VӘHHABİ ӘQİDӘSİNӘ ӘQLİ BİR BAXIŞ DÖRDÜNCÜ CILD

: 1598 ()

   
     

   LLAHIN ADI İLƏ 

Artıq iki əsrdən çoxdur ki, qondarma Vəhhabi məzhəbi dağıdıcı həşərat kimi dinin canına düşmüşdür. Hansı ki, bu məzhəb sağlam zəkanın qəbul etdiyi normalarla, yaradılışdan gələn fitri meyllərlə heç bir şəkildə uyuşmur. İbn Teymiyyənin dnuq və sərt fikirlərindən qaynaqlanan bu təlimin başlıca prinsiplərinə azacıq nəzər salsaq, onun təsisçilərinin dinə, şəriətin həmişəyaşarlığına, cəmiyyətdə tətbiqinə qarşı dərin kin bəslədiklərinin şahidi olarıq. Onlar dinə qarşı çirkin niyyətlərini həyata keçirmək üçün dinin zahiri tərəfini hədəfə alır və aldadıcı şüarlarla çıxış edirlər. Sanki, Peyğəmbər (s) dönəmində mövcud olmuş və cəmiyyətdə öz əksini tapmış İslama qarşı çıxır, Allahın göstərişlərini sıradan çıxartmaq üçün öncə dinin zahiri tərəfindən başlayırlar. Maraqlıdır, zahir olmadıqda batinə, forma olmadıqda məzmuna necə yetmək olar? Bütün bunlar göstərir ki, məlum məzhəbin yanlışlığını üzə çıxarmaq üçün heç də güclü elmi sübutlara ehtiyac yoxdur. Çünki onların, hətta dinin öz sübutunu tapmış zahiri tərəfinə belə müvafiq olmadıqları hər addımda özünü tam aydınlığı ilə göstərir. Onların qarşıya qoyduqları hər bir müddəanın yüzlərlə bir-birini inkar, istisna edən tərəfləri mövcuddur. Görəsən, Vəhhabiliyin təsisçisi, ondan da öndə duran İbn Teymiyyə, nə üçün Peyğəmbərin (s) məzarını ziyarət etməyin haramlığına öz şüarlarının, məqsəd və məramlarının önündə yer vermişdir? Bu müqəddəs məzarı ziyarət etmək yolu ilə Allaha yaxınlaşmırıqmı? Bu növ ziyarətlər tövhidin özünü möhkəmlətmirmi? Bütün bunlar Peyğəmbəri (s), onun göstərişlərini unutdurmaq, bu əvəzolunmaz, həmişəyaşar ö əyi müsəlmanlardan almaq, onu yaddaşlardan silmək məqsədi daşımırmı? Məşhur Əhli-sünnə alimi Qəstəlani deyir: İbn Teymiyyənin Peyğəmbərin (s) məzarının ziyarət olunmasını qadağan etməsi, onun atdığı ən bağışlanmaz addımlardandır. Qəzali deyir: Yaşadığı zaman Peyğəmbəri (s) görüb təbərrük edənlər, vəfatından sonra hәzrәtin məzarını ziyrәt edərək təbərrük etməlidir. Qərami Şafeinin təbirincə desək, İbn Teymiyyə Peyğəmbərə (s) belə hörmətsizlik edərək deyir: O həzrəti (s) ziyarət etmək məqsədi ilə səfərə çıxmaq günahdır. Yəqin ki, vəhhabilər bacarsaydılar, Peyğəmbərin (s) məzarını belə yerlə yeksan edər, hələ bu azmış kimi Kəbəyə hörmətlə yanaşmağın, Həcərül-əsvədi öpməyin haram olduğunu da iddia edərdilər. Necə ki, valideynim Ayətullah əl-üzma Fazil Lənkərani buyurur: Şirk əqli baxımdan qeydlənə bilməz (bu və ya digər əmələ məxsus ola bilməz). Belə olan halda Peyğəmbərin (s) məzarını öpmək haram, Həcərül-əsvədi öpmək isə icazəlidir - deyə iddia etmək yanlışdır. Onların bu ynlış fətvalarını tətbiq etdikdə Həcərül-əsvədi öpməyin də şirkin bariz nümunələrindən olduğu qənaətinə gəlirik. Lakin bu şirk icazəli şirkdir. Bir halda ki, bu, açıq-aşkar rüsvayçılıqdır. Günümüzdə, müsəlmanlar daim ətrafı bürüməkdə olan bu xərçəng әstәliyinә qrşı oyaq olmalı, özlərini, övladlarını bu növ zəhərli fikirlərdən qorumalıdırlar.

 

Sonda görkəmli tədqiqatçı alim Höccətül-İslam vəl-müslimin Hacı Şeyx Nəcməddin Təbəsiyə olmazın zəhmətlər bahasına ərsəyə gətirdiyi bu qiymətli əsərə və yanlış vəhhabi təliminə kəskin və qənaətbəxş cavablar verdiyinə görə minnətdarlığımı bildirir və hörmətli mütərcimə, dəftərxananın mədəni-maarif şöbəsinin həmkarlarına təşəkkür edirəm. Ümidvaram ki, çəkilən bütün bu zəhmətlər Allah dərgahında məqbul hesab ediləcəkdir.

 

Məhəmməd Cavad Fazil Lənkərani

    
Qadınların qəbİrlərİ zİyarət etməsİ 

1. Həzrət Fatimə Zəhra (s) Həmzənin (r) qəbrini ziyarət edərdi.

 

2. Ayişə qardaşının qəbrini ziyarət edərdi.

 

3. Qəbirləri ziyarət edən qadınları lənətləyən hədisin tənqidi.

 

4. Əhli-sünnə alimlərinin qadınların qəbirləri ziyarət etməsinin caiz olması haqqında fətvası

 

5. Ənəsin rəvayəti haqqında Əsqəlaninin nəzəri

 

6. Hədisin sənədi haqqında müzakirə

  
Qadınların qəbİrlərİ zİyarət etməsİ caİzdİrmİ?  

Həzrət Fatimə (s) haqqında nəql edilmişdir: O, həmişə şəhidlər ğsı Həmzə və digər Ühüd şəhidlərinin qəbrini hər cümə və ya həftədə iki dəfə ziyarət edirdi. Bu əməl Həzrət Peyğəmbərin (s) mübarək həyatı zamanı baş verirdi.

 

nım Ftimyi-Zәhr (s.ә) möhtərəm atasından sonra da bu işi ömrünün sonuna qədər davam etdirdi. Lakin, nə Peyğəmbər (s), nə imam Əli (ə) və nə də digər səhabələr tərəfindən bu işə heç bir irad göstərilmədi. Bir haldaki o, atasının tərbiyəsi altında böyümüş, elmi də digər şəxslərin elmindən daha çox idi. Belə ki, bu işdə irad olsaydı Həzrət Zəhra onu icra etməz, Peyğəmbər (s) və imam Əlinin (ə) әbәrdrlığın da ehtiyac olmazdı.

  
Rəvayətlərə dİqqət yetİrək:  

1- Həzrət Fatimə (s) hər cümə günü əmisi Həmzənin (r) qəbrini ziyarət edər və orda namaz qılıb, ağlayardı.

 

2- Həzrət Fatimə (ə) Ühüd şəhidlərinin məzarlarını hər gün və ya hər üç gündən bir ziyarət edər, orda namaz qılar, ağlayar və dua edərdi.

 

Ayişə haqqında nəql edilir: O, Məkkədə qardaşı Əbdürrəhmanın qəbrini ziyarət edərdi.

  
Qəbİrlərİn zİyarət eDİLməsİndəN nümunələr 

1-İbn Əli Məlikə deyir: Ayişəni, qardaşı Əbdürrəhman ibn Əbu Bəkrin qəbrini Hubşidə vəfat, Məkkədə dəfn edilib- ziyarət edərkən gördüm. O deyir: Bir gün, Ayişə qəbirləri ziyarət etməyə getdikdə ona dedim:

 

-Məgər Peyğəmbər (s) qəbirlərin ziyarətini qadağan etmədimi?

 

Cavabında dedi:

 

-Qadağan etdi. Lakin sonradan qəbirləri ziyarət etməyə icazə verdi.

  
Bİr hədİsİn RŞDIRILMSI 

Birinci: Hәzrәt Peyğəmbərdən (s) nəql edilən rəvayətdə oxuyuruq: Allah qəbirlərin ziyarətinə gedən qadınlara lənət etsin.

 

لعن الله زائرات القبور

 

Bu rəvayət Boridənin nəql, Hakim və Zəhəbinin təsdiq etdiyi hədislə nəsx (batil) olur. Həmçinin, Ayişənin Peyğəmbərdən (s) nəql etdiyi hədislə (Peyğəmbər (s) qəbirlərin ziyarətini nəhy etdi. Lakin sonradan buna icazə verdi) ziddiyyət təşkil edir. Belə ki, Zəhəbi Mustədrək kitabına yazdığı haşiyədə Ayişədən nəql edilən hədisi səhih bilmişdir.

 

İkinci: Yuxarıda qeyd edilən rəvayət Ayişənin icra etdiyi işlə ziddiyyət təşkil edir. Çünki, , qardaşı Əbdurrəhman ibn Əbubəkrin qəbrini ziyarət edərdi. Məgər Ayişə Peyğəmbərlə (s) müxalifət qəsdində olub, özünə lənət qazanmaq istəyirdi?

 

Üçüncü: Bu rəvayət, Həzrət Fatimənin (s) hər cümə günü və ya həftədə iki dəfə Peyğəmbərin (s), Həmzənin (ə) və digər şəhidlərin qəbrini ziyarət etməsi ilə ziddiyyət təşkil edir.

 

Məgər, Həzrət Fatimə (s) Peyğəmbərin (s) sünnəsi ilə müxalifət etmək əzmində idi? Bəlkə -Allaha pənah aparıram- xanım əziz atasının sünnəsindən xəbərsiz idi? Bir halda ki, o, digərlərinə nisbətdə, Peyğəmbərin sünnəsini dh yaxşı bilirdi. Necə ki, ailə üzvləri evdə baş verən hadisələrə agahdırlar.

 

Həmçinin, Həzrət Fatimə Peyğəmbərin (s) həyatı zamanı, yeddi il müddətində Ühüd şəhidlərinin qəbrini ziyarət edərdi. Bəs niyə Peyğəmbər (s) bu müddət ərzində bu işə etiraz etmədi? Hətta, Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra da xanım hәzrәtin öz qəbrini dә ziyarət edərdi. Bu haqda imam Əlidən (ə) belə nəql edilib: Peyğəmbər torpağa tapşırıldıqda Fatimyi-Zəhra (s) onun qəbri kənarında durdu və bir ovuc torpaq götürüb gözü üstə qoyub, ağladı və bu şeri oxudu...

 

Əgər qadınlara qəbirləri ziyarət etmək haram idisə, niyə imam Əli (ə) və digər səhabələr Həzrət Fatiməni (s) bu işdən çəkindirmədilər?

  
Əhli sünnə alimlərinin fətvası 

Dördüncü: Əhli sünnə alimləri qadınların qəbirləri ziyarət etməsinin caiz olmasına fətva vermişlər. Hədisdə gələn lənət, qadınların səbirsizliyi üçündür. Lakin qadınlar səbirli olduqda onlara qəbirlərin ziyarəti caiz sayılır. Necə ki, Ət-tacul-Cameul-Usul kitabının müəllifi bunu təsdiq edərək deyir: Hədisdə işlənən lənət kəlməsi qadınların qəbirlərin ziyarət etməsinin haram olmasını ifadə edir. Çünki, adətən, onlar çox səbirsizlik edirlər.

 

Hədisdə qadınların dəfn mərasimində iştirakı və qəbirləri ziyarət etməsinin qdğn edilməsi bu mənadadır. Lakin, qadınlar səbirli olub təmkinlərini pozmasalar və gözəlliklərini yad kişilərə göstərməsələr qəbirləri ziyarət etmələrində heç bir maneə yoxdur. Bunu təsdiq edən amillər aşağıdakılardan ibarətdir:

 

1- Birinci hədisin ümumi mənası;

 

2- Ayişənin etirafı; (Peyğəmbərə dedi: Necə ziyarət edim? O həzrət buyurdu: Mənim kimi de: Əssəlamu əla əhliddiyari minəl mumininə vəl musliminə...)

 

3- Ayişənin rəftarı;

 

O, qardaşının qəbrini ziyarət edərdi. Abdullah ibn Əbi Məlikə ona etiraz etdikdə, dedi: Peyğəmbər (s) qəbirlərin ziyarətini nəhy etdi, lakin sonradan qəbirləri ziyarət etməsinə icazə verdi.

 

4- Molla Əli Qari deyir: Hədisin zahiri mənası (Sizi qəbirləri ziyarət etməkdən çәkindirmişdim. Lakin bundan sonra qəbirləri ziyarət edin)

 

نهیتکم عن زیارة القبور فزورها Ümumi anlamdadır, çünki نهیتکم (nәhәytukum) kəlməsində olan xitab kişilərə olduğu kimi qadınlara da aid olur. Hədisdə bitişik yzıln şәs әvәzliyinin kişi cinsi üçün gətirilməsində məqsəd, onun ümumi məna daşıması və ya xitabın ilk növbədə kişilərə aid olması ilə əlaqədardır. Buna baxmayaraq, hədis, qadınlara da aid olur. Elə buna görə də qəbirləri ziyarət etməkdə qadınlarla kişilər bərabər huquqa malikdirlər. Bu anlaşma Peyğəmbərdən (s) nəql edilən hədislə müvafiqdir: O həzrət bir qadının qəbir kənarında ağlamasını gördükdə ona səbirli olmağı tövsiyə etdi. Lakin, on qəbiri ziyarət etməyi qdğn tmәdi.

 

5- İbn Əbdul Birr deyir: Qadınlar üçün qəbirlərin ziyarətini ciz bilən şəxslərin dəlilləri Abdullah ibn Məhəmməddən nəql etdiyim hədisdir.

 

O, deyir: Əbdulhəmid mənə bir hədis danışdı...İbn Məlikə çatdıqda, deyir: Bir gün Ayişə qəbirlərin ziyarətinə getdikdə ona dedim:

 

- Məgər Allahın Peyğəmbəri (s) qəbirlərin ziyarətini qadağan etməmişdimi? Dedi:

 

-Bəli, qdğn tmişdi. Lakin, sonradan qəbirlərin ziyarətinә icazə verdi.

 

Həmçinin, İbn Әbi Məlikədən də nəql edilmişdir:

 

Ayişə qardaşının qəbrini Hdəcin içindən ziyarət etmişdir.

 

Əbu Bəkr deyir: Musərrəd mənə Nuh ibn Dərracdan, o da Əban ibn Təğləbdən, o da Cəfər ibn Məhəmməddən nəql ilә bir hədis danışdı. Hədis belədir: Peyğəmbərin (s) qızı Fatimə (ə) həmişə cümə günləri Həmzə ibn Əbdülmütəllibin (ə) qəbrini ziyarət edər və əlamət üçün üzərinə daş qoyardı.

 

Ənəsin rəvayəti haqqında Qəstəlaninin sözü

 

Ənəs deyir: Peyğəmbər (s) qəbrin yanında ağlayan qadının yanından keçdikdə ona buyurdu: Təmkinli ol, doğmalarınin ayrılığına səbr et.

 

Peyğəmbəri tanımayan o qadın dedi:

 

-Məndən əl çək, sən mənə üz vermiş müsibətdən xəbərsizsən...

 

Bu hədisin iddiamızla (qadınların qəbirləri ziyarət etməsinin caiz olması) necə müvafiq olmasına irad edənlərin cavabında deyirik: Peyğəmbər (s) o qadını qəbri ziyarət etməkdən çəkindirmədi. Məlum olur ki, qəbrin ziyarət edilməsinin ziyarət edən istər qadın olsun, istər kişi, istər müsəlman olsun, istər kafirheç bir iradı yoxdur. Çünki, Peyğəmbər (s) kəlamında heç bir şərh verərək açıqlamamışdır.

 

Nuri deyir: Bütün alimlər qadınların qəbirləri ziyarət etməsini caiz bilmişlər.

 

O deyir: Konkeret olaraq, müsəlman şəxslərin qəbirlərini ziyarət etmək kişilər üçün müstəhəbdir. Çünki, Müslimdən rəvayət olan hədisdə Peyğəmbərin (s) belə buyurduğu nəql edilir: Sizi qəbirləri ziyarət etməkdən çəkindirdim. Lakin, bundan sonra qəbirləri ziyarət edin. Çünki bu iş sizə axirəti xatırladır.

 

Lakin qadınların qəbirləri ziyarət etməsi onların taqətsizliklərinə görə məkruh edilmişdir. Əbi Hüreyrənin hədisini rəvayət edən Tirmizi deyir: Hədis (Allah qəbirləri ziyarət edənlərə lənət etsin) həsən və səhihdir. Bu rəvayət qadınların ziyarət zamanı növhə deyib, ağlayıb, ah-nalə etməsinə, bir-bir ölən şəxslərin adlarını çəkmələrinə və ya onların yaxşı əxlaqlarını xatırlamaqlarına aiddir. (Necə ki, bu, qadınların adəti sayılır).

 

Qurtəbi deyir: Bu hədis, əksər vaxtını qəbristanda keçirən qadınlara aiddir. Necə ki, hədisdə ifadə olunan zavvarat kəlməsi (mübaliğə forması) buna sübut hesab edilə bilər.

 

Bəhsin xülasəsi: Qəstəlaninin nəzərinə görə qadınların qəbirləri ziyarət etməsi caiz, lakin məkruhdur. Qadınların ziyarətini lənətləyən hədisə gəldikdə isə o da qadınların ziyarət zamanı ağlayıb, növhə demələrinə, ah-nalə etmələrinə... əsaslanmışdır.

 

Əbdulbirr bu hədisləri nəql etdikdən sonra deyir: Əbu Bəkr demişdir: Bir nəfərin Əbu Abdullahdan (Əhməd ibn Hənbəl) qadınların qəbirləri ziyarət etməsi haqqında soruşmasını eşitdim.. O, cavabında demişdir: Ümid edirəm bu əməldə irad olmasın.

 

Yenə ona, Ayişə qardaşının qəbrini ziyarət edərdi sualı verildikdə demişdir: Lanki, İbn Abbasdan nəql edilən bir hədisdə Peyğəmbər (s) qəbirləri ziyarət edən qadınları lənətləmişdir.

 

Sonra özü sual edərək soruşub: İbn Abbasdan nəql edilən hədisin sənədində dı çәkilәn Əbu Saleh necə şəxsdir? Nəzərə çarpır ki bu sözü ilə Əbu Salehin zəif olmasını xatırlamaq istəmişdir. Sonra sözünə əlavə edərәk deyir: İnanıram ki, Aişə qardaşının qəbrini ziyarət etmişdir.

 

Hafiz Albani Allah qəbirləri ziyarət edən qadınlara lənət edir hədisini nəql edərək, deyir: Hədislər arasında bu hədisi təsdiq edən ayrı bir hədis görmədim. Bu hədis الرج لعن الله المتخذین علیها hədisinin bir hissəsidir. Hər ikisinin sənədi zəifdir. Doğrudur, bəzi şəxslər bu hədisə istinad dәrәk qdınlr üçün qәbir ziyrәtinin hrm lmsını sübut etmək istəmişlər. Amma mən onlara bu hədisi Peyğəmbərə aid etməməyi tövsiyə etdim. Çünki, bu hədis səhih deyil.

 

İbn Abidin yazır: Peyğəmbərin (s) qəbrini ziyarət etmək qadınlar üçün müstəhəbdirmi? Səhih hədislərə əsasən, Peyğəmbərin (s) qəbrini ziyarət etmək müstəhəbdir və heç bir kərahəti yoxdur. Əlbəttə, kərahətin olmaması alimlərin tövsiyələrinə əməl etmək şərtilədir. Amma (məzhəbimizdə) ən səhih kəlam Kərxi və qeyri kərxilərin sözləridir. Kərxinin sözünə əsasən qəbirlərin ziyarəti həm qadınlar, həm də kişilər üçün heç bir iradı olmadan caizdir. Qeyri kərxilərin sözlərinə əsasən, qəbirlərin ziyarəti qadınlar üçün müstəhəbdir. Çünki, səhabələr ümumi mənada demişlər: Qəbirlərin ziyarəti müstəhəbdir. (Bu qadınlara da aid olur). Hətta, Nəsrul-libab kitabının müəllifi qəbirlərin ziyarətini vacib bilmişdir.

 

Tirmizi yazır: Bu hədis لعن رسول الله زائرات القبور həsən və səhihdir və bəzi elm sahiblərinin nəzərinə görə, Peyğəmbər (s) qəbirlərin ziyarətini icazə verdiyi hökm qadın və kişilərin hamısına aid olur.

 

O, yazır: Bəzi alimlərin qadınların qəbir ziyarətinә getməsini məkruh hesab etməsi onların ziyarət zamanı ağlayıb, halsızlıq etməsi ilə bağlı olub

 

Qəstəlani yazır: Qadınların Peyğəmbərin (s) qəbrini ziyarət etməsi məkruh sayılmır, hәtt müstəhəbdir. Necə ki, İbn Rüfət və Əl-Qumuli demişdir: Yaxşı olardı ki, digər qəbirlərin ziyarəti, Peyğəmbər (s) və övliyaların ziyarəti kimi qadınlar üçün müstəhəb hesab edilsin.

  
Hədİsİn sənədİ haqqında müzakİrə:  

Qeyd etdiyimiz لعن رسول الله زائرات القبور hədisi üç vasitə ilə rəvayət edilmişdir: 1-Hәssan ibn Sabit; 2- İbn Abbas; 3- Əbu Hüreyrə.

 

a) İbn Macə bu hədisi hər üç vasitə ilə nəql etmişdir.

 

b) Əhməd bu hədisi iki vasitə ilə Həssan ibn Sabit və Əbu Hüreyrədən nəql etmişdir.

 

c) Tirmizi bu hədisi yalnız Əbu Hüreyrədən, Əbu Davud yalnız İbn Abbasdan nəql etmişdir. Lakin Buxari və Müslim bu hədisi qeyd etdiyimiz üç vasitənin heç birindən nəql etməmişdir. Həmçinin, Sünən shibləri hədisin nəqlində eyni fikirdə deyillər. Əlbəttə, İbn Macə, Əhməd və Tirmizi Hüreyrənin hədisində həmfikirdirlər. Amma, birinci vasitədə (Hәssan ibn Sabitdən nəql edilən hədis) İbn Macə və Əhməd , ikinci vasitədə (İbn Əbbasdan nəql edilən hədis) Əbu Davud və İbn Macə eyni fikrə malikdirlər.

 

Hədis vasitələrində yaranan anlaşılmazlıq:

 

Birinci hədisin (İbn Macə və Əhmədin Həssan ibn Sabitdən nəql etdiyi) sənədində Abdullah ibn Osman ibn Xəsimin adı var. Onun nəql etdiyi hədislər etibarlı sayılmır. Necə ki, İbn Durəqi bu sözü İbn Muindən nəql etmişdir.

 

İbn Hatəm, Abdullah ibn Osman ibn Xəsim haqqında fikrini açıqlayaraq deyir: İbn Osmanın nəql etdiyi hədislərə etibar edilmir.

 

Nəsai, Abdullah ibn Osman haqqında yazır: Onun hədislərinə etinasız yanaşılır.

 

Habelə bu hədisin sənədində Əbdurrəhman ibn Bəhmənin adı var. İbn Xəsimdən başqa heç kəs onun hədisini nəql etməmişdir.

 

İbn Mədini deyir: Mən onu tanımıram.

 

Hədisin sənədində Əbu Salehin adı hallanır. Əbu Hatəm onun haqqında deyir: Onun nəql etdiyi hədislərə etina edilmir.

 

Nəsai isə yazır: O, ravilər sırasında etibarlı (siqə) sayılmır.

 

İbn Ədi deyir: Keçmiş alimlər içərisində ondan razı olan bir şəxs tanımıram.

 

Üçüncü hədisin sənədində (Əbu hüreyrədən nəql olunan hədis) Ömər ibn Əbu Sələmənin adı var. Nəsai yazır: O hədis elmində güclü sayılmır.

 

İbn Xuzeymə deyir: Onun hədislərinə etina edilmir.

 

İbn Muin demişdir: O, zəifdir.

 

Həmçinin, İbni Hatəm onun haqqında yazır: Onun nəql etdiyi hədislər etibarlı sayılmır.

 

Göründüyü kimi bu hədisin hər üç sənədində əsaslı iradlar vardır. Bəlkə, bu səbəbdən də Buxari və Müslim o hədisi öz səhihlərində gətirməmişlər. Bu ziddiyyət və iradlardan əlavə, fəqihlər bu hədisin şərhində qəbirlərin ziyarətini qadın və kişilər üçün caiz, hәtt müstəhəb hesab etmişlər.

  
Qəbİrlərİn kənarında namaz qılıb dua oxumaq 

1-Vəhhabilərin nəzəri

 

2-Vəhhabilərin nəzərinə cavab

 

3-Həzrət Fatimənin (s) davranışı

 

4-Müsəlmanların davranışı

 

5-Vəhhabilərin inancı ilə müxalifət edən alimlərin nəzərləri

 

6-Üzü qibləyə və ya şərəfli qəbirlərlə üz-üzə dayanmaq

 

7-Peyğəmbərin (s), qəbirləri məscid etməkdən çəkindirən hədisinin izahı

 

8-Fəqihlərin məqbərələrdə namaz qılmağa icazə verdiyi hökmlər.

  
Qəbİrlərİn kənarında namaz qılıb dua oxumaq 

1. Peyğəmbərin (s) və s. şəxslərin qəbirlərinin kənarında namaz qılıb dua oxumaq

 

Vəhhabilər Peyğəmbərin (s) və s. şəxslərin qəbirlərinin kənarında namaz qılıb dua oxumağı qadağan edir və bu işi şirk, küfr hesab edirlər. İbn Teymiyyə yazır: Səhabələr Peyğəmbərin qəbrinin ziyarətinə gəldikləri zaman ona salam verər, dua etmək istədikdə isə üzlərini şərəfli məzardan çevirərək qibləyə tərəf dayanıb Allaha dua edərdilər. Həmçinin digər qəbirləri ziyarət etdikdə də bu işi yerinə yetirirdilər. Bun görә dә keçmiş alimlərin heç biri qəbirlərin kənarında namaz qılmağı müstəhəb bilməmiş və hətta orda qılınan namazı digər yerlərdə qılınan namazdan fəzilətli hesab etməmişlər. nların hamısı məsciddə və evdə qılınan namazları üstün hesab etmişlər.

 

Cavablar:

 

Birinci: Hər yerdə və məkanda namaz qılıb dua oxumağı caiz bilən çoxlu rəvayətlər buna dəlalət edir ki, Peyğəmbərin (s) və digər övliyaların qəbirlərinin kənarında da namaz qılıb dua oxumaq caizdir. Çünki, hədislərdə gələn ümumi məna dediyimizi təsdiq edir.

 

İkinci: Dinin təlimlərinə görə şərəfli, ehtiramlı olan yerdə namaz qılıb dua oxumağın fəziləti vardır. Digər tərəfdən, hər bir məkanın şərəfli olmasına səbəb orda dәfn lunn şəxsilə əlaqədardır. Məgər din baxımından Peyğəmbərin (s) qəbri şərəfli hesab edilmirmi?

 

Üçüncü: Həmçinin و لو انّهم اذ ظلموا انفسهم جائوك فاستغفروالله ayəsi Peyğəmbərin (s) qəbrinin yanında dua etməyin üstünlüyünə dəlalət edir. Çünki جائوك kəlməsi həm Peyğəmbərin (s) həyatda olmasını, həm də ölümdən sonrakı həyatını əhatə edir. Bu üzdən də dünyasını dəyişmiş Peyğəmbərə (s) göstərilən ehtiram ona sağlığında edilən ehtirama bərabərdir. İmam Malik, Mənsurla müzakirələrində bu məsələyə toxunmuşdur.

 

Dördüncü: Həzrət Fatimənin (s) həyat tərzi vəhhabilərin etiqadının əksidir. O, əmisi Həmzənin (r) qəbrini hər cümə günü ziyarət edər, namaz qılar və ağlayardı.

 

Hakim bu rəvayət haqqında deyir: Bu hədisin raviləri axıra kimi sadiq (siqə) şəxslərdir. Mən qəbirlərin ziyarət edilməsini təkid edən hədislər haqqında əsaslı tədqiqat apardım. Xalqı qəbirlәrin ziyarətinə təşviq tməklə savab qznmq istəyirdim. Bəzi ndn şəxslər qəbir ziyarətinin dnılmz sünnələrdən biri olduğunu bilməlidirlər. Diqqət edilməlidir ki, Həmzə 3-cü hicri ilində şəhid edildi. İslam peyğəmbəri (s) 11-ci hicri ilində dünyasını dəyişdi. Fatimə bu müddət ərzində (7 il) hər cümə günü Mədinəni tərk edib, Həmzənin qəbrini ziyarət etməyə gedirdi. Bu hadisə Peyğəmbərin (s) gözü önündə baş verirdi. O, Fatiməni bu işdən çәkindirib uzaqlaşdırmadı. Fatimə (s) atasından sonra da Əhli-sünnənin dediyinə əsasən altı ay ömür sürdü və bu qısa müddət ərzində də Həmzənin qəbrinin ziyarətinə gedirdi. Bu iş də səhabələrin və Əli ibn Əbitalibin gözü önündə baş verirdi və onlar da Fatiməni bu işdən çәkindirmir. Bir rəvayətdə qeyd edilmişdir: Həzrət Siddiqyi-Tahirə (s) Ühüd şəhidlərinin qəbirlərini hər 2-3 gündə ziyarət edir, namaz qılır, dua oxuyur və ağlayırdı.

 

Məgər həqiqətdə də peyğəmbərin sünnəsi Fatimədən - (s) necə ki, Allah onun sevinci ilə sevinir, qəzəbi ilə qəzəblənir- gizli qalmışdı?

 

Məgər onun qəbirləri ziyarət etməsi Peyğəmbərin (s) sünnəsi ilə müxalif idimi?

 

Doğurdan da bu məsələ İbn Teymiyyə üçün gizli qalmışdı ki, cürətlənib keçmiş alimlərdən heç biri qəbirlərin yanında namaz qılmağı müstəhəb bilməmişdir dyə, iddia etmişdir?!

 

Beşinci: Peyğəmbərin (s) zamanından indiyə kimi müsəlmanların sünnəsi mömin və saleh şəxslərin qəbirlərinin kənarında dua oxumaq, namaz qılmaqdır. Aşağıda qeyd edilənlər buna nümunə ola bilər:

 

1- Ömər ibn Xəttabın rəftarı:

 

Təbəri yazır: Ömər bir dəstə ilə həcc səfərinə getdikdə bir qoca kişi ona yaxınlaşıb kömək istədi. Ömər Həccdən qayıdanda Əbva adlı istirahət məkanında o kişi haqqında ətrafdakılardan soruşdu. Kömək istəyən kişinin ölüm xəbərini eşitdikdə yerindən qalxıb iti addımlarla onun qəbri yerləşən məkana üz tutdu. Qəbrin kənarında namaz qıldı və qəbri qucaqlayıb ağladı.

 

2- İmam Şafeinin fətvası:

 

O, deyir: Hər istəyim olanda Əbu Hənifəyə təvəssül edirəm. Namaz qılıb, qəbrinin ziyarətinə gəlir və qəbrinin kənarında öz istəyimi Allahdan diləyirəm.

 

3- Məruf Kərxinin qəbri:

 

Zəhri nəql edərək yazır: Məruf Kərxinin qəbri yanında hacətlərin müstəcab olması təcrübə edilmişdir. Həmçinin, qeyd edilir ki, hər kəs onun qəbri kənarında yüz dəfə Qul huvəllahu əhəd ayəsini oxusa bütün istəkləri həyata keçəcəkdir.

 

İbrahim Hərbi yazır: Məruf Kərxinin qəbri dərdlərin dərmanıdır. Bu dəfələrlə təcrübə edilmişdir.

 

Zəhəbi yazır: Giriftar insanların duası onun (Kərxinin) qəbri yanında həyata keçir. Çünki, dua ehtiramlı qəbir sahiblərinin yanında müstəcab olur.

 

Kərxinin qəbri haqqında Əhməd ibn Fəth yazır: Bəşərdən (uca məqamlı tabeinlərdən biri) Kərxinin qəbri haqqında soruşduqda cavabımda buyurdu: Hər kəs dualarının qəbul olmasını istəyirsə onun qəbrinin ziyarətinə gəlib, dua etsin. İnşallah duası qəbul olunar.

 

İbni Səddən belə nəql edilir: Kərxinin qəbri yanında yağış yağması üçün Allaha dua edilir. Xalq gecə gündüz onun qəbrinin ziyarətinə gəlirlər.

 

Sebt ibn Cuzi Bağdadda olan ustadlarının birindən Ovnuddinin belə dediyini eşidib: Mənim xəzinədarlıq vəzifəsini qəbul etməyimə səbəb nəql etdiyim hadisə olmuşdur. Yaşayışımız ağır vəziyyətdə idi. Hətta bir neçə gün yeməyə çörək də tapa bilmirdim. Ailə üzvlərindən bəziləri mənə Kərxinin qəbrini ziyarət etməyi təklif etdilər və dedilər ki, onun qəbrinin yanında Allaha dua edim. Çünki, onun qəbri yanında dualar qəbul edilir.

 

Mən Mərufun qəbrinin ziyarətinə gedib orda namaz qılıb, dua oxudum. Sonra ordan uzaqlaşıb Bağdada, ordan da Qətfəta getmək fikrindəydim. Yolda köhnə bir məscid gördüm. İçərisinə daxil olub iki rәkət namaz qılmaq istədim. Məsciddə həsir üzərində uzanmış bir xəstə gördüm. Yanında oturub , nə istədiyini soruşdum. Armud istədi. Baqqal (meyvə dükanı) dükanına gedib önlüyümü əmanət qoyub iki armud və bir alma alıb xəstənin yanına qayıtdım. O, armudu yedi. Sonra məndən qapını bağlamağı istədi. Qapını bağladım. Uzandığı yerdən qalxıb üzünü mənə tutub dedi:

 

-Buranı qaz.

 

Mən tapşırığını yerinə yetirməyə başladım. Qazdığım yerdə bir kuzə tapıldı. Mənə dedi:

 

Bu kuzəni götür. Sən buna layiqsən.

 

Ondan soruşdum:

 

-Sənin varisin yoxdurmu?

 

Dedi:

 

-Xeyr, mənim yalnız bir qardaşım vardı. Bir neçə il idi onu görmürdüm. Mənə onun ölüm xəbərini çatdırıblar. Biz Rüsaqə adlı məhəllədənik...

 

Onunla bir qədər söhbət etdik. Söhbət əsnasında da canını Allaha tapşırdı. Ona qüsl verib, kəfən etdikdən sonra dəfn etdim... Darul-xilafəyə gedib bir məktub yazdım. O məktubun vasitəsi ilə xəzinədarlıq vəzifəsi mənə tapşırıldı. Sonralar vəzirlik məqamına kimi vəzifələrə ucaldım.

 

4-Şafeinin qəbri:

 

Cövzi deyir: Onun qəbri yanında dua qəbul olunur.

 

5-Bəkar Bəkravi Hənəfinin qəbri (Vəfatı: 280 hic.):

 

O, Qəvafədə dəfn edilmişdir. Qəbri tanınmış ziyarətgahlardan biri sayılır. Deyilənlərə görə qəbrin yanında dua qəbul olunur.

 

6-Hafiz Amirinin qəbri:

 

Camaat gecələr onun qəbrinin ziyarətinə gəlir, ona quran oxuyur və dua edirlər.

 

7-Əbu Bəkr İsfəhaninin qəbri (Hicri 406 vəfatı):

 

O, Hirədə (Nişapur ətrafında olan yer) dəfn edilmişdir. Məqbərəsi ziyarətgahdır. Qəbrindən yağışın yağması tələb edilir. Bu məkanda dua müstəcab olur.

 

8-Seyyidə Nəfisənin qəbri:

 

O, Əbu Məhəmməd, Həsən ibn Zeydin qızıdır.

 

İbn Xəlkan deyir: Xanım Nəfisə Misirdə - Dərhüs-səbada dəfn edilmişdir. Qəbrinin kənarında duaların müstəcab olması təcrübə edilmişdir. Allah ondan razı olsun.

 

9- Nəsr ibn İbrahim Müqəddəsinin qəbri (hicri: 490 vəfatı):

 

O, Şafeiyyə şeyxlərindəndir. Nuri deyir: Böyüklərdən eşitdiyimizə görə, onun qəbri kənarında dualar şənbə günləri müstəcab olur.

 

10-Əbil-Həsən əl-Misrinin qəbri:

 

Əl-Misri Şafeiyyə fəqihlərindən olub. O, 492-ci ildə vəfat etmişdir.

 

İbn-Ənmati deyir: Onun qəbri Qərafədədir. Duaların qəbri kənarında qəbul olması şübhəsizdir.

 

11-Qasim ibn Firə Şatibinin qəbri (hicri:590):

 

Qәrafədə dəfn edilmişdir. Qəbri şöhrət tapmışdır.

 

Təbəqatul-Qurra kitabının müəllifi yazır: Mən o qəbri dəfələrlə ziyarət etmişəm. Dostlarımdan bəziləri onun qəbrinin ziyarətinə getməyimi məsləhət bilmişlər. Qəbrin kənarında duaların müstəcab olmasının şahidi olmuşam.

 

12-İbn Cuzinin qəbri (Hicri: 397):

 

Zəhəbi yazır: Camaat Ramazan gecələrini onun qəbrinin yanında keçirirlər. Orda şam işığında Quran xətm edirlər.

  
Alİmlərİn vəhhabİ fİkİrlərİnə qarşı söylədİklərİ:  

Süyuti Merac әhvltında yazır: Peyğəmbərdən (s) nəql edilir: At belində, Cəbraillə yanaşı gecə yol gedirdik. Cəbrail dedi:

 

Aşağı en, namaz qıl.

 

Mən bu işi yerinə yetirdim. Sonra o, dedi:

 

-Bilirsənmi harda namaz qıldın? Sən Tәyyibədə namaz qıldın. Vaxt gələr ora mühacirət edərsən...

 

Yolumuza davam edirdik. O, dedi:

 

-Aşağı gəl və namaz qıl.

 

Mən onun göstərişini yerinə yetirdim.

 

Cəbrail dedi:

 

-Bilirsənmi harda namaz qıldın? Sən Turi-Sinada - həzrət Musanın Allahla danışdığı məkanda namaz qıldın.

 

Yolumuza davam edirdik. O, yenə dedi:

 

-Aşağı gəl və namaz qıl.

 

Göstərişini icra etdim.

 

Soruşdu:

 

- Harda namaz qıldığını bilirsənmi? Sən Beytul-ləhmdə -İsanın dünyaya gəldiyi məkanda namaz qıldın.

 

Əgər həzrət İsanın doğulduğu məkan böyük əhəmiyyətə malikdirsə və Rəsulullah (s) atından düşüb orda namaz qılırsa, onda demək o həzrətin də doğum yeri və dəfn olunduğu məkan böyük əhəmiyyət kəsb edir və orda namaz qılmağın dəyəri artıqdır.

 

2- İbn Qəyyim Covzi (İbn Teymiyyənin şagirdi) yazır: Hacər və İsmailin Allah yolunda səbr və müqavimətləri, qəriblik çətinliklərini yaşamaları və Tanrı müqabilində təslim olmaları (Allah yolunda qurban verilməsini qəbul etməsi) ilə elə yüksək məqama çatıblar ki, onların ayaq izləri (Səfa və Mərva arasında) qiyamət gününə qədər möminlərin ibadət məkanına çevrildi.

 

Göründüyü kimi, İbn Qəyyim həzrət Hacər və İsmailin ayaq yerlərini qiyamətə qədər möminlərin ibadət məkanı hesab edir. Belə olduğu halda, niyə Peyğəmbərin (s) doğulduğu məkan və dəfn edildiyi yer möminlərin ibadətgahına çevrilməsin?!

  
Dua halında Qİbləyə tərəf dayanmaq 

3- İbn Cəzri deyir: Dualar qəbul olunan məkanlardan biri də saleh şəxslərin dәfn lunduğu qəbristandır.

 

Peyğəmbərin qəbri kənarında üzü qibləyə tərəf durub dua etməyin nöqsanı vardırmı?

 

İbn Teymiyyə səhabələrə işarə edərək deyir:

 

Onlar dua halında qəbirə tərəf deyil, üzü qibləyə durub, dua oxuyardılar.

 

Cavablar:

 

Birinci: İbn Teymiyyə qəbirdən üz çevirib qibləyə tərəf dayanaraq dua edən heç bir səhabənin (hətta bir dəfə də olsun belə) adını qeyd etməmişdir.

 

İbn Əmr deyir: Müstəhəb əməllərdən biri də dua halında Peyğәmbərin (s) qəbrilə üz-üzə dayanıb, qibləyә r çvirməkdir.

 

İkinci: Dua halında qiblədən üz döndərməyin heç bir iradı yoxdur. Necə ki, ayədə deyilir: فَأَيْنَمَا تُوَلُّوا فَثَمَّ وَجْهُ اللَّهِ Hər yana üz döndərsəniz Allah ordadır.

 

Üçüncü: Fəqihlərin bu məsələdə verdiyi hökmlər İbn Teymiyyə və onun ardıcıllarının nəzərlərinə qarşıdır:

 

1- Malikin fәtvası: Mənsur Malikdən, dua halında Peyğəmbərin qəbrinə, ya qibləyə tərəf dayanmağın üstün olmasını soruşduqda, cavabında dedi: Niyə onun qəbrindən üz döndərəsən? Bir halda ki, o həm sənin, həm də atan Adəmin (ə) qiyamət gününə qədər vasitəçisidir. Peyğəmbərin hücrəsinə tərəf üz tut və ondan şəfaət istə. Allah onun şəfaətini qəbul edir.

 

Bu sual-cavabdan aydın olur ki, Peyğəmbərin (s) qəbri kənarında dua oxumaq müsəlmanlar arasında məşhur və tanınan əməllərdən biri hesab edilmiş və bu işin caizliyi hamıya məlum olmuşdur. Lakin, Mənsuru çaşdıran səbəb isə üzü qibləyə və ya qəbirə tərəf durmağın hansının daha fəzilətli olması idi.

 

2-Xəffacinin fәtvası:

 

Şafeinin və bütün alimlərin fikirləri dua halında üzü qəbirə tərəf dayanmaq və qiblədən üz döndərməkdir. Əbu Hənifənin nəzəri də belədir.

 

3-Tədqiqatçı Hənəfinin fәtvası:

 

Kamal ibn İlhimam deyir: Əbu Hənifənin dua halında qibləyə tərəf dayanması fikri yanlışdır. Çünki, İbn Ömərdən nəql edilib: Qiblədən üz döndərib, Peyğəmbərin qəbri ilə üz-üzə dayanmaq müstəhəbdir.

 

Əbu Hənifənin nəzərində bu söz doğrudur və Kermaninin Onun məzhəbi bu mövzuda deyilənlərin əksidir deməsi yanlışdır. Çünki, həzrət diridir və ziyarətçilərini görür. Əgər Peyğəmbər (s) dünyada olsaydı, onun ziyarətçiləri onunla üz-üzə durub qiblədən üz döndərəcəkdilər.

 

4-İbrahim Hərbi Mənasik kitabında yazır: Dua halında qiblədən üz döndərib üzü qəbirə tərəf dayanmaq lazımdır.

 

5-Əbu Musa İsfəhani Malikdən nəql edərək deyir: Allah rəsulunun (s) ziyarətinə gələnlər qiblədən üz döndərib qəbirə qarşı dayanıb o həzrətə salam göndərib, dua oxusunlar.

 

6-Səmhudi deyir: Şafeinin ardıcılları və digərləri belə nəql etmişlər: Ziyarətçilər qəbrin qarşısında dayanıb üzünü qiblədən döndərməlidir. Hənbəlinin nəzəri də belədir.

 

7-Səxtyaninin nəzəri:

 

Əbu Hənifədən nəql edilmişdir: Əyyub Səxtyani Peyğəmbərin (s) qəbrinə yaxınlaşıb, arxasını qibləyə, üzünü isə qəbirə tərəf tutub ağladı.

 

8-İbn Cəmaətin fәtvası:

 

O, deyir: Peyğəmbərin ziyarətinə gedən şəxs onun qəbrinin ətrafına dolanıb , üzü ilə qarşı-qarşıya dayansın və üzünü qiblədən döndərərək o həzrətə salam versin. Amma Kirmani bütün bu nəzərlərə əks olaraq demişdir: Peyğəmbərin ziyarətinə gələn şəxs qibləyə tərəf dayanaraq dua etməlidir.

 

9-İbn Əlmünkədir:

 

İbrahim ibn Səd deyir: İbn Munkədiri məscidin astanasında namaz qıldığı halda gördüm. Sonra qayıdıb bir az yol getdi. Bu zaman qibləyə tərəf dayanıb, əllərini göyə qaldırıb dua etdi. Sonra qiblədən üz çevirib əllərini qılınc qından çıxarıldığı kimi göyə qaldırıb dua etdi. Bu əməli məsciddən çıxdıqda da kiminləsə xudahafizləşən şəxs kimi icra edib yola düşdü.

 

Dördüncü:

 

Ümumiyyətlə, qəbir kənarında özü də o məkanda Peyğəmbərin dəfn edilməsi üçün təbərrük xatirinə- namaz qılmağın nə iradı var? Əgər İbrahimin (ə) üzərinə çıxdığı daş üzərində namaz qılırıqsa, bununla əlaqədardır ki, o həzrətin ayaq izi o daşın üzərində əks olunub və xüsusi şərəf və ehtirama malikdir. Allah bu haqda buyurmuşdur:

 

وَاتَّخِذُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلّىً

 

İbn Teymiyyənin dediyi Evdə qılınan namazın fəziləti Peyğəmbər (s) və övliyaların qəbri kanarında qılınan namazın fəzilətindən çoxdur. kəlamı heç bir dəlilə əsaslanmır. Çünki, heç bir din rəhbəri belə bir məqama işarə etməmişdir. Baxmayaraq ki, İbn Teymiyyə din rəhbərlərinin buna təkid etməsini iddia edir!

  
Qəbirlərin məscidə çevrilməsinin nəhy edilməsi 

Nəql edilmiş rəvayətlər:

 

1-Allah Yəhudiləri peyğəmbərlərinin qəbirlərini məscidə çevirməklərinə görə lənətlədi.

 

Peyğəmbər (s) buyurdu: Ey uca Allah! Mənim qəbrimi ibadət ediləcək bütə çevirmə.

 

3- Allah, peyğəmbərlərin qəbirlərini məscidlərə çevirən qövmə kəskin əzab nazil etsin.

  
Hədİslərİn tənqİdİ:  

1-Bu hədislərin sənəd baxımından iradı var. Çünki, ravilərin arasında Nəsai və Əbdulvarisin adları çəkilmişdir. Onlar Qədr (etizal) əhli olduqları üçün xalq onların arxasında namaz qılmazdılar. Həmmaq, Əbdülvarisdən nəql edilən varisləri rədd etmişdir.

 

Həmçinin, rəvayətlərin sənədində Əbusalehin adı hallanır. Onun cahil, zəif və ya güclü və mötəbər şəxs olması şübhəlidir. Əbu Salehin Bazam Mövlayi Ümmi Hani olması ehtimal olunur. Bu doğru olduqda o, zəif, mətruk və yalançıdır.

 

Habelə, hədisin sənədində İbn Macə Abdullah ibn Osmanın adı var. Onun haqqında yazmışlar: O, mötəbər şəxs deyil, ondan bir çox səhvlər üz vermişdir və münkürül-hədis-dir.

 

Lakin, Malikin Mütə kitabında nəql etdiyi mürsəldir. Necə ki, İbn Əbdul Birr buna təkid etmişdir. Hədisin sənədində Əta ibn Yəssarın adı qeyd edilmişdir. Halbu ki, o, Peyğəmbəri dərk etməmişdir. Digər baxımdan, bu rəvayətlər İbn Teymiyyənin və vəhhabilərin nəzərinə dəlalət etmir.

 

Çünki, onlar bu hədisdən istifadə edərək deyirlər: Qəbirlərin, müqəddəs məkanların qarşısında namaz qılmaq caiz deyil. Həmçinin qəbirlərin, müqəddəs məkanların üzərində məscid tikmək caiz sayılmır. Bir halda ki, hədisin zahiri Həbəşədə olan kilsəyə işarə edir. Belə ki, Həbəş əhlindən olan saleh şəxs dünyadan köçdükdə qəbri üzərində məscid tikər və sonra onun üzərində müxtəlif şəkillər çəkərdilər. Peyğəmbərlərin (ə) qəbirlərinin üzərində məscidlərin tikilməsinin qadağa edilməsi çəkdikləri şəkillər və şəkillərə pərəstiş etməkləri ilə bağlı idi. Onlar şəkillərə doğru namaz qılır və çəkdikləri şəkillərə, qəbrə səcdə edirdilər. Qəbirlərin üzərində məscid tikilməsinin qarşısı bu hədislərə görə alınıb. Lakin, əgər qəbrin üzərində məscid tikilirsə və namaz qibləyə tərəf və Allah üçün qılınırsa, bu əməlin nə iradı vardır? Necə ki, günümüzdə də müsəlmanlar Peyğəmbərin (s) məscidində və ya Dəmәşqdə olan Zəkəriyya peyğəmbərin məscidində namaz qılırlar.

  
Hədİsİn mənası:  

1- Qutəbi deyir: Əvvəllər məsciddə çəkilən şəkillər yalnız şəkili çəkilən şəxslərin çöhrələri ilə bağlı idi. Onlar çəkdikləri şəkillərlə onun sahibini həmişə xatırlamaq istəyirdilər. Xalq da o şəkilləri görməklə onların yaxşı əməllərini yada salır və onlar kimi saleh əməllər görməyə rəğbətlənir və bu saleh əməl sahiblərinin qəbri kənarında Allah ibadət edirdilər. Lakin, onlardan sonrakı nəsil şəkillərin çəkilmə hədəfini bilməmədiklərindən və həm də şeytanın hiylәsinә uyaraq belə deyirdilər: Babalarımız bu şəkilləri çəkməklə onlara ibadət və təzim edirdilər.

 

Peyğəmbər (s) də belə bir əməli ümməti üçün qadağan edir və onları bu işdən çəkindirirdi.

 

2- Nuri deyir: Bina qəbr sahibinə məxsus olduqda bu işin icrası kərahətlidir. Yox, әgər vəqf edilmiş bir yerdə olsa haramdır. Şafei və onun səhabələri buna təkid etmiş və qəbrin suvaqlanmasını məkruh hesab etmişlər.

 

3- Qəstəlani بنو علي قبره مسجداً ayəsinin şərhində yazır: Bu ayə, qəbirləri məscid edən şəxsləri tənbih edir. Bu da bu işin haram olmasına görədir. Xususilə, bu işi icra edənlərin lənətlənməsi də isbat edilmişdir. Lakin, Şafei və onun tərəfdarları bu işin məkruh olmasına təkid etmişlər.

 

4- Bəndinci deyir: Bu hədisdən məqsəd məscidlə qəbri üz-üzə tikib orda namaz qılmaqdır.

 

O, əlavə edərək deyir: Qəbir kənarında məscid tikmək, orda namaz qılmaq məkruhdur. Amma məhdud bir qəbristanlıqda məscid tikib, orda namaz qılmağın heç bir iradı yoxdur. Çünki qəbirlər və məqbərələr vəqfdirlər və bir-birlərindən fərqlənmirlər.

 

5- Bəyzari deyir: Yəhudi və Məsihilər peyğəmbərlərin qəbrinə ehtiram naminə səcdə edir, onları özlərinə qiblə təyin edirdilər. Digər ibadətlərini də qəbirlərə tərəf icra edirlər. Demək olar ki, qəbirlər onlar üçün bütə çevrilmişdi. Peyğəmbər (s) onlara lənət edir və müsəlmanları bu işdən çəkindirirdi. Lakin bir şəxs, saleh əməl sahibinin qəbri kənarında məscid tikərsə və bu işdən məqsədi yalnız ehtiram xarakteri daşıyırsa və qəbirə təzim etmək qəsdi yoxdursa və namaz qıldıqda diqqəti qəbirə tərəf deyilsə, Peyğəmbərin lənətinə tuş gəlmir.

 

6- Sindi deyir: Onlar peyğəmbərlərin qəbirlərini məscid etdilər. Yəni, namaz vaxtı onu qiblə sanaraq ona tərəf ibadət edirdilər. Ya qəbirlərin üzərində məscid tikib orda ibadətlə məşğul olurdular. Bəlkə də bu işin kərahətli sayılması qəbrin özünə ibadət edilməsi ilə bağlı olsun. Çünki, bu peyğəmbərlərin, övliyaların və alimlərin qəbirləri haqqında çox ehtimal edilir.

 

7- Nәvә deyir: Alimlər xatırlamışlar ki, Peyğəmbər (s) öz qəbrini və ya digərlərinin qəbirlərinin məscid edilməsini nəhy etdi. O, müsəlmanların onun qəbrinə ehtiram etməkdə israfa varacaqlarından qorxurdu. Çünki, bunun küfrlə nəticələnəcəyini bilirdi. Necə ki, keçmiş ümmətlər bu azğınlığa qurşanmışdılar.

 

Müsəlman cəmiyyətləri genişləndikdən sonra səhabə və tabeinlər Peyğəmbərin (s) qəbrinin genişlənməsini zəruri hesab etdilər. Nəticədə məscidin genişliyi Peyğəmbərin (s) xanımlarının evini, özünün, Əbubəkrin, Ömərin dəfn olunduğu yeri də əhatə etdi. Qəbrin görsənməməsi və namaz qılanda xalqın onunla üz-üzə dayanmaması üçün ətrafında hündür divar tikdilər. Belə ki, qəbrin Şimal tərəfindən iki bina tikdilər və bu binalar bir-birinə qovuşaraq qəbri tmamilə ziyarətçilərin nəzərlərindən gizli saxlayırdı. Beləliklə, onlar qəbirlə üz-üzə namaz qıla bilmirdilər,

 

Bu üzdən də hədisdə qeyd edilmişdir: Əgər Peyğəmbərin (s) qəbrinin məscid olma qorxusu olmasaydı, xalqla mübarək qəbir arasında divar tikilməzdi.

  
Qəbrİstanda namaz qılmaq haqqında fəqİhlərİn hökmlərİ 

1- Malikin fətvası: Əbul Qasimdən soruşdular:

 

-Malik üstü örtülü qəbirlə üz-üzə durub namaz qılmağı caiz bilirdimi?

 

O, dedi:

 

-Malik qəbristanda namaz qılmağı iradsız hesab edir. Çünki, özüdə qəbiristanlıqda, ətrafında qəbirlər olan yerdə namaz qılırdı.

 

2- Əbdül Qəni Nablsinin hökmü: Saleh bir şəxsin qəbrinin kənarında məscid tikməyin, qəbir sahibinin mənəvi saflığından faydalanmaq üçün yanında namaz qılmağın, ona təzim etməmək və namaz halında diqqətini ona yönəltməmək şərti ilə, heç bir iradı yoxdur. Çünki, həzrət İsmayılın mərqədində (Məscidul Haramda, Kəbə evinin yanında) namaz qılmağın fəziləti digərlərin savabından üstündür.

 

3- Əbdül Qəni deyir:

 

Əgər qəbir olan yerdə məscid tikilsə, yaxud bu iş yol üstündə icra edilsə, ya kimsə orda əyləşmiş olsa, yaxud qəbir övlyaların birinə məxsus olsa ya tədqiqatçı alimin qəbri olarsa, onun ruhuna hörmət olaraq və həmçinin qəbir sahibinə görə duasının qəbul olmasını düşünüb təbərrük üçün bu işi görərsə, ona irad edilə bilməz. Çünki, insan əməlinin dəyəri niyyəti ilə bağlıdır.

 

4. Əbu Maliki deyir:

 

Hər kəs saleh bir şəxsin qəbrinin kənarında məscid tiksə, onun məqbərəsində namaz qılsa və bu etdiyi əməllərdən məqsədi təbərrük etmək və dualarının qəbul olması olarsa, heç bir iradı yoxdur. Buna dəlilimiz həzrət İsmayılın (ə) Məscidul-Həramda, Kəbə evinin kənarında yerləşən qəbridir. O məkanda namaz qılmağın fəziləti digər yerlərdən daha üstündür.

 

5. Bəğəvi deyir:

 

Bəzi alimlərin nəzərinə əsasən qəbristanda, qəbirlər qarşısında namaz qılmağın iradı yoxdur. Əlbəttə, bu şərtə əsasən ki, namazını pak yerdə qılsın.

 

Rəvayətlərdə qeyd edilir: Ömər, Ənəs ibn Maliki bir qəbrin yanında namaz qıldığı zaman gördükdə, ona dedi: Bu qəbirdir! Bu qəbirdir! Amma, ona namazın yenidən qılmasını təkid etmədi.

 

Həsən Bəsri haqqında deyilir: O, qəbristanlıqlarda namaz qılardı.

 

Malikdən nəql edilir: Qəbiristanda namaz qılmağın iradı yoxdur!.

 

Bəzi məkanlarda (hamam, qəbiristan) namaz qılmaq bir neçə səbəbə görə nəhy edilmişdir.

 

1- Hamamda nəcis şeylərin toplandığı üçün.

 

2- Qəbristanlıqda ölülərin ət və sümüyü torpağa qarışıb, onu nəcis etdiyi üçün. Əgər qeyd etdiyimiz məkanlarda pak yer tapıls orda namaz qılmağın maneəsi yoxdur.

 

Fəqihlərin aşkarcasına qəbristanlıq və müqəddəs məkanlarda namaz qılmağın heç bir iradı olmamasını xatırlamalarına baxmayaraq, vəhhabilər yenə də orda namaz qılanları küfrlə, şirklə ittiham edir və bu şəxslərin qəbir sahiblərini ibadət etməsini deyirlər. Bir halda ki, Ənəs ibn Malik, Həsən Bəsri qəbristanlıqda namaz qılırdılar!

          
 
      İrşadüs-sari, c. 2, səh. 324.  Ehyaul-ülum, c. 2, 247.   Furqanul-Quran, səh. 133.  Müsnədi Əbdürrəzzaq, c.3, səh. 572 547, Sünəni-kubra, c.4, səh.131.   Sunəni-kubra, c.4, səh.131; Müstədrəkül-hakim, c.1, səh.533.  Hәmin mәnbә.  Hubşi Məkkə yaxınlığında yerləşən dağ adıdır. Mucəmul-bəyandn c.2. səh,214.   Musnədi-Əbdur-rəzzaq, c.3, səh.540.  Sunənul-kubra c.4, səh.131.  Bu hədisi sünən sahibləri Buxari və Müslümdən başqa- nəql etmişlər; Müsnədi-Əbdurrəzzaq, c.3, səh.569.  Sunənul-kubra, c.4, səh.131, Mustədrəki hakim c.1, səh.374.   O, demişdir: bu hədis səhihdir.  İrşad-əs-sari, 3; 352. ötən bəhsimizdə təbərrük mövzusunda bu haqda müzakirə etdik. Həzrət Fatimənin (s) şeri belədir:  ما ذا علی من شمّ تربة احمد ان لا یشم مدی الزمان غوالیا صبت علیّ مصائب لو انها- صیت علی الایام عدن لیالاً    Peyğəmbərdən (s) nəql edilib:  کنت نهیتکم عن زیارة القبور فقد اذن لمحمد فی زیارة قبر امّه فزوروها فاِنها تذکرة الاخرة Mən sizi qəbirləri ziyarət etməkdən çəkindirirdim. Lakin, Məhəmmədə anasının qəbrini ziyarət etmək icazəsi verildi. Bundan sonra siz də qəbirləri ziyarət edin. Bu iş sizə axirəti xatırladacaqdır. Səhih kitablar müəllifi olan beş nəfər bu hədisi nəql etmişdir. Yalnız Buxari bunu nəql etməmişdir və hәmin ifadə Tirmizidəndir.   Musnədu Əbdur-rəzzaq, c.3, səh.571. Müslim bu rəvayəti səhih kitabında (c.3, səh.64) qeyd etmişdir: Peyğəmbər (s) buyurmuşdur: Cəbrail mənə nazil olub dedi: Sənin pərvərdigarın Bəqi qəbiristanına getməyi və onların bağışlanmasını tələb etməyi göstəriş verir. Peyğəmbər (s) yerindən qalxıb Bəqiyə tərəf yola düşdü. Aişədə Peyğəmbəri müşayiət etdi və Allahın hökmündən xəbərdar oldu. Bu zaman Peyğəmbərə dedi: Bəqi əhlini necə ziyarət edim? Peyğəmbər (s) buyurdu: De: Bu yerin sakinlərinə müsəlman və möminlərin salamı olsun. Allah keçmiş və gələcək nəslə rəhmət eləsin. Niyə Peyğəmbər (s) Aişəni qəbirləri ziyarət etməkdən çəkindirmədi və hətta ona ziyarət qaydalarını təlim verdi.  Ət-tacul-Camiul-usul,  Mirqatul-məfatih, C.4, səh.248   Zəhəbi bu hədisi səhih hesab etmişdir. Mustədrəkul-əhkam, c.1, səh.376  Təmhidul-şərhil-mutə, c.3, səh.234  Bu hədisin لعن الله زائرات القبور sənədində Əbu Salehin adı ilə rastlaşırıq. Əbu Salehin tərcumeyi-halında deyilir: Əhməd demişdir ki, İbn Mehdi Əbu Salehin hədisinə diqqət yetirmədi və onu rədd etdi. Əbu hatəm deyir: Hədis qeyd edilir, lakin ona istidlal edilmir. Nəsai deyir: O, siə deyil. İbnil Mədini Qətandan, o da Suridən nəql edərək deyir: Kəlbi (کلبی) mənə dedi: Əbu Salehin sənə nəql etdiyi hər bir hədis yalandır. Əqili deyir: Muğeyrə Әbu Salehdən hədis nəql edən şəxsə təəccüblənərdi. Əbdulhəqq Əl-əhkam kitabında deyir: Həqiqətdə, Əba Saleh zəifdir. Əl-cuzqani deyir: nun hədisi tərk edilmişdir. İbni Cuzi Əzdinin ona kəzzab (çox yalan danışan) nisbətini verməsini xatırladır. Curcani deyir: Əbu Saleh haqqında belə deyirlər: O, mədh olunmayan nəzər sahiblərindən biridir. Əbu Əhməd Hakim deyir: O, güclü deyil. Alimlərdən nun tibrsızlığı hqd çatan dəlillərə əsasən İbni Həcərin Təhzibul-təhzib-də dediyi bu söz Əcl onu siqə bilmişdir, çünki, Cərh tədildən (cərh-tədil bir yazını qısaldıb islah etmək) qabaqdır. (Kəşful-irtiyab, səh.331. Bu əsasla Vəhhabilər öncə yeni əqidə düzəldir və sonra əqidələrini təsdiq edən bəzi hədislərin axtarışına başlayırlar. Bunun üçün də yalnız və yalnız bir hədis onların etiqadını təsdiq etsə, bununla da müsəlmanların abır-hayası, qanı halal hesab edilir. Və o hədisə möhkəm yapışıb, onu digər mənaya yozmağa hazır olmurlar. Lakin, onlarla digər hədislər onların əqidələrinə əks olsa blә hamısını yalan, qndrm adlandıraraq rədd edirlər. Sizcə əsl dindarlıq budurmu?!    Ət-təmhid fil-şərhil-mutə c,3. səh.234.  Silsilətul-əhadisuz-zəifə və əsəruhas-səlbi fil-amməi, səh.260  Rəddul-muxtar ələd-durrul-muxtar, c.2, səh. 263. Əl-qədir, c.5, səh.121  Əl-camiul-səhih, c.3 səh.372, H.1056.   İrşadus-sari, c.3, səh.400  Sənəd sözü ilə eyni məna daşıyan vasitə (təriq) kəlməsi ravilərin silsiləsi mənasındadır və onların vasitəsi ilə hədis nəql edilir. (hədis elmi kitabı s.241)  Sünəni ibn Macə c.1, səh.502  Müsnədi Əhməd, c.3, səh.442  Müsnədi Əhməd, səh.337 və 356.  Əl-camius-səhih, c.2, səh.370  Sünəni-Əbu Davud, c.3, səh.318  Mizanul-etibar, c.2, səh.459   Mizanul-etibar, səh.551  Təhzibul-kəmal, c.4, səh.6  Risaləti-ziyarətil-qubur, səh.159.   Qazi Əyyaz Mənsur Dəvaniqi ilə Malik ibn Ənəsin müzakirəsini belə nəql edir: Mənsur Dəvaniqi Peyğəmbərin hərəminə girdikdə ucadan danışmağa başladı. Bunu gördükdə Malik ibn Ənəs (Mədinə fəqihi) ona üz tutub dedi: Ey əmirəlmöminin! Səsini məsciddə ucaltma. Allah bir dəstəni ədəbləndirərək onlara Səsinizi peyğəmbərin səsindən uca etməyin (Hucərat 2) deyə əmr etdi: Həmçinin Peyğəmbərin (s) yanında aram və sakit danışan şəxsləri alqışlayıb buyurdu: Allah, Peyğəmbərin yanında sakit danışan şəxslərin qəlbini təqva üçün xalis etmişdir. (Hucərat: 3) Allah-tәala, qapı arxasında dayanaraq fəryad çəkə-çəkə Ey Peyğəmbər! Tez çölə çıx! Deyə qışqıran şəxsləri danlayaraq, buyurmuşdur: Səni qapı arxasında dayanıb uca səslə çağıran şəxslərin əksəriyyəti başa düşmürlər (Hucərat: 4) Sonra Malik dedi: Dünyasını dəyişmiş peyğəmbərə (s) göstərilən ehtiram ona sağlığında edilən ehtiram kimidir. Malikin sözü bura çatanda Mənsur özünə gəlib soruşdu: Dua zamanı qibləyə tərəf qalaq, ya peyğəmbərin hücrəsinə tərəf? Malik cavabında buyurdu: Niyə də Allahın rəsulundan (s) üz döndərəsən? O, həm sənin, həm də atan Adəmin qiyamət gününə qədər şəfaətçisidir. Üzünü peyğəmbərin hücrəsinə tərəf tut. Allah onun şəfaətini qəbul edir. Necə ki, Quranda buyurur:  و لو انّهم اذ ظلموا انفسهم جائوك فاستغفروالله واستغفرلهم الرسول (Əş-şəfa, c.2, səh.1, və c.2, səh.206, Və kəşful irtiyab, səmhudinin nəqli əsasında) Bu macәra digər kitablarda da qeyd edilmişdir: Әssarimul-munra səh.244, İbn Hicr Töhvətul-təvvar kitabında bunu səhih bilmiş və Naqəlin isə bunun mötəbərliyini təsdiq etmişdir. Buxari c.3, səh.33 də bunu nəql etmişdir; Ət-təbərruk, səh.145.   Müsnədul-Əbdur-Rəzzaq, c.3, səh.547, Müstədrəki hakim, c.1, səh.377, Sunənul-kubra c.4, səh.131, Təmhidu şərhi muvattai malik c.3, səh.234, Sunəni beyhəqi c.4, səh.788  Sirəyi əlamun-nubəla, c.2, səh.127.   Vəqaul-vəqa, c.2, səh.p.32; Kəşful-irtiyab səh.388; Şərh İbn Әbil-hədid c.5, səh.40 İkinci əsrin əvvəllərində Həmzənin qəbri üzərində məscid tikdilər. Bu məscid vəhhabilər onu dağıdana kimi qalmışdı. (Vəqaul-vəqa, c.3, səh.922.)   Fəthul-bari, c.8, səh.131  Ziyarətul-qubur, səh.159  İbn Cvzi deyir: Peyğəmbərlərin övliyaların qəbirlərinin kənarında duaların müstəcab olması dəfələrlə sabit edilmişdir . Bunu Sukani Töhfətul- zakirində (səh.46) bəzi şərtlərlə mötəbər bilmişdir. R.K. seyri əlamin-nubəla, c.10, səh.108.  Ər-riyazin-nəzərə, c.2, səh.230.  Sülhül-əxəvan, səh.83; Əl-Qədir, c.5, səh.192; Tarixe Bağdad, c.1, səh.123; Miftahul-səadət, c.2, səh.193.  Mocəmul-təbərani, c.1, səh.122; Əl-qədir, c.55, səh.193; Tarixe Bağdad, c.1, səh.122   Suqutul-suqut, c.2, səh.324; Əl-qədir, c.5, səh.195  Təbaqatul-kubra, c.1, səh.27; Vəfiyatul-əyan c.5, səh.232.  Müstədrəkul elmur-rical, c.7, səh.454; Siryi əlamun-nubəla c.9, səh.343 Əgər Kərxinin qəbri kənarında duaların qəbul olunması doğru olarsa, bu da onun Әhli-beytə (ə) məhəbbəti və imam Rzanın (ə) xidmətində olması ilə əlaqədardır. Əbu Әbdur-rəhman Sələmi deyir: O (Kərxi) imam Rzanın (ə) qaravulçularından biri idi. Mərhum Xoyi deyir: Mənaqibul-əbrar kitabında Şəhr Zuridən nəql edilir: Məruf Kərxi imam Rzanın dostlarından idi. Ata-anası (hər ikisi məsihi idilər) Onu uşaqlıq çağlarında müəllim yanına qoydular. Müəllim Mərufa: Allahın üç olmasına -təslisə- etiqad et dedi: Amma Məruf dedi: Allah birdir. Bu zaman müəllim onu möhkəmcəsinə döydü. O, müəllimin yanından qaçaraq imam Rzanın (ə) yanına gəldi və İmamın vasitəsi ilə islamı qəbul etdi. Müsəlman olduqdan sonra evinə qayıtdı və qapını döyməyə başladı. İçəridən atasının səsi eşidildi: Qapını döyən kimdir? Məruf.  Hansı dindəsən? Atası yenidən soruşdu. Hənif dinindəyəm. Sonralar atası da imam Rzanın sayəsində İslamı qəbul edib müsəlman oldu. Məruf özü haqqında deyir: Mən gündəlik işlərdə həyatımı davam etdirirdim. Amma, bütün bunları boşlayıb yalnız mövlam imam Rzaya (ə) xidmət etməyə başladım.(Möcəmul-ricalul-hədis, c.18, səh.231.) Bu mövzuya oxşar məlumatlar İbn əlkan və digərlərindən də nəql edilmişdir. Nəmazi və Zəhəbi onun haqqında şübhə etmişlər. (Müstədrəkul elmur-rəcul c.7, səh.454; Siyrəyi əlamun nubəla, c.9, səh.343.)  Qətfəta bir neçə bazarı birləşdirən bir məhəllədir. Bağdad şəhərinin qərb hissəsində yerləşir. (Möcəmul bəldan c.4, səh.374)  Vəfiyatul-əyan, c.6, səh.239.  Təbəqatul-qə a, c.2, səh.97  Əl-cəvahiril-muziət, c.1, səh.461.   Əl-qədir, c.5, səh.202; Əl-bidayət və nəhayət, c.1, səh.404.  Vəfiyatul-əyan, c.4, səh.272.  Yenə orda, c.5, səh.424. Seyyidə Nəfisə Əbu Məhəmməd Həsən ibn Zeyd ibn Əli ibn Əbitalibin qızıdır. O, əri İshaq ibn Cəfər əs-Sadiq ilə birlikdə Misirə getdi. Seyyidə Nəfisə pak və təqvalı xanımlardan idi. Bir rəvayətdə deyilir: Şafei Misirə getdikdə Seyyidə Nəfisənin yanına getdi və onun hədislərini dinlədi. Misirlilərin Seyyidə Nəfisəyə dərin etiqadları var. Qəbri hal-hazırda olduğu kimi qalmaqdadır. Şafei dünyasını dəyişdikdən sonra cənazəsini onun yanına apardılar və o, evində ona namaz qıldı. O dəfn olunduğu məkanda yaşayırdı. Hicri 260-cı ildə vəfat etdikdə əri İshaq ibn Cəfər onu Mədinəyə aparıb, rda dəfn etmək istədi. Lakin misirlilər onu öz aralarında saxlamağı İshaq ibn Cəfərdən xahiş etdilər. Hazırda qəbri Qahirə ilə Misir şəhərinin arasında böyük şəxsiyyətlərin məqbərəsi ilə yanaşıdır. (Vəfiyatu-Əyan, c.5, Səh.424.) Zəhəbi deyir: O abid və saleh xanımlardan idi. Qəbri kənarında dua müstəcab olur. Dua peyğəmbərlərin, övliyaların qəbri kənarında da müstəcab olur. (Sirəyi əlamun-Nubəla, c.10, səh.107)  Şəcəratul-zəhəb, c.5, səh.397 488-ci Hicri-qəməri ilinin hadisələri.   Şəcəratul-zəhəb, c.5, səh.402 490-cı Hicri-qəməri ilinin hadisələri.  Təbəqatul-Qura, c.2, səh.32  Sirəyi Əlamun-nubəla, c.2, səh.380.   Əl-xəsaisul-kubra və kəşful-irtiyab, səh.341; Əl-mizan, c.13, səh.1  Peyğəmbərin Meraca getdiyi atın adı Buraq olmuşdur. (Misbahul-munir, bərq kök modeli.  Kəşful-irtiyab, səh.341, Zadul-məad-a istinad olaraq.  Əl-məvahibul-Ləduniyyə kitabına hşiyәnin müəllifi, c.3, səh.406. İbn Cəzrinin bu sözünü Əl həsən , Əl Hüseyn kitabından nəql olunur.   Ziyarətul-qubur risaləsi, səh.159  Kəşful irtiyab, Səh.247 və 340, Əl-qədir, c.5, səh.134  Vəqaul-vəqa, c.4, səh.1376; Əl-məvahibul-ləduniyyə, c.4, səh.409.  Əl-qədir, c.5, səh.135, Kəşful-irtiyab, səh.247-340; Əş-şəfa bitərifil-huquqil-Mustafa, c.2, səh.92.  Şərhul-şəfa, c.3, səh.518.   Orda, səh.3127; Kəşful-irtiyab, səh.260  Vəqaul-vəqa, c.4, səh.1378;  Kəşful-irtiyab, səh.261  Orda, səh.262, digər nüsxələrdə, səh.326, Vəqaul-vəqa, c.4, səh.1378;   Sirəyi Əlamun-nubəla, c.5, səh.358.  Bəqərə surəsi, ayə:125  Vəqaul-vəqa, c.4, səh.1378;  Əhməd, c.2, səh.246, Əl-mütə, c.1, səh.172, h.85, Səhih Buxari, səh.48, Səhih Müslüm, Kitabus-səlat, Al-məsacid səh.19, Müsnədi Əhməd, c.1, səh.218, Qəbirlərin məscidə çevrilməsini və ya ziyarət edilməsini nəhy edən rəvayətlər bir neçə üsulla nəql edilmişdir: a) Nəsai, İbn Quteybədən və o, Əbdülvaris ibn Səiddən, Məhəmməd ibn Cənadədən və o, Əbu Salehdən və o, İbn Abbasdan nəql edərək yazır: لعن الله زائرات القبور و المتحذين عليها الماجر و الرج  b) İbn Macə Əzhər ibn Mərrandan, o, Əbdülvarisdən və o, Məhəmməd ibn Cinadədən və o Əbusalehdən və o da İbn Abbasdan nəql edərək yazır: لعن رسول الله (ص) زوارات القبور Bu rəvayəti İbn Macə Süfyandan, Abdullah ibn Osman İbn Xəsimdən və o, Əbdurrəhman ibn Bəhmanidən və o, Əbdurrəhman ibn Həssan ibn Sabitdən və o da atasından nəql etmişdir. q) Buxari ما يكره من اتخذ المساجد علي قبور babında yazır: لما مات الحسن بن علي ضربت امراته القبه علي قبره سنة ثم رقعت Sonra Aişənin Rəsuli-əkrəmdən nəql etdiyi hədisi qeyd edir: لعن الله اليهود والنصارا اتخذو قبور انبيائهم مسجداًََ قالت و لولا ذلك لابرزوا قبره غير انّي اخشي ان يتخذ مسجداً Həsən ibn Həsən ibn Əli (ə) dünyasını dəyişdikdə arvadı onun qəbri üzərində bir günbəz düzəltdi. Amma bir il keçdikdən sonra onu götürdü. Aişə deyir: Peyğəmbər (s) buyurdu: Allah yəhudi və məsihiləri öz rəhmətindən uzaqlaşdırsın. Çünki, onlar peyğəmbərlərinin qəbirlərini məscidə çevirdilər. Əgər, Peyğəmbərin qəbrinin məscidə çevrilməsi qorxusu olmasaydı müsəlmanlar onun qəbrini aşkarlaşdıracaqdılar. Amma qorxuram ki, onun qəbri məscidə çevrilsin. c) Muslim səhihində nəql edir: الا و ان كان قبلكم كانو يتخذون قبور انبيائهم و صالحيهم مساجد الا فلا تتخذوا القبور مساجد اني انهاكم عن ذلك Agah olun! Sizdən qabaqkı, ümmətlər Peyğəmbər və övlyalarının qəbirlərini məscidə çevirdilər. Siz isə heç vaxt qəbirləri məscidə çevirməyin. Mən sizi bu işdən çәkindirirәm. ğ) Buxari nəql etmişdir: ان ام سلم و ام حبيبه ذكرتا كنيةً رأتاها بالحبشه اسمها مارية فذكرتا من حسنتها و تصاوير فيها ،فقال رسولالله (ص) الئك اذا مات منهم الرجل الصالح بنوا علي قبره مسجداً ثم صوروا فيه تلك الصورة الئك شرّ الخلق عندالله Ümmü Sələmə, Ümmü Həbibə (Peyğəmbərin həyat yoldaşları) Həbəşistanda mühacir olduqları illəri xatırlayaraq deyirlər: Biz orda Mariya adlı bir kilsə gördük. Sonra kilsənin gözəlliyini və divarlarında olan gözəl rəsmləri tərifləməyə başladılar. Onları dinləyən Peyğəmbər (s) buyurdu: Onlar bir xalqdırlar ki, böyük şəxsiyyətlərindən biri öldükdə qəbirləri üzərində məscid tikir və üzərini şəkillərlə bəzәyirlər. Onlar Allah yanında ən pis xalqdırlar. Müslüm və Nəsai bunları nəql etdikdən sonra əlavə olaraq yazmışlar: عند الله يوم القيامة Onlar qiyamət günü Allah yanında ən pis xalqdırlar Səhih Müslüm, c.2, səh.68 və c.2, səh.66; Səhih Buxari Kitabul-məsacid, Kitabul-cənaiz, c.2, səh.111, Sünənün-Nəsai, c.2, səh.781 Kitabul cənaiz.  Mizanul-itidal, c.2, səh.677.  Mətruk o hədisə deyilir ki, onun silsilə sənədində yalançılığa məhkum olmuş şəxs olsun. Həmçinin, bu hədis qaydalara uyumayandır.  Mizanul-itidal, c.4, səh.538.  Orda, c.2, səh.459; Əl-kamil fil süəda, c.4, səh.161. Nəsai onun haqqında deyir: بالقوي ليس İbn Həbban isə demişdir: يخطي كان İbn Muindən belə nəql edilir: بالقوية ليست احاديثه Əli ibn Əl-Mədini deyir: منكرالحديث Bütün bunları İbn Hicr Təhzibut-təhzib kitabında qeyd etmişdir: Kəşfül-irtiyab, səh.331.  Münkər hədisin müqabilində şöhrət tapmış hədis dayanır ki, onun mövzusu ravilərin arasında şöhrət tapmışdır. Bəzən münkər hədis rədd edilmiş (mərdud) kimi də ifadə edilir.  Mürsəl ravilərdən biri bilavasitə olaraq hədisi Peyğəmbər və imamdan eşitməmiş və səhabələrin də vasitəçiliyi olmadan nəql edilən hədisə deyilir.   İbn Teymiyyənin müqəddəs məkanlarda icra edilən əməllərə qarşı haram hökmü verməsi onun şəxsi uydurmalarından sayılır. Çünki, məscid haqda ayə və hədislərdən belə bir məna əldə edilmir. İbn Teymiyyənin bu sözü şiələrə və Əhli-beytə (ə) məhəbbət bəsləyənlərə qarşı olan kin və qəzəbdən irəli gəlir. Hətta yazdığı bir kitabda da -Əmirəl mömininin fəzilətlərini inkar edərək- qəzəb və düşmənçiliyini gizlədə bilməmişdir. Bu şəxsin düşmənçiliyi bir həddə olmuşdur ki, Xəndək savaşında Peyğəmbərin (s) Əlinin (ə) mədhində buyurduğu mütavatir hədisi də (ضربة عليّ يوم الخندق افضل من عبادة الثقلين ) inkar etmişdir.  Habelə, yazdığı Minhacus-səmə kitabında yazır: الرافضة (شيعه) بدلوا دين الله فعمروا المشاهر و عطلوا المساجد مضاماة للمشركين و مخالفةً للمؤمنين Əlbəttə, zatı naqis olan belə bir şəxsin Nəssin müqabilində ictihad etməsi təbii qarşılanmalıdır. Mərhum Şərəfüddin Amili Ən-nəss və ictihad kitabında bəzi səhabələrin və ya onlardan sonrakı şəxslərin özlərinin şəxsi mənafeyləri uğrunda nəssin müqabilində ictihad etmələrindən yetmişə yaxın nümunə gətirmişdir. İbn Teymiyyə bu addımı atan ilk şəxslərdən deyil.  İrşadus-sari, c.3, səh.497 və 99. səhihi-müslim, c.1, səh.197.   Səhihi Müslimin şərhi, c.3, səh.62. İbn Rəfe demişdir: Peyğəmbərlərin qəbirlərinin suvaq edilməsi müstəsnadır və kərahətli sayılmır. Çünki, Allah torpağa peyğəmbərlərin qəbirlərinin çürütməsini haram etmişdir. Onlar qəbirlərində diridirlər və namaz qılırlar... və demişdir ki, namaz qılınan halda qəbirə baxmaq haramdır. Bir şəxslə üz-üzə namaz qılmaq isə məkruhdur. Çünki bu əməl insanın diqqətini namazdan yayındırır. Peyğəmbərin (s) qəbrinə işarə olaraq deyilən sözlər digər qəbirlərə də aiddir. (İrşadus-sari, c.2, səh.97)  İrşadus-sari, c.9, səh.477; c.7, səh.462.   Sünənun-Nəbi, c.4, səh.96.  Əl-mudəvvinətul-kubra, c.1, səh.90.  Əlhəqiqətul-Nədiyyə, c.2, səh.631.   Hәmin mәnbә, səh.630.  Əlməqalat-lilkusəri, səh.246; Səhih Müslimin şərhi, c.2, səh.234. Qisəsül-Ənbiyada qeyd edilib: İbrahim (ə) Məkkəyə oğlu İsmailin ziyarətinə getdikdə onun həyat yoldaşı bir daş gətirdi və sonradan Kəbə onun üzərində tikildi. Həzrət İbrahim daşın üstündə oturdu və İsmailin həyat yoldaşı onun ayaqlarını yuyub suyu onun bədəninə səpdi. Sonra İbrahim (ə) öz vətəninə qayıtdı. İsmail səfərdən qayıtdıqda atasının iyin hiss etdi və xanımından bu haqda soruşduqda, xanımı ona dedi: Bu sənin atanın ayaq qoyduğu daş parçasıdır. İsmail o daşı qoruyub saxladı, onu öpüb təbərrük etdi. Sonralar Kəbə evi o daşın üzərində tikildi. Xalq Quranın göstərişinə əsasən İbrahim Məqamına ehtiram bəsləyirlər. Belə isə, Peyğəmbərin cənazəsi olan yerdə namaz qılıb, dua oxumaq küfr hesab edilir?!  Şərhus-sunnə, c.2, səh.398.