VӘHHABİ ӘQİDӘSİNӘ ӘQLİ BİR BAXIŞ IKINCI CILD

: 1568 ()

   
     

  LLAHIN ADI İLƏ 

Artıq iki əsrdən çoxdur ki, qondarma Vəhhabi məzhəbi dağıdıcı həşərat kimi dinin canına düşmüşdür. Hansı ki, bu məzhəb sağlam zəkanın qəbul etdiyi normalarla, yaradılışdan gələn fitri meyllərlə heç bir şəkildə uyuşmur. İbn Teymiyyənin dnuq və sərt fikirlərindən qaynaqlanan bu təlimin başlıca prinsiplərinə azacıq nəzər salsaq, onun təsisçilərinin dinə, şəriətin həmişəyaşarlığına, cəmiyyətdə tətbiqinə qarşı dərin kin bəslədiklərinin şahidi olarıq. Onlar dinə qarşı çirkin niyyətlərini həyata keçirmək üçün dinin zahiri tərəfini hədəfə alır və aldadıcı şüarlarla çıxış edirlər. Sanki, Peyğəmbər (s) dönəmində mövcud olmuş və cəmiyyətdə öz əksini tapmış İslama qarşı çıxır, Allahın göstərişlərini sıradan çıxartmaq üçün öncə dinin zahiri tərəfindən başlayırlar. Maraqlıdır, zahir olmadıqda batinə, forma olmadıqda məzmuna necə yetmək olar? Bütün bunlar göstərir ki, məlum məzhəbin yanlışlığını üzə çıxarmaq üçün heç də güclü elmi sübutlara ehtiyac yoxdur. Çünki onların, hətta dinin öz sübutunu tapmış zahiri tərəfinə belə müvafiq olmadıqları hər addımda özünü tam aydınlığı ilə göstərir. Onların qarşıya qoyduqları hər bir müddəanın yüzlərlə bir-birini inkar, istisna edən tərəfləri mövcuddur. Görəsən, Vəhhabiliyin təsisçisi, ondan da öndə duran İbn Teymiyyə, nə üçün Peyğəmbərin (s) məzarını ziyarət etməyin haramlığına öz şüarlarının, məqsəd və məramlarının önündə yer vermişdir? Bu müqəddəs məzarı ziyarət etmək yolu ilə Allaha yaxınlaşmırıqmı? Bu növ ziyarətlər tövhidin özünü möhkəmlətmirmi? Bütün bunlar Peyğəmbəri (s), onun göstərişlərini unutdurmaq, bu əvəzolunmaz, həmişəyaşar ö əyi müsəlmanlardan almaq, onu yaddaşlardan silmək məqsədi daşımırmı? Məşhur Əhli-sünnə alimi Qəstəlani deyir: İbn Teymiyyənin Peyğəmbərin (s) məzarının ziyarət olunmasını qadağan etməsi, onun atdığı ən bağışlanmaz addımlardandır. Qəzali deyir: Yaşadığı zaman Peyğəmbəri (s) görüb təbərrük edənlər, vəfatından sonra hәzrәtin məzarını ziyrәt edərək təbərrük etməlidir. Qərami Şafeinin təbirincə desək, İbn Teymiyyə Peyğəmbərə (s) belə hörmətsizlik edərək deyir: O həzrəti (s) ziyarət etmək məqsədi ilə səfərə çıxmaq günahdır. Yəqin ki, vəhhabilər bacarsaydılar, Peyğəmbərin (s) məzarını belə yerlə yeksan edər, hələ bu azmış kimi Kəbəyə hörmətlə yanaşmağın, Həcərül-əsvədi öpməyin haram olduğunu da iddia edərdilər. Necə ki, valideynim Ayətullah əl-üzma Fazil Lənkərani buyurur: Şirk əqli baxımdan qeydlənə bilməz (bu və ya digər əmələ məxsus ola bilməz). Belə olan halda Peyğəmbərin (s) məzarını öpmək haram, Həcərül-əsvədi öpmək isə icazəlidir - deyə iddia etmək yanlışdır. Onların bu ynlış fətvalarını tətbiq etdikdə Həcərül-əsvədi öpməyin də şirkin bariz nümunələrindən olduğu qənaətinə gəlirik. Lakin bu şirk icazəli şirkdir. Bir halda ki, bu, açıq-aşkar rüsvayçılıqdır. Günümüzdə, müsəlmanlar daim ətrafı bürüməkdə olan bu xərçəng әstәliyinә qrşı oyaq olmalı, özlərini, övladlarını bu növ zəhərli fikirlərdən qorumalıdırlar.

 

Sonda görkəmli tədqiqatçı alim Höccətül-İslam vəl-müslimin Hacı Şeyx Nəcməddin Təbəsiyə olmazın zəhmətlər bahasına ərsəyə gətirdiyi bu qiymətli əsərə və yanlış vəhhabi təliminə kəskin və qənaətbəxş cavablar verdiyinə görə minnətdarlığımı bildirir və hörmətli mütərcimə, dəftərxananın mədəni-maarif şöbəsinin həmkarlarına təşəkkür edirəm. Ümidvaram ki, çəkilən bütün bu zəhmətlər Allah dərgahında məqbul hesab ediləcəkdir.

 

Məhəmməd Cavad Fazil Lənkərani

  
QƏBİRLƏRƏ TƏBƏRRÜK ETMƏK 

 

 

 

 

1. Vəhhabilərin görüşləri

 

2. Vəhhabi görüşlərinin inkari tədqiqi

 

3. Səhabələrin qəbirlərə təbərrük etməsi

 

4. Əhli-sünnə fəqihlərinin təbərrük haqqında görüşləri

 

5. Qəbri öpmək haqqında hədis

 

6. Dini-tarixi abidələrə təbərrük etmək

 

7. Fəqihlərin məzara təbərrük etmək haqqında fikirləri

 

8. Mədinə torpağından şəfa diləmək

 

9. Peyğəmbərdən (s) yadigar qalan әşylr təbərrük etmək

 

10. Təbərrük olunan məzar və cənazələr

 

  
QƏBİRLƏRƏ TƏBƏRRÜK ETMƏK 

İbn Teymiyyə və ardıcılları qəbirlərə təbərrük etməyi, qəbrə sürtünməyi, onu öpməyi haram hesab edir və müsəlmanları Allaha şərik qoşmaqda, kafirlikdə ittiham edirlər. Onlar, müsəlmanları qəbrə ibadət edənlər adlandırır və onların bu kimi əməllərini cahiliyyət dövründə yaşayan insanların bütə sitayişi ilə müqayisə edirlər. Onların ittihamlarını rədd edərək bildiririk:

 

Birincisi, qəbirlərə təbərrük etmək, onları öpmək haqqında açıq-aşkar dəlil (ayə və rəvayət) olmasa belə bu əməl şəri (dini) baxımdan böyük əhəmiyyətə malikdir. Çünki bu, bir növ ilahi nişanələri, əlamət və abidələri yaşatmaq, onlara hörmət bəsləməkdir. Peyğəmbərlər böyük hörmət və yüksək məqama malikdirlər. Təbii ki, bu hörmət və məqam onların vəfatı ilə öz əhəmiyyətini itirmir. İmam Malik, Mənsura deyir: Peyğəmbərlər (s) dünyadan köçdükdən sonra onlara göstərilən hörmət, hələ dünyada ikən göstərilən hörmət kimidir. Deməli, Peyğəmbərin (s) və əməlisalehlərin hörməti, onların dünyadan köçməsi ilə öz əhəmiyyətini itirmir və daim vacibdir.

 

İkincisi, əgər dini nişanələrə, abidələrə hörmətlə yanaşmaq və ya qəbirləri öpmək ibadət və ya şirk hesab olunursa, o zaman Kəbəyə hörmət göstərmək, onun ətrafında təvaf etmək də şirk hesab edilməlidir. Bundan başqa, Həcərül-əsvədə hörmətlə yanaşmaq, onu öpmək, (həzrət İsmayıl və anası Hacərin) evinə, Peyğəmbər (s) məscidinə, Səfa və Mərvəyə sayğı duymaq, valideynlərə hörmət bəsləmək, mələklərin həzrət Adəmə (ə) səcdəsi, qardaşlarının və atasının həzrət Yusifin (ə) qarşısında səcdə etmələri, əsgərlərin öz komandirlərinə, səhabələrə, xəlifələrin peyğəmbərlərə, hətta vəhhabilərin öz məsul işçilərinə göstərdikləri hörmət belə bütünlüklə şirk hesab edilməlidir. Halbuki, heç bir vəhhabi yuxarıda qeyd olunanları şirk hesab etmir.

 

Üçüncüsü, səhabə və əməlisaleh insanların əməlləri, həyat şəraiti və yaşama tərzi vəhhabilərin irəli sürdükləri iddiaların tam əksini göstərir. Onlar (səhabə və əməlisaleh insanlar), qəbirləri ləms etmiş, öpmüş, özlərini ona sürtmüş və torpağına təbərrük etmişlər. Bir neçə nümunəyə diqqət yetirək:

 

1. Həzrət Fatimənin (ə), atası Peyğəmbərin (s) məzarına təbərrük etməsi faktı;

 

Həzrət Əlidən (ə) nəql olunan bir rəvayətdə deyilir: Peyğəmbər (s) dəfn olunduqdan sonra Fatimə onun qəbrinin yanında dayandı. Qəbrin torpağından azca götürüb üzünə sürtdü və göz yaşı tökərək aşağıdakı məzmunda iki beyt şer oxudu:

 

Əhməd qəbrinin torpağını iyləyərək diri olduğu müddətcə bahalı müşkləri iyləməyə ehtiyacı olmayan şəxsə nə ola bilər?

 

Başıma gələn müsibətlər işıqlı günün başına gəlsəydi, qaranlıq gecəyə dönərdi.

 

2. İbn Əyyub Ənsarinin Peyğəmbərin (s) məzarına təbərrük etməsi faktı;

 

Davud ibn Əbu Saleh deyir: Bir gün Mərvan ibn Həkəm məscidə daxil olub bir nəfərin üzünü Peyğəmbərin (s) qəbrinə qoyduğunu müşahidə etdi. Mərvan onun boynundan yapışaraq: Nə etdiyini bilirsənmi? - deyə səsləndi. Məlum şəxs üzünü Mərvana çevirib dedi (yalnız bu zaman onun Əbu Əyyub Ənsari olduğu məlum oldu): Bəli, mən daşın yanına yox, Peyğəmbərin (s) yanına gəlmişəm. Peyğəmbərdən (s) eşitmişəm ki: Dinə din əhli rəhbərlik etdiyi zaman onun üçün ağlamayın. Dinə din əhli olmayanlar rəhbərlik etdiyi zaman ağlayın.

 

Bu hədisi Hakim (Müstədrək əsərində) və Zəhəbi "səhih" hesab etmişlər. Sübki deyir: Bu məzmunlu hədis düzgün olarsa, artıq qəbri ləms etmək məkruh olmaz.

 

Əllamə Əmini yazır: Bu hədisdən aydın olur ki, əməlisalehlərin qəbirlərinə təvəssül edilməsinə qadağa qoyulması əməvilərin bidətlərindəndir.

 

3. Bilalın Peyğəmbərin (s) məzarına təbərrük etməsi faktı;

 

Bir gecə Bilal Peyğəmbəri (s) yuxuda gördü. Həzrət (s) buyurdu: Ey Bilal! Bu nə cəfadır? Məni ziyarət etməyin vaxtı çatmayıbmı? Bilal narahat vəziyyətdə yuxudan durdu və Mədinəyə yollandı. Peyğəmbərin (s) məzarı üstünə gəlib ağladı və özünü qəbrə sürtdü.

 

4. İbn Ömərin təbərrük etməsi faktı;

 

İbn Həmlə deyir: Abdullah ibn Ömər sağ əlini Peyğəmbərin (s) qəbri üzərinə qoyur, Bilal isə qəbrə sürtürdü?

 

5. Ətanın təbərrük etməsi faktı;

 

Müsəb Zübeyri deyir: Əbu Zübeyrin oğlunun belə dediyini eşitdim: Malik mənə dedi: Əta ibn Riyahın məscidə daxil olduğunu gördüm. O, minbərdən tutub qibləyə tərəf döndü.

  
ƏTA KİMDİR?  

Zəhəbi deyir: Əta dini rəhbər, şeyxül-islam və hərəmin müftisi idi. O, səhabələrdən hədis nəql edirdi. Belə ki, Səhih müəllifləri ondan hədis nəql etmişlər.

 

6. İbn əl-Münkədir Tabeinin təbərrük etməsi faktı

 

O, öz dost-tanışları ilə birgə əyləşmişdi, lakin (keçirdiyi xəstəlik nəticəsində) dili tutulmuşdu və danışmağa çətinlik çəkirdi. Həmin vəziyyətdə ayağa qalxdı. Üzünü Peyğəmbərin (s) məzarına qoydu (sürtdü) və geri qayıtdı. Gözlənilmədən dostlarından ayrılması onların etirazına səbəb olmuşdu. O, onların etirazına cavab olaraq dedi: Bir problemlə qarşılaşdıqda Peyğəmbərin (s) məzarından şəfaət diləyirəm (artıq dilində yaranan problem aradan qalxmışdı).

 

Zəhəbi (onun sözünü şərh edərək) deyir: Yəni Peyğəmbərin (s) qəbrindən kömək istəyirəm.

  
ƏHLİ-SÜNNƏ FƏQİHLƏRİNİN NƏZƏR NÖQTƏLƏRİ 

1. İbn Hənbəlin fətvası:

 

İbn Cəmaət Şafei deyir: Abdullah ibn Əhməd ibn Hənbəlin atasından nəql etdiyi bir xatirədə deyilir: Atamdan, savab qazanmaq məqsədi ilə Peyğəmbərin (s) minbərini təbərrük edib, öpən bir kişinin əməlləri haqqında soruşdum. Atam cavabında: Bunun heç bir eybi yoxdur - deyə bildirdi.

 

Əl-Camiu fil-iləl və mərifətir-rical kitablarında isə həmin hədis bu şəkildə qeyd olunmuşdur:

 

Atama dedim: Bu kişi məlum əməlləri ilə Allaha yaxınlaşmaq niyyətindədirmi? Atam: Bunun heç bir eybi yoxdur deyə qəti fikrini bildirdi.

 

2. İbn əl-Üladan nəql olunduğuna görə İmam Əhməddən Peyğəmbərin (s) məzarını və minbərini öpmək haqqında soruşulduqda: Bunun heç bir eybi yoxdur deyə fikrini bildirmişdir.

 

İbn əl-Ula deyir: Bu fətvanı İbn Teymiyyəyə göstərdim. O, Əhmədin bu sözünə təəcüblənərək dedi: Təəccüblüdür! Ona böyük hörmətim var. Bu onun sözüdürmü?!

 

Doğrusu, İbn Teymiyyənin Əhməd ibn Hənbəli kafirlikdə, müşriklikdə, günahlandırmaması təəccüb dğurur.

 

3. Rəmli Şafeinin fətvası:

 

Əgər, təbərrük məqsədi ilə Peyğəmbərin (s), övliya və ya hər hansı bir alimin məzarına əl çəkilərsə, öpülərsə, bunun heç bir eybi yoxdur.

 

4. O, deyir: Qəbrin üzərindəki sinə daşını öpmək və ləms etmək məkruh deyil. Övliya qəbirlərinin giriş qapılarını öpmək məkruhdur. Lakin təbərrük məqsədi ilə olarsa, heç bir eybi yoxdur və məkruh deyil. Atamın fətvası belədir... Fəqihlərin fikrincə, Həcərül-əsvədi ləms edə bilməyən şəxs əsa ilə oraya işarə edib əsanın daşa tuşlanan tərəfini öpə bilər.

 

5. Şəhabəddin Hənəfinin fətvası:

 

O, Şəfa əsərinə yazdığı şərhdə Qəbri öpmək, ləms etmək və bədəni ona sürtmək məkruhdur! sözlərini izah edərkən yazır: Bu fikir yekdil rəydir. Elə buna görə də Əhməd və Təbəri qəbri öpməyi, ona toxunmağı düzgün hesab edirlər.

 

6. Muhibbüddin Təbəri Şafeinin fətvası:

 

Qəbri öpmək və ona toxunmaq düzgündür. Bu alimlərin və əməlisalehlərin getdiyi yoldur.

 

7. İbn Əbu Seyf (Məkkənin şafei alimlərindən biri) deyir: Quranı, hədis kitablarını və əməlisalehlərin qəbrini öpmək düzgündür (icazəlidir).

 

8. Zərqani Malikinin fətvası:

 

Qəbri öpmək məkruhdur. Əgər təbərrük məqsədi ilə olarsa, məkruh deyil.

 

9. İzami Şafei, İbn Teymiyyənin Əməlisalehlərin qəbrini təvaf edən, ona toxunan şəxs ən böyük günah tmişdir fikri haqqında deyir: O, naməlum sözlər danışır. Bir yerdə bu işi görənin ən böyük günah işlədiyini, digər yerdə şirk etdiyini söyləyir. Bir halda ki, hələ o dünyaya gəlməzdən əsrlər öncə bir çox görkəmli alimlər bu məsələlərə toxunmuş və hökmünü açıqlamışlar. Onun sözləri alimlərin sözlərinə tam ziddir. O, bir çox hallarda müəyyən məsələlərdə yekdil rəyin mövcudluğunu iddia etmişdir. Halbuki, yekdil rəy tamamilə onun qoyduğu məsələyə qarşıdır. Diqqətli tədqiqatçılar ondan öncə və sonra yaşayıb yaratmış insaflı elm adamlarının əsərlərinə diqqət yetirərlərsə, bizim sözümüzün doğruluğunu görərlər. Misal üçün, adi müsəlmanlar qəbri təvaf edir (ətrafına fırlanır) və ona toxunurlar. Amma elm adamları bu məsələyə nisbətdə üç mövqedə dururlar. Bəziləri qəti şəkildə icazəli hesab etmirlər. Bəziləri qəti şəkildə buna qarşı olsalar da haram hesab etmirlər. Bəziləri isə buna daha geniş şəkildə baxırlar. Belə ki, ziyarət etmək eşqi hədsiz olan birinin bu işləri görməsini təbii qarşılayırlar. Əks təqdirdə isə qəbir ətrafına fırlanmağı, ona toxunmağı əxlaqi baxımdan müsbət hal hesab etmirlər.

 

Vəhhabilərin müsəlmanları kafirlikdə ittiham etdikləri məsələlərə nəzər salsaq, görərik ki, onların müddəaları iki müqəddimədən (hökmdən) ibarətdir. Hansı ki, kiçik müqəddiməsi (fərdi hökmü) yanlış, böyük müqəddiməsi (ümumi hökmü) isə doğrudur. Böyük (birinci) müqəddimə belədir: Allahdan qeyrisinə edilən hər bir ibadət şirkdir (doğrudur). Kiçik (ikinci) müqəddimə isə belədir: Ölünü və ya (hər hansı səbəbdən) yanımızda olmayan şəxsi səsləmək, qəbrin ətrafına fırlanmaq (təvaf etmək), ona əl sürtmək, ölü üçün qurban kəsmək, ona nəzr etmək Allahdan qeyrisinə ibadət etməkdir. (Bu müqəddimə (hökm) tamamilə yanlışdır).

 

10. İbn Həcər deyir: Bir çox fəqihlər Həcərül-əsvədi öpmək icazəli olduğu üçün ehtirama layiq olan hər bir insanın və ya əşyanın öpülməsinin icazəli olduğu qənaətinə gəlmişlər.

 

11. Şeyx İbrahim Şafei deyir: Qəbri öpmək onun üzərinə əl vurmaq məkruhdur. Lakin bu əməllər təbərrük məqsədi ilə olarsa, tamamilə düzgündür (məkruh deyil).

 

12. Şeyx Həmzavi Maliki deyir: Şübhəsiz ki, Peyğəmbərin (s) qəbrini öpmək yalnız təbərrük məqsədi daşıyır. Bu əməl düzgünlük baxımından övliyaların qəbrini təbərrük məqsədi ilə öpməkdən daha çox əhəmiyyətə malikdir.

 

13. Kəşfül-irtiyab, Fətava əl-qəraib, Mətalibül-möminin və Xəzanətur-rəvayət kitablarında deyilir: Valideynin qəbrini öpmək icazəlidir. Buna sübut Peyğəmbərlə (s) bağlı nəql olunan bir rəvayətdir. Rəvayətə görə, bir kişi Peyğəmbərin (s) yanına gəlib dedi: Ey Allahın rəsulu! Mən and içmişəm ki, Behiştin astanasını və hurinin alnını öpüm. Peyğəmbər (s) isə ona anasının ayağını, atasının isə alnını öpməsini tapşırıdı.

 

- Ey Allahın rəsulu, valideynlərim diri deyillərsə necə?

 

- Qəbirlərini öp!

 

- Qəbirlərini tanımıramsa necə?

 

- İki xətt çək. Onlardan birini atanın, digərini isə ananın qəbri hesab et. Onları öp, andını pozma!

  
PEYĞƏMBƏRDƏN (YADİGAR) QALAN NİŞANƏLƏRƏ TƏBƏRRÜK ETMƏK 

İslam günəşinin doğduğu erkən çağlardan günümüzədək yaşamış müsəlmanların həyat tərzi göstərir ki, onlar Peyğəmbərin (s) minbərinə, namaz qıldığı, ayaq basdığı yerlərə, o həzrətin (s) toxunduğu əşyalara təbərrük edərdilər. Bundan başqa, Mədinə torpağına, xüsusilə həzrət Həmzənin qəbrinin torpağına təbərrük edərdilər. Bir neçə nümunəyə nəzər salaq:

  
PEYĞƏMBƏRİN (S) MİNBƏRİNƏ TƏBƏRRÜK EDİLMƏSİ FAKTI 

Müsəlmanlar Peyğəmbərin (s) minbərinə böyük əhəmiyyət verir və daim ona təbərrük edirlər. Belə ki, bəzi fəqihlər bu minbərin yanında ona hörmətsizlik olmasın deyə, and içməyi qadağan etmişlər.

 

1. Buxari deyir: Mərvan, Zeyd ibn Sabitin məlum minbərin yanında and içməsini nəzərə alıb qərar çıxartdı (hökm oxudu).

 

Aquli deyir: Peyğəmbərin (s) minbəri zaman keçdikcə köhnəlmişdi. Abbasi xəlifələrinin bəzisi onu bərpa etdilər və minbərin artıq qalan materialından təbərrük üçün daraqlar düzəltdilər. Səhabələr Peyğəmbərin (s) minbərini ləms etməyə, ona toxunmağa böyük əhəmiyyət verirdilər.

 

2. Əl-Asarun-nəbəviyyə kitabında oxuyuruq: Peyğəmbərin (s) minbəri qorunub saxlanırdı. Bir dəfə yandı və bununla da mədinəlilərə böyük (mənəvi) zərbə dəydi. Çünki mənbərin ətrafı (hansı ki, Peyğəmbər (s) əlini qoyurdu) və o həzrətin ayağının yeri yanaraq aradan getdi.

 

3. Yezid ibn Abdullah deyir: Peyğəmbərin (s) səhabələrini gördüm. Onlar məscid boş olduğu zaman (məzarın yanında və onların sağ tərəfində olan) Peyğəmbərin (s) minbərindən tutdular və üzlərini qibləyə çevirib dua etdilər.

 

5. (X əsr alimlərindən olan) Şeyx Əhməd ibn əl-Həmid deyir: İnsanlar Peyğəmbərin (s) minbərinə təbərrük edirdilər.

 

6. Səmhudi deyir: Peyğəmbərin (s) minbərinin üzərinə digər bir minbər keçirtmişdilər. Onun üzərində tavana bənzər bir şey var idi. Ziyarət edən insanlar əllərini minbərin üzərinə qoyur, onu ləms edərək təbərrük edirdilər.

  
FƏQİHLƏRİN BU MƏSƏLƏ İLƏ BAĞLI FƏTVALARI 

1. Malik, Yəhya ibn Səid Ənsari, İbn Ömər və İbn Müsəyyibdən nəql olunduğuna görə, minbərin ətrafına toxunaraq ləms etmək icazəlidir.

 

2. İmam Cəfər Sadiq (ə) buyurur: Peyğəmbərin (s) məzarının yanında dua etdikdən sonra minbərin yanına gəl, əllərinlə ona toxun, minbərin iki aşağı tərəfindən tutaraq üz-gözünü ona sürt. Bu əməl gözlərinə şəfa verər.

 

3. İshaq ibn İbrahim deyir: Hacı (həccə gedən ziyarətçi) Mədinəyə getməli Peyğəmbər (s) məscidində namaz qılmalı, o həzrətin (s) minbərinə, məzarına, əyləşdiyi yerə, əlini vurduğu yerlərə təbərrük etməlidir. Ayağını Peyğəmbərin (s) ayaq basdığı yerə qoymalı, Cəbrail nazil olduğu zaman söykəndiyi sütuna əl vurmalıdır. Bundan başqa, bunları təmir edənlərə də, istər səhabə və ya tabei olsunlar, istərsə də müsəlman imamları təbərrük etməlidir.

 

4. Qəzali deyir: Peyğəmbər (s) sağ ikən onu görərək təbərrük edən şəxs o həzrətin (s) vəfatından sonra da məzarını ziyarət etməklə təbərrük edə bilər. Onun bu məqsədlə səfərə çıxması da düzgün hesab edilir və icazəlidir.

  
PEYĞƏMBƏR (S) VƏ DİGƏRLƏRİNİN MƏZAR TORPAĞINA TƏBƏRRÜK ETMƏK 

Müsəlmanlarin həyat tərzi göstərir ki, onlar Peyğəmbərin (s), Həmzənin məzarının torpağından əlavə bütün Mədinə torpağına təbərrük edərdilər. Hətta Mədinə torpağının başağrısı, cüzam və s. xəstəliklərə şəfa olduğu haqqında hədislər də mövcuddur. Belə ki, müsəlman fəqihləri bu torpağa təbərrük etməyi nəinki düzgün, hətta savab bir iş kimi qiymətləndirirlər.

 

1. Səmhudi deyir: Səhabə və qeyri-səhabələr Peyğəmbərin (s) məzarının torpağından (təbərrük məqsədi ilə) götürürdülər. Ayişə onları dağıdaraq onların bu işlərinin nəticəsində divarda yaranmış boşluğu doldurtdurdu. Buna səbəb səhabə və qeyrilərinin bu əməlinin məzarda boşluq yaranmasına və qübbənin dağılmasına gətirib çıxarması idi.

 

2. O, deyir: Müsəlmanlar təbərrük məqsədi ilə Mədinənin torpağından istifadə edərdilər. Buna misal olaraq, onların Süheyb torpağından qızdırmanın müalicəsi üçün götürmələrini göstərmək olar. O, sözünün bu yerində Zərkeşinin sözlərini xatırladaraq deyir: Mədinə şəhərinin torpağı müqəddəs olduğu və Peyğəmbərin (s) məqbərəsi orada olduğu üçün digər bölgələrə daşımaq düzgün deyil. Lakin bu ümumi hökm Həmzənin məzarının torpağına aid deyil. Çünki bütün müsəlmanlar yekdilliklə qəbul edirlər ki, sözügedən məzarın torpağını müalicə məqsədi ilə digər bölgələrə aparmaq icazəlidir.

 

3. Sənhaci deyir: Məhəmməd ibn Yəkutdan: İnsanların qəbir torpaqlarını təbərrük məqsədi ilə götürmələri düzgündürmü? deyə soruşdum. Sualıma cavab olaraq: İcazəlidir! dedi. İnsanlar daim elm adamlarının, şəhidlərin, əməlisalehlərin, xüsusilə Həmzənin qəbrinin torpağından (təbərrük məqsədi ilə) götürmüşlər.

 

İbn Fərhun deyir: Bu gün müsəlmanlar həzrət Həmzənin məzarının yaxınlığında mövcud olan torpaqdan təsbeh düzəldirlər. Onların bu əməllərindən belə nəticə alırıq ki, Mədinə torpağını digər bölgələrə də daşımaq olar.

  
XƏSTƏLƏRİN MƏDİNƏ TORPAĞI İLƏ MÜALİCƏ OLUNMALARI HAQQINDA HƏDİSLƏR 

1. Səmhudi deyir: İbn Nəccar və İbn Cövzinin kitablarında qeyd olunan bir hədisdə deyilir: Mədinə torpağı cüzam xəstəliyinin dərmanıdır.

 

2. İbn Əsirin Cameul-üsul əsərində Səddən nəql etdiyi rəvayətdə deyilir: Peyğəmbər (s) Təbuk döyüşündən qayıdarkən bir çox möminlər onu qarşılamağa tələsirdilər. Nəticədə havaya çoxlu toz-torpaq qalxdı. Peyğəmbəri (s) müşayiət edənlərin bəzisi burunlarını tutdular. Peyğəmbər (s) isə üzündə olan örtüyü götürərək buyurdu: And olsun canım əlində olan yaradana! Həqiqətən, Mədinə toz-torpağı hər bir dərdə (xəstəliyə) dərmandır.

 

3. Əbu Sələmədən nəql olunan bir rəvayətdə deyilir: Peyğəmbər (s) buyurmuşdur: Mədinə torpağı cüzam xəstəliyini sağaldır. (Əbu Sələmə bu hədisi dedikdən sonra sözünə davam edərək deyir:) Biz cüzam xəstəliyinə tutulmuş və Mədinə torpağından istifadə edərək sağalmış insan görmüşük. O, bu xəstəliklə bağlı çox ziyan çəkmişdi. Onu evindən çıxararaq (Quba yolunun üstündə yerləşən Bəthan vadisindəki) ağ torpağa tərəf getməyə vadar etdik. O, özünü torpağa sürtdü və evinə gətirmək üçün həmin torpaqdan götürdü və həqiqətən də bunun xeyrini gördü.

 

4. İbn Zübalə, Yəhya ibn Həsən ibn Cəfər əl-Ələvi və İbn Nəccarın nəql etdiyinə görə, Peyğəmbər (s) Bəni-Haris qəbiləsinin yanına gəldikdə onları təngnəfəs və pərişan görüb buyurdu: Nə üçün xəstəliyə tutulmusunuz? Onlar: Ey Allahın rəsulu, qızdırma bizi bu hala salmışdır, - deyə cavab verdilər.

 

- Siz ki, Süheybə yaxınsınız!

 

- Süheybin bu məsələyə nə aidiyyatı var?

 

- Torpağından götürün. Sizdən biri ağzının suyunu torpağın üstünə töküb desin: Pərvərdigara, bizim torpağımız ağzımızın suyu ilə, sənin iznin sayəsində xəstəliyimizin şəfasıdır. Onlar bu işi gördülər və qızdırmaları düşdü. İbn Nəccar sözünü davam etdirərək deyir: Əbül-Qasim ibn Yəhya Ələvinin verdiyi məlumata görə, Süheyb, Bəthan vadisində yerləşən bir dərədir. Hansı ki, orada bir quyu var və camaat oranın torpağından götürür. İndi də vəba xəstəliyinə tutulanlar oranın (həmin quyunun) torpağından götürürlər.

 

İbn Nəccar deyir: Mən o quyunu gördüm. İnsanlar oradan torpaq götürür və deyirdilər: Buranın torpağından müalicə üçün istifadə edib bunun bir həqiqət olduğunu görmüşük. Mən də həmin quyudan azacıq torpaq götürdüm. Məlum quyu bu günə qədər qalır və el arasında məşhurdur. Əhali oranın torpağından götürür və müalicə üçün lazımi yerlərə aparırlar. Mən götürdüyüm torpaqdan bəzi dostlarım üçün də müalicə məqsədi ilə istifadə etsinlər deyə göndərdim.

 

Səmhudi də Zərkeşinin sözlərindən sonra deyir: Hərəmin torpağının daşınılmasının qadağanlığı Həmzənin məzarının torpağına aid deyil. Çünki müsəlmanlar daim Həmzənin məzarının torpağının başağrısı üçün lazımi yerlərə aparılmasının icazəli olduğunu yekdilliklə qəbul etmişlər.

 

İbn Nəccar deyir: Zərkeşinin bu sözünü anlayan şəxs bu qadağanın Süheyb torpağına aid olmadığını bilir.

  
PEYĞƏMBƏRİN TOXUNDUĞU SİKKƏ VƏ QIZILLARA TƏBƏRRÜK ETMƏK 

1. Cabir ibn Abdullah Ənsari deyir: Mən Peyğəmbərlə (s) birlikdə idim. Mindiyim dəvə xəstə idi. Buna görə də karvandan dala qaldım. Peyğəmbər (s) qayıdaraq məndən Nə üçün karvandan dala qalmısan? deyə soruşdu. Mən: Dəvəm xəstədir, deyə bildirdim. Peyğəmbər (s) dəvənin quyruğunu sıxdı və dəvə sürətini artırdi. Mən bu üsuldan istifadə etdiyim üçün həmişə öndə olurdum. Mədinəyə yaxınlaşdıqda Peyğəmbər (s) mənə buyurdu:

 

- Dəvən sağaldımı?

 

Mən:

 

- Xəstədir! dedim.

 

- Dəvəni mənə sat!

 

- Sizin olsun, onu sizə bağışladım.

 

- Yox, dəvəni qırx dirhəmə alıram. Sən dəvəyə min. Mədinəyə çatdıqda dəvəni mənim yanıma gətir.

 

Mədinəyə çatdıqda dəvəni Peyğəmbərin (s) yanına apardım. Peyğəmbər (s) buyurdu: Ey Bilal! Cabirin pulunu hazırla. Bir karat da artıq ver. Orada dedim: Söz verirəm ki, bu bir karat artıq qızılı ölüncəyə qədər özümdən ayırmayacağam. Elə də etdim. O bir karat qızılı kisəyə qoyub daim yanımda gəzdirirdim. Lakin Hərrə hadisəsi zamanı şamlılar Mədinəni qarət etdikdə Peyğəmbərin (s) yadigarını da məndən aldılar.

 

Cabir ibn Abdullah Ənsari Peyğəmbərin (s) səhabələrindən idi və o həzrətin (s) ona verdiyi bir karat qızıla təbərrük edir və onu qoruyurdu. O, bunu Peyğəmbərin (s) öz dövründə edir, öldüyü günə qədər özündən ayırmayacağını söyləyirdi.

 

2. Peyğəmbərin (s) xanımlarından biri digər qadınlarla birgə Xeybərə getdi. Peyğəmbər (s) döyüş qənimətlərindən onların da payını verdi. O, digər qadınlar tərəfindən Peyğəmbərin (s) yanına gedib dedi: Biz qadınlar da sizinlə Xeybərə gedib müsəlmanlara kömək etmək istəyirik. Peyğəmbər (s): Allah xeyir versin! deyə müsbət münasibət bildirdi. O, deyir: Biz Peyğəmbərlə (s) birlikdə yola çıxdıq. Xeybər fəth olunduqda bizə də bir pay düşdü. Peyğəmbər (s) mənim boynuma bir həmail (boyunbağı) saldı. And olsun Allaha! Heç bir zaman o boyunbağını özümdən ayırmadım, hətta öldükdə mənimlə birgə dəfn edilməsini vəsiyyət etdim.

 

Peyğəmbərin (s) bu xanımı o həzrətin (s) toxunduğu boyunbağıya təbərrük edər və bununla iftixar edərdi. Belə ki, məlum boyunbağının onunla dəfn edilməsini vəsiyyət etdi. Lakin heç bir şəxs ona irad tutmadı, onu bidətçi, müşrik və ya kafir adlandırmadı.

  
PEYĞƏMBƏRDƏN (YADİGAR) QALAN NİŞANƏLƏRƏ TƏBƏRRÜK ETMƏK 

1. Ənəs ibn Malik deyir: Peyğəmbəri (s) gördüm. Bərbər başının artıq tüklərini qırxırdı. Səhabələr onun ətrafına toplaşmışdılar. Hər birinin əlində bir tük var idi.

 

2. Əhməd ibn Hənbəl daim özü ilə bir tük gəzdirər və bunun Peyğəmbərə (s) aid olduğunu iddia edərdi.

 

3. Məhəmməd ibn Sirin deyir: Übeydə dedim: Bizdə Peyğəmbərin (s) tüklərinin biri var. Bu bizə Ənəs vasitəsi ilə gəlib çatmışdır. Übeyd dedi: Əgər məndə Peyğəmbərin (s) başının tükünün bir giləsi olsa, mənim üçün dünya və dünyada mövcud olan hər bir şeydən daha sevimli və qiymətli olar.

 

4. Kəbşə deyir: Peyğəmbər (s) bizim yanımıza gəldi. Yuxarıdan asılmış tuluqdan su içdi. Mən ayağa qalxıb tuluğun ağzını kəsdim. İbn Macə hədisin ardınca deyir: Peyğəmbərin (s) ağzını vurduğu yerə təbərrük etmək lazımdır.

 

Tirmizi bu hədisi həsən və səhih hesab etmişdir. Sözügedən hədisi Əhməd ibn Ənəs də Ümmi-Səlimdən nəql etmişdir.

 

5. Səhl ibn Səddən nəql edilən bir rəvayətdə deyilir: Peyğəmbər (s) və səhabələri Bəni-Saidə səqifəsində əyləşmişdilər. Səhldən su istədilər. Səhl, bir kasaya su töküb onlara içirtdi. Rəvayətçi deyir: O kasanı bizə göstərdi və mən onda su içdim.

 

Ömər ibn Əbdül-Əziz Səhldən o kasanı ona bağışlamasını istədi. Səhl məlum kasanı ona verdi. Buxari deyir: Mən o kasanı Bəsrədə gördüm, onda su içdim və onu Nəsr ibn Ənəsin varislərindən 800 min dirhəmə aldım.

 

6. Ayişə deyir: Körpələri təbərrük üçün Peyğəmbərin (s) yanına gətirirdilər.

 

7. Müslüm (müəyyən vasitələrlə) Əsma bint Əbu Bəkrdən belə bir rəvayət nəql edir. Rəvayətdə Peyğəmbərdən (s) yadigar qalan bir libasdan söhbət gedir. Çiyinə atılan geniş libas idi. Yaxası, arxa və ön tərəfi ipək parçadan hazırlanmışdır. O (Əsma), deyir: Bu libas Ayişə dünyadan gedənə qədər onda idi. O, dünyadan köçdükdə mən onu götürdüm. Onu yuyub suyundan xəstələrin şəfa tapması üçün istifadə edirdim.

 

Əsma hicri 73-cü ilə qədər sağ idi. Hətta oğlu Abdullah ibn Zübeyr öldürünlüncəyə qədər yaşayırdı. Bacısı Ayişə isə hicri 60-cı ildə dünyasını dəyişmişdir. Xəstələrin sözügedən libasın suyundan şəfa üçün istifadə etmələri ən azı 60-cı ildən 73-cü ilə qədər davam etmişdir. Bu müddət ərzində Əsmanın bu işi Peyğəmbərin (s) İmam Hüseyn (ə), İbn Abbas, Cabir ibn Abdullah, Zeyd ibn Ərqəm və Ənəs ibn Malik kimi məşhur səhabələrin gözü önündə olmuş və onların heç biri bu əməli bəyənməyərək qadağan etməmişlər. Bütün bunlar göstərir ki, məlum əməl müsəlmanlar tərəfindən müsbət qarşılanırmış.

 

Əlbəttə, bu kimi əməllərin haram olması fikri İbn Teymiyyənin təəccüb dğuran fətvaları meydana çıxdıqdan sonra səslənməyə başlandı. Hansı ki, sonradan İbn Əbdül-Vəhhab həmin fətvaları davam etdirdi. Vəhhabilər Peyğəmbərin (s) libasından şəfa diləməyin icazəli olduğunu bildirən hökm İbn Teymiyyənin fətvası ilə qüvvədən düşübmüş kimi bu əməli haram və şirk hesab edirlər.

 

8. Mühəddis (hədisşünas) Cəmaləddin Abdullah ibn Məhəmməd Ənsari deyir: Ustadım Tacəddin Fakihani ilə birgə Dəməşqə səfərə çıxmışdıq. (Dəməşq Əşrəfiyyə darul-hədisində) Peyğəmbərə (s) aid ev ayaqqabısını ziyarət etməyə getdik. Müəllimim ayaqqabını gördükdə üzərindəki örtüyü götürərək ayaqqabıları öpdü, gözlərindən yaş axa-axa onu üzünə sürtdü və aşağıdakı məzmunda bir şer oxudu:

 

Əgər Məcnuna Leyliyə qovuşmağı, yoxsa dünya və dünyada mövcud olanları istəyirsən? deyə sorsalar, o: Leylinin ayaqqabısının tozu mənim üçün daha sevimli və dərdimin dərmanıdır, deyə cavab verər .

 

9. Nafe deyir: Əgər ibn Ömərin Peyğəmbərdən (s) yadigar qalan ayaqqabılara bağlılığını görsəydin, onun dəli olduğunu sanardın.

 

O, deyir: İbn Ömər Peyğəmbərdən (s) yadigar qalan nişanələrə çox bağlı idi. O, Peyğəmbər (s) namaz qıldığı yerdə namaz qılardı. Hətta Peyğəmbərin (s) bir zamanlar kölgəsində əyləşdiyi ağacı qoruyar və qurumaması üçün daim ona su verərdi.

 

Malik deyir: İbn Ömər Peyğəmbərdən (s) yadigar qalan əşyalara sarılar, o həzrəti (s) təqlid edər və bu işə çox böyük əhəmiyyət verərdi. O, bu işi o qədər təkrar edirdi ki, onun ağlında nə isə problem yarandığını güman edirdilər. Nafe, İbn Ömər haqqında deyir: O, Məkkə yolunda dəvəsinin başına işarə edər və deyərdi: Bəlkə dəvənin ayağı Peyğəmbərin (s) dəvəsinin ayaq basdığı yerə dəydi! O, Peyğəmbərin (s) minbərdə əyləşdiyi yerə təbərrük edərdi.

 

İbrahim ibn Əbdür-Rəhman deyir: İbn Ömərə baxırdım. O, əlini Peyğəmbərin (s) əyləşdiyi yerə sürtdü, sonra isə üzünə çəkdi.

 

10 İbn Münkədir daim Məscidin həyətinə gələr, bədənini yerə sürtər və uzanardı. Bu əməlin səbəbini soruşduqda: Peyğəmbəri (s) burada görmüşdüm, - deyə bildirərdi.

 

11. Məmun, Yəhya ibn Əksəmə dedi: Əlində təqribən bir dirhəmlik taxta parçası olan bir kişi yanıma gələrək əlindəki taxta parçasının Peyğəmbər (s) əlini üzərinə sürtdüyü taxta olduğunu dedi. Mən ona inanmasam da Peyğəmbərə (s) olan hədsiz məhəbbətimin təsiri altına düşüb həmin taxta parçasını (təqribən) min dinara alaraq üz-gözümə sürtdüm. Baxıb ləms edərək ona təbərrük etdim. Özümün və digərlərinin xəstəliyinə şəfa dilədim. Onu göz bəbəyim kimi qorudum. Bir halda ki, Peyğəmbərin (s) ona toxunmasından başqa heç bir imtiyazı yox idi.

  
YƏHYA İBN ƏKSƏM KİMDİR?  

İbn Kəsirin verdiyi məlumata görə, o, Əhli-sünnə məzhəbinin böyük alimi və öndəri olmuşdur. Zəhəbiyə görə isə o, baş qazı, əllamə və öndər müctehidlərdən idi.

 

Məmun haqda isə deyirlər: O, ədalət carçısı, xoşxasiyyət, bilici və böyük alim olmuşdur.

 

O, Peyğəmbərə (s) mənsub olan əşyaya təbərrük edir və bunu dinə müvafiq təbii bir əməl hesab edirdi. Maraqlı burasıdır ki, o, bu işi dövrünün tanınmış fəqihi Yəhyanın yanında görür və fəqih nəinki bu işin qadağan olduğunu bildirmir, əksinə onu təsdiq edirdi.

  
HƏZRƏT FATİMƏNİN (Ə) EVİNDƏ OLAN BİR DAŞA TƏBƏRRÜK OLUNMASI FAKTI 

Yəhya ibn İbad deyir: İmam Hüseynin (ə) qızı Fatiməni, həyat yoldaşı Həsən ibn Həsənlə birgə həzrət Fatimənin (ə) evindən çıxarıb evi dağıtdıqda Həsən öz oğlu Cəfəri həmin evə göndərdi və ona uçurulan divarların arasında müəyyən şəkilli daşın olub-olmadığına göz qoymasını tapşırdı. Cəfər ev uçurulduqda həmin daşı görüb atasına xəbər verdi. Həsən bunu eşidcək şükür səcdəsi etdi və bir zamanlar Peyğəmbərin (s) qızı Fatimənin (ə) evinə gəldikdə onun üzərində namaz qıldığını, yaxud həzrət Fatimənin (ə) onun üzərində namaz qıldığını bildirdi (son ehtimallar Yəhyanın şəkkini göstərir).

 

İmam Əli ibn Musa ər-Rza (ə) buyurmuşdur: Həzrət Fatimə (ə) Həsən və Hüseyni (ə) o daşın üstündə dünyaya gətirmişdir.

 

Yəhya deyir: Aramızda ən fəzilətli şəxs olan Hüseyn ibn Abdullah ibn Abdullahı bədəninin bir yeri ağrıdıqda həmin daşdan azacıq qoparıb bədəninə sürtdüyünü gördüm.

 

Sözügedən daşa göstərilən hörmətin səbəbi həzrət Fatimənin (ə) Həsən və Hüseyni (ə) onun üzərində dünyaya gətirməsi, Peyğəmbərin (s), yaxud da qızının onun üstündə namaz qılmasıdır. Belə olan halda, Peyğəmbərin (s) bədəni dәfn lunn torpağa nə üçün təbərrük edilməsin? O məzarın və ya torpağın yanında Allah-təaladan bir şey diləmək məqsədəuyğun olmazmı?

  
MƏRVƏDƏN AYRILAN BİR PARÇA DAŞA TƏBƏRRÜK EDİLMƏSİ FAKTI 

Əli ibn Abdullah ibn Abbasın Mövlası Rəzin deyir: Həzrət Əli (ə) mənə məktub yazaraq buyurdu: Mərvədən bir parça daş ayırıb mənim üçün göndər. Mən onun üzərində namaz qılıb, ona səcdə edəcəyəm.

  
TƏBƏRRÜK OLUNAN MƏZAR VƏ CƏNAZƏLƏR 

1. Bir nəfər Sədin qəbrinin torpağından götürdü. Axtarışdan sonra ondan müşk iyi gəldiyini müşahidə etdilər.

 

2. Abdullah əl-Hərraninin qəbri:

 

O, 183-cü ildə Tərviyə günü qətlə yetirildi. Camaat onun qəbrinin müşk kimi xoşətirli torpağından götürüb libaslarına sürtdü.

 

3. Kərxinin qəbri:

 

İbn Cvzi deyir: Onun qəbri Bağdadda, hamının görə biləcəyi yerdədir və hamı onun torpağına təbərrük edir.

 

İbrahim Hərbi deyir: Məlum qəbir dərdlərin dərmanıdır. Hansı ki, mən onu təcrübədən keçirmişəm.

 

4. Əhməd ibn Hənbəlin qəbri:

 

O, hənbəlilərin imamı olmuş və 241-ci ildə dünyasını dəyişmişdir. Onun qəbrinin yeri məlumdur. İnsanlar ziyarət məqsədi ilə oraya gəlir və ona təbərrük edirlər.

 

5. Əl-Xızr ibn Nəsrin qəbri:

 

O, Şafei məzhəbinin fəqihlərindəndir və hicri 567-ci ildə dünyasını dəyişmişdir. İbn Kəsir və İbn Xəllikan nəql edirlər: Onun qəbri ziyarətgahdır və mən dəfələrlə onu ziyarət etmişəm. Orada çoxlu sayda insanın əzadarlıq mərasimləri keçirdiyini və ona təbərrük etdiyini gördüm.

 

Səhabələrin, tabeilərin və hədisçilərin həyat tərzinə nəzər saldıqda onların Peyğəmbərdən (s) yadigar qalan əşya və s. nişanələrə təbərrük etdiklərinin şahidi oluruq. Belə ki, onlar o, həzrətin (s) başının tükünə, su içdiyi tuluğun ağzına, ev ayaqqabılarına, dəvəsinin ayağının yerinə, o həzrətə (s) mənsub olan taxta parçasına və s. təbərrük edirdilər. Bu əməllərin sahibləri adi, sıradan bir insan deyillər. Bəziləri səhabə, bir çoxları isə tabei idilər. Onların arasında Səhih kitablarının müəllifləri, böyük hədisşünaslar və fəqihlər də az deyil. Bütün bunlardan sonra İbn Teymiyyə və tərəfdarları hansı əsasla Peyğəmbərin (s) qəbrinə təbərrük edənləri kafirlikdə ittiham edirlər? İbn Teymiyyə öz fətvalarına riayət etmişdirmi? Səhabə, tabei, Səhih müəlliflərini və fəqihləri kafirlikdə ittiham etmişdirmi?

 

6. Nurəddin Mahmud ibn Zinkinin qəbri:

 

İbn Kəsir deyir: Onun qəbri Dəməşqdə ziyarətgahdır. Qəbrin ətrafı hasara alınmışdır və yoldan ötən hər kəs ona təbərrük edir.

 

7. Tərəfdarlarının İbn Teymiyyənin cənazəsinə təbərrük etmələri faktı:

 

İbn Teymiyyənin tərafdarları onun qüslünün suyuna təbərrük edirdilər. Qarşıya belə bir sual çıxır: İbn Teymiyyənin tərəfdarları müşrik və bidətçi idilərmi? Onun fətvaları tərəfdarlarına da aiddirmi? Onun dəfn mərasimində iştirak edənlər hamısı müsəlman deyil, müşrik idilərmi? Təbərrükün düzgünlüyü müsəlmanlar arasında geniş yayılmış ağıla müvafiq bir əməl ola-ola bunun əleyhinə fətva vermək aqillərin metoduna və dinə qarşı deyilmi?

 

Onun dəfn mərasiminə yığılan insanların yaratdığı çluğ görə yollar bağlanmışdı və izdiham daha da artırdı. Cənazəsinin üzərinə mərasimə toplaşmış insanların təbərrük etməsi üçün xoşətirli ağaclar və əmmamələr qoyulmuşdu. Xeyli miqdarda sidr alıb öz aralarında böldülər. Cənazənin üzərinə bit-birəyə qarşı civələnmiş ip qoymuşdular. Hansı ki, sonradan həmin ip 150 dirhəmə alındı.

 

İbn Teymiyyənin və vəhhabilərin fikrincə bütün bunlar hamısı şirkin bariz nümunəsidir. Deməli, onun tərəfdarları da müşrik olmuşlar!

 

8. Buxarinin məzarının torpağına təbərrük olunması faktı:

 

Sübki, Buxarinin vəfatı və dəfn olunması haqqında yazır: Camaat onun qəbrinin torpağından götürürdü. Belə ki, qəbrin içi görünür və onu qorumaq mümkün olmurdu. Buna görə də qəbrin üzərinə taxtadan hazırlanmış kiçik qapılı bir örtük qoyduq. Həmin kvadrat şəkilli taxta örtük qoyulduqdan sonra artıq kimsənin əli qəbrə çatmırdı.

 

9. Yəhya ibn Mübarəkə (vəfat-366) təbərrük edilməsi faktı:

 

İbn Beşikval deyir: O, dövrümüzün zahidi, yaşadığı şəhərin abidi idi. Əhali ona təbərrük edir və dualarına sığınırdı.

  
İNSANLARA VƏ ƏŞYALARA EDİLƏN TƏBƏRRÜK 

1. Sübki deyir: Atam Əşrəfiyyə darul-hədisində məskunlaşdığı zaman gecələr eyvana çıxar, oraya salınmış xalçanın üzərində ibadət edər və üzünü ona sürtərdi. Sözügedən xalça Əşrəfin (onu vəqf edən şəxsin) dövrünə aid idi və Nəvəvi dərs deyərkən onun üzərində əyləşərdi.

 

2. Davudiyə təbərrük:

 

Zəhəbi, Səmanidən nəql edir: Davudi Xorasan vilayətinin görkəmli elm adamlarından idi. O, təbərrük edilmək üçün fərsənglərlə (mil) yol gedilməsinə layiq adamdır.

 

Son sözlər İbn Teymiyyə, İbn Əbdül-Vəhhab və onlara aid fətvaların rüsvayçılığının qarşısını almaq üçün əl-Ənsab kitabından götürülmüşdür.

 

3.Darqotninin Qəvvasa təbərrük etməsi:

 

Darqotni deyir: Biz, Əbül-Fəth əl-Qəvvasa hələ uşaq olduğu zaman təbərrük edirdik.

 

4. Ağaclara təbərrük edilməsi faktı:

 

Məhəmməd ibn Yusif Buxari deyir: Həcc mərasimi zamanı, cümə axşamı Yəhya ibn Muinlə Mədinə şəhərinə daxil olduq. Həmin gecə Yəhya dünyasını dəyişdi. Sübh açıldıqda onun vəfat xəbəri şəhərə yayıldı və camaat oraya toplaşdı. Bu zaman Bəni-Haşimdən olanlar, üzərində Peyğəmbərə (s) qüsl verilmiş taxta parçalarının gətirilməsini tələb etdilər. Bir çoxları Yəhyanın buna layiq olmadığı üçün o həzrətə (s) hörmətsizlik olar - deyə taxta parçalarını gətirməklə razılaşmadılar. Bəni-Haşimdən olanlar isə Peyğəmbərə (s) olan yaxınlıqlarını önə çəkib Yəhyanın buna layiq olduğunu bildirdilər. Beləcə ona həmin taxtaların üzərində qüsl verildi və cümə günü (hicri 233-cü ildə) dəfn edildi.

 

Abbas əd-Dövri deyir: Bu şəxs (Yəhya ibn Muin) dünyasını dəyişdi və üzərində Peyğəmbərə (s) qüsl verilmiş taxta parçalarının üzərində qüsl verildi.

 

5. Quyuya təbərrük edilməsi faktı:

 

Qəzali Peyğəmbərin (s) ziyarəti və onun qaydalarından danışarkən deyir: Çox yaxşı olar ki, ziyarətçi, Üveys quyusuna getsin. Çünki rəvayətə görə, Peyğəmbər (s) ağzının suyundan həmin quyuya atmışdır. O quyu məscidin yaxınlığındadır. Peyğəmbər (s) orada dəstəmaz almış və suyundan içmişdir. Mədinədə otuza yaxın məscid və ziyarətgah mövcuddur. Şəhər əhalisi bunları yaxşı tanıyır. Ziyatətçilərin mümkün qədər bu ziyarətgahlara, xüsusilə şəfa almaq və təbərrük etmək üçün Peyğəmbərin (s) suyu ilə dəstəmaz aldığı, qüsl verdiyi və suyundan içdiyi quyuyagetmələri tövsiyə olunur.

 

6. Əhmədin köynəyinə təbərrük edilməsi faktı:

 

Əhmədin oğlu atasından yadigar saxladığı köynəyi geyinərək namaz qılar və ona təbərrük edərdi.

 

256-cı ildə dünyasını dəyişən Məhəmməd ibn İsmayıl Buxarinin qəbrinin torpağına təbərrük edən səmərqəndlilər kafir və müşrik idilərmi? Ona qüsl verib kəfənləyənlər, dəfn mərasimində iştirak edərək dəfn edənlər kafir idilərmi? Bütun bu tarixi nümunələr onların tövhid yolunu azdıqlarınımı göstərir? Siz hansı haqla bütün müsəlmanlara hücum çəkir və əsassız ittihamlarla çıxış edirsiniz? Sizin təqvanız haradadır? Bu düşüncə və fətvaların harası İslam və Peyğəmbər (s) sünnəsi ilə üst-üstə düşür? Biz, Peyğəmbər (s) dövründən günümüzə qədər müsəlman ümmətinin qəbrə təbərrükünün İslam cəmiyyətində geniş yayıldığını isbatlayan bütün bu bariz tarixi nümunələri diqqətinizə çatdırmaqla kifayətlənir və bir daha bildiririk ki, heç bir müsəlman fəqihi bu növ əməlləri haram hesab etməmiş, əksinə onun icazəli, müstəhəb əməllər sırasında olduğunu etiraf etmişlər. Zəhəbinin nəql etdiyinə görə, Abdullah ibn Əhməd deyir: Atam Əhməd ibn Hənbəlin Peyğəmbərin (s) saçından bir tük götürüb, üzərində gəzdirərək öpdüyünü görürdüm. Zənnimcə, həmin tükü gözünün üzərinə qoyar, suya salar və həmin sudan şəfa üçün istifadə edərdi. Peyğəmbərin (s) kasasını yuyar, sonra suyunu içərdi. Zəhəbi deyir: Hansı inadkar insan Əhməd ibn Hənbəlin bu əməlini inkar edə bilər? Halbuki, oğlu Abdullah ondan Peyğəmbərin (s) minbərinin ətrafını ləms edən bir kişi haqqında soruşduqda, o: Bu işdə bir nöqsan görmürəm, demişdi. Özümü və sizi bu xəvaricyönlü və bidətçi fikirlər qarşısınd Allaha tapşırıram.

  
KÖMƏYƏ ÇAĞIRMAQ VƏ İSTƏDİKLƏRİNİ DİLƏMƏK 

 

 

 

 

1. Vəhhabilərin nəzər-nöqtəsi

 

2. Vəhhabilərin nəzər-nöqtəsinin tənqidi

 

3. Peyğəmbərləri köməyə çağırmaq, diri insanları köməyə çağırmaq deməkdir.

 

4. Osmanın Peyğəmbər (s) qəbrindən kömək dilənilməsini əmr etməsi

 

5. Qəbirlərdən yardım diləmək

 

6. Qəbirlərdən yardım diləyən şəxslər (tarixi nümunələr)

  
KÖMƏYƏ ÇAĞIRMAQ VƏ İSTƏKLƏRİNİ (EHTİYACLARINI) DİLƏMƏK 

İbn Teymiyyə deyir: Əgər kimsə ölünü səsləyərək Məni eşit!, İmdadıma yet!, Mənə şəfaət et!, Düşmənimə qarşı mənə yardım et! və s. bu kimi yalnız Allahın qüdrəti yetəcək şeylər istəyərsə müşrikdir. O, Ziyarətül-qübur vəl-istincad bil-qübur əsərində yazır: Kimsə Peyğəmbərin (s) və ya digər əməlisaleh insanın qəbri yanına gələrək ondan xəstəliyinin sağalmasını, borcunun qaytarılmasını və bu kimi yalnız Allahın qadir olduğu şeyləri istəyərsə, açıq şəkildə Allaha şərik qoşmuşdur. Bu əməli edən şəxs tövbə etməlidir. Tövbə etməzsə, öldürülməlidir.

 

Məlum kitabın digər bir hissəsində yazır: Yolunu azmış bir çox insanlar deyirlər: Bu şəxs Allaha daha yaxındır, Mən Allahdan uzağam, Mən Allahı yalnız bu şəxsin vasitəsi ilə səsləyə bilərəm. Bütün bunlar müşriklərin sözləridir.

 

Məhəmməd ibn Əbdül-Vəhhab isə deyir: Allahdan qeyrisini imdada çağıran kimsə dindən çıxaraq müşriklər, bütpərəstlər cərgəsinə daxil olur. Belə şəxs tövbə etməzsə, malı, qanı mubahdır.

  
BU NÖQTEYİ-NƏZƏRİN TƏNQİDİ 

Digərlərindən imdad diləmək üç şəkildə təsəvvür oluna bilər:

 

1. Yalnız şəxsin adını çağıraraq Ya Məhəmməd! , Ya Əhli-beyt! və s. demək;

 

2. Bəzən bu şəkildə çağırırlar: Ey Məhəmməd! Mənə şəfaət et! Ey Məhəmməd! Allahı səslə, mənim üçün yardım dilə!

 

3. Bəzən isə belə imdad diləyirlər: Borcumu ödə!, Xəstəmə şəfa ver! və s.

 

Yuxarıda qeyd olunan bu üç qismin heç biri qadağan deyil. Çünki yeganə Allaha etiqad bəsləyən hər bir müsəlman bilir ki, Allahdan başqa heç bir kəsin müstəqil olaraq özünə və başqalarına nə faydası, nə də ziyanı dəyə bilər. Əgər kiminsə ona faydası və ya ziyanı dəyəcəyinə ümid edirsə, burada Allahın iradəsini nəzərdən qaçırmır. Əksinə, bu xeyir və ziyanın Allahın iradəsindən asılı olduğunu düşünür. Köməyə çağırılan şəxs isə yalnız bir vasitə rolunu oynayır. Hansı ki, Allah onu (məsələn: Peyğəmbər (s) və digər əməlisalehləri) yaratmış, seçmiş və ona fəzilət bəxş etmişdir. Hər hansısa müsəlman ehtiyaclarının daha tez ödənilməsi, problemlərinin az bir zaman ərzində aradan qaldırılması üçün bu üsuldan istifadə edirsə, bu zaman onu dindən çıxmış adlandıraraq malını, namusunu halal hesab etmək olmaz. Bu növ fətvalar yalnız gümana, zənnə əsaslanır. وَإِنَّ الظَّنَّ لَا يُغْنِي مِنَ الْحَقِّ شَيْئًا Zənn isə əsla həqiqət ola bilməz!

 

Ey Məhəmməd! Allahdan ehtiyaclarımın ödənilməsini istə! deyən müsəlman, əslində diləyini Allahdan istəyir və hər bir işinin onun iradəsindən asılı olduğunu düşünür. Əgər Ey Məhəmməd! Ehtiyacımı rəva qıl! desə belə burada Allahın iradəsi xaricində bir şey olduğunu qəbul etməmişdir. Sadəcə olaraq, həyata keçiriləcək iş bilavasitə öz səbəbinə aid edilmişdir. Adi danışıqda bu kimi cümlələrə çox rast gəlirik. Məsələn, Bahar təbiəti canlandırdı və s. Burada bahar həqiqətən təbiəti canlandırmır, yalnız spesifik səbəb kimi çıxış edir. Tam səbəb isə təbii ki, Allahdır.

 

Quranda bir çox işlər ibtidai məna etibarı ilə bəndələrə aid edilmişdir. Aşağıdakı nümunələrə diqqət yetirək:

 

1. وَمَا نَقَمُواْ إِلاَّ أَنْ أَغْنَاهُمُ اللّهُ وَرَسُولُهُ مِن فَضْلِهِ (Münafiqlərin Peyğəmbərə və möminlərə qarşı) kin-küdurət bəsləmələrinin səbəbi yalnız Allahın və Peyğəmbərinin Öz nemətləri ilə onları varlandırmasıdır.

 

2. وَارْزُقُوهُمْ فِيهَا وَاكْسُوهُمْ Onları həmin maldan yedirdib geyindirin!.

 

3. اللّهُ سَيُؤْتِينَا اللّهُ مِن فَضْلِهِ وَرَسُولُه وَلَوْ أَنَّهُمْ رَضُوْاْ مَا آتَاهُمُ اللّهُ وَرَسُولُهُ وَقَالُواْ حَسْبُنَا

 

Kaş münafiqlər Allahın və Peyğəmbərinin onlara verdiklərindən razı qalıb: "Allah bizə kifayətdir. Allah bizə Öz nemətindən bəxş edəcək, Peyğəmbəri də (sədəqədən)" - deyəydilər!

 

4. فَيَكُونُ طَيْرًا بِإِذْنِ اللّهِ أَنِّي أَخْلُقُ لَكُم مِّنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَأَنفُخُ فِيهِ

 

Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın iznilə quş olar.

 

Ehtiyacların ödənilməsi yalnız Allahın ixtiyarında olduğu bir halda öz Peyğəmbərinin (s) ruzi verilməsində şərik olduğunu nə üçün bildirmişdir. Lakin vəhhabilər isə Hacətimi rəva qıl! kimi sözləri şirk hesab edirlər.

 

Ey Vəhhabi alimləri! Nə üçün bunları şirk adlandırmırsınız? Halbuki, Allahın izni ilə Peyğəmbərdən (s) və digər övliyalardan nə isə dilədikdə dayanmadan müşriklikdə, kafirlikdə ittiham edirsiniz.

  
SƏMHUDİNİN DEDİKLƏRİNDƏN 

Şafei deyir: Bəzən Peyğəmbərə (s) təvəssül etmək ondan nə isə diləmək vasitəsi ilə reallaşır. Yəni o həzrət (s) həmin diləyin Allahdan istənilməsi üçün bir növ vasitə rolunu oynayır, Allahdan, başqaları üçün nə isə istəyir, yaxud ona şəfaət edir. Bu növ təvəssül adları fərqli olmasına baxmayaraq Peyğəmbərin (s) dua etməsini istəməklə üst-üstə düşür. Bunun digər nümunələri də mövcuddur. Bizim, Peyğəmbərə (s) Səndən Behiştdə səninlə birgə olmağımı istəyirəm deməyimiz də bu qəbildəndir. Çünki bu sözləri deyən şəxsin məqsədi Peyğəmbərin (s) onun Behiştə getməsi üçün bir vasitəçi olmasını istəməkdir.

 

Günahların bağışlanması, xəstələrin şəfası və s. Allahdan başqasının bacarığı xaricindədir. Əgər dua edənin məqsədi imdada çağırdığı şəxsin məsələyə müstəqil təsir göstərməsidirsә və Allahın bu işdә heç bir dəxaləti olmadığını düşünürsə, bilməlidir ki, heç bir müsəlman bu fikirdə deyil. Xüsusilə imdada çağırmaq, yardım diləmək yalnız dua və vasitəçilik istəyidir və bunu inkar edən heç bir əqli və nəqli sübut yoxdur. Hansı ki, vəhhabilər də sağ insandan nə isə diləməyi icazəli və düzgün hesab edirlər.

 

İbn Teymiyyə deyir: Peyğəmbərdən (s) nəql olunan bir hədisdə deyilir: Qardaşına dua edən bir insan üçün dua etməyə bir mələk ayrılır. O, qardaşı üçün dua etdikdə, mələk həmin şəkildə onun üçün dua edir.

 

Dua, hətta bizdən uzaqda olanlar üçün də keçərlidir. Elə buna görə də Peyğəmbər (s) ona salam verməyi və onu bir vasitə kimi səsləməyi tövsiyə etdi.

 

Bir hədisdə deyilir: Azan səsini eşitdikdə onun dediklərini təkrar edin və mənə salam göndərin. Çünki Allah, mənə bir dəfə salam göndərən şəxsə on dəfə salam göndərir. Sonra Allahdan mənim vasitəçiliyimi istəyin! Çünki vasitəçilik Behişt dərəcələrindən biridir və yalnız Allahın bir bəndəsinə məxsusdur. Ümidvaram ki, mən həmin bəndəyəm. Deməli, məni Allahla öz arasında vasitəçilik üçün səsləyən şəxs Qiyamət günü mənim şəfaətimdən bəhrələnəcəkdir.

 

Məqamca özündən kiçik və ya böyük olan adamdan da sənin üçün dua etməsini istəyə bilərsən. Səhih bir rəvayətdə deyilir: Peyğəmbər (s) Üveys Qərənini yad edərək Ömərə dedi: Əgər ondan (sənin) bağışlanmağın üçün dua etməsini istəmək imkanı yaransa, fürsəti əldən vermə.

 

Digər bir hədisdə deyilir: Quraqlıq idi. Kütlə Peyğəmbərdən (s) onlar üçün dua edərək Allahdan yağış yağmasını istəməsini rica etdi. Peyğəmbər (s) Allahdan yağış yağmasını istədi və yağış yağdı.

 

Yuxarıda qeyd olunanlardan bəlli olur ki, kimisə köməyə çağırmaq, imdada səsləmək ondan dua etməsini istəməkdir və bunun üçün şəriətdə məqamca imdad diləyənin imdada yetəcək şəxsdən üstün və ya aşağı olmasından asılı olmayaraq heç bir qadağa mövcud deyil.

  
DÜNYASINI DƏYİŞMİŞ İNSANI İMDADA ÇAĞIRMAQ  

Vəhhabilər dünyasını dəyişmiş şəxsdən dua etməsini diləməyi düzgün hesab etmirlər. Buna sübut kimi و لا تدعوا مع الله احدا Allahdan başqa heç kəsə ibadət etməyin! ayəsini göstərirlər. Buna cavab olaraq bildirməliyik ki, dua iki müxtəlif mənada hərfi və terminoloji mənalarda işlənir. Misal üçün, Allah-təala Quranda buyurur:

 

لَا تَجْعَلُوا دُعَاءَ الرَّسُولِ بَيْنَكُمْ كَدُعَاءِ بَعْضِكُم بَعْضًا

 

Peyğəmbəri çağırmağı öz aranızda bir-birinizi çağırmağınızla eyni tutmayın! (Peyğəmbəri özünüz bir-birinizi çağırdığınız kimi çağırmayın!)

 

Bu ayədə dua sözü çağırmaq, səsləmək mənalarını ifadə edir. Bundan başqa dua hərfi məna etibarı ilə adi danışıqda Allahdan dünya və axirət hacətlərini istəməyə deyilir. İkinci mənada işlənən dua bir növ ibadət adlanır. Aşağıdakı ayədə də məhz həmin mənanı əks etdirir:

 

وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ

 

Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetim, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandırım!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə xar olaraq girəcəklər!

 

Yaddan çıxarmaq lazım deyil ki, Allahdan başqasını hər hansı bir şəkildə səsləmək, ehtiyaclarının ödənilməsini istəmək (hansı ki, ərəb dilində bu mənanı ifadə etmək üçün dua sözündən istifadə olunur) ibadət deyil və qadağan edilməmişdir. Deməli, kiminsə yanına gələrək sənə kömək etməsini istəmək, ondan ehtiyacının ödənilməsini xahiş etmək ibadət və nəticə etibarı ilə günah hesab edilmir.

 

 

 

 

 

  
DUA SÖZÜNÜN TERMİNOLOJİ MƏNASI 

1. Fərdi dua, yəni Allahdan başqasını eyni ilə Allahı səslədiyimiz kimi səsləmək; Belə ki, köməyə çağıran şəxs səslədiyi qarşı tərəfin Allahın dəxaləti olmadan, müstəqil şəkildə bir iş görə biləcəyini hesab edir və buna inanır. Buna misal olaraq, yəhudilər və xristianların məbədlərdə etdikləri duaları göstərmək olar.

 

2. Büt, daş, ağac və s. kimi əşyalardan kömək istəmək, yardım diləmək; Hansı ki, Allah-təala bunu qadağan etmişdir. Buna misal olaraq, müşriklərin həyata keçirdikləri dini mərasimləri göstərmək olar.

 

3. Cinn və mələklərə sitayiş edənlərin onlardan yardım diləmələri. Bu əqidədə olanlar Allahla yanaşı adı çəkilən varlıqların da müstəqil olaraq təsir qüvvəsinə malik olduqlarını hesab edirlər. Quranda bu haqda buyurulur:

 

إِنَّ الَّذِينَ تَدْعُونَ مِن دُونِ اللّهِ عِبَادٌ أَمْثَالُكُمْ

 

Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir.

 

وَالَّذِينَ تَدْعُونَ مِن دُونِهِ لاَ يَسْتَطِيعُونَ نَصْرَكُمْ وَلآ أَنفُسَهُمْ يَنْصُرُونَ

 

Sizin Ondan başqa tapındıqlarınız isə nə sizə, nə də özlərinə bir kömək edə bilərlər!

 

و لا تدعوا مع الله احدا

 

Allahdan başqa heç kəsə ibadət etməyin!

 

Yuxarıda qeyd olunanlardan məlum olur ki, Peyğəmbəri (s) köməyə çağırmaq, ondan yardım diləmək bu üç qismin əhatə dairəsindən xaricdir. Çünki Peyğəmbəri (s) köməyə səsləyən, ondan şəfaət etməsini istəyən kimsə onun edəcəyi yardımın və ya şəfaətin Allahın iradəsindən asılı olduğunu və Peyğəmbərin (s) sadəcə olaraq bir vasitəçi rlunu ifdә tdiyini qəbul edir. Bu növ dualar qadağan olunmuş dualar sırasına daxil deyil.

  
PEYĞƏMBƏRLƏRDƏN (Ə) YARDIM DİLƏMƏK 

Vəhhabilər deyirlər: Peyğəmbərlərə (ə) və əməlisaleh insanlara təvəssül etmək düzgün deyil. Çünki onlar ölüdürlər və ölülər bizi eşitmirlər. Deməli, Ey Peyğəmbər! İmdada yet! və ya Allahla mənim aramda vasitəçilik et! deməyin heç bir faydası yoxdur.

 

Cavab: Öncə də qeyd olunduğu kimi peyğəmbərlər (ə) dünyalarını dəyişdikdən sonra belə diridirlər. Buna görə də hər hansı peyğəmbər və ya övliyanın dünyadan köçdükdən sonra onları səsləyənləri eşitmələri din və zəkaya tam müvafiqdir.

 

Ənəsin Peyğəmbərdən (s) nəql etdiyi bir hədisdə deyilir: Peyğəmbərlər (ə) qəbirlərində namaz qılan diri şəxslərdirlər.

 

Digər bir rəvayətdə isə deyilir: Elə bir müsəlman yoxdur ki, mömin qardaşının qəbrinin yanından keçdikdə ona salam versin, mömin qardaşı isə onu tanımasın və cavabını verməsin.

 

Beyhəqi deyir: Səid ibn Müsəyyibin Əbu Hüreyrədən nəql etdiyi hədisdə deyilir: Peyğəmbər (s) (merac zamanı) peyğəmbərlərlə (ə) görüşdü. Namaz vaxtı hamısı Peyğəmbərə (s) iqtida edərək namaz qıldılar. Sonra hamısı Beytül-müqəddəsə yığışdılar.

 

Əbuzər və Malik ibn Səsəədən meracla bağlı nəql edilən rəvayətdə deyilir: Peyğəmbər (s) digər peyğəmbərlərlə (ə) səmada görüşdü!

 

Bu hədis səhihdir və Peyğəmbər (s) merac zamanı həzrət Musanı (ə) qəbrində namaz qılarkən gördü. Sonra Musa (ə) başqa bir neçə peyğəmbərlə birgə səmaya merac etdi və İslam peyğəmbəri (s) digər peyğəmbərlərlə (ə) də görüşdü. Hamısı Beytül-müqəddəsə toplaşdılar və namaz vaxtı Peyğəmbərə (s) iqtida edərək namaz qıldılar. O, deyir: Peyğəmbərlərin (ə) o məqamda, müxtəlif zamanlarda və məkanlarda qıldıqları namazlar ağıla müvafiqdir. Hədislər bu müddəanı təsdiq edir. Ümumilikdə bütün bunlar peyğəmbərlərin (ə) diri olduqlarını göstərir.

 

Deməli, diri olan şəxslər onlara salam göndərən şəxslərin salamını eşidirlər.

 

Peyğəmbər (s) buyurmuşdur: Qəbrimin yanında mənə salam verənlərin salamını eşidirəm. Peyğəmbərlərə göndərilən salamlar onlara çatdırılır.

 

Digər bir hədisdə isə buyurur: Cümə günü mənə çox salam göndərin. Çünki salamlarınız mənə çatdırılır.

 

Hədislərdən göründüyü kimi onlar həyatda olduğu müddətdə onlardan yardım diləmək, istiğfar etmək (bağışlanmaq istəmək) maneәsizdir. Quranda oxuyuruq:

 

اذْهَبُواْ بِقَمِيصِي هَذَا فَأَلْقُوهُ عَلَى وَجْهِ أَبِي يَأْتِ بَصِيرًا

 

Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün (atın), o (yenidən) görməyə başlayar.

 

ايَا أَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوبَنَا

 

Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə!.

  
ƏHLİ-SÜNNƏ ALİMLƏRİNİN GÖRÜŞLƏRİ 

1. Qəstəlani deyir: Ziyarətçinin, çox dua etməsi Peyğəmbərdən (s) yardım, şəfa diləməsi, ona təvəssül etməsi məsləhətdir. Çünki Peyğəmbəri (s) Allahla öz arasında şəfaətçi, vasitəçi kimi qəbul edərkən o həzrətin (s) şəfaətçiliyi qəbul edilir. Peyğəmbərə (s) təvəssül etmək, ondan yardım diləmək və ya şəfaətinə tapınmaq o həzrət (s) yaradılmadan öncə və ya sonra, həyatda olduğu müddətdə və ya dünyasını dəyişərək Bərzəxdə olduğu zaman, hətta Qiyamət günü belə maneəsizdir.

 

2. Məraği (vəfat-816) deyir: Peyğəmbərə (s) təvəssül etmək, ondan yardım diləmək və ya şəfaətinə sığınmaq, o həzrət (s) yaradılmazdan öncə və ya sonra, həyatda olduğu müddətdə və ya dünyasını dəyişərək Bərzəxdə olduğu zaman, hətta Qiyamət günü belə maneəsizdir.

  
GÖZLƏRİ GÖRMƏYƏN BİR ŞƏXSİN PEYĞƏMBƏRDƏN (S) YARDIM DİLƏMƏSİ 

Peyğəmbərin (s) məzarından yardım diləməyin, geniş yayılaraq adi bir hal aldığını göstərən ən aydın dəlillərdən biri də Osman ibn Hüneyf haqqında söylənilənlərdir. Təbərani, Əbu İmamə ibn Səhl ibn Hüneyfdən, o da əmisi Osman ibn Hüneyfdən belə nəql edir: Bir kişi Osman ibn Əffanın yanına gedib-gəlir, lakin Osman onun ehtiyaclarına məhəl qoymurdu. Məlum kişi Osman ibn Hüneyflə görüşüb başına gələnləri danışdı. Osman dedi: Get dəstəmaz al, məscidə get və iki rəkət namaz qıl. Sonra bu sözləri de: İlahi, mən səndən kömək istəyirəm. Sənə və rəhmət peyğəmbəri olan Məhəmmədə (s) sığınıram. Ey Məhəmməd, ehtiyaclarımın ödənilməsi üçün sənin vasitənlə Allaha sığınıram. Bu sözləri dedikdən sonra ehtiyaclarının nə olduğunu dilə gətir və (ödənəcəyinə) əmin ol! Kişi İbn Hüneyfin dediklərini həyata keçirdikdən sonra Osman ibn Əffanın məskunlaşdığı yerə gəldi. Qapıçı kişinin əlindən tutub Osmanın yanına apardı. Osman onu məxmər xalçanın üzərində əyləşdirib problemləri ilə maraqlandı və onları həll etdi. Məlum kişi Osman ibn Hüneyflə görüşərək onun bu işdə vasitəçilik etdiyini güman edib minnətdarlığını bildirdi. Osman ibn Hüneyf dedi: Allaha and olsun, mən onunla sənin haqqında danışmamışam. Lakin bir zaman Peyğəmbərlə (s) bağlı bir hadisənin şahidi olmuşam. Bir kor kişi Peyğəmbərə (s) şikayət etdi. Peyğəmbər (s) səbr etməsini tapşırdı. Kişi: Ey Allahın elçisi mənim bələdçim yoxdur və bu mənim üçün problem törədir, - dedi. Peyğəmbər (s) buyurdu: Get dəstəmaz al, sonra iki rəkət namaz qıl və bu duaları oxu. Biz Peyğəmbərin (s) hüzurunda idik. Çox keçmədi ki, həmin kor kişi bizim yanımıza gəldi və onda korluqdan əsər-əlamət qalmamışdı.

 

Sələfiliyə meyilli olan bir şəxs bu hədisi şərh edərkən onu səhih hesab etmiş, sənəd silsiləsinə irad tuta bilmədiyindən onun təvəssülə aid olduğunu şübhə altına almışdır.

 

Sözügedən şəxs dünyasını dəyişmiş kimsəyə təvəssül etməyi haram və şirk hesab edən vəhhabi təliminin və ət-Təvəssül kitabının müəllifi Albaninin fikirlərinin təsiri altına düşmüşdür. O, bu məzmunlu hədisləri müşahidə etdikdə dözümünü əldən vermiş və qəbul etməyə çətinlik çəkmişdir. Halbuki, Təbərani kimi mahir hədisşünaslar bu hədisi səhih hesab etmişlər Bundan başqa, onu nəql edən Osman ibn Hüneyf, Əlinin (ə) və Ömərin etimad göstərdiyi səhabədir. Tirmizi, İbn Macə və Nisai də həmin hədisi nəql etmişlər. Qəribədir ki, onlar özlərini sələfi adlandırdıqları bir halda sələflərinin nəql edərək səhih hesab etdikləri hədisləri inkar edirlər. Öncə bu və ya digər əqidəni qəbul edib sonra ona müvafiq hədislər aramaq ağıla müvafiqdirmi? Təbii ki, bunun əksinə olaraq, hər hansı bir əqidə və ya müddəanı Quran və hədislərdən əldə etmək lazımdır.

  
QƏBİRLƏRDƏN İMDAD DİLƏMƏK 

Tarix boyu müsəlmanların həyat tərzi insanların peyğəmbərlərin (ə) və əməlisalehlərin qəbirlərindən imdad diləməyinin adi hal olduğunu göstərir. Buna əsaslanan elm adamları bu işin icazəli olduğu haqda fətva vermişlər. Bir neçə fakta nəzər salaq:

  
1. PEYĞƏMBƏRİN (S) MƏZARINA TƏBƏRRÜK EDİLMƏSİ FAKTI 

Darəmidən nəql edilən bir rəvayətdə deyilir: Mədinədə (quraqlıq olduğu üçün) qıtlıq yaranmışdı. Ayişəyə şikayət etdilər. O, dedi: Peyğəmbərin (s) qəbrinə tərəf gedin. Belə ki, qəbirlə səma arasında fasilə olmasın. Onun dediklərini həyata keçirdik. Nəticədə elə bir yağış yağdı ki, hər tərəf yaşıl çəmənə boyandı, dəvələr kökəldilər, qoyunlar quyruq bağladılar. Belə ki, piyin çoxluğundan quyruqlarında yarıq əmələ gəldi. Elə bu

 

na görə də o il fətq ili adlandı.

 

İbn Əbu Şeybə səhih sənədlə Əbu Salehdən, o da Maliküd-dardan (Ömərin xəzinədarı) nəql edir: Ömərin dövründə qıtlıq yaranmışdı. Bir kişi Peyğəmbərin (s) qəbri üzərinə gələrək dedi: Ey Allahın elçisi! Ümmətin həlak olur, onlar üçün yağış yağmasını istə! Sonra yuxuda ikən o kişiyə Ömərin yanına getməsini tapşırdı.... Seyfin əl-Fütuh əsərində qeyd etdiyinə görə, həmin yuxunu görən şəxs Peyğəmbərin (s) səhabələrindən olan Bilal ibn Haris olmuşdur.

  
2. QAHİRƏDƏ İMAM HÜSEYNİN (Ə) BAŞININ DƏFN OLUNDUĞU MƏQBƏRƏDƏN YARDIM DİLƏMƏK 

Həmzavi (vəfat-1303) İmam Hüseynin (ə) başının dəfn olunması haqqında geniş söhbət açdıqdan sona deyir: Bu məqbərəni tez-tez ziyarət edib, onun vasitəsi ilə Allaha təvəssül etmək və İmamdan (ə) yaşadığı dövrdə istənilənləri istəmək tövsiyə edilir. Çünki o, problemləri həll edəndir. Onu ziyarət etmək xoşagəlməz hadisələrin qarşısını alır. Onun nuru ilə təvəssül edənlər Allaha qovuşurlar.

 

Belə hədislərdən biri ilahi arif İbn əs-Sit kimi şöhrət qazanmış Məhəmməd ibn Şələbinin başına gələnlərdir. Bir gün onun şəxsi kitabxanasında mövcud olan kitablar hamısı oğurlandı. O, böyük narahatlıq hissi keçirərək sözügedən məqbərəyə getdi və o həzrətdən (ə) yardım istədi. Ziyarətdən qayıtdıqdan sonra oğurlanan kitabların hamısının yerində olduğunun şahidi oldu.

  
3. KOR BİR ŞƏXSİN İMAM HÜSEYNİN (Ə) BAŞININ DƏFN OLUNDUĞU MƏQBƏRƏDƏN YARDIM DİLƏMƏSİ 

Şəbravi Şafei (vəfat-1172) əl-İthafu bihubbil-əşrəf əsərində bu məqbərə haqqında ayrıca bir fəsildə söhbət açmışdır. Burada o həzrətin (ə) ziyarəti və bir çox kəramətləri haqqında ətraflı söhbət açmışdır. Belə kəramətlərdən birini nəzərdən keçirək:

 

Şəmsəddin adlı bir şəxs məlum məqbərənin yanında yaşayar və Kəbənin pərdəsini tikməklə məşğul olardı. Onun gözləri tutularaq kor oldu. O, hər gün sübh namazını İmam Hüseynin (ə) başı dəfn olunan məqbərədə qılar, üzünü zərihin qapısına tutaraq deyərdi: Ey mənim ağam! Mən sənin qonşunam. İndi gözlərim tutulub. Sənin vasitəçiliyinlə Allahdan gözlərim üçün şəfa diləyirəm. Nəhayət, bir gecə yuxuda camaatın bu məqbərəyə doğru gəldiyini gördü. Gələnlərin kimliyi haqqında soruşduqda ona dedilər: Peyğəmbər (s), səhabələri ilə İmam Hüseyni (ə) ziyarət etməyə gəlib. Camaata qoşulub məqbərəyə daxil oldu. İmamdan istədiyini təkrar etdi. İmam Peyğəmbərdən (s) o kişiyə şəfa verməsini istədi. Peyğəmbər (s) Əliyə (ə): Ey Əli (ə), onun gözünə sürmə çək! deyə buyurdu. Əli (ə) ona yaxın gəlməsini buyurdu və sürmə qabını çıxarıb gözünə sürmə çəkdi. Kişi gözündə möhkəm yanğı hiss edib qışqırdı və bununla da yuxudan oyandı. Lakin artıq onun sağ gözü şəfa tapmışdı. O, dünyasını dəyişincəyə qədər həmin gözündən şikayət tmәdi.

  
4. İBN HƏBBANIN İMAM RZANIN (Ə) MƏZARINA TƏVƏSSÜL ETMƏSİ FAKTI 

İbn Həbban deyir: Əli ibn Musa ər-Rza (ə) Tus şəhərində Məmun Abbasinin ona içirtdiyi (zəhərli) şərbət nəticəsində dünyasını dəyişərək şəhid oldu. Onun məzarı böyük ziyarətgahdır. Mən o həzrətin (ə) məzarını dəfələrlə ziyarət etmişəm. Tusda olduğum zaman qarşıya hər hansı bir problem çıxdıqda Əli ibn Musa ər-Rzanın (ə) qəbrini ziyarət və problemimin həlli üçün dua edərdim. Nəticədə duam qəbul, problemim həll olardı. Tusda olduğum müddətdə bunu dəfələrlə təcrübədən keçirtdim. Allah, bizi bu dünyadan Məhəmməd (s) və onun Əhli-beytini (ə) sevərək aparsın.

 

İbn Həbban haqqında deyilmişdir: O, dini rəhbər, əllamə, hafiz olmuşdur. Gözəl Quran oxuyarmış. Xorasanın qabaqcıllarından olmuş və bir neçə böyük şöhrət qazanmış kitab qələmə almışdır. Hicri 270-ci ildə dünyaya göz açmışdır. Bir zamanlar Səmərqəndin qazısı olmuşdur. O, dövrünün fəqihlərindən olmuş və sələflərinin əsərlərini hifz etmişdir. Belə ki, Səmərqənd əhalisi onun əhatəli elmindən bəhrələnərmişdir. O, səhih kitab tərtib etmiş və əl-Ənvau vət-təqasim və kitabut-tarixi və kitabuz-züəfa adlandırmışdır. Xətib Əbu Bəkr onu etimadlı hesab edərək yazır: O, görkəmli, etibarlı və dəqiq adam olmuşdur. Hakim Nişapuri onu mədh edərək yazır: O, fiqh, leksikologiya, hədisşünaslıq və ritorika elmlərinə dərindən yiyələnmişdir. Görkəmli elm adamları arasında nəzərə çarpan alimlərdən idi. Nişapurda bizim yanımızda məskunlaşmışdı. Hakim onun dərslərində iştirak etmiş və dərin biliyindən faydalanmışdır.

 

Bütün bu səciyyəvi xüsusiyyətlərə malik olan İbn Həbban İmam Rzanın (ə) məzarını daim ziyarət edər və o həzrətdən (ə) yardım dilərmiş. Belə olan halda İbn Teymiyyə və onun tərəfdarları bu şəxsi şirk, kafirlik və nadanlıqda günahlandıra bilərlərmi?

  
5. İBN XÜZEYMƏNİN İMAM RZANIN (Ə) MƏZARI ÖNÜNDƏKİ YALVARIŞI 

Məhəmməd ibn Müəmmil deyir: Hədisşünas alim Əbu Bəkr Xüzeymə, yaxın dostu İbn Əli əs-Səqəfi və bir çox görkəmli elm adamları ilə birgə Tus şəhərinə, İmam Əli ibn Musa ər-Rzanın (ə) məzarını ziyarət etməyə getdik. Mən İbn Xüzeymənin bu məqbərəyə göstərdiyi ehtirama və oradakı yalvarışlarına heyran qalmışdım.

 

Zəhəbi deyir: Şeyxül-İslam İbn Xüzeymə, dini rəhbər, etibarlı hədisşünas və bir çox elmi əsər müəllifidir. O, 223-cü ildə dünyaya göz açmışdır. Hədisşünaslıq və fiqh elminə dərindən yiyələnmişdir. Belə ki, onun dərin biliyi el məsəlinə çevrilmişdir. Buxari və Müslim Səhih kitablardan qeyrisində ondan hədis nəql etmişlər.

 

Onun haqqında deyilmişdir: Allah-təala Əbu Bəkr ibn Xüzeymənin ehtiramına görə bu şəhəri bəlalardan qoruyur.

 

Darəqütni deyir: O, olduqca dəqiq və bənzərsiz dini lider idi.

 

O, Peyğəmbər (s) sünnəsini dirçəldən bir insan idi... O, Peyğəmbərin (s) hədislərindəki bəzi məqamları özünəməxsus dəqiqliyi ilə izah edirdi. O, görkəmli alim və mahir tənqidçi olmaqla yanaşı hədis sənədlərində mövcud olan rəvayətçilər haqqında dərin biliyə malik idi. Peyğəmbər (s) sünnəsinə əməl etdiyi üçün insanların rəğbətini qazanmışdı.

 

İbn Əbu Hatəm, İbn Xüzeymə haqqında deyir: O, hər kəsin iqtida etdiyi imamdır. Bütün bu özəlliklərə malik olmasına baxmayaraq, İbn Teymiyyə və tərəfdarları sırf İmam Rzanın (ə) məzarından imdad diləməsinə, ziyarət zamanındakı yalvarışlarına görə onu kafirlikdə, müşriklikdə günahlandıra bilərlərmi? İbn Teymiyyə və ardıcılları İbn Xüzeymə və bu kimi şəxsiyyətlərə tәrs baxa bilərlərmi?

  
QƏBİRLƏRDƏN YARDIM DİLƏMƏKLƏ BAĞLI TARİXİ NÜMUNƏLƏR 

1. Əbu Əyyub Ənsarinin məzarı (vəfat-52);

 

Hakim deyir: İnsanlar onun qəbrinə doğru axışır və ziyarət edirdilər. Quraqlıq zamanı qıtlıq yarandıqda yağış yağması üçün onun qəbrinə təvəssül edirdilər.

 

2. İmam Musa ibn Cəfərin (ə) məzarı;

 

Hənbəli məzhəbinin öndərlərindən olan Əbu Əli Xəllal deyir: Qarşıya hər hansı bir problem çıxdığı zaman Musa ibn Cəfərin (ə) məzarına sığınır və ona təvəssül edirdim. Allah da hər bir işimi mən istədiyim şəkildə yoluna qoyurdu.

 

3. Əbu Hənifənin məzarı;

 

İmam Şafei Bağdadda olduğu zaman Əbu Hənifənin məzarını ziyarət və ona təvəssül edərdi. Ona salam göndərər və problemlərinin həlli üçün onun vasitəsi ilə Allaha tapınardı. Eləcə də sübuta yetmiş tarixi dəlillərə görə, Əhməd ibn Hənbəl İmam Şafeiyə təvəssül edirdi. Oğlu, onun bu əməlini təəccüblə qarşıladıqda ona dedi: Şafei insanlar üçün günəşə, bədən üçün sağlamlığa bənzəyir. Şafei mərakeşlilərin İmam Malikə təvəssül etdiklərini gördükdə onların bu əməlini qəbahət hesab etmədi. Şafei özü deyir: Mən Əbu Hənifənin məzarına təbərrük edirəm və hər gün məzarını ziyarət etməyə gəlirəm. Bir problemlə qarşılaşdıqda iki rəkət namaz qılıb, problemlərimin həllini Əbu Hənifənin məzarı yanında istəyirəm.

 

4. Əhməd ibn Hənbəlin məzarı;

 

İbn Cvzi, Əhməd ibn Hənbəli mədh edərkən Abdullah ibn Musadan belə bir hədis nəql edir: Mən və atam, qaranlıq gecədə Əhməd ibn Hənbəli ziyarət etmək üçün yola düşdük. Bu zaman hava daha da qaraldı. Atam dedi: Oğlum, gəl, bu əməlisaleh bəndə vasitəsi ilə Allaha sığınaq (təvəssül edək) və yolumuz işıqlansın. Çünki mən otuz ildən bəri ona təvəssül etdiyim vaxt problemim öz həllini tapmışdır.

 

5. İbn Furək İsfahaninin (vəfat-406) məzarı;

 

O, Nişapur ətrafında dəfn olunmuşdur. Onun məzarı hamının tanıdığı ziyarətgahdır. Belə ki, əhali ondan yağış yağmasını diləyir və onun məzarı yanında dua qəbul olur.

 

İbn Furək Məhəmməd ibn Həsən qabaqcıl əşairə sxolastiklərindəndir. Lakin Zəhəbi və İbn Həzm ona müsəlmanlara yaraşmayan əməllər aid etmişlər. Hansı ki, müsəlmanlar bu əməlləri etdikdə dindən üz çevirmiş hesab edilirlər.

 

6. Şeyx Əhməd ibn Əlvanın (vəfat-750) məzarı;

 

Yafei deyir: Bu şəxsin fəzilətlərindən biri budur ki, ona qarşı olan fəqihlər belə, onun qəbrinə təbərrük edir və padşahın qorxusundan ona sığınırdılar.

 

7. Buxarinin məzarından yağış yağmasının dilənməsi;

 

Səmərqənd əhalisi Buxarinin məzarından yardım diləyir və yağış yağması üçün ona təvəssül edirlər. Buxari, İbn Teymiyyə dünyaya gəlməzdən (vəfat-664) 300-il öncə dünyasını dəyişmişdir. Sübki deyir: Biz Səmərqənddə olduğumuz zaman bəzi illərdə yağış yağmadığı üçün quraqlıq olurdu və əhali bundan yaranan qıtlığın acısını çəkirdi. Əhalinin dəfələrlə, yağış yağması üçün dua etməsinə baxmayaraq, yağış yağmırdı. Əməlisaleh insan kimi tanınan bir şəhər sakini Səmərqənd qazısının yanına gəlib dedi: Mənə belə gəlir ki, vəziyyətdən çıxış yolu olduqca sadədir. Sən və şəhər əhalisi, Məhəmməd ibn İsmayılın sərdabəsinə gedin. Orada dua edərək yağış yağmasını istəyin. Çox güman ki, yağış yağacaqdır. Qazı dedi: Ağıllı təklifdir. Onlar hamısı birlikdə Buxarinin qəbrinə doğru getdilər və bir yerdə yağış yağması üçün dua etdilər. Əhali məzar ətrafına toplaşıb ağlayır və mərhuma təvəssül edirdi. Həmin duaların nəticəsi olaraq fasiləsiz yağış yağmağa başladı. Belə ki, camaat yeddi gün Səmərqənd yaxınlığında qalmağa məcbur oldu və şəhərə qayıda bilmədi. Çox güman ki, İbn Teymiyyə onların yardım və şəfa diləmələrindən xəbərsiz olmuşdur. Əgər qulağına çatsaydı hamısını müşriklikdə, kafirlikdə ittiham edərdi.

 

8. Həmzə ibn Qasimdən (vəfat-330) yardım dilənilməsi faktı.

 

Xətib deyir: O, etibarlı və əmlisaleh kimi tanınan bir insan idi. Camaat üçün yağış yağmasını istəyərək dedi: İlahi! Ömər, İbn Abbasın ehtiramına təvəssül etdi və yağış yağdı. Abbas mənim cəddimdir. Onun vasitəsi ilə səndən yağış yağmasını istəyirəm. Hələ o, minbərədə ikən gur yağış yağmağa başladı.

  
QİRƏVANİ MALİKİNİN (VƏFAT-737) DEDİKLƏRİNDƏN 

O, Məzarların ziyarəti fəslində yazır: Peyğəmbərlərə (ə) hörmət göstərmək, onların məzarlarını ziyarət etmək və ya bu ziyarət məqsədi ilə yola çıxmaqdır. Onların ziyarətinə gəldikdə təvazökarlıqla, qəlbisınıq, ehtiyaclı vəziyyətdə davranmaq lazımdır. Fikri, qəlbi tam olaraq onlara aid etmək lazımdır. Çünki, onların cəsədləri çürümür və onlar dəyişmirlər. Sonra Allaha həmd və səna edib namaz qılmaq və onların vasitəsi ilə Allaha təvəssül etmək lazımdır. Çünki onlar Allahın açıq (rəhmət) qapılarıdırlar. Bəndələrin istək və duaları onların əli ilə, onların vasitəçiliyi ilə həyata keçir. Bu bir növ ilahi ənənədir. Onların məzarlarını ziyarət etmək iqtidarında olmayanlar isə məskunlaşdıqları yerdən onlara salam göndərsinlər. Öz istəklərini, günahlarını dilə gətirərək etiraf etsinlər. Çünki onlara təvəssül edənləri, sığınanları əliboş qaytarmırlar. Yaradılmışların ən şərəflisi olan sonuncu peyğəmbər həzrət Məhəmmədə (s) gəldikdə isə bütün deyilənlər daha dolğun şəkildə həyata keçirilməlidir. Çünki o, şəfaəti əsla rədd edilməyən şəfaətçidir. Onu deyib məzarına ziyarətə gələnlərin imdadına yetər, yardım göstərər və naümid geri qaytarmaz. Deməli, o həzrətə (s) təvəssül etmək günahların, xətaların ağırlığını aradan qaldırır.

  
YEKUN SÖZ 

Bütün bu tarixi dəlillər göstərir ki, Peyğəmbərin (s) və dünyasını dəyişmiş digər əməlisaleh insanların məzarı önündə dua, təvəssül etmək və yardım diləmək müsəlmanlar arasında adi bir hal olmuşdur. Çünki İmam Şafei bir diləyi olduğu zaman Əbu Hənifəyə təvəssül edərdi. Hənbəlilərin öndəri qarşılaşdığı hər hansı bir problemin həlli üçün İmam Musa ibn Cəfər (ə) və Şafeiyə təvəssül edərdi. İbn Xüzeymə və İbn Həbban İmam Rzanın (ə) məqbərəsinə sığınar və üzləşdiyi çətinlikləri aradan qaldırmaq üçün İmamdan yardım diləyərdi. Səmərqənd əhalisi Buxarinin məzarına toplaşaraq yağış yağmasını təmənna edərdi. Ayişə müsəlmanlara yağış yağması üçün Peyğəmbərin (s) məzarına tapınmaqlarını, ondan imdad diləmələrini əmr edərdi. Səhabələr, görkəmli Əhli-sünnə alimləri (fəqih və qeyri-fəqihlər) peyğəmbərlərin (ə), səhabə və əməlisaleh insanların məzarını ziyarət edər, onlardan yardım diləyərdilər. Bütün bunlar danılması mümkün olmayan bir həqiqət olduğu halda İbn Teymiyyə onlara şirk, kafirlik damğası vura bilərmi? Şeyx Səlamə əl-Əzzamə çox gözəl demişdir: Bu insan (İbn Teymiyyə), hətta Peyğəmbərə (s) belə hörmətsizlik edərək deyir: Peyğəmbərin (s) məzarını ziyarət etmək məqsədi ilə yola düşmək günahdır. Vəfatından sonra Peyğəmbəri (s) səsləyən, ondan yardım diləyən şəxs şirk etmişdir. O, bu əməli bir yerdə kiçik şirk, digər bir yerdə isə böyük şirk adlandırmışdır. Halbuki, bu və ya digər şəraitdə yardım diləyənlər problemlərin həllində həqiqi və tam səbəbin yalnız Allah olduğunu bütün qəlbləri ilə qəbul edir və bu əqidəyə inam bəsləyirlər. Peyğəmbər (s) isə yalnız bir vasitəçi rolunda çıxış edir. Çünki Allah-təala onu bütün xeyirli işlərin qaynağı olaraq yaratmışdır. Onun şəfaətçiliyini qəbul etmiş və duasına (çağırışına) bəli demişdir. Bu, bütün müsəlmanların yekdil, sarsılmaz əqidəsidir.

 

Qəstəlani deyir: Ziyarətçi çox dua etməli, təvazökarcasına ağlayıb-sızlamalı, diləklərini dilə gətirməli və Peyğəmbərə (s) təvəssül etməlidir. Peyğəmbərin (s) şəfaətçiliyini önə çəkdikdə Allah-təala onun şəfaətini qəbul edir. Bil ki, istiğasə tam olaraq yardım diləməkdir. Yardım diləyən yardım dilədiyi qarşı tərəfdən ona kömək etməsini təmənna edir. Bunun hansı ibarə ilə ifadə olunmasının heç bir fərqi yoxdur. İstər istiğasə, şəfaət, təvəssül, istərsə də tamam başqa bir sözlə ifadə edilsin.

 

Ən-Nəzirə və Misbahuz-zəlam əsərinin müəllifinin qeyd etdiyi kimi Peyğəmbərdən (s) yardım diləmək bütün hallarda, hətta o həzrət (s) dünyaya göz açmazdan öncə belə məqbul hesab edilir. Burada onun həyatda olması və ya həyatını dəyişməsi heç bir əhəmiyyət daşımır.

 

Lakin Peyğəmbərin (s) vəfatından sonra ona tapınanların sayı hsbı mümkün olmayacaq qədər çoxdur. Hansı ki, Şeyx Əbu Abdullah ibn Nöman Misbahuz-zəlam əsərində bu növ tarixi nümunələri geniş şəkildə qeyd etmişdir.

  
QƏSTƏLANİNİN ETİRAFI  

Qəstəlani deyir: Ağır bir xəstəliyə yoluxmuşdum. Belə ki, həkimlər müalicəsini tapmaqda çətinlik çəkirdilər. Artıq iki il idi ki, məlum xəstəliklə əlbəyaxa idim. Cəmadiül-əvvəl ayının 28-ci gecəsi (hicri 893-cu ildə) Məkkə şəhərində (Allah bu şəhərin şərafətini, hörmət-izzətini daim artırsın) Peyğəmbərdən (s) şəfa diləyərək yenidən sağlamlığıma qovuşmağı istədim.

 

Yuxuda bir kişini gördüm. Əlində bir kağız var idi. Kağıza yazılmışdı: Bu Əhməd Qəstəlaninin xəstəliyinin dərmanıdır... Yuxudan oyandım. And olsun Allaha, xəstəlikdən heç bir əsər-əlamət qalmamışdı. Mən, artıq, Peyğəmbərin (s) əli ilə şəfa tapmışdım.

  
PEYĞƏMBƏRİN (S) MƏZARINA SIĞINANLAR (TARİXİ NÜMUNƏLƏR)  

Səmhudi kitabının son fəslində Peyğəmbərin (s) məzarından yardım diləyərək diləyinə yetənlər haqqında geniş söhbət açmışdır. O, bu tarixi nümunələri Hafiz ibn Süleyman ibn Musa ibn Salimin (vəfat-634) Misbahuz-zəlam fil-müstəğisin bixeyril-ənam əsərindən nəql etmişdir. Bir neçə nümunəyə nəzər salaq:

 

1. Əl-Münkədirin başına gələnlər;

 

Məhəmməd ibn əl-Münkədir deyir: Bir kişi atama səksən dinar əmanət vermiş, Lazım olduqda xərclə! demiş, özü isə cihada yollanmışdı. Bir müddət keçdikdən sonra bahalıq yarandığı üçün atam pulu xərcləmişdi. Bu zaman pul sahibi gəlib pulunu istədi. Atam sabah gəlməsini xahiş etdi, özü isə gecə Məscidə getdi. Bəzən Peyğəmbərin (s) məzarına, bəzən də minbərinə sığınırdı. Sübhə az qalırdı. Atam hələ də Peyğəmbərin (s) məzarına sarılıb yardım diləyirdi. Ala-qaranlıqda bir nəfər gəlib dedi: Ey Əba Məhəmməd! Bunu al! Atam əlini uzadıb onu aldı və içində səksən dinar olan pul kisəsi olduğunu gördü. Sübh açıldıqda borc sahibi pulun dalınca gəldi və atam həmin pulu ona verdi.

 

2. Təbərani üçün yemək hazırlanması;

 

İmam Əbu Bəkr ibn Müqri deyir: Mən, Təbərani və Əbu əş-Şeyx Peyğəmbərin (s) hərəminə (məqbərəsinə) gəldik. Hərəmdə olduğumuz zaman aclıq bizə güc gəldi. Artıq gecə idi. Peyğəmbərin (s) məzarı önünə gəlib: Ey Allahın elçisi, biz acıq! dedim və geri qayıtdım. Əbül-Qasim mənə dedi: Buradaca əyləş! Ya ruzi gələcək, ya da ölüm. Üçümüz də fikirli-fikirli oturmuşduq. Bu an bir seyid məscidin qapısını döydü. Biz qapını açdıq. Onu, əllərində yemək dolu zənbil olan iki gənc müşayiət edirdi. Onlarla birlikdə süfrə arxasında əyləşib yemək yedik. Bizə elə gəlirdi ki, yeməyin qalanını aparacaqlar. Amma təsəvvürümüzün əksinə olaraq yeməyin qalanını da bizə verdilər. Yemək yeyib qurtardıqdan sonra seyid dedi: Siz Peyğəmbərə (s) aclıqdan şikayət etmişdinizmi? Yatmışdım. Yuxuda Peyğəmbəri (s) gördüm. Mənə sizin üçün yemək gətirməmi tapşırdı.

 

3. Acın əlində çörəyin yarısı;

 

İbn Cəllad deyir: Tam yoxsul vəziyyətdə Mədinəyə daxil oldum. Peyğəmbərin (s) məzarı önünə gəlib dedim: Ey Allahın elçisi! Mən sənin qonağınam. Elə bu an yuxu məni apardı. Yuxuda Peyğəmbəri (s) gördüm. Mənə bütöv bir çörək verdi. Yarısını yedim. Yuxudan oyandıqda qalan yarısı da əlimdə idi.

 

4. Bərəkətli dirhəmlər;

 

Məhəmməd ibn Əbu Zurə Sufi deyir: Atam və Əbu Abdullah ibn Hüneyf ilə birgə Məkkəyə getdim. Məkkədə pulumuz qurtardı. Artıq Mədinəyə çatdıqda çox acmışdıq. O zamanlar mən həddi-büluğa yetməmiş uşaq idim. Atamın yanına gəlib ac olduğumu bildirdim. Atam üzünü Peyğəmbərin (s) məzarına tutub: Ey Allahın elçisi! Mən bu gecə sənin qonağınam, - dedi və oturub gözləməyə başladı. Bir neçə an keçməmiş, qəflətən başını qaldırdı, nə isə deyib güldü. Ondan nə baş verdiyini soruşdum. O, dedi: Peyğəmbəri (s) gördüm. Ovcuma bir neçə dirhəm qoydu. Atam bunu deyib əlini açdı. Əlində bir neçə dirhəm var idi. Həmin dirhəmlər o qədər bərəkətli idi ki, hələ Şiraza döndükdən sonra belə onu xərclədik.

 

5. Ac üçün bir kasa süd;

 

Şeyx Əbu Abdullah Məhəmməd ibn Əbu əl-Əman deyir: Mədinədə olduğum zaman həzrət Fatimənin (s) mehrabının arxasında dayanmışdım. Müksir əl-Qasim də həmin mehrabın arxasında dayanmışdı. Birdən özünə gəldi. Peyğəmbərin (s) məzarına doğru getdi və gülərək geri döndü. Şəmsəddin Səvab (məzarın xuddamı) ondan: Nə üçün belə gülürsən? deyə soruşduqda dedi: Mən olduqca yoxsul vəziyyətdəydim. Evimdən çıxıb həzrət Fatimənin (s) evinə gəldim və Peyğəmbərdən (s) yardım diləyərək dedim: Mən acam! Sonra yuxuya getdim. Yuxuda Peyğəmbəri (s) gördüm. Mənə bir kasa süd verdi. Onu içib doydum.

 

6. Təzə xurma;

 

Əbu İshaq İbrahim ibn Səid deyir: Peyğəmbər (s) şəhərində məskunlaşmışdım. Mənimlə birgə üç imkansız şəxs var idi. Olduqca yoxsul idilər. Mən Peyğəmbərin (s) məzarına doğru gedərək dedim: Ey Allahın elçisi! Biz əliboşuq, heç bir şeyimiz yoxdur. Üç müdd xurma bizim üçün kifayətdir.

 

7. Bozbaş arzusu;

 

Əbu Məhəmməd Əbdül-İslam ibn Əbdür-Rəhman əl-Hüseyni deyir: Peyğəmbər (s) şəhərində üç gün qaldım. Bu üç gün müddətində bir tikə olsun yemək yemədim. Peyğəmbərin (s) minbərinə doğru gedib, iki rəkət namaz qıldıqdan sonra dedim: Ey cəddim! Mən acam və səndən bozbaş umuram. Bu an məni yuxu apardı. Azca mürgülәmişdim ki, bir kişi məni oyatdı. Əlində taxta bir kasa var idi. İçinə çörək doğranmışdı. Yağlı, ətli, növbənöv ədviyyə qatılmış və göyərti doğranmış bozbaş idi. Məlum şəxs: Al, ye! deyə əlindəki kasanı mənə uzatdı. Mən: Bu yemək haradandır? deyə soruşdum. Məlum şəxs dedi: Üç gün idi ki, övladlarım belə bir yemək arzusunda idilər. Üçüncü gün bir xeyirli iş gördüm. Bunun nəticəsində Allahın rəhməti üzümə güldü və belə bir yemək nəsib oldu. Yuxuda Peyğəmbəri (s) gördüm. Mənə buyurdu: Sənin qardaşlarından biri məndən bu yeməkdən umur. Apar ona da yemək ver.

 

8. Bir acın arzusu.

 

Abdullah ibn Həsən Dəmyati deyir: Şeyx Saleh Əbdül-Qadir Dəmyat limanında mənim üçün başına gələn bir əhvalatı danışdı:

 

Mədinəyə daxil oldum. Peyğəmbərə (s) salam verib aclıqdan şikayətləndim. Buğdadan hazırlanmış yemək, ət və xurma istədim. Sonra iki rəkət namaz qılıb sübhədək ibadətlə məşğul oldum. Azacıq yuxuladıqda xoşxasiyyət bir gənc məni çağırdı. Onun ardınca getdim. Kabab dolu qabı qarşıma qoydu. Süfrədə növbənöv xurmalar, (xurma ağacının gövdəsindən hazırlanmış) çörək var idi. Süfrəyə düzülən yeməklərdən doyunca yedim. Sonra məlum gənc bir bağlama ət, xurma və çörək yığaraq dedi: Sübh namazını qılıb yatmışdım. Yuxuda Peyğəmbəri (s) gördüm. Mənə bu işi görməyimi tapşırdı. Hətta sənin yerini də göstərib yemək verməli olduğum adamın sən olduğunu buyurdu.

 

Qeyd: Misbahuz-zəlam kitabının müəllifi bütün bunları qeyd etdikdən sonra yazır: Baş vermiş bu növ hadisələrin bir çoxunda Peyğəmbərin (s) yardım diləyən ehtiyaclı müsəlmanların imdadına yetmələrini tapşırdığı insanlar o həzrətin (s) şərafətli övladlarındandır. Xüsusilə verməli olduqları şey də qida ilə bağlıdır. Çünki bu növ böyük insanların əxlaqi xüsusiyyətlərindən biri də budur. Yəni ilk öncə qonağa şəxsən özləri xidmət göstərir, sonra isə onların ailəsinə mənsub olanlar. Elə buna görə də o həzrətin (s) bu davranışı onun əxlaqi xüsusiyyətlərindən doğur.

 

Təbərani, İbn əl-Müqri, İbn əl-Münkədir və başqalarının bu etiraflarından sonra İbn Teymiyyənin Peyğəmbərə (s) təvəssül etmək, o həzrətdən (s) yardım diləmək şirkdir deyə, iddia etməsi yersiz deyilmi? Misbahuz-zəlam əsərinin müəllifi müşrikdirmi? Yaxud öz əsərində kafirlik və müşrikliklə bağlı məsələlərimi toplamışdır? İbn Teymiyyə və tərəfdarları Süleyman ibn Salimin müşrik olduğunu önə çəkə bilərlərmi? Bir halda ki, İbn İmad onun haqqında deyir: O, Mahir və etibarlı hədisşünasdır. Abbar deyir: O, dövrünün ən savadlı və mahir hədisşünası idi. İbn Müsdi deyir: O, dini rəhbər, nəqli və əqli bilik sahələrinin mahir bilicisi idi. Zəhəbi deyir: O, dini rəhbər, əllamə və mahir hədisşünas idi.

 

Bütün bu dəllilərdən sonra İbn Teymiyyənin mənasız sözləri hansı dəyərə malikdir?

  
SƏMHUDİNİN ETİRAFI 

Səmhudi də Peyğəmbərin (s) məzarına təvəssül edən fəqih və hədisşünasların başına gələnləri Misbahuz-zəlam kitabında nəql etdikdən sonra deyir: Bu mövzuda baş verən tarixi hadisələr çoxdur. Öz baışma gələn belə bir hadisəni diqqətinizə çatdırıram. Peyğəmbər (s) məscidində idim. Misirli hacılar ziyarətə gəlmişdilər. Kitablarımı qoyduğum boş otağın açarı əlimdə idi. Bu an Misir alimlərindən biri yanımdan keçdi. Mən onu tanıdım və salam verdim. O da məni tanıdı və birlikdə Peyğəmbərin (s) məzarı önünə getməyimizi rica etdi. Onunla birgə Peyğəmbərin (s) məzarı önünə getdim. Açarı axtarmağa başladım. Lakin onu tapa bilmədim. Vaxt daralırdı və açara ehtiyac var idi. Açarın itməsi mənə baha başa gəlirdi. Peyğəmbərin (s) qəbrinə doğru gedib dedim: Ey Mənim mövlam! Ey Allahın elçisi! Otağın açarı itib. Mənim ona çox ehtyacım var. Onu səndən istəyirəm.

 

Bu sözləri deyib geri qayıtdım. Otağın yaxınlığında bir nəfər dayanmışdı. Onu tanıdığımı güman edib ona tərəf getdim. Azyaşlı bir gənc idi. Otağın açarı onun əlində idi. Mən: Açarı haradan tapmısan? deyə soruşdum. Onu məzarın qarşısından tapdığını söylədi. Bu hadisə ilə bağlı bir çox məsələlər də var ki, sözü uzatmamaq üçün qeyd etmirəm.

 

 

  
MUHİBBUDDİN TƏBƏRİNİN DİLƏYİ 

Təqiyəddin Fasi deyir: Əbu Abdullah öz qeydlərində yazır: İmam Muhibuddin Təbəri deyir: Bir qrup ziyarətçi ilə birgə Peyğəmbərin (s) məzarını ziyarət etmək məqsədi ilə Mədinəyə doğru yola çıxdıq. Yolda Peyğəmbər (s) haqqında bir qəsidə yazdım və Mədinəyə daxil olarkən həmin qəsidəni oxudum. Oxuyub qurtardıqdan sonra dedim: Ey Allahın elçisi! Bu qəsidənin qarşılığında verəcəyin hədiyyə xalq arasında mənə verilmiş Muhyiddin ləqəbinin üzərimdən götürülməsi olsun. Çünki bu ləqəbdən xoşum gəlmir. Bu diləyimdən sonra hamı məni Muhibbuddin çağırmağa başladı. Sanki, Muhyiddin ləqəbi öncədən yox imiş.

 

Muhibuddin hədisşünas, müfti və hörmətli bir şəxs olmuşdur.

 
 
     İrşadüs-sari, c. 2, səh. 324.   Ehyaul-ülum, c. 2, 247.  Furqanul-Quran, səh. 133.    Təbərrük sözü hərfi məna etibarı ilə ərəb dilinə məxsus بركة kökündən törəmişdir. بركة sözünün ilkin mənası çoxluq, firavanlıqdır. Su yığıntısına da bu baxımdan بركة deyilir. Məsələn, çöldə, səhrada suyun bu şəkildə bir yerə toplanması oradan ötən karvanlar üçün bərəkətdir. Təbərrük sözü bir termin kimi isə müsəlman və monoteistlərin peyğəmbərlərdən, əməlisaleh insanlardan və yaxud onlardan yadigar qalan abidələrdən xeyir, firavanlıq diləməklərinə deyilir. Təbərrük ilk baxışda şəri (dini) və əqli baxımdan böyük əhəmiyyətə malikdir və ilahi nişanələrdən hesab olunur. Quranda bu haqda oxuyuruq: ذَلِكَ وَمَن يُعَظِّمْ شَعَائِرَ اللَّهِ فَإِنَّهَا مِن تَقْوَى الْقُلُوبِ (Ey insanlar! Sizə əmr etdiyim) budur. Və hər kəs Allahın mərasiminə (həcc əməllərinə, yaxud qurbanlıq heyvanlara) hörmət etsə, bu (hörmət), şübhəsiz ki, qəlblərin təqvasındandır (Allahdan qorxmasındandır)(Həcc, 32). Bu növ əməlin haram olmasına heç bir sübut yoxdur. Əql bu kimi əməllərin yaxşı olması fikrinə üstünlük verir. Çünki belə əməllər insanı Allaha yaxınlaşdırır. Bu əməlin icazəli olduğunu isbatlayan ayələrdən biri də Yusif surəsinin 93-cü ayəsidir: اذْهَبُواْ بِقَمِيصِي هَذَا فَأَلْقُوهُ عَلَى وَجْهِ أَبِي يَأْتِ بَصِيرًا Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün, o (yenidən) görməyə başlayar. Həzrət Yəqub (ə) uzun illər oğlu Yusifin ayrılığına dözməyərək göz yaşı tökür və bu, onun gözlərinin tutulmasına gətirib çıxarır. O, Yusifin köynəyini gözlərinə sürtdükdə gözləri açılır. Digər ayədə isə deyilir: قَالَ الَّذِينَ غَلَبُوا عَلَى أَمْرِهِمْ لَنَتَّخِذَنَّ عَلَيْهِم مَّسْجِدًا Onların (əshabi-kəhfin) haqqındakı mübahisədə qalib gələnlər (möminlər) isə: Onların (məzarı) üstündə bir məscid tikəcəyik! - dedilər (Kəhf, 21). Burada məqsəd yalnız təbərrük idi. Bəqərə surəsinin 125-ci ayəsində isə deyilir: مَّقَامِ إِبْرَاهِيمَ مُصَلًّى وَإِذْ جَعَلْنَا الْبَيْتَ مَثَابَةً لِّلنَّاسِ وَأَمْناً وَاتَّخِذُواْ مِن (Ya Peyğəmbər!) Yadına sal ki, Biz evi (Kəbəni) insanlar üçün savab (ziyarətgah) və əmin-amanlıq yeri etdik. (Ey möminlər! Sizə də: ) İbrahimin durduğu yeri (özünüzə) namazgah edin! - (dedik). Məqami-İbrahimdə (vaxtilə həzrət İbrahimin (ə) durduğu yer) namaz qılmaq hansı məqsədi daşıya bilər? Bu, yalnız vaxtilə həzrət İbrahimin həmin yerdə namaz qıldığı üçün təbərrük məqsədi daşıyır.   Müvəttə kitabının müəllifi Malik ibn Ənəs Hümeyri Əsbəhi Mədəni hicri 90-cı ildə (digər versiyalara görə isə 93, yaxud 95-ci il) dünyaya göz açmışdır. Deyilənə görə, anası ona hamilə olduğu hamiləlik dövrü üç il çəkmişdir (əl-Fehrest, İbn Nədim). O, fiqh elmini İmam Sadiq (ə) və Mədinə fəqihi Rəbiətur-rəydən öyrənmişdir. Belə ki, İmam Şafei ondan təhsil almışdır. Onun haqqında danışılan böhtanlardan biri Mənsur Dəvaniqinin əmisi oğlu Cəfər ibn Süleyman ibn Əli ibn Abdullah ibn Abbasa (həmin dövrdə xəlifə Mənsur tərəfindən Mədinə hakimi təyin edilmişdir) çatdırılır. Bu iftiraya görə, Malik onlara beyət etməyin qanunsuz olduğunu, heç bir dini əhəmiyyət kəsb etmədiyini hesab edirmiş. O, Malikin soyundurularaq şallaqlanması və yerlə süründürülməsi əmrini verir. Bu cəza nəticəsində onun əli çiynindən qoparılır və nəhayət, hicri 179-cu ildə dünyasını dəyişir. Ondan yadigar qalan ən məşhur əsər əl-Müvəttə kitabıdır.  Kəşfül-irtiyab, səh. 343.  Burada ev dedikdə məqsəd həzrət İsmayıl (ə) və anası Hacərin evidir. Hansı ki, hər ikisi o evdə dəfn olunmuşlar. Həzrət İbrahim (ə) onları Məkkəyə gətirdikdə, (Allahın əmri ilə) sonradan ev tikdikləri həmin yerdə qoyub getdi və gedərkən Hacərə orada özləri üçün günlük düzəltmələrini tapşırdı. Hacər vəfat etdikdən sonra İsmayıl (ə) onu həmin evdə dəfn etdi. İsmayıl (ə) özü də 130-il ömür sürdükdən sonra vəfat edərkən orada dəfn edildi (Kəşfül-irtiyab, səh. 343).    ما ذا على شم تربة احمد ان لا يشم مدى الزمان غواليا صبت على مصائب لو أتها  بت على الايام صرن ليا ليا  İrşadus-sari, c. 3, səh. 352; əl-İthaf, Şəbravi, səh. 90; Vəfaul-vəfa, c. 4, səh. 104; Məşariqül-ənvar, səh. 63; əl-Fətava əl-fiqhiyyə, İbn Həcər, c. 2, səh. 18; əs-Sirətun-nəbəviyyə, c. 2, səh. 340; Kəşfül-irtiyab, səh. 347; əl-Məvahibül-lədunniyyə, c. 3 səh, 400. Məlum hədisi bundan başqa İbn Cəuzi əl-Vəfa, İbn Əsakir ət-Tövhid, Xalidi Sülhül-ixvan, Ömər Rza Ə`lamun-nisa əsərlərində və Xətib Şərbini öz təfsirində qeyd etmişlər.  Müstədrəki-Hakim, c. 4, səh. 506, hədis 857; Vəfaül-vəfa, c. 4, səh. 1404; Müsnədi-Əhməd, c. 5; Əl-Qədir, c. 5; Şifaus-siqam və s. Peyğəmbərin (s) böyük səhabəsinin bu əməlinə qarşı yalnız Mərvan çıxa bilər. Bunu ondan gözləmək olar. Uzun illər boyu Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) kin bəsləyən bir şəxsin bu şəkildə davranması təəccüb doğurmur. Onun və atasının Peyğəmbərə (s) kin bəsləməsi səbəbsiz deyildi. Peyğəmbər (s) onları özündən uzaqlaşdırmış və rəftarı ilə onları xar etmişdi. Mərhum Ayətullah əl-üzma Əhmədi Miyanəcinin təbirincə, bu rəvayətdə iki sünnə özünü göstərməkdədir; biri Peyğəmbərin (s) böyük səhabələrinin sünnəsi, digəri isə (səhabələr arasında yeri olmayan) Əməvi Mərvanın sünnəsi. Ağıl və şəriətin hökmünə görə, Peyğəmbərin (s) qovaraq özündən uzaqlaşdırdığı Mərvanın deyil, Peyğəmbərin (s) sünnəsinə əməl olunmalıdır (ət-Təbərrük, səh. 147).   Hakim kimi şöhrət qazanmış Məhəmməd ibn Abdullah (vəfat-405) hədis rəvayətçilərindəndir. O, Samanilər tərəfindən Nişapurun qazısı təyin edilmişdi. Müxtəlif hədisçilərdən hədis nəql etməkdə bənzərsizdir. Deyilənə görə, iki min hədisçidən hədis öyrənmişdir. Onun, Müstədrək əsərində özünə yer alan hədisləri Səhihi-Buxari və Səhihi-Müslimin meyarlarına uyan hədislərdir.  Müstədrək, digər bir kitabı təkmil etmək məqsədi daşıyan və həmin kitabın meyarlarına müvafiq, lakin orada nəzərdən yayınmış hədislər toplusudur.  Əl-Vəfaul-vəfa, c. 4, səh. 1404; Kəşfül-irtiyab, səh. 347.  Əl-Qədir, c. 5, səh. 149. Maraqlı burasıdır ki, hətta Bəni-Üməyyə belə daxilən kafir, Əhli-beyt (ə) düşmənləri olmalarına baxmayaraq, Peyğəmbərin (s) qəbrinin müqəddəsliyinə etiqad bəsləyirdilər. İmam Həsən (ə) şəhid olduqda onu öz vəsiyyətinə görə, Peyğəmbərlə (s) olan əhdini yeniləmək məqsədi ilə Peyğəmbərin (s) qəbri üzərinə aparmaq istəyirdilər. Bu zaman İmamın orada dəfn olunacağını güman edən Bəni-Üməyyə silahlanaraq kobudcasına maneçilik törətdilər. Onlar bu hərəkətlərini belə əsaslandırdılar. Osman Bəqi qəbristanlığının ucqar bir nöqtəsində, İmam Həsən (ə) isə babasının yanındamı dəfn olunmalıdır? Əgər qəbrin heç bir hörməti, müqəddəsliyi olmasaydı, nə üçün Bəni-Haşim İmam Həsənin (ə) cənazəsini o həzrətin vəsiyyəti ilə, Peyğəmbərlə (s) olan əhdini yeniləmək məqsədi ilə onun qəbrinin yanına aparmaq istəyirdilər. Bu, Peyğəmbərə (s) təvəssül və təbərrük etməkdən başqa nə məqsəd daşıyır? Maraqlı burasıdır ki, Bəni-Üməyyə nə üçün Osmanı Bəqi qəbristanlığının ucqar nöqtəsində dəfn olunduğuna təssüf edir və İmam Həsənin (ə) Peyğəmbərin (s) yanında dəfn olunmasına mane olurdular? Buna səbəb Peyğəmbərin (s) qəbrinin müqəddəsliyindən başqa nə ola bilər? Bu haqda düşünmürsünüzmü? (Kəşfül-irtiyab, səh. 344).  Siyəru əlamin-nübəla, c. 1, səh. 358; Əsədül-ğabə, c. 1, səh. 208; Şifaus-siqam, səh. 39.  Kəşfül-irtiyab, səh. 436; Şifaus-siqam, c. 2, səh. 199; Vəfaul-vəfa, c. 4, səh. 1405.  Siyəru əlamin-nübəla, c. 8, səh. 54.  Siyəru əlamin-nübəla, c. 5, səh. 78; Buxari, Müslim, İbn Macə, İbn Davud, Tirmizi və Nisai.  Zəhəbi, İbn əl-Münkədir haqqında deyir: O, dini rəhbər, hafiz və şeyxül-islam idi. Hansı ki, 30-cu illərdə dünyaya gəlmiş, Peyğəmbərdən (s), Süleyman, Əbu Rafe və başqalarından hədis nəql etmişdir. Məşhur altı səhih kitabda da ondan hədislər nəql edilmişdir. İbn Muin, Əbu Hatəm və başqaları onun siqə (etimad olunası, etibarlı) hədisçi olduğunu bildirmişlər (Siyəru əlamin-nübəla, c. 5, səh. 353). (Qaynaqlara görə) İbn əl-Mükəddər danışarkən dili tutularmış.   Vəfaul-vəfa, c. 2, səh. 444; əl-Qədir, c. 5, səh. 151.  Siyəru əlamin-nübəla, c. 3. səh. 213. Maraqlı burasıdır ki, məlum kitabı şərh və təshih edərkən vəhhabi əqidәsinin təsiri altına düşərək bu kimi rəvayətləri diqqətsizcəsinə ittiham etməyə başlamış və sənədinin zəifliyi və ya İslam əqidәsinə qarşı olması bəhanəsi ilə qəbul etməmişlər. Sanki, İslam əqidәsi eynilə vəhhabi əqaididir.  Vəfaul-vəfa, c. 4, səh. 1414.  Əl-Camiu fil-iləl və mərifətur-rical, c. 3, səh. 32.  Vəfaul-vəfa, c.4, səh. 1414.   Bu fətva Haşiyətu Məvahibul-lədunniyyə əsərində Əbu Ziyadan (vəfat-1087) nəql edilmişdir. Bundan başqa, Həmzavinin Kənzül-mətalib əsərində də (c. 33, səh. 219) qeyd edilmişdir.  Şərhuş-şifa, c. 1, səh. 1; Vəfaul-vəfa, c. 4, səh. 1404; əl-Qədir, c. 5, səh. 134   Əsnəl-mətalib, c. 1, səh. 331; Vəfaul-vəfa. c. 1, səh, 1407.  Əl-Qədir, c. 5, səh. 153.   Fürqanul-Quran, səh. 133.  Vəfaul-vəfa, c. 4, səh. 1405.   Şərhu fiqh əş-Şafei, c. 1, səh. 276; əl-Qədir, c. 5, səh. 154.  Kənzül-mətalib, səh. 20; əl-Qədir, c. 5, səh. 154; Məşariqül-ənvar, c. 1, səh. 140.  Kəşfül-irtiyab, səh. 350.   Səhihi-Buxari, c. 3, səh. 243. Səhabələrin Peyğəmbərin (s) minbərinə təbərrük etməsini göstərən digər faktlar da mövcuddur. İbrahim ibn Əbd əl-Qari deyir: İbn Öməri müşahidə edirdim. O, əlini Peyğəmbərin (s) oturduğu yerə qoydu və üz-gözünə çəkdi. Bundan başqa, məlum minbərin yanında and içilməsini göstərən hədislər də mövcuddur. Mərhum Ayətullah Əhmədi Miyanəci bu məzmunlu hədisləri ət-Təbərrük əsərində (səh. 132-137) toplamışdır.  Ət-Təbərrük, səh. 139.  Əl-Asarun-nəbəviyyə, səh. 31.   Ət-Təbəqatul-kübra, c. 1, səh. 13; Vəfaul-vəfa, c. 4, səh. 1401. Yezid ibn Abdullah imam, fəqih, etimad olunası və altı səhih kitabda rəvayət olunan şəxslərdəndir. Əmanətdarlıqla məşhur olmuşdur. Dövrünün insanları onun fiqhi bilgisindən faydalanarmışlar. O, hicri 122-ci ildə dünyasını dəyişmişdir (Siyəru əlamin-nübəla, c. 5, səh. 266).  Ümdətül-əxbar, səh. 135.  Vəfaul-vəfa, c. 2, səh. 39.  Əs-Sarim əl-mənkiyy, səh. 132; Vəfaul-vəfa, c. 4, səh. 1403; Siyəru əlamin-nübəla, c. 5, səh. 468.  Vəsailuş-şiə, c. 10, səh. 270.  Əs-Sarim əl-mənkiyy, səh. 148.  Ehyaül-ülum, c.1, səh. 258.   Süheyb adam adı deyil, Mədinə şəhərində bir əraziyə verilən inzibati addir.  Vəfaul-vəfa, c. 1, səh. 69.   Həmin qaynaq, c. 1, səh. 116  Həmin qaynaq.   İbn Əsir Şafei kimi tanınan Əbu əs-Səadət Mübarək ibn Məhəmməd (vəfat-606) bu kitabı yazarkən Rəzinin kitabına əsaslanmışdır. Rəzin kitabı altı səhih kitabda (Buxari, Müslim, Müvəttə, Sünəni-Əbu-Davud, Cameu-Tirmizi və Sünəni-Nisai) qeyd olunan bəzi hədisləri toplamışdır. İbn Əsir isə sözügedən kitabların burada qeyd olunmayan hədislərini də bir yerə toplamış, lakin ixtisar məqsədi ilə hədislərin sənəd silsiləsinin yalnız son rəvayətçisinin (səhabə və ya tabei) adını çəkmişdir. Buna baxmayaraq, kitabın sonunda bütün rəvayətçilərin adını əlifba sırası ilə, hədisin qaynağını isə hər birinin əvvəlində qeyd etmişdir. O, bu kitabda hədisləri əlifba sırası ilə fəsillərə bölmüş, izaha ehtiyacı olan (başa düşülməsi çətin olan) sözlərin mənasını da açıqlamışdır. Bəzi Əhli-sünnə alimləri bu kitabı ixtisarlaşdırmışlar.   Vəfaul-vəfa, c. 1, səh. 69.  Cabir ibn Abdullah ibn Omər Ənsari Peyğəmbərdən (s) çox hədis nəql etməklə şöhrət qazanmış az saylı səhabələrdən biridir.   Dinsiz əməvilərin həyasızcasına törətdikləri cinayətlərdən biri də Mədinə şəhərinə hücum etmələridir. Hansı ki, tarixdə Hərrə hadisəsi kimi yad edilmişdir. İmam Hüseynin (ə) şəhadətindən sonra bir çox müsəlman şəhərlərində, xüsusilə Mədinədə etiraz səsləri ucaldı. Mədinə hakimi özünü göstərmək məqsədi ilə Dəməşqə nümayəndə heyəti göndərdi ki, xəlifənin nemətlərindən bəhrələnsinlər, Mədinəyə qayıtdıqda isə əhalini Yezidə itaət etməyə sövq etsinlər. Nümayəndələrin biri Hənzələnin oğlu Qəsilül-məlaikə idi. O, Yezidin yanına getdikdə onun itlə oynadığını, şərab içdiyini, bir sözlə şəriətə müvafiq olmayan işlər gördüyünü müşahidə etdi. Buna görə də Mədinəyə qayıtdıqdan sonra şəhər əhalisinə dedi: Mən şərab içən, ana-bacıları ilə intim münasibətdə olan və din buyuruqlarına heç bir şəkildə əməl etməyən bir şəxsin yanından gəlirəm. Nəhayət, şəhərdə böyük bir üsyan baş verdi və xalq Mədinə hakimini, Əməvi sülaləsinə mənsub olanları şəhərdən qovdu. Üsyan xəbəri Şama çatdıqda Yezid Müslüm ibn Əqəbənin komandanlığı ilə Mədinəyə böyük bir qoşun göndərdi. Qoşun Mədinəni mühasirəyə aldı. Şəhər əhalisi müqavimət göstərsə də sonunda təslim olmağa məcbur oldu. Yəzid ibn Müaviyənin qoşunu Mədinəyə daxil olduqda bir çox çirkin faciələr törətdilər. Əhalini bacardıqca qırdılar və namuslarına toxundular. Əbül-Həsən Mədaini yazır: Hərrə faciəsindən sonra 1000 qadın qanunsuz uşaq dünyaya gətirdi və Müslüm ibn Əqəbə o qədər qan tökdü, adam öldürdü ki, sonralar ona Müslüm deyil, Müsrif dedilər (Müsnədi-Əhməd, c. 1, səh. 314; Sünəni-Nisai, c. 7, səh. 289).   Əs-Sirətül-hələbiyyə, c. 8, səh. 770.  Bu haqda çoxlu sayda rəvayətlər nəql olunmuşdur. Kermani Mənasik əsərində deyir: Peyğəmbər (s) şeytana daş atdıqdan sonra Minada müvəqqəti məskunlaşdığı yerə qayıdaraq qurban kəsdi. Sonra bərbər çağırtdırıb başının sağ tərəfinin qırxılmasını tapşırdı. Həmin tükləri camaata paylamaq üçün Əbu Təlhəyə verdi. Beləcə başının sol tərəfini də qırxdırıb camaata paylamaq üçün Əbu Təlhəyə verdi. Xalid ibn Vəlid Peyğəmbərin (s) başının qarşı tərəfinin tükünü saxlamış və öz papağının içinə qoyaraq döyüşdə qələbə çalmaq üçün ona güvənirdi (Təbərrüküs-səhabə , səh. 8-9). Digər təəccüb doğuran bir məqam isə Müaviyənin vəsiyyətidir. O, ölüm ayağında Peyğəmbərin (s) köynək, fitə, qübbə və tükü ilə dəfn edilməsini vəsiyyət etdi. Müaviyənin bu vəsiyyəti riya üçün də ola bilər. Lakin bu göstərir ki, təbərrük məsələsi müsəlmanlar arasında geniş yayılmış bir məsələ olmuşdur... (Cameul-üsul, c. 4, səh. 102). Səhabələr Peyğəmbərin (s) dəstəmaz suyundan götürmək üçün dava salırdılar (Buxari, c. 3, səh. 35, hədis. 187; Təbəri, Tarix, c. 3, səh. 475).  Siyəru əlamin-nübəla, c. 11, səh. 230 və 256.  Həmin qaynaq.  Əl-Camius-səhih, Tirmizi, c. 4, səh. 306, hədis. 1492. Adı çəkilən Kəbşədən məqsəd Kəbşə bint Sabitdir. Bu qədər səhabə və qeyrilərinin Peyğəmbərdən (s) yadigar qalan nişanələrə təbərrük etdiklərini gördükdən sonra onun məqamına təvəssül edə bilərikmi? Təbərrük özü bir növ təvəssüldür. Təbərrükün dini baxımdan düzgün və icazəli olduğu bir halda o həzrətin (s) məqamına təvəssül etməyi inkar etmək və ya təvəssül edənləri müşriklikdə günahlandırmaq olarmı? Təbərrük məqsədi ilə Peyğəmbərin (s) su içdiyi kasada su içənləri kafirlikdə ittiham etmək olarmı? Yoxsa, əksinə, bəziləri öz etiqadlarına yenidən baxış keçirməli, dini əqli şəkildə müdafiə etməli və bütün bu tarixi şahidləri inkar etməməlidirlər?  Sünəni İbn Macə, c. 2, səh. 1132.  Əl-Camius-səhih, Tirmizi, c. 4, səh. 306.  Müsnədi-Əhməd, c. 3, səh. 119.   İbn Həcər Fəthül-bari əsərində (səh. 101-103) bu hədisi nəql edərək deyir: O dövrdə Ömər ibn Əbdül-Əziz Mədinə hakimi idi. Səhlin bu addımı düzgün deyil. Çünki Peyğəmbərdən (s) yadigar qalan nişanələr nə satıla bilər, nə də kiminsə mülkü ola bilər.  Əl-İstiab, c. 1, səh. 51 (Səhihi-Müslimin nəqlinə əsaslanır). İbn Həcər əl-İsabə (c. 1, səh. 5). əsərində deyir: Peyğəmbər (s) zamanında yeni dünyaya gələn hər bir uşağı o həzrətin (s) yanına gətirirdilər və onu görürdü. Bu, təbərrük məqsədi daşıyırdı. Peyğəmbərin (s) təhnik (təbərrük məqsədi ilə tərbiyəvi nəsihət vermək) etdiyi, ağzının suyundan ağzına qoyduğu və başına əl çəkdiyi şəxslərin adı tarix kitablarında qeyd edilmişdir. Belə şəxslərin ən məşhuru (hansı ki, Peyğəmbər (s) ona yemək yedizdirirdi) Əli (ə) ibn Əbu Talibdir (Əs-Sirətül-Hələbiyyə, c. 1, səh. 203; Yənabiul-Məvəddət, səh. 73).  Müslim 206-cı ildə dünyaya gəlmiş, hədis toplamaq üçün Hicaz, İraq, Şam və Misirə getmişdir. Onun hədis öyrəndiyi şəxslərdən biri Əhməd ibn Hənbəldir. Özünün dediyinə görə, o, öz Səhih əsərini toplamaq üçün yüz min hədisdən istifadə etmişdir. Müslim 261-ci ildə Nişapur şəhərində 55 yaşında ikən dünyasını dəyişmişdir.   Mühəddis (hədisşünas) anlayışı hədis elminə aid olub, hədis rəvayətçilərini tanıyan, onların nöqsanlı tərəflərini, adlarını tam bilən, rəvayət olunan hədislərdən çoxlu sayda əzbər bilən şəxsə deyilir. Mühəddis elmi dərəcəsi Hafiz elmi dərəcəsindən bir pillə aşağıda durur.  Bu şəxs haqqında ətraflı məlumat üçün bax: Möcəmül-müəllifin, c. 6, səh. 115.   O, böyük fəqihdir. Bununla yanaşı hədis, üsul və ərəb dili qrammatikası ilə bağlı olan elmlərə dərindən yiyələnmişdir. Onun qələmə aldığı ən məşhur əsərlərdən biri ət-Töhfətu əl-muxtarə fir-rəddi əla munkiriz-ziyarət kitabıdır (Möcəmul-müəllifin, c. 7, səh. 299; əd-Dibacul-məzhəb, səh. 187; əl-Qədir, c. 5, səh 155.  Əd-Dibacul-məzhəb, səh. 187; əl-Qədir, c. 5, səh. 155.  Siyəru əlamin-nübəla, c. 3, səh. 213; Hilyətül-övliya, c. 1, səh. 310. Çox maraqlıdır ki, İbn Ömər Əliyə (ə) əl verərək beyət etməmiş, lakin sonrlar Həccac ibn Yusifin ayağına sarılaraq ona beyət etməyə məcbur olmuşdur.  Siyəru əlamin-nübəla, c. 3, səh. 213; Əsədül-ğabə, c. 3, səh. 341.  Həmin qaynaq.  Həmin qaynaq, c. 3, səh. 237; Hilyətul-övliya, c. 1, səh. 310.  Vəfaul-vəfa, c. 4, səh. 1406.   Əl-Muğni, İbn Qüdamə, c. 3, 559.  Vəfaul-vəfa, c. 1, səh. 1406; Siyəru əlamin-nübəla, c. 5, səh. 959. İbn Münkədirin Peyğəmbəri (s) gördüm deməkdə məqsədi yuxuda görməkdir. Çünki o, səhabə deyil, tabei olmuş və Peyğəmbərin (s) Mədinəyə hicrətindən təqribən 30-40 il sonra dünyaya gəlmişdir (Vəfaul-vəfa, c. 2, səh. 444; Kəşfül-irtiyab, səh. 348).  Bağdad tarixi, səh. 45.   Əl-Bidayə vən-nihayə, c. 10, səh. 316. Yəhya ibn Əksəm haqqında deyilən bu sözlər bir növ güzəşt və iltifatdır. Çünki İbn Əksəmin çirkin və dinə müvafiq olmayan işlər gördüyü hamıya bəllidir (Siyəru əlamin-nübəla, c. 12, səh. 10). O, dövrünün ən fasiq (günahkar) qazılarından olmuşdur (Müstədrəkatu elmil-rical, c. 8 səh. 189).  Siyəru əlamin-nübəla, c 1, səh. 2. Bəzilərinə görə, ədalət carçısı olmaq şərabxorluqla, içki düşgünlüyü ilə heç bir ziddiyyət təşkil etmir və Məmun bunun bariz nümunələrindəndir. Təəssüflər olsun ki, Mə`munun içki düşgünlüyü kimi mənfi xarakterlərinin göz qabağında olduğuna baxmayaraq, onu müdafiə etməyə çalışmışlar və bu, onların yazıçılarının daimi metodudur.  Kəşfül-irtiyab, səh. 352.   Mövla sözü hədislərin sənəd silsiləsində çox nəzərə çarpır və əsasən üç mənada işlənir; seyid, bəndə və əhd yoldaşı.  Vəfaul-vəfa, c. 1, səh. 115.  Ət-Təbəqatul-kübra, c. 1, səh. 10; Siyəru əlamin-nübəla, c. 1, səh. 289. O, İbn Əmr Ənsari ləqəbli böyük bir şəxisiyyət idi. Deyilənə görə, o öldükdə ərş lərzəyə gəlmişdir (Siyəru əlamin-nübəla, c. 1, səh. 279). Bizə görə, o, böyük səhabələrdəndir. Bax: Möcəmu ricalil-hədis, c. 8, səh. 91; Tənqihül-məqal, c. 2, səh. 21; Müstədrəku elmir-rical, c. 4, səh. 43.  Hilyətül-övliya, c. 2, səh. 258; Təhzibut-təhzib, c. 5, səh 310.  Səfvətus-səfva, c.2 , səh. 324.  Müxtəsəru təbəqatil-hənabilə, səh. 14.   Əl-Bidayə və ən-nihayə, c. 12, səh. 353; əl-Qədir, c. 5, səh. 203.  Əl-Bidayə vən-nihayə, c. 12, səh. 353; əl-Qədir c. 5, səh. 203. O, Şam əmiri idi. Deyilənə görə, o, Avropada gedən döyüşlərdə iştirak edirdi. İnsanları doğru yola yönəldər və dünyaya heç bir əhəmiyyət verməzdi. Təqribən, əlli şəhəri kafir hökmranlığından azad etmişdir... Əl-Bidayə vən-nihayə c .12, səh. 306.   Əl-Bidayə vən-nihayə, c. 14, səh. 136; əl-Kina vəl-əlqab, c. 1, səh. 237.  Təbəqatuş-şafeiyyə, c. 2, səh. 233; Siyəru əlamin-nübəla, c. 12, səh. 467.  Siyəru əlamin-nübəla, c. 16, səh. 345.  Təbəqatuş-şafeiyyə, c. 7, səh. 396.   Siyəru əlamin-nübəla, c. 18, səh. 223; əl-Ənsab, c. 2, səh. 448.  Siyəru əlamin-nübəla, c. 16, səh. 475; Tarixi-Bağdad, c. 14, səh. 327.  Siyəru əlamin-nübəla, c. 11, səh. 91-95.   Ehyaul-ülum, c. 1, səh. 260.  Həmin qaynaq.  Siyəru əlamin-nübəla, c. 11, səh. 212. Vəhhabi təliminin tarixini, onların fətvalarını araşdırdıqca bu təlimin çox təhlükəli olan digər bir təlimə əməvilərin fikir sisteminə dayanıqlı olduğunun şahidi oluruq. Hansı ki, Quran bu növ təlimlərin yayılacağını xəbər verir. İsra surəsinin 60-cı ayəsində oxuyuruq: Birinci hissə: وَإِذْ قُلْنَا لَكَ إِنَّ رَبَّكَ أَحَاطَ بِالنَّاسِ  İkinci hissə: وَمَا جَعَلْنَا الرُّؤيَا الَّتِي أَرَيْنَاكَ إِلاَّ فِتْنَةً لِّلنَّاسِ  Üçüncü hissə: وَالشَّجَرَةَ الْمَلْعُونَةَ فِي القُرْآنِ  Dördüncü hissə: وَنُخَوِّفُهُمْ فَمَا يَزِيدُهُمْ إِلاَّ طُغْيَانًا كَبِيرًا  (Ya Rəsulum!) Yadına sal ki, bir zaman sənə: Rəbbin (Öz əzəli elmi və qüdrəti ilə) insanları ehtiva etmişdir", - demişdik. Sənə göstərdiyimiz röya və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, lakin bu qorxutmaq onların tüğyanını artırmaqdan başqa bir şeyə kara gəlmir! Quranda sözügedən röyanın nə olduğu, Allahın imtahan üçün göndərdiyi lənətlənmiş şəcərə (sülalə) hansı sülalə olduğu açıqlanmamışdır. Çünki, Quranda adı çəkilərək lənətlənən heç bir sülalə, nəsil ağacı (şəcərə) yoxdur. Ayə yalnız məsələyə qısa şəkildə toxunur. Lakin konteksə, mövcud ümumi vəziyyətə nəzər saldıqda ayənin izahı və sətiraltı mənası anlaşılır. Ayənin ikinci hissəsinə diqqət yetirdikdə Quranda lənətlənmiş şəcərə ifadəsindən belə bir nəticəyə gəlirik ki, məlum şəcərə indi də Quranın lənətlədikləri sırasındadır. Çünki ayənin ilkin zahiri (ibtidai) mənası hal-hazırki dövrə aiddir. Deməli, Quranda nələrin və kimlərin lənətləndiklərini araşdırmaq lazımdır. Quranda İblis, yəhudilər, müşriklər, münafiqlər, kafir olaraq dünyasını dəyişənlər, Allahın ayələrini gizlədənlər və Peyğəmbərə (s) əziyyət verənlər lənətlənmişlər. Şəcərə sözünün mənasına da diqqət yetirdikdə görürük ki, məqsəd gövdəli ağaclardan başqa qol-budaq ataraq genişlənən (etiqadi və məzhəbi qollar) ağaca da deyilir. Lisanül-ərəb kitabında deyilir: Filankəs mübarək şəcərədəndir dedikdə onun nəcib nəsildən olduğu nəzərdə tutulur. İslam peyğəmbəri (s) dəfələrlə buyurmuşdur: Mən və Əli bir şəcərədənik. Ayələrə diqqət yetirdikdə görürük ki, lənətlənmiş şəcərə, lənətlənmiş sülalələrdən, nəsillərdən biridir. Hansı ki, bir kökdən ayrılaraq qol-budaq atmış, İslam ümməti bu yolla imtahan edilmiş və edilməkdədir. Bu xüsusiyyətlər adətən üç qruplaşmaya aid edilir; müşriklər, münafiqlər və əhli-kitab. Dəlillər göstərir ki, onlar kök üzərində qurulmuş, qol-budaq ataraq törəmiş, müsəlmanların içində yaşayaraq onlar üçün ilahi imtahan vasitəsi olmuşlar. Lakin ayənin nəzərdə tutduğu lənətlənmiş şəcərə dəqiq şəkildə bunların hansıdır? Müşriklər və əhli-kitab ayənin nəzərdə tutduğu xüsusiyyətlər xaricindədir. Çünki onlar nə hicrətdən öncə, nə də hicrətdən sonra ayədə qeyd olunan özəlliklərə malik olmamışlar. Çünki Quranda müsəlmanların onlara qarşı təhlükəsizliklərinin təmin olunduğu söylənilir (Maidə, 3). Belə olan halda ayə yalnız münafiqlərə aid ola bilər. Hansı ki, amansız fikirləri ilə İslama qarşı daim düşməndirlər. Bütün bunları nəzərə aldıqda məlum olur ki, lənətlənmiş şəcərə Peyğəmbərə (s) yuxuda göstərilmiş və sonra Quranda buyurulmuşdur. Hər iki tərəfin qəbul etdiyi hədislər də bu izahı dəstəkləyir və doğru olduğunu açıqca göz önünə qoyur. Hədislərdə deyildiyinə görə, ayədə sözügedən röyada məqsəd Bəni-Üməyyədir. Çünki Peyğəmbər (s) bu sülalə haqqında gördüyü yuxudan sonra bu ayə nazil olmuşdur. Əlbəttə, hal-hazırda bu sülalə müsəlmanlar arasında mövcud deyil. Syuti, əd-Dürrül-mənsur əsərində İbn Ümeyrin Səhl ibn Səddən nəql etdiyi bir rəvayət qeyd edir. Rəvayətdə deyilir: Bir gün Peyğəmbər (s) yuxuda Bəni-Üməyyənin onun minbərinin üzərində meymunların ağac üzərində atılıb-düşdükləri kimi atılıb-düşdüklərini gördü. Bu yuxudan sonra Peyğəmbər (s) çox narahat oldu. Belə ki, onu gülən görmədilər. Bu zaman sözügedən ayə nazil oldu. Əd-Dürrül-mənsur kitabında İbn Hatəmin İbn Ömərdən nəql etdiyi digər bir rəvayətə görə, Peyğəmbər (s) buyurur: Mən yuxuda Həkəm ibn Asın övladlarını gördüm. Onlar meymun şəklində minbərlərin üzərində gəzişirdilər. Allah-təala bu ayəni (İsra, 60) nazil edərək onların lənətlənmiş şəcərə olduğunu bildirdi. Həmin qaynaqda İbn Mərdəvinin Ayişədən nəql etdiyi bir rəvayətdə deyilir: Bir gün o, Mərvan ibn Həkəmə dedi: Mən özüm Peyğəmbərin (s) sənin ata-babana: Quranda qeyd olunan lənətlənmiş şəcərə sizsiniz, dediyini eşitdim. Məcməul-bəyan kitabında İmam Sadiq (ə) və Əbu Cəfərdən (ə) nəql olunduğu rəvayətdə deyilir: Bütün bunlar göstərir ki, lənətlənmiş şəcərə Bəni-Üməyyədir. Əlavə məlumat üçün bax: Əl-Mizan, c. 13, müvafiq ayənin təfsiri.   Əl-Hidayətus-səniyyə, səh. 40. Daha çox təəccüb doğuran iddialardan biri İbn Teymiyyənin Quran və sünnədə imdada çağırmaq haqqında heç bir ayə olmadığını, müsəlmanların bunu yekdilliklə qəbul etmədiklərini və Peyğəmbərin (s) bu əmələ qarşı bir şirk kimi mübarizə apardığını iddia etməsidir.   Kəşfül-irtiyab, səh. 214. Onların dəlillərindən biri də Vəsimədən və digərlərindən nəql edilən rəvayətdir. Rəvayətdə deyildiyinə görə, Vədd, Siva, Yəğus, Yuq və Nəsr həzrət Nuhun (ə) qövmündən olan əməlisaleh insanlar olmuşlar. Xalq daim onların qəbirlərinin ziyarətinə gedər və ziyarət edərmiş. Bu əməl uzun zaman təkrar olunduğundan camaatın onlara bənzəyən bütlər düzəltməyinə gətirib çıxartdı. Ona görə də qəbirlərə döğru getmək haramdır.  Tövbə, 74.    Nisa, 5.  Tövbə, 59.  Ali-İmran, 49.  İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə deyilir: Əbu Hənifə İmamla birgə yemək yeyirdi. İmam yeməyini yeyib qurtardıqda Allaha həmd və səna edərək buyurdu: İlahi bu qida sənin və Rəsulunun (s) tərəfindən idi. Əbu Hənifə dedi: Ey Əbu Abdullah! Allaha şərikmi qoşursan? Həzrət buyurdu: Sakit ol! Allah Quranda buyurur: وَمَا نَقَمُواْ إِلاَّ أَنْ أَغْنَاهُمُ اللّهُ وَرَسُولُهُ مِن فَضْلِهِ (Münafiqlərin Peyğəmbərə və möminlərə qarşı) kin-küdurət bəsləmələrinin səbəbi yalnız Allahın və Peyğəmbərinin Öz nemətləri ilə onları varlandırmasıdır (Tövbə, 74).  اللّهُ سَيُؤْتِينَا اللّهُ مِن فَضْلِهِ وَرَسُولُه وَلَوْ أَنَّهُمْ رَضُوْاْ مَا آتَاهُمُ اللّهُ وَرَسُولُهُ وَقَالُواْ حَسْبُنَا Kaş münafiqlər Allahın və Peyğəmbərinin onlara verdiklərindən razı qalıb: "Allah bizə kifayətdir. Allah bizə Öz nemətindən bəxş edəcək, Peyğəmbəri də (sədəqədən)" - deyəydilər! (Tövbə, 59). Əbu Hənifə dedi: Allaha and olsun, elə bil bu ayəni oxumamışdım (Kənzül-fəvaid, səh. 196; Vəsailuş-şiə, c. 24, səh. 351; Biharul-ənvar, c. 47, səh. 240.  Qurana müvafiq olmayan bu növ fətvaların meydana çıxmasının səbəbi Qurandan məlumatsızlıqdır. Hansı ki, nümunələrini diqqətinizə çatdırdıq. İbn Teymiyyə iddia edir ki, ümumiyyətlə Quranda imdad diləmək, köməyə çağırmaq haqqında heç bir ayə yoxdur.  Vəfaul-vəfa, c. 2, səh. 421. Vəhhabilərə görə, bəndənin qeyrilərindən istədiyi hər hansı bir şey yalnız Allahın qüdrəti çatacağı istəkdirsə, bu şirkdir. Lakin bu digərlərinin də bacaracağı diləkdirsə, onlardan istəmək düzgün hesab edilir. Əks təqdirdə, istər müraciət edilən şəxs sağ olsun, istərsə də vəfat etmiş olsun, düzgün deyil. İbn Teymiyyə Ziyarətul-qübur əsərində deyir:  إن كان مما يقدر عليه العبد فيجوز طلبه منه فی حال دون حال، فان مسألة المخلوق قد تکون جائزة و قد تکون منهیا عنه Onlar bu fətvalara səbəb kimi Allahdan başqasına ibadət edildiyini və ibadətin yalnız ona məxsus olduğunu göstərir. Allah-təala Quranda duanı şəfaət adlandırır. Bu növ fətvalara səbəb ibadətin mənasının yanlış anlaşılmasıdır. Əgər bu haqda dərindən düşünsəydilər, belə gülünc vəziyyətə düşməzdilər.   Ziyarətul-qübur, səh. 2; Kəşfül-irtiyab, səh. 223.  Kəşfül-irtiyab, səh. 223.  Müsnədi-Əhməd, səh. 3, 245, 261, 381.  Siyəru əlamin-nübəla, c. 4, səh. 26.   Cinn, 18.  Nur, 63.   Qafir, 60.  Əraf, 414.  Əraf, 414.   Cinn, 18.  Beyhəqi bu hədisin düzgün olduğunu bildirmişdir. İbn Həcər də Fəthül-bari əsərində bu hədisi qəbul etmişdir. Çünki onun fikrincə, Fəthül-baridə mövcud olan hədislər Səhihi-Buxarinin şərhidir və orada qeyd olunanlar səhih və həsən hədislərdir. Bax: Əl-Məqalatus-səniyyə, səh. 114.   Minavi Şərhu camiis-səğir əsərində bu rəvayəti İbn Əsakirdən nəql edir. Hafiz İraqi deyir: İbn Əbdül-Birr məlum rəvayəti ət-Təmhid və əl-İstizkar kitablarında səhih sənədlə İbn Abbasdan nəql etmişdir. Əbdül-Haqq da sözügedən hədisi səhih hesab etmişdir. Bax: Əl-Məqalatus-səniyyə, səh. 114.  Əl-Məqalatus-səniyyə fi kəşfi zilalati İbn Teymiyyə, səh. 114. Öncə qeyd edildi ki, bir çox vəhhabilər sağ insandan yardım diləməyi düzgün, dünyasını dəyişmiş insanlardan kömək istəməyi isə şirk hesab edirlər. Halbuki, bu və ya digər əməl şirk olarsa, diri və ya ölü olmağın buna heç bir təsiri yoxdur. Qəribə burasıdır ki, onlar təvəssül və s. əməlləri şirk hesab edirlər. Bir halda ki, onların hədis kitablarında bu mövzu ilə bağlı çoxlu sayda hədislər mövcuddur. Belə ki, bu hədislərin sayı mütəvatir həddinə çatır.  Yusif, 93.   Yusif, 97.  Übadə ibn Samitdən nəql olunan bir rəvayətdə deyilir: Bir gün Əbu Bəkr dedi: Ayağa qalxaq və həzrət Peyğəmbərdən (s) bu münafiqin şərindən xilas olmaq üçün yardım diləyək. Bunu eşidən Peyğəmbər (s) buyurdu: Yalnız Allah üçün ayağa durun! (Müsnəd, c. 5, səh. 317; əl-Məvahibud-dəniyyə, c. 3, səh. 417). Muhyiddin Nəvəvi yazır: Ziyarətçi üzünü Peyğəmbərə (s) çevirsin və özü ilə bağlı məsələlərdə ona təvəssül etsin. Onun vasitəsi ilə Allaha şəfaət etsin. Ən gözəl dəlillərdən biri Qazı Əbu ət-Teyb və digər ustadların Ətəbədən nəql etdikləridir. Ətəbə deyir: Mən Peyğəmbərin (s) qəbrinin yanında idim. Çölçü bir kişi oraya gəlib dedi: Salam olsun sənə, ey Allahin elçisi! Allah-təalanın belə buyurduğunu eşitmişəm:  وَلَوْ أَنَّهُمْ إِذ ظَّلَمُواْ أَنفُسَهُمْ جَآؤُوكَ فَاسْتَغْفَرُواْ اللّهوَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُواْ اللّهَ تَوَّابًا رَّحِيمًا َ Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər (Nisa, 63). Ey Allahın elçisi! İndi mən də sənin yanına gəlmişəm. Günahlarımın bağışlanmasını istəyirəm. Sənin Allahla mənim aramda şəfaətçi olmağını rica edirəm (Şərhu Muhzzəb, Şirazi, c. 7, səh. 256).  İbn Qüdamə Hənbəli Müğni əsərində yazır: Peyğəmbərin (s) qəbrini ziyarət etmək müstəhəbdir. Səmhudi Məhəmməd ibn Abdullah Samir Hənbəlinin əl-Müstəv`əb əsərindən ziyarətin hansı şəkildə olduğunu nəql edir. Bax: Vəfaul-vəfa, c. 4, səh. 1376; Ehyaul-ülum, c. 1, səh. 259.   Qəstəlaninin söylədikləri Təhqiqun-nəzərə və Misbahuz-zəlam kitablarında (səh. 113) qeyd edilmişdir. Misal üçün, orada İmam Malik haqqında deyilir: Malik meydanda olduğu zaman digərləri fətva vermirlər. İmam Şafeinin etirafına görə, o, Allahın yer üzərində höccətidir. Mənsur ondan: Üzümü qibləyə, yoxsa Peyğəmbərə (s) tutub dua edim, deyə soruşduqda dedi: Nə üçün Peyğəmbərdən (s) üz çevirirsən? Bir halda ki, o, Qiyamət günü sənin və atan Adəmin şəfaətçisi olacaqdır. Üzünü ona tərəf çevir və onun şəfaətinə tapın! (Kəşfül-irtiyab, səh. 230).  Möcəmut-Təbərani, (c. 9, səh. 30, hədis. 8311) və əl-Möcəmus-səğir, (c. 1, səh. 183) əsərlərində sözügedən hədis səhih hesab edilmişdir.  Bax: Haşiyətu siyəru əlamin-nübəla, Zəhəbi.  Albani, ət-Təvəssülü ila həqiqətit-təvəssül kitabının müəllifidir. Onun olduqca sərt və ağlasığmaz fikirləri var. O Buxari və Müslimin təbərrüklə bağlı nəql etdiyi hədisləri haqqında çəkinmədən deyir: Bu gün bu növ hədislərin heç bir faydası yoxdur. Sələfilik iddiası ilə çıxış edənlər bu fikir və hərəkətləri ilə geridə qoyduqları körpüləri darmadağın edir və bununla da Sionizm üçün körpü rolunu oynayırlar. Fiqhus-sirə kitabının müəllifi (Doktor Məhəmməd Səid əl-Buti həmin kitabın 188-189-cu səhifələrində) Şeyx Nasir Rifainin bu fikrini qeyd edərək deyir: Bu heç bir zaman, heç bir müsəlmanın dilə gətirmədiyi sözdür. Dövrümüzdə bu hədislərin heç bir faydası yoxdur fikrini necə irəli sürmək olar? Bir halda ki, Peyğəmbərin (s) buyuruqları, əməlləri və təsdiqedici sükutları hamısı dinin qanunlarıdır və bu qanunlar Kitab və sünnənin onları qüvvədən salmadıqları təqdirdə Qiyamətə qədər öz qüvvəsindədir. Bütün bu hədislərin səhih olduğu sübuta yetmişdir. Quran və sünnədə onları qüvvədən salacaq hər hansı bir yeni hökm yoxdur. Onların məzmunu tam dini qanundur və bu, Qiyamətə qədər öz qüvvəsində qalacaqdır. Peyğəmbərə (s) təvəssüldən əlavə təbərrük etməyin de heç bir maneəsi yoxdur.  Siyəru əlamin-nübəla, c. 2, səh. 320.   Bu hədis İbn Teymiyyənin belə qəbul edərək səhih adlandırdığı hədislərdəndir. O, hədisin sənəd silsiləsində Əbu Cəfərin özünə yer aldığını və onun etimad göstəriləcək şəxs olduğunu bildirmişdir. İbn Macə Sünən əsərində (c. 1, səh. 441) Əbu İshaqın bu hədisi səhih adlandırdığını qeyd edərək yazır: Bu hədisi Tirmizi Əbvabul-ədi`yyə kitabında nəql edərək demişdir: Bu, düzgün və qərib hədisdir. Rifai Kitabut-təvəssül ila həqiqətit-təvəssül əsərində (səh. 158) deyir: Bu hədisin səhih və məşhur hədis olduğuna heç bir şübhə yoxdur.  Sünəni-Darəmi, c. 1, səh. 56; Subulul-hüda vər-rişad, c. 12, səh. 347; Vəfaul-vəfa c. 4, səh. 1374; Kəşfül-irtiyab, səh. 313.   Dəf`u şübəh, səh. 94; əl-İsabə, c. 3, səh. 484; Kəşfül-irtiyab, səh. 280.  Bir çoxlarına görə, İmam Hüseynin (ə) başı Misirdə dəfn edilmişdir. Ona görə də Qahirədə Rəsül-Hüseyn adlanan bir ziyarətgah mövcuddur. İnsanlar hər tərəfdən oranı ziyarət etməyə gəlirlər. Hətta yeni ailə qurmağa hazırlaşan bəy və gəlin, toy gecəsi bu ziyarətgahı təvaf edirlər. İbn Cübeyr deyir: Mən, Rəsül-Hüseyni (ə) ziyarət edən insan axınını müşahidə etdim. Qəbrə doğru axışan izdihm, ona göz dikmiş, davamlı olaraq zərihə təbərrük edir, dua oxuyur və daşın belə qəlbini parçalayacaq şəkildə göz yaşı tökürdülər (Vəhhabiyyət, məbaniye-fikri və ka ameyi-əməli, səh. 170-171).   Məşariqul-ənvar, Həmzavi, c. 1, səh. 197; əl-Qədir, c. 5, səh. 191. Mərhum Seyid Möhsün Əmin Kəşfül-irtiyab (səh. 255) əsərində yazır: İbn Həcər əs-Səvaiq əl-muhriqə kitabında yazır: İmam Şafei Peyğəmbərin (s) Əhli-beytinə (ə) təvəssül edərək onlar haqqında aşağıdakı məzmunda şer oxuyurdu: Peyğəmbər (s) Əhli-beyti (ə) Allahla mənim aramda vasitəçidir. Ümidvaram ki, onların vasitəçiliyi ilə əməl məktubum sağ əlimə verilsin.  Mərhum Əmin Kəşfül-irtiyab əsərində, hətta Ömərin belə Peyğəmbərin (s) əmisi Abbasa təvəssül etdiyini qeyd edir. Səmhudi əl-Vəfa əsərində (c. 3, səh. 375) yazır: İbn Nö`man Maliki Misbahuz-zəlam fil-müstəcmisin bixeyril-ənam (bax: səh. 62) əsərində belə bir hadisə haqqında söhbət açır. Qıtlıq yarandığı zaman Ömər Peyğəmbərin (s) əmisi Abassa təvəssül edərək yağış yağmasını istəyir və deyirdi: اللهم انا كنا اذا قحطنا توسلنا اليك بنبينا فتسقينا و انا نتوسل اليك بعم نبينا فا ستقنا İbn Abbasdan nəql olunan digər bir rəvayətdə Ömərin bu sözləri qeyd olunur: اللهم انا نستقيك بعم نبيك و نستشفع اليك بشيبته فقوا İlahi! Peyğəmbərinin (s) əmisinin vasitəçiliyi ilə yağış yağmasını istəyirəm. Onun ağ (nurani) saqqalının və İslam yolunda çəkdiyi zəhmətlərinin şəfaətçiliyini qəbul et!  Bu an yağış yağmağa başladı. Bu hadisəni müşahidə edən İbn Abbas ibn Ətəbə ibn Əbu Ləhəb baş verənləri nəzmə çəkdi: بعمي سقي الله الحجاز و اهله عئية يستسقي بسبه عمر Bir qürub zamanı Ömər əmimin saqqalına təvəssül etdikdə, Hicaz diyarı və orada yaşayan insanlar su üzü gördü. İbn Əsir Cvzi Əsədül-ğabə fi mərifətis-səhabə əsərində yuxarıda qeyd olunan hadisəni nəql edərək deyir: Xalq yağış yağdığını gördükdə onu məsh edir və Sağ ol ey iki Hərəmin saqisi! deyə təşəkkür edirdi.  İbn Həcər Əsqəlani (vəfat-852) Fəthül-bari əsərində (c. 2, səh. 399) yazır: İbn Abbasla bağlı nəql olunan bu hadisə göstərir ki, Peyğəmbərin (s) qohumlarına, əməlisalehlərə təvəssül edərək yağış yağmasını istəmək müstəhəbdir.   Əl-İthafu bihubbil-əşrəf, səh. 75-110; əl-Qədir, c. 5, səh. 178.   Kitabus-siqat, c. 3, səh. 402; əl-Ənsab, Səm`ani, c. 1, səh. 517.  Siyəru əlamin-nübəla, c. 16, səh. 924; Mizanul-etidal, c. 3, səh. 506; ən-Nücumuz-zahirə, c. 3, səh. 342; Təbəqatu Sübki, c. 3, səh. 131; əl-Ənsab c.3, səh. 209; əl-Vafi bil-vəfiyyat, c. 2, səh. 317.  Əbu Bəkr (vəfat-350) dövrünün dini rəhbəri, Nişapurun qabaqcıl elm adamlarından biri olmuşdur. Onun bəlağətli nitqi dinləyiciləri valeh edərdi. O, hədisşünasları bir yerə toplamaq məqsədi ilə Hədisşünaslar evi təsis etmiş və onların xərclərini öz öhdəsinə götürmüşdü. Hakim, Səid ibn Məhəmməd ibn Məhəmməd ibn Əbdan ondan hədis nəql etmişlər (Siyəru əlamin-nübəla, c. 16, səh. 23).  Təhzibut-təhzib, c. 7, səh. 339.   Həmin qaynaq, c. 7, səh. 339.  Həmin qaynaq, c. 14, səh. 365. Fikrimizcə, mühməldir. Bax: Müstədrəkatu elmir-rical, c. 6, səh. 450; əl-Kina vəl-əlqab, c. 1, səh. 276.  Müstədrəki- Hakim, c. 3, səh. 518, hədis. 5929; Sifətus-səfvə, c. 1, səh. 470.   Tarixu Bağdad, c. 1, səh. 120.  Xülasətul-kəlam, Zeyni Dehlan, səh. 252; Tarixu Bağdad, c. 7, səh. 123; Mənaqibu Əbi Hənifə, Xarəzmi, c. 2, səh. 199; əl-Qədir, c. 5, səh. 194;  Mənaqibu Əhməd, İbn Cəuzi, səh. 297.  Vəfəyat əl-əyan, 4, səh. 272; Siyəru əlamin-nübəla, c. 17, səh. 216.  Siyəru əlamin-nübəla, c. 17, səh. 215; Təbəqatuş-şafiiyyə, c. 4, səh. 130.   Miratul-cinan, c. 4, səh. 357.  Möcəmül-büldan, c. 2, səh. 356.  Təbəqatuş-şafiiyyə, c. 2, səh. 234; Siyəru əlamin-nübəla, c. 12, səh. 469. Məkkədə quraqlıq olduğu zaman Əbu Talib südəmər qardaşı oğlunun əlindən tutub Allahdan yağış yağmasını istədi. O, bu haqda şer də söyləmişdir: وابيض يستسقى الغمام بوجهه ئمال اليتامى عصمة اللا رامل Buluddan, onun xətrinə yağış istənilən nurani çöhrə (sima), yetimlərin dayağı, dul qadınların pənahıdır. Buxari Səhih əsərində deyir: Yağış yağdığı zaman Peyğəmbər (s) buyurardı: Əgər Əbu Talib sağ olsaydı indi sevinərdi. Əbu Talibin oxuduğu beytləri kim oxuya bilər? Bu an Əli (ə) dillənər və deyərdi: Ey Allahın sevimli elçisi, siz bu beyitlərimi deyirsiz? وابيض يستسقى الغمام بوجهه ئمال اليتامى عصمة اللا رامل Şerin digər beyti isə belədir: يطوف به الهلاك من ال هشم فهم عنده فى نعمة و فواضل Haşimin övladlarının çətinlikləri onun ətrafına dolanır və onlar onun yanında nemət və bəxşiş içindədirlər. Əlbəttə, bu son beyt Səhihi-Buxaridə qeyd edilməmişdir. Bu hadisə haqqında ətraflı məlumat üçün bax: Fəthül-bari, c. 2, səh. 39; Dəlailun-nübuvvət, Beyhəqi, c. 2, səh, 126; Ümdətül-qari fi şərhi Səhihi-Buxari, c. 7; Şərhu İbn Hədid, c. 14, Sirətu Hələbi, c. 3; Sirə, Zeyni Dehlan, səh. 140.     Siyəru əlamin-nübəla, c. 15, səh. 375; Tarixu Bağdad, c. 8, səh. 182.   Əl-Qədir, c. 5, səh. 155; Furqanul-Quran, səh. 133.  Əl-Məvahibul-lədunniyyə, c. 3, səh. 405.  Səmhudi bu kitabın müəllifinin Məhəmməd ibn Nö`man olduğunu göstərir. Çox güman ki, eyni adlı kitab iki ayrı-ayrı yazıçıya aiddir. Hələbi bu kitabı Süleyman ibn Musa ibn Salimə, eyni adlı digər bir kitabı isə Məhəmməd ibn Musaya aid etmişdir (Kəşfüz-zünun, c. 2, səh. 1706).   İbn İmad deyir: Əbu ər-Rəbi əl-Kəlai Süleyman ibn Musa ibn Salim görkəmli hafiz, etibarlı rəvayətçi və Əndəlosun görkəmli yazıçılarından olmuşdur. O, hicri 565-ci ildə dünyaya gəlmiş və İbn Zərqunun tələbələrindən olmuşdur. İbn Abbar deyir: O, hədis elminə dərindən yiyələnmişdi və rəvayətçiləri ayırmaqda böyük məharətə malik idi. Belə ki, rəvayətçilərin doğum və vəfat tarixlərini tam dəqiqliyi ilə bilirdi. Yaşadığı dövrdə və özündən sonra onun qədər bilikli adam olmamışdır. O, gözəl və dəqiq xəttat olmuşdur (Şəzəratuz-zəhəb, c. 5, səh. 164). Zəhəbi deyir: O, Əndəlosda dini rəhbər, əllamə və hafiz idi. Gözəl Quran oxuyardı. Böyük ədib və hədisşünas idi. Əbu Abdullah ibn Abbardan nəql olunduğuna görə, o, mahir hədisşünas olmuşdur. Müxtəlif elmi sahələrdə dəyərli əsərlər qələmə almışdır. Bu kitablara nümunə üçün Misbahuz-zəlam əsərinin adını çəkmək olar. Mən bu kitabdan dəfələrlə istifadə etmiş və qeydlər aparmışam. Hafiz ibn Müsdi deyir: Mən şərafət və fəzilətdə onun qədər yüksəkdə duran insan görməmişəm. O, nəqli (ənənəvi) və əqli (rasional) elmlərdə, şer və nəsr kimi ədəbi janrlarda, quranşünaslıqda, təcvid elmində (ərəb dili fonetikası, Quranın özünəməxsus orfoepiya qaydalarına uyğun şəkildə oxunulmasını öyrənən bilik sahəsi) böyük məharətə malik idi... O, hafizlərin sonuncusu idi (Siyəru əlamin-nübəla, c. 23, səh, 134; ən-Nücumuz-zahirə, c. 6, səh. 297). Misbahuz-zəlam (Siyəru əlamin-nübnəla kitabını izah edən şərhçi bu kitabı görməmişdir. Çünki orada şəfa, yardım diləmək haqqında ətraflı söhbət açılmışdır. Şərhçi bu əsərə həssaslıqla yanaşmış və vəhhabi təfəkkürünə uyğun olmayan müddəaları rədd etmişdir. Necə ki, Kərxi, həzrət Nəfisə, Əbu Əvanə və s.-lərinin tərcümeyi-hallarında bir çox məsələlərə həmin şəkildə yanaşmışdır. Çox güman ki, şərhçinin Misbahuz-zəlam kitabının məzmunundan xəbəri olmamışdır. Əgər belə bir kitabın mövcudluğundan xəbərdar olsaydı, yəqin ki, nə kitab, nə də onun müəllifi məlum təqva sahibinin hücumlarından amanda qalmazdı. Allaha şükürlər olsun ki, sözügedən kitab haqqında heç bir məlumatı olmamışdır. Əks təqdirdə kitab müəllifini bu qədər mədh etməzdi. O, məlum kitabın müəllifi haqqında deyir: O, görkəmli alim və hədisşünas olmuşdur. İslam şəhərlərini müdafiəyə qalxan ilk müdafiəçilərdən olmuş və sonunda bu yolda şəhid olmuşdur (Siyəru əlamin-nübəla, c. 23, səh. 134).  Vəafaul-vəfa, c. 4, səh. 1380.  O, öz bilik, təqva, nitq qabiliyyəti ilə məşhur olmuşdur. Onun vəfat tarixi hicri 324-cü il göstərilmişdir (Siyəru əlamin-nübəla, c. 15, səh. 273; Təbəqatuş-şafiiyyə, c. 3, səh. 57).  Vəfaul-vəfa, c. 4, səh. 1380.   Həmin qaynaq.  Həmin qaynaq, səh. 1381.  Həmin qaynaq, səh. 1383.   Həmin qaynaq.  Həmin qaynaq. Qeyd: Mədinə alimi Səmhudi Şafei Vəfaul-vəfa bi-əxabari daril-Mustafa əsərində bütün hallarda Peyğəmbərdən (s) şəfaət və yardım diləməyin peyğəmbərlərin (ə), müsəlman və əməlisaleh insanların tutduğu yol olduğunu təsdiq etdikdən sonra Hakimdən nəql edir: Ömər ibn Xəttab deyir: Peyğəmbər (s) buyurmuşdur: Həzrət Adəm (ə) xəta etdikdə dedi: İlahi! Məhəmmədin ehtiramı üçün xətamı əfv et! Allah-təala buyurdu: Ey Adəm! Sən Məhəmmədi necə tanıyırsan? Halbuki mən hələ onu yaratmamışam. Adəm dedi: Sən məni yaradıb öz ruhundan üfürdün. Mən ilk dəfə başımı qaldırdıqda Ərşə La İlahə illəllah, Məhəmmədür-rəsulullah sözlərinin yazıldığını gördüm və bildim ki, sən öz adının yanında yalnız yaratdıqlarının ən sevimlisinin adını gətirirsən. Allah buyurdu: Ey Adəm! Düz deyirsən. Məhəmməd ən sevimli məxluqdur. Məhəmmədin ehtiramından söhbət açdığın üçün səni bağışlayıram. Əgər Məhəmməd olmasaydı, səni yaratmazdım. Səmhudi, Sübkidən nəql edir: İnsan öz əməllərinə təvəssül edə bilərsə (Qar hədisi, Səhihi-Buxari, c. 4, səh. 173; Nurus-səqəleyn, c. 3), demək, Peyğəmbərə (s) də təvəssül edə bilər (Kəşfül-irtiyab, səh. 246-247).  Ehtimal ki, məqsəd, hazırda Suriyada xurma, un və badamdan hazırlanan şirin çörəkdir.   Vəafaul-vəfa, c. 4, səh. 1383.   Həmin qaynaq, səh. 1385.   Həmin qaynaq, səh. 1385.  Əl-Əqdüs-səmin, c. 3, səh. 68.  Təzkirətül-hüffaz, c. 4, səh. 1474. Tarixdə qeyd edilmiş təvəssüllərin bir neçəsinə nəzər salaq:  Ərəfə günü İmam Hüseynin (ə) təvəssül etməsi. اللهم انا توجه اليك فى هذه العئشية التي شرفتها و عظمتها بمحمد نبيك ورسولك و خيرتك من خلقك  Ramazan ayı daxil olduğu zaman İmam Zeynül-abidinin (ə) təvəssül etməsi. اللهم انى أسألك بحق هذ الشهر و بحق من نعبد لك فيه من ابتدائه الى وقت فنائه من ملك قربته او نبى ارسلته او عبد صالح اختصصته Əlinin (ə) ziyarəti zamanı təvəssül etməsi اللهم فا ستجب دعائى و اقبل ثنائى واجمع بيني و بين اوليائى بحق محمد و على و فاطمه والحسن والحسين والائمة المعصومين من ذرية الحسين İmam Əli ibn Hüseyn (ə) otuzuncu duada buyurur:  اللهم فان وسيلتى اليك محمد و اله و بعد هم التوحيد Qırxıncı duada buyurur: اتوجه اليك و اتوسل اليك واستشفع اليك بنبيك نبى الرحمة محمد (ص) تسليما و امير المئو منين على بن ابى طالب و فاطمة الزهراء والحسن والحسين عبدك و امينيك  Kəşfül-irtiyab, səh. 259-260.