VӘHHABİ ӘQİDӘSİNӘ ӘQLİ BİR BAXIŞ BEŞINI CILD

: 1598 ()

   
       LLAHIN ADI İLƏ  

Artıq iki əsrdən çoxdur ki, qondarma Vəhhabi məzhəbi dağıdıcı həşərat kimi dinin canına düşmüşdür. Hansı ki, bu məzhəb sağlam zəkanın qəbul etdiyi normalarla, yaradılışdan gələn fitri meyllərlə heç bir şəkildə uyuşmur. İbn Teymiyyənin dnuq və sərt fikirlərindən qaynaqlanan bu təlimin başlıca prinsiplərinə azacıq nəzər salsaq, onun təsisçilərinin dinə, şəriətin həmişəyaşarlığına, cəmiyyətdə tətbiqinə qarşı dərin kin bəslədiklərinin şahidi olarıq. Onlar dinə qarşı çirkin niyyətlərini həyata keçirmək üçün dinin zahiri tərəfini hədəfə alır və aldadıcı şüarlarla çıxış edirlər. Sanki, Peyğəmbər (s) dönəmində mövcud olmuş və cəmiyyətdə öz əksini tapmış İslama qarşı çıxır, Allahın göstərişlərini sıradan çıxartmaq üçün öncə dinin zahiri tərəfindən başlayırlar. Maraqlıdır, zahir olmadıqda batinə, forma olmadıqda məzmuna necə yetmək olar? Bütün bunlar göstərir ki, məlum məzhəbin yanlışlığını üzə çıxarmaq üçün heç də güclü elmi sübutlara ehtiyac yoxdur. Çünki onların, hətta dinin öz sübutunu tapmış zahiri tərəfinə belə müvafiq olmadıqları hər addımda özünü tam aydınlığı ilə göstərir. Onların qarşıya qoyduqları hər bir müddəanın yüzlərlə bir-birini inkar, istisna edən tərəfləri mövcuddur. Görəsən, Vəhhabiliyin təsisçisi, ondan da öndə duran İbn Teymiyyə, nə üçün Peyğəmbərin (s) məzarını ziyarət etməyin haramlığına öz şüarlarının, məqsəd və məramlarının önündə yer vermişdir? Bu müqəddəs məzarı ziyarət etmək yolu ilə Allaha yaxınlaşmırıqmı? Bu növ ziyarətlər tövhidin özünü möhkəmlətmirmi? Bütün bunlar Peyğəmbəri (s), onun göstərişlərini unutdurmaq, bu əvəzolunmaz, həmişəyaşar ö əyi müsəlmanlardan almaq, onu yaddaşlardan silmək məqsədi daşımırmı? Məşhur Əhli-sünnə alimi Qəstəlani deyir: İbn Teymiyyənin Peyğəmbərin (s) məzarının ziyarət olunmasını qadağan etməsi, onun atdığı ən bağışlanmaz addımlardandır. Qəzali deyir: Yaşadığı zaman Peyğəmbəri (s) görüb təbərrük edənlər, vəfatından sonra hәzrәtin məzarını ziyrәt edərək təbərrük etməlidir. Qərami Şafeinin təbirincə desək, İbn Teymiyyə Peyğəmbərə (s) belə hörmətsizlik edərək deyir: O həzrəti (s) ziyarət etmək məqsədi ilə səfərə çıxmaq günahdır. Yəqin ki, vəhhabilər bacarsaydılar, Peyğəmbərin (s) məzarını belə yerlə yeksan edər, hələ bu azmış kimi Kəbəyə hörmətlə yanaşmağın, Həcərül-əsvədi öpməyin haram olduğunu da iddia edərdilər. Necə ki, valideynim Ayətullah əl-üzma Fazil Lənkərani buyurur: Şirk əqli baxımdan qeydlənə bilməz (bu və ya digər əmələ məxsus ola bilməz). Belə olan halda Peyğəmbərin (s) məzarını öpmək haram, Həcərül-əsvədi öpmək isə icazəlidir - deyə iddia etmək yanlışdır. Onların bu ynlış fətvalarını tətbiq etdikdə Həcərül-əsvədi öpməyin də şirkin bariz nümunələrindən olduğu qənaətinə gəlirik. Lakin bu şirk icazəli şirkdir. Bir halda ki, bu, açıq-aşkar rüsvayçılıqdır. Günümüzdə, müsəlmanlar daim ətrafı bürüməkdə olan bu xərçəng әstәliyinә qrşı oyaq olmalı, özlərini, övladlarını bu növ zəhərli fikirlərdən qorumalıdırlar.

 

Sonda görkəmli tədqiqatçı alim Höccətül-İslam vəl-müslimin Hacı Şeyx Nəcməddin Təbəsiyə olmazın zəhmətlər bahasına ərsəyə gətirdiyi bu qiymətli əsərə və yanlış vəhhabi təliminə kəskin və qənaətbəxş cavablar verdiyinə görə minnətdarlığımı bildirir və hörmətli mütərcimə, dəftərxananın mədəni-maarif şöbəsinin həmkarlarına təşəkkür edirəm. Ümidvaram ki, çəkilən bütün bu zəhmətlər Allah dərgahında məqbul hesab ediləcəkdir.

 

Məhəmməd Cavad Fazil Lənkərani

   
QƏBİRLƏRİN TƏMİR EDİLMƏSİ VƏ GÜNBƏZ TİKMƏK 

 

1. Vəhhabilərin nəzər nöqtələri

 

2. Vəhhabilərin baxışlarının tənqidi

 

3. Hədisin sənədinin tənqidi

 

4. Səhabə və müsəlmanların həyat tərzi

 

5. Günbəzli məzarlardan (tarixi) nümunə-lər

 

6. İbn əz-Zübeyrdən nəql olunan hədisin sənədi ilə bağlı tənqidi fikirlər

 

7. Hədisin mətnində mövcud olan qüsurlar

 

 

  
VƏHHABİLƏRİN NƏZƏR NÖQTƏLƏRİ 

Vəhhabilər qəbirləri təmir etməyi, üzərində bina ucaltmağı, günbəz tikməyi və bəzək işləri aparmağı şirk və kafirlik kimi qələmə verir və qəbir üzərində inşa edilən türbə və günbəzlərin dağıdılmasını vacib hesab edirlər. Belə fətvalardan bir neçəsinə nəzər salaq:

 

1. Sənani deyir: Türbə büt misalındadır. Çünki cahillik dövrü insanlarının bütlərə sitayiş etmələrinin, qəbrə sitayiş edənlərin məzar, ziyarətgah və ya türbə adlandırdıqlarına tapınmaları ilə heç bir fərqi yoxdur. Hər halda bu, adının dəyişməsinə baxmayaraq, eynilə cahillik dövrü insanlarının əməlləridir. Çünki büt adın dəyişilməsi ilə öz mahiyyətini dəyişmir.

 

2. (İbn Teymiyyənin şagirdi) İbn əl-Qəyyim deyir: Məzarlar üzərində inşa edilən tikililər bütləri təmsil edir və pərəstiş olunurlar. Bu növ tikililəri uçurmaq vacibdir. Uçurulmasına imkan olduğu təqdirdə nlrı bir gün belə saxlamaq düzgün deyil. Çünki onlar, Lat və Üzzaya (cahillik dövrünün iki ən böyük bütü) bənzəyir və ən böyük şirkdir.

 

3. Vəhhabilər Şeyx əl-Məğribiyə ünvanlanan açıq məktubda bildirirlər:

 

Həqiqətən, peyğəmbərlər (ə) və digərlərinin məzarı üzərində ucaldılan tikili və günbəzlərə ehtiramla yanaşılması Peyğəmbərimizin (s) öncədən xəbər verdiyi məsələlərdəndir. Belə ki, o həzrət (s) buyurur: Qiyamət baş verməzdən öncə ümmətimin bir hissəsi müşriklərə qatılaraq bütlərə sitayiş edəcək.

 

4. Vəhhabilərin baş qazısı (Abdullah ibn Süleyman) Ümm əl-qura qəzetində yazır: V əsrə qədər qəbirlər üzərində qübbə tikmək və binalar ucaltmaq (müsəlmanlar arasında) ənənə olmamışdır. Bu, yalnız V əsrdən sonra meydana gələn bidətdir.

 

5. Mədinə alimlərinin (qəbir üzərində tikinti işi aparmaqla bağlı) suallara cavabları: Qəbirlər üzərində tikinti işi aparmağın haram və qadağan olması haqqında yekdil rəy mövcuddur. Bu növ əməllərin haram olduğunu göstərən səhih hədislər çoxdur. Elə buna görə də bir çoxları bu növ tikililərin uçurulması haqqında fətva vermişlər.

 

Onlar buna sübut kimi Əbu əl-Həyyacın hәzrәt Əlidən (ə) nəql etdiyi hədisi göstərirlər. Hədisə görə Əli (ə) ona buyurur: Bil ki, sənə Peyğəmbərin (s) mənə tapşırdığı bir şeyi tapşırıram. Gördüyün hər bir şəkili məhv et, rastına çıxan hər bir qəbri yerlə yeksan et.

 

  
VƏHHABİLƏRİN NƏZƏR NÖQTƏLƏRİNİN TƏNQİDİ 

1. Vəhhabilərin iddia etdikləri yekdil rəyin mövcudluğu fikri yanlışdır. Bunun tam əksinə olaraq, sözügedən əməlin tam icazəli olduğu haqqında yekdil rəy mövcuddur. Vəhhabilik meydana gəlməzdən öncə bütün müsəlmanlar, hansı zümrəyə mənsub olduqlarından asılı olmayaraq, bu şəkildə əməl etmişlər. Tarix boyu müsəlmanların həyatında öz əksini tapmış bu yaşam tərzi özü bir növ yekdil rəy hesab olunur və bunun bilavasitə şəriətlə bağlı olduğunu üzə çıxarır.

 

Sənani özü müsəlmanların bu şəkildə davrandıqlarını etiraf edir. O, bir suala cavab verərkən deyir: Bu, müsəlman dünyasının şərqini və qərbini bürümüş bir məsələdir. Belə ki, müsəlman ölkələrində məzar, ziyarətgah, türbə olmayan hər hansı bir məkan yoxdur. Bu, o qədər ümumi hal almışdır ki, məscidlərdə belə məzar və ziyarətgahlar mövcuddur. Bütün bunlara nəzər saldıqda, bu işin haram olduğu və İslam alimlərinin buna qarşı çıxdıqları heç bir aqil tərəfindən qəbul edilməz. Əgər bu haqda insaflı qərarın necə olduğunu bilmək istəyirsənsə, nəzərə almalısan ki, haqqın üzə çıxmasının yolu bu və ya digər tezisin nəsildən-nəslə keçməsi və yekdilliklə qəbul edilməsi deyil. Hər hansı bir müddəanın sübutu üçün tutarlı dəlillər lazımdır. Adi kütlənin həyata keçirdiyi əməllər, yalnız özlərindən öncə yaşamış sələflərini təqlid etmək yolu ilə reallaşır və buna qarşı çıxan olmur. Hətta özünü elm adamı adlandıranlar, qazılar, müftilər, (tədrislə məşğul olan) pedaqoqlar, dövlət işlərində çalışanlar belə, avam insanların hörmət bəslədikləri adət-ənənələrə ehtiramla yanaşırlar. Əlbəttə, qeyd etmək lazımdır ki, hər hansı bir əməlin geniş yayılması və elm adamlarının bunu sükutla qarşılaması həmin əməlin icazəli olduğuna sübut ola bilməz.

 

Sənani bu sözləri ilə məlum əməlin (qəbirlərin təmirinin) müsəlmanlar arasında ümumi şәkildә adi hal aldığını etiraf edir. Onun etirafına görə bu əməl müsəlmanların bütün təbəqələrinin, o cümlədən elm adamları və fəzilət sahiblərinin, qazı və müftilərin, arif və övliyaların, əmir və hakimlərin arasında geniş yayılmışdır. Heç bir zümrə bu haldan istisna deyil. Belə olan halda hansı məsələnin bu qədər adi hal aldığını iddia etmək olar? Onun tutarlı dəlillər lazım olduğunu iddia etdiyinə gəlincə, bildiririk ki, bu və ya digər müddəanın nəsildən-nəslə keçməsi özü kəskin sübutdur. Belə ki, bundan tutarlı sübut olduğunu təsəvvür belə etmək mümkün deyil.

 

2. Hər hansı bir hədisin səhih olduğu, mənasının aydınlığı, onu sıradan çıxaracaq digər hədisin mövcud olmadığını qəbul edirlərsə, bu heç də sözügedən hədisin hamı tərəfindən belə qarşılanması demək deyil. Çünki yalnız onların qəbul etdiyi hədisə əsaslanıb yekdil rəyin mövcudluğunu iddia etmək olmaz.

 

3. Mədinə alimlərinə mənsub olan cavablarda biri-digərini inkar edən tərəflər mövcuddur. Çünki onlar bir tərəfdən bir çox alimlərin qəbirlərin dağıdılmasının vacibliyi haqqında fətva verdiklərini, digər tərəfdən isə bu qadağanın mövcudluğunu göstərən hədisin səhih olduğunun yekdilliklə qəbul olunduğunu bildirirlər. Belə olan surətdə sual olunur, əgər hədisin səhih olduğu yekdilliklə qəbul olunursa, nə üçün bütün alimlər deyil, yalnız bir çox alimlər bu növ fətva vermişlər?

 

4. Məlum hədis həm sənəd, həm də sözügedən qadağanı ifadə etmə baxımından yetərsizdir. Müslimin Səhih əsərində qeyd etdiyinə görə hədis aşağıdakı sənədlə nəql edilmişdir. Hədisi Yəhya ibn Yəhya, Əbu Bəkr ibn Əbu Şeybə və Züheyr ibn Hərb hər üçü Vəkidən nəql etmişlər. Vəki isə Süfyan Suridən, Süfyan, Həbib ibn Əbu Sabitdən, Həbib, Vail ibn Əbu Vaildən, o da Əbu əl-Həyyac Əsədidən nəql etmişdir. Hədisdə deyilir: Əli (ə) buyurmuşdur: Bil ki, sənə Peyğəmbərin (s) mənə tapşırdığı bir şeyi tapşırıram. Gördüyün hər bir şəkili məhv et, rastına çıxan hər bir qəbri yerlə yeksan et.

 

Sənəddə mövcud olan iradlar:

 

Sözügedən hədisin sənəd silsiləsində rical alimlərinin zəif hesab etdikləri şəxslər var. İlk şəxs Vəki ibn əl-Cərrah ər-Rəvasidir.

 

1. Abdullah ibn Əhməd ibn Hənbəl deyir: Atamdan eşitdiyimə görə İbn Mehdinin rəvayətçi adlarını oxşar adlarla dəyişməsi Vəkiə nisbətdə daha çoxdur. Lakin Vəkinin (hədisin nəql olunmasında) yol verdiyi xətalar İbn Mehdiyə nisbətdə daha çoxdur.

 

2. O, başqa bir yerdə deyir: Atamdan eşitdiyimə görə Vəki beş yüz hədisin nəqlində xətaya yol vermişdir.

 

3. İbn əl-Mədyəni deyir: Vəki ərəb dilini yaxşı bilmirdi. Öz sözləri ilə hədis dedikdə bu təəccüb dğururdu. O, həmişə deyirdi: حدثنا الشعبى عن عائشه Şəbi mənə Ayişədən nəql etdi.

 

4. Məhəmməd ibn Nəsr deyir: Vəki hədis nəql etdiyi zaman hamısını əzbər deyirdi. Ona görə də hədisin sözlərini dəyişirdi. Beləcə hədisin özünü deyil, yalnız mənasını özü ərəb dilini yaxşı bilmədiyi bir halda öz sözləri ilə ifadə edirdi. Nəim ibn Himadın nəql etdiyi bir əhvalatda deyilir: Biz şam yemək məqsədi ilə Vəkinin yanına yığılmışdıq. Vəki dedi: Hansı yeməyə üstünlük veririsiniz? Sizin üçün nə gətirim? Arpa suyu (pivə) necədir? Cavan bəyənənindən istəyirsiniz, yoxsa qoca bəyənәnindən? Mən dedim: Sən bu haqda danışmağa necə özünə icazə verirsən? Halbuki, günah haqqında danışmaq belə günah hesab edilir? Vəki dedi: Bu, mənim üçün fərat suyundan da halaldır. Əhməddən nəql edildiyinə görə, Vəki öz sələflərinin ardınca nalayiq sözlər danışar, şərab içər və yanlış fətvalar verərdi.

 

Hədisin sənəd silsiləsində özünə yer alan rəvayətçilərdən biri də Süfyan Suridir.

 

1. Zəhəbi onun haqqında deyir: O, hiylə ilə, rical alimlərinin zəif hesab etdikləri rəvayətləri etibarlı rəvayətlər kimi qələmə verirdi.

 

2. İbn əl-Mübarək deyir: Süfyan Suri hədis nəql edirdi. Mən yaxına gəldim və onun hәdis nəqlində yanlışlıqlara yol verdiyinin şahidi oldum. O, məni görüb tutduğu işə görə xəcalət çəkdi və vəziyyətdən çıxmaq üçün dedi: Biz səndən hədis nəql edirik.

 

3. Əbu Bəkr ibn Əbu Şeybə deyir: Yəhya deyirdi: Süfyan Suri zəif rəvayətçiləri mənim üçün etibarlı rəvayətçilər kimi qələmə vermək istəyirdi, lakin məni aldada bilmədi.

 

4. Yəhya ibn Muin deyir: Əbu İshaqın hədislərini Süfyandan güclü bilən yoxdur və o, hiylə işlədərək hədisləri dəyişirdi.

 

Məlum hədisin sənəd silsiləsində nəzərə çarpan digər rəvayətçi isə Həbib ibn Əbu Sabitdir.

 

1. İbn Həbban deyir: O, hədislərin mənasını dəyişirdi.

 

2. Əqili deyir: O, Ətadan (heç bir zaman heç kəs tərəfindən) əməl edilməyən hədislər nəql edirdi.

 

3. O, deyir: İbn vn onu nöqsanlı hesab etmişdir.

 

4. Qəttan deyir: O, Ətadan hədis olmayan digər sözlər də nəql edirdi. Hansı ki, o sözlərə tabe olan və ya onu qeyd edən yoxdur.

 

5. İbn Xüzeymə deyir: Həbib ibn Əbu Sabit hədisi dəyişdirirdi.

 

Hədisin sənəd silsiləsində mövcud olan rəvayətçilərdən biri də Əbu Vaildir. O, Əliyə (ə) kin bəsləyirdi. Belə olan halda ona necə etimad göstərmək olar. Halbuki, Peyğəmbər (s) buyurmuşdur: Ey Əli! Sənə qarşı dost olanlar yalnız möminlər, düşmən olanlar isə yalnız münafiqlərdir.

  
HƏDİSİN DİGƏR QÜSURLARI 

1. Məlum hədis (şazz) lduqc ndir bir hәdisdir. Çünki bu hədis yalnız Əbu əl-Həyyac tərəfindən nəql edilmişdir. Süyuti Şərhi-Nisai əsərində deyir: Hədis kitablarında Əbu əl-Həyyacın yalnız həmin bir hədisi nəql edilmişdir.

 

2. Məlum hədisin onların müddəasına heç bir aidiyyatı yoxdur. Çünki hədisdə qəbirlərin üstünün hamarlanmasından söhbət gedir. Yəni qəbirlərin üstünün alçaq-hündür olmasına qadağa qoyulur. لا قبراٌ مشرفاٌ ibarəsi hündürlük mənasını ifadə edir. Əlbəttə, çıxıntı, nahamarlıq özü də bir növ hündürlükdür. شرف (şürüf) sözü (Firuzabadinin də qeyd etdiyi kimi) dəvənin hürgücünə deyilir. Deməli, شرف (şürüf) anlayışı mütləq şəkildə hər bir hündürlüyə aid edilə bilər. İstər bu hündürlüklər dəvənin donqarı kimi, balığın beli kimi, istərsə də sarayların alçaq-hündür nöqtələri kimi olsun. Lakin hədisdə özünə yer alan سويته (sәvvәytuhu) (barəbərləşdirmək) sözü شرف (şürüf) sözündə məqsədin məhz dəvə hürgücü şəklində nahamarlıq olduğunu göstərir. سويته (sәvvәytuhu) sözündə məqsəd isə bərabərləşdirmək, alçaq-hündürlükləri hamarlamaqdır. Başqa sözlə desək, hədisin hansı mənanı ifadə etdiyi haqqında üç ehtimal mövcuddur:

 

1. Qəbirlər üzərində ucaldılan tikintilərin dağıdılması ehtimalı;

 

2. Qəbirlərin yerlə yeksan etmək ehtimalı;

 

3. Qəbir üzərində (donqar şəkilli) olan alçaq-hündürlüyü bərabərləşdirmə ehtimalı.

 

İlk ehtimal yanlışdır. Çünki müsəlmanların həyat tərzi, səhabə və qeyrilərinin əməlləri bunun əksini göstərir. Bu nümunələri sonra diqqətinizə çatdıracağıq. İkinci ehtimal da yanlışdır. Çünki qəbirlərin yerdən bir qarış hündür olması qəti sübuta yetirilmiş sünnədir. Belə olan halda yalnız üçüncü ehtimal, yəni sadəcə olaraq qəbrin üzərinin alçaq-hündürlüyünü aradan qaldırmaq, bərabərləşdirmək ehtimalının düzgün olduğu önə çıxır. (Nəvəvi, Qəstəlani və s.) bir çox Əhli-sünnə alimləri də sözügedən hədisi bu şəkildə şərh etmişlər.

 

1. Nəvəvi deyir: Qəbir yerdən çox hündür və hürgüc şəklində olmamalıdır. Bunun tam əksinə olaraq yerdən yalnız bir qarış hündür, üstü düz və hamar olmalıdır.

 

2. Qəstəlani qəbrin üstünün hamarlaşdırılmasının sünnə olduğunu bildirmiş və bunun sırf rafizilər də belə edirlər deyə, tərk edilməsi düzgün deyil.

 

Qəbirlərin üstünün hamarlaşdırılması ilə Əbu əl-Həyyacın nəql etdiyi hədis arasında heç bir uyğunsuzluq yoxdur. Hədisdə qəbirlərin yerlə yeksan edilməsi məsələsi qarşıya qoyulmur. Bunun tam əksinə olaraq qəbrin üstünün alçaq-hündür olmaması, hamarlaşdırılması göstərilir. Bu məzmunda müxtəlif hədislərin müqayisəsi də bunu göstərir.

  
SƏHABƏ VƏ DİGƏR MÜSƏLMANLARIN HƏYAT TƏRZİ 

1. Bir çox peyğəmbərlərin məzarı Beytül-müqəddəs ətrafında yerləşir. Misal üçün, həzrət Davudun (ə) məzarı Qüdsdə, həzrət İbrahimin (ə), İshaqın (ə), Yəqub (ə) və Yusifin (ə) məzarı (hansı ki, Musa (ə) onları Misirdən Beytül-müqəddəsə köçürtdü) əl-Xəlil şəhərində yerləşir. Onların üzərində tikililər ucaldılmışdır. Hələ İslamdan öncə onların üzərində böyük daşlar var idi. Müsəlmanların fəthi zamanı da həmin vəziyyətdə idi.

 

İbn Teymiyyə özü belə bunu etiraf edərək deyir: Həzrət İbrahim Xəlilin (ə) məzarı üzərindəki tikili müsəlmanların fəth etdiyi dövrdə, hələ səhabələr həyatda ikən mövcud idi. Lakin tikilinin qapısı hicri 400-cü ilə qədər bağlı idi. Şübhəsiz ki, Ömər Beytül-müqəddəsi fəth etdikdə həmin tikilini görmüş, amma onun uçurulması haqqında əmr verməmişdir.

 

Büleyhidinin iddia etdiyinə görə qəbirlər üzərində sərdabələrin tikilməsi V əsrdən başlayaraq ənənə halını almışdır. Halbuki, tarixə nəzər saldıqda bu iddianın tam əksinin şahidi oluruq. Çünki qəbirlər üzərində ucaldılan bir çox tikililərin tarixi V əsrdən öncəyə təsadüf edir. Hətta belə tikililərin bir çoxu I və II əsrə aiddir. Bir neçə tarixi nümunəyə nəzər salaq:

 

1. Peyğəmbərin (s) məzarı yerləşən tikili;

 

2. Həzrət Həmzənin məzarı üzərində inşa edilən məscid;

 

3. Peyğəmbərin (s) oğlu İbrahimin Məhəmməd ibn Zeyd ibn Əlinin (ə) evində yerləşən məzarı;

 

4. Səd ibn Məazın İbn Əfləhin evində yerləşən məzarı; Bu məzarın üzərində Ömər ibn Əbdül-Əzizin dövründə qübbə inşa edilmişdir.

 

5. VI əsrdə Übeydullah ibn Məhəmməd ibn Ömər ibn Əlinin (ə) məzarı üzərində inşa edilən tikili;

 

6. Hicri 386-cı ildə Zübeyrin məzarı üzərində inşa edilən tikili;

 

7. Əbu Əbdullah Xəlil əl-Bahilinin məzarı; Zəhəbi deyir: O, hicri 275-ci ildə dünyasını dəyişdi. Bazar tətil edilərək bağlandı. Kütlə onun dəfn mərasiminə axışdı. Onu tabuta qoyaraq Bəsrəyə apardılar. Dəfn olunduğu məzar üzərində qübbə ucaltdılar.

 

6. Əmir əl-möminin Əli ibn Əbu Talibin (ə) məzarı üzərində hicri 372-ci ildə ucaldılmış tikili; Zəhəbi deyir: Sultan Əzd əd-Dövlət əqidəsinə sadiq şiələrdən idi. O, Nəcəfdə İmam Əlinin (ə) məzarını aşkar edib üzərində (böyük bir) ziyarətgah tikdi.

  
QƏBİR ÜZƏRİNDƏ İNŞA EDİLƏN TİKİLİLƏR VƏ ONLARIN YENİDƏN BƏRPA EDİLMƏSİ 

1. Peyğəmbərin (s) məzarı:

 

Peyğəmbər (s) vəfat etdikdə bir hücrədə (kiçik otaq) dəfn edildi. Əgər qəbirlər üzərində nə isə tikib ucaltmaq haram olsaydı, səhabələr Peyğəmbəri (s) dəfn etməzdən öncə onu uçurar sonra dəfn edərdilər. Çünki vəhhabilərə görə sözügedən tikililər büt hesab edilir. Elə buna görə də hər hansı bir tikilinin daxilində dəfn etməklə dəfndən sonra nə isə tikib ucaltmağın heç bir fərqi yoxdur. Peyğəmbərin (ə) məzarı üzərindəki tikili və günbəz o həzrət (s) dəfn edildiyi gündən günümüzə qədər mövcuddur.

 

2. Peyğəmbərin (s) dəfn edildiyi evdə divar yox idi. Orada ilk divar tikdirən şəxs Ömər ibn Xəttab olmuşdur.

 

3. Ayişə həmin evdə özü ilə məzarlar arasında (ayırıcı) divar tikdirdi. O, bu divar tikildikdən öncə və sonra həmin evdə yaşayır və orada namaz qılırdı.

 

Müsəlmanlar Peyğəmbərin (s) məzarını ziyarət etdikləri zaman məzarın torpağından götürürdülər. Ayişə (məzarın dağılmasının qarşısını almaq məqsədi ilə) müsəlmanların məzarın torpağından götürmələrini əngəlləmək üçün divar tikilməsini tapşırdı və torpağın götürülməsi nəticəsində meydana gələn boşluğu doldutdurdu.

 

4. Abdullah ibn Zübeyr məzar üzərində bir tikili inşa etdi və zaman keçdikcə həmin tikilinin divarları dağılaraq çökdü.

 

5. Ömər ibn Əbdül-Əziz ilk evi sökdürdü. Sonra yeni bir bina inşa etdirdi və evə mərmər daşı döşətdirdi. İlk ev dağıldıqdan sonra oradakı üç məzar aşkarlandı.

 

6. Abbasi xəlifəsi Mütəvəkkil həmin evi yenidən mərmərlə döşətdirdi.

 

7. Məlum evin yenidən bərpa edilməsi əl-Müktəfinin dövrünə təsadüf edir. Həmin dövrdə Ömər ibn Əbdül-Əzizin tikdirdiyi divarın üzərinə möhkəm taxta materialdan döşəmə atıldı.

 

8. Evin divarı əl-Müstəzinin hakimiyyəti dövründə uçub-dağıldı və yenidən bərpa edildi. Hicri 654-cü ildə yandı. Mötəsim Abbasinin dövründə yenidən təmir edilməyə başladı. Bu təmir (Mənsur əl-Salehinin dönəmində) Misirdən gətirilən materiallarla sona yetdi. Sonunda evin sütunları və döşəməsi həmin hakim (Müzəffər şah) tərəfindən tikintiyə yararlı taxta materialla işlənildi.

 

9. Bu müqəddəs məkanın son tikintisi (Misir hakimi) Mənsur Qəlavun əl-Salehinin hakimiyyəti dönəmində aparılıdı və günbəz inşa edildi. Bu mavi günbəz hicri 678-ci ildə Əhməd ibn Əbdül-Qəvinin vasitəsi ilə inşa edildi.

  
SƏHABƏ VƏ DİGƏRLƏRİNİN MƏZARLARI 

1. Əqil həyətində quyu qazarkən üzərində Bu, Ümmi-Həbibənin məzarıdır yazılmış daş parçası tapdı. Elə buna görə də quyunu doldurub məzarın üzərində ev tikdi.

 

2. Harun ər-Rəşid II əsrdə hәzrәt Əlinin (ə) məzarı üzərində günbəzli bina tikdirmişdir.

 

3. Xətib Bağdadi deyir: İmam Kazim (ə) Şuniz məzarlığında dəfn edildi. Hal-hazırda da məzarı orada məşhur və daim ziyarət edilən bir məkandır. Məzarın üzərində böyük bir türbə ucaldılmışdır. İçərisində şamdanlar, xalılar və digər əşyalar yerləşdirilmişdir. Xətib (IV əsrdə) hicri 362-ci ildə dünyaya göz açmışdır.

 

4. İmam Rza (ə) Tusda Harunun da dəfn edildiyi günbəzli bir binada dəfn edilmişdir. Ehtimal ki, bu bina hicri 200-ci ildə Məmun tərəfindən inşa edilmişdir.

 

5. Nəhşəl ibn Həmir Tusi hicri 230-cu ildə İbn vs Tainin (Msuld dəfn edilmiş görkəmli şair) məzarı üzərində türbə ucaltmışdır.

 

6. Hicri 271-ci ildə Həsən ibn Səhlin qızı Buranın məzarı üzərində günbəz şəkilli tikili inşa edilmişdir.

 

7. Zəhəbi deyir: Hicri 236-cı ildə Mütəvəkkil Abbasi həzrət Hüseyn ibn Əlinin (ə) məqbərəsinin dağıdılması haqqında fərman verdi. Bu fərman həyata keçirilərək məqbərə və ətrafında olan tikililər viran edildi. Müsəlmanlar onun bu addımını narahatlıqla qarşıladılar. Belə ki, hər yerdən etiraz səsləri ucaldı. Bağdadlılar şəhər divarına, məscidlərə xilafətin addımını pisləyən, tənqid edən şüarlar yazdılar. Şairlər satirik şerləri ilə onu məsxərə obyektinə çevirdilər. Belə şerlərdən biri aşağıdakı məzmunda yazılmış şerdir:

 

And olsun Allaha! Əgər Bəni-Üməyyə Peyğəmbərin (s) nəvəsini acınacaqlı şəkildə öldürürdüsə də bu gün oxşar hərəkətləri onun atasının nəslindən (Bəni-Abbasdan) olanlar həyata keçirirlər. Canıma and olsun, bu, Hüseynin (ə) məzarıdır. Hansı ki, Abbasilər onu viran etmişlər. Abbasilər Hüseynin (ə) qətlində iştirak edə bilmədikləri üçün təsssüf edirlər və indi onun türbəsinə hücum edərək sümüklərini belə rahat qoymurlar.

 

Əgər məzar üzərində bina inşa etmək qadağan edildiyi üçün haram olsaydı, dövrün elm adamları (xüsusilə Harun və Məmunun dövründə, elm adamlarının çoxluq təşkil etdiyi bir dövrdə) buna mütləq qadağa qoyar və qarşısını almağa çalışardılar. Halbuki, heç bir alim belə bir qəbahətə yol verməmişdir. Bütün bunlar elə bir dövrdə baş verirdi ki, Məmun Quranın yaradıldığı fikrini irəli sürdükdə heç bir alim dustaqxanalara düşəcəyini gözə alsa belə onunla razılaşmadı.

 

8. Salman Farsi hicri 36-cı ildə dünyasını dəyişdi. Xətib Bağdadi deyir: Onun məzarı indi də şkrdır. Onun üzərində bina inşa edilmiş və orada məzarı qoruyan xidmətçi məskunlaşmışdır.

 

9. Təlhə, Cəməl döyüşündə (hicri 36-cı ildə) qətlə yetirildi. İbn Bəttutə Təlhə ibn Übeydullahın məzarı haqqında deyir: Onun məzarı şəhərin daxilində yerləşir. Üzərində günbəzli bina və məscid inşa edilmişdir. Onun məqbərəsində ehtiyacı olanlara yemək paylanan bir yer var.

 

İbn Bəttutə Bəsrədə yerləşən digər məzarların da adını çəkir. Bu məzarlar bir çox səhabə və tabeilərə aiddir. Hər bir məzarın üzərində günbəz inşa edilmiş və orada məzar sahibinin adı və vəfat tarixi yazılmışdır.

 

10. İbn Cvzi deyir: Əsir Əbu əl-Musk Ənbər, Zübeyir ibn Əvamın məzarı üzərində bir bina inşa etdirdi. Sonradan bu bina məscid oldu. Oraya şamdanlar, həsirlər və xalçalar daşındı. Oraya baxmaq üçün daimi xidmətçi təyin etdilər. Oraya vəqflər edildi.

 

11. Əbu Əyyub Ənsari hicri 52-ci ildə Bizans ərazisində dünyasını dəyişdi. Vəlid deyir: Fələstinli bir qc kişinin mənə danışdığına görə, Konstantinopol (İstanbul) şəhərinin divarlarından aşağı ağ bir tikili vardı. Camaat deyirdi: Bu, Peyğəmbərin (s) sahabəsi Əbu Əyyub Ənsarinin məzarıdır. Mən də sözügedən tikiliyə doğru gəldim və məzarı gördüm. Məzarın üzərinə zəncirlə bağlanmış şamdanlar qoyulmuşdu. İbn Kəsir deyir: Əbu Əyyub Ənsarinin məzarı məscid və ziyarətgahdır.

 

12 Zəhəbi deyir: Bağdadda İmam Musa ibn Cəfərin (ə) məzarı üzərində böyük və məşhur sərdabə var. Tus şəhərində oğlu Əli ibn Musanın (ə) məzarı üzərində də böyük bir sərdabə inşa edilmişdir.

 

İbn Cvzi deyir: Şərəf əl-Məlik ləqəbli Əbu Səid Müstəvfinin dövründə (hicri 459-cu ildə) Əbu Hənifənin məzarı üzərində çiy kərpicdən günbəzli bina tikilmişdir.

 

13. Kərxi hicri 200-cü ildə dünyasını dəyişdi. İbn Cvzi deyir: Hicri 460-cı ildə (rəbi əl-əvvəl ayında) onun məzarı üzərində bir bina inşa edilərək kərpic və s. tikinti materialları ilə bəzədildi.

 

14. Məhəmməd ibn İdris Şafei hicri 204-cü ildə dünyasını dəyişdi. Zəhəbi deyir: Kamil şah Şafeinin məzarı üzərində günbəz tikdirdi.

 

15. Əbu Əvanə hicri 316-cı ildə dünyasını dəyişdi. Zəhəbi deyir: Əsfəraində Əbu vanənin məzarı tikilərək ziyarətgaha çevrildi. Bu, şəhərin daxilində yerləşir.

 

16. Əbu Əli hicri 420-ci ildə dünyasını dəyişdi. İbn Cvzi deyir: Onun məzarı Kufədə yerləşir və üzərində sərdabə inşa edilmişdir.

 

Bütün bu açıqlamalar, müsəlmanlara aid olan tarixi hadisələr vəhhabi uydurmaları ilə üst-üstə düşmür. Bütün bunlara baxmayaraq, Zəhəbinin Siyəru əlam ən-nübəla əsərinə əlavə qeydlər yazan Əkrəm əl-Buşi bu tarixi həqiqətlər haqqında yazır: Bütün bunlar hamısı bu haqda heç bir bilgisi olmayan avam müsəlmanların quraşdırmalarıdır. Bu əməllər qadağan edilən bidətlərdir.

 

Şükürlər olsun ki, sözügedən qeydlərin müəllifi bu ittihamları şiələrə deyil, avam müsəlmanlara ünvanlamışdır.

 

  
ƏBU ZÜBEYRİN RƏVAYƏTİNƏ ƏSASLANMAĞIN ƏSASSIZ OLMAĞI HAQQINDA 

Vəhhabilər öz iddialarını isbat etmək üçün Müslim, Tirmizi, Nisai, Əbu Davud və Əhmədin də öz əsərlərində qeyd etdikləri Əbu Zübeyrin rəvayətini əsas tuturlar. Bu hədisə görə Peyğəmbər (s) məzarları bəzəmək, onların üzərində əyləşmək və bina inşa etməyi qadağan etmişdir. Məlum hədis bir neçə vasitə ilə nəql edilmişdir.

 

Birinci vasitə: Əbu Bəkr ibn Əbu Şöbə deyir: Həfs ibn Qiyas Cüreycdən, o da Əbu Zübeyrdən, Əbu Zübeyr isə Cabirdən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir.

 

İkinci vasitə: Harun ibn Abdullah deyir: Həccac ibn Məhəmməd və Məhəmməd ibn Rafe mənə nəql etdi ki, Əbd ər-Rəzzaq İbn Cüreycdən, İbn Cüreyc, Əbu Zübeyrdən bizim hamımıza Peyğəmbərin (s) belə buyurduğunu nəql etdi:

 

Üçüncü vasitə: Əbdürrəhman ibn Əsvəd deyir: Məhəmməd ibn Rəbiə, İbn Cüreycdən, o da Əbu Zübeyrdən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir

 

Dördüncü vasitə: Əzhər ibn Mərvan Məhəmməd ibn Ziyaddan nəql edərək deyir: Əbdül-Varis Əyyubdan, o da Əbu Zübeyrdən Peyğəmbərin (s) belə buyurduğunu nəql etmişdir:

 

Beşinci vasitə: Yusif ibn Səid bizə nəql edərək dedi: Həccac Cüreycdən, o da Əbu Zübeyrdən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:

  
HƏDİSDƏ MÖVCUD OLAN QÜSURLAR 

Bu hədis həm sənəd, həm də mətn baxımından qüsurludur.

 

Sənəddə mövcud olan qüsurlar:

 

Sözügedən hədisin sənəd silsiləsində İbn Cüreyc, Əbu Zübeyr, Yusif ibn Qeys, Məhəmməd ibn Rəbiə, Əbd ər-Rəzzaq və Əbd əl-Varis kimi rəvayətçilərin adı çəkilir. Yuxarıda adları qeyd olunan rəvayətçilər Əhli-sünnənin öz tərəfindən belə şübhəli şəxslər kimi göstərilirlər.

  
1. İBN CÜREYC 

O, Əbdül-Məlik ibn Əbdül-Əziz ibn Cüreyc Əməvidir. Onun haqqında bir çox mühakimələr yürüdülmüşdür.

 

1. Yəhya ibn Səiddən İbn Cüreycin nəql etdiyi hədis haqqında soruşuldu: O, dedi: Onun hədisi zəifdir. Sual verən şəxs dedi: İbn Cüreyc hədisi nəql edərkən اخبرنى (mənə xəbər verdi) ifadəsindən istifadə etmişdir. Yəhya dedi: Mühüm deyil. Bütün hədisləri zəifdir.

 

2. Əhməd ibn Hənbəl deyir: İbn Cüreyc kiminsə nə isə dediyini edərsə, həqiqətə uyğun olmayan şəkildə demişdir.

 

3. Malik ibn Ənəs deyir: İbn Cüreyc hədis toplayarkən zülmət gecədə çırpı toplayan şəxsə bənzəyir. Yəni hədislərin düzgün olanını yanlış olanından ayıra bilmir.

 

4. Darqutni deyir: Özünüzü İbn Cüreycin hədisləri hiylə ilə dəyişməsindən qoruyun. Çünki o, hədislərdə çox pis şəkildə dəyişikliklər aparır. Hədisi zəif şəxsdən eşitdikdə onu etimad göstəriləsi birindən eşitmiş kimi təqdim edir.

 

5. İbn Hübban deyir: İbn Cüreyc hədisdə dəyişiklik aparır.

 

6. Yəhya ibn Səid deyir: İbn Cüreyc bir söz dedikdə, həmin sözün havada əsən külək qədər qiyməti yoxdur.

 

7. Yezid ibn Zəri deyir: İbn Cüreycin nəql etdiyi hədislərdə qatqı çoxdur. Adətən zəif hədislər nəql edir.

 

8. Zəhəbi deyir: İbn Cüreyc hədisləri hiylə ilə dəyişir. Onun siqə olması haqqında yekdil rəy var. Bir halda ki, o, yetmiş qadınla izdivac (mütə) etmişdir.

 

9. Abdullah ibn Əhməd atasından nəql edərək deyir: İbn Cüreycin mürsəl şəkildə nəql etdiyi hədislər saxta hədislərdir. O, bu hədisləri haradan nəql etdiyinə heç bir əhəmiyyət vermirdi.

  
2. ƏBU ZÜBEYR 

Adı Məhəmməd ibn Müslimdir. Rical alimləri onu zəif hesab etmişlər.

 

1. Əhməd ibn Hənbəldən nəql olunduğuna görə Əbu Zübeyr zəifdir.

 

2. Nəim ibn Himad deyir: Əbu Üyeynə Əbu Zübeyrin zəif olduğunu deyərkən eşitdim.

 

3. Süveyd ibn Əbdül-Əzizdən nəql olunduğuna görə Şöbə ona demişdir: Sən Əbu Zübeyrdən hədis nəql edirsən. Bir halda ki, o, öz namazını belə düzgün qıla bilmir.

 

4. Nəim deyir: Həşiminin nəql etdiyinə görə Şöbə onun kitabını əlindən almış və cırmışdır.

 

5. Əbd ər-Rəhman ibn Əbu Hatəm deyir: Atamdan Əbu Zübeyr haqqında soruşduqda, o dedi: Onun hədisləri qeydə alınır. Lakin onlara əsaslanmaq olmaz.

 

6. Tirmizi deyir: Şöbə Məkkəli Əbu Zübeyrin zəif olduğunu bildirirdi.

 

7. Əbü Zürə və Əbu Hatəm deyir: Əbu Zübeyrin hədislərinə əsaslanmaq olmaz.

 

8. İbn Əbu Hatəm Əbü Zürədən Əbu Zübeyr haqqında soruşduqda, o dedi: Camaat ondan hədis nəql edir. Onun hədislərinə əsaslanmaq olarmı? deyə soruşdum. O, yalnız siqə (etibarlı) insanların nəql etdiyi hədisə əsaslanmaq olar (yəni Əbu Zübeyr siqə deyil).

 

9. Şöbə deyir: Məkkədən gələn bir şəxsdən Əbu Zübeyr haqqında soruşmaqdan daha sevimli bir marağım yox idi. (Belə bir şəxsə rast gəlmədiyimdən) özüm Məkkəyə getməli oldum. Orada onun nəql etdiyi hədislərə qulaq asdım. Bir gün onun yanında əyləşmişdim. Bir kişi onun yanına gəlib ondan bir neçə məsələ haqqında soruşdu. Əbu Zübeyr onun sözlərini rədd edərək ona iftira yaxdı. Mən: Müsəlman olan bir şəxsə iftiramı yaxırsan? deyə etirazımı bildirdim.

 

Dedi:

 

- O, məni əsəbləşdirdi.

 

- Səni əsəbləşdirən hər bir şəxsə beləcə iftiramı yaxırsan? deyə onun yanlış yolda olduğunu bildirdim və bir daha ondan hədis nəql etmədim.

 

 

 

 

 

  
3. HƏFS İBN QİYAS 

Rical alimlərinin onun haqqında söylədiklərindən:

 

1. Yəqub ibn Şöbə onun haqqında deyir: Onun nəql etdiyi bir çox hədislərdən qorunmaq lazımdır.

 

2. Əbu Zürə deyir: Ondan hədis söyləməsini istədikdə hədisin yaxşı yadında qalmadığı (yaddaşının zəifliyi) hiss olunurdu.

 

3. Davud ibn Rəşid deyir: Həfs çox səhvə yol verirdi.

 

4. Əhməd ibn Hənbəl deyir: O, hədisləri qarışdırırdı.

 

5. Əhmədin belə dediyi nəql edilir: Həfs hədisləri hiyləgərcəsinə dəyişdirirdi.

  
4. MƏHƏMMƏD İBN RƏBİƏ 

Məhəmməd ibn Rəbiə Əbu Əbdullah əl-Kufi əl-Rəvasi kimi şöhrət qazanmışdır. Rical alimləri onu tənqid atəşinə tutmuşlar.

 

1. Saci deyir: Onda hər bir hədisə qarşı mülayimlik var idi.

 

2. Əzdi deyir: Hər bir hədis qarşısında təslim olur və qüsurlu hədislər nəql edirdi

 

3. Osman ibn Əbu Şeybə deyir: Məhəmməd ibn Rəbiə bizdən ondan nəql olunan hədisləri yazmamızı istədi. Biz, yalnız bir şərtlə, yalançıların da nəql etdikləri hədisləri yazmayacağımız təqdirdə bu işlə məşğul olacağımızı bildirdik.

  
5. ƏBDÜL-VARİS 

O, Səid ibn Zəkvan Təmiminin oğludur. Onun haqqında deyilənlərdən:

 

1. Buxari Əbd əs-Səməddən nəql edərək deyir: Əbd əs-Səməd atamın adından çox yalanlar deyirdi.

 

2. Darqutni onun zəif olduğunu bildirdikdən sonra ondan bir hədis nəql edərək səhih olmadığını isbatlayır.

 

3. İbn Muin deyir: Əbdül-Varis naməlum şəxsdir.

 

4. Tirmizinin Buxaridən nəql etdiyinə görə Əbdül-Varis münkər hədislər nəql edərmiş.

  
6. ƏBD ƏR-RƏZZAQ SƏNANİ 

Onun da zəif olduğu bildirilmişdir. Onu zəif hesab edənlər iki səbəbi əsas tutmuşlar; onun şiə olmasını, yaxud da nəql etdiyi hədislərin zəif olduğunu. Belə ki, Əhməd ibn Hənbəl onu bu iki səbəbə görə zəif hesab etmişdir.

 

Bir sözlə məlum hədisin sənəd silsiləsində olduqca diqqət yetiriləsi qüsurlar var. Belə olan halda vəhhabilər bu hədisə necə əsaslanırlar. Hələ bu azmış kimi müsəlmanları kafirlikdə günahlandıraraq qanlarının axıdılmasının icazəli olduğunu hesab edirlər.

 

 

 

 

 

 

 

 

  
HƏDİSİN DƏLALƏTİNDƏ MÖVCUD OLAN QÜSURLAR 

1. Məlum hədisdə deyilir: Peyğəmbər (s) məzarı naxışlamağı, üzərində oturmağı və bina tikməyi qadağan etdi.

 

2. Qadağa hər bir halda haramlığa sübut deyil. Yalnız bəzi hallarda haram olduğunu göstərir. Bir çox hallarda isə qadağa məkruhluğa sübutdur. Bundan başqa çoxlu sayda hədislər həmin qadağanın məkruhluq ifadə etdiyini göstərirlər. Belə hədislərin çoxluğu bu hədisdə mövcud olan qadağanın haramlığa deyil, məkruhluğa aid edilməsinə əsas verir.

 

1. Şafei sözügedən hədisə əsaslanaraq deyir: Qəbrin yerdən hündür olması müstəhəbdir.

 

2. Sindi həmin hədisi Nişapuridən nəql edərək deyir: Bu hədis səhihdir. Lakin ona əməl etmək olmaz. Çünki (qərbdən şərqə qədər olan böyük bir məsafədə) İslam öndərləri məzar üzərini yazardılar və bu yeni nəslin öz sələflərindən əxz etdiyi dərsdir.

 

3. Zəhəbi deyir: Səbt ibn Cvzinin babası məzar üzərində aşağıdakı sözlərin yazılmasını vəsiyyət etdi:

 

Ey mərhəməti hədsiz olan rəbbim! Günahları çox olan bəndəni bağışla. Bu günahkar bəndən onu bağışlayacaqsan ümidi ilə sənə tərəf gəlir. Mən sənin qonağınam. Qonağın mükafatı onun üzünə xoş baxmaqdır.

 

İbn Cvzinin şəxsiyyəti haqqında deyilir: O, pedaqoq, erudit (əllamə), imam, hafiz, şərhçi (Quranı təfsir edən), şeyxul-islam, bir sözlə İraqın fəxri idi.

 

4. Nəvəvi deyir: Məzar üzərində bina tikmək mərhumun şəxsi mülkü olarsa, məkruh, vəqf edilmiş mülk olarsa, haramdır.

 

Şafei həmin məsələyə aydınlıq gətirərək deyir: Səhabələrimiz qəbirləri naxışlamağı məkruh hesab etmişlər.

 

Bu kimi hədislər qəbirləri təmir etmək, yaxud qəbir üzərində bina tikmək məqsədi daşımır. Çünki bu kimi abidələr ilahi nişanələrdir. Bu növ nişanələr dəyərləndirilməlidir. Bu məzarların dini abidə olmaları, məzarda ytnların peyğəmbər, övliya olması və yaxud da üzərində inşa edilən tikililərin qəbrin itməməsi və s. hər hansı bir dini əhəmiyyət daşıması ilə bağlıdır. Buna misal olaraq, Peyğəmbərin (s) Osman ibn Məzunun, həzrət Fatimənin (ə) Həmzənin məzarını (yerini itirməmək məqsədi ilə) daşla nişanlanmasını göstərmək olar.

  
AŞAĞIDA NƏZƏRDƏN KEÇİRƏCƏYİNİZ TARİXİ DƏLİLLƏR BİZİM MÜDDƏAMIZI İSBATLAYIR 

1. İbn Macə deyir: Peyğəmbər (s) Osman ibn Məzunun məzarının üzərinə daş qoyaraq onu nişanladı. Heysəmi İbn Macənin sözünün ardınca deyir: Bu hədis həsəndir.

 

Sendi məlum hədisi şərh edərək deyir: Peyğəmbər (s) məzarın tanınması üçün onun üzərinə daş parçası qoydu.

 

2. Bəzi səhabələrdən nəql olunduğuna görə, Osman ibn Məzun dəfn edildikdən sonra Peyğəmbər (s) bir nəfərə daş gətirməsini tapşırdı. Məlum şəxsin daşa gücü çatmadı. Bu zaman o həzrət (s) şəxsən özü ayağa durub, qollarını çırmadı. Rəvayətçi deyir: Mən Peyğəmbərin (s) qolunu gördüm. O, daşı meyitin baş tərəfinə qoyaraq buyurdu: Mən, qardaşımın məzarını bu daşla nişanladım. Ailəmdən dünyasını dəyişən hər bir şəxsi burada dəfn edəcəyəm.

 

Mərvan ibn Həkəm Mədinə hakimi olduğu zaman həmin daşın yanından keçərkən onu götürüb kənara tullamalarını əmr etdi və dedi: And olsun Allaha (bu gündən etibarən) Osman ibn Məzunun məzarını tanıtdıracaq daş olmayacaq.

 

Bəni-Üməyyə Mərvanın yanına gələrək onun bu addımının yanlış olduğunu onun diqqətinə çatdırıb və daşın mütləq yerinə qaytarılmasını tələb etdilər. Mərvan vəziyyətin bu yerdə olduğunu görüb daşı yerinə qaytaracağına and içdi.

 

3. Əsbəğ ibn Nəbatə deyir: Peyğəmbərin (s) qızı həzrət Fatimə (ə) həzrət Həmzənin məzarı önünə gələr, onu tanınması üçün nişanlayardı. Onun dediyinə görə Peyğəmbər (s), Əbu Bəkr və Ömərin məzarı üzərində kiçik daşlar var idi.

  
MƏZAR ÜZƏRİNDƏ BİNA İNŞA ETMƏYİN BAŞLICA SƏBƏBLƏRİ 

1. Bu iş ilahi nişanələrə rəğbət bəsləmək və düşmənlərin ürəyinə dağ çəkməkdir.

 

2. Məzar ziyarətə gələnlərin ziyarət, dua, namaz və s. zamanlarda istidən-syuqdn qorunmaları üçün bir sığıncq rolunu oynayır.

 

3. Bu növ tikililərin inşa edilməsinin ən mühüm səbəbi isə din öndərlərinin, ideallarının daim yaşamasıdır. Bu tarixi abidələr ideallarımızın bir ö ək olaraq insanlara çatdırılmasını təmin edir. Əks təqdirdə isə ideallar unudularaq tarix səhifəsindən silinməyə başlayırlar. Pirinsipcə, vəhhabilərin məqsədi məzarları dağıdaraq bu və ya digər dini göstərişə əməl etmək deyil. Əksinə, bəşəriyyəti sözügedən ideallardan, ö əklərdən məhrum etməkdir. Bir halda ki, insanların tərbiyəsi üçün ideallara müraciət etmələri qaçılmazdır.

 
 
     İrşadüs-sari, c. 2, səh. 324.   Ehyaul-ülum, c. 2, 247.  Furqanul-Quran, səh. 133.    Kəşf əl-irtiyab, səh. 286; Təthir əl-etiqad kitabından sitat gətirilmişdir.  Zad əl-məad, səh. 661; Kəşf əl-irtiyab, səh. 286.   Mərhum Əmin Mədinə alimlərinin bu cavabını Kəşf əl-irtiyab əsərində qeyd edir. Onların bu cavablarının bir hissəsi daha çox diqqəti cəlb edir. Onlar burada sualda qoyulan məsələni eyni ifadə ilə cavabda qeyd etmişlər. Sualda Cahillərin həyata keçirdikləri kimi deyilir və cavabda da həmin ibarə eyni ilə qeyd olunur. Başqa sözlə desək, istədikləri cavaba sualın özündə yer vermişlər (Kəşf əl-irtiyab, səh. 288).    Səhihi-Müslim, c. 3, səh. 611; Sünəni-Tirmizi, c. 2, səh. 256.  Təhzib əl-kəlam, c. 30, səh. 471.   Onun Ayişədən hədis nəql etdiyi göstərilir. Halbuki, Şəbi tabeindәndir və onunla Vəki arasında uzun bir zaman fasiləsi var. Ona görə də onun birbaşa Şəbidən hədis nəql etməsi qeyri-mümkündür. Şəbi hicri 105-ci ildə dünyasını dəyişmişdir. Vəki isə hicri 129-cu ildə dünyaya gəlmişdir (Siyəru əlam ən-nübəla, c. 9, səh. 141).  Təhzib ət-təhzib, c. 11, səh. 125; Tarixi-Bağdad, c. 11, səh. 125.  Mizan əl-etidal, c. 2, səh. 169.  Təhzib ət-təhzib, c. 11, səh. 218.  Əbu Bəkr deyir: Yəhya deyirdi: Bir dəfə Süfyan Əbu Səhl mənə Şəbidən hədis nəql etdi, deyə bildirdi. Ona dedim: Əbu Səhl, (zəif hesab edilən) Məhəmməd ibn Salim deyilmi? Süfyan dedi: Ey Yəhya! Mən sənin kimisini görməmişəm. Səndən heç bir şey gizlətmək olmur. Bax: Təhzib ət-təhzib, c. 4, səh. 100 (yenə orada, c. 3, səh. 179).   Əl-Cərh və ət-tədil, c. 4, səh. 255.  Təhzib ət-təhzib, c. 2, səh. 179; Təqrib ət-təhzib, c. 1, səh. 316.  Kəşf əl-irtiyab, səh. 293.  Mizan əl-etidal, c. 1, səh. 451; Təhzib ət-təhzib, c. 2, səh. 179.  Təhzib ət-təhzib, c. 4, səh. 317; Şərhu Nəhcül-bəlağə, c. 4, səh. 99. O, Osmanın tərəfdarlarından idi və Əliyə (ə) qarşı nalayiq sözlər deyirdi. Onun yolunu azdığını göstərən ən aşkar dəlillərdən biri də İbn Həcər Əsqəlaninin (Təhzib ət-təhzib əsərində) onun haqqında dedikləridir. O, deyir: Əbu Vaildən: Sənin üçün Əli (ə), yoxsa Osman daha sevimlidir? deyə soruşduqda dedi: Əli (ə) sevimli idi, amma indi Osman daha sevimlidir (Təhzib ət-təhzib, c. 4, səh. 317). Bax: Məcmə əz-zəvaid, c. 9, səh. 133; Ənsab əl-əşrəf, c. 6, səh. 102; Qamus ər-rical, c. 11, səh. 54.  Hədis elmi (hədisşünaslıq) terminologiyasında (hər təbəqədə) yalnız bir rəvayətçinin nəql etdiyi hədisə şazz hədis deyilir. Bu növ hədis bir çox hallarda qərib hədis də adlanır. Lakin rəvayətçilərin sayı iki olarsa, əziz, üç olarsa, müstəfiz adlanır.  Əl-Qamus, c. 3, səh. 162.   Tirmizi məlum hədisi Qəbirlərin üstünün bərabərləşdirilməsi fəslində qeyd etmişdir. Bu onu göstərir ki, Tirmizi hədisin mənasını qəbirlərin üzərini bərabərləşdirmək şəklində şərh etmişdir. Əgər belə olmasaydı həmin hədisi qəbirlərin uçurulması fəslində qeyd edərdi. Vəhhabilər isə Tirmizinin fikrinin əleyhinə olaraq hədisi qəbir üzərində ucaldılan tikilinin uçurulması kimi şərh erdirlər (Kəşf əl-irtiyab, səh. 296).  Əl-Məcmu, c. 4, səh. 312. Qurtəbi Kəhf surəsinin təfsirində (c. 2, səh. 380) deyir: Hədisdən belə bir nəticə alınır ki, qəbrin üstünün hamar olması sünnə, hündür (hürgüc şəkilli) olması isə bidətdir.  Əhli-sünnə ilahiyyatçılarının əsərlərində rəfəzəvə rafizi sözlərinə tez-tez rast gəlirik. Görəsən, hərfi məna etibarı ilə tərk edən mənasını ifadə edən bu söz nə üçün şiələrə aid edilir? Şiəliyə qarşı olan və onun sonradan meydana gəldiyini önə çəkən bir çox təəssübə qapılanlar radikal şiələrin birinci və ikinci xəlifələrə nalayiq sözlər ünvanladıqlarını iddia edirlər. Guya onlar Zeyd ibn Əlidən də onlara qarşı bu şəkildə davranmasını istədilər. Zeydin imtina etdiyini görüncə onu tərk etdilər. O gündən onlar rafizilər adlandırıldılar. Çünki Zeyd ibn Əli cihad və mübarizədə tərk edildi. Rafizi termininin bu şəkildə açıqlanılması onun tarixi kökü haqqında məlumatsızlıqdan dğur. Ümumiyyətlə rafizi termini ərəb leksikologiyasında qədim tarixə malikdir. Çünki ərəblər dövlətə, hakimiyyətə qarşı olan qruplaşmaları rafizi adlandırırdılar. Bu termin Zeyd ibn Əlinin təvəllüdündən (87-120) öncə ərəblər arasında geniş yayılmışdır. Təsadüfi deyil ki, Müaviyə öz məktubunda Osman tərəfdarı olub Əlinin (ə) hakimiyyətinə qarşı çıxanları (Mərvan ibn Həkəmi) rafizi adlandırır. O, məktubda yazır: İraq hökuməti müxalifətçiləri (rafizilər) tərəfindən göndərilən heyət Mərvan ibn Həkəmin rəhbərliyi altında mənim yanıma gəldi (Siffeyn döyüşü, səh. 29). Əbu əl-Carud İmam Baqirə (ə) şikayət edərək deyir: Filankəs bizi rafizi adlandırır. İmam (ə) özünü göstərərək buyurur: Mən də rafizilərdənəm (Bihar əl-ənvar, c. 65, səh. 97, hədis. 32). İmam Baqir (ə) hicri 114-cü ildə şəhid edilmişdir. Bu zamanadək Zeyd hələ qiyam etməmişdi. Seyid Mürtəzanın Əmali əsərinin şərhində deyilir: Əbu əl-Məlik şair Fərəzdəqin İmam Zeynülabidin (ə) haqqında mədh yazdığını eşidib ona dedi: Sən də rafizisənmi? Fərəzdəq dedi: Əgər Məhəmməd (s) Əhli-beytinə məhəbbət bəsləmək rafizi olmaq deməkdirsə, bəli, mən də rafiziyəm (Əmali, Seyid Mürtəza, c. 1, səh. 68). Deməli, rafizi termini o dövrdə siyasi termin olmuş və Zeydin qiyamından sonra daha geniş yayılmışdır (Fərhəngi-əqaid və məzahibi-islami, Cəfər Sübhani). Bu terminin tarixi İslamdan öncəyə, həzrət Musanın (ə) zamanına təsadüf edir. Bax: Dürər əl-əxbar, Ayətullah Təbəsi, c. 1, səh. 163.   İrşad əs-sari, c. 2, səh. 468. İbn Həcər Əsqəlani deyir: Əbu əl-Həyyacın nəql etdiyi hədisdə məqsəd qəbirlərin yerlə yeksan edilməsi, yerlə eyni səviyyədə edilməsi deyil. Burada məqsəd qəbrin yerdən hündür olmasına baxmayaraq, üstünün hamar olmasıdır (yenə orada, səh. 468).  Seyid Əmin, Kəşf əl-irtiyab əsərində (səh. 306) bu məsələyə açıqlıq gətirir. Bu haqda bir rəvayət də nəql edilmişdir. Əgər bu rəvayət doğru olarsa, sözügedən məsələ bir daha təsdiq ediləcəkdir. Bax: Dürər əl-əxbar,c. 2, səh. 185; Məalim əz-zülfa, səh. 108. Bu haqda Allah peyğəmbərlərin (ə) cəsədlərini yerə haram etmişdir məzmununda hədislər də mövcuddur (Müsnədi-Əhməd, c. 4, səh. 8).  Kəşf əl-irtiyab, səh. 306-307.   Bu məscid İİ əsrdə inşa edilmişdir.  Vəfa əl-vəfa, c. 2, səh. 543; Kəşf əl-irtiyab, səh. 307.  Siyəru əlamin-nübəla, c. 13, səh. 285. Əhməd ibn Məhəmməd ibn Qalib (Qulam Xəlil kimi şöhrət qazanmışdır) hicri 275-ci ilin rəcəb ayında dünyasını dəyişdi. O, vəfat etdiyi zaman əhalinin ona qarşı hədsiz rəğbəti olduğu üçün şəhərdə mövcud olan bazar (və mağazalar) bağlandı və onun cənazəsini özünə layiq bir imarətə qoydular (əlbəttə, qeyd etmək lazımdır ki, xalq tərəfindən bu şəkildə sevilməsinə baxmayaraq, hədis qondaran rəvayətçilərdən olmuşdur). Sonra hörmət-izzətlə Bəsrəyə gətirərək dəfn etdilər və məzarı üzərində qübbə ucaltdılar (Lisan əl-mizan, İbn Həcər Əsqəlani, c. 1, səh. 272-274.  Siyəru əlamin-nübəla, c. 16, səh. 251.   Vəfa əl-vəfa, c. 2, səh. 541. Peyğəmbərin (s) dəfn edildiyi ev və onun üstündə inşa edilən günbəz haqqında ətraflı məlumat üçün bax: Kəşf əl-irtiyab, səh. 314-322.  Vəfa əl-vəfa, c. 2, səh. 544.  Yenə orada, səh. 547.   Kəşf əl-irtiyab, səh. 319-340.  Bu söz düzgün ola bilməz. Çünki əgər Ümmi-Həbibədən məqsəd İslam peyğəmbərinin (s) həyat yoldaşıdırsa, onun məzarı Əqildən gizli qala bilməzdi. Çünki Əqillə Ümmi-Həbibə eyni dövrdə yaşamışlar.  Hüseyn ibn Həccac (392-262) böyük İraq şairlərindəndir. O, Əlini (ə) mədh etmək məqsədi ilə aşağıdakı məzmunda qəsidə yazaraq o həzrətin (ə) hərəminə (məqbərəsinə) toplaşmış ziyarətçilər üçün oxudu. Ey Nəcəf diyarında ağ günbəz sahibi! Allah-taala sənin məzarını ziyarət edərək (ondan) şəfa diləyən kimsəyə şəfa verər.  Vəfəyat əl-əyan, c. 5, səh. 310.   Allahın kəlamının (Quranın) qədim ya hadis (yeni) olması haqqında fikirlər II əsrin əvvəllərində dilə düşmüşdür. Prinsipcə bu növ fikirlər Peyğəmbərin (s) və səhabələrin buyurduqlarında mövcud deyil. Hədis əhlinin Quranın hadisliyinə qarşı çıxdıqları üçün Quranın qədim olması fikri İslam etiqadları sırasına keçdi. Əşəri deyir: Biz deyirik: Quran Allahın kəlamıdır. O, yaradılmamışdır. Quranın yaradılmış olduğunu hesab edən kimsə kafirdir (Fərhəngi-əqaid və məzahibi-islami, səh. 162-168).   Tarixi-Bağdad, c. 1, səh. 163.  Yəqubi, İbn Əsakir, İbn Əbd Rəbbih, İbn Əbd əl-Birr (İstiab əsərində), İbn Əsir, (əl-Kamil əsərində) və İbn Həcər Əsqəlani nəql edirlər: Əlinin (ə) qoşunu ilə Təlhənin qoşunu döyüş halında olarkən (Təlhənin qoşununun sərkərdələrindən biri) Mərvan dedi: Mən bu gün fürsətdən istifadə edib Osmanın qatilindən intiqam ala bilməsəm bir də bu fürsət əlimə düşməz. O, bu sözü deyib əlindəki oxu qoşunun komandanı Təlhəni hədəfə aldı. Ox onun ayağına dəyərək damarını kəsdi. Nəhayət, arası kəsilməyən qanaxma nəticəsində həyatını dəyişdi. İbn Səd Təbəqat əsərində deyir: Təlhə özü məsələnin nə yerdə olduğunu anlamış və ömrünün son dəqiqələrində demişdir: And olsun Allaha! Məni əldən salan ox Əlinin (ə) qoşunu tərəfindən atılmadı. Əllamə Əsgəri Ayişənin İslamda rolu əsərində yazir: Əli (ə) Təlhəni vəsf edərkən buyurur: O, inəyə bənzəyir. Hansı ki, öz buynuzunu yoldan keçən hər bir yolçunun qa ını yırtmaq üçün hazırlamışdır (Nəhcül-bəlağə, Feyz əl-İslam, səh. 106).  İbn Bəttutənin səfə aməsi, c. 1, səh. 187.  Əl-Müntəzəm, c. 14, səh. 377. Zübeyr və Təlhə Əli (ə) ilə bağladıqları əhdi pozub döyüşə qalxaraq asi oldular və həmin döyüşdə də öldürüldülər.  Tarixi-Bağdad, c. 1, səh. 154.  Əl-Bidayə vən-nihayə , c. 8, səh. 65.  Siyəru əlamin-nübəla, c. 4, səh. 274.   Əl-Müntəzəm, c. 16, səh. 100.  Yenə orada, səh. 105.  Dövəl əl-İslam, səh. 105.  Əl-Müntəzəm, c. 15, səh. 202. İbn Nəccar kimi şöhrət qazanmış görkəmli müsəlman səyyah Məhəmməd ibn Mahmud Əxbaru mədinətir-rəsul, əsərində yazır: Bəqi məzarlığının girəcəyində qədim dövrlərə aid uca bir günbəz mövcuddur. Onun iki qapısı var. Hər gün bu iki qapıdan biri ziyarət üçün açılır.  Səhihi-Müslim, c. 3, səh. 63. Müslim öz əsərində Ən-Nəhyu ən təcsisil-qəbr vəl-binau ələyh" fəslində bu hədisi üç vasitə ilə Cabirdən nəql etmişdir.  Sünən, Tirmizi, c. 3, səh. 208; İbn Macə, c. 1, səh. 473. Hədisi iki sənədlə qeyd etmişdir.  Nisai, c. 4, səh. 78. Hədisi iki sənədlə qeyd etmişdir.  Əbu Davud, c. 3, səh. 316. Cabirin hədisini iki sənədlə qeyd etmişdir.  Əhməd, c. 3, səh. 295.   Səhihi-Müslim, c. 3, səh. 63.  Yenə orada.  Cameu-Tirmizi, c. 2, səh. 208.  Sünəni-İbn Macə, 1, səh. 473.  Sünəni-Nisai, c. 4, səh. 78.   Mizan əl-etidal, c. 2, səh. 659; Təhzib əl-kəmal, c. 18, səh. 348; Təhzib ət-təhzib, c. 6, səh. 404.    Təhzib əl-kəmal, c. 26, səh. 407.  Əl-Cami əs-səhih, c. 5, səh. 756.   Mizan əl-etidal, c. 4, səh. 37; Təhzib ət-təhzib, c. 9, səh. 422.   Təhzib əl-kəmal, c. 7, səh. 56.  Tarixi-Bağdad, c. 7, səh. 199.  Siyəru əlam ən-nübəla, c. 9, səh. 31.  Təhzib ət-təhzib, c. 2, səh. 360.   Təhzib ət-təhzib, c. 9, səh. 143.  Mizan əl-etidal, c. 3, səh. 545.  Yenə orada.   Təhzib əl-kəmal, c. 18, səh. 483.  Lisan əl-mizan, c. 2, səh. 678; Mizan əl-etidal, c. 2, səh. 61.   Təhzib əl-kəmal, c. 18, səh. 57.   Bir çox hədislərdə qadağa məkruhluq ifadə edir. Bu növ hədislərə aşağıdakıları misal göstərmək olar: 1. Peyğəmbər (s) quru sarımsaq yeməyi qadağan etdi. 2. Namazı ixtisara salmağı qadağan etdi. 3. Oruc halında həcəməti (qan aldırmağı) qadağan etdi. 4. Qarışqa və arı öldürməyi qadağan etdi. 5. Qadının dəstəmaz suyunun artığından istifadə etməyi qadağan etdi. 6. Şənbə günü oruc tutmağı qadağan etdi.  7. Nəcis yeyən heyvana minməyi qadağan etdi. 8. Heyvanları bir-birinin canına salmağı qadağan etdi. 9. Soğan yeməyi qadağan etdi. 10. Artıq qalan suyu satmağı qadağan etdi. 11. Pişnamazın azan verməsini qadağan etdi. 12. Səfər zamanı Quran gəzdirməyi qadağan etdi. 13. Dərin ağıllı olmayan qadının dayəliyə seçilməsini qadağan etdi. Heç bir alim gördüyümüz bu qadağaların haram olduğunu iddia etməmişdir. Deməli, qəbir üzərində tikinti, naxışlama işləri aparmağa, günbəz tikməyə və məzar üzərində əyləşməyə qadağa qoyan hədis də bu qəbildəndir.  Sünəni- Nisai, c. 4, səh. 87  Siyəru əlam ən-nübəla, c. 31, səh. 370, 380.  Siyəru əlam ən-nübəla, c. 31, səh. 370, 380.   Həcc surəsinin 32-ci ayəsində Allahın nişanələrinə dəyər verməyin təqvanın göstəricilərindən olduğu buyurulur. Mərhum Əmin əl-İslam Təbərsi (Məcmə əl-bəyan, c. 4, səh. 89) əsərində yazır: Ayədə sözügedən شعائر sözündə məqsəd Allahın dininin nişanələridir.  Sünəni-İbn Macə, c. 1, səh. 498.  Yenə orada.   Vəfa əl-vəfa, c. 3, səh. 894.  Müsnəfu Əbd ər-Rəzzaq, c. 3, səh. 574. Yenə orada.   Yenə orada.