki, başqası onlardan qabağa keçib söz danışsın.  Bu cümlənin şərhi 106-cı xütbədə verilmişdir. İmam əleyhis-salamın bu misalı çəkməkdə məqsədi budur ki, burada olanlar olmayanlara öyüd-nəsihət vermək və yol göstərməklə doğrunu deməli, onları azğınlıq və nadanlıqdan xilas etməlidir.   İmam əleyhis-salamın bu cümlədə və Peyğəmbər əleyhis-salamın buyuruğundan sonra əməli bitkiyə bənzətməkdə məqsədi budur ki, əməl ağacı onun sahibinin əqidə və daxilindən su içir. Əqidə düz, batin yaxşı olsa, layiqli əməldən və bəyənilmiş işdən fayda götürər. Əqidə səhv, daxil isə natəmiz olarsa, yaxşı iş Allah onu bəyənsə də, işi görənə xeyir verməz. Yəni, onun nəticəsində əbədi səadətə nail olmaz.  Onun varlığını bilmək əqli yolla mümkündür. Ağıl səhvin çox olduğu zahiri görən gözün əksinə, səhvin və yanlışlığın yol tapa bilmədiyi batini gözdür. Necə ki, zahiri göz hər bir böyük şeyi uzaqdan kiçik görər, yağışın yağmağını düz xətt sanar.  Çünki Allahdan əvvəl mövcudiyyət olmayıb. Təsvir etmək, məsləhətləşmək və kömək istəmək vücudu mümkün olanlara xas xüsusiyyətdir.  Xülasə, bütün məxluqlar Onun güc və qüdrəti altına keçərək Ona təslim oldular.   Çünki camaatın çoxu batili, pozğunluğu istəyəcəyindən Allaha, Peyğəmbərə tabe olmaq onlara çətin gələcək.  Aişədə Həzrətə qarşı kin və düşmənçilik yaradan səbəblərdən biri bu idi ki, Həzrət Peyğəmbərə məscidə açılan qapıları bağlamaq əmr olunduqda bütün qapıları, hətta Əbu Bəkrin qapısını bağlayıb Əmirəl-mömininin qapısını açıq saxlamışdır. Bundan başqa, Əbu Bəkri Tövbə surəsini oxumaq üçün Məkkəyə göndərmiş, sonra bu vəzifəni ondan alaraq Tövbə surəsini Əmirəl-mömininə vermiş və onu göndərmişdir. Eyni zamanda, Fatimə əleyhas-salamın övladları olduğuna, Aişənin isə heç bir övladı olmadığına görə Həzrət Peyğəmbər Fatimənin övladlarını öz övladları bilirdi. Xülasə, bu qəbildən olan işlər Aişədə həsəd və düşmənçilik yaratmışdı. Buna görə də İmam əleyhis-salam (sözünü davam edərək bunları) buyurmuşdur.  Çünki onun mənə düşmən kəsilməsi üçün bəhanə Osmanın öldürülməsi, döyüşməsi isə mənə bəslədiyi düşmənçilik və kinə görə idi.   Qiyamətdə Allah-təala onun üçün əzab müəyyən etmişdir. Bu barədə Qurani-Kərimin Əhzab surəsinin 30-cu ayəsində buyurulur: يَا نِسَاءَ النَّبِيِّ مَن يَأْتِ مِنكُنَّ بِفَاحِشَةٍ مُّبَيِّنَةٍ يُضَاعَفْ لَهَا الْعَذَابُ ضِعْفَيْنِ وَكَانَ ذَلِكَ عَلَى اللَّهِ يَسِيرًا Siz, ey Peyğəmbərin zövcələri. Sizdən hansı biriniz açıq-aşkar bir nalayiq iş görsə, onun əzabı çox və başqalarından ikiqat artıq olar. Bu, Allah üçün asandır!  Saleh əməllər imanın nəticə və səmərəsidir. Bu əməllərin mömin bir bəndə tərəfindən icra edilməsi onun qəlbində imanın olmasına dəlalət edir.  Onun sahibi xeyrə çatır. Çünki imansız və əməlsiz elm insana Allahın rəhmətindən uzaqlaşmaqdan başqa bir şey vermir.  Çünki başlanğıcı və məadı bilmək ölümü xatırlamağı tələb edir. Ölümü xatırlamaq ondan qorxmağa, qorxu yaxşı əməl və sözlərə, bu isə ölümün çətinliklərindən xəbərsiz cahildən fərqli olaraq əbədi səadətə çatmağa səbəb olur. Çünki cahilin bütün səyləri dünyaya sərf olunub və əbədi xoşbəxtlikdən məhrum qalmışdır.  Çünki dünya əməl meydanıdır və onda axirət üçün azuqə toplamaq, Allahın və Peyğəmbərin razılığını qazanmaq olar.  Qurani-Kərimin Şuəra surəsinin 88-91-ci ayələrində buyurduğu kimi: يَوْمَ لَا يَنفَعُ مَالٌ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ وَبُرِّزَتِ الْجَحِيمُ لِلْغَاوِينَ Qiyamət elə gündür ki, nə mal-dövlət, nə də oğullar bir fayda verməz! (88) Ancaq sağlam, küfr və günahdan təmiz bir qəlblə Allahın hüzuruna gələndən başqa! (89). Cənnət Allahdan qorxub pis əməllərdən çəkinənlərə yaxınlaşdırılır (90). Cəhənnəm də azğınlara göstərilir (91).   Çünki hər kəsin ölümü və ruzisi müəyyən olunub, onda bir dəyişiklik olmaz.  Hər sözü çox deyib eşitsələr, köhnələr. Yalnız bütün vaxtlarda təzə olan və qiyməti artan Allahın kəlamından başqa.  Ühüd Mədinə şəhərində Şam yolunun üstündə bir dağın adıdır. Orada hicrətin üçüncü ilinin şəvval ayının əvvəllərində Qüreyş qəbiləsinin kafirləri ilə müsəlmanlar arasında döyüş olmuşdur.   Çünki onlar şərab, rüşvət və sələmin halal olduğunu demirlər ki, dinin zəruri bildiklərini inkar edib kafir olsunlar. Əksinə, öz səhv yollarına görə şərabı üzüm suyu, rüşvəti hədiyyə, sələmi isə alverin xeyiri sanırlar. Üzüm suyu, hədiyyə və alverin xeyri dində halal olduğundan onları da halal bilirlər.  Çünki Ona şükr edib xatırlayan hər bir insan Onun daha çox yaxşılığını qazanır, saysız nemətlərini, böyüklüyünü başa düşür.   Yaxşı və pis yolu Qurani-Kərimdə bəyan edib, Peyğəmbər və onun vəsilərinin sözlərini əliniz yetən yerdə qoydu.  Böyük Allah Qurani-Kərimin Bəqərə surəsinin 197-ci ayəsində buyurur: وَتَزَوَّدُواْ فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى وَاتَّقُونِ يَا أُوْلِي الأَلْبَابِ Tədarük görün. Ən yaxşı tədarük isə təqvadır Ey ağıl sahibləri, Məndən qorxun! Və günahlardan çəkinin.  Deməli, ağıl sahibləri dünyanı sevmək üçün bu qədər səy göstərməz, var-dövlət toplamağa çox çalışıb, öz əziz ömrünü hədərə sərf etməz.  Qurani-Kərimin Muzzəmmil surəsinin 17-ci ayəsində buyurulur: فَكَيْفَ تَتَّقُونَ إِن كَفَرْتُمْ يَوْمًا يَجْعَلُ الْوِلْدَانَ شِيبًا Küfr etmiş olsanız, uşaqları qocalara döndərəcək gündən özünüzü necə qoruyacaqsınız?! Bu həmin günün çox ağır və qorxulu olmasına işarədir.  Qurani-Kərimin Nur surəsinin 24-cü ayəsində buyurulduğu kimi: يَوْمَ تَشْهَدُ عَلَيْهِمْ أَلْسِنَتُهُمْ وَأَيْدِيهِمْ وَأَرْجُلُهُم بِمَا كَانُوا يَعْمَلُونَ Qiyamət günü dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində (onların əleyhinə) şəhadət verəcək.   Qurani-Kərimin Qaf surəsinin 16-18-ci ayələrində buyurulur: وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيد إِذْ يَتَلَقَّى الْمُتَلَقِّيَانِ عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ قَعِيدٌ مَا يَلْفِظُ مِن قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ Biz insana şah damarından da yaxınıq! İki mələk onu əhatəyə almış və həmişə biri sağında və biri solundadır. Elə bir söz danışmaz ki, yanında bir hazır keşikçi olmamış olsun. Bu höccəti tamam etmək üçündür, yoxsa Allah hər şeydən, onun xırdalıqlarına qədər agahdır.  Qısası, həmin gün haqq-həqiqət olan üzə çıxacaq, cəza və mükafatdan çatası olanı çatacaqdır.  Allah tərəfindən peyğəmbər göndərilmədiyi, camaatın azğınlıq və nadanlıq yoluna qədəm qoyaraq peyğəmbərlərinin sözlərini unutduqları bir vaxt, Allah Həzrət Mustafanı (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçdi.  Quranı, onun təvilini, nasix və mənsuxunu, möhkəm və mütəşabihini, zahir və batin ayələrini biləndən hər nə istəyirsiniz soruşun ki, sizə bəyan etsin.   Xülasə, Allah-təala onların nemət və dövlətini əziyyət və çətinliyə, şadlıqlarını qorxuya, asayişlərini döyüşdə məğlubiyyətə döndərəcək. Bu, onların dünyadakı cəzasıdır, axirətdə isə ilahi əzaba mübtəla olacaqlar.  Bəni-Abbas tərəfindən məğlub edildikdən sonra bir daha hakimiyyətə gəlməyəcək və bədbəxtliyə, çarəsizliyə mübtəla olacaqlar.    Çünki hökmdarın yaxşı insanları mükafatlandırmaq və pis əməl sahiblərini bağışlamaqdan başqa çarəsi yoxdur.  Hər bir halda Sənə şükr etmək lazımdır. Çünki Sənin insandan almağın, ona bağışlamağın, sağaltmağın və xəstəlik verməyin hikmət və məsləhətdir. Hər biri öz-özlüyündə şükrə və təşəkkürə layiq olan nemət, bəxşişdir.  Qurani-Kərimin Bəqərə surəsinin 255-ci ayəsində buyurulur: لاَ تَأْخُذُهُ سِنَةٌ وَلاَ نَوْمٌ لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ Onu nə yuxuqabağı süstlük, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, hamısı Onun üçündür. Onların varlığı Onun iradə və qüdrətindədir.  Qurani-Kərimin Ənam surəsinin 103-cü ayəsində buyurur: لاَّ تُدْرِكُهُ الْأَبْصَارُ وَهُوَ يُدْرِكُ الْأَبْصَار وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. Odur hər şeyi görən və gizlinləri bilən!  Qurani-Kərimin Mucadilə surəsinin 6-cı ayəisndə buyurur: يَوْمَ يَبْعَثُهُمُ اللَّهُ جَمِيعًا فَيُنَبِّئُهُم بِمَا عَمِلُوا أَحْصَاهُ اللَّهُ وَنَسُوهُ وَاللَّهُ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٌ Allahın bütün bəndələri dirildəcəyi, etdikləri əməlləri onlara xəbər verəcəyi günü yada sal. Allah onların əməllərini qeydə almış, onlar isə etdiklərini unutmuşlar. Allah hər bir şeyə şahiddir!  Qurani-Kərimin Rəhman surəsinin 41-ci ayəsində buyurur: يُعْرَفُ الْمُجْرِمُونَ بِسِيمَاهُمْ فَيُؤْخَذُ بِالنَّوَاصِي وَالْأَقْدَامِ Günahkarlar nişanələrdən tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar. Qiyamətdə mələklər onları əlamət və nişanələrinə görə tanıyacaq, kəkillərindən tutub arxadan ayaqlarına bənd edərək cəhənnəmə atacaqlar.  Xülasə, əgər bir kimsə hər işdən əl çəkib bütün düşüncəsini xilqətin həqiqət və sirlərindən yalnız birini dərk etməyə yönəltsə, heyran və sərgərdan qalar. O ki qalsın onların hamısını başa düşməyə.   Bu şəxs düz desəydi, Allahın razılığını qazanmağa çalışardı və Onun qəzəbinə səbəb olan iş görməzdi.  Güman edirsən ki, etinasızlıq göstərərək səni ümidsiz qoyar? Bu gümanın özü böyük xətadır. Çünki Onun fəzl və rəhməti, xəbər verdiyi kimi, yaxşı əməl sahiblərini ümidsiz qoymaqdan yüksəkdir.  Bəndədən qorxduğuna görə onu razı salmağa və qəzəbini uzaqlaşdırmağa çalışar, ancaq Allahdan qorxmalı olduğu yerdə ürəklənərək işi başqa günə saxlayar.   Onun yolunda hərəkət edənlərdir. Qurani-Kərimin Ali-İmran surəsinin 31-ci ayəsində buyurulduğu kimi: قُلْ إِنْ كُنْتُمْ تُحِبُّونَ اللّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَاللّهُ غَفُورٌ رَّحِيمٌ De ki: Əgər siz Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayan və mərhəmətlidir!   Çünki Allah-təalanın Özünün məsum və hər xətadan ucada və pak olan ən yaxşı məxluqunu xar etməsini düşünmək necə mümkündür?   عِنْدَ الصَّباحِ يُحْمَدُ الْقَوْمُ السُّرى cümləsi rahatlıq tapmaq üçün əziyyətə qatlaşan haqda işlədilən məsəldir. Karvan yayın istisində gecələr yol gedib əziyyət çəkdikdə, səhər erkən mənzil başına çatdıqda istinin ağırlığından xilas olduqları kimi eşidənlərin təqdiri ilə rastlaşacaqlar.     Lazımsız yerdə və biz düşmənlə döyüşə məşğul olduğumuz çətin bir vaxtda elə bir mətləb soruşursan ki, ona cavab verməyə fürsət yoxdur.  Və haqqı tələb etmək üçün yardımçısı olmadığına görə səbr yolunu seçdi. Üçüncü xütbədə bu nöqtəyə toxunulub.  Bu şerin ikinci misrası belədir ki: وَهاتِ حَدِيثاً ما حَدِيثُ الرَّواحِيلِ Minik dəvələrinin qarət edilməsindən ibarət o maraqlı əhvalatı gətir və danış. Bu qəsidənin tarixçəsi belədir: Ərəblərin böyük şairlərindən olan İmrəul-Qeys, atası öldürüləndən sonra intiqam almaq və ya düşmənlərin qorxusundan ərəb qəbilələri arasında gəzirmiş və nəhayət, o, Bəni-Cədilə Təyy qəbiləsindən olan Tərif adlı bir kişinin evinə gedir. Tərif ona çox hörmət göstərir. İmrəul-Qeys də onu tərifləyir və bir müddət onun yanında qalır. Sonra fikirləşir ki, birdən Tərif ona kömək edə bilməz. Gizlincə Xalid ibn Sədusun yanına gedib onun evində qalır. Sonra Bəni-Cədilə qəbiləsinin övladları onun dəvələrini qarət edirlər. İmrəul-Qeys məsələdən xəbərdar olandan sonra Xalidə şikayət edib onu dəvələrinin qarət edilməsindən agah edir. Xalid deyir: Yanında olan minik dəvələrini mənə ver, onlara minib Cədilə övladlarının yanına gedim və dəvələrini geri alım. İmrəul-Qeys onun təklifini qəbul edib qalan dəvələri ona verir. Xalid öz dostlarından bir neçə nəfərlə birlikdə həmin dəvələri minib Bəni-Cədilənin yanına gedir. Onlara çatanda deyir: İmrəul-Qeys mənim qonağımdır, onun dəvələrini geri qaytarın. Deyirlər: O sənin qonağın deyil və sənə sığınmayıb. Xalid deyir: Allaha and olsun ki, o mənim qonağımdır və indi mindiyimiz dəvələr də onundur. Sonra Bəni-Cədilə onlara hücum edərək hamısını dəvələrdən düşürdüb həmin dəvələri də qarət edir. Və deyirlər ki: Xalid Bəni-Cədilə ilə sözləşib və hiylə-kələklə dəvələri onlara təhvil verib. İmrəul-Qeys ikinci qarətçilikdən xəbər tutandan sonra bu barədə bir qəsidə yazır ki, onun ilk beyti yuxarıda deyilən idi. Xülasə, İmam əleyhis-salamın bu şerdən misal kimi istifadə etməkdən məqsədi budur ki, üç xəlifənin Səqifə əhlinin barəsində hay-küy salıb o qədər söz-söhbət apardıqları əhvalatını burax.   Haqq yola qədəm qoymasalar və ilahi başçı ilə döyüş və müharibə vəziyyətində qalsalar  Çünki başlanğıc və son mümkün varlığa məxsusdur, yoxluğu qeyri-mümkün və vücudu vacib olan varlığa yox. Çünki yoxluq keçmişinə malik olan şey hadis, yəni, sonradan yaranmış, meydana çıxmış varlıqdır və belə bir varlıq vücudu vacib olan varlıq ola bilməz.  Çünki O, əzəlidir və zamanın yaradanıdır. Buna görə də zaman Onu əhatə etmir. Həmçinin sonu olmayan əbədidir. Əgər belə olmasaydı, hədd ilə məhdudlaşardı və vacib varlıq olmazdı.   Çünki yaxınlıq və uzaqlıq mümkün varlığın xüsusiyyətlərindəndir. O isə mümkün varlıq deyil. Buna görə də Onun yaxın olmasının mənası, hər bir şeyi əhatə etməsi və hər şeyin Onunla var olmasıdır. Uzaq olmasının mənası isə Onun zatının həqiqətinin dərk edilməməsidir.  Xülasə, gecə ilə gündüz, gizli ilə aşkar və ruzigarın dəyişmə və əvəz olunması Onun elmi müqabilində cüzi və külli olmaq baxımından bərabərdir və Ona heç nə gizli deyil.  Çünki ölçü, sonu olmaq, məkan əldə etmək və onda yerləşmək cismin və mümkün varlığın xüsusiyyətlərindəndir.  Çünki O, başqasına möhtac deyil. Ona görə ki, möhtac olmaq kamalın naqisliyinə səbəb olur və bu, mümkün varlığın xüsusiyyətlərindəndir.  Onun ölü və diri, keçmiş və gələcək, alçaq və hündürə olan elmi birdir. Onun zatı zamanın və zamana aid şeylərin hissələrinə nisbətdə yeksan olduğu üçün zatının eyni olan elmi də həmin cürdür.   Yaradılmışların heyranediciliklərini dərk etməyə bir yol tapa bilməyən kəs yaradana necə yol tapa bilər? Halbuki Onun bənzər və oxşarı yoxdur ki, zat və sifətlərinin həqiqəti tanınsın.   Həm biz, həm də sən Həzrət Peyğəmbərin hüzurunda olmuş, xalq ilə rəftarını görmüş və hökmlərini eşitmişik. Buna görə də o Həzrətin davranışını sənə təbliğ etmək lazım deyil.  Həzrət Peyğəmbərin buyurduğunun ziddinə çıxıb bəhanə ilə xilafəti qəsb etmələrinə baxmayaraq, dində sənin kimi bidətlər yaratmadılar və müsəlmanlara bu cür zülm və sitəm etmədilər.  Çünki Osman, Əffan ibn Əbil As ibn Üməyyə ibn Əbd Şəms ibn Əbd Mənafın oğludur və Əbd Mənaf Həzrət Peyğəmbərin - Məhəmməd ibn Abdullah ibn Əbdülmüttəlib ibn Haşim ibn Əbd Mənaf ibn Qusəyy ibn Kəllab ibn Murrə ibn Kəbin üçüncü babasıdır. Əbu Bəkr isə Abdullah ibn Əbu Quhafə Osman ibn Amir ibn Ömər ibn Kəb ibn Səd ibn Təym ibn Murrə ibn Kəbdir. Murrə Həzrət Peyğəmbərin altıncı babasıdır. Ömər isə Xəttab ibn Nufəyl ibn Əbduluzza ibn Riyah ibn Abdullah ibn Qurt ibn Zurrah ibn Ədiyy ibn Kəbin oğludur. Kəb Həzrət Peyğəmbərin yeddinci babasıdır. Deməli, Osmanın Həzrət Peyğəmbərlə qohumluğu Əbu Bəkr və Ömərdən daha yaxınıdır.  Osman məşhur nəzərə əsasən Peyğəmbərin qızları - Rüqəyyə və Umm Gülsümü alıb. Əvvəlcə Ruqəyyəni alıb və bir müddət sonra o məzlum xanım vəfat etdikdən sonra Umm Gülsümü bacısının yerinə ona veriblər. Buna görə də Osmana sünnilər iki nur sahibi ləqəbini veriblər.  Sən haqq yola nabələd deyilsən ki, sənə yol göstərim və düz rəftardan xəbərsiz deyilsən ki, onu sənə öyrədim. Bəlkə bilə-bilə dinə zidd davranırsan.   Mədinədə olan kimsələr barəsindəki nöqsan və çatışmazlıqların aradan qaldırılmasına başla, buna möhlət lazım deyil. Burda olmayan barəsində isə, sənin əmrin çatana kimi heç bir üzr və bəhanə yeri yoxdur. Deyirlər ki, Osman Mərvana aldanıb müsəlmanlara zülm etməkdə cürətlənərək Əmirəl-mömininin sözlərinə qulaq asmadı və iş o yerə çatdı ki, Misir əhalisi və başqaları onu evində mühasirəyə alaraq acınacaqlı şəkildə öldürdülər.  Qurani-Kərimin Nəhl surəsinin 79-cu ayəsində buyurur: أَلَمْ يَرَوْاْ إِلَى الطَّيْرِ مُسَخَّرَاتٍ فِي جَوِّ السَّمَاء مَا يُمْسِكُهُنَّ إِلاَّ اللّهُ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ Məgər onlar yerlə-göy arasında ram olmuş quşları görmürlər? Onları havada yalnız Allah saxlayır. Həqiqətən onların bu uçuşlarında (Allah-təalanın güc və qüdrətinin sübutu üçün Allah və Peyğəmbərə) iman gətirənlərə nişanələr vardır.  Bir rəngdədir: ya ağ, ya qara, ya qırmızı, ya da başqa bir rəngdə. Sanki rəng qəlib kimi onu əhatə edib, bürüyüb.   Onların bəziləri bülbül kimi iki və ya çox rənglidirlər. Xülasə, Allah hikmət və məsləhət əsasında onları müxtəlif şəkil və rəngdə yaradıb ki, bunların hamısı Onun güc və qüdrətinin böyüklüyünə dəlildir.  Darəyn Bəhreynin şəhərlərindən olan Qətifin sahillərində ada olub və keçmişdə ora gəmilərin limanı və lövbər atdığı yer olub.  Ala qarğanın cütləşməsi görünmədiyi üçün el arasında məsəl kimi هذا أَخْفى مِنْ سِفادِ الْغُرابِ bu iş ala qarğanın cütləşməsindən də gizlidir deyilir və belə zənn edirlər ki, onun cütləşməsi erkək qarğanın həzm orqanında olan su vasitəsi ilə olur. Belə ki, dişi qarğa dimdiyi ilə onu götürür və onun vasitəsi ilə yumurta qoyub bala çıxarır. İmam əleyhis-salamın məqsədi budur ki, camaat ala qarğanın cütləşməsini görmədiyi üçün bu cür sözlər danışır. Əgər tovuzquşu barəsində də onlardan belə şeylər nəql edilirsə, bu, təəccüb doğurmur. Çünki onlar nadanlıq üzündən dəlil-sübutsuz eşitdikləri şeyə inanaraq bu cür sözlər danışırlar.    Necə ki, Qurani-Kərimin Saffat surəsinin 45-47-ci ayələrində buyurur: يُطَافُ عَلَيْهِم بِكَأْسٍ مِن مَّعِينٍ بَيْضَاء لَذَّةٍ لِّلشَّارِبِينَ لَا فِيهَا غَوْلٌ وَلَا هُمْ عَنْهَا يُنزَفُونَ Onlar üçün görünən axar çaydan (doldurulmuş) şərbət dolu piyalələr dolandırılacaqdır: ağappaq, özü də içənlərə ləzzət verən (bir şərbət). Onun içində zərər-ziyanlı, başağrısı, süstlük verən heç bir şey yoxdur. Onlar ondan məst də olmazlar.    Çünki ola bilər ki, zəhərli ilan yumurtası olsun. Cahiliyyət zalımları dəvəquşunun yumurtladığı yerdə tapılan zəhərli ilan yumurtası kimidirlər. Ona görə ki, onlarla müxalifət etmək və onları devirmək döyüş və qan tökülməsi ilə nəticələnir, yumşaq davranmaq isə azğınlıq və fitnə-fəsada səbəb olurdu.   Çünki onların sərgərdanlıqları qırx il idi. Sizin və övladlarınızın sərgərdanlığı isə zühuru gözlənilən on ikinci İmamın - Allah-təala onun zühurunu tezləşdirsin - zühur edəcəyi zamana kimi davam edəcəkdir.   Namaz, oruc, xums, zəkat, həcc, əmr be məruf, nəhy əz münkər və sairə ibadətlərə əməl edərək onları yerinə yetirin. Bu cümlənin təkrar edilməsi məsələyə təkid etmək və onun əhəmiyyətini bildirmək üçündür.  Soruşacaqlar ki: filan tarlanı nə üçün dağıtdın? Nə üçün filan evi qəsb etdin? Yaxud nə üçün filan şəhərdən köçüb şirk və küfr şəhərlərində məskunlaşdın? Hansı əsasla dili-ağzı bağlı heyvanı incitdin?   Çünki həmin işdə Mədinə əhalisinin çoxu, eləcə də Misir, Kufə və digər şəhərlərin sakinlərinin əksəriyyəti və çöldə yaşayan tayfalar iştirak etmişdilər. Deyirlər ki, İmam əleyhis-salam bir gün camaatı bir yerə topladı və onlara xütbə oxuyaraq dedi: Osmanı öldürənlər ayağa qalxsınlar. Çox az hissədən başqa hamı ayağa qalxdı. O Həzrət bu işi öyüd verənlərin cavabını əməli şəkildə vermək üçün etmişdi.   Beyəti pozanlarla vuruşacağam. اخِرُ الدَّواءِ الْكَىُّ Son dərman dağlamaqdır cümləsi məşhur bir məsəldir və onu son tədbirə əl atılan yerdə işlədirlər.  Daxili istək olmadan deyil, niyyət və qəlb saflığı və səmimiyyətlə onun göstərişlərinə əməl edin. Çünki belə olmayan şəxsi münafiq və riyakar sayır və məzəmmət edirlər.   Çünki əgər səninlə insanın cisim və bədəninin həyatı ona bağlı olan ot və su tapmaqda müxalifət edəndə, sən onlara tabe olmayacaqsansa, bəs onda ruhun qidası olan elm və mərifət nurunu tapdıqdan sonra səninlə müxalifət etsələr necə, müxalifət edəcəksən?   Onun elmi hər şeyi əhatə edir və Ona heç bir şey gizli deyil. Çünki əgər bundan başqa cür olsa, Onun elminin məhdud olması nəticəsini verər. Məhdudiyyət isə mümkün varlığın xüsusiyyətlərindəndir. İmam əleyhis-salamın وَ لا أَرْضٌ أَرْضاً yer başqa bir yeri gizlətmir buyuruğunun zahirindən belə məlum olur ki, yer də göy kimi yeddidir. Qurani-Kərimin Talaq surəsinin 12-ci ayəsində də buyurulur ki: اللَّهُ الَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ وَمِنَ الْأَرْضِ مِثْلَهُنَّ Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır. Bəzilərinin əqidəsinə görə yer birdir və yeddi yerdən məqsəd yeddi iqlim və yerin yeddi hissəsidir. Amma hər bir müsəlmana bu cür məsələlərdə Allah, Peyğəmbər və o Həzrətin haqq canişinləri əleyhimus-salamın kəlamlarının zahirinə iman gətirərək düzlüyünü təsdiq etmək lazımdır. Çünki əgər öz naqis ağıllarımız və ya müxtəlif nəzər və sözlərlə bu cür məsələlərin həqiqətini dərk etmək istəsək, nəinki bir yerə çıxmaz və bir xeyir əldə etmərik, bəlkə həm də doxsanıncı xütbənin şərhində deyildiyi kimi çaş-baş və avara-sərgərdan qalarıq.   Məkkə ilə Bəsrə arasında yerləşən düşərgələrdən olan Hauəb suyuna çatanda oranın itləri hürə-hürə Aişənin kəcavəsinə tərəf cumdular. O, həmin suyun adını soruşdu. Dedilər ki, Hauəb suyudur. Dedi: Məni qaytarın. Çünki Allahın Peyğəmbərindən (səlləllahu əleyhi və alih) eşitmişəm ki: Zövcələrimdən biri mənim canişinim ilə müharibəyə gedən zaman Hauəbin itləri ona hürər. Çalış ki, o sən olmayasan. Təlhə ilə Zübeyr onu çaşdırdılar və yetmiş nəfəri gətirib şahidlik etdirdilər ki, həmin suyun adı Hauəb suyu deyil. Bu, İslamda verilən ilk yalan və nahaq şahidlik idi. Məcməul-bəhrəyn kitabının müəllifi onu Həzrət Sadiq əleyhis-salamdan nəql edib.  Həzrət Peyğəmbərin hörmətini saxlamadılar və Allah-təalanın göstərişinə zidd davrandılar. Çünki Qurani-Kərimin Əhzab surəsinin 33-cü ayəsində buyurulur ki: وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَى Ey Peyğəmbərin zövcələri! Evlərinizdə qərar tutun və bundan əvvəlki cahiliyyət qadınları kimi öz bərbəzək və zinətlərinizi yadlara göstərməyin.  Təlhə, Zübeyr, Aişə və onların tərəfdarları Bəsrəyə daxil olanda Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabələrindən olmuş və həmin vaxt Əmirəl-möminin əleyhis-salam tərəfindən həmin bölgənin vali və hakimi olan Osman ibn Hüneyf o Həzrətin öz məktubunda yazdığı göstərişə əsasən onlarla vuruşdu və sonda belə qərara gəlindi ki, İmam əleyhis-salam gələnə kimi onlar bir-birləri ilə mülayim davranaraq döyüşü kənara qoysunlar. Amma Cəməl əhli hiylə və kələklə beytülmalın xəzinədarlarını tutdular və Aişənin əmri ilə onların başlarını kəsdilər. Digər bir dəstəni də öldürdülər. Osmanın da baş, saqqal, qaş və kirpiklərinin tüklərini yonaraq şəhərdən çıxartdılar. O, yolda İmam əleyhis-salamla görüşə bildi. O Həzrət Osmanın halına ağladı və dedi: Yanımızdan qoca getmişdin, cavan qayıtdın.   O, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın hökmlərini tam düzlüklə və azaldıb-çoxaltmadan xalqa çatdırdı. Ondan sonra bir peyğəmbər gəlməyəcək. O, yaxşı əməl sahiblərini əbədi Cənnət ilə müjdələyir, pis əməl sahiblərini isə əbədi əzab ilə qorxudurdu.  Öldürülməlidir. Bu dəlilə əsasən deyirik: Xəlifələr həmin məqama layiq olmadan nahaq yerə yiyələniblər. Çünki dövlətçilik siyasəti və rəiyyətin işlərinin idarəçiliyində güclü və bacarıqlı, eləcə də dinin bütün hökmlərini bilən şəxsdən başqasının həmin məqama sahib durmaq ləyaqəti yoxdur. Onların bu iki sifətə malik olduqlarını isə heç kəs demir.   Müxaliflər ağlın, düzlüyü barəsində hökm verdiyi şeyə tabe olmur və bundan əvvəlki xəlifələr barəsində həyata keçirilmiş və gerçəkləşmiş şeyi qəbul etmirlər. Deməli, onların bu bəhanələrindən məqsədləri xilafəti haqsız şəkildə öz əllərinə keçirməkdir.  Xülasə, bizim qiblə əhli olan üsyankarlarla sizin gözünüzdə böyük görünən müharibəmiz Allahın hökmlərindən nadan və xəbərsiz olduğumuza görə deyil, bəlkə Onun göstərişləri əsasındadır.  Ola bilər ki, siz bir şeyi inkar edəsiniz, amma xeyir onu qəbul etməkdə olsun və həmçinin siz bir şeyi qəbul edəsiniz, amma xeyir onu rədd etməkdə olsun. Buna görə də həqiqətlərdən xəbərdar olmadığınız üçün bütün işlərdə bizim sözlərimizi qəbul edin.   Buna görə də müharibə ilə hədələmək və qorxutmaq o şəxsə aiddir ki, ölüm və öldürülməkdən qorxur və dinə yəqinliyi yoxdur.  Amma Təlhə bu işi görmədi. Çünki Osmanı zalım hesab etməsinə baxmayaraq, onu öldürdükdən sonra onun qatilləri ilə düşmənçilik etdi və Osmanın yardımçılarına kömək edərək onun intiqamını almaq fikrinə düşdü.   Qəflət yuxusundan oyanın və öz ömrünüzü boş və faydasız keçirməyin!  İşin sonundan qafildir, olduğu gündən uzağı görmür və yeməkdən başqa bir məqsədi yoxdur, halbuki sahibinin onu kökəltməkdən məqsədi başqadır. Pis işlərə əmr edən nəfs çobanı, sizi dərd-qəmlə dolu dünyanın otlaqlarına aparıb və onun məhv olacaq zinət və bər-bəzəyi ilə aldadıb. Siz də işin sonundan xəbərsiz qalmısınız və elə güman edirsiniz ki, həmişə burda qalacaqsınız.  Çünki yaxşı bir işi yerinə yetirdikdən sonra başqalarını ona əmr etmək və eləcə də çirkin işdən başqalarını çəkindirəndən qabaq şəxsin özünün çəkinməsi qəlblərə sözü ilə əməli bir-birinə zidd olan şəxsin əmr be məruf və nəhy əz münkər etməsindən daha çox təsir göstərir və fayda verir. Bundan əlavə İmam əleyhis-salam yüz iyirmi doqquzuncu xütbədə belə şəxsə lənət də oxuyub.   Qurani-Kərimi nazil edib, Həzrət Peyğəmbəri onun şərhçisi və həm insanların, həm də cinlərin bələdçisi edib, xeyir və şəri hamıya göstərib ki, onların vəzifələrini tərk etmək üçün heç bir dəlil və bəhanələri olmasın.     Hər hansı bir şeyin halal və ya haram olması Qurana və sünnəyə əsaslanaraq iman sahibinə məlum və bəlli olduqdan sonra o həmişə həmin əsasda hökm edər. Bunun əksinə olaraq mömin olmayan kəs isə əqidəsi xarab olduğu üçün öz səhv rəy və ictihadı ilə halal və haram olması Quran və sünnədə sabit olan şeyi dəyişdirər.  Xəlifələrin bidətlərinə misal olaraq Əbu Bəkrin Həzrət Fatimə əleyhas-salamdan Fədək barəsində dəlil və şahid gətirməsini istəməsini -halbuki dəlili iddiaçı gətirməlidir, Ömərin Peyğəmbərin müəyyənləşdirdiyindən artıq vergi almasını, Osmanın Fitr və Qurban bayramlarında xütbə oxunmasını namazdan qabağa salmasını - halbuki xütbə namazdan sonra oxunmalıdır, xülasə, bu qisim bidətləri göstərmək olar.   Çünki öyüd-nəsihətlərdən məqsəd xalqı haqqa sövq etmək və onları səadət və xoşbəxtlik yoluna istiqamətləndirməkdir və Quran bu hədəfə çatmaq istiqamətində hərtərəflidir. Bunun özü Allah-təalanın müsəlmanlara ən böyük lütflərindəndir.  Onun barəsində düşünmək qəlbləri nadanlıq və azğınlıqdan cilalayar. Quranda elm və maarif çeşmələri olduğu üçün əgər digər elmlər də qəlbi cilalayarsa, onun səbəbi həmin elmlərin mənbə və mənşəyinin Quran olmasıdır. Deməli, Quran həqiqətən qəlbin cilavericisidir.  O halda ki, o, həmin günahda israrlı olmasın. Çünki böyük günahlardan uzaq olmaq kiçik günahları örtərək nəzərə çarpdırmayan bağışlanma amilidir.  Buradan məlum olur ki, Məhəmməd Əhli-beyti əleyhimus-salama zülm edənlər ağır məsuliyyətə alınacaq və şiddətli əzaba düçar olacaqlar.  Bu cümlə o Həzrətlə beyət etməkdə durub müşahidəçi mövqe tutanlar, eləcə də beyətlərini pozanlara işarədir.   Xülasə, onlarla Quran əsasında davranmalarını şərt kəsdiyimiz və onlar öz nəfsi istəkləri üzündən hökm çıxardıqları üçün bizim onların çıxardıqları hökmü qəbul etməmək haqqımız var.   Çünki hər hansı bir iş o şəxsi digər işdən saxlayır ki, onun elm və biliyində naqislik və ya güc və qüdrətində məhdudluq olsun.  Necə ki, Rəd surəsinin 11-ci ayəsində buyurur: إِنَّ اللّهَ لاَ يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّى يُغَيِّرُواْ مَا بِأَنْفُسِهِمْ Hər hansı bir tayfa öz canlarında olanı dəyişdirməyincə (yəni, öz gözəl xislətlərini çirkin xislətlərə çevirməyincə) Allah onlarda olanı dəyişdirmir. Həmçinin Nəhl surəsinin 112-ci ayəsindədə buyurulur: وَضَرَبَ اللّهُ مَثَلاً قَرْيَةً كَانَتْ آمِنَةً مُّطْمَئِنَّةً يَأْتِيهَا رِزْقُهَا رَغَدًا مِّن كُلِّ مَكَانٍ فَكَفَرَتْ بِأَنْعُمِ اللّهِ فَأَذَاقَهَا اللّهُ لِبَاسَ الْجُوعِ وَالْخَوْفِ بِمَا كَانُواْ يَصْنَعُونَ Allah bir kəndi misal gətirir. Onun əhalisi çətinliklərdən xatircəm və arxayın idi və hər tərəfdən onlara bol-bol ruzi gəlirdi. Amma onlar Allahın nemətlərinin şükrünü yerinə yetirmədilər. Allah da onlara aclıq və qorxu libası geydirərək onlara çətinlik və bəlanın dadını daddırdı və etdiklərinə görə onları hər cür çətinlik və aclığa düçar etdi.  İmam əleyhis-salamın kəlamından məqsəd budur ki, çox vaxt nemətin zavala uğramasına səbəb, insanların günah etmələridir, amma bu, həmişə və mütləq şəkildə belə deyil. Çünki Allah bəzən də bəzi bəndələrini sınayaraq imtahan etmək, yaxud kiçik günahlarının bağışlanması, yaxud da onların məqam və dərəcələrini yüksəltmək üçün neməti onlardan alır və rahatlıqlarını çətinliklərə düçar etməklə əvəz edir. Necə ki, Qurani-Kərimin Bəqərə surəsinin 155-157-ci ayələrində buyurulur: وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِّنَ الْخَوفْ وَالْجُوعِ وَنَقْصٍ مِّنَ الْأَمَوَالِ وَالْأنْفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ الَّذِينَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ قَالُواْ إِنَّا لِلّهِ وَإِنَّـا إِلَيْهِ رَاجِعونَ أُولَـئِكَ عَلَيْهِمْ صَلَوَاتٌ مِّن رَّبِّهِمْ وَرَحْمَةٌ وَأُولَـئِكَ هُمُ الْمُهْتَدُونَ Biz sizi qorxu, aclıq, mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Bu imtahanda səbrli olanlara müjdə ver. O kəslərə ki, onlara qəm-qüssə üz tutan zaman deyərlər: Biz Allahınıq (Onun razılığı olan şeyə razıyıq) və Ona tərəf qayıdacağıq. Rəbblərindən onlara salam, rəhmət və mehribançılıq olsun ki, onlar doğru yolda olanlardır.    Çünki qərara gəlmək bir işi görmək istəməyin müqəddiməsi olan istəkdən ibarətdir və o, işin yerinə yetirilməsi barəsində tərəddüddə olan cismə məxsusdur və onun zərurətlərindəndir. Amma elmi zatının eyni olan Allah-təala barəsində qərara gəlməyin təsəvvür edilməsi düz deyil. Ona görə ki, O, tərəddüddə deyil.   Müaviyə tək-tək insanlara bir şey vermirdi. Ərəb qəbilələrinin ancaq başçılarına çoxlu bəxşiş verərək onları öz tərəfdarı edirdi və digər adamlar qohumluq təəssübü səbəbindən, yaxud qəbilə başçılarından aldıqları az bəxşişə görə, yaxud qəbilə adət-ənənələrinə görə, ya da Osmanın intiqamını almaq hiyləsinə aldandıqları üçün həmin başçılara tabe olurdular. Əmirəl-möminin əleyhis-salam isə həm başçılara, həm də onlara tabe olanlara bərabər miqdarda kömək edir, bəxşiş verirdi. Buna görə də başçılar o Həzrətdən elə də razı deyildilər. Tabe olanlar da onların yolu ilə gedirdilər.  Mənim işlərimdə həmişə riyakarlıq və ikiüzlülük edirsiniz. Nə itaət edərək tabe olmaqda qədəminiz sabitdir, nə də müxalifət etməkdə birüzlü və yekdil! Kaş ki, bir yol ilə gedəydiniz və məni bu dərd və kədərin çəkişməsindən xilas edəydiniz.  Mən doğru yol göstərmək və ona istiqamətləndirməyin şərtlərini yerinə yetirdim. İndi əgər kor görməsə və yatan oyanmasa, mənim günahım deyil.  Əmr ibn Asın anasının əhvalatı yetmiş üçüncü kəlamın şərhində bəyan edilib.   Xirrit ibn Raşidin və onun tərəfdarlarının Məqəl ibn Qeysin əli ilə öldürülməsi əhvalatı qırx dördüncü kəlamın şərhində deyildi.  Nauf İmam əleyhis-salamın xas və ən yaxın səhabələrindən olub. Yəmənin Səna şəhərinin qərb tərəfində Himyər adlı bir yer var və Bikal orada məskunlaşmış qəbilənin adıdır.  Lütf və kərəmi ilə bizim layiq olmayan şükrümüzü qəbul etsin. Onsuz da əslində bəndələrin Onun haqqını əda etmək və şükrünü yerinə yetirmək gücləri yoxdur.   Çünki doğmaq, məhv olmaq və başqasını canişin etmək cismin xüsusiyyətlərindəndir.   Çünki artmaq və azalmaq dəyişməyə səbəb olur və dəyişmək hadis olmağı tələb edir. Hadis olmaq isə mümkün varlığın xüsusiyyətlərindəndir. Xülasə, Onu yaranmışlar kimi vəsf edə bilmərik, çünki Onda cismin və sonradan əmələ gələn xassələrin heç birinin heç bir sifəti yoxdur.  Cahiliyyət dövrünün bədəvi ərəbləri, səhv əqidələrinə əsaslanaraq külək, yağış, soyuq və isti kimi səma hadisələrini ulduzların düşməsinə nisbət verirdilər və onlarda ulduzları təsirli bilirdilər. Buna görə də İmam əleyhis-salam burada onların əqidələrinə işarə edib.   Əmaliqə İmliq ibn Lavəz ibn İrəm ibn Sam ibn Nuhun övladlarından ibarət bir dəstə olublar və onlar çox böyük bir dövlətlə Yəmən və Hicazda padşahlıq ediblər. Sonralar onların kökü kəsilib.  Rəss böyük bir quyunun adı idi ki, insanlar onun ətrafına toplaşaraq şah ağac dedikləri və Yafis ibn Nuhun əkdiyi küknar ağacına ibadət edirdilər. Allah onları məhv etdi.   Onun fikri həmişə ona yönəlib və ondan başqasına baxmır, necə ki, İmam əleyhis-salam bu kitabın sonunda buyurub: الْحِكْمَةُ ضآلَّةُ المُؤمِنِ Hikmət möminin itiyidir ki, o, həmişə onu əldə etmək fikrindədir.  Xülasə, İslamı elə bir zəiflik bürüyər ki, o əldən düşərək yerindən qalxa bilməz. Bu cümlə Həzrət Peyğəmbərin bu buyuruğuna işarədir ki: بَدَءَ الْإِسْلامُ غَرِيباً و سَيَعُودُ غَرِيباً İslam qərib və tək zühur etdi və tezliklə yenə də tək qalar. Yəni, onun həqiqi davamçısı olmaz.   O, Əbu Umarə Xuzəymə ibn Sabit əl-Ənsaridir ki, Həzrət Peyğəmbər onun şahidliyini iki kişinin şahidliyinin yerinə qəbul edib. Həzrət Peyğəmbər bir ərəbdən at alıbmış və ərəb bunu inkar edirmiş. Həzrət buyurub: Ey Xuzəymə, şahidlik edirsən? Deyir: Xeyr, ey Allahın Peyğəmbəri, amma atı almağını bilirəm. Necə ola bilər ki, səni Allah tərəfindən gətirdiyin şeydə təsdiqləyim, amma bir ərəblə etdiyin alverdə təsdiqləməyim? Sonra o Həzrət buyurdu: Sənin şahidliyin iki kişinin şahidliyi kimidir.  Deyiblər ki: Bu xütbə Əmirəl-möminin əleyhis-salamın ayaq üstə buyurduğu son xütbədir.     Onun hökmləri qiyamətə kimi dəyişməyəcək, bəlkə hər bir məsələnin hökmü Həzrət Peyğəmbərin dövründə Quran və sünnədə bəyan olunan kimidir. Bu cümlə Müxəttəədən olan doğru fikir sahiblərinin nəzərlərinin düzlüyünə bir dəlildir. Onlar deyirlər ki, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın hər bir məsələdə müəyyən və bəlli bir hökmü var. Onu elmi əsaslar çərçivəsində kəşf edərək üzə çıxaran müctəhid haqdır. Elmi çərçivədə həmin hökmü kəşf edərək üzə çıxarmaq istiqamətində çalışmış, amma həqiqi hökmü əldə etməmiş müctəhid isə səhvə düçar olub. Amma bununla belə bu işə görə ona heç bir zərər-ziyan dəyməz. Müsəvvəbədən olan səhv düşüncə tərəfdarlarının nəzəri isə yuxarıda deyilənlərin əksinədir. Onlar deyirlər ki, Allahın hər bir məsələdə müctəhidlərin fərqli nəzərlərinə əsasən müxtəlif hökmləri vardır.  Allahın Peyğəmbərinin zamanında haram olan şey sizə və gələcək nəsillərə də haramdır və eləcə də vaciblər vacibdir. Çünki Məhəmmə-din (səlləllahu əleyhi və alih) şəriəti qiyamətə kimi davam edəcək və onun bir nəfər barəsindəki hökmü hamıya aiddir. Buna görə də hər bir məsələnin hökmü birinci günündə müəyyənləşdirildiyi, Kitab və sünnədə bəyan edildiyi kimidir və hökmlər heç bir kəs və zamanla bağlı olaraq dəyişdirilməzdir. Heç kəsin öz rəy və ictihadı ilə onu dəyişdirmək icazəsi yoxdur. Əgər kimsə belə bir iş görsə, dində bidət qoyub.  Gərək özünüzdən qabaqkıların yoluna qədəm qoyasınız, onların davranış üsulları ilə davranasınız, yoxsa özbaşına bir söz deyib başqa yol ilə getməyəsiniz.  Sizi ruzi əldə etməyin qəm-qüssəsindən nicat verir, necə ki, Zariyat surəsinin 22-23-cü ayələrində buyurulur:وَفِي السَّمَاء رِزْقُكُمْ وَمَا تُوعَدُونَ فَوَرَبِّ السَّمَاء وَالْأَرْضِ إِنَّهُ لَحَقٌّ مِّثْلَ مَا أَنَّكُمْ تَنطِقُونَ Sizin ruziniz və vəd olunduğunuz şey göydədir. Buna görə də göyün və yerin Rəbbinə and olsun ki, bu, sizin danışığınız kimi düz və həqiqətdir. Yəni, sizin danışığınızda şəkk və tərəddüd olmadığı kimi, deyilənlərin də düz və doğru olmasında heç bir şəkk-şübhə yoxdur.  Necə ki, Qurani-Kərimin Bəqərə surəsinin 152-ci ayəsində buyurulur: فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُواْ لِي وَلاَ تَكْفُرُونِ Məni yada salın ki, Mən də sizi yada salım. Mənim nemətlərimin şükrünü yerinə yetirin, nankorluq etməyin.  Necə ki, Qurani-Kərimin Nisa surəsinin 131-ci ayəsində buyurulur: وَلَقَدْ وَصَّيْنَا الَّذِينَ أُوتُواْ الْكِتَابَ مِن قَبْلِكُمْ وَإِيَّاكُمْ أَنِ اتَّقُواْ اللّهَ وَإِن تَكْفُرُواْ فَإِنَّ لِلّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ وَكَانَ اللّهُ غَنِيًّا حَمِيدًا Biz sizdən əvvəl Kitab verilənlərə (yəhudi, xristian və bu kimilərə) və sizə Allahdan qorxmağı tövsiyə etdik. Əgər Allahı inkar etsəniz belə, (yenə də) göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Allah ehtiyacsızdır və şükr olunmağa layiqdir. Deməli, təqvaya əmr olunması sizin özünüzün nicat tapmağınız üçündür, yoxsa Allahın sizin ibadət və pərhizkarlığınıza ehtiyacı yoxdur.   Nə qədər ki, dirisiniz, öz işinizə bir çarə qılaraq yol üçün azuqə götürün. Yoxsa keçmişlər kimi olmayın ki, onlar peşmançılıqlarının bir faydası olmayan və istəkləri qəbul edilməyən bir zamanda öz günahlarından peşman olaraq dünyaya qayıtmaq istəyirlər. Necə ki, Qurani-Kərimin Ənam surəsinin 27-28-ci ayələrində buyurulur: وَلَوْ تَرَىَ إِذْ وُقِفُواْ عَلَى النَّارِ فَقَالُواْ يَا لَيْتَنَا نُرَدُّ وَلاَ نُكَذِّبَ بِآيَاتِ رَبِّنَا وَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ بَلْ بَدَا لَهُم مَّا كَانُواْ يُخْفُونَ مِن قَبْلُ وَلَوْ رُدُّواْ لَعَادُواْ لِمَا نُهُواْ عَنْهُ وَإِنَّهُمْ لَكَاذِبُونَ Əgər oda (daxil olmağa) məcbur edilən günahkarları görsən, (eşidərsən ki, belə) deyirlər: Kaş ki, bizi dünyaya qaytaraydılar və biz Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq. Düz demirlər, bəlkə etiraf ona görədir ki, bundan qabaq onlara gizli olan şey aşkar olub. Əgər qayıtsalar, yenə onlara qadağan olunmuş şeyləri yerinə yetirərlər və onlar yalan deyirlər. Həmçinin Muminun surəsinin 99-100-cü ayələrində buyurulur: حَتَّى إِذَا جَاء أَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ ارْجِعُونِ لَعَلِّي أَعْمَلُ صَالِحًا فِيمَا تَرَكْتُ كَلَّا إِنَّهَا كَلِمَةٌ هُوَ قَائِلُهَا وَمِن وَرَائِهِم بَرْزَخٌ إِلَى يَوْمِ يُبْعَثُونَ Onlar ölüm onlardan birini haqlayana kimi çirkin işlər görərlər. Sonra o, peşmançılıq üzündən deyər: Pərvərdigara! Məni dünyaya qaytar, bəlkə əldən çıxardığımın müqabilində yaxşı bir iş görüm. Xeyr, onu qaytarmazlar. Çünki qayıtmaq istəyi onların çətinliyə düçar olduğu üçün dediyi bir sözdür. Onların arxasında qəbr hesabı üçün qaldırılacaqları günə kimi maneə olacaqdır.  Necə ki, Qurani-Kərimdə Təhrim surəsinin 6-cı ayəsində buyurulur: يَا أَيُّهَا الَّذِينَ آمَنُوا قُوا أَنفُسَكُمْ وَأَهْلِيكُمْ نَارًا وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ عَلَيْهَا مَلَائِكَةٌ غِلَاظٌ شِدَادٌ لَا يَعْصُونَ اللَّهَ مَا أَمَرَهُمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ Ey iman gətirənlər! Günahları tərk etməklə özünüzü və öyüd-nəsihətlə övladlarınızı elə bir oddan qoruyun ki, onun odun və yanacağı insanlar və yonulub büt edilərək ibadət olunan daşlardır. Həmin odun üstündə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurulduqlarını yerinə yetirən qaba sözlü sərt mələklər vardır. Həmçinin Zuxruf surəsinin 36-cı ayəsində buyurulur: وَمَن يَعْشُ عَن ذِكْرِ الرَّحْمَنِ نُقَيِّضْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ Hər kəs mehriban Allahın zikrindən boyun qaçırsa, Biz şeytanı onun yoldaşı edərik.  Tezliklə yox olaraq torpaq altında çürüyəcək bədənlərinizi ibadət, bəndəlik və din düşmənləri ilə cihad yolunda sərf edin ki, əbədi əzabdan qurtularaq əbədi Cənnətdə olasınız.   Necə ki, Qurani-Kərimin Ənbiya surəsinin 101-102-ci ayələrində buyurulur: إِنَّ الَّذِينَ سَبَقَتْ لَهُم مِّنَّا الْحُسْنَى أُوْلَئِكَ عَنْهَا مُبْعَدُونَ لَا يَسْمَعُونَ حَسِيسَهَا وَهُمْ فِي مَا اشْتَهَتْ أَنفُسُهُمْ خَالِدُون Öndə olanlara Bizim tərəfimizdən gözəl mükafat vardır. Onları cəhənnəm odundan uzaqlaşdırarlar ki, onun səsini eşitməsinlər. Onlar arzuladıqları şeydə əbədi qalarlar.  İmam əleyhis-salam onu alçaqlıq və nanəciblik baxımından keçinin buynuzuna oxşadıb. Bu, ərəblərdə bir adətdir. Onlar bir şeyi böyük hesab etmək istəyəndə isə onu gözəl və hörmətli bir şeyə oxşadarlar. Məsələn, deyirlər ki: نَجَمَ نُجُومَ الْكَوْكَبِ yəni, o, ulduz kimi zahir oldu.   Sənə lazım olan şey təqva, Allahdan qorxmağı öz şüarın etmək və yaxşı işlər görməkdir. Sənə bundan artıq bir şey lazım deyil.  Çünki Allah Qurani-Kərimin İsra surəsinin 37-ci ayəsində buyurur: وَلاَ تَمْشِ فِي الأَرْضِ مَرَحًا إِنَّكَ لَن تَخْرِقَ الأَرْضَ وَلَن تَبْلُغَ الْجِبَالَ طُولاً Yer üzündə təkəbbürlə yol getmə. Çünki sən heç vaxt (ayaqlarınla) yeri yara bilməz və heç vaxt (boynunu nə qədər uzatsan da) boyca dağlara çata bilməzsən.  Allah və Peyğəmbərin qəzəbinə səbəb olan boş sözlərdən uzaq olarlar. Necə ki, Qurani-Kərimin Furqan surəsinin 72-ci ayəsində buyurulur: وَالَّذِينَ لَا يَشْهَدُونَ الزُّورَ وَإِذَا مَرُّوا بِاللَّغْوِ مَرُّوا كِرَامًا Allahın bəyənilmiş bəndələri o kəslərdirlər ki, faydasız və əyyaşlıq məclislərində, nahaq və batil sözlər danışılan və ya çirkin işlər görülən yerlərdə iştirak etməz, orada olmazlar və boş və xoşagəlməz bir şeylə qarşılaşdıqları zaman uzaqlaşaraq keçər, durmazlar.    Necə ki, Qurani-Kərimin Bəqərə surəsinin 273-cü ayəsində buyurulur: لِلْفُقَرَاء الَّذِينَ أُحصِرُواْ فِي سَبِيلِ اللّهِ لاَ يَسْتَطِيعُونَ ضَرْبًا فِي الأَرْضِ يَحْسَبُهُمُ الْجَاهِلُ أَغْنِيَاء مِنَ التَّعَفُّفِ تَعْرِفُهُم بِسِيمَاهُمْ لاَ يَسْأَلُونَ النَّاسَ إِلْحَافًا وَمَا تُنفِقُواْ مِنْ خَيْرٍ فَإِنَّ اللّهَ بِهِ عَلِيمٌ Allah yolunda ibadət və bəndəliklə məşğul olan və ticarət etmək üçün yer üzündə hərəkət edə bilməyən yoxsullar iffətli və (mənən) zəngindirlər. Belə ki, nadan onların varlı olmalarını zənn edər. Sən onları üzlərinin nişanələri ilə tanıyarsan ki, xalqdan israrla bir şey istəməzlər. Allah, sizin, mallarınızdan onlara verdiklərinizi bilir.  Çünki o, Allahı zikr etməkdə təkcə dil ilə kifayətlənmir, bəlkə onun qəlbi dili ilə birdir.  Çünki şahid inkar edilərkən gətirilir, haqqı inkar etmək isə yalançılıqdır. Yalançılıq isə təqva və pərhizkarlığa ziddir.    Necə ki, Qurani-Kərimin Bəqərə surəsinin 10-cu ayəsində buyurulur: فِي قُلُوبِهِم مَّرَضٌ فَزَادَهُمُ اللّهُ مَرَضاً وَلَهُم عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ Münafiqlərin ürəyində xəstəlik var. Allah da həmin xəstəliyi daha da artırar. Onlar üçün yalan sanıb inkar etdikləri şeyə görə ağrılı bir əzab vardır.  Xoşagələn sözləri ilə xalqı öz ətraflarına toplayaraq nadürüst məqsədlərini həyata keçirərlər. Necə ki, Qurani-Kərimin Bəqərə surəsinin 204-cü ayəsində buyurulur: وَمِنَ النَّاسِ مَن يُعْجِبُكَ قَوْلُهُ فِي الْحَيَاةِ الدُّنْيَا وَيُشْهِدُ اللّهَ عَلَى مَا فِي قَلْبِهِ وَهُوَ أَلَدُّ الْخِصَامِ İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr və o, qəlbi ilə dilinin bir olmasına Allahı şahid gətirər, halbuki düşmənlərin ən qəddarıdır.     Çünki bir işə məşğul olaraq digər işdən qalmaq qəflətdən doğur və bu, cismin xüsusiyyətlərindəndir.  Çünki O, həm aşkardır, həm gizli; nişanələri ilə aşkar, həqiqəti isə gözlərdən gizlindir.  Hamının çətinlik və giriftarçılığın çoxluğundan öz nicat və qurtuluşu ilə məşğul olduğu və ən nəfis mallarına göz yumduqları (gün).   Xülasə, insanlar dünyada dənizdə gəmisi xarab olmuş kəslər kimidirlər ki, bəziləri məhv olaraq aradan gediblər və onlardan heç bir xəbər və əlamət yoxdur. Bəziləri isə nəfsi istəklərə düçar olublar və həlakət yolunda hərəkət edirlər.  Ölümün sizi haqlayacağı qəti olduğu üçün onu gəlmiş bilin. Amma intizar çəkən adam kimi gözü yolda olub bekar oturmayın.     Yol gedən səfər adamı çöllükdə yolu nişanələrlə tapdığı kimi onun da dəlil və sübutları vardır ki, alimlər onlara əsaslanaraq dəlil gətirir, fikirlərini əsaslandırırlar.   Xülasə, Allah Həzrət Peyğəmbəri dünyanın hər yerini nadanlıq və azğınlıq bürüdüyü bir zamanda göndərdi və o Həzrət az bir müddətdə insanları hidayət və qurtuluşun əsas yolu ilə, eləcə də ilahi elm və maariflə tanış etdi.    Çünki onun verilməsinin sünnəsi budur ki, o ikrah və narahatçılıqla deyil, könül xoşluğu və sevinclə verilməlidir. Necə ki, Qurani-Kərimin İnsan surəsinin 8-9-cu ayələrində buyurur: وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَاء وَلَا شُكُورًا Onlar Allahı sevdikləri üçün (müsəlman) yoxsul və atasız uşağa və (müşrik) əsirə yemək verərlər, (bu niyyətlə ki,) sizi ancaq Allah sevgisinə görə yedirdirik və sizdən heç bir mükafat və təşəkkür istəmirik.  Qurani-Kərimin Əhzab surəsinin 72-ci ayəsində buyurur: إِنَّا عَرَضْنَا الْأَمَانَةَ عَلَى السَّمَاوَاتِ وَالْأَرْضِ وَالْجِبَالِ فَأَبَيْنَ أَن يَحْمِلْنَهَا وَأَشْفَقْنَ مِنْهَا وَحَمَلَهَا الْإِنسَانُ إِنَّهُ كَانَ ظَلُومًا جَهُولًا Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox zalım və cahil olan insan isə onu götürdü. Bu mübarək ayənin təfsir və izahında deyiblər ki: Əmanətdən məqsəd bəndələrin hər birinin istedadı miqdarında eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allaha itaət və bəndəlik etmək vəzifəsidir. İtaət və bəndəliyin ən mühümü isə onun əhli üçün ilahi xilafəti qəbul etmək və həmin məqamı özü üçün iddia etməməkdir. Onun göylər, yer və dağlara təklif edilməsi və onların qəbul etməmələrindən məqsəd isə onların ləyaqətlərinin olmamasını başa salmaqdır. İnsanın təslim olaraq onu qəbul etməsindən məqsəd ona layiq olana təkəbbür göstərib ləyaqəti olmadan onu özünə nisbət verən kəsdir. Zalım və nadan olmaqdan məqsəd isə qəzəb və şəhvət qüvvələrinin ona hakim olmasıdır. Əmanətin mənası barəsində digər sözlər də deyilib və çoxlu rəvayətlər nəql edilib ki, onların barəsində dərindən fikirləşərək düşünmək lazımdır. Demək olar ki, əmanətin təqdim və təklif olunması ayəsi Qurani-Kərimin mütəşabih ayələrinə bənzəyir.  Buna görə də elə güman etməyin ki, yoxlanış günü sizin düşüncə, söz və əməllərinizdən nəsə yaddan çıxacaq və barəsində sorğu-sual edilməyəcəkdir. Bu güman səhvdir və onun nəticəsi əbədi peşmançılıq və bədbəxtçilikdir.   Bütün işlərdə hiylə və kələk işlədir və əhd-peymanına vəfa etmir. Buna görə də nadanlar elə bilirlər ki, bu, onun zirəklik və alimliyindən irəli gəlir.  Çünki hamıdan daha güclüyəm. Lakin Allah və Peyğəmbərin göstərişlərinə tabe olmaq üçün Onların razılıqları olmayan şeydən üz döndərirəm. Bu, başqasının nəzər və düşüncəsinin məndən üstün və güclü olmasına dəlil deyil. Çünki o, şeytana və nəfsi istəklərinə tabedir. Mən isə hər bir işdə Allahı nəzərdə tuturam.  Dünyanın tezliklə fani olacaq zinət və bəzəyinə ürək bağlayıblar və bu bağlılığa və haqqa tabe olmamağa görə qiyamətdə sonsuz əzab və çətinliyə düçar olacaqlar.   Fatimə əleyhas-salamdan ayrılmaq müsibətinin ağır və böyük olmasına baxmayaraq, bu, səndən ayrılmaq müsibətindən çətin deyil. Həmin müsibətə səbr etdiyim üçün bu müsibətə də səbr edəcəyəm.  Bizim canlarımız Onun ixtiyarındadır və bu dünya qalmaq yeri deyil. Buna görə də hamımız sənin yanına gələcəyik və əməl yükünü orada açacağıq.   Allah Qurani-Kərimin Nisa surəsinin 78-ci ayəsində buyurur: أَيْنَمَا تَكُونُواْ يُدْرِككُّمُ الْمَوْتُ وَلَوْ كُنتُمْ فِي بُرُوجٍ مُّشَيَّدَةٍ Harada olursunuz olun, hətta uca və möhkəm qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq.   Var-dövlət, övlad və dünya malının məhəbbətini qəlbinizdən qovub çıxarın, zahidlik və pərhizkarlığı öz peşəniz edin.  Allahın vacibi haqlara riayət etmək və mənə tabe olmaqla əldə etməli olduğunuz razılıq və şadlığına göz yumdunuz.   Bu cümlə onları söyməyin haram olmasına dəlalət etmir. Çünki mömindən başqasını, yəni, kafir və fasiqləri, Məhəmməd Əhli-Beytinin (əleyhimus-salam) düşmənlərini söyməyin mümkün və icazəli olmasında heç bir şəkk-şübhə yoxdur və onlardan uzaq olaraq onlara nifrət bildirmək vacibdir. O Həzrətin bu müharibə və vuruşmadan məqsədi hakimiyyət və səltənəti ələ almaq deyil, insanların hidayəti, onları düz yola istiqamətləndirmək və İslam kəlməsini ucaltmaq olduğu üçün İmam əleyhis-salam həmin kəlamı ilə söyüşün düşmənçilik və kin-küdurətin artmasına səbəb olmasını nəzərdə tutur. Çünki belə olan halda, onlar da nadanlıq üzündən o Həzrəti və onun qoşununu söyərlər. Allahın dostunu söymək də Peyğəmbəri söymək deməkdir. Peyğəmbəri söymək isə Allahı söyməkdir və oda girməyə səbəb olur. Xülasə, Allahın, Peyğəmbərin və o Həzrətin haqq canişinlərinin düşmənlərinə tənə vurmaq və onları söymək şəriət baxımından icazə verilmiş və müstəhəbbi bir işdir və onlardan uzaq olaraq onlara nifrət bəsləmək vacibdir, necə ki, on doqquzuncu kəlamda İmam əleyhis-salam öz qoşunu arasındakı münafiqlərdən olmuş Əşəs ibn Qeysi lənətləyib. Amma can və mala zərər dəyməsi qorxusu olanda və özünü müdafiə etməyə qadir olmayanda onlardan çəkinərək uzaq olmaq da vacibdir. Buna görə də Qurani-Kərimin Ənam surəsinin 108-ci ayəsində buyurur: وَلاَ تَسُبُّواْ الَّذِينَ يَدْعُونَ مِن دُونِ اللّهِ فَيَسُبُّواْ اللّهَ عَدْوًا بِغَيْرِ عِلْمٍ Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər.   Şam qoşunu İraq qoşunu ilə döyüşməkdə aciz qalaraq məğlub olan zaman Əmr ibn Asın hiyləgərliyi ilə Quranları nizələrin başına keçirib onları Quranın hökmünə dəvət etdi və sülh və barışıq edilməsini istədi. Buna görə də İraq qoşununun bəziləri Şam qoşununun düz deməsinə inandığı üçün, bəziləri müharibədən yorulduğuna görə, bəziləri isə özünü zahirdə itaətkar göstərməsinə baxmayaraq, batində İmam əleyhis-salamla düşmənçiliyinin olması səbəbindən onların Qurana dəvətlərini bəhanə edərək birlikdə o Həzrətin yanına gəlib dedilər: Gərək müharibədən əl çəkərək Malik Əştər və digər döyüşçüləri vuruşmadan geri qaytarasan. Belə olmasa, səni də Osman kimi öldürəcəyik. İmam əleyhis-salam Malik və digərlərinin döyüş meydanlarından qayıtmaları göstərişini verdi və onlar da qayıtdılar. Ondan sonra bunları buyurmuşdur.   Halbuki Qurani-Kərimin Əraf surəsinin 32-ci ayəsində buyurur: قُلْ مَنْ حَرَّمَ زِينَةَ اللّهِ الَّتِيَ أَخْرَجَ لِعِبَادِهِ وَالْطَّيِّبَاتِ مِنَ الرِّزْقِ De ki: Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur?   Qurani-Kərimdə bu barədə çoxlu ayələr vardır, o cümlədən Tövbə surəsinin 102-ci ayəsində buyurur: وَمِمَّنْ حَوْلَكُم مِّنَ الْأَعْرَابِ مُنَافِقُونَ وَمِنْ أَهْلِ الْمَدِينَةِ مَرَدُواْ عَلَى النِّفَاقِ لاَ تَعْلَمُهُمْ نَحْنُ نَعْلَمُهُمْ سَنُعَذِّبُهُم مَّرَّتَيْنِ ثُمَّ يُرَدُّونَ إِلَى عَذَابٍ عَظِيمٍ Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş münafiqlər vardır. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə (dünyada və qəbr evində) əzab verəcəyik. Sonra qiyamətdə böyük əzaba uğrayacaqlar.    Çünki öyrənmək, artırmaq və bəhrələnmək nadanlıq və naqisliyin tələblərindəndir və vücudu vacib olan deyil, mümkün olan varlığın xüsusiyyətlərindəndir.   Çünki O, cisim olmaqdan, zamandan və hərəkətdən pak və uzaqdır.  Çünki Onun zatı eyni ilə görməsidir və eləcə də görməsi zatının özüdür.  Çünki belə deyil ki, O, nədənsə xəbərsiz olsun və sonra xəbər alsın. Bundan əlavə bir şeydən xəbər almaq nadanlığın tələblərindəndir ki, vacib varlıqda belə bir şey ola bilməz.  Həzrət Peyğəmbərin Həzrət Adəm əleyhis-salama kimi bütün ata-anaları təkallahlı olublar və İmam əleyhis-salamın tam aşkar şəkildə buyurduğu kimi onlar şirk, küfr və günah çirkinliklərinə bulaşmayıblar.  Buna görə də Allahın itaəti yer üzündən birdəfəlik yığışdırılmaz. Əgər bir dəstə onu tərk etsə, digər bir qrup ondan yapışar; əgər bəziləri müxalifət etsələr, digərləri onu himayə edərək onun tələblərinə riayət edərlər.  Buna görə də əgər Allahın lütfü olmasaydı, batilin hücumu və qalib gəldiyi vaxt və haqqın zəiflik və süstlüyü zamanı insanlar Allaha itaətdən, peyğəmbərlərə və onların canişinlərinə tabe olmaqdan əl götürərdilər və ona ürək bağlamazdılar.   Haqq yol hamı üçün aşkardır, sanki iki yol ayrıcında yol gedəni istiqamətləndirmək üçün bələdçi dayanıb. Yaxud yolu göstərən bir nişanə mövcuddur. Buna görə də yolu itirənin üzr və bəhanəsi qəbul olmaz.   Çünki insanın bədən üzvlərindən hər hansı biri onun ölümündən qabaq sıradan çıxsa, o, çətinlik və əziyyətə düşər. Buna görə də Allahın bəndəyə lütfü onun bədən üzvlərini almamışdan canını almasıdır ki, o, yarı ölü-yarı diri qalmasın.  Fitnə-fəsadın baş verməməsi və qarmaqarışıqlıq və süstlüyün yaranmaması üçün sizə, mənə itaət etməyi vacib edib.  Din və dünyada zərər-ziyana səbəb olan şeyi sizə göstərib ədalət və düzlüklə davranmağım vacibdir. Otuz dördüncü xütbədə bu nöqtəyə toxunuldu.  İnsanların çoxu zülm və sitəm yolu ilə gedib onu ədalət sandığı kimi, danışıq zamanı da haqqı dilə çox gətirirlər. Amma əməl zamanı onu həyata keçirmirlər.  Kimin başqasının boynunda haqqı olsa, başqasının da onun boynunda haqqı olar. Məsələn, rəiyyətin valinin boynunda olan haqqı budur ki, o, gərək rəiyyətin işlərinin sahmana salınması istiqamətində çalışsın və ölkənin işlərini nizam-intizama salsın. Valinin rəiyyətin boynunda olan haqqı isə budur ki, onlar haqq və düzgün yerlərdə valinin göstərişlərinə tabe olsunlar. Arvadın ər boynundakı haqqı, ərin onun dolanışığını təmin etməsidir. Ərin arvadın boynunda olan haqqı isə onun ərə tabe olmasıdır.   Buna görə də əgər yaratdıqları Ona itaət etməsələr, O, yaratdıqlarını itaətə məcbur etmək qüdrətinə malikdir. Necə ki, Qurani-Kərimin Yunus surəsinin 99-cu ayəsində buyurur: وَلَوْ شَاء رَبُّكَ لَآمَنَ مَن فِي الْأَرْضِ كُلُّهُمْ جَمِيعًا أَفَأَنتَ تُكْرِهُ النَّاسَ حَتَّى يَكُونُواْ مُؤْمِنِينَ Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?! Yəni, sənin kimisə məcburi şəkildə mömin etmək qüdrətin yoxdur.  Buna görə də əgər bəndələrin əməllərinə mükafat verməsə, yenə də adildir. Çünki bütün həyatı boyu Ona pərəstiş edən bəndə, Onun nemətlərinin ən kiçiyinin belə haqqını əda etməyib.  Necə ki, Qur'ani-Kərimin Nisa surəsinin 173-cü ayəsində buyurur: فَأَمَّا الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ وَيَزيدُهُم مِّن فَضْلِهِ وَأَمَّا الَّذِينَ اسْتَنكَفُواْ وَاسْتَكْبَرُواْ فَيُعَذِّبُهُمْ عَذَابًا أَلِيمًا وَلاَ يَجِدُونَ لَهُم مِّن دُونِ اللّهِ وَلِيًّا وَلاَ نَصِيرًا Allah iman gətirənlərin və yaxşı işlər görənlərin mükafatlarını büsbütün verəcək, üstəlik Öz fəzl və kərəmindən onlar üçün artıracaqdır. Amma iman gətirməyi özlərinə sığışdırmayanları və yaxşı əməldən uzaqlaşıb lovğalıq edənləri acı bir əzaba düçar edəcəkdir. Onlar özlərinə Allahdan başqa nə bir dost, nə də bir yardım edən tapacaqlar!  Məsələn, arvad əri müqabilində ancaq ərinə tabe olduğu zaman dolanışıq xərci haqqına malik olur. Atanın övladın boynunda olan haqqı, ağanın nökər, qonşunun qonşu, qohumun qohum və bu kimi digər haqlarda da məsələ belədir.  Çünki onda fitnə-fəsad ümumi və kütləvidir. Digər haqlarda isə cüzidir.   Buna görə də heç kəs güman etməməlidir ki, başqasına öyüd-nəsihət vermək və yardım göstərməkdə Allaha layiq olan şeyin haqqını yerinə yetirib.  Buna görə də haqqın əda edilməsində qədir-qiymətsiz insanlardan kömək istənilməsinə ehtiyacın olmamasını və ya onlara kömək etməyin gərəksizliyini güman etmək olmaz. Çünki hökumət və xalqın tərəqqisi böyük və kiçiyin, eləcə də zəif və güclünün köməyi nəticəsindədir.  Çünki böyük bir iş görmüş və ya Allahın nailiyyət qazandırdığı bir şəxsin təriflənməyi sevməsi, fitri bir şeydir.   İmam əleyhis-salamın burada imamın məsum və pak olmasına baxmayaraq, özü üçün səhv etməyi mümkün hesab etməsindən məqsəd, o Həzrətin məsumluğunun Allah-təalanın nemətlərindən biri olmasını etiraf etməsidir.  Din, dünya və axirət işlərində nadanlıqdan sonra Allah Həzrət Peyğəmbəri (səlləllahu əleyhi və alih) göndərərək bizi hər şey ilə tanış etdi.   Sənin haqqı əldə etməyin və ya əldən çıxarmağın eynidir. Buna görə də əgər vali olsan sənin hakimiyyətin haqdır. Həmçinin əgər səndən başqası vali olsa, o da haqdır.   Cəməl əhli Bəsrəyə daxil olduqdan sonra oranın əhalisinin bir hissəsi o Həzrətlə olan beyətlərini pozdu.  Şərhçilərin fərqli nəzərlərinə əsasən ana tərəfdən Əbdül Mənafa çatan Təlhə və Zübeyrdən və ya digərlərindən.   Döyüş meydanında cəld və çevik olun, yaxud günahdan çəkinərək uzaq olun.  Səfərdə olan şəxs dostları ilə belə qərara gəlir ki, axşam tez yola düşsün və səhərisi gün istinin şiddəti artmamış evinə çatsın. Amma axşam düşən kimi şirin yuxu ona qalib gəlir və həmin qərarları yox edir.  Süst iradəli insanlar gündüz hansısa bir işi axşam görmək qəsdinə düşərlər. Amma axşam, qaranlıq hər yeri bürüyəndə, öz fikirlərinə göz yumaraq qəflət yuxusuna gedərlər. Himmətli insanlar isə öz məqsədlərinə nail olmaq üçün səy və təlaş göstərərək yuxu və rahatlığı özlərinə haram edərlər.    Bu surənin nazil olma səbəbi barəsində belə deyilib ki: Əbd Mənaf ibn Qusəyy qəbiləsi ilə Səhm ibn Əmr qəbiləsi öz qəbilə üzvlərinin saylarının çox olmasına görə bir-birilərinə öyünürdülər. Hər iki qəbilə öz adamlarını saydıqdan sonra Əbd Mənaf tayfasının adamlarının sayı çox gəldi. Bundan sonra Səhm ibn Əmr tayfası dedi: Bizim adamlarımızın çoxu cahiliyyət dövründə öldürüldüyü üçün biz həm ölüləri, həm də diriləri sayacağıq. Bu cür saydıqdan sonra onların qəbilə üzvlərinin sayı çox gəldi. Deyirlər ki, onlar qəbristanlığa gedib orada ölüləri sayıblar.  Torpağın altında çürüyərək dağılmış, nalayiq əməllərinin girovunda olan ölüdən ibrət götürmək lazım olduğu halda, onlar qəflət və xəbərsizliyin çoxluğundan həmin ölülərlə öyündülər.  Çünki gündüzlə gecə diriləri ölülərə çatdırır, sanki sizə ölüm xəbəri verib və sizin ayrılığınıza ağlayaraq nalə edir.  Ölümdən qiyamət başlanana kimi dünya ilə axirət arasında keçid rolunu oynayan və nəzərimizdən gizlin olan aləmin.   Necə ki, Quranı Kərimin Şura surəsinin 7-ci ayəsində buyurur: وَكَذَلِكَ أَوْحَيْنَا إِلَيْكَ قُرْآنًا عَرَبِيًّا لِّتُنذِرَ أُمَّ الْقُرَى وَمَنْ حَوْلَهَا وَتُنذِرَ يَوْمَ الْجَمْعِ لَا رَيْبَ فِيهِ فَرِيقٌ فِي الْجَنَّةِ وَفَرِيقٌ فِي السَّعِيرِ Hər bir peyğəmbərə onun öz tayfasının dilində vəhy etdiyimiz kimi Quranı sənə ərəb dilində göndərdik ki, Məkkə əhlini və onun ətrafında olanları əzabdan qorxudasan və gəlməsində heç bir şəkk-şübhə olmayan və hamının (hesablarının araşdırılması üçün) bir yerə toplaşacağı qiyamət günündən çəkindirəsən; yaxşı əməl sahibləri Cənnətə, pis əməl sahibləri isə Cəhənnəmə gedəcəklər.    Allahın zikri çıraq kimi onların göz, qulaq və qəlblərini işıqlandırıb. Buna görə də Ondan başqa bir şey görmür, Onun əmr və qadağalarından başqa bir söz eşitmir və O istədiyindən başqa şeyə ürək bağlamırlar.    Çünki Onun Sənin kərəmin məni məğrur etdi deməsi düz deyil. Ona görə ki, kərəm günah və naşükürlük edilməsini deyil, itaət və şükr edilməsini tələb edir. Ayənin Səni intiqam alan Rəbbinə qarşı aldadan, məğrur edən nədir? buyurmamasının səbəbi, kərim olan Rəbbə qarşı itaətsizlik edilməməsinin zəruriliyini bildirmək üçündür. Əgər insan məni şeytan aldatdı, məğrur etdi desə ona cavab veriləcək ki: Məgər biz Qurani-Kərimdə Şeytana tabe olmayın ki, o sizin aşkar düşməninizdir deməmişdik? Əgər nadanlıq məni məğrur etdi desə cavabında deyiləcək ki: Məgər bizim hökmlərimizi sizə öyrətmək üçün peyğəmbərlər göndərməmişdik? Qısası üzr və bəhanə gətirmək yolu bağlıdır.  Və buna görə də fani dünyanın ləzzət və sevincini əbədi səadət və Cənnətdən üstün tutub.   Buna görə də dünya məni aldatdı deməməlisən. Çünki əgər dünya səni aldatsaydı, ibrətlərini səndən gizlədərdi. Bu kəlam Allah-təalanın Qurani-Kərimin Casiyə surəsinin 35-ci ayəsindəki وَغَرَّتْكُمُ الْحَيَاةُ الدُّنْيَا dünya həyatı sizi aldatdı buyuruğu ilə ziddiyyət təşkil etmir. Çünki dünyanın aldatmasının mənası əslində ona aldanmaqdır.   Münafiq, ikiüzlü və İmam əleyhis-salamın düşmənlərindən olan və o Həzrətin də düşmən bildiyi Əşəs ibn Qeys (nəzərdə tutulur).   Bu iki sifət məzəmmət edilmiş sifətlərdəndir və böyük günahlardan sayılır. Çünki bir şey verəni mədh etmək Allahdan başqasına üz tutmaq və Ona şərik qoşmaqdır. Nə çox bəxşiş edən adamlar var ki, dövrün pislərindəndirlər. Bir şey verməyən kəsi pisləmək də rəva və düzgün deyil. Çünki ola bilər ki, o yaxşı insanlardan biridir və bir şey verməməsinin üzrlü səbəbi var.  Onun həyatı ölümə, varlılıq və zənginliyi yoxsulluğa, sevinci kədərə, sağlamlığı xəstəliyə, güclülüyü zəifliyə və hörmətliliyi xarlığa çevrilir.     Buna görə də tam meyl və rəğbətlə edilmiş, sevincin çoxluğundan hamının özündən çıxdığı beyətlə müxalifət etməməli və onu pozmamalısınız.   Əgər bir neçə gün birinə üz tutub ona bir şey versə, tez arxa çevirər və verdiklərini geri alar.   Natiqləşməz, yəni, əgər birinin danışıq bacarığı olmasa, danışıq və söz də onun dilinə gəlməz, necə ki, əgər birinin yerimək qüdrət və bacarığı olmasa, ayaq öz-özünə yol getməz.   Çünki hər bir peyğəmbərdən sonra ondan sonrakı peyğəmbərə vəhy nazil olurdu. Amma sən peyğəmbərlərin sonuncusu olduğun üçün sənin vəfatından sonra heç kəsə vəhy nazil olmayacaq.   Çünki dərk edilmək, əhatə olunmaq, görünmək və örtülmək cismin xüsusiyyətlərindəndir.  Çünki yaranmış məxluq onu yaradan qədim varlığa möhtacdır. Həmin yaradanın özünün yaranmış olması və ya qadir olmaması mümkün deyil. Çünki belə olan surətdə o, yaradan olmağa layiq olmaz.  Çünki bənzəri olmaq mümkün varlıq olmağı tələb edir və bu xüsusiyyət vacib varlıqda yoxdur. Bu məsələnin bəyanı yüz əlli ikinci xütbənin şərhində keçdi.  Onları hikmət əsasında yaradıb və onlara təyin etdiyi yaradılış və şəriət qanunlarını ədalətlə müəyyənləşdirib.  O, ədəd biri deyil ki, azlıq, başlanğıc və çox hissə sifətləri ilə vəsf edilsin, bəlkə çoxluğu olmayan və onun üçün ikinci fərz edilməyən həqiqi birdir.  Düşüncədən, mümkün varlıqlar barəsində etdiyi əhatə etmək və fikrə gətirmək işini yaradan barəsində də edib-etməməsi hökmünü verməsini istəyib. Düşüncə də dilə gəlib deyər ki, Allah düşüncəyə gəlməkdən pak və uzaqdır.   Xülasə, Allah-təalanın böyüklüyü cisimlərin böyüklüyü kimi deyil ki, O nəhayətə və kənara malik olsun və çox böyük, uzun və enli olsun.  Bu səbəbdən, haqq yoldan çıxaraq Allahın qüdrətinin nişanələri haqqında düşünmür və Onun nemətlərinin şükrünü yerinə yetirmirlər.   Xülasə, varlıqların hər birinin yaradılışındakı fərqlər dəqiqdir və onların şəkillərinin müxtəliflik səbəbinin aydınlaşması çətindir. Onların hər birində incə və zərif hikmətlər mövcuddur. Qarışqa və fil, dağ və saman və səhra və dənizdə olan bütün kiçik və böyük varlıqları Hikmət sahibi olan Yaradan hikmət əsasında həmin fərqlər və müxtəlifliklərlə yaradıb və onların uca Yaradana möhtac olmalarında fərq yoxdur.  Bu məxluqatın hər birinin yaradılışının qəribəliyində dərindən fikrə dalıb düşünün və onlarda hansı incə hikmətlərin gizləndiyinə diqqət edin ki, bunların hamısı yaradanın olmasına və mövcudluğuna dəlildir.   Çünki hiss və ya ağıl ilə işarə edilən şey məhduddur və məhdudluq cismin xüsusiyyətlərindəndir. Birinci xütbənin şərhində bu məsələyə toxunulub.  Allah isə yaradılmış deyil. Çünki yaradılmış yaradana möhtacdır və möhtaclıq vücudu vacib olan varlıq deyil, mümkün olan varlığın xüsusiyyətlərindəndir. Buna görə də Allah-təala zatı ilə tanınmır, bəlkə Onu nişanə və əlamətləri ilə tanıyırlar.  Çünki başqası ilə var olan məkana möhtacdır və möhtac olan hər bir şey mümkün varlıqdır. Və hər bir mümkün varlıq nəticədir. Buna görə də vacib varlığın başqası ilə var olması münasib deyil, əksinə, hər bir şey onun vasitəsi ilə mövcuddur.  Çünki O, əzəlidir, zaman isə hadis və sonradan yaranmış. Hadis əzəli ilə yoldaş olmaz. Ona görə ki, yoldaşlıq birgə olmağı tələb edir.   Buna görə də Allah-təaladan başqa hər bir şey barəsində وُجِدَ هَذا مُنْذُ زَمانِ كَذا bu, filan zamandan meydana çıxıb deyilə bilər.  Buna görə də hər hansı bir şey barəsində وَ قَدْ يَكُونُ كَذا yaxın keçmişdə belə idi və ya bəzən belə olur demək olar.  Necə ki, Allahdan başqası barəsində لَوْ لا خالِقُهُ لَما وُجِِدَ əgər onu yaradan olmasaydı, o mövcud olmazdı deyilir.   Çünki əgər görünsə, həmin alət və vasitələr kimi olar və onlar kimi yeni yaranmış və başqasına möhtac olar.  Çünki cisim hərəkət və durğunluqla vəsf edilir. Hər bir cisim isə mürəkkəbdir və mürəkkəb hissələrdən ibarətdir.   Çünki dəyişmək və zavala uğramaq vacib varlığın deyil, mümkün varlığın xüsusiyyətlərindəndir.  Çünki bunun nəticəsi yerdəyişmə və hərəkətdir ki, o da hadis olmaq və yeni yaranmağa dəlalət edir. Buna görə də Qurani-Kərimdə deyildiyi kimi Həzrət İbrahim əleyhis-salam ulduz, ay və günəşin itməsini və batmasını onların Rəbb olmamalarına dəlil gətirir. Ənam surəsinin 76-79-cu ayələrində buyurulur: فَلَمَّا جَنَّ عَلَيْهِ اللَّيْلُ رَأَى كَوْكَبًا قَالَ هَـذَا رَبِّي فَلَمَّا أَفَلَ قَالَ لا أُحِبُّ الْآفِلِينَ فَلَمَّا رَأَى الْقَمَرَ بَازِغًا قَالَ هَـذَا رَبِّي فَلَمَّا أَفَلَ قَالَ لَئِن لَّمْ يَهْدِنِي رَبِّي لَأكُونَنَّ مِنَ الْقَوْمِ الضَّالِّينَ فَلَمَّا رَأَى الشَّمْسَ بَازِغَةً قَالَ هَـذَا رَبِّي هَـذَآ أَكْبَرُ فَلَمَّا أَفَلَتْ قَالَ يَا قَوْمِ إِنِّي بَرِيءٌ مِّمَّا تُشْرِكُونَ إِنِّي وَجَّهْتُ وَجْهِيَ لِلَّذِي فَطَرَ السَّمَاوَاتِ وَالْأَرْضَ حَنِيفًا وَمَا أَنَاْ مِنَ الْمُشْرِكِينَ (İnsanların bəzilərinin ulduz, ay və günəşə ibadət etdikləri dövrdə) gecə qaranlığı İbrahimi bürüdükdə o, bir ulduz görüb (onlar kimi) bu mənim Rəbbimdir! dedi. Ulduz batdıqda isə: Mən (nəinki ibadət), batanları (heç) sevmirəm söylədi. (Sonra) doğan ayı görüb dedi: Bu mənim Rəbbimdir! Ay batdıqda isə: Doğrudan da əgər Rəbbim məni Özünü tanımağa doğru yönəltməsə mən zəlalətə düşənlərdən olaram, dedi. Elə ki günəşi doğan gördü bu mənim Rəbbimdir, bu (həcm və işıqlılıq baxımından) daha böyükdür dedi. Günəş batdıqda isə dedi: Ey camaatım, mən, həqiqətən sizin Allaha şərik qoşduqlarınızdan uzağam. Mən müsəlman olaraq bütpərəstlik və şirkdən uzaq olub müşrik olmayan halda göyləri və yeri yaradana üz tuturam.  Xülasə, Onun hissəsi, xassəsi, bir qismi yoxdur. Eləcə də Onunla birgə heç bir şey yoxdur, istər hissə kimi daxilində olsun, istərsə də xassə kimi xaricində. Çünki bunların olmasının nəticəsi, Onun tərkibə malik olması, mürəkkəbliyidir və bu, vacib varlıqda qeyri-mümkündür.   Çünki əgər Ona bənzər təsəvvür etsək, o ya vücudu mümkün olan varlıq olacaq, ya da vacib olan varlıq. Əgər vücudu mümkün olan varlıq olsa, onda o, var olmaq baxımından Ondan sonradır və buna görə də Onun bərabər və bənzəri ola bilməz. Əgər vücudu vacib olan varlıq olsa, bu onun birliyi və təkliyi ilə ziddiyyət təşkil edir və onun nəticəsi həmin varlığın mürəkkəb olmasıdır. Çünki hər nə Ona oxşar olsa, iki hissədən ibarətdir, biri birlik, digəri isə fərqlilik cəhətindən. Bütün mümkün varlıqların mənşəyi olan vacib varlığın mürəkkəb olması isə qeyri-mümkündür.  Əgər Allah istəməsə, heç kəs nəinki ağcaqanadı yox edə, heç tuta da bilməz. Deyirlər ki: Ağcaqanad yaradılışında fil kimidir, amma onun bədən üzvləri filinkindən çoxdur. Çünki filin dörd ayağı, xortumu və quyruğu olduğu halda ağcaqanadın bunlardan əlavə iki ayaq və dörd qanadı da var ki, həmin qanadlarla uçur. Filin xortumunun içi boş və deşik deyil. Amma ağcaqanadın xortumu deşikdir və onu insanın bədəninə batıranda onunla qan içir. Deməli, ağcaqanadın xortumu onun hulqumu yerindədir.    Çünki fələklər olmayan təqdirdə məkan da vücuda malik olmur. Hamısının mənası bir olan vaxt, an və zaman da fələyin hərəkətinin miqdarından ibarətdir. Buna görə də fələk olmayan surətdə zamanın mövcud olması üçün hərəkət də yoxdur.  Xülasə, hər bir şey yox olacaq, hətta bütün kainat yox olandan sonra qalacağı güman edilən vaxt və zaman. İmam əleyhis-salamın Naqisliklərdən pak və uzaq olan Allah dünya məhv olandan sonra tək qalar cümləsindən sonra olan buyuruqları aşkar şəkildə qiyamətdən qabaq bütün şeylərin zatının yox olacağını bəyan edir. Qurani-Kərimin Ənbiya surəsinin 104-cü ayəsində buyurulur: كَمَا بَدَأْنَا أَوَّلَ خَلْقٍ نُّعِيدُهُ İlk dəfə yaratdığımız kimi onu qaytaracağıq. Varlıqları yoxluqdan yaratdığı kimi onları qaytarmaq da yoxluqdan olacaqdır. Buna görə də şeylərin yox olmalarından məqsəd onların hissələrinin dağılmasıdır, çünki yox olmuş şeyi qaytarmaq qeyri-mümkündür demək mübahisəli bir məsələdir. Bu kitab ümumi kütlənin mütaliəsi üçün nəzərdə tutulduğuna görə həmin məsələnin burada geniş şəkildə açıqlanması münasib deyil.  Allah varlıqları onlardan icazə istəmədən yaratdığı kimi, onları yox etməkdə də icazə istəmir. Onlar yaradılarkən imtina edə bilmədikləri kimi, yox olmaqdan da - ki, təbii olaraq hamı ondan qaçır, - imtina etmək qüdrətinə malik deyildirlər. Büna görə də əgər onlar bacarsaydılar, imtina edərək həmişə qalardılar.  Çünki bütün bu məsələlər mütləq kamala malik olmayan və hər cəhətdən naqis və başqasına möhtac olan mümkün varlıqlara aiddir. Həmçinin heç kəs belə güman etməməlidir ki, zatda naqislik nəticəsini verən hədəfsizlik, Allahın işlərinin heç bir hədəf və məqsədinin olmamasından xəbər verir. Əksinə, Allahın işlərinin hədəf, xeyir, hikmət və mənfəətləri var, amma onların nəticəsi yaradılmışlar üçündür. Çünki Allah-təala bihudə və puç iş görməkdən pak və uzaqdır, necə ki, Qurani-Kərimin Ənbiya surəsinin 16-17-ci ayələrində buyurulur: وَمَا خَلَقْنَا السَّمَاء وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ لَوْ أَرَدْنَا أَن نَّتَّخِذَ لَهْوًا لَّاتَّخَذْنَاهُ مِن لَّدُنَّا إِن كُنَّا فَاعِلِينَ Biz göyü, yeri və onların arasında olanları oyun üçün yaratmadıq. Əgər Biz Özümüzə əyləncə etmək istəsəydik (belə bir iş görmək Bizə layiq olsaydı), onu mütləq Öz dərgahımızdan edərdik (və onda mümkün varlıqlara möhtac olmazdıq).   Yaxud məqsəd nalayiq və alçaq adamların böyük və yaxşı insanlardan qabağa düşməsidir ki, kiçiklərin hər iki mənada qabağa düşmələri pis və səhv bir işdir. Çünki din və dünya işlərinin xarab olmasına və onlara xələl gəlməsinə səbəb olur. Deyirlər ki, uzaqgörən bir filosofdan soruşurlar ki: Sasanilər dövlətinin məhv olmasına nə səbəb olub? Cavab verir ki: Onlar kiçik insanları öhdəsindən gəlmədikləri böyük işlərə təyin etdilər və həmçinin böyük şəxsləri etina etmədikləri kiçik işlərə məcbur etdilər. Bu səbəbdən işlərinin nizam-intizamı bir-birinə dəydi və birlikləri dağıldı.  Çünki onda mallar şübhəli və niyyətlər çirkin olacaq, yoxsullar bir şeyi məcburiyyətlə alacaqlar və varlılar naçarlıqdan və ya riyakarlıq və özlərini göstərmək üçün bir az verəcəklər.  Bu cümlə Məhəmməd əhli-beytindən olan on ikinci imamın - Allah onun zühurunu tezləşdirsin - zühurundan qabaq baş verəcək fitnələrə işarədir ki, həmin vaxt möminlərə çox çətin keçəcək və o Həzrət zühur edənə kimi həmin fitnələrdən qurtulmaq mümkün olmayacaqdır.  Çünki möminin nəzər və düşüncəsi nəfsi istəklər və fitnəkarlığın əleyhinədir. Müsəlman olmayanın və münafiqin nəzər və düşüncəsi isə ona uyğundur.   Sizi cəzalandırmaqda tələsməyib ki, bəlkə tövbə edərək qayıdarsınız. Çünki əfv, bağışlama və mərhəməti cəza və qəzəbini qabaqlayıb. Bu da Onun, bəndələrinə əta etdiyi digər bir böyük nemətdir ki, əgər insanları günahlarına görə cəzalandırsaydı, yer üzündə heç kəs sağ qalmazdı. Necə ki, Qurani-Kərimin Nəhl surəsinin 61-ci ayəsində buyurur: وَلَوْ يُؤَاخِذُ اللّهُ النَّاسَ بِظُلْمِهِم مَّا تَرَكَ عَلَيْهَا مِن دَآبَّةٍ وَلَكِن يُؤَخِّرُهُمْ إلَى أَجَلٍ مُّسَمًّى فَإِذَا جَاء أَجَلُهُمْ لاَ يَسْتَأْخِرُونَ سَاعَةً وَلاَ يَسْتَقْدِمُونَ Əgər Allah insanları günahlarına, haqsızlıqlarına görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin Allah onlara müəyyən müddət möhlət verər. Əcəlləri gəlib çatdıqda isə onlar bircə saat belə nə yubanar, nə də tələsərlər.  Çünki bir yerə qalxmaq və düşmək ixtiyar və istək ilə olmalıdır. Buna görə də ölülərin çiyinlərdə aparılmaları və qəbirlərə qoyulmaları onların özlərinin dərk etmələri ilə şüurlu surətdə olmadığı üçün demək olmaz ki, onlar çiyinlərə qalxmışdılar və qəbirlərə düşüb daxil olmuşdular.  İbadətin çətinliklərinə səbr etmək və günahdan uzaqlaşmaqla özünüzü axirət nemətlərinin və əbədi Cənnətin ləzzətlərinə layiq edin ki, o nemətlərin dünya nemətləri ilə birgə olması nəticəsində Allahın nemətlərindən tam bəhrələnmiş olasınız.   Çünki ola bilər ki, dünyadan köçməmişdən onun imanı sabitləşərək bərqərar olsun və o, öz çirkin əməlinə görə tövbə edərək haqqa qayıtsın. Buna görə də onun özünə ikrah hissi ilə yanaşmaq və ondan uzaqlaşmaq yaxşı deyil, bəlkə gərək onun əməlinə ikrahla yanaşılsın və həmin əmələ nifrət bəslənilsin.  Deməli, hicrətin vacib olması ancaq Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) zamanına aid deyil və onun mənası təkcə Məkkədən Mədinəyə getmək deyil. Bəlkə o Həzrətin xəlifə və canişinlərinə tərəf hicrət etmək də vacibdir. Çünki hicrətdən məqsəd zəlalət və azğınlığı tərk etməkdir və bu ancaq Həzrət Peyğəmbərin xəlifə və canişinləri olan din imamlarının - onların hamısına Allahın salamı olsun - hidayət və istiqamətləndirmələri ilə mümkündür. Buna görə də onlara tərəf hicrət etmək elə o Həzrətə doğru hicrət etmək deməkdir. Xülasə, hicrət bütün zaman və vaxtlarda özünün əvvəlki vaciblik dərəcəsində qalmaqdadır.  Hicrət məsələsi və digər şəri vəzifələrdən məqsəd Allahın hansısa xeyir və mənfəət əldə etmək və ya zərər-ziyanı Özündən uzaqlaşdırmaq istəməsi deyil, bəndələrin onlardan faydalanmaları və qiyamət gününün əzabından nicat tapmalarıdır. Çünki O, mütləq zəngin və həqiqi ehtiyacsızdır.  Öz zəmanəsinin imamını tanımayınca kiminsə hicrət etməsini və zəlalət və azğınlıqdan çıxmasını demək olmaz. Çünki İmam əleyhis-salamın yol göstərməsi və bələdçiliyi olmadan azğınlıqdan hidayətə hicrət etmək mümkün deyil.  Həmin şəxs azğınlıqdan hidayətə hicrət edib, hətta öz vətənindən xaric olmasa belə. Bu cümlə açıq aydın şəkildə dediyimiz bu mətləbi təsdiqləyir ki, hicrətin vacib olması ancaq Həzrət Peyğəmbərin zamanına aid deyil və onun mənası Məkkədən Mədinəyə hərəkət etmək deyil.  Əgər Allahın höccətinin dəlil-sübut olması xəbəri kiməsə çatsa və həmin şəxs onu qəbul etməsə, bu işdən qafil olub təqsirli sayılmayan zəif və acizlərdən olmasını güman etməməlidir. Çünki höccətin dəlil olması xəbəri ona çatıb və o, bunu qulaqları ilə eşidərək qəlbi ilə dərk edib. Buna görə də həmin şəxs, hətta öz vətənində olsa belə, üzrlü sayılmır.   Mənim dini elm və maarifə diqqətim dünyəvi işlərdən çoxdur. Qeyd etmək lazımdır ki, ağıl və tarixin hökmünə əsasən Həzrət Peyğəmbərdən sonra Əli ibn Əbu Talib və məsum imamlar əleyhimus-salamdan başqa heç kəsdə سَلُونِى قَبْلَ أَنْ تَفْقِدُونِى məni itirməmişdən qabaq məndən soruşun demək cürəti olmayıb və yoxdur. Doxsan ikinci xütbənin şərhində bu məsələyə toxunulub və onun dəlili bəyan edilib.   Çünki nemətə görə şükr etmək firavanlığa, nankorluq etmək isə ağır əzaba səbəb olur.  Həzrət Peyğəmbərin göndərilməsi insanları Allahın dininə və Ona itaətə çağırış olduğu üçün o Həzrətin dəvətini qəbul etməyiniz təqva və Allah qorxusu ilə vacibi əməlləri yerinə yetirərək haramların ətrafına belə fırlanmamağınız ilə olmalıdır  Nə qədər ki, ölüm gəlib çatmayıb Allah və Peyğəmbərin göstərişlərinə uyğun davranaraq şeytandan və pis işlərə əmr edən nəfsdən uzaq olun, çünki o gələndən sonra yol bağlanacaqdır  Ölüm gəlib çatmamışdan elə bir iş görün ki, ondan sonrakı çətinliklərə düçar olmayasınız və əlinizin tezliklə üzüləcəyi dünyaya ürək bağlamayın.   Allah və Peyğəmbərin göstərişinə tabe olun ki, əbədi səadət və xoşbəxtliyi əldə edəsiniz. Həmçinin onlardan qafil olmayın ki, bədbəxt olarsınız.   Çünki günahlardan xilas olmaq tövbə etməklə və həmin yoldan qayıtmaqla mümkündür. O da əvəz verilmə evi olan axirətdə deyil, vəzifə və əməl evi olan dünyada mümkündür.  Allahın göstərişinə zidd davranmayın və heç bir işdə fikirləşib-düşünməmiş və onun xeyir-ziyanını araşdırmamış, yersiz olaraq özünüzü çətinliklərə düçar etməyin.  Xülasə, imkan və gücünüz olmadan və ya ölmək üçün mənəvi mənfəət nəzərdə tutmadan düşmənlə döyüşə başlamayın. Çünki döyüşmək niyyəti və onlara nifrət bəsləmək də Allah yolunda cihad etmək və ölmək hökmündədir.    Allah vacibləri yerinə yetirmək və qadağan edilmişləri tərk etməkdən ibarət olan təqvanı Öz haqqı və nemətlərinin şükrünün yerinə yetirilməsi vasitəsi təyin edib.   Şeytana və pis işlərə əmr edən nəfsə tabe olub dünyada bədbəxt halda qalmış və ya istədiyi xeyri əldə edə bilməmiş və axirətdə əbədi əzaba düçar olan şəxsdən.  Varlıları var-dövlətlərinə görə böyük sanmayın. Çünki var-dövlətə görə hörmət göstərmək təqva və pərhizkarlığa ziddir.  Xülasə, dünyada pənah aparmaq üçün bir sığınacaq və daldalanacaq yoxdur. Həmçinin insanı özündə saxlayıb kənara atmayan bir mənzil yoxdur. Orada zirəklik və bir-birinə arxa olmağın da xeyri yoxdur.   Qasiə kəlməsinin kökü olan قَصْع qəs kəlməsi lüğətdə gövşəmək mənasındadır. Deyirlər ki: Bu xütbənin Qasiə adlandırılmasının səbəbi budur ki, İmam əleyhis-salam onu Kufə əhlinə buyurarkən gövşəyən bir dişi dəvəyə minibmiş. Digər bir dəstə isə deyib ki: Qəs lüğətdə təhqir etmək və alçatmaq mənasında da gəlib. Buna görə də onun bu cür adlandırılmasının səbəbi, o Həzrətin onda şeytanı təhqir etməsi, alçaltması və xar etməsidir. Xütbənin adı barəsində digər səbəblər də deyilib. Amma həqiqətə ən yaxın nəzər birinci, onların ən gözəli isə ikinci nəzərdir.  Necə ki, Qurani-Kərimin Zumər surəsinin 60-cı ayəsində buyurur: وَيَوْمَ الْقِيَامَةِ تَرَى الَّذِينَ كَذَبُواْ عَلَى اللَّهِ وُجُوهُهُم مُّسْوَدَّةٌ أَلَيْسَ فِي جَهَنَّمَ مَثْوًى لِّلْمُتَكَبِّرِينَ Qiyamət günü Allaha qarşı yalan uydurub Onun əmrinə tabe olmayanların üzlərini qapqara görərsən. Məgər Cəhənnəmdə təkəbbür göstərənlər və itaətsizlik edənlər üçün yer yoxdur?! Həmçinin Nəhl surəsinin 29-cu ayəsində buyurur: فَادْخُلُواْ أَبْوَابَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا فَلَبِئْسَ مَثْوَى الْمُتَكَبِّرِينَ Haydı, girin əbədi qalacağınız Cəhənnəmin qapılarına (dərinliklərinə və dibinə). Təkəbbürlülərin yeri necə də pisdir!  Onların ilahi əmrə tabe olanın nicat tapan, müxalifət edənin isə əzaba düçar olan olmasını bilmələri üçün, onlarla imtahan edib sınayan kəslər kimi davrandı. Yoxsa məqsəd Özünün nəyisə bilmək üçün mələkləri imtahan etməsi deyildi. Çünki bu mənada olan imtahan və sınaq Onun barəsində qeyri-mümkündür, necə ki, altmış ikinci xütbənin şərhində bu məsələyə toxunuldu.   İmam Rza əleyhis-salam buyurub ki: Şeytanın adı Haris olub. سُمِّىَ إبْلِيسٌ لِأَنَّهُ أبْلَسَ مِنْ رَحْمَةِ اللهِ O, Allahın rəhmətindən uzaqlaşdığı üçün İblis adlandırılıb. Qeyd etmək lazımdır ki, alimlər arasında şeytanın cinlərdən, yoxsa mələklərdən olması barəsində fikir ayrılığı mövcuddur. Düzgün nəzər onun cinlərdən olmasıdır. İmamiyyə alimləri də bu nəzərdə yekdildirlər. Bu nəzər Şeyx Mufiddən (əleyhirrəhmə) də nəql edilib və bu barədə məsum imamlar əleyhimus-salamdan nəql edilmiş mütəvatir hədislər də mövcuddur. Qurani-Kərimin özü də aşkarcasına bu mənanı təsdiqləyir. Kəhf surəsinin 50-ci ayəsində buyurur: وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ كَانَ مِنَ الْجِنِّ Xatırla ki, bir zaman mələklərə: Adəmə səcdə edin!-dedik. Beləliklə, İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən idi. Ayədəki istisna şeytanın mələklərdən olmasına dəlil deyil. Çünki o, cinlərdən idi cümləsi aşkarcasına bu mətləbə dəlalət edir ki, burada və Qurani-Kərimin bu barədəki digər yerlərində olan istisna, istisnanın kəsik növündəndir. Yəni, istisna olunan şeyin, istisna olunduğu şeylərlə cinsi bağlılığı yoxdur.  Necə ki, Qurani-Kərimin Hicr surəsinin 34-35-ci ayələrində buyurur: قَالَ فَاخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ وَإِنَّ عَلَيْكَ اللَّعْنَةُ إِلَى يَوْمِ الدِّينِ Allah buyurdu: Cənnətdən çıx ki, sən qovuldun və sən qiyamət gününə kimi lənətlənmişsən.  Necə ki, Qurani-Kərimin Sad surəsinin 85-ci ayəsində buyurur: لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنكَ وَمِمَّن تَبِعَكَ مِنْهُمْ أَجْمَعِينَ Cəhənnəmi sən və insan və cinlərdən sənin ardınca gedənlərin hamısı ilə dolduracağam.   İmam əleyhis-salamın burada şeytanı mələk adlandırmasının səbəbi onun göylərdə olması və mələklərlə qaynayıb-qarışmasıdır.  Allahın hökmləri hamı barəsində yeksandır. Buna görə də şeytanın adi bir itaətsizliyə görə Allahın dərgahından qovulmasını demək olmaz. Bilmək lazımdır ki, kimliyindən və harada olmasından asılı olmayaraq müəyyənləşdirilmiş ilahi vəzifədən boyun qaçıran hər bir kəs Allahın rəhmətindən kənarda qalacaq və əzaba düçar olacaqdır.  Çünki dünya əhli günah və itaətsizlik edərək şeytanın malik olduğu təkəbbürlülük və özünü öymək xəstəliyinə düçar oldular. Beləliklə, onun nadanlıq və güman əsasında etdiyi iddianı düz çıxartdılar.  Xülasə, şeytan və onun qoşunu pis işlərə əmr edən nəfsin istəklərini və günahları sizin gözünüzdə gözəlləşdirərək sizi bədbəxtlik tələsinə salıb əzaba sövq edir.   Buna görə də siz təvazökarlığı öz qoşununuz edərək onlarla vuruşun.  Qardaşının ölməsi nəticəsində avara-sərgərdan qaldı. Peşmançılıqdan məqsəd onun qardaşını öldürməsindən peşman olması deyil. Çünki əgər qardaşını öldürdüyü üçün peşman olmuş olsaydı, bu, onun etdiyi günahdan tövbəsi olardı və əzabda qalmazdı.  Necə ki, Qurani-Kərimin Maidə surəsinin 31-32-ci ayələrində buyurur: فَأَصْبَحَ مِنَ النَّادِمِينَ مِنْ أَجْلِ ذَلِكَ كَتَبْنَا عَلَى بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَن قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الْأَرْضِ فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا (Qabil Habili öldürəndən sonra) peşman olmuşdu. Buna görə də İsrail oğullarına hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur.  Ola bilər ki, İmam əleyhis-salamın burada bu cümlədən məqsədi ümmətin Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra onunla müxalifət etməsi və ya Şam əhli və Müaviyənin tərəfdarlarının o Həzrətlə rəftarıdır.   Öyünmək və məğrurluğu onların gözündə yaxşı göstərib və beləliklə, onlar təkəbbürlülük ucbatından peyğəmbərləri təkzib ediblər və düz yola gəlməyiblər.  Birinə sən əcəmsən, yoxsa ərəb; yaxud xorasanlısan, yoxsa tehranlı? demələri kimi ki, bu cür nisbətlər əslində insana deyil, Allaha şamil olur. Çünki həmin şəxsin əcəm və ya xorasanlı olmasında o özü günahkar deyil.  Dünyada onlardan az paya malik olmaları təqdir edilmiş kimsələri xar və həqir hesab etdilər və Allahın onlara əta etdiyi nemətlərlə yoxsullara və kasıblara təkəbbür göstərdilər. Halbuki bu, insafsızlığın son həddidir. Çünki onların hər biri öz payını və qismətini əldə edib. Xalq hörmət göstərərək onu böyük, başçı və rəhbər adlandırır, amma o özünə gəlmir və başa düşmür ki, Allah bu nemətləri ona imtahan və sınaq üçün verib.  Necə ki, cahiliyyət dövrünün ərəbləri öz qəbilələri, ataları və başçıları ilə fəxr edir, öyünürdülər və müharibə zamanı onları adları ilə çağırırdılar. Deməli, onlar müharibə qılıncları kimi idilər. Bunlar da təkəbbür və məğrurluqlarına görə fitnə və çaxnaşma qılıncları kimidirlər.  Çünki nankorluq və naşükürlük və eləcə də paxıllıq nemətin zavala uğramasına səbəb olur. Onlar paxıla ona görə oxşadılıblar ki, paxıl nemətin başqasının əlindən çıxmasını istədiyi kimi, sanki onlar da Allahın neməti müqabilində nankorluq olan məğrurluq və itaətsizliklə özlərinə paxıllıq edirlər və Allahın lütf və ehsanının zavala uğramasını istəyirlər.  Həqiqi din və imanın bayrağı altında əldə etdiyiniz səadət, xoşbəxtlik və asayişinizi əldən çıxararaq zahirdə İslam donu geyinmiş kimsələrə tabe olmaq nəticəsində fitnə, çaxnaşma, qan axıdılması və bədbəxtliyə düçar oldunuz və buna görə də həmişə narahat və nigaransınız.    Fironun bu cür danışmasının səbəbi Şeyx Təbərsinin (rəhiməhullah) Məcməul-bəyan kitabında dediyi kimi, bu idi ki, həmin dövrdə birini ağa və başçı təyin edəndə onu qızıl bilərzik və boyunbağı ilə bəzəyirdilər.  Çünki hər kim bu cür nemət, dəbdəbə və qüdrət ilə Allah tərəfindən bəndələrə göndərilsəydi, heç kəs onun göstərişindən boyun qaçırmazdı və hamı tam təvazökarlıqla onun buyruqlarını yerinə yetirərdi. Belə olan surətdə də gerçək itaətkar və həqiqi günahkar tanınmaz və savab və cəza layiqincə öz yerini tutmazdı.  Çünki belə bir peyğəmbərə tabe olmaq, sınanmışların savab və mükafatının nəsib olmasına səbəb olan imtahan yolu ilə deyil, tamah, hərislik və ya qorxuya görədir.  Çünki hərislik və qorxu üzündən olan İslam, iman və təvazökarlıq bu adlarla adlanmalarına baxmayaraq, həqiqi olmadıqları üçün mənaları ilə uyğun gəlmirlər. Buna görə də Allah peyğəmbərləri bu cür böyüklük, dəbdəbə və qüdrət ilə göndərməyib.  Hər hansı bir düşüncə sahibi onların barəsində fikirləşsə, görər və başa düşər ki, onlar digər yoxsullar kimi dünya nakamlıqlarından qəm-qüssədə deyildirlər, bəlkə qəlbləri qane olmaq və razılıqla güclü və zəngin olan həqiqi varlılardırlar. Həmçinin hər kim onların pərişan hallarını görür və eşidirdisə, zahirdə pərişan, dağınıq və möhtac göründükləri üçün kədərlənirdi.    Alim öz elmi və yoxsul öz kasıblığı ilə şeytanın hiylələrindən olan bu çirkinliklərdən qurtula bilmir. Onda nadan və varlı necə xatircəm ola bilər?   Xülasə, onların təəssübkeşləri əslində səhv olan səbəb və dəlilə əsaslanırdı və onlar nadanlıq və ağılsızlıqları ucbatından özlərinin zahirdə düz və doğru olmalarını güman edirdilər.  Qurani-Kərimin Səbə surəsinin 34-35-ci ayələrində deyildiyi kimi: وَمَا أَرْسَلْنَا فِي قَرْيَةٍ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَا إِنَّا بِمَا أُرْسِلْتُم بِهِ كَافِرُونَ وَقَالُوا نَحْنُ أَكْثَرُ أَمْوَالًا وَأَوْلَادًا وَمَا نَحْنُ بِمُعَذَّبِينَ Biz hər hansı bir məmləkətə qorxudan bir peyğəməbər göndərdiksə, onun naz-nemət içində yaşayan zəngin başçıları ancaq: Biz sizinlə göndərilənləri inkar edirik! dedilər.  Allah bizi dünyada saysız-hesabsız nemətlərdən bəhrələndirdiyi kimi axirətdə də bizə əzab verməyəcəkdir. Xülasə, siz Kufə əhalisi hansı dəlil və sübuta əsasən təəssübkeşlik edir, təkəbbür göstərirsiniz? Bəlkə siz də şeytan kimi öz yaradılışınızı daha üstün hesab edirsiniz? Yoxsa zənginliklər və naz-nemət içində yaşayan kimsələr kimi öz var-dövlət və övladlarınızla öyünürsünüz?  Onların hörmətli olmalarına, düşmənin dəf olmasına, salamat və asudə qalmalarına, nemət və rahatlığa layiq görülmələrinə və birlik ipinin möhkəmlənməsinə səbəb olan iş bunlardır.   Elə bir məqam və dərəcəyə çatdılar ki, onu heç zehnlərindən belə keçirməmişdilər. Necə ki, Qurani-Kərimin Bəqərə surəsinin 47-ci ayəsində buyurulur: يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُواْ نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ Ey İsrail övladı! Sizə bəxş etdiyim nemətlərimi və sizi (zamanınızda olan) bütün insanlardan üstün etdiyimi yadınıza salın! Onların üstünlükləri dənizi onlar üçün yarması, onları fironçuların əlindən xilas etməsi, düşmənlərini məhv etməsi, şəhər və mal-dövlətlərini özlərinə qaytarması, onlara Tövratı nazil etməsi və digər nemətlər idi.     Çünki ilahi hikmət günahkarların əzablarının təxirə düşməsini tələb edir ki, yaxşılar tövbə edərək pis əməllərdən qayıtsınlar və zalımlar öz bədbəxtliklərini daha da aşkar etsinlər.  Məqsəd Nəhrəvan Xəvaricinin başçılarından biri olmuş Sərmələ və ya Zussudəyyə ləqəbli Hurqus ibn Züheyrdir. Ona bu ləqəbin verilməsinin səbəbi bir əlinin arvadların döşləri kimi olmasıdır. Bəziləri onun ləqəbini Zülyudəyyə oxuyublar, yəni, bir əli kiçik olan.  رَدْهَة Rədhənin lüğətdə mənası dağda və ya sərt daşda yağış suyu yığılan çuxurdur. İmamın onu şeytan adlandırmasının səbəbi həmin şəxsin özünün azğın olması və azğın insanların başçısı olmasıdır. Onun Rədhəyə nisbət verilməsinin səbəbi isə budur ki, İmam əleyhis-salam Nəhrəvan Xəvarici ilə müharibəni qurtardıqdan sonra onu ölülər arasınıda tapmaq istəyir. Çox axtarışdan sonra onu bir çuxura düşmüş tapır. Xütbənin ərəb dilindəki əslində işlənmiş və vahiməli və qorxunc mənasını verən صَعْقَة səqə kəlməsindən məqsəd isə rəvayətdə nəql edilmiş bu mənadır ki: O Həzrət Xəvaric ilə qarşı-qarşıya gələndə bir nərə və fəryad qoparıb və Zussudəyyə qorxub qaçanlardan biri olub. Sonradan onun cəsədi bir çuxurun içindən tapılıb. Bəziləri də deyiblər ki, Allah onu ildırım ilə öldürüb. Bəziləri isə deyiblər ki, o Həzrət Zussudəyyəyə bir qılınc vuran kimi o özündən gedərək ölüb. Digər bir dəstə isə deyib ki: Rədhə şeytanı şeytanın övladlarından biridir. Başqa birisi isə deyib ki: Rədhə cinlərin şeytanıdır. Lakin İmam əleyhis-salamın kəlamının zahirinə və onun deyilmə məqamına diqqət etdikdən sonra bu nöqtə məlum olur ki, Rədhə şeytanından məqsəd xəvaricin başçılarından biridir və o, o Həzrətin nərəsindən qorxub qaçıb və meyidi çuxurdan tapılıb. Daha yaxşısını isə Allah bilir.   Çünki İmamiyyə alimlərinin yekdil nəzərinə əsasən o Həzrət, Həzrət Zəhra və onların on bir övladının hamısı (onların hamısına Allahın salamı olsun) məsumdurlar və onlardan nə qəsdən, nə də səhvən, nə böyük, nə də kiçik günah baş verməz.  Rəvayətlərdən məlum olur ki, həmin mələk Cəbrail və Mikaildan da böyük olan Ruhulqudsdur. O həmişə Həzrət Peyğəmbərlə bir yerdə olub və ondan sonra da pak imamlar əleyhimus-salamlarladır.  Mən gecə-gündüz, aşkar və gizlində o Həzrətlə bir yerdə olurdum və heç vaxt ondan ayrılmırdım. İbn Əbil Hədid öz şərhində yazır: Fəzl ibn Abbas deyir: Atamdan soruşdum ki: Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) oğlanlarından hansını daha çox istəyirdi? Dedi: Əli ibn Əbu Talibi. Dedim: Mən səndən onun oğullarını soruşuram. Dedi: Onu oğlanlarının hamısından çox istəyirdi. Əli əleyhis-salamın uşaqlıqdan bir gün belə o Həzrətdən ayrılmasını görməmişəm, Xədicə üçün səfərə getdiyi vaxt istisna olmaqla! Mən oğluna Peyğəmbərin Əliyə mehribanlığından artıq mehriban olan ata və həmçinin atasına Əlinin Peyğəmbərə tabeçiliyindən artıq tabe olan oğul görməmişəm.  Həmin gün Həzrət Peyğəmbər, Xədicə və məndən başqa bir müsəlman yox idi. Bu cümlə tam aşkar şəkildə İmam əleyhis-salamın o Həzrətə ilk iman gətirən və İslamı qəbul edən kişi olmasına dəlalət edir. Bu kəlamın bənzəri, o Həzrətin yüz otuz birinci kəlamdakı buyuruğudur ki: اللّهُمَّ إنِّى أوَّلُ مَنْ أنابَ وَ سَمِعَ وَ أجابَ لَمْ يَسْبِقْنِى إلّا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَ الِهِ بِالصَّلاةِ Allahım, mən haqqa çatan,onu eşidən və qəbul edən ilk kimsəyəm; namaz qılmaqda Allahın Peyğəmbərindən (səlləllahu əleyhi və alih) başqa heç kəs məndən qabağa düşməyib.  Bu vəhy nazil olduqdan sonra insanların azğınlıq və zəlalətdən çıxıb ona tabe olmayacaqlarını bildiyi üçün naümid olub nalə və fəryad qoparır.   Məqsəd Bədr adlandırılan quyudur ki, Məkkə ilə Mədinənin arasında yerləşir və Mədinəyə daha yaxındır. Bədr müharibəsində öldürüldükdən sonra quyuya atılanlar içərisində Rəbiənin iki oğlu Utbə və Şeybə, Üməyyə ibn Əbd Şəms, Əbu Cəhl və Vəlid ibn Muğeyrə də var idi.  Xəndək fitnəsində müsəlmanlarla vuruşacaq kimsə var. Ordan-burdan qoşun toplayaraq Mədinəni mühasirə edənlər arasında Əbu Süfyan, Əmr ibn Əbduvəd, Səfvan ibn Üməyyə, Əkrəmə ibn Əbu Cəhl və Səhl ibn Əmr də var idi. Xəndək Mədinənin qala divarı ətrafında həmin müharibə üçün qazılmış bir çuxur idi.   Mədinənin dəniz tərəfdən kənarındakı yer adıdır.  Çünki Osmanı mühasirəyə alanlar uca səslə xilafəti Əmirəl-mömininə nisbət verirdilər. Osman belə güman edirdi ki, onun mühasirəyə alınmasına xalqı o Həzrət təhrik edir. Buna görə də o Həzrətin Mədinədən xaric olmasını istədi ki, bəlkə camaat da onun evinin ətrafından dağılışaraq o Həzrətlə gedər və o, evdən çıxıb bir çarə qıla bilər.  Bundan qabaq bir dəfə də o Həzrətin Yənbuya getməsini istəmişdi. Həzrət gedəndən sonra, onun Mədinəyə qayıdaraq ona kömək etməsini istəmişdi. İndi bir daha Yənbuya getməsini istəyirdi.   Harada o Həzrətdən bir nişanə əldə etsəydim, ora gedib onu axtarırdım ki, nəhayət, Mədinəyə cənub tərəfdən yaxın olan Quba adlı yerdə onun hüzuruna çatdım. Birlikdə Mədinəyə Əbu Əyyub Xalid ibn Yezid Ənsarinin evinə getdik.  Metaforanın mənası insanın bir kəlməni aşkar şəkildə dəlalət etmədiyi bir məna üçün istifadə etməsidir. Necə ki, İmam əleyhis-salam burada buyurur: Hər addımı onun fikri ilə atırdım. Bu cümlə hər yerdə o Həzrətin sorağında olmaq, onun arxasınca getmək və ayağını bir addım belə kənara qoymamaq barəsində metaforadır.   Xülasə, onlar nadan və yaxşı əməllərdən uzaq insanlardırlar. Onlar xilafətin öz aralarında olmasına və dinin, xalqın və ölkənin işlərinə dəxalət edərək başçı olmağa layiq deyildirlər.  Adı Abdullah ibn Qeys olan Əbu Musa Əşəri qanmazlıq və nadanlıq, eləcə də İmam əleyhis-salamla düşmənçilik səbəbindən həmin işi gördü. Onun İmam əleyhis-salamla düşmənçiliyinin səbəbi isə, o Həzrətin Əşərini Osmanın zamanında işlədiyi Kufənin valisi vəzifəsindən azad etməsi idi.  Çünki nəfsi istəkləri əsasında danışır və buna görə də haqqı şəkk-şübhə güman edir. Belə bir şəxsi nəinki hakim təyin etmək, heç ona etimad etmək olmaz.   Bütün dövrlərdə bir çox insanlar müxtəlif elmləri əldə edir, məclis və yığıncaqlarda kamal nümayiş etdirərək özlərini başqalarından üstün və onlara başçı hesab edirlər. Amma onların əməlləri sözləri ilə bir deyil. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah hamını qəflət yuxusundan oyatsın və elminə əməl etməkdə müvəffəq etsin.