VӘHHABİ ӘQİDӘSİNӘ ӘQLİ BİR BAXIŞ ÜCÜNCÜ CILD

: 1634 ()

   
     

    LLAHIN ADI İLƏ 

Artıq iki əsrdən çoxdur ki, qondarma Vəhhabi məzhəbi dağıdıcı həşərat kimi dinin canına düşmüşdür. Hansı ki, bu məzhəb sağlam zəkanın qəbul etdiyi normalarla, yaradılışdan gələn fitri meyllərlə heç bir şəkildə uyuşmur. İbn Teymiyyənin dnuq və sərt fikirlərindən qaynaqlanan bu təlimin başlıca prinsiplərinə azacıq nəzər salsaq, onun təsisçilərinin dinə, şəriətin həmişəyaşarlığına, cəmiyyətdə tətbiqinə qarşı dərin kin bəslədiklərinin şahidi olarıq. Onlar dinə qarşı çirkin niyyətlərini həyata keçirmək üçün dinin zahiri tərəfini hədəfə alır və aldadıcı şüarlarla çıxış edirlər. Sanki, Peyğəmbər (s) dönəmində mövcud olmuş və cəmiyyətdə öz əksini tapmış İslama qarşı çıxır, Allahın göstərişlərini sıradan çıxartmaq üçün öncə dinin zahiri tərəfindən başlayırlar. Maraqlıdır, zahir olmadıqda batinə, forma olmadıqda məzmuna necə yetmək olar? Bütün bunlar göstərir ki, məlum məzhəbin yanlışlığını üzə çıxarmaq üçün heç də güclü elmi sübutlara ehtiyac yoxdur. Çünki onların, hətta dinin öz sübutunu tapmış zahiri tərəfinə belə müvafiq olmadıqları hər addımda özünü tam aydınlığı ilə göstərir. Onların qarşıya qoyduqları hər bir müddəanın yüzlərlə bir-birini inkar, istisna edənfv tərəfləri mövcuddur. Görəsən, Vəhhabiliyin təsisçisi, ondan da öndə duran İbn Teymiyyə, nə üçün Peyğəmbərin (s) məzarını ziyarət etməyin haramlığına öz şüarlarının, məqsəd və məramlarının önündə yer vermişdir? Bu müqəddəs məzarı ziyarət etmək yolu ilə Allaha yaxınlaşmırıqmı? Bu növ ziyarətlər tövhidin özünü möhkəmlətmirmi? Bütün bunlar Peyğəmbəri (s), onun göstərişlərini unutdurmaq, bu əvəzolunmaz, həmişəyaşar ö əyi müsəlmanlardan almaq, onu yaddaşlardan silmək məqsədi daşımırmı? Məşhur Əhli-sünnə alimi Qəstəlani deyir: İbn Teymiyyənin Peyğəmbərin (s) məzarının ziyarət olunmasını qadağan etməsi, onun atdığı ən bağışlanmaz addımlardandır. Qəzali deyir: Yaşadığı zaman Peyğəmbəri (s) görüb təbərrük edənlər, vəfatından sonra hәzrәtin məzarını ziyrәt edərək təbərrük etməlidir. Qərami Şafeinin təbirincə desək, İbn Teymiyyə Peyğəmbərə (s) belə hörmətsizlik edərək deyir: O həzrəti (s) ziyarət etmək məqsədi ilə səfərə çıxmaq günahdır. Yəqin ki, vəhhabilər bacarsaydılar, Peyğəmbərin (s) məzarını belə yerlə yeksan edər, hələ bu azmış kimi Kəbəyə hörmətlə yanaşmağın, Həcərül-əsvədi öpməyin haram olduğunu da iddia edərdilər. Necə ki, valideynim Ayətullah əl-üzma Fazil Lənkərani buyurur: Şirk əqli baxımdan qeydlənə bilməz (bu və ya digər əmələ məxsus ola bilməz). Belə olan halda Peyğəmbərin (s) məzarını öpmək haram, Həcərül-əsvədi öpmək isə icazəlidir - deyə iddia etmək yanlışdır. Onların bu ynlış fətvalarını tətbiq etdikdə Həcərül-əsvədi öpməyin də şirkin bariz nümunələrindən olduğu qənaətinə gəlirik. Lakin bu şirk icazəli şirkdir. Bir halda ki, bu, açıq-aşkar rüsvayçılıqdır. Günümüzdə, müsəlmanlar daim ətrafı bürüməkdə olan bu xərçəng әstәliyinә qrşı oyaq olmalı, özlərini, övladlarını bu növ zəhərli fikirlərdən qorumalıdırlar.

 

Sonda görkəmli tədqiqatçı alim Höccətül-İslam vəl-müslimin Hacı Şeyx Nəcməddin Təbəsiyə olmazın zəhmətlər bahasına ərsəyə gətirdiyi bu qiymətli əsərə və yanlış vəhhabi təliminə kəskin və qənaətbəxş cavablar verdiyinə görə minnətdarlığımı bildirir və hörmətli mütərcimə, dəftərxananın mədəni-maarif şöbəsinin həmkarlarına təşəkkür edirəm. Ümidvaram ki, çəkilən bütün bu zəhmətlər Allah dərgahında məqbul hesab ediləcəkdir.

 

Məhəmməd Cavad Fazil Lənkərani

 

  
Peyğəmbər (s) məzarının ziyarət edilməsi 

Qəstəlani və İbni Həcər Əl-cövhərül-münəzzəm kitabında İbni Teymiyyə barəsində belə söyləmişlər ki, o (İbni Teymiyyə), Peyğəmbərin (s) məzarının ziyarət etməsini (istər Şəddur-rihal ilә, istәrsә dә Şəddur-rihalsız,) yasaq və haram etmişdir. Peyğəmbərin (s) məzarının ziyarət edilməsi haram hesab edilirsə, digər qəbirlərin ziyarətinin haram olmasına heç bir şübhə qalmır. O (İbni Teymiyyə) belə güman etmişdir ki, ziyarət etmək məqsədi ilə səfərə çıxmağın haram olmasına dair alimlər arasında yekdil rəy mövcuddur. Bu səfər isə namazın qəsr qılınmasına səbəb olmur.

  
İbni Teymiyyənin nəzərini inkar edən dəlillər:  

Dörd əsas dəlil ziyarətin şəriətə görə qanuni olmasını sübuta yetirir:

 

Birinci sübut: Quran;

 

Allah-təala Nisa surəsinin 64-cü ayəsində buyurur:

 

Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.

 

Ziyarət, bir növ ziyarət olunan şəxsin yanında hazır olmaqdır; istər bağışlanmaq məqsədi ilə, istərsə dә başqa məqsədlə. Belə bir əməlin üstün olması hәzrәt Peyğəmbərin (s) həyatı dövründə isbat olunursa, sözsüz ki, bu iş onun vəfatından sonra da öz qüvvəsini itirməyəcəkdir. Çünki, sevimli Peyğəmbər (s) bərzəx həyatına (ölümdən sonrakı həyat) malikdir. Belə ki, o həzrət ziyarətçinin salamını eşidir və əməllərini nəzərdən keçirir.

 

İstəkli peyğəmbərin bərzəx həyatını açıqlayan sitatlar aşağıdakılardan ibarətdir:

 

1. Səmhudi Subkidən nəql edir: Alimlər bu ayədən (Ən-Nisa, 64.) ümumilik anlamışlar; yəni, peyğəmbərin hüzurunda olmaq, eləcə də Allahdan bağışlanmalarını o həzrətdən istəmək, yalnız peyğəmbərin həyatı zamanına məxsus olmayıb, onun vəfatından sonrakı dövrə də aid edilir. Elə bu cəhətdən alimlər bu ayənin o həzrətin qəbri kənarında oxunmasını müstəhəb bilmişlər.

 

2. Qəstəlani yazır: Elə bir gün yoxdur ki, ümmətin əməlləri (gecə-gündüz gördükləri) peyğəmbərə təqdim olunmasın. Peyğəmbər (s) onları simaları və əməlləri ilə tanıyır və elə bu vasitə ilə onlara (əməllərinə) şahid olur.

 

İraqlı İbni Zərənin İbni Məsuddan nəql etdiyi hədisdə Peyğəmbər (s) buyurur: Mənim həyatım sizin üçün faydalıdır; çünki, siz mənimlə, mən də sizinlə danışıram. Həmçinin vəfatım sizin üçün xeyirlidir, çünki, sizin əməlləriniz mənə təqdim olunur. Əməlləriniz arasında müşahidə etdiyim hər bir xeyirli iş qarşısında Allaha həmd və səna edir, onların arasında mövcud olan hər hansı pisliklərə görə, Allahdan sizin üçün bağışlanmağınızı diləyirəm.

 

3. İbni Əsakir və bir çox firqələrin biliciləri Mәhəmməd ibni Hərbdən nəql edərək yazırlar: Mədinəyə daxil olub peyğəmbərin məzarına yaxınlaşaraq onu ziyarət etdim. Sonra isə qəbrin qarşısında oturdum. Elə bu an bir bədəvi ərəb gəlib həzrətin qəbrini ziyarət etdikdən sonra dedi: Ey göndərilmişlərin ən gözəli! Allah sənə doğru kitab nazil edərək buyurdu:

 

Onlar özlərinə zülm etdikləri zaman... Mən isə özümə zülm etmişəm (günah etmişəm) və gəldim ki, mənim (Allahdan) bağışlanmağımı diləyəsən. Sonra qəbirdən belə bir nida gəldi ki, sən bağışlandın. Bu hadisəni Səmhudi iki ayrı yolla Əli ibn Əbutalibdən (ə) nəql etmişdir.

 

İkinci sübut: Hədislər;

 

Rəvayətlərə gəlincə isə demək olar ki, bu barədə müxtəlif yollarla, habelə ayrı-ayrı məzmunlarda çoxsaylı hədislər nəql olunmuşdur:

 

1-ci hədis:

 

Peyğəmbərdən (s) nəql olunmuş hədisdə deyilir: Hər kim məni ziyarət etsə, onu şəfaət etmək mənim vəzifəm olar.

 

Əhli-sünnə kitablarından nəql olunan bu hədis 40 əsas qaynaqda qeyd olunmuşdur. Bu kitabların müəllifləri hafiz və hədis alimləridir; cümlədən:

 

1. Übeyd ibn Mәhəmməd Əl-vərraq Nişaburi (255 hicri ilində doğulmuşdur).

 

2. İbn Əbid-dünya Əbu bəkr Əl-Qurəyşi (təvəllüdü: 271 hicri ili).

 

3. Dəulabi Razi Əl-kunu vəl-əsma adlı kitabında (t. 310h.).

 

4. İbn Xuzeymə öz səhihində (t. 311h.).

 

5. Əbu Cəfər Əl-Əqili.

 

6. Əbu Əhməd bin Ədiy (t. 360h.) Əl-Kamil kitabında.

 

7. Dr Qutni (t. 385h.) öz sünənində bu hədisi gətirmişdir.

 

8. Əl-Mavəridi (t. 450h.) Əl-Əhkamus-sultaniyyə əsərində.

 

9. Qazi Əyyaz Maliki (t. 544h.) Əş-şifa kitabında.

 

10. İbn Əsakir öz tarixində Mən zarə qəbrini fəslində.

 

11. Təqiyyüddin Subki (t. 756h.) Şifaus-siqam kitabında

 

Əllamə Lәknәvi yazır: Bu hədisin (Mən zarə qəbri vəcəbət ləhu şəfaəti) (hər kim məni ziyarət etsə, onu şəfaət etmək mənim vəzifəm olar) zəif olmasını sübuta yetirməyə çalışan hər bir şəxs büdrəməyə düçar olmuşdur... Bu barədə daha ətraflı məlumat almaq istəyən Ziyarətul-qəbrin-nəbəvi (peyğəmbərin məzarının ziyarət edilməsi) haqda yazdığım əsərlərə müraciət et.

 

Xatırladaq ki, sözü gedən hədisin (mən zarə qəbri...) Musa bin Hilala kimi qeyd olunan ravilərinin siqə olmasında heç bir şübhə yoxdur. Musa bin Hilal barəsində isə İbn Ədiy belə söyləmişdir: Zənnimcə onun heç bir eybi yoxdur; çünki o, Əhmədin ustadlarındandır, Əhməd isə təkcə siqədən nəql edir. İrad edənin özü də buna etiraf etmişdir.

 

Sübki bu hədisin sənədinin səhih olmasına dair bir sıra sitatlar gətirərək deyir: Yazdığımız mətləblərdən aydın olur ki, əgər biz bu hədisin səhih olmasına irad etsək, heç olmasa hədisi qiymətləndirmək üçün әn şğı dərəcəni nəzərdə alaraq deyə bilərik ki, bu hədis həsəndir.

 

O, sözünə davam edərək yazır: Bu və digər azacıq dəlillərlə, ziyarət barəsində deyilən hədislərin qondarma olmasını iddia edən şəxsin yalanları üzə çıxar. Görəsən o, (İbn Teymiyyə) özünə qədər heç bir alim və hədis bilicisinin, ümumiyyətlə heç bir müsəlmanın dilə gətirmədiyi öz sözlərinə görə Allah və Onun rəsulundan (s) utanmırmı? Sübhanəllah Bizim əldə olan məlumatımıza görə isə kimsə Musa bin Hilali və bu hədisin rəvayətçilərini yalançılıqda ittihamlandırmamışdır. Ümumiyyətlə, müsəlman olan bir şəxs necə özünə icazə verir ki, ziyarət hədislərinin qondarma olması sözünü təsdiqləsin.

 

2-ci hədis:

 

Hər kim ziyarət məqsədi ilə mənim yanıma gəlsə, Qiyamət günü onu şəfaət etmək mənim vəzifəm olar. Bu hədisə 16 nəfər hafiz və hədis alimi öz kitablarında yer vermişlər. Burada bir neçə nümunə ilə kifayətlənirik:

 

1. Fəbrani (v.t. 360h.) Əl-möcəmül-kəbir kitabında;

 

2. Hafiz bin Əs-Səkən Bağdadi (v.t. 353h.) Əs-Sünən kitabında;

 

3. Darqutni (v.t. 375h.) öz əmalisində onu qeyd etmişdir.

 

4. Əbu Nəim İsfəhani (v.t. 430h.)

 

5. Əbu Hamid Qəzzali Şafei (v.t. 505h.) İhyaul-Ülum kitabında bu hədisi gətirmişdir.

 

3-cü hədis:

 

Peyğəmbər (s) buyurdu: Allahın evini (Kəbəni) ziyarət etdikdən sonra ölümümdən sonra məni ziyarət edən, sağlığımda məni ziyarət etmiş sayılar. Bu hədis mərfu surətində İbn Ömərdən nəql olunub.

 

Bu hədisə 25 sünni alimi öz kitablarında yer vermişlər. Onlardan bəzilərini nəzərdən keçirək:

 

1. Şeybani (v.t. 303h.);

 

2. Əbu Yəla (v.t. 307h.) öz müstədində bu hədisi gətirmişdir;

 

3. Bəğəri (v.t. 317.);

 

4. İbn Ədiy (v.t. 365h.) Əl-Kamil kitabında;

 

5. Beyhəqi (v.t. 458h.) Əs-sünən kitabında;

 

6. İbn Əsakir (v.t. 571h.) öz tarixində qeyd etmişdir.

 

4-cü hədis:

 

Hər kim Allahın evini ziyarət edə və məni ziyarət etməyə, mənə zülm etmişdir.

 

Bu hədisi bir çox hafizlər nəql etmişlər; o cümlədən:

 

1. Səmhudi (v.t. 911h.) Vəfaul-vəfa kitabında;

 

2. Dr Qutni (v.t. 385h.) O, Malikin Əl-muvəttə əsərində gətirmədiyi hədisləri nəql etmişdir;

 

3. Qəstani (v.t. 923h.) Əl-məvahib-əlləduniyyə əsərində bu hədisi gətirmişdir.

 

5-ci hədis:

 

Ümmətimdən hər kəs məni ziyarət etməyə qadir olduğu halda, məni ziyarət etməsə, heç bir üzrü qəbul olunmayacaqdır.

 

Üçüncü sübut: Səhabələrin əməlləri:

 

1. Ömər ibni Xəttab Şam zəfərindən dönərkən Mədinəyə daxil olduqda, birinci gördüyü iş, məscidə gəlib Allahın rəsuluna (s) salam vermək oldu.

 

2. İbni Ömər bütün səfərlərdən qayıtdıqda peyğəmbərin (s) məzarı üzərinə gələrək deyərdi: Salam olsun sənə ey Allahın rəsulu! Salam olsun sənə ey Әbu Bəkr! Salam olsun sənə ey ata!

 

3. İbni Ömər peyğəmbərin (s) qəbri kənarında dayanaraq ona salam göndərdi.

 

4. İbni Oun deyir: Bir nəfər Nafedən soruşdu: İbni Ömər əziz peyğəmbərin (s) məzarına salam göndərirmi? Nafe dedi: Bəli, onu yüz, yaxud yüz dəfədən çox gördüm ki, qəbrin kənarına gəlib onun yanında dayanaraq deyirdi: Peyğəmbərə (s) salam.

 

5. Əbu Hənifə İbni Ömərdən belə nəql edir: Müstəhəbdir ki, qiblə tərəfdən peyğəmbərin qəbrinə tərəf gəlib, arxanı qibləyə çevirərək üzünü peyğəmbərin (s) məzarı səmtinə çevirəsən, daha sonra isə deyəsən...

 

Bütün bunlar səhabələrin əməllərindən bir neçə nümunə idi. Mərhum Əllamə Əmini, hәzrәt Peyğəmbərin (s) məzarını ziyarət etməyin müstəhəb olması, habelə o həzrəti ziyarət etməyin ədəb və qaydaları haqda qırxdan çox әhli-әünnə alim və fəqihlərinin sözünü öz kitablarında gətirmişdir.

 

Dördüncü sübut: Əql.

 

Normal və sağlam ağıl, sahibinə belə hökm edir: Allah-təalanın dəyərləndirərək böyütdüyü şəxsə təzim və ehtiram etmək gözəldir. Ziyarət də bir növ təzim və ehtiramdır. Peyğəmbərə (s) bir növ ehtiram hesab edilən onun ziyarəti, ilahi əlamətlərdən olub, düzgün və bəyənilmiş əməllərdəndir. Çünki, bu əməl, düşmən və müxaliflərin istəyinin tam əksinədir.

 
Şəddur-rihal hədisinə istinad 

İbn Teymiyyə şiələrin əleyhinə yağdırdığı böhtana davam edərək deyir: Onlar (şiələr) Allahın evini ziyarət edən hacılar kimi, imamlar (ə) və övliyaların qəbrini də eynilə ziyarət edirlər. Bu sözə görə guya ilahi şəxsləri ziyarət etmək, təkcə imamiyyə şiələrinə məxsusdur. Digər firqələr isə bu işi görmürlər.

 

Məhəmməd İbn Əbdül-Vəhhab belə düşünmüşdür ki, imamların, övliyaların və əziz islam peyğəmbərinin (s) məzarını ziyarət etmək üçün səfərə çıxmaq haramdır. O, öz müddəasını isbat etmək üçün deyir: Peyğəmbəri ziyarət etmək müstəhəbdir; lakin Məscidül-həram, mənim məscidim (Məscidün-nəbi) və Məscidül-əqsanın ziyarətindən başqa səfərə çıxmaq düzgün deyil.

 

(ərəbcə)

 

Elə bu səbəbdən , bu hədisə əsaslanaraq qəbirləri ziyarət etmək üçün səfərə çıxmağı haram bilmişdir.

  
Vəhhabilərin nəzərinin tənqidi təhlili 

Qeyd edildiyi kimi, vəhhabilər Peyğəmbərin (s) və digər şəxsiyyətlərin məzarlarını ziyarət edilməsinin haram olmasına dair Şəddur-rihal hədisinə istinad etmişlər. Hədisin məzmununa görə göstərilmiş üç məsciddən başqa, səfərə çıxmaq düzgün hsab edilmir.

 

Hədisi daha aydın düşünmək üçün aşağıdakı məqamları diqqətdən qaçırmamalıyıq.

 

Hədisə görə bu üç məscid qoyulmuş qadağadan kənarda qalır istisna edilir. Amma bu məscidlər nədən istisna olunur? Burada mövzu və istisna mərkəzinin (müstəsna minh) nədən ibarət olması, cümlədə açıq şəkildə öz yerini tapmır. Belə hallarda ərəb dilinin qrmmatik qaydlrın müvafiq olaraq, cümlənin bitmiş bir fikri ifadə etməsi və mənasının dolğun şəkildə tamamlanması üçün, məna ilə uzlaşan bir kəlmə nəzərdə tutulmalıdır. Bu kəlmənin isə iki sözdən birinin olması ehtimalı var.

 

Birinci htimal: Məscid sözü.

 

İkinci htimal: Yer yaxud Məkan sözü.

 

Birinci htimalın izahı: Mövzu (müstəsna minh) məscid sözü olarsa, hədisin mənası bu şəkildə düzəlir: Namaz qılmaq üçün bu üç məsciddən əlavə, digər məscidlərə getmək qadağandır. Yəni, namaz qılmaq, yalnız, bu üç məsciddə məhdudlaşmalıdır. Bu surətdə ərəbcə işlənmiş variantda (hədisin orijinalı) İlla ədatı vasitəsi ilə bildirilən bu inhisarçılıq, nisbi məhdudiyyət olacaqdır (həsri-nisbi). Belə ki, Peyğəmbərin (s) göstərişi sübuti və inkarı formada məscid oxu ətrafında fırlanır. Allahın rəsulunun (s) məzarının ziyarət edilməsi isə, ümumiyyətlə mövzudan xaricdir. Bu şəkildə hədisin məzmunundan bunu anlamaq olar ki, bir şəhərdə came məscidi (şəhərin böyük və mərkəzi məscidi) olarsa, oranın əhalisin o məscidi boşlayıb, digər şəhərə müsafirət edərək oranın came məscidində namaz qılması yersizdir. Çünki, bu iki məscidin Allah yanında dəyəri və qılınan namaz qarşılığında verilən savab bərabərdir; lakin sözügedən üç məscid, müstəsna hal təşkil edir. Belə ki, orada namaz qılmaqla insan daha artıq savab və ilahi mükafata yiyələnmiş olur.

 

Bu hədis yalnız məscidlər haqda söhbət açdığından, sair ərazilərə səfər etməyə dair açıqlama vermir.

 

İkinci htimalın izahı: Əgər məkan yaxud yer sözünü, zehnimizdə mövzu və istisna mərkəzi (müstəsna minh) kimi yerləşdirsək, yalnız o zaman, İbn Teymiyyə və ardıcılları öz müddəalarının isbatı yönümündə bu hədisə əsaslana bilərlər; çünki, belə olan təqdirdə hədisin mənası aşağıdakı kimi olacaqdır:

 

Bu üç məsciddən başqa heç bir yerə səfər etmək olmaz. Bu zaman İlla ədatı vasitəsilə ifadə olunan məhdudiyyət, həqiqi inhisarçılıq olacaqdır. (Həsri-həqiqi).

 

Ancaq ikinci ehtimala bir çox tutarlı və qaçılmaz iradlar olunur. Sözümüzü bu iradları açıqlamaqla davam etdiririk.

 

Birinci fərziyyəni qəbul etməyə məcburuq. Çünki, məscid sözünün mövzu (müstəsna minh) kimi nəzərdə tutulması, həm hədisin zahiri mənası (ibtidai) ilə, həm də ümumi kütlənin zehnindən keçən ilkin məna ilə üst-üstə düşür. (Təbadüri-ürfi). Təkcə belə olan halda hökm və mövzu arasında uyğunluq və qrmmatik bğlılıq yaranacaqdır.

 

Amma məkan sözü istisna mərkəzi (müstəsna minh) kimi nəzərdə tutularsa, bu surətdə Allah dostlarının (imamlar və əməli salehlər) məzarlarının ziyarət edilməsi ilə hədis arasında heç bir bağlantı mövcud olmayacaqdır.

  
İradlar:  

Birinci irad: Bu barədə Qəstəlani belə qənaətdədir ki, məkan sözünün nəzərdə tutulması məlum üç məkandan (üç məsciddən) başqa özgə yerlərə (o cümlədən: gözəl bir şəxsi, dostu ziyarət etmək, elm, ticarət və yaxud səfərə çıxmaq) səfər etməyin yasaq olması ilə nəticələnir. Bu məkan və ya yer sözünün nəzərdə tutulacağı təqdirdədir. Bu təqdir, öz ümumiliyinə görə dünyada olan bütün məkanları əhatə edir. Lakin, təqdirdə olan istisna mərkəzindən (müstəsna minh) məqsəd, məscid kəlməsidir. Bu kəlmə isə məkan sözü kimi geniş ümumiliyə malik olmayıb, yalniz ümumiliyə dəvət edir. Başqa sözlə, bütün əraziləri deyil, bütün məscidləri əhatə edir.

 

İkinci irad: Bütün İslam məzhəbləri yekdilliklə bu qənaətdədirlər ki, ticarət, elm, cihad, alimlərlə görüşmək və ya ümumiyyətlə turizm qəsdi ilə hər hansı bir yerə səyahətə çıxmağın, şəriәt baxımından heç bir eybi yoxdur. Elə bu cəhətdən məlum hədisdə, nəzərdə tutulacaq təqdir məkan və ya yer sözü olarsa, sadalanan yerlərə səfər etmək düzgün sayılmamalıdır. Halbuki, məzhəblər arası vahid fikir bunun əksinədir. Demək, hədisdə nəzərdə tutulacaq söz məsciddir. Yəni, bu üç məsciddən başqa, digər məscidlərə səfər etmə. Bu təhlilə görə isə, ümumiyyətlə övliyaların məqbərələrini, xüsusilə Peyğəmbərin (s) məzarını ziyarət etməyin haram olub-olmaması hədisdə göstərilməmişdir.

 

Üçüncü irad: Nəzərdə tutulacaq mövzunun məscid sözü olacağı təqdirdə belə, onun məzmununa əməl etmək olmaz; çünki, birinci ehtimala görə hədisin mənası yalnız o üç məscidə səfər etməyin düzgünlüyündən ibarətdir. Namaz qılmaq məqsədi ilə digər məscidlərə səfər etmək düzgün hesab edilmir. Halbuki, hədislərdə bunun tam əksi- yəni, Peyğəmbərin (s) və səhabələrin şənbə günləri Quba məscidinə getmələri açıq-aydın göstərilir. Quba məscidi isə Mədinә şəhərinin 12 kilometrliyində yerləşir və sözü gedən üç məsciddən biri deyil. Bu hədisə əsasən Quba məscidinə səfər etmək haram olmalıdır; lakin, heç bir müsəlman şəxs belə bir sözü dilinə gətirməmişdir.

 

İbn Ömərdən nəql olunmuş aşağıdakı sitat versiyamızın əyani sübutudur. O yazır: Hәzrәt Peyğəmbər (s) hər şənbə günü piyada və yaxud miniklə Quba məscidinin ziyarətinə gedərdi. Ömərin oğlu da bu adətə əməl edərdi.

 

Dördüncü irad: Bir rəvayətdə deyilir ki, Bilal səfər yükünü bağlayaraq, Peyğəmbəri (s) ziyarət etmək qəsdilə yola düşdü. İbn Əsakir belə nəql edir: Beytül-müqəddəsdən qayıdarkən, Cabiyyə adlanan məntəqəyə yetişdikdə, Bilal Ömərdən Şamda (indiki Dəməşq şəhəri) qalmağı istədi. Ömər bu təklifi qəbul etdi. Bələliklə Bilal Şamda qalmalı oldu.

 

İbn Əsakir sözünün ardında yazır: Daha sonra Bilal röya aləmində hәzrәt Peyğəmbəri (s) gördü. Allahın rəsulu (s) buyurdu: Ey Bilal, bu nə zülmdür? Məgər məni ziyarət etməyin vaxtı çatmayıbmı? Bilal yuxudan ayıldıqda, narahatlıq, qorxu vә həyəcan bütün vücudunu bürümüşdü. Öz atına minərək oranı Mədinə qəsdi ilə tərk etdi. Mədinəyə yetişcək, Peyğəmbərin (s) məzarı üzərinə gələrək ağlamağa başladı. Elə bu an gözlənilmədən Həsən və Hüseyn (ə) ona tərəf gəldilər. Bilal hər ikisini öpərək, bağrına basdı. İmam Həsən və Hüseyn (ə) Bilaldan azan verməsini istədilər. Bilal Allahu Əkbər dedikdə, Mədinə şəhəri lərzəyə gəldi. Əşhədu əlla ilahə illəllah (şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur) dedikdə, həyəcan Mədinədə daha da şiddətləndi. Əşhədu ənnə Mәhəmmədən rəsulullah cümləsinə yetişdikdə, pərdə arxasında olan qadınlar evlərindən çıxaraq Peyğəmbər məzardan baş qaldırmışdır deyə səsləndilər. Demək olar ki, Allahın rəsulundan (s) sonra, ruzigar belə müsibəti və hüzünlü günü Mədinə şəhərinə göstərməmişdi.

 

Hafiz Əbdül-Qəni və başqaları Bilalın Peyğəmbərdən (s) sonra yalnız bir dəfə (Peyğəmbərin ziyarəti üçün Mədinəyə gəldiyi gün) azan verdiyini söyləmişlər.

 

Sübki yazır: Biz Peyğəmbərin (s) məzarının ziyarət edilməsinin şəriәt baxımından qanuni olmasını sübuta yetirməklə, Bilalın yuxusuna əsaslanmırıq; әslində, biz Bilalın əməlinə və gördüyü işə əsaslanırıq. Ömərin xəlifəliyi dövründə görülən bu əməl, o dövrün heç bir səhabəsindən gizli qalmamış, bununla yanaşı Bilala heç bir etiraz olunmamışdır. Bilalın yuxusu isə, öz növbəsində müddəamızın təsdiqləyicisidir.

 

Futuh-əşşam(şam zəfərləri) kitabında belə bir yazıya rast gəlmək olar: Ömər Beytül-müqəddəs camaatı ilə razılıq əldə etdikdən sonra Kəbul-əhbar na yaxınlaşaraq İslam dinini qəbul etdi. Ömər onun müsəlman olmasından çox sevindi. Sonra isə ona mənimlə Mədinəyə gəlib, Peyğəmbərin (s) məzarını ziyarət etmək və bu ziyarətdən faydalanmaq istəyirsənmi? deyə söylədikdə, Kəbul-əhbar bu təklifi qəbul etdi. Ömər Mədinəyə daxil olduqda ilk gördüyü iş, məscidə gələrək Peyğəmbərə (s) salam vermək oldu.

 

Beşinci irad: Ömər ibn Əbdül-Əziz barəsində bir neçə yerdə belə nəql edilmişdir: O, öz tərəfindən bir şəxsi, Peyğəmbərə (s) salam göndərmək üçün Şamdan Mədinəyə yolladı.

  
İbn Teymiyyənin yanlış təsəvvürlərİiqarşısında alİmlərİn mövqeyi  

Bu haqda Qəstәlani yazır: Peyğəmbərin (s) məzarının ziyarət edilməsinin qadağan olmasına dair İbn Teymiyyənin söylədikləri ondan nəql olmuş ən çirkin məsələlərdəndir.

 

Nablsi isə yazır: Bu, İbn Teymiyyə və ardıcıllarının üzləşdiyi ilk problem deyil; çünki, o, Beytül-müqəddəsi ziyarət etmək üçün səfərə çıxmağı günah hesab etmişdir... və insanın peyğəmbər, ya övliyalar vasitəsilə Allaha təvəssül etməsinə izn verməmişdir.

 

Hər kim Peyğəmbərin (s) öz sağlığında o həzrəti yaxından müşahidə etməklə təbərrük axtarırdısa, vəfatından sonra da o həzrəti ziyarət etməklə təbərrük əldə etmiş olur. Peyğəmbərin (s) ziyarəti üçün səfər yükünü bağlamaq düzgündür. Bu hədis (Şəddur-rihal hədisi) isə, bu əməlin yerinə yetirilməsi üçün heç bir maneə törətmir.

 

Əzami Şafei deyir: Bu kişi (İbn Teymiyyə) hətta cənab Peyğəmbərə (s) belə cəsarət edərək demişdir: O həzrəti ziyarət məqsədi ilə səfər yükü bağlamaq günahdır...

 

Heysəmi Şafei: O, tutarlı dəlillərlə Peyğəmbərin (s) məzarını ziyarət etməyin düzgün olduğunu sübuta yetirdikdən sonra demişdir: Belə bir iradla qarşılaşa bilərik ki, siz, İbn Teymiyyənin (hənbəlilərin sonuncularından) ziyarət və ziyarət qəsdi ilə səfər etməyin şəriәt bımından qanuni olmasını imkan etdiyi bir halda, necə ziyarət və onun üçün səfər etməyin düzgünlüyünə həmfikir olmusunuz?! Bu sözü Sübki, İbn Teymiyyənin əlyazmasında görərək nəql etmişdir. İbn Teymiyyə (eşidənin ona qarşı nifrətini oyadan) uzun-uzadı sübutlarla, hәzrәt Peyğəmbərin (s) ziyarətini rədd etmiş, hətta ziyarət qəsdi ilə səfərə çıxmağın haramlığına, bununla da yolda namazın tam qılınmasına dair, alimlər arasında yekdil rəyin mövcudluğunu güman etmişdir. Eləcə də onun fikrincə, ziyarət barəsində olan bütün hədislər qondarmadı. Sonrakı dövrlərdə İbn Teymiyyənin fikirlərindən təsirlənmiş bir sıra şəxslər onun yolunu davam etdirmişlər?!

 

Yuxarıda qeyd olunan sualı aşağıdakı kimi cavablandırmaq olar: Məgər İbn Teymiyyə kimdir ki, ona əhəmiyyət verilsin və yaxud islam və dini məsələlərdə müraciət mərkəzi (mərcə) kimi tanındıqdan sonra, onun nəzəri yekdil rəyə xələl gətirsin. Bir çox alimlər onun qeyri-məntiqi sözlərini və heç də möhkəm istindghı olmayan dəlillərini izləmiş, onun düşüncəsiz büdrəmələrini və xam xəyallarını üzə çıxarmışdır...

 

Fikrimizi ümumiləşdirib yekun vursaq, deyə bilərik ki, sünnə əhlinin hafiz və hədis bilicilərindən bu zəmində nəql olunan hədislər, təvatur dərəcəsində yetişmişdir. Bundan əlavə səhabələrin əməli, həmçinin Bilalın Peyğəmbərin (s) məzarını ziyarət etmək üçün səfərə çıxması və o həzrəti ziyarət etməsi bütün səhabələrin gözü önündə idi. Özləri görməsəydi də xəbərini eşitmişdilər. Bununla belə heç bir etiraz etmədilər. Habelə Ömər Kəbul-əhbarı Peyğəmbərin (s) qəbrini ziyarət etmək üçün dəvət etdikdə, bu iş səhabələrdən heç birinin etirazına səbəb olmadı. Bütün bunlar, şəxsən cənab Peyğəmbərin (s) qəbrinin ziyarətinin düzgünlüyündən əlavə, bu işin üstünlüyünə və müstəhəb olmasına aydın sübutdur. Çünki, rəvayətlərin bir hissəsində ziyarətə göstəriş verilmişdir. Bütün alimlər isə yekdilliklə bu göstərişləri müstəhəb anlamına yozmuşlar. Hətta İbn Həzm bu məsələdən vacibliyi anlamış və hər bir müsəlmanın ən azı ömründə bir dəfə hәzrәt Peyğəmbərin (s) məzarı üzərinə getməyi vurğulamışdır.

 

Şeyx Əhməd Qəstəlani deyir: Bil ki, Peyğəmbərin (s) mübarək məzarını ziyarət etmək, insanı Allaha yaxınlaşdıran ən gözəl əməllərdəndir. Eləcə də ən uca itaətlərdən sayılan bu əməl, ali dərəcələrə nail olmaqda ən gözəl vasitədir. Hər kəsin inancı bununla fərqlənsə, islam çərçivəsindən xaric olaraq, Allah, onun rəsulu (s) və bir çox görkəmli alimlərlə müxalifətə qalxmışdır. Habelə İbn Teymiyyədən ziyarət məqsədi ilə səfərə çıxmağa dair çirkin və heyrətamiz söz nəql olunmuşdur...

 

Zəhəbinin Həsən ibn Həsənə cavabı: Həsən, Peyğəmbərin (s) dəfn olunduğu evin qarşısında dayanıb, o həzrət üçün dua edən və salam göndərən şəxsi gördükdə, o şəxsi tutduğu əməldən çəkindirmək üçün Peyğəmbərə (s) mənsub hədisə istinad etdi: Mənim evimi bayram və şənlik üçün seçməyin və qəbirləri öz evlərinizdə basdırmayın. Olduğunuz hər yerdən mənə salam göndərsəniz, salamınız mənə yetişər.

 

Zəhəbi onun cavabında deyir: Bu rəvayət sənəd baxımından mürsəldir (ravilərinin məlum olmadığı hədis). Həsən bin Həsənin istinadgahı isə, dəlalət baxımından yetərsizdir. Xoş o adamın halına ki, təvazökarçasına müqəddəs evin kənarında (Peyğəmbərin (s) qəbri olduğu yer) dayanaraq, o həzrətə salam versin; çünki, belə bir şəxs gözəl bir ziyarət yerinə yetirməklə yanaşı, ən gözəl ülvi sevgiləri büruzə vermişdir; Peyğəmbərə (s) göndərdiyi salam, yaxud qıldığı namazdan əlavə, bir ibadət də yerinə yetirmişdir. Çunki, ziyarətçiyə iki savab verilir. Biri ziyarətə görə, digəri isə Peyğəmbərə (s) göndərdiyi salam və qıldığı namaza görə. Uzaqdan Peyğəmbərə (s) salam göndərən şəxs, yalnız bir savaba (salam göndərdiyi üçün) yiyələnir və hər kim bir dəfə Peyğəmbərə (s) salam göndərərsə, uca Allah o şəxsə on dəfə salam göndərir. Ziyarətin etik qatdalarına riayət etmədən peyğəmbəri (s) ziyarət etmək, yaxud o həzrəti ziyarət edərkən qəbrin üzərinə səcdə etmək düzgün deyil. Belə bir şəxs bir tərəfdən pis iş görməyi ilə yanaşı, başqa bir tərəfdən yaxşı əməl yerinə yetirmişdir. Bu şəxsə dostcasına səmimi şəkildə təlim vermək və yol göstərmək lazımdır. Allah isə bağışlayan və mehribandır. Müsəlman şəxsin əziyyətə qatlaşaraq peyğəmbərin (s) ziyarətinə gəlməsi, orada Quran və dua səsləndirməsi və ağlaması buna görədir ki, bu şəxsdə Allah və onun rəsulunun (s) sevgisi vardır. Allah və onun rəsulu ilə dostluq, od əhlini cənət əhlindən ayıran başlıca amildir. Demək, İslam peyğəmbərinin (s) məzarının ziyarəti, insanı Allaha yaxınlaşdıran ən üstün və fəzilətli əməllərdəndir.

 

Şəddur-rihal hədisinə istinadən səfər yükü bağlayaraq, Peyğəmbərin (s) və övliyaların məzarlarını ziyarət etməyin lmmsını düzgün rədd etmək üçün, təkcə bunu demək kifayətdir ki, əgər ziyarət məqsədi ilə səfər etmək yasaqdırsa, sözsüz ki, məscidə getmək üçün səfər etmək, şəriәt baxımından qanuni çəkişməsiz məsələlərdəndir. Çünki, Peyğəmbərin (s) evinə ( o həzrətin mübarək cəsədi də orada dəfn edilmişdir) yetişmək, məscidə daxil olmadan müyəssər olmur. Ora gedənlər məscidə daxil olduqda, onun üçün təhiyyət namazı qılır, sonra isə məscidin sahibinə salam göndərirlər.

 

8. Seyru-əlamun-Nəbla kitabının şərhçisi yazır: Bu məsələni açıqlamaqda müəllifin (Zəhəbinin) məqsədi, İbn Teymiyyəyə rədd cavabı yazmaqdır. Belə ki, (İbn Teymiyyə), ziyarət məqsədi ilə səfərə çıxmağı (Şəddur-rihalı) düzgün hesab etməmişdir.

 

9. Zeynəddin Məraği bu haqda yazır: Hər bir müsəlman inanmalıdır ki, Peyğəmbərin (s) özünü və məzarını ziyarət etmək insanı Allaha yaxınlaşdırır; çünki, bu barədə əlimizdə yetərincə hədislər mövcuddur. Allah-təala buyurur:

 

Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və peyğəmbər də onlar üçün əfv istəsəydi...

 

Peyğəmbərə (s) ehtiram etmək onun vəfatı ilə sarsılmadığından, demək olmaz ki, Peyğəmbərin (s) xalq üçün Allahdan əfv istəməsi, habelə o həzrəti ziyarət etmək onun həyatı dövrünə məxsusdur. Bu barədə tədqiqatçı alimlərin cavabını dinləmək yerinə düşər: Ayənin ardında buyurulur:

 

Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər.

 

Tövbələri qəbul etmək üç şərtlə həyata keçir:

 

1. Xalqın gəlməsi; 2. Onların tövbə etmələri; 3. Peyğəmbərin (s) (onlar üçün ) Allahdan əfv istəməsi. Əvvəlki iki şərtin doğrulması problemsizdir; çünki, gəlmək və tövbə etmək şəxsin öz əlindədir; üçüncü şərtə gəlincə isə, demək olar ki, bu, Peyğəmbərdən (s) asılıdır. O həzrət (s) isə bütün möminlərin bağışlanmasını uca Allahdan diləyir. Çünki, uca Allah Qurani-Kərimdə öz Peyğəmbərinə (s) belə buyurur:

 

Öz (əməllərinin) aqibəti və imanlı kişi və qadınlar üçün (Allahdan ) əfv dilə.

 

Yuxarıdakı üç şərt tamamlandıqda, yəni, günahkar şəxs gələrək tövbə etdikdə, Peyğəmbər (s) də öz növbəsində onun üçün Allahdan əfv istədikdə, o zaman, Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər.

  
Qəbirlərin və övliyaların məqbərələrinin ziyarət edilməsi 

Buraya qədər, əziz İslam peyğəmbərinin (s) məzarının ziyarət edilməsi haqda söhbət etdik; digər qəbirlərin ziyarətinə gəlincə isə, demək olar ki, bu işin şəriәt baxımından qanuni olmasına dair yekdil rəy mövcuddur. Hәzrәt Peyğəmbərin (s) özü də qəbirlərin ziyarətinə gedər və müsəlmanları bu işin icrasına sövq edərdi. O həzrət (s) anası, Vəhəbin qızı Aminənin məzarını ziyarət edərdi. Müsəlmanların keçdiyi tarixi həyat yolu da onu göstərir ki, onlar daim qəbirləri ziyarət edərdilər.

  
Ziyarət haqqında hədislər 

1. Süleyman bin Büreydə, öz atasından Peyğəmbərə (s) mənsub nəql etdiyi hədisdə deyir: Sizləri qəbirləri ziyarət etməkdən çəkindirmişdim, bilin ki, bundan sonra qəbirləri ziyarət edin.

 

Mənsur deyir: Alimlərin hamısı Peyğəmbərin (s) qəbirləri ziyarət edin (fəzəruha) deyə buyurduğu göstərişdən, bu əməlin müstəhəb olduğunu anlamışlar. İbn Həzmin fikrincə isə: Hədisdə vurğulanan göstəriş vacibliyi çatdırır. Belə ki, hər bir insan ömründə bir dəfə də olsa, hәzrәt Peyğəmbərin (s) ziyarətinə getməlidir.

 

2. Peyğəmbər (s) buyurdu: Mən sizləri qəbirləri ziyarət etməkdən çəkindirmişdim. Sonra Mәhəmmədə anasının qəbrini ziyarət etmək icazəsi verildi. Bundan sonra qəbirləri ziyarət edin, çünki məzarları ziyarət etmək, airəti sizin yadınıza salar. Buxarini çıxmaq şərtilə, səhih kitabları müəlliflərinin hamısı bu rəvayəti nəql etmişlər. Tirmizi məlum hədisi bu şəkildə çatdırır: Ölü ziyarətçidən təsirlənir. Ziyarətçinin onun üçün etdiyi dua, oxuduğu Quran, habelə bağışladığı sədəqədən faydalanır. Qəbirləri ziyarət etməyin fəlsəfәsi də elə budur.

 

3. Peyğəmbər (s) buyurur: Sizləri qəbirləri ziyarət etməkdən çəkindirmişdim; lakin sonra mənim üçün başqa bir şey aşkarlandı.

 

4. Peyğəmbər (s) buyurdu: Öz ölülərinizin yanına gedib onlara salam verin; çünki onlar sizin ö əklərinizdir.

 

5. Peyğəmbər (s) Rəsul-həul adlı məkanda dəfn olunmuş şəhidlərin məzarı üzərinə gələr və buyurardı: Səbr etdiyinizə görə sizə salam olsun, çox gözəl yeriniz var. Elə bu vaxt Əbubəkr, Ömər və Osman bir-birinin ardınca həmin yerə gəldilər. Müaviyə onlara çatdıqda artıq camaat toplaşmışdı. Peyğəmbər (s) geniş həcmli xalq kütləsinin qarşısında buyurdu: Səbr etdiyinizə görə sizə salam olsun.

 

6. Ayişə deyir: Peyğəmbər (s) gecənin axır çağı ziyarət üçün Bəqi qəbristanlığına yola düşdü. Oraya çatdıqda buyurdu: Salam olsun sizə, ey imanlı şəxslərin evinin sakinləri! Gələcəkdə sizə verilmiş vədə (ölüm) sorağınıza gəldi. Siz ölümlə qiyamət günü arasında yaşayırsınız (Bərzəx həyatı). Biz də (Allah istəsə) sizə birləşəcəyik. İlahi! Bəqinin Qürqəd əhlini əfv et.

 

7. İbn Məsud Peyğəmbərdən (s) nəql edir: ...Bundan sonra qəbirləri ziyarət edin; çünki bu iş dünyanı gözünüzdə kiçildәr və sizə axirəti xatırladar.

 

8. Ənəsin İslam peyğəmbərindən nəql etdiyi hədisdə isə belə buyurulur: Sizi qəbirləri ziyarət etməkdən çəkindirirdim; Bundan sonra isә qəbirləri ziyarət edir. Çünki, məzarların ziyarəti ölümü sizin yadınıza salar.

 

9. Peyğəmbər (s) buyurdu: Mən sizləri qəbirləri ziyarət etməkdən çəkindirirdim. İndə isə hər hansı bir qəbri ziyarət etmək istəyən şəxs onu ziyarət etsin; çünki, qəbirlərin ziyarəti ürəyi yumşaq, gözü ağlar dәr və axirəti yada salar.

 

10. Fəlhə bin Əbdullah deyir: Allahın Rəsulu (s) ilə şəhidlərin məzarlarını ziyarət etmək məqsədi ilə yola düşdük. Onların məzarlarına yaxınlaşdıqda Peyğəmbər (s) buyurdu: Bu bizim qardaşlarımızın məzarıdır.

 

11. Ayişə Peyğəmbərdən (s) nəql edir: Cəbrail mənim yanıma gələrək... buyurdu: Rəbbim sənə göstəriş verir ki, Bəqi əhlinin yanına gedərək, onların bağışlanmasını Allahdan diləyəsən.

  
Qəbirlərin ziyarəti məsələsində Səhabə və tabeinin rəftarı<lfootnote id ="67" description ="67"/> 

1. Əbu Cəfər (ə) buyurur: Allahın elçisinin (s) qızı Fatimə həmişə həzrət Həmzənin (Allah ondan razı olsun) qəbrini ziyarət edərdi. Xanım Fatimə onu yenidən təmir edib, nişanə olaraq bir daş qəbir üzərinə qoydu.

 

2. Rüzәyn Əbu Cəfərdən (ə) nəql edir: Həzrət Fatimə (ə) müntəzəm olaraq iki, yaxud da üç gün fasiləsində (məzarları) ziyarət edərdi.

 

3. Həzrət Fatimənin məzarları ziyarət etməsi başqa bir formada idi. Əbu Cəfər (ə), İmam Baqir (ə) və Əli ibn Hüseyndən (ə) nəql olunmuşdur ki, əlavə olaraq deyilir: Həzrət Fatimə orada namaz qılar və ağlayardı. Bu əməli, həyatının sonuna kimi vaxtaşırı olaraq yerinə yetirərdi.

 

4. İmam Əli (ə) buyurur: Hәzrәt Peyğəmbərin (s) qızı Fatimə, hər cümə günü əmisi Həmzənin qəbrini ziyarət etməyə gedər, orada namaz qılar və ağlayardı.

 

5. İbn Əbi Məlikə deyir: Ayişəni, qardaşı Əbdürrəhmanı ziyarət edərkən gördüm (Ayişənin qardaşı Əbdürrəhman, Həbəşi adlı məkanda vəfat etmiş, elə oradaca basdırılmışdır).

 

6. Eləcə də deyir: Bir gün Ayişəyə ziyarət üçün qəbirlərə tərəf gedərkən, Allahın Rəsulu qəbirləri ziyarət etməkdən çəkindirmədimi? söylədikdə, belə dedi: Doğrudur; lakin sonra ziyarət etməyə göstəriş verdi.

 

7. İmam Baqir (ə) sevimli atası İmam Səccadın (ə) məzarını ziyarət etməyə gedərdi.

 

8. Beyhəqi, Haşim bin Mәhəmməd Əl-әmridən (Ömər ibn Əlinin övladlarından) nəql edir: Mədinədə qaldığımız zaman cümə günü dan yeri sökülməzdən öncə, atam məni özü ilə şəhidlərin məzarını ziyarət etməyə apardı. Mən atamın arxasınca gedirdim. Qəbirlərə çatdıqda atam uca səslə dedi: Səbr etdiyinizə görə sizə salam olsun, çox gözəl yeriniz var.

 

O sözünə davam edərək deyir: Atam salam verdikdə, belə bir cavab eşitdim Sənə də salam olsun, ya Əba Əbdillah, (və ələykumus-səlam ya Əba Əbdillah) Atam mənə baxaraq dedi: Sənmi salamın cavabını aldın? Dedim: Xeyr. Sonra isə atam məni sağ tərəfinə keçirdərək yenidən salam verdikdə, bu dəfə də salam cavabını eşitdi. Bu işi üç təfə təkrarladı və hər dəfə salam qarşılıqlı cavabla nəticələndi; Elə buna görə yerə əyilərək (Allaha) şükr səcdəsi yerinə yetirdi.

 

9. Yəhya Ətaf təqvalı qadınlardan sayılan öz xalasından belə nəql edir: Öz Qulamımla birlikdə atıma minərək Həzrət Həmzənin qəbrini ziyarət etməyə getdik. Bacardığım qədər namaz qıldım. Allaha and olsun ki, eşikdə səslənəcək və ya bir sözün cavabını verəcək bir kimsə yox idi. Qulamım atımın cilovunu tutaraq, yanımda dayanmışdı. Namazı bitirdikdən sonra, qalxıb dedim Əs-səlamu ələykum. Əlimlə isə Həmzənin qəbrinə işarə edirdim. Elə bu zaman yerin altından salamın cavabını eşitdim. Salamın cavabını, Allahın məni yaratmasının şübhəsiz olduğu kimi, aydın eşitdim. Bədənimin tükləri qlmışdı. Daha sonra qulamımdan atımı gətirməyi istədim və atıma mindim.

 

10. Zəhəbi bir şəxsdən nəql edir: Harun Ər-Rəşid həcc ziyarətindən sonra Mədinə şəhərinə gələrək Yəhya bin Xalidə dedi:

 

Mənim üçün Mədinəni və orada olan övliyaların məzarlarını tanıyan elə bir şəxs tap ki, Cəbrailin Peyğəmbərə (s) necə nazil olmasını və onun şəhidlərin məzarı üzərinə gəlməsini bizə anlatsın. Yəhya kimin yanına gedirdisə ona məni göstərirdilər. Nəhayət arxamca bir şəxs göndərərək məni yanına çağırdı. Bşq bir gecədә görüşməyi qərar ldıq. Mən təyin olunmuş vaxt əlimdə şamlarla evdən çıxdım. Sovuşduğumuz hər bir məkan və məzarın kənarında dua edirdim. O ikisi də (Harun və Yəhya) sübh azanına kimi, namaz qılmaq və dua etməklə məşğul oldular.

  
Ziyarət edilmiş qəbirlər 

Səhabələrin, əməlisaleh və imanlı şəxslərin qəbirlərini ziyarət etmək, keçmişlərdən bu günə qədər müsəlmanlar arasında ənənəvi hala çevrilmişdir. Aşağıda qeyd olunanlar , müsəlmanların səhabə və möminlərin məzarlarından bərəkət istəmələri və onları vasitəçi kimi seçmələrindən bir neçə nümunədir.

 

1. Bilal ibn Həmmamə Həbəşinin məzarı: O, Allahın elçisinin (s) azançısı idi. Hicrətin 20-ci ilində Dəməşq şəhərində fani dünyaya göz yummuşdur. Qəbri üzərində və vəfat tarixi qeyd edilmişdir. Allah bu bərəkətli məkanda olunan duaları qəbul edir. Bunu Bilalın qəbrini ziyarət edən və ondan bərəkət istəyən bir çox övliyalar və gözəl insanlar təcrübə etmişlər.

 

2. Səlman Farsinin məzarı (vәfat tarixi hicri 36): Xətib Bağdadi deyir: Səlmanın qəbrinin harada yerləşməsi məlumdur. Onun məzarı Kəsra eyvanının yaxınlığında yerləşir. Qəbrin üzərində tikili inşa edilmiş və daimi olaraq xidmətçisi vardır. Mən dəfələrlə o qəbri ziyarət etmişəm. İbn Couzi Qəlansi və Səmnundan nəql edir: Biz Səlmanın qəbrini ziyarət etmişik.

 

3. Əbu Əyyub Ənsarinin məzarı (v.t.52 h.): Romada vəfat etmişdir: Hakim deyir: alq onun qəbrini qoruyub saxlayaraq ziyarət edirlər. Onlar qıtlıq və aclığa düçar olduqları zaman, onun vasitəsi ilə Allahdan yağış yağmasını diləyirlər.

 

4. Misirdə Rəsul-Hüseyn (Hüseynin başı) ziyarətgahı: İbn Cübeyr (v.t. 614 h.) deyir: İmam Hüseynin (ə) mübarək başı gümüş bir tabutda dəfn olunmuş, üzərində isə vəsfəgəlməz və əzəmətli bir bina ucaldılmışdır. Bu müqəddəs məkana daxil olduqda heyrətamiz səhnə ilə qarşılaşdıq. Məscidin içəri hissəsində divarın bir tərəfində qara və parlaq bir daş qoyulmuşdu. Bu daş qarşısında durmuş əşyaların təsvirini hind güzgüsü kimi əks etdirirdi. Mən Hüseynin başını ziyarət edənləri öz gözümlə gördüm. Onlar heyrətamiz izdihamla qəbrə tərəf üz gətirərək gözlərini ona tərəf dikir və müntəzəm qəbrin üzərindəki parçadan təbərrük götürürdülər. Onların göz yaşları insanın ürəyini qanla doldurur və daşları parçalayırdı. Allah bizə o müqəddəs ocağı ziyarət etməyi nəsib etdi.

 

5. Ömər bin Əbdül-Əziz Əməvinin (v.t. 101 h.) qəbri: Onun qəbri Suriyada Səman diyarı adlı məntəqədə yerləşir. Bu məkan hazırda ziyarətgaha çevrilmişdir.

 

6. İmam Musa bin Cəfərin (ə) məzarı: O həzrət h.q. tarixi ilə 183 ildə şəhadətə yetirilmiş və Kazimeyn şəhərində dəfn edilmişdir. Xətib yazır: ...Həsən ibn İbrahimdən (öz əsrində hənbəlilərin ən böyük alimi) eşitdim ki, deyir: Hər hansı bir çətinliklə üzləşdikdə, Musa bin Cəfərin (ə) məzarını səsləyər və onu vasitə seçərdim. Allah da öz növbəsində istədiyim bütün şeyləri mənim üçün asan edərdi.

 

7. İmam Cavadın (ə) məzarı: İbn Əmmad deyir: Əbu Cəfər Mәhəmməd Cavad Bağdadda dünyadan köçdü və babası Musa bin Cəfərin (ə) yanında torpağa tapşırıldı. Xalq ardıcıl olaraq bu iki qəbrin ziyarətinə gedirdilər.

 

8. İmam Rzanın (ə) məzarı: Mәhəmməd bin Mutəmməl deyir: Hədis əhlinin imamı Əbubəkr bin Xəzimə, Əbu Əli Səqəfi və bir çox böyük şəxsiyyətlərlə birlikdə Əli bin Musa Ər-Rizanın (ə) məzarını ziyarət etmək üçün Tusa (indiki Məşhəd şəhəri) yollandıq. Mәhəmməd bin Muəmməl deyir: Mən İbn Xəzimənin, İmam Rzanın (ə) məzarına ehtiram və təvazökarlıqla münasibət göstərməsində təəccübə gəldim.

 

9. Mәhəmməd bin İdris Şafei: O, Şafei məzhəbinin başçısıdır. Hicrətin 204-cü ilində Misirdə kiçik Qərafə adlanan yerdə dəfn olunmuş və qəbri (Məqtəm adlı məkanın yaxınlığında) ziyarət ocağıdır.

 

10. Hənbəlilərin imamı Əhməd bin Hənbəlin qəbri (v.t.241h.): Zəhəbi yazır: Onun zərihi (qəbir ətrafına çəkilmiş hasar) Bağdadda ziyarət məkanıdır.

 

11. Zunnun Misrinin Məzarı (v.t.246 h.): O, Qərafədə dəfn olunmuş və qəbrinin üzərində məqbərə ucaldılmışdır.

 

12. Hənəfilərin imamı Əbu Hənifənin qəbri (v.t.150 h.): nun qəbri Bağdadın Əzimiyyə adlı yerindədir. Tanınmış ziyarət məkanıdır. Şafeilərin imamı deyir: Hər şənbə günü Əbu Hənifənin məzarını ziyarət edərdim.

 

13.İsmail bin Yusif Deyləmi: Bu şəxsin məzarı Məruf Kərəxinin qəbrinin arxasında yerləşir. Məafi deyir: Xalq onun qəbrini ziyarət edir. Bu iki qəbrin arasında bir neçə qəbir fasilə salmışdır. Mən dəfələrlə onu ziyarət etmişəm.

 

14. Məsəb bin Zübeyrin məzarı (v.t.157 h.): İbn Couzi deyir. Xalq İmam Hüseynin (ə) məzarını ziyarət etdikləri kimi Məsəbin də qəbrini Məskən adlı yerdə ziyarət edirlər.

 

15. Leys bin Səd Hənəfinin məzarı (misirlilərin öndəri, v.t.175 h.): O, Kiçik Qərafədə basdırılmışdır. Hazırda qəbri ziyarət məkanıdır.

 

16. Əbu Əvanənin məzarı: Onun məzarı İsfirayn şəhərinin daxilində yerləşir. Qəbrin üzərində tikili ucaldılmışdır.

 

17. İbn Əsakir deyir: Əbu Əvanənin qəbri İsfiraynda bir alimin dəfn edildiyi məkanda yerləşir. Camaat oranı ziyarət etməklə təbərrük götürürlәr.

 

18. İbn Səffar deyir: Babam (ziyarət üçün) Əbu İshaqın məzarına yetişdikdə, daha artıq ehtiram üçün birbaşa ora daxil olmadı; , məzarın girəcəyini öpərək (əlində qiymətli bir əmanəti olan şəxs kimi) təzim qəsdilə ayağa qalxdı. Daha sonra , giriş qapısından içəri daxil oldu. Əbu Əvanənin məzarına çatdıqda ona ehtiram edərək uzun bir müddət qəbrin kənarında dayandı.

 

19. Hafiz Əbil-Həsən Əl-Amirinin məzarı (v.t.403 h.): Xalq gecələr onun qəbrinin kənarında Quran və dua oxumaqla məşğul idilər. Müxtəlif yerlərdən gəlmiş şairlərsə onun mədhində mərsiyələr oxuyur və yas məclisi keçirərdilər.

 

20. Əl-Mötəmid Ələllahın qəbri: O, Əbul Qasim Mәhəmməd bin Əl-Mötəzid Əlləxmi Əl-Əndəlusidir (indiki İspaniya). Vəfat tarixi 488-ci ilinə təsadüf edir. Şairlərdən bir qrupu Əl-Mötəmidin qəbrinin kənarında toplaşaraq onun mədhində şerlər və uzun qəsidələr oxuyur və ağlayırdılar. Bu şairlərdən biri də Əbu Bəhsdir. O öz qəsidəsində deyir: Mən sənin məzarının torpağını öpür və sənə baş əyirəm. Mən sәnin məzarını qəsidə oxumaq üçün seçmişəm. Əbu Bəhr qəsidəni tamamladıqdan sonra, onun türbəsini (qəbrin üzərindəki torpaq) öpərək, bədəni və üzünə sürtdü. O, məclisdə iştrak edənlərin hamısını ağlatdı. Ancaq bir kimsə bunu şirk adlandırmadı.

 

21. Nəsr bin İbrahim Müqəddəsinin məzarı: O, Şafei məzhəbinin öndərlərindən olub, 490-ci hicri ilində Dəməşq şəhərində dünya ilə vidalaşmış, Babis-səğir adlı məkanda torpağa tapşırılmışdır. Hazırda da onun qəbri məşhur ziyarət ocağıdır.

 

22. Qasim ibn Firә Şatibinin qəbri: O, 590-cı hicri ilində dünyasını dəyişmiş və Qərafədə dəfn edilmişdir. Hamıya bəlli olan məzarı çoxları tərəfindən ziyarət edilir. Mən dəfələrlə onu ziyarət etmişəm.

 

23. Əhməd bin Cəfər Xəzrəci Bəstinin (v.t.601h.) məzarı: Neylul- ibtihac kitabının müəllifi deyir: Bu günə kimi xalq onun qəbri kənarında izdiham yaradır və öz arzularının həyata keçməsini diləyirlər. Mən 500 dəfədən artıq onun qəbrini ziyarət etmiş və otuz dəfədən artıq orada gecələmişəm.

 

24. Sufyan Surinin qəbri: İbn Həbban deyir: Onun qəbri Bəsrədə Bəni Kəlib məqbərəsində yerləşir. Mən onu ziyarət etmişəm.

 

25. Malik Müzəffərin məzarı: Qutbuddin deyir: Onun qəbri daim bir çoxları tərəfindən ziyarət edilir. Ramazan ayında (h.t. 659-cu ildə) orada qalmalı oldum. Qəbrini ziyarət etdikdən sonra onun barəsində öz müşahidələrimi qələmə aldım.

 

Bütün bunlar tərcümə, tarix və hədis kitablarında qeyd edilmiş mətləblərin kiçik bir hissəsini təşkil edir. Buna əsaslanaraq tam qətiyyətlə deyə bilərik ki, Səhabələr və Tabein qəbirləri ziyarət edirdilər. Onlar xüsusilə əziz İslam Peyğəmbərinin (s) məzarını vaxtaşırı ziyarət edir və ona hörmətlə yanaşırdılar. Habelə səfər yükünü bağlayaraq pak imamların (ə), əməlisaleh şəxslərin və övliyaların məzarlarını ziyarət etmələrinə baxmayaraq, heç kəs onların əməllərini inkar etməmişdir.

 

Məzarları ziyarətin dini baxımdan gözəl əməl olmasına yetərincə aydın sübutlar olduğu halda, İbn Teymiyyə və ardıcılları ziyarəti, eləcə də ziyarət qəsdi ilə səfərə çıxmağı haram hesab etməkdə hansı dəlilə əsaslanırlar? Görəsən imamiyyə şiələri Peyğəmbərin (s) sünnəsinə və müsəlmanların tarixi ənənəsinə uyğun şəkildə ziyarət etdiklərinə görə suçludurlarmı? Məgər ziyarət edilən bütün qəbirlər şiələrinmi qəbirləridir? Onların ziyarətçiləri hamılıqla 12 imam şiələridirmi? Musa bin Cəfəri (ə) ziyarət edən hənbəli məzhəbinin rəisi şiədirmi? Yoxsa İmam Rzanın (ə) məzarını ziyarət etmiş, İbn Həbbanmı? Əbu Hənifənin qəbrini ziyarət edən Mәhəmməd bin Şafei şiədirmi? Qardaşı Əbdurrəhmanı ziyarət edən Ayişə, həzrət Əlinin (ə) şiəsi və tərəfdarlarından idimi?

  
Əhli-sünnə fəqihlərinin nəzərləri 

1. Əsqəlani Ənəsdən nəql edir: Peyğəmbər əzizinin qəbri üstündə ağlayan qadının yanından keçərkən ona belə buyurdu: Özünü ələ al və səbrli ol. Əsqəlani deyir: Qəbirlərin ziyarət etməyin şəriətə görə düzgün olmasına dair, fətva verilmişdir; ziyarətçi istərsə kişi, istərsə də qadın olsun; çünki, hədis bu barədə təfsilata varmadan ümumi şəkildə məsələni bəyan etmişdir.

 

2. Nəuzi deyir: Yekdilliklə bütün bilik sahibləri, qəbirləri ziyarət etməyin şəriətə görə düzgün olmasına tam yəqinliklə inanırlar. Əlhavi Əl-Kəbir əsərinin müəllifi Mavərdi isə bu barədə yazır: Kafir şəxsin qəbrini ziyarət etmək düzgün deyil; halbuki bu səhv sözdür. Mavərdənin istinadgahı Qurani-Kərimin bu ayəsidir:

 

Onun qəbri üzərində dayanma

 

Mavərdənin öz müdəasını isbat etmək üçün ayəyə əsaslanma metodunda, oxucuya bəlli olduğu kimi, nöqsanlı cəhətlər mövcuddur. Nәvәvi deyir: Müslim Peyğəmbərdən (s) belə nəql etmişdir: Mən sizi qəbirləri ziyarət etməkdən çəkindirirdim. Lakin bundan sonra qəbirləri ziyarət edin. Çünki bu iş sizə axirəti xatırladır. Bu rəvayətə əsasən müsəlmanların qəbirlərini ziyarət edilməsinə şəriət icazə vermişdir. (Elə bununla da Mavərdənin sözünün yetərsizliyi aydın olur.)

 

3. Malik qəbirləri ziyarət etmək barəsində ondan soruşulan sualın cavabında dedi: Peyğəmbər öncə onu yasaq etdi. Sonra isə ona izn verdi. Əgər bir şəxs qəbirləri ziyarət edə və yalnız xeyir söyləyə, burada heç bir qəbahət görmürəm.

 

4. Səmhudi deyir: Elm əhli yekdilliklə kişilərin qəbirləri ziyarət etməsinin müstəhəb olmasına iqrar etmişlər; Necə ki, Nәvәvi də həmin mətləbə toxundu. Hətta Zahirilərdən bir qismi kişilərin məzarları ziyarət etməsini vacib hesab etmişlər.

  
Peyğəmbərin (s) anasının qəbrini ziyarət etməsi 

Müslim və Nisai qəbirlərin ziyarət dilmәsi haqda Əbu Hüreyrədən belə nəql etmişlər ki: Peyğəmbər (s) anasının qəbrini ziyarət edib ağlayır, ətrafındakılar da ağlayırdı. Sonra onunla həmsəda olanlara buyurdu: Anamın bağışlanmasını diləmək üçün Rəbbimdən izn istədim. Lakin Allah-təala mənə icazə vermədi. Anamın qəbrini ziyarət etmək üçün ondan icazə istədikdə, Allah mənə izn verdi. Siz də qəbirləri ziyarət edin. Çünki, ölümü sizin yadınıza salar.

  
Peyğəmbərin (s) ata-anasının imanlı olması 

Rəvayətlər və tarixi sübutlar onu göstərir ki, hәzrәt Peyğəmbərin (s) ata-anası imanlı və şirkdən uzaq olmuşlar. Hələ dünyay göz açmazdan öncə ruhən sağlam nəsillərdən pak ana bətnlərinə keçdikləri bir halda, o iki böyük şəxsiyyətin müşrik olmasını dilə gətirmək düzgündürmü? Eləcə də Səcdə edənlər (arasında) sənin (halətlərinin) müxtəlifliyinə nəzə salır (Şüəra, 219) ayəsinin onların paklığına açıq-aydın, yaxud zahirən dəlalət etdiyi bir halda, onların müşrik olması mümkündürmü? Bu ayənin şərhində qeyd edilmiş hədislər də, həzrət Rəsulun (s) hörmətli valideyninin pak olmasını bir daha vurğulayır; cümlədən:

 

1. Süyuti, Əbi Ömər Əl-Ədnidən, Bəzzar və İbn Əbi Hatəm, Fəbrani və İbn Mərdəviyyədən həmçinin Beyhəqi Dәlil kitabında belə nəql edirlər: Bir peyğəmbərin belindən digər peyğəmbərə keçәrək bu minvalla nəhayət dünyay gəldi.

 

2. Süyuti, İbn Əbi Hatəmdən, Mərdəviyyə və Əbi Nəim isə Dəlalətun-Nübuvvə əsərində İbn Abbasdan belə nəql edirlər: Peyğəmbəri (s) anası dünyaya gətirənə kimi, həmişə bir peyğəmbərin belindən digər peyğəmbərin belinə keçirdi.

 

3. İbn Mərdəviyyənin İbn Abbasdan nəql etdiyi rəvayətdə deyilir: Peyğəmbərdən (s) soruşdum: Atam-anam sənə qurban olsun! Adəm cənnətdəykən siz harada idiniz? Peyğəmbər gülümsədi. Belə ki, həzrətin arxa dişləri görsəndi. Sonra, isə buyurdu: Adəm behiştdə olarkən mən onun onurğasında idim. Gəmiyə minəndə atam Nuhun, oda atılanda isə, atam İbrahimin bel sütununda idim, atam-anam heç vaxt zina etməmişdir. Tanrı məni həmişə pak nəsillərdən təmiz bədənlərə ötürməklə saf şəkildə qoruyub saxladı. Mən həmişə iki qrupdan ən üstünün bel sütununda yerləşirdim. Allah-taala məni peyğəmbər seçməklə məndən əhd alaraq, İslam vasitəsilə məni doğru yola yönəltdi (hidayət etdi). Tovrat və İncildə brəmdə söz açdı. Tanrı, şərq və qərbdə olan bütün əşyaları mənim nurumla işıqlandırdı. Öz kitabını (Qurani-kərimi) mənə öyrətdi. Mənim məqamımı göylərdə ucaldaraq, adımı öz adının bir şaxəsi kimi ayırdı. O, Məhmud ərşinin (məqamının) sahibi, mən isə Mәhəmməd. Cənnət hovuzunun kənarında öz sevimlisi kimi məni qarşılamağı söz verdi. Mənә çoxlu xeyiri (kovsəri) bəxş etdi. Mən isə ən birinci şəfaət edənəm. Mənim şəfaətim qəbul olunacaq ilk şəfaətdir. Daha sonra ən gözəl adamları arasında məni (peyğəmbərliyə) seçdi. Yalnız uca Tanrıya sitayiş edən mənim ümmətim, yaxşılığa dəvət edən və insanları pisliklərdən çəkindirənlərdir.

 

Bu hədis həzrət Peyğəmbərin (s) ata-anasının və bütün əcdadının pak olmasını və onların şirkdən uzaq olmalarını, tam şəkildə aydınlaşdırır. Çünki, müşriklər nəcisdirlər. Elə bu səbəbdən Vəhəbin qızı Aminə (Allah ondan razı olsun) tövhid əhli, imanlı və pak qadınlardan olmuş, şirk və buna bənzər heç bir mənfi xüsusiyyətə aludə olmamışdır. Göründüyü kimi, Müslim və Nəsainin Əbu Hüreyrədən nəql etdikləri hədis, Allahın Rəsulunun (s) əziz valideyninə olan son dərəcə hörmətsizliyin bariz nümunəsidir.

 

Şeyx Mənsur bu hədisi şərh edərkən yazır: O həzrətin (s), anasının imanlı olmaması, cənnətə daxil olmasına əngəl törətmir. Çünki o, fasilə (fətrət) dövründə yaşamışdır. Bilik sahibləri isə yekdilliklə fasilə dövründə yaşayanların nicat tapacaqlarını iqrar etmişlər... Hətta qeyb aləmi ilə təmasda olan ariflərin fikrincə, Allah-taala əziz Peyğəmbərin (s) valideynini o həzrətin Peyğəmbərliyə seçilməsindən sonra, yenidən diriltdi və onlar o həzrətin risalətinə iman gətirdilər. Bu səbəbdən deyə bilərik ki, onlar cənnət əhlidirlər.

 

Yuxarıda qeyd etdiyimiz ayənin bu şəkildə analizə edilməsi, yalnız imamiyyə şiələrinə məxsus olmayıb və təkcə onlar bu barədə hədis nəql etməmişdir. Hətta sünnə əhlinin Süyuti kimi alimləri onu, İbn Əbi Hatəm, İbn Mərdəviyyə, Əbi Nəimdən həmçinin, Bəzzar və Fəbrani, Mücahid və İbn Abbasdan nəql etmişdir. Bu üzdən Fəxri Razinin:Ayənin hədislə bir növ təfsiri, yalnız şiə alimlərinə məxsusdur, deyərək, məsələni şiə aləmində məhdudlaşdırmasının heç bir əsası yoxdur.

  
Mühüm bir məqam 

Buna bənzər söhbət, Allahın Rəsulunun (s) yaxın himayədrı və dostu həzrət Əbu Talib barəsində də ortaya atılmışdır! Onun şücaəti mövqeyindən, eləcə də şerləri və xütbələrindən xəbərdar olan hər kəs, onun imanlı, tövhid əhli və Peyğəmbərin (s) risalətinə qəlbən inanan bir şəxs olmasına əmin olar. Lakin Əməvilərin təəssübkeşliyi və onların həzrət Əliyə (ə) qarşı kin-küdurətləri, haqqın açıqcasına çatdırılmasına, eləcə də həzrət Əbu Talibin imanlı və tövhid əhli kimi dünyadan köçməsinə iqrar etməyə mane olur:

 

Bu barədə İbn Kəsirdən heyrətamiz bir söz nəql olunmuşdur: Keçmişdə belə söyləmişdik ki, Əbu Talib Allahın Rəsulunu (s) qorumağı öz öhdəsinə götürmüşdü. O, həzrətin (s) düşmənləri ilə qarşı-qarşıya duraraq, onların şərlərini Peyğəmbərin (s) və səhabələrin üzərindən uzaqlaşdırırdı. O, Peyğəmbəri (s) mədh edir, öz dostluğunu, Peyğəmbərə (s) və səhabələrə qarşı sevgisini, oxuduğu şerlərdə nümayiş etdirirdi. O, yalnız Əbdul-Muttəlibin ailəsinə xas olan, özünün ədəbi cəhətdən fəsahətli və bəlağətli şerləri ilə, peyğəmbərin düşmənləri ilə müharibəyə qalxar, onları başqaları yanında xar və hörmətsiz edərdi. Bütün bu halların hamısında Əbu Talib, Allahın Rəsulunun (s) haqq, gözəl əxlaqlı və doğru yolda olmasını bilirdi; lakin buna baxmayaraq Əbu Falib səmimi qəlbdən heç vaxt Peyğəmbərə (s) iman gətirmədi!!!

 

İbn Kəsirin hədsiz dərəcədə əsəbi gərginliyi maraq doğurur; sanki o, Əbu Talibin qəlbində olmuş və xain gözləri tanıyır və qəlblərdə gizli qalmış işlərdən agahdır! O, həzrət Əbu Talibin (ə) Peyğəmbəri (s) qəbul etməsini etiraf edirsə də, lakin bu inancın səmimi qəlbdən olmamasını söyləyir! İbn Kəsir və onun kimilərinin bu sözü qınaqla qarşılanmamalıdır. Onların belə danışması heç də gözlənilməz deyil; çünki, Əbu Talib (ə) İmam Əlinin (ə) atasıdır; ncaq Müaviyənin atası olsa idi, Əbu Süfyandan daha artıq məziyyətə malik olar və daha artıq qondarma tərif və fəzilətlərə yiyələnərdi.

 

 
 
       İrşadüs-sari, c. 2, səh. 324.  Ehyaul-ülum, c. 2, 247.   Furqanul-Quran, səh. 133.  İrşadus-sari, c: 2, səh: 329.  Kəşful-irtiyab, səh: 365. Şəddur-rihal sözü səfər etmək mənasına işarədir. Şəddur-rihal hərfi mənada yük bağlamaq, burada isə məcazi olaraq səfər yükünü bağlamaq (səfər etmək) anlamını ifadə edir. Məlum rəvayət Şəddur-rihal hədisi adı altında tanındığından biz bu sözü tərcüməsiz qeyd edirik.   Bildiyimiz kimi, insan səfərdə dörd rәkətli namazlarını iki rәkətə endirməlidir (yəni qəsr qılmalıdır). Bu şərtlə ki, səfər bütövlükdə 45 km-dən az olmamalı və 10 gündən artıq qalmaq nəzərdə tutulmamalıdır. Lakin bu səfər şəriətə görə haram hesab edilərsə, namaz tam qılınmalıdır. İbni Teymiyyəyə görə, ziyarət məqsədi ilə olunan səfər haram olduğundan, səfər zamanı namaz tam qılınmalıdır (mütərcim).  Cənab peyğəmbərin (s) brzəx həyatını (ölümdən sonrakı həyat) açıqlayan dəlillər öncə qeyd edildi. Bax: Vəhhabi əqidəsinə əqli bir baxış, Nəcmuddin Təbəsi, c. 1, səh. 54-55.   Kəşful-irtiyab, səh. 366.  Əl-Məvahib Əl-ləduniyyə bil-mənhil-Mәhəmmədiyyə, c. 3, səh. 410.   Tərhut-təsrib fi Şərhut-tərqib, səh. 297.  O, Əl-Xəulani ləqəbi ilə şöhrət qazanmış, hafiz və fəqihdir. Əhli-Sünnənin məşhur altı hədis kitabında (sihahi-sittə), ondan hədis nəql edilmiş, eləcə də İbni Muin və Mәhəmməd ibni Ouf Əl-tai onu mötəbər şəxsiyyət sanmışdır: Seyri Əlan-Ənnabla, c. 9, səh.58.   Ən-Nisa, 64.  Vəfaul-Vəfa, c. 4, səh. 1326; Ər-rəuzul-faiq, c. 2, səh 380; Kəşful-irtiyab, s. 257, 366; Əl-məvahib Əl-ləduniyyə, c. 3, səh. 405; Muğnil-Muhtac, c. 1, səh. 512; Kunuzil-həqaiq, c. 2, səh.108; Nəylul-Əutar, c. 5, səh. 108. həmçinin peyğəmbərin (s) məzarının ziyarət edilməsi haqda Məraği bu ayəyə əsaslanaraq demişdir: Ziyarət insanı Allaha yaxınlaşdırır... Bu hədis bir neçə şəkildə tarixi kitablarda qeyd edilmişdir. Şafeinin ustadı İbni Ubeynə bu rəvayəti, hadisənin şahidi və Şafeinin daha bir ustadı Utbadan (Mәhəmməd ibn Ubeydullah Ömər) nəql etmişdir. Bədəvi ərəb öz bağışlanmağını Allahdan diləməsini həzrət peyğəmbərdən (s) istədikdə, o həzrətin haqqında bu şeri oxudu: Ey cəsədi bu məkanda basdırılmış ən gözəl şəxs. Sənin mübarək qəbrinin iyi bu diyarın eniş-yoxuşunu öz gözəl ətrinə qərq etmişdir. Sənin yatdığın yerə, mənim canım fəda olsun.  Sonra tövbə edərək oranı tərk etdi. Elə həmin halda bir anlığa yuxuya daldım. Röya aləmində həzrəti peyğəmbər (s) mənə belə buyurdu: O ərəbin arxasınca gedərək ona müjdə verki, Allah onu bağışladı. Mən onun arxasınca getdimsədə onu tapa bilmədim. Göründüyü kimi bu bədəvi ərəb özünün pak fitrətilə peyğəmbərin (s) məzarı üzərinə gələrək ondan öz bağışlanmağını Allahdan diləməsini istəyir. Amma görəsən dahi bir şəxsin yaxud Allahın dostunun məzarını ziyarət etmək, fitrətdən qaynaqlanan bir iş olduğunu İbni Teymiyyə anlamadımı?! Yoxsa kin-kidurət və ədavət qubarı onun fitrətini aludə etmiş və Təqiyyəddin Sübki demişkən: Nəfsani meyllərə düçar olmuşdur?!!.  Əl-qədir, c. 5, səh. 93; Sünən Əd-dar qutni, c. 2, səh, 278; Əl-əhkam-əs-sultaniyyə, c. 2, səh. 109; Əl-kamil fiz-züəfa, c. 6, səh. 351; Əz-züəfa əl-kəbir, c. 4, səh. 170; Əş-şifa bitərifi huquqil-mustəfa, c. 5, səh. 194; Muxtəsəru tarixi-Dəməşq, c. 2, səh. 406; Ət-tərğib və ət-tərhib, c. 2, səh. 224; Şifaus-siqam, c. 2; Kənzul-ümmal c. 15, səh. 651; Neylul-əutar, c. 5, səh. 108.  İbn Bədran bu hissəni öz Təhzib əsərində ixtisara salmışdır.  Bax: Əl-qədir, c. 5, səh. 167.  Hədis elmi terminologiyasında zəif rəvayətçi-lərinin arasında etibarsız (qeyri-siqə) mövcud olduğu hədisə deyilir.   Siqə qəbul olunmuş, düzgün deməkdir.    Əl-Kamil fiz-züəfa, c. 6, səh. 351.  Bax: Əl-qədir, c. 5, səh. 169.  İmamiyyə məzhəbinə görə məsumlara (s) qədər olan sənəd silsiləsində özünə yer almış rəvayətçiləri bütünlükdə 12 imamlı və etibarlı olan hədisə səhih hədis deyilir.   Hədis elmi terminologiyasında həsən sənəd silsiləsində mövcud olan rəvayətçilərin hamısı mədh edilmiş, lakin ədavətli olduqları açıq şəkildə bildirilməmiş hədislərə deyilir.   Şifaus-siqat, səh. 8; Fəqiyyəddin Sübki Şafei (Şifaus-siqat əsərinin müəllifi) 756 hicri ilində vəfat etmişdir. İbn Teymiyyənin vəfat tarixi isə 728 hicri ilinə təsadüf edir. Demək, bu iki şəxs eyni dövrdə yaşamışlar. Sübki əs-siqat kitabında İbn Teymiyyəni tənqid atəşinə tutaraq, tutarlı dəlillərlə onun nəzərlərini puça çıxarmışdır. Onu da qeyd etmək lazımdır ki, Şifaus-siqat əsəri bu zəmində yazılmış ən gözəl kitablardan biridir.   Hədis elmi terminologiyasında hafiz (cəm forması huffaz) peyğəmbərin (s) sünnəsi ilə bağlı yetərli bilgiyə malik olan və yüz min hədisi sənəd silsiləsi ilə birgə əzbər bilən şəxsə deyilir.   Əl-qədir c. 5, səh. 246. Onun məxəzləri: Əl-möcəm əl-kəbir, c. 12, səh. 310. Sünən Əd-dar Qitni, c. 2, səh. 278. Bu hədis mərfu surətində nəql olunmuşdur. Mərfu dedikdə, hədis elmi terminologiyasında sənəd silsiləsinin ortası, ya sonunda rəvayətçilərin bir və ya bir neçəsinin qeyd olunmadığı, lakin ravilərin tamamlanmasının açıq şəkildə bildirildiyi hədis nəzərdə tutulur. Misal üçün:  Küleynidən, o da Əli bin İbrahimdən, isə atasından, daha sonra birbaşa İmam Sadiqdən (ə) belə nəql edir Burada qəfəəhu sözü əhəmiyyət daşıyır. Belə ki, Birbaşa məsumdan (ə) adlarını nəql edən şəxsə ravilər məlum olsa da hədisi nəql edərkən açıqlamır. Mərfu termininin digər mənası isə, ümumiyyətlə sənədinin mərfu yaxud mürsəl olmasına baxmayaraq, sonda məsum şəxsə (ə) (peyğəmbər ya imam) mənsub olan hədisdir. Əhli-sünnətin nəzərində isə mərfu hədis, səhih hədis hökmündədir.(Müəllifin bir neçə hədis növlərinə toxunmasını nəzərə alaraq yuxarıda qeyd edilən terminləri aydınlaşdırmağı zəruri hesab edirik: 1. Mürsəl: Hədis elmi terminologiyasında mürsəl sənəd silsiləsinin sonunda və ya hamısında rəvayətçilərin məlum olmadığı hədisə deyilir.  2. Məqtu: Hədis elmi terminologiyasında məqtu sənəd silsiləsinin məsum şəxsə (ə) və səhabəyə deyil, yalnız tabeinə yetişdiyi hədisə deyilir.    Əl-möcəm Əl-kəbir, c. 12, səh. 225; İhyaul-ulum, c.1, səh. 231; Muxtəsəru tarixi-Dəməşq, c. 3, səh. 406; Şifaus-siqat, səh. 16; Vəfaul-vəfa, c. 4, səh. 1340; Muğnil-möhtac, c. 1, səh. 512; Əl-məvahib əl-ləduniyyə, c. 4, səh. 571.  Neylul-Əvtar, c. 5, səh. 108; Şifaus-siqat, səh. 27; Vəfaul-vəfa, c. 4, səh. 1342; Əl-məvahib əl-ləduniyyə, c. 3, səh. 404; Kəşful-xəfa, c. 2, səh. 244; Kitabul-məsruhin, c. 3, səh. 73; Musənnəf Əbdur-rəzzuq, c. 3, səh. 569; Əl-qədir, c. 5, səh. 100.  Məcməul-Ənhar fi şərhi mültəqil-əbhər,c. 1, səh. 157; Vəfaul-vəfa, c. 4, səh. 1340 başqa bir hədisi Mərhum Əmin Kəşful-irtiyab kitabında qeyd etmişdir. səh. 366-368  Şifaus-siqat, səh. 44;   Vəfaul-vəfa, c. 4, səh. 1340;  Həmin qaynaq; Bəzi variantlarda peyğəmbərə namaz hədiyyə elədi ibarəsi gözə çarpır. İbni Əsəm Əl-futuh əsərində (c. 5, səh. 18.) yazır: Bir gecə Hüseyn bin Əli (ə) babasının məzarı üzərinə gələrək buyurdu: Salam olsun sənə ey Allahın rəsulu: Mən Fatimənin oğlu Hüseynəm! Mən sənin nəslindənəm və sənin qızının oğluyam Mən sənin xalqa öz yerinə canişin seçdiyin şəxs tərəfindən sənin nəvənəm Ey Allahın rəsulu! Öz ümmətinin (mənfi) rəftarlarına şahid ol. Onlar məni boşlayaraq qiymət vermədilər və məni qorumadılar. Bu, mənim sənə qovuşana qədər olacaq şikayətimdir. İkinci gecə isə o həzrət (ə) məzarın kənarına gələrək iki rəkət namaz qıldı. Namazı bitirdikdən sonra bu duanı oxudu: Ey mənim Allahım! Bu sənin peyğəmbərin Məhəmmədin (s) məzarıdır. Mən isə onun qızının oğluyam. Başıma gələn işdən xəbərdarsan. Mən yaxşılıqları sevir və pisliklərə nifrət edirəm. Ey cəlal və kəramət sahibi! Səni and verirəm məzar və onda dəfn olunmuş şəxsin ehtiramına, öz əməllərimlə sənin razılığını cəlb etmiş olum.  Həmin qaynaq.  Əl-ğədir, c. 5, səh. 109;  Əl-buxari, c. 2, səh.136; Səhihi-Muslim, c. 4, səh. 126; İhyaul-ülum (müəllif: Qəzzali), c. 2, səh. 247. Məhəmməd bin Əbdul-Vəhhab deyir: Peyğəmbəri ziyarət etmək müstəhəbdir, məscidi ziyarət edib namaz qılmaqdan başqa məqsədlə səfərə çıxmaq isə düzgün deyil.   Dilimizdə ərəb qrmmatikasında işlənən müstəsna minh termini qarşılığı olmadığından (Azərbaycan dilində cümlənin bu tərzdə işlənməməsinə görə) mövzu, istisna mərkəzi və nəzərdə tutulan kəlmə kimi sözləri, bu termini izah edicisi kimi seçmişik. Ətraflı məlumat üçün bax: Məbadiul-ərəbiyyə nəhv hissəsi, c. 4, səh. 284. Darul-elm nəşriyyatı (mütərcim).  Həmin qaynaq; Buxari, c. 2, səh. 137. Peyğəmbər (s) yalnız Quba məscidində namaz qılmamışdır. Səmhudi Vəfaul-vəfa adlı əsərində Peyğəmbərin (s) namaz qıldıqı məscidləri qeyd etmişdir. Onun yaşadığı dövrə qədər (h.t. ilə İX yüzilliyin sonu X yüzilliyin əvvəlləri) bu məscidlərin bir çoxunun yeri məlum olduğundan, Səmhudi onları sadalamağa başlayır. Təəssüf doğurucu haldır ki, islamın erkən çağlarından günümüzədək yadigar qalmış bir çox tarixi abidələr, vəhhabilərin əli ilə dağıdılmışdır. O, Bəğəvi Şafeidən nəql edir: Hər kəs Peyğəmbərin (s) namaz qıldığı məscidlərdə namaz qılmağı nəzr edərsə, mütləq nəzrinə əməl etməlidir; necə ki, o məscidlərdə üç növ nəzr namazı vacib olur. Sonra Səmhudi o məscidlərin adlarını sadalayır: 1. Əl-cümə məscidi. Peyğəmbər (s) ilk cümə namazını orada qılmışdır; 2. Hazırda Şəms məscidi adı ilə tanınmış Əl-fəzih məscidi. Peyğəmbər (s) Bəni-nəzir qəbiləsini mühasirəyә lrkən, orada namaz qılmışdır; 1. Bəni Zəfərməscidi;  2. Əl-icabə məscidi; 3. Əl-fəth məscidi; 4. Bənil-həram məscidi; 5. Əl-qibbətun məscidi; 6. Əs-süqya məscidi; 7. Əz-zübab məscidi hazırda Ər-raya məscidi kimi tanınır... Bütün bunlar Səmhudinin öz dövrünə kimi Mədinədə mövcud olmuşdur. O, daha sonra Mədinədə mövcud olan digər məscidləri sadalayır. Bu məscidlərin hazırda quru yeri məlum olsa da, Səmhudinin dövrünə kimi, o məscidlərin özündən əsər-əlamət qalmamışdır. Onlardan bəzilərinə işarə edək: 1. Bəni Cədilə məscidi; 2. Əl-xirbə məscidi kimi tanınmış Bəni Ubeyd məscidi; 3. Bəni Ğәffr məscidi; 4. Bəni-dinar məscidi; 5. Bəni-Ədiy və s. Sonda isə Səmhudi 39 məscidin adını çəkir.  Vəhhabilər Məkkə və Mədinənin hökmranlığını ələ keçirdikdən sonra, o məscidlərin bir çoxunu dağıdaraq hətta onları ziyarət etməyi və bərəkət istəməyi belə yasaq etdilər. Onlar, bu məscidlərin çoxunu heyvanların saxlanması üçün tövləyə, bəzilərini isə ümumi kitabxanaya çevirdilər. Belə ki, harada kitabxana şəklini almış bu məscidlər, heç bir dini qaydaya riayət etməyən şərəfsiz insanların tapdağı altındadır. İnsan, islam carçılarının həyasızcasına gördükləri işlər haqqında düşündükcə heyrətə gəlməyə bilmir. Necə ki, məscidləri viran edib onu başqa hala çevirərək, məscidlərdən uzaqlaşdırırlar! Sizcə məscidi və vəqf olunmuş malı bu vəziyyətə gətirmək haram deyilmi?! Görəsən bu, məscidə və peyğəmbərə ehtiramsızlıq deyilmi?! Onların törətdikləri cinayət aktlarından biri də Ət-taif məscidinin bərbad edilməsidir... Bu barədə daha ətraflı məlumat lmq üçün şğıdkı mәnbәlәrә mürciәt dә bilәrsiniz: 1. Ət-təvəssül bin-Nəbi (s) müəllif: Əbu Hamid bin Mərzuq, 2. Seyyid Əhməd bin Zeyni Dəhlaninin yazdığı Əd-dürərüs-sünniyyə əsəri, 3. Şifaus-siqat, müəllif Sübki, 4. Şeyx Mәhəmməd Mütinin Fəthirul-fuad kitabı, 5. Əl-minhətul-vəhəbiyyə Hüseyn Hələminin əsəri, 6. Həmdullah Əddacərinin yazdığı Əlbəsair, 7. Ət-təbərrük: Ayətullah Əhməd Miyanəci, səh. 219-228.    Üsdul-qabə, c. 1, səh. 208; Təhzibul-mətalib, c. 2, səh. 408; Şifaus-siqat, səh. 85   Tarixdə göstərildiyinə görə, Bilal peyğəmbərdən sonra üç dəfə azan vermişdir ki, onun iki dəfəsi Mədinədə, bir dəfəsi isə Şamda olmuşdur: Qamus-ərrical, c. 2, səh. 398.    Tarixul-islam (xəlifələr dövrü), c. 3, səh. 205; Vəfaul-vəfa, c. 4, səh. 1357.      Vəfaul-vəfa, c. 4, səh. 1358   Təhzibul-mətalib, c. 21, səh. 408.   İrşadus-sari, c. 2, səh. 329.  Əl-həzrətul-unsiyyə fir-rihlətil-qübsiyyə, səh. 129.    İhyaul-ülum, c. 2, səh. 247.  Qəzzali (v.t. 505 h.) eləcə də əlavə edir: Peyğəmbəri (s) ziyarət etmək istəyən şəxs, yol boyu ona salam göndərməli, Mədinənin divar və ağaclarını müşahidə etdikdə isə, deməlidir: İlahi! Öz rəsulunun (s) məqbərəsini, mənim üçün cəhənnəm odu qarşısında sipər və nöqsanlı əməllərimin bəraətçisi qərar ver... Peyğəmbərin (s) məzarının ziyarətçisi daha sonra Bəqi qəbristanlığına gedərək, Həsən bin Əlini (ə) ziyarət etməli və Fatimə məscidində namaz qılmalıdır: İhyaul-ülum, c. 1, səh. 305, 306.   Furqanul-quran, səh. 133; Əl-qədir, c. 5, səh. 154. Əl-fiqhu ələl-məzahibul-ərbəə (bu kitabda dörd sünni məzhəbinin alimlərinin fikir və əqidələri qələmə alınmışdır) kitabın müəllifi Əbdür-Rəhman Cəziri yazır: Peyğəmbərin (s) məzarını ziyarət edilməsi ən fəzilətli və haqqında saysız hədis rəvayət olunmuş əməllərdəndir. Sonra isə ziyarətin ədəb və qaydaları haqda söhbət açır: Vəhhabiyyət, Məbani-fikir və ka ameyi əməli, səh. 122.    Əl-ğədir, c. 5, səh. 116; Kəşful-irtiyab, səh. 372; Əl-cəvahirul-munəzzəm fi ziyarəti qəbril-mukərrəm, səh. 12. Qeyd: Kəşful-irtiyab kitabının yazdığına görə, Mәhəmməd Əl-bursi emossional tərzdə İbn Teymiyyənin fikirlərini tənqid atəşinə tutmuşdur. Məlum əsərin müəllifi tərəfindən nəql edilmiş bu mətləbin orijinal mənbәyi belədir: Kəşful-irtiyab, səh. 371, 372.  Hədis elmi terminologiyasında mütəvatir o tipli hədisə deyilir ki, rəvayətçilərinin sayı, hədisin saxtalaşdırılması haqqında razılaşa bilməyəcəkləri qədər çox olsun (mütərcim).   Ət-tacul-came lil-üsul, c. 2, səh. 382.  Əl-məvahibul-ləduniyyə, c. 3, səh. 403 və 404.   Qeyd etmək lazımdır ki, bu təlim, hazırda Vəhhabilərin start götürdüyü metodla olmalıdır; çünki, onlar mübarək məzara və otağa, Peyğəmbərin (s) zərihinə (qəbrin ətrafına çəkilmiş dəmir hasar) əl sürtən yaxud yaxınlaşan hər kəsi, əxlaqsızcasına, söyüş və döyməklə uzaqlaşdırırlar.  Seyru Əlamun-Nəbla, c. 4, səh. 484.  Nisa, 64.    Mәhəmməd, 19.   Əl-məvahibul-ləduniyyə bil-mənnil-Mәhəmmədiyyə,c. 3, səh. 405.  Qeyd: Əziz İslam Peyğəmbəri (s) (bəzi səbəblərə görə) müvəqqəti olaraq müsəlmanları qəbirləri ziyarət etməkdən çəkindirmiş, sonradan icazə vermişdir: Ola bilsin, keçmişdə (İslamdan öncə) ölənlərin çoxu müşrik və bütpərəst olduğuna görə İslam dini bütpərəstlərlə, müşriklərlə əlaqəni kəsmək üçün, məzarları ziyarət etməyi qadağan etmişdir. Daha başqa bir səbəb bu ola bilər ki, İslamı yeni qəbul etmiş müsəlmanlar qəbir üstündə əxlaq və ədəbdən uzaq sözlər danışırdılar. İslam inkişaf etdikcə, iman nuru insanların qəlbində işıqlandıqca bu nəhy və qadağan aradan götürüldü: Ayine-vəhhabiyyət, səh. 107. Tərcüməsi Vəhhabi məzhəbi səh. 73. Müəllif: Cəfər Sübhani.   Ət-tacul-Cameu lil-üsul, c. 1, səh. 381; Cameul-üsul, c. 11, səh. 438.    Həmin qaynaq.   Musnədi-Əhməd, c. 2, səh. 337. lәcә dә b: Msuәtu Әtrful-hәdis, c.10, sәh. 181.  Əxbaru Məkkə, c. 2, səh. 52.  Vəfaul-vəfa, c. 3, səh. 932;   Həmin qaynaq, səh. 883; Müslüm, c. 3, səh. 63-dən nəql edərək; Nisai və Sünənil-Kübra, c. 4, səh. 132. Bu rəvayətdə belə buyurulmuşdur: İlahi! Bəqinin Qürqəd əhlini əfv et. Qürqəd Bəqidə ağac adıdır. Mədinə şəhərinin səhra və çöllüklərində bitən bu ağac, Bəqinin Bəqiul-Qürqəd adlandırılmasına səbəb olmuşdur. Səmhudi Vəfaul-vafa kitabında yazır: Osman ibn Məzun orada dəfn olunan zaman o ağacı kəsdilər. İbn Məzun Bəqidə dəfn olunan ilk şəxsdir. Peyğəmbərin (s) oğlu İbrahim vəfat etdikdən sonra O, oğlu İbrahimin Osmanın yanında dəfn olunmasına göstəriş verdi. O vaxtdan hamı öz yaxın adamlarının cənazəsini Bəqidə dəfn etməyə başladı; Vəfaul-vəfa, c. 2, səh. 84;   Sünəni İbn Macə, c. 1, səh. 501; Müstədrəki Hakim, c. 1, səh. 531; Əxbaru Məkkə, c. 4, səh. 53.    Müstədrəki Hakim, c. 1, səh. 531; 1388-ci hədis  Həmin qaynaq, səh. 533, 1394-cü hədis və eləcə də bax: Məcməul-zəraid, c. 2, səh. 58  Sünəni Əbi Davud, c. 3, səh. 216; Əs-sünən əl-kubra, c. 4, səh. 127. Ətaf vasitəsi ilə nəql olunmuşdur. Peyğəmbər (s) Ühüd dağında şəhidlərin məzarlarını ziyarət edərdilər: Vəfaul-vəfa, c. 2, səh. 932;   Əs-sunən Əl-kubra, c. 4, səh. 132.  Səhabə və tabein sozünün mənası haqda geniş məlumat üçün bax: Vəhhabi əqidəsinə əqli bir baxış, c. 1, səh. 50 (mütərcim).  Müsənnəf: Əbdur-Rəzzaq, c. 3, səh. 572; Sünəni-kübra, c. 4, səh. 131; Müstədrəki Hakim, c. 1, səh 533; Vəfail-vəfa, c. 2, səh. 932. Eləcə də bax: Əl-qədir, c. 5, səh. 167.   Həmin qaynaq. Nəhcül-bəlağənin şərhi 15: səh. 40,    Həmin qaynaq.  Həmin qaynaq.   Müsnədi Əbdür-Rəzzaq, c. 3, səh. 570.  Sünəni-Kubra, c. 4, səh. 220.  Farixi-Dəməşq, c. 57, səh. 220.  Vəfaul-vəfa, c. 3, səh. 933.  Həmin qaynaq, səh. 932.   Seyru Hamun-Nəbla, c. 9, səh. 464. Eləcə də rəhmətlik Əhmədi Miyanəci Ət-təbərrük kitabında onun bütövlükdə mətnini, məxəzləri ilə birlikdə qeyd etmişdir.    Rehlətu İbn Cübeyr, səh. 229, eləcə də bax: Əl-qədir, c. 5, səh. 184.  Farixi Bəğdad, c. 12, səh. 241  Əl-müntəzəm, c. 12, səh. 241   Müstədrəki Hakim, c. 3, səh. 518; Səffətus-səffə, c. 1, səh. 470;Rehlətu İbn Bətutə, c. 1, səh. 184.  Təbərrük: Bərəkət istəmə, uğur diləmə.   İbn Cübeyrin səfə aməsi, səh. 19, Məhəmməd bin Əhməd bin Cübeyr Əndəlusi (İspanyalı)Vİ yüzilliyin (h.t. ilə) tanınmış turistlərindəndir. O, üç dəfə turizm səfərinə cıxmış və şərq olkələrini üç dəfə ayaq altında qoymuşdur. Onun səfərlərindən biri hicrətin 573-ci ilində başlayaraq 581-ci ilində sona çatmışdır: Vəhhabiyyət Məbani fikri və Ka ameyi-əməli, Əl-əlamdan nəql edərək, c. 5, səh. 319  Bu diyar Dəməşq şəhərinin ətrafında yerləşir. Möcəm Əl-buldan, c. 2, səh. 586.  Tarixul-İslam (İslam tarixi) səh. 26; Təzkirətul-Huffaz, c. 1, səh. 121.  Tarixi-Bəğdad, c. 1, səh. 120; Əl-bidayəti vən-nihayə, c. 5, səh. 88   Şəzarətuz-Zəhəb, c. 3, səh. 97  Vəfatül-əyan, c. 4, səh. 165; Təhzibuz-Zəhəb, c. 7, səh. 339  Həmin qaynaq. Zəhəbi yazır: Malikin Bəqidə dəfn olunmasına heç bir şübhə yoxdur. Onun qəbri ziyarət ocağıdır. Seyan Əlamun-Nəbla, c. 8, səh. 132.  Mizanul-Etidal, c. 1, səh. 114. Xətib deyir: Əbil-Tərəcdən belə nəql edilmişdir: Mən Əbhəm ibn Hənbəlin qəbrini ziyarət edirdim. Bir müddət bu işi tərk etdim. Yuxuda mənə xitabən belə bir nida eşitdim: Niyə onun qəbrini ziyarət etməyi tərk etdin? Farixi-Bəğdad, c. 4, səh. 423.  Vəfatul-Əyan, c. 1, səh. 318.  Biz bu hədislərin çoxunu qəbul etmirik. Çünki bu hədislərdə dəlalət və məzmuni baxımdan yetərsizlik olduqca çoxdur. Lakin qarşı tərəf bu hədisləri qəbul etdiyindən, həqiqəti öz qaynaqlarından sitat gətirməklə sübut edirik.   Məskən, Ona yaxınlığında, Casliq diyarında Dəclə çayı üzərində yerləşir. Hicrətin 72-ci ilində, Əbdül-Məlik bin Mərvanla Məsəb bin Əz-Zübeyr arasında baş verən toqquşma, Məsəbin ölümünə səbəb olmuş, elə oradaca dəfn edilmişdir. Möcəm Əl-buldan, c. 5, səh. 129.    Əl-müntəzəm, c. 15, səh. 14; Müəllif: Yer və göy hara? İraq dövlətinin arzu etdiyi qan tökülməsi hara? Və Cənnət cavanlarının ağası Hüseyn hara?!  Əl-cəvahirul-muziə, c. 2, səh. 720, 1132-ci hədis. Dünya şöhrətli səyahətçi İbn Cübeyr, Misirdə Qərafə adlı məntəqədən söz açır və oranı dünyanın möcüzələrindən sayır. Onun dediyinə görə bir çox peyğəmbərlər və onların yaxınları və səhabələri ... orada torpağa tapşırılmışdır. Onların bir qismi aşağıdakı şəxslərdən ibarətdir:  1- Robil, Yəqub bin İshaqın oğlu 2- Asiya, Tironun həyat yoldaşı  3- İmam Sadiqin (ə) iki övladı  4- Qasim bin Mәhəmməd bin Cəfər Əs-Sadiqin (ə) qəbri 5- Əddullah, Qasimin oğlu 6- Yəhya bin Qasim 7- Əli bin Əbdillah Qasim 8- İsa bin Əbdillah. O, həzrət Əlinin (ə) orada dəfn edilmiş bir çox övladlarının adını çəkir.   Təzkirətul-Huffaz, c. 3, səh. 780, 772-ci hədis.   Vəfatül-Əyan, c. 6, səh. 394, eləcə də bax: Ənsabu Səmani, c. 3, səh. 484. O deyir: Əbu Əvanənin qəbrini ziyarət etdim. Seyru Əlamun-Nəbla, c. 14, səh. 419.  Həmin qaynaq.  Əl-bidayəti vən-nihayə, c. 11, səh. 375. Atasından sonra İspaniyanın hakimiyyəti onun əlinə keçdi. Avropa hökmranı ilə müharibəyə qalxaraq, onların çox hissəsini qətlə yetirir. Lakin İspaniyada yaranmış qalmaqal, onun yaxalanması və sonra da ölümü ilə nəticələnir: Seyru Əlamun-Nəbla, c. 19, səh. 63.  Əl-məvahib əl-ləduniyyə, c. 3, səh. 390; Şəzəratuz-zəhəb, c. 5, səh. 388.  Əl-məvahib əl-ləduniyyə, c. 3, səh. 396; Şəzəratuz-zəhəb, c. 2, səh. 397; Əl-ibər, c. 2, səh. 363.  Təbəqatul-Qurra, c. 2, səh.22.   Neylul- ibtihac, səh. 62.  Seyru-Əlamun-Nəbla, c. 16, səh. 92 və c.17, səh. 193. Zəhəbi yazır: Hənbəlilərin başçısı, Ət-təmimi, hər cümə günü Baqlaninin qəbrini ziyarət edənlərdəndir.  Əbu Davud öz sünənində hədisin ardını bu şəkildə davam etdirir: O qadın Peyğəmbəri tanımadığı üçün acıqlı halda dedi: (Əl çək məndən) mənim ağlamağımla nə işin var? Qadına o şəxsin Peyğəmbər olduğunu dedikdə tez əzizinin qəbrini tərk edib Peyğəmbərin evinə gələrək, ondan üzr istəyib dedi: -Ey əziz Peyğəmbər! Məni bağışlayın sizi tanımadım. Peyğəmbər buyurdu: Müsibət vaxtı səbr etmək çox yaxşıdır.  İrşadus-sari, c. 3, səh. 400.   İrşadus-sari, c. 3, səh. 400.  Vəfaul-vəfa, c. 4, səh. 1362.  Əbu Hüreyrə, İslam aləmində yalançı bir şəxs kimi tanınmışdır. 550-ə yaxın Peyğəmbərin adından qondarma hədislər nəql edib (mütərcim).   Səhihi-Müslim, c. 3, səh. 65; Sünəni-Nəsai, c. 4, səh. 90; Munsif Əbdur-Rəzzaq, c. 3, səh. 572; Sünən Əl-Kubra, c. 4, səh. 128.  Əddurrul- Məhsur, c. 5, səh. 98   Həmin qaynaq.   Həmin qaynaq.   Əbu Hüreyrə deyir: Peyğəmbərin (s) anasının qəbrini ziyarət edərkən ağlaması, digərlərini ağlamağa vadar etdi. Əbu Hüreyrə haqqında təkcə bunu demək kifayətdir ki, o, Xeybər hadisəsindən sonra müsəlman olmuşdur. Onun zahiri müsəlmanlığından bir il sonra (təqribən) Peyğəmbər (s) dünyasını dəyişir. O, Peyğəmbərlə hamıdan az görüşməsinə baxmayaraq, o həzrətdən başqalarından daha çox hədis nəql etmişdir. Hətta onun nəql etdikləri hədislər, bütövlükdə Həzrət Əli (ə) və digər üç xəlifənin rəvayət etdiklərini üstələyir. Zəhəbi (c.2, səh. 632)yazır: Əbu Hüreyrə vasitəsilə söylənmiş hədislər 5374 ədədə bərabərdir. Buxarinin öz səhihində gətirdiyi hədislər 7000 ədədi aşmır. Təkrar hədisləri ixtisara salsaq, bu ədəd 3000 yaxud 4000 ədədə enəcəkdir. Belə ki, Buxari hədislərinin 1/10 hissəsini Əbu Hüreyrədən nəql etmişlər. Ayişə də daxil olmaqla bir çoxları Əbu Hüreyrə barəsində mənfi fikirlər söyləyərək, onu əsasən hədis saxtalaşdırıcısı kimi ittiham etmişlər. Zəhəbi (c.2, səh. 615) yazır: Müaviyə Əbu Hüreyrəyə bir şey versəydi danışar, verməsəydi sükut ixtiyar edərdi. İbn Kəsir Bidayə kitabında (c.8, səh. 114) yazır: Bir gün Əbu Hüreyrə Ayişə ilə görüşdükdə, Ayişə ona dedi: Peyğəmbərdən (s) xeyli hədis nəql edirsən? Əbu Hüreyrə dedi: Mən güzgü, sürmə və yağla məşğul olmuram (kinayə ilə Ayişəyə toxunaraq). Həmçinin Zəhəbi Seyru Əlamun-Nəbla əsərində (c.2) yazır: İmam Həsəni (ə) Əziz Peyğəmbərin (s) evində dəfn etmək istədikdə, bununla razılaşmayanlar arasında fikir ayrılığı yarandı. Deyilənlərə görə İbn Ribah Mərvana dedi: Sənki ravi deyilsən sənə nə? Qoy dəfn olunsun. İmam Həsəni (ə) Peyğəmbərin (s) kənarında dəfn etmək istədikdə, Əbu Hüreyrə Mərvana dedi: Sən hər şeyə qarışırsan, icazə ver dəfn etsinlər. Sən bu işinlə, Müaviyənin razılığını əldə etmək istəyirsən. Mərvan bu sözdən əsəbləşərək dedi: Ey Əbu Hüreyrə! Xalq, Əbu Hüreyrənin Peyğəmbərdən (s) xeyli hədis nəql etdiyini söyləyir. Bir halda ki, Əbu Hüreyrə Peyğəmbərin (s) vəfatından əvvəl qısa bir müddət onunla olmuşdur. Əqdul-Fərid (c.1, səh.46) və Seyru Əlamun-Nəbla (c.2, səh. 612) kitablarında yazıldığına görə, Ömər Əbu Hüreyrəni Bəhreyndən uzaqlaşdırdıqdan sonra ona dedi: Ey Allahın və onun kitabının düşməni. Sən Allahın malını oğurlamısan. Sonra əlinə ağac alaraq onu döyməyə başladı.   Əttacül-Cameu lil-üsul, c. 1. səh. 382; Fətrət, Sabiq dinin etibarını itirdiyi, Allahınsa yeni peyğəmbər göndərmədiyi dövrə deyilir...Elə bu səbəbdən bu fasilə dövründə yaşayanların nicat əhli olduqları söylənmişdir.    Zəməxşəri yazır: Şüәr surәsinin 219-cu ayəsi, Peyğəmbərin (s) əziz ata-babalarının imanlı və tövhid əhli olduğunu bir daha təsdiqləyir. O həzrətin bütün ata-anaları pak bədənlərdən, təmiz və imanlı ata bətnlərinə ötürülmüşdür. Bax: Əbu Talib və övladları (Seyyid Əlixan) səh. 216 və Münyətur-Rağib, səh. 56 Müəllif: Ayətullah Təbəsi.   Əlmizan, c. 15, səh. 367.    Təfsirul-Kəbir, c. 24, səh. 173.   Şiə alimlərinin Peyğəmbərin (s) babalarının (ata və ana tərəfdən) pak olmasına gətirilən dəlildən əlavə demək olar ki, yədə bir neçə digər anlamın ehtimalı var: 1. Peyğəmbərin gecə yarısı gördüyü işlər (İbadətlə məşğul olmaq, eləcə də ibadət edənlərin durumlarını araşdırmaq) 2. Peyğəmbər (s) onun arxasında namaz qılanları öz gözləri ilə müşahidə edirdi; O həzrət özü bu barədə buyurur: Rüku və səcdələrinizi kamil şəkildə yerinə yetirin, çünki mən sizi arxadan da görürəm...  Əl-Bidayəti və Ən-nihayə, c. 11, səh. 124